Üzrə əyani şöbəsinin II kurs tələbəsi Qədirov Cavid Şixəli oğlunun




Yüklə 101.76 Kb.
tarix22.02.2016
ölçüsü101.76 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası

üzrə əyani şöbəsinin II kurs tələbəsi

Qədirov Cavid Şixəli oğlunun

<>

mövzusunda




S Ə R B Ə S T İ Ş İ №1


Fənn: Pedaqogika

Elmi rəhbər: Salamova Kəmalə

Qrup: 823


S U M Q A Y I T - 2010

Plan:


  1. Akselerasiya nədir?

  2. Kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri.

  3. Kiçikyaşlı məktəblilərin cinsi tərbiyəsi.



G İ R İ Ş
Pedaqoji fikir tarixində şəxsiyyətin inkişafının yaş və fərdi xüsusiyyətlərinə həmişə diqqət yetirilmişdir. İnsanın hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərinə Azərbaycan xalq pedaqogikasında geniş yer verilmişdir.

Azərbaycan xalq pedaqogikasında məktəb yaş bölgüsündən əlavə yüz yaşa qədər dövrü səciyyələndirən nümunələr vardır. Bu nümunələr təsdiq edir ki, hər bir xalq uşaqların yaş bölgüsü ilə maraqlanmış, bu və ya digər məsələdə həmin bölgünü nəzərə almağı zəruri saymışdır.

Yaş dövrlərinin müəyyən edilməsi uşaqların bilik səviyyələri ilə əlaqədar meydana gəlmişdir. Tərbiyəetmə işində uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması və yaş dövrlərinin təsnif edilməsini görkəmli filosoflar, pedaqoqlar zəruri hesab etmişlər. Bu onunla izah edilir ki, hər bir yaş dövrü üçün uşaqların fiziki, psixoloji və sosial inkişafının özünəməxsus səviyyəsi var.

İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür (Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b.). Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü: həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: I — fiziki inkişaf dövrü (0-2 yaş); II — hisslərin inkişafı dövrü (2-12 yaş); III — zehni inkişaf dövrü (12-15 yaş); IV — əxlaqi inkişaf dövrü (15-18 yaş).

Qədim yunan filosofu Platon yaş qrupları haqqında maraqlı fikirlər söyləmişdir. Yaş bölgülərinə o, ad qoymasa da 30 yaşa qədər olan dövrləri səciyyələndirmişdir. Platon deyirdi ki, 3-6 yaşlı uşaqlar dövlət tərbiyəçilərinin rəhbərliyi ilə ətrafları açıq olan, lakin üstüörtülü saray və meydançalarda oyunla məşğul olmalıdırlar. Uşaqlar 7-12 yaşlarında dövlət. 12-16 yaşlarında uşaqlar palestra (güləşmə) məktəbinə davam etməli, 16-18 yaşlarında isə, əsasən, əməli məqsəd daşıyan hesab, həndəsə, astronomiyanı öyrənirdilər. 18-21 yaşlarında onlarla efebiya, yəni hərbi və mülki təcrübə keçirilirdi. Həmin yaşlarda əqli fəaliyyətə həvəs göstərən gənclər təhsilin üçüncü dərəcəsinə qədəm qoymalı və burada 30 yaşa qədər oxumalı idilər. Müstəsna istedadı olanlar təhsillərini beş il davam etdirərək, sonra böyük dövlət vəzifəsi tuta bilərdilər. Belə adamlar 50 yaşdan sonra dövlət vəzifəsindən azad olub, elmi-tədqiqat işləri ilə məşğul olurdular.

Pedaqogika elmi klassik pedaqoqların yaş fiziologiyası sahəsində aparılan tədqiqatlarının nəticəsinə əsaslanaraq, uşaqların yaş dövrlərini aşağıdakı kimi müəyyən etmişdir. 1. Məktəbəqədər dövr; 2. Məktəb dövrü. Bu yaş dövrlərinin özünəməxsus xüsusiyyətlərini şərh etməzdən əvvəl akselerasiyanın mahiyyətini bilmək lazımdır.



Akselerasiya nədir?
İn­san or­qa­niz­mi­nin fi­zi­ki in­ki­şa­fı, çə­ki və boy ar­tı­mı, ey­ni za­man­da bə'dən his­sə­lə­ri­nin bir-bi­ri­nə olan nis­bə­ti kə­miy­yət və key­fiy­yət də­yiş­mə­lə­ri ilə xa­rak­te­ri­zə olu­nur. Uşağın ana­dan olan­dan cin­si yet­kin­li­yə ça­ta­na­dək bö­yü­mə­si dal­ğa­va­ri ge­dir, yə'ni bö­yü­mə sür'əti (tem­pi) ay­rı-ay­rı mərhələlərdə kəs­kin də­yi­şir. Be­lə ­ki, ana­dan olan­dan 3 ya­şa­dək, 5 yaşdan 7 yaşadək və 12-14 (cin­si yet­kin­lik döv­ründə) yaşlar ara­sın­da bö­yü­mə tem­pi da­ha yük­sək olur. Uşaq or­qan­la­rı­nın bö­yü­mə­si­ni aşa­ğı­da­kı dörd qru­pa böl­mək olar: 1. Uşaq ana­dan olan­dan son­ra bi­rin­ci il və cin­si yet­­kinlik döv­rün­də da­ha yük­sək bö­yü­mə tem­pi­nə ma­lik olan or­qan­lar. Bun­la­ra da­yaq-hə­rə­kət apa­ra­tı, tə­nəf­füs, həzm, si­dik ifrazı sis­te­mi və bö­yük qan döövranı da­mar­la­rı aid­dir. 2. Bi­rin­ci il ya tam, ya da nis­bi son for­ma­laş­ma mərhə­lə­sinə­­ ça­tan or­qan­lar. Bun­la­ra mər­kə­zi si­nir sis­te­mi, görmə analizatoru, da­xi­li qu­laq aid­dir. 3. Cin­si yet­kin­lik döv­rün­də in­ten­siv bö­yü­yən or­qan­la. Bunlara cin­si or­qan­ları mi­sal göstərmək olar. 4. 10-12 yaş döv­rün­də yük­sək bö­yü­mə tem­pi­nə ma­lik olan or­qan­lar. Son­rakı il­lər­də isə pro­ses ək­si­nə ge­dir. Məsələn, lim­fa smstemi or­qan­la­rı və çən­gə­lə­bən­zər və­zi.

Böyümə prosesinin qanunauyğunluqları

Bö­yü­mə pro­se­si bir çox ümu­mi qa­nun­la­ra ta­be­dir, bun­lar­dan aşa­ğı­da­kı­la­rı gös­tər­mək olar:



1. Növ­bə­ləş­mə qa­nu­nu:

Bu qa­nu­na gö­rə bo­ru­lu sü­mük­lər növ­bə ilə gah uzu­nu­na, gah da eni­nə daha sürətlə böyüyür. Ey­ni ət­ra­fın bir sü­mü­yü uzu­nu­na böyüdüyü halda, di­gər sü­mü­yü eni­nə bö­yü­yür. Məsələn, yu­xa­rı ət­ra­fın çi­yin sü­mü­yü uzu­nu­na bö­yü­dü­yü za­man, mil və dir­sək sü­mük­lə­ri eni­nə bö­yü­yür­lər. Be­lə­lik­lə, uşaq or­qa­niz­mi­nin ay­rı-ay­rı his­sə­lə­ri­nin bö­yü­mə­si növ­bə ilə ge­dir və bu pro­ses bö­yü­mə­nin so­nu­na­dək da­vam edir.



2. Tə­na­süb­lük qa­nu­nu:

Bu qa­nu­na gö­rə uşaq or­qa­niz­mi­nin uzu­nu­na ölçüsünün eni­nə olan nis­bə­ti üç dövrdə də­yi­şir: 4 yaş­dan 6 ya­şa­dək, 6-15 yaşlarında və 15 yaş­dan yet­kin­lik ya­şı­na­dək olan dövrlərdə. Uşaq ana­dan olan­dan­ yet­kin ya­şa ça­ta­na­dək or­qa­niz­min hər bir seq­men­ti­nin onun ümu­mi uzun­lu­ğu­na nis­bə­ti özü­nə­məx­sus­dur. Bu faktları bilmək hər şey­dən əv­vəl tib­bi-ekspertiza və antro­po­loci təd­qi­qat­lar üçün da­ha­ va­cib­dir. Əgər bə­də­nin han­sı­sa bir seq­men­ti­nin bö­yü­mə­si adi hal­da ol­du­ğu­na nis­bə­tən güc­lü ge­dir­sə, on­da ona qon­şu olan seq­ment­lərin bö­yü­mə­si uy­ğun ola­raq aza­lır, da­ha doğ­ru­su nor­mal ölçü­sü­nə çat­mır.



3. Cin­si yet­kin­lik döv­rün­də fəa­liy­yət gös­tə­rən qa­nun:

Bu qa­nu­na gö­rə cin­si yet­kin­lik döv­rü­nə­dək ümu­mi bö­yü­mə aşa­ğı ət­raf­la­rın bö­yü­mə­si he­sa­bı­na baş verir, cin­si yet­kin­lik döv­rün­də isə göv­də­nin bö­yü­mə­si he­sa­bı­na or­qa­nizm uzununa bö­yü­yür. Cin­si yet­kin­lik döv­rü­nə­dək orqanizmdə sü­mük­lə­rin uzu­nu­na bö­yü­mə­si üs­tün­lük təş­kil edir, cin­si yet­kin­lik döv­rün­də isə sü­mük­lə­rin eni­nə bö­yü­mə­si baş ve­rir. Cin­si yet­kin­li­yə­dək olan dövrdə baş­lı­ca ola­raq sü­mük­lər bö­yü­yür, cin­si yet­kin­lik döv­rün­də isə əzə­lə sis­te­mi yax­şı bö­yü­yür.



4. As­sim­met­ri­ya qa­nu­nu:

Bu qa­nun yet­kin­lik döv­rü­nə çat­mış adam­lar­da özü­nü doğ­rul­dur. Be­lə­ ki, cüt or­qan­lar­da funksional as­sim­met­ri­ya möv­cud­dur. Məsələn, sağ əli yax­şı in­ki­şaf et­miş adam­lar­da sol əl nisbətən ba­la­ca­dır, so­la­xay­lar­da isə ək­si­nə olur. Cüt or­qan­la­rın nor­mal as­sim­met­ri­ya­sı yaş­la əla­qə­dar ola­raq in­ki­şaf edir və onun funksiyasından ası­lı olur.



Böyümə və inkişafa təsir edən amillər:

Uşaq or­qa­niz­mi­nin bö­yü­mə və in­ki­şa­fı­na mü­hit amil­lə­ri daim öz tə'sirini gös­tə­rir və in­ki­şa­fı bu və ya di­gər is­ti­qa­mə­tə yö­nəldir. Bun­la­ra aşa­ğı­da­kı­lar aid­dir:



1. Ha­mi­lə­lik müd­də­ti. Ha­mi­lə­lik nə qə­dər çox çə­kər­sə, ye­ni do­ğul­mu­şun çə­ki­si və bo­yu bir o qə­dər çox olur.

2. Ana­nın ya­şı. Ana 40 ya­şı­na­dək ol­duq­da ye­ni do­ğul­muş uşaq­la­rın çə­ki­si və uzun­lu­ğu ar­tır, daha yaşlı qa­dın­lar­da isə gös­tə­ri­ci­lər aşa­ğı dü­şür.

3. Ha­mi­lə­li­yin sa­yı. Qa­dın­la­rın ikin­ci uşaq­la­rı­nın çə­ki­si və bo­yu bi­rin­ci uşa­ğa nis­bə­tən iri olur. Hət­ta ye­ni do­ğul­muş­lar­da bo­yu ey­ni ol­duq­da be­lə çə­ki­si ana­nın ha­mi­lə­lik sa­yın­dan ası­lı ola­raq də­yi­şir.

4. Mensturasiyanın baş­lan­ma vax­tı. Qız vaxtında menstruasiyası tez baş­la­mış qa­dın­lar­da ye­ni­ do­ğul­muş uşaq­lar boy­ca və çə­ki­cə iri olur.

5. Ana­nın fi­zi­ki qu­ru­lu­şu. Ananın bədəninin morfoloji quruluşu, xü­su­si­lə, ça­na­ğın qu­ru­lu­şu mü­hüm əhə­miy­yət da­şı­yır. En­li ça­na­ğı olan qa­dın­la­rın iri uşaq­la­rı olur. Adətən ağ ir­qə ma­lik olan qa­dınlar qa­ra irqli qa­dın­la­ra nis­bə­tən iri ça­naq qu­ru­lu­şu­na ma­lik­ olurlar.

6. Konstitusional amil. Konstitusional amil dedikdə va­li­de­yin­dən uşağa ke­çən nor­mal və ya­xud po­to­lo­ji də­yiş­mə­lər nə­zər­də tu­tu­lur.

7. So­sial amil­lər. Bir sı­ra mən­bə­lə­rə gö­rə gös­tər­mək olar ki, az tə­mi­nat­lı ai­lə­lə­rin uşaq­la­rın bö­yü­mə və in­ki­şafı zəif gedir.

8. Qida, onun tərkibi. Uşaq ana­dan olan­dan son­ra onun bö­yü­mə və in­ki­şa­fı­na yu­xa­rı­da qeyd et­di­yi­miz amil­lər­lə ya­na­şı qi­da­lan­ma da öz tə'si­rini gös­tə­rir. Qi­da­nın tər­ki­bin­də­ki yağ­lar, zü­lal­lar və su­lu kar­bon­lar, mi­ne­ral duz­lar, vi­ta­min­lərvə s. uşağın böyümə və inkişafına böyük təsir göstərir.

9. İqlim amilləri. İqlim amillərinin uşağın böyüməsi və inkişafına, eyni zamanda cin­si yet­kin­ləş­məsinə çox böyük təsiri göstərir. Be­lə ki, dağ­lıq şə­rai­t­də və so­yuq iq­lim­də ya­şa­yan­lar­da ye­ni do­ğul­muş uşaq­la­rın çə­ki­si və bo­yu aşa­ğı olur, cin­si yet­kin­li­yə isə gec ça­tır­lar. İlin ay­rı-ay­rı fə­sil­lə­ri də uşaq orqanizmlərinin bö­yü­mə və in­ki­şa­fı­na do­la­yı yol­la da olsa öz tə'sirini gös­tə­rir. Çə­ki ar­tı­mına ya­yın axı­rı və pa­yız­da, or­ta ar­tıma qış­da, çə­ki­nin aşa­ğı düş­mə­si­nə və ya­xud ge­ri qal­ma­sı­na isə yaz­da və ya­yın əv­və­lin­də tə­sa­düf edi­lir. Bo­yun mak­si­mum artması yaz­da və ya­yın əv­və­lin­də, or­ta bö­yü­mə tempi qış­da və nis­bə­tən zəif bö­yü­mə ya­yın axı­rı və pa­yız­da mü­şa­hi­də edi­lir.

XIX əs­rin so­nu XX əs­rin əv­vəl­lə­rin­də bir çox öl­kə­lər­də uşaq­la­rın sür'ətli bö­yü­mə­si mü­şa­hi­də olu­nur­du. Nə­ha­yət 1935-ci il­də E,Kox ilk də­fə ola­raq uşaq­la­rın fi­zi­ki in­ki­şa­fı­nı sür'ətli get­mə­si­ni ak­se­le­ra­si­ya ad­lan­dır­mış­dı.

Hazırda akselerasiya çox geniş bir anlayış kimi yanaşılır. Ona əsrin tendensiyası anlayışı kimi də baxılır. Bir əsrdə orqanizmin bətndaxili inkişaf dövründən yetkin vəziyyətədək fiziki inkişafın sürətlə getməsi başa düşülür.

O dövrdə ak­se­le­ra­si­ya məv­hu­mu uşaq­la­rın bə­dən öl­çü­lə­ri­nin artması və cin­si yet­kin­li­yə vax­tın­dan tez çat­ma­sı ki­mi ba­şa dü­şü­lür­dü. Fi­zi­ki in­ki­şa­fın əsas gös­tə­ri­ci­si ki­mi isə bə­dənin uzun­lu­ğu, döş qə­fə­si­nin tu­tu­mu və bə­dən küt­lə­si­nin artması nə­zər­də tu­tu­lur­du. La­kin or­qa­niz­min mor­fo­lo­ji xü­su­siy­yət­lə­ri ilə funksional fəa­liy­yə­ti ara­sın­da­kı sıx əla­qə­si­ni nə­zə­rə alan alim­lə­rin bir qru­pu fi­zi­ki in­ki­şa­fın əsas əla­mə­ti­ni ağ ci­yər­lə­rin­ hə­yat tu­tu­mun­da, bə'zi əzə­lə qrup­la­rı­nın iş qüv­və­sin­də, ske­le­tin sü­mük­ləş­mə də­rə­cə­sin­də, diş­lə­rin çıx­ma­sı və də­yiş­mə­sin­də, cin­si yet­kin­ləş­mə­də gö­rür­dü­lər.

Ha­zır­da "ak­se­le­ra­si­ya"ya çox ge­niş bir an­la­yış ki­mi yana­şı­lır. Ona əs­rin ten­den­si­ya­sı an­la­yı­şı ki­mi də ba­xı­lır. Bir əsr­də­ or­qa­niz­min bətndaxili in­ki­şaf döv­rün­dən yet­kin və­ziy­yə­tə­dək fi­zi­ki inki­şafı­nın sür'ətlə get­mə­si ki­mi ba­şa dü­şü­lür. Ye­ni do­ğulmuş kör­pə­lər üzə­rin­də apa­rı­lan təd­qi­qat­lar gös­tə­rir ki, son 50-60 il ər­zin­də on­la­rın bə­dən uzun­lu­ğu 0,5-10 sm, küt­lə­si isə 100-150 q artmışdır. Bu isə o de­mək­dir ki, bö­yü­mə­nin sür'ətlənməsi bətn­daxili in­ki­şaf za­ma­nı da olur. Uşa­ğın bə­dən küt­lə­si dörd ay­lı­ğında iki də­fə ar­tır, hal­bu­ki be­lə ar­tı­ma əvvəllki ay­lıq­da rast gə­lin­mir­di. 75-95 il bun­dan qa­baq­kı uşaq­la­ra nis­bə­tən ha­zır­ki bir yaş­lı uşaq­lar­da bə­dən uzun­lu­ğu or­ta he­sab­la 5 sm, küt­lə­si isə 1,5-2,0 kq artmışdır.

Ak­se­le­ra­si­ya bağ­ça yaş­lı və mək­tə­bə­qə­dər yaş­lı kör­pə­lər­də da­ha ay­dın mü­şa­hi­də olu­nur­du. Məsələn, Pol­şa­nın Var­şa­va şəhə­rində ya­şa­yan 1,5-3 yaş­lı kör­pə­lə­rin bə­dən uzun­lu­ğu 1881-ci il­dən 1961-ci ilə­dək or­ta he­sab­la 10-12 sm artdığı hal­da, 1924-cü il­dən 1961-ci­ ilə­dək təx­mi­nən 4 sm artmışdır. Şi­ma­li Ame­ri­ka­da, İn­gil­tə­rə­də, İs­veç­də, Pol­şa­da 1800-cü il­dən 1950-ci ilə­dək 5-7 yaş­lı uşaq­lar­da hər onil­lik­də bə­dən uzun­lu­ğu 1,5 sm, küt­lə­si isə 0,5 kq artmış, dai­mi diş­lə­ri isə bir il tez çıx­mış­dır (A.Q.Xrip­ko­va, 1978).

Akselerasiyaya başqa bir misal: Moskvada son 50 ildə kişilərin boyu 10sm, qadınların boyu 6 sm artmışdır. 1880-1963-ü illərdə 11 yaşında olan uşaqların boyu 10 sm, 15 yaşında olan uşaqların boyu isə 13 sm artmışdır. Bədən çəkiləri isə 7-14kq artmışdır. Lakin gələcək ana akselerasiyanın müsbət və mənfi təsirlərini nəzərə alıb özünə elə qulluq etməlidir ki, doğulan uşaq 3-3,5 kq-dan çox olmasın. Akselerasiya ömrün uzanmasına, psixi göstəricilərə müsbət təsir etməklə bərabər döl çox iri olduğu hallarda onun ölü doğulmasına səbəb ola bilər.

Bö­yü­mə­nin sür'ətlə get­mə­si ilə ya­na­şı ola­raq cin­si yet­kin­lik döv­rü də tez baş­la­yır. Məsələn, Sank-Pe­ter­burq şə­hə­ri­nin qız­la­rın­da ilk menstruasiya 1927-1930-cu il­lər­də 14 yaş 2 ay­lı­ğın­da ol­du­ğu hal­da, 1959-cu il­də bu pro­ses 12 yaş 11 ay­lı­ğın­da baş­la­mışdır.

Qeyd et­mə­li­yik ki, ak­se­le­ra­si­ya­ya sə­bəb olan amil­lər haq­qında ümu­mi­ləş­di­ril­miş va­hid bir fi­kir yox­dur. Çox­lu nəzəriy­yələr, fi­kir­lər var ki, on­lar­dan bir ne­çə­si­nin üzə­rin­də da­ya­naq.

Alim­lə­rin ço­xu be­lə gü­man edir­lər ki, in­ki­şaf­da­kı bü­tün irə­li­lə­yi­şin əsa­sın­da qi­da amili du­rur. Hər ada­ma dü­şən yük­sək key­fiy­yət­li zü­la­lın və tə­bii ya­ğın-pi­yin əha­li­nin tə­la­ba­tı ba­xımın­dan artması ilə əla­qə­lən­di­ri­lir. Bu­ra həm­çi­nin bü­tün il bo­yu mey­və tə­rə­və­zin mü­tə­ma­di ola­raq is­ti­fa­də olun­ma­sı, ana və uşaq or­qa­niz­mi­nin vi­ta­min­lə yax­şı tə'min olun­ma­sı və s. aid­dir.



He­lio­gen nə­zə­riy­yə­yə gö­rə ak­se­le­ra­si­ya­da baş­lı­ca ro­lu uşaq or­qa­niz­mi­nə gü­nəş şüa­la­rı­nın tə'siri oy­na­yır. Bu nə­zə­riy­yə­nin tərəf­dar­larının fi­ki­rin­cə ha­zır­da uşaq­lar da­ha çox tə­bii şüa­lan­ma­la­ra (ra­dia­si­ya­la­rı­n təsirinə) mə'ruz qa­lır­lar. Bu fi­kir o qə­dər inan­dı­rı­cı de­yil, ona gö­rə ki, yer kü­rə­si­nin şi­mal qüt­bün­də ak­se­le­ra­si­ya pro­sesi heç də cə­nub qüt­bü­nə nis­bə­tən aşa­ğı templə get­mir.

Akselerasiyaya səbəb kimi maqnit sahəsinin endokrin vəzilərinə müsbət təsirini, texniki tərəqqini, insanların daha çox idmanla məşğul olmalarını və s. göstərmək olar.

Bir qrup alim­lər isə ak­se­le­ra­si­ya pro­se­si­ni iq­lim də­yiş­mə­lə­ri ilə əla­qə­lən­di­rir­lər. On­lar be­lə gü­man edir­lər ki, rü­tu­bət­li və is­ti iq­lim isə or­qa­niz­min is­ti­lik iti­ril­mə­si­nə sə­bəb olur və ona gö­rə də gu­ya bo­yat­ma sti­mul­laş­dı­rı­lır.

Kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri
Kiçik yaşlı məktəblilər ibtidai sinifləri əhatə edir. Bura 6-10 və ya 7-11 yaşa qədər uşaqlar daxildir. İbtidai sinif şagirdlərinin fizioloji, psixoloji və sosial inkişafı məktəbəqədər yaşlı uşaqların inkişafından xeyli dərəcədə fərqlənir. Kiçikyaşlı məktəblilərin fizioloji xüsusiyyətləri onunla səciyyələnir ki, bu yaş dövründə uşaqlarda əzələ lifləri sürətlə inkişaf edir, bərkiyir, əzələlərin qüvvəsi artır və sümükləşmə prosesi sürətlənir. Onurğa sümüyü, normal bir əyrilik vəziyyəti alır.onların boyu ildə 5 sm. artmaqla 115 sm-dən 140 sm-ə qədər, çəkiləri 21 kq-dan 33 kq-a qədər artır. Uşaqlar bu yaş dövründə çox mütəhərrik olurlar, saatlarla oynamaqdan yorulmurlar. Bu isə əzələlərin çox sürətlə inkişafı ilə əlaqədar olur.

Bu yaşda orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq artır. Skeletin sümükləşməsi başa çatmadığından onların partada düzgün oturmasına diqqət yetirmək lazımdır. Bu yaşda ürək-damar sistemi zəif inkişaf edir. Buna görə də uşaqların hərəkətdə olmasına ehtiyac duyulur.

Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər. Buna görə müəllim şagirdləri mətni öz sözləri ilə danışmağa, plan tutmağa, suallara cavab tapmağa, sərbəst mövzularda kiçik inşalar yazmağa daha çox cəlb etməlidir.

Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi.

Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:

a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;

b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;

c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;

ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;

d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.

Kiçik yaşlı şagirdlərin psixi inkişafının da özünəməxsus keyfiyyətləri vardır. Bu yaş dövründə uşaqların iradi (ixtiyarı) diqqəti nisbətən zəif inkişaf etmiş olur. Onlar uzun müddət fikirlərini toplamaqda çətinlik çəkir, diqqətlərini iki iş üzərində bölə bilmirlər. Ona görə də, valideynlər də, müəllimlər də uşaqların diqqətinin formalaşmasına qayğı göstərməlidirlər. Ona görə ki, “diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, süurumuzda olan hər bir şey mütləq buradan keçir. Deməli, təlimin heç bir kəlməsi bu qapıdan keçmədən uşağın ruhuna daxil ola bilməz…” Uşağı bu qapını açıq saxlamağa çalışdırmaq birinci dərəcəli əhəmiyyətli işdir, təlimin bütün müvəffəqiyyəti buna nail olmaq üzərində qurulur. Uşaqlarda fəal (ixtiyarı) diqqəti inkişaf etdirmək vacibdir. Çünki fəal diqqətdə əşya insane üzərində deyil, insane əşya üzərində hakim olur.

Uşaqların diqqəti onların maraqları ilə çox əlaqədardır. Maraq diqqətin güclənməsinə səbəb olur. Bu yaşda olan uşaqlar müxtəlif məsələlərlə maraqlanır və çoxlu suallar verirlər. Belə suallara cavab vermək zəruridir. Kiçikyaşlı məktəblilərdə mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalniz mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır. Şagirdlər ətraf aləmin hadisələrinin səbəb-nəticə əlaqələrinin mahiyyətinə dərindən nüfuz etməyi öyrənmədən əvvəl bu yaş dövründə təfəkkür məşqləri keçir. Bu məşqlər nəticəsində onlar əşya və hadisələrin mahiyyətini görürlər. Uşaqlar canlı obrazı əvvəlcə görür, sonar onu təsəvvür edir və təsəvvüründə yaradır.

Kiçikyaşlı məktəblilər daim axtarəşda olub bilmədiklərini öyrənməyə həvəs göstərirlər. Onlar ətraf aləm, təbiət, əmək, müxtəlif əşyalarla tanış olur, onların keyfiyyət və xüsusiyyətlərinə dair biliklərə yiyələnirlər. Təbiət hadisələrini dönə-dönə müşahidə etdikcə, uşaqlar onların başvermə səbələri ilə maraqlanırlar. Getdikcə onların əlamət və keyfiyyətlərinə daha dərindən bələd olmağa çalışırlar. Belə ki, uşaqları nə üçün yağış, qar yağır, külək əsir, tufan baş verir, zəlzələ olur, adamlar bir-birini öldürür, müharibə edirlər, adamlar qocalır, ölür və s. kimi problemli məsələlər daha çox düşündürür. Uşaqlar sinifdən sinifə keçdikcə havanın vəziyyətini, hər fəslin özünəməxsus əlamətlərini öyrənir, bu sahədə öz təsəvvür və anlayışlarını genişləndirirlər. Onlar ev heyvanları haqqında müəyyən biliklər əldə edir, onların adamlara nə kimi fayda verdiklərini öyrənirlər. Uşaqlar öyrənirlər ki, təbiət müxtəlif səslər, rənglər və formalarla zəngindir. Təbiət eyni vaxtda bir neçə duyğuya təsir edir. Meşədə, parkda olarkən uşaqlar yaşıl yarpaqları, güllərin, çiçəklərin bir-birindən fərqlənən rəngini görür, onların ətrini hiss edirlər. Bu kimi məsələlər uşaqları heyrətləndirir. Göy gurultusu, ildırım çaxması, vulkan püskürmələri uşaqları düşündürür.

Kiçikyaşlı məktəblilərin cinsi tərbiyəsi

Avstriya psixiatrı Ziqmund Freyd (1856-1936) XX əsrin əvvəllərində müəyyən etmişdir ki, şəxsiyyətin strukturunda şüur tərəfindən idarə olunmayan cəhət və əlamətlər vardır. Bə`zən insan bu və ya digər bir hərəkətə yol verir, lakin hansı səbəbə görə başqa cür deyil, məhz belə bir hərəkət etməsini əsaslandırmaqda çətinlik çəkir. Z.Freyd bu cür hadisələrin səbəbini belə izah edir: şəxsiyyətin inkişafı iki təbii instinklə bağlıdır. Bunlardan biri nəslin davam etdirilməsi (yə`ni cinsi amillə), digəri isə insan həyatının mühafizə edilməsi (yə`ni ölümdən qorxmaqla) ilə bağlıdır. Freydə görə insanın bütün bütün yaradıcı fəaliyyəti sosial amillər tərəfindən deyil, bioloji amillər tərəfindən şərtləndirilir.

Fəaliyyətin sosial amillərlə deyil, seksual hisslərlə şərtləndirilməsi sırf burjua nəzəriyyəsidir və sovet alimləri onu rədd edirlər. Çünki seksual hissləri şüur özü idarə edir; şüurun köməyi ilə bu hissləri nizama salmaq lazımdır.

Sovet məktəbində cinsi tərbiyənin başlıca məqsədi oğlanlar və qızlar arasındakı münasibətləri düzgün istiqamətləndirməkdən, müəyyən məcraya salmaqdan və şəxsiyyətin inkişafında cinsi əlamətlərin spesifik cəhətlərini nəzərə almaqdan ibarətdir. Oğlan – qız münasibətləri heç də təkcə simpatiya və antipatiya münasibətləri olmayıb, eyni zamanda əxlaqi münasibətlərdir. Simpatiya-antipatiya münasibətləri (necə deyərlər, intim münasibətlər) məhz tərbiyəvi təsirlərin nəticəsində düzgün istiqamət alır, inkişaf edir və formalaşır.

Son vaxtlar elmdə “akselerasiya” anlayışına tez-tez rast glmək olur. Akselerasiya – sosial amillərin təsiri ilə orqanizmin psixofizioloji funksiyalarının inkişafının sür`ətlənməsi şəklində izah olunur. Akselerasiyanı tədqiq edən alimlərin gəldikləri nəticəyə görə, orqanizm daha tez yetişir və sür`ətlə inkişaf edir. Bu isə tələb edir ki, ümumtəhsil məktəblərində şagirdlərə oğlan – qız münasibətləri haqqında elmi məlumat verilsin, qadın və kişinin, ana və atanın ailədəki, cəmiyyətdəki funksiyaları onlara çatdırılsın. Cinsi tərbiyə ilə əlaqədar olaraq məktəbin başlıca vəzifələri aşağıdakılardan ibarətdir: oğlanlar və qızlar arasında qarşılıqlı hörmət, qarşılıqlı anlaşma münasibətlərinin tərbiyə edilməsi; məhəbbət, sevgi, vurulmaq kimi intim hisslərin şərhi və tərbiyə edilməsi; cinsi bioloji və sosial problemləri haqqında şagirdlərə tam elmi, lakin yığcam məlumat vermək; cinsin təbiətindən irəli gələn atalıq və analıq, kişilik və qadınlıq kimi əlamətlərin başa salınması; gələcəkdə gənclərin gözəl ailə qura bilmələri üçün onlara zəruri tövsiyə və məsləhətlərin verilməsi və s.

Şagirdlər dərk etməlidirlər ki, qadın təbiət tərəfindən ana olmaq üçün yaradılmışdır, hər bir qız özünün bioloji inkişafı prosesində ana olmaq mərhələsinə yaxınlaşır, analıq funksiyasını yerinə yetirmək üçün yetkinləşir. Qadın (qız) təbiəti daha incə, daha zərif olur. Qadınlarda həssaslıq, nəvaziş, zəriflik kişilərə nisbətən daha güclü olur. Onların zərif, incə qəlbi ilə düzgün rəftar etmədikdə pis nəticələr meydana çıxır: onların qəlbi tez sınır, tez inciyirlər. Oğlanlar bu xüsusiyyətləri bilməli və qızlarla rəftar zamanı nəzərə almalıdırlar. Hər bir oğlan bilməlidir ki, qızlar öz təbiətinə görə ondan nəvaziş, qayğı, hörmət, diqqət tələb edir. Belə olmadıqda Didro demişkən kişilər “kobud” təbiətləri ilə qadınların qəlbini tez sındırırlar. Oğlanlar öz cinsi xüsusiyyətlərinə görə qızlar qədər nəcib və həssas ola bilmirlər. Onlar daha çox dəliqanlı olmağı, “qəhrəmanlıq” göstərməyi üstün tuturlar. Qızlar incəsənətə, estetika məsələlərinə, bədii ədəbiyyata daha çox meyl göstərirlər, oğlanları isə romantika cəlb edir. Texnika və idman oğlanlar tərəfindən, qızlara nisbətən, üstün qiymətləndirilir.

İbtidai siniflərdə oxuyan şagirdlər özlərinin cinsi fərqlərini bir o qədər də dərindən dərk etmirlər. IV-V siniflərdə cinsi fərqlərin şagirdlər tərəfindən dərk olunmağa başlaması halları müşahidə edilir; oğlan qızdan, qız oğlandan “uzaqlaşır”, arada pərdə gözlənilir. VI-VII siniflərdə qəribə hal müşahidə olunur: oğlanlar və qızlar yenidən “yaxınlaşır”, gizli şəkildə onlar bir-birini cəlb etməyə səy göstərir, biri digərinin xoşuna gəlməyə can atır. Bu dövrdə ilk vurulma halları meydana çıxır, lakin tez də sönüb çıxıb gedir. VIII-X siniflərdə bir cinsin nümayəndəsi başqasına qiymət verir, seçici münasibət yaranır, oğlan qızın və qız oğlanın hərəkətlərinə daha çox diqqət yetirir, sevgi hissləri baş qaldırır. Çox maraqlıdır ki, qızlar özlərindən yaşlı olan oğlanlarla daha çox maraqlanırlar. Alimlərin fikrincə, bunun səbəbi qızlarda bioloji inkişafın daha tez sür`ətlə getməsidir.

Müəllim göstərilən xüsusiyyətləri bilməli və cinsi tərbiyə prosesində nəzərə almalıdır. Başlıca cəhət odur ki, müəllim hər bir şagirdi yaxşı tanısın, onun qəlbinə yol tapa bilsin. Belə olduqda şagird sirrini müəllimdən gizlətmir və ondan ağıllı məsləhətlər ala bilir.

Ailədə ərlə arvad arasındakı münasibət uşaqlara cinsi tərbiyə baxımından elə güclü təsir göstərir ki, onun buraxdığı şirin və ya acı izlər uzun müddət şagirdin yadında qalır. Təcrübə göztərir ki, oğlanın və qızın gələcək ailə taleyi, ailə münasibətləri uşaqlıq zamanı öz evlərində müşahidə etdikləri təsiri altında formalaşır, onlar bu münasibətlərdən yaxa qaurtarmaqda çox çətinlik çəkirlər. Ata və ana öz hərəkətləri ilə uşaqların hörmətini qazana bilirsə, uşaqda böyüyə və ümumiyyətlə insana hörmət hissi yaxşı formalaşır. Bacı ilə qardaşın arasındakı münasibət tədricən oğlan ilə qız arasındakı münasibətə çevrilir. Bacısına hörmət etməyi bacarmayan oğlan ümumiyyətlə qıza hörmət etməkdə ciddi qüsurlara yol verir. Ananı insan yerinə qoymayan atanın oğlu gələcəkdə öz həyat yoldaşı ilə kobud rəftar edir. “Ana çıxan ağacı qızı budaq-budaq gəzər” xalq məsəlində bir həqiqət vardır. Axı, adətən, uşaq valideynlərinin tökdüklərini yığışdırır. Tərbiyədə mühit qüvvətli amillərdən biri olduğu üçün cinsi tərbiyədə də ailə mühiti öz təsirini göstərir.

Cinsi tərbiyə məsələlərində məktəbin də öz payı vardır. Bioloji fənlərin tədrisi prosesində şagirdlərə orqanizmin inkişaf xüsusiyyətləri haqqında məlumat verilir; humanitar hənlər oğlan və qızlar arasında etik münasibətləri formalaşdırır. Oğlanlar və qızlar on bir il bir yerdə təlim-tərbiyə alır, eyni kollektivdə fəaliyyət göstərir, birgə səy nəticəsində müxtəlif tədbirlər hazırlayıb həyata keçirirlər. Bu prosesdə onların arasında müxtəlif münasibətlər yaranır, bəziləri inkişaf edib möhkəmlənir, bəziləri tədricən aradan çıxmalı olur. Münasibətlərin düzgün formalaşması pedaqoji kollektivin səylərindən çox asılıdır.

Oğlanlar və qızlar arasında düzgün münasibətlərin formalaşması ətraf mühitdən, ictimaiyyətin fəaliyyətindən də asılıdır. Yaşlılar, təqaüdə çıxmış təcrübəli şəxslər, milis nəzdindəki uşaq otaqlarının işçiləri, qonşular bu mühüm işdən kənarda qala bilməzlər.

Oğlanlar və qızları bir-birinə bağlayan, onların arasında səmimi yoldaşlıq və dostluq münasibətlərinin yaranıb möhkəmlənməsinə səbəb olan, onların bir-birini yaxşı tanımasına, bir-birini başa düçməsinə şərait yaradan başlıca sahə birgə fəaliyyətdən ibarətdir. Təlim tapşırıqlarının birgə yerinə yetirilməsi, ictimai-faydalı işlərin birgə icrası, yürüşlərin birgə keçirilməsi, gecələrin təşkili və s. oğlanlar və qızlar arasında zəruri münasibətlər formalaşdırmaq baxımından olduqca faydalıdır.

Oğlanlar və qızlar arasındakı münasibətləri tərbiyə etmək işinə həmin münasibətləri öyrənməklə başlamaq lazımdır. Müəllim əvvəlcə “münasibət necədir və niyə belədir?” sualına cavab verməli, topladığı zəngin materialları təhlil etməli, lazımi nəticələr çıxarmalıdır. Münasibətlərin öyrənilməsində sosiometrik metod, anketlərin tətbiqi daha yaxşı nəticə verir. “Kiminlə bir partada oturmaq istərdin?”, “Ən çox kiminlə bir yerdə olmağı arzu edirsən?”, “Yürüşə kiminlə çıxmaq istərdin?”, “Kimin xasiyyətini xoşlayırsan və nə üçün?”, “Əsl yoldaşı necə təsəvvür edirsən?” tipli suallara cavab almaq, birgə fəaliyyət prosesində şagirdləri müşahidə etmək, müstəqil xarakteristikaların tərtibi və s. müəllimə imkan verir ki, lazımi faktlar toplaya bilsin. Əldə edilmiş materiallara əsasən şagirdlərlə söhbət keçirmək, şagirdləri oğlanlarla qızlar arasında düzgün münasibət formalaşdırmağa müsbət təsir göstərən fəaliyyət növlərinə cəlb etmək, müvafiq bədii əsərlərin müzakirəsini keçirmək bu işdə yaxşı nəticə verir.

Məktəb təcrübəsi göstərir ki, oğlanlar və qızlar arasında əxlaqi münasibətlərin formalaşdırılması baxımından iki cür ifrata varmaq halı müşahidə edilir: müəllimin münasibətlərin tərbiyəsi üzrə lazımi iş aparmaması; yaranmışmənfi münasibətləri tez-tez kollektivin müzakirəsinə verməsi. Bunların heç biri düzgün hesab edilə bilməz. Fərdi söhbətlər, şagirdin qəlbini ələ almaq yolu ilə ona göstərilən tə`sirlər daha yaxşı nəticə verir. İntim münasibətləri kollektivin müzakirəsinə vermək, bir qayda olaraq, xeyir vermir, şagirdin hissiyatına toxunur, qəlbi sındırılır.



Freydizmin əksinə olaraq, sovet alimləri belə hesab edirlər ki, seksual hisslər şüur tərəfindən idarə edilir. Ona görə də şagirdlərdə cinsi şüurun formalaşdırılması vacib məsələlərdən biridir. Bu münasibətlə, adətən, oğlanlar və qızlarla ayrılıqda söhbət keçirmək lazım gəlir. Oğlanlar arasında “Qızlara münasibət necə olmalıdır?”, “Qadın qəlbinə toxunmaq nə deməkdir?”, “Ana nə üçün müqəddəsdir?” kimi mövzularda söhbətlər və digər tədbirlər keçirmək olar. Qızlar üçün “Məhəbbət nədir?”, “Özünə həyat yoldaşı seçmək nə deməkdir?”, “Ailə nə üçün dağılır?”, “Qadınlıq isməti nədir?”, “Qaynanaya münasibət necə olmalıdır?” və s. mövzularda söhbətlər keçirmək mümkündür. Yaxşı olar ki, oğlanlar üçün söhbətləri müəllimlər, qızlar üçün söhbətləri müəllimələr təşkil etsinlər. Müasir toy adətləri, cehiz əhvalatı və s. də söhbət mövzuları ola bilər. Qohumla evlənməyin bəzi mənfi cəhətləri, ailə qurmaqda irsi əlamətlərin rolu kimi problemlərin elmi əsasları şagirdlərə çatdırılmalıdır.
N Ə T İ C Ə
Bütün dövrlərdə və bütün mədəniyyətlərdə insan təsnifatının ən geniş yayılmış üsulu onun kişi və qadına bölünməsidir. Cins insanın heç zaman yaddan çıxarmadığımız yeganə atributudur. Biz gözün və saçın rəngini, üzün cizgilərini, insanın əynindəki paltarı və üstündə hansı bəzək əşyasının olduğunu unuda bilərik. Lakin onun kişi yaxud qadın olduğunu heç bir vaxt yaddan çıxarmırıq. Son onilliklər ərzində insanlar kişi və qadın təsnifatına daha çox diqqət verməyə və onun müxtəlif məna aspektləri barədə suallar verməyə başlamışlar. Bu suallar təkcə psixologiya və o cümlədən sosial psixologiyada deyil, həm də humanitar elmlərin digər sahələrində meydana çıxır. Həmin problemlə bağlı sosial psixoloqların fikri olduqca vacibdir, çünki onlar diqqəti davranışımızı «maskulin» yaxud «femin» kimi formalaşdıran norma və rollara yönəldir. Qadın və kişinin psixoloji xasiyyətnamələrindəki fərq bəlkə də kişi başlanğıcının birinciliyini və üstünlüyünü sübut etmək məqsədi güdən alimləri həmişə maraqlandırmışdır, çünki qadının psixoloji xasiyyətnaməsi kişi alimləri tərəfindən diqqətəlayiq sayılmırdı. Mahiyyətjə müəyyən mənada qadının psixoloji əlamətlərinə toxunan ilk psixoloq-alim Avstriya psixoloqu, psixoanalizin müəllifi Ziqmund Freyddi və o qadını yarımçıqlıq kompleksindən əziyyət çəkən, kişi cinsiyyət üzvləri arzusunda olan və ona həsəd aparan «alçaldılmış kişi» kimi təsvir edirdi. Sonralar Karl Qustav Yunq Animu kişi şəxsiyyətinin şüursuz qadın tərəfi, Animusu isə qadın şəxsiyyətində şüursuz kişi tərəfi kimi qeyd edərək, heterogen şəxsiyyət strukturundan söhbət açır. Karen Horninin neofreydizmini qadın psixologiyasının rüşeymi hesab etmək olar. Karen Horni öz nəzəriyyəsində psixoanalizin irəli sürdüyü kompleksləri alt-üst edərək və psixologiyada sosiomədəni yanaşmanı inkişaf etdirərək, cinsi rolların formalaşmasında mədəniyyətin əhəmiyyətinə diqqəti yönəltməklə qadının «inkişafdan qalmış kişi» kimi nəzərdən keçirilməsini ciddi tənqidə tutur. Alfred Adler, Erik Erikson, Bern Şon kimi bəzi Qərb psixoloqları da qadının psixoloji inkişafına müəyyən dərəcədə diqqət yetirirdi. Azərbaycan psixologiyasında professor Əbdül Əlizadə ilk dəfə olaraq cinsi dimorfizm aspektinə diqqət vermiş, psixi cins dedikdə onu dəlil sahəsinin, dəyərlər istiqamətinin, özünüdərkin, mənəvi təfəkkürün və digər psixoloji xüsusiyyətlərin formalaşması kimi nəzərdən keçirməyin lazım olduğunu qeyd etmişdir. Son onilliklərdə daha geniş anlam məqsədi ilə psixoloqlar «cins» əvəzinə «qender» sözündən istifadə edir. Çoxsaylı elmi mübahisələr nəticəsində cins və qender anlayışları arasında dəqiq sərhəd qoyuldu. Cins konkret bir insanın kim – qadın yaxud kişi olduğunu bildirir və həmin insanın bioloji statusunu göstərir. Cins (yəni bioloji xüsusiyyətlər) kişi və qadın arasındakı psixoloji və sosial fərqlərin özülü və əsası sayılır. Elmi araşdırmaların inkişafı ilə aydın oldu ki, bioloji cəhətdən kişi ilə qadın arasında fərqdən daha çox oxşarlıq mövcuddur. Bəzi tədqiqatçılar hətta qadın və kişi arasındakı yeganə dəqiq və əhəmiyyətli bioloji fərqin onların nəsil istehsalındakı rolundan ibarət olmasında görür. Bü gün hamıya məlumdur ki, cinslər arasındakı, məsələn, kişinin yüksək boy, ağır çəki, muskul həcmi və fiziki qüvvəyə malik olması kimi «tipik» fərqlərin cinslə bağlılığı daha azdır. Məsələn, şimali-qərbi Avropa qadınlarının boyu bütövlükdə cənubi-şimali Asiya kişilərindən daha yüksəkdir. Boya və bədənin ağırlığına, həmçinin fiziki qüvvəyə yemək, həyat tərzi mühüm dərəcədə təsir göstərir ki, bu da öz növbəsində kişiyə yaxud qadınamı daha artıq yemək verməyin daha düzgün olması, kalorili yeməyin kimə daha gərəkli olması, kim üçün idman məşğələlərinin daha əlverişli olması ilə bağlı ictimai baxışın təsiri altındadır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. A.Həsənov, Ə.Ağayev – Pedaqogika, Bakı 2007

  2. İ.Ağayev – Uşaqlarda mədəni adət və vərdişlər tərbiyəsi, Azərnəşr 1961

  3. S.Axundov, A.Həsənov – Ailədə uşaqların əxlaq tərbiyəsi, Maarif, Bakı 1991

  4. Ə.Bayramov – Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri, Bakı 1967

  5. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu – Əxlaqnamə, Bakı 1975

  6. A.Həsənov – Kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi, Bakı 1987

  7. N.Kazımov – Məktəb pedaqogikası, Bakı 2002

  8. S.M.Quliyev – Məktəblilərin mənəvi siması, Bakı 1982

  9. Elektron resurs – http://www.psixologiya.net

  10. Elektron resurs – http://www.kayzen.az


MÜNDƏRİCAT
GİRİŞ-------------------------------------------------------------------------------1

Akselerasiya nədir?--------------------------------------------------------------2

Kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri-----------------------------------5

Kiçikyaşlı məktəblilərin cinsi tərbiyəsi----------------------------------------6



NƏTİCƏ----------------------------------------------------------------------------9

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT---------------------------------------11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə