Üzrə əyani şöbəsinin II kurs tələbəsi Qədirov Cavid Şixəli oğlunun




Yüklə 153.55 Kb.
səhifə1/2
tarix24.04.2016
ölçüsü153.55 Kb.
  1   2



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası

üzrə əyani şöbəsinin II kurs tələbəsi

Qədirov Cavid Şixəli oğlunun

<>

mövzusunda




S Ə R B Ə S T İ Ş İ №1


Fənn: Türk Xalqları Tarixi

Kafedra: Azərbaycan tarixi

Elmi rəhbər: dosent Əhmədov Rüstəm Vəli oğlu

Qrup: 823

S U M Q A Y I T - 2010

Plan:


  1. Türk sözünün mənası və qədim türklər haqqında.

  2. Qədim türklərin etnik tərkibi və dili.

  3. Qədim Azərbaycan incəsənətində petroqliflər.

  4. Qədim türk xalqlarının incəsənətində petroqliflər.

  5. Mahmud Kaşğarlının “Divan”-ında qədim türklər haqqında.


G İ R İ Ş
Müasir dövrdə qədim dünya mədəniyyətinin kulturoloji konteksdə öyrənilməsi, tədqiqi və tətbiqi mövcud sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim dünya mədəniyyətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi məhz dövrün zəruri tələbi kimi əsas prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir.

Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir. Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, mədəniyyətləri və sivilizasiyaları dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.

Türk xalqalrının e.ə. I minilliyin ortalarına qədərki tarixi barədə yazılı mənbələr yoxdur. Ona görə də eradan əvvəlki minilliklərdə türk etnoslarının tarixi yalnız arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələri və qayaüstü təsvirlər əsasında araşdırılmışdır.

E.ə. I minilliyin ikinci yarısında Mərkəzi Asiya və Qazaxıstan ərazilərində yaşamış saklar, massaqetlər, usunlar, kanqlılar, və b. qədim türk etnosların mədəniyyətləri və incəsənətləri haqqında antik müəlliflərin əsərlərində və Çin mənbələrində səthi də olsa məlumatlar vardır. Bu dövrə aid arxeoloji abidələrdən aşkarlanmış maddi mədəniyyət elementləri yazılı mənbələrdəki məlumatlarla əlaqəli şəkildə öyrənildikdə müəyyən elmi nəticələrə gəlmək mümkündür. Hər iki qrup mənbədə (arxeoloji və yazılı mənbələrdə) qədim türk tayfalarının dini görüşləri haqqında nisbətən daha aydın təsəvvür əldə olunur.

Qədim türklərdə vahid allaha inam vardı. Bu, göy allahı Tenqri idi. Lakin arxeoloji qazıntılardan və yazılı mənbələrdən aydın olur ki, Mərkəzi Asiyanın türk tayfaları içərisində ibtidai icma dinləri ( animizm, totemizm, şamanizm, əcdada sitayiş və s.) ilə yanaşı zərdüştlek də vardı.

Türk sözünün mənası və qədim türklər haqqında
Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə «Tik» və ya «Tiklər» şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər.
Türklərlə bağlı biliklərin çoxunu qədim Çin mənbələrindən əldə edirik. Çinli tarixçilər  bizim eradan əvvəl 2000 -1000 ci illər arasında ilk Türk hökmdarlığından bəhs edirlər. Bununla bərabər, qədim çin  qaynaqlarındakı Türk hökmdarlarının və dövlətlərinin adı çincə yazılıb .Bunlarin Türkcə qarşılığı tam anlamıyla  bilinmir. Professor Erol Güngörün təbirincə, «bizim atalarımız o vaxt türk adı ilə çağırılmırdı. Türk kəlməsi bu gün belə  millətin adıdır amma atalarımız o vaxt bir millət halında deyildi. Boy və tayfalar halında yaşıyırdılar və hər tayfanın ayrı bir adı vardı. Türk adının tarix səhnəsinə çıxması 6-cı  yüzillikdə qurulan Göytürk milləti ilə bağlıdır.

Orxon kitabələrində yer alan Türk adı daha çox „Turuk“  şəklində göstərilmişdir. Yəni, Türk sözünü ilk dəfə rəsmi olaraq istifadə edənlər Göy türklər Göy türk imperiyası olmuşdur. Göytürklərin ilk vaxtlarında Türk sözü bir dövlət kimi işlədilirdisə  daha sonra Türk millətni  ifadə etmək üçün işlədildi. Çin imperatoru 585 -ci ildə, Göy Türk xaqanı  işbaraya göndərdiyi məktubda „Böyük Türk Xaqanı›“ deyə xitab etmişdir. İşbra Xaqanın Çin imperatoruna cavabında da „Türk millətinin tanrı tərəfindən yaranmsından bu yana 50 il keçdi » ifadəsi işlədilmişdir Göy Türk yazılarında Türk sözü daha cox " Türk budun" şəklində işlədilmişdir. Türk Budun Türk Milləti mənasına anlamına gəlir. Dolayısıyla Türk adı  bu dövrlərdə bir toplumun  bir  qövmün adı kimi deyil daha çox siyasi bir mənsubiyyəti təyin edən bir söz kimi keçir. Yəni Türk soyuna mənsub olan bütün boyları və toplumları ifadə etmək üçün milli bir ad halına gəlmişdir. Türk sözünün kəlməsinin ( etimoloji cəhətdən) üzərində də bir çox fikirlər söylənmişdir. Bunlardan bəziləri aşağıdkılardır: Çin qaynaqlarında «Tu-kue (Türk)» dəbilqə mənasını verir; İslam qaynaqlarında səs  bənzəşməsinə əsaslanaraq  yetginlik dövrü mənasına gəlir. Arminius Vamberyin 19-cu əsrdə yazdığı əsərlərində bildirdiyinə görə türk kəlməsi törəmək (türümək)  sözündən gəlir. Ziya Gökalp bunu  " türəli(türeli)" yəni qanun və nizamlı şəklində açıqlayır. Böyük  Alman türkoloq  Albert Von Le Coq türk kelməsinin güc qüvvət mənasını verdiyini demişdir,Le Coqun bu iddiası Göytürk əlifbasını 1893- cü ildə ilk dəfə araşdıran etimoloq Vilhelm Thomas tərəfindən də deyilmiş: Macar türkoloqGyula Nemethin araşdırmalarında da sübut olunmuşdur. Bu mövzuda digər bir yazıya göre Türk kəlməsi Altaylı  (ceyhun kənarı,turanlı) qövmlərini təyin etmək üçün 420 -ci ildə  bir fars mətnində göstərilmişdir. Yenə 515-ci  ildə Türk -Hun(qüdrətli Türk) təbirinin də keçməyi bilinməkdədir. İran qaynaqlarında Türk kəlməsi gözəl insan mənası verir. Mahmud qaşqarlı Türk adının Türklərə tanrı tərəfindən verildiyini demişdir gənclik qüvvət mənasını verdiyini vurğulamışdır .Türk kəlməsinin güclü — qüvvətli mənasına gəldiyini bu gün bütün alimlər demək olar ki qəbul edir.



Azərbaycanda qədimdən Türk tayfaları yaşayıb  meselen aslar (uslar  oğuzlar) (as ərlər azərlər) ,saklar( bugünkü Şəki sözü keçmişdə sakaşena kimi işlənib Sak sözündən gəlir, həmçinin zaqatala (sakatala), geklər( bu tayfa göy Türklərin əcdadları olub onlarla bağlı Azərbaycanda  Göylər kəndi var(qədimdə geklər),kamaklar da qədim Türk tayfası olub Azərbaycanda yaşayıb( qedim Şamaxı sözünün etimoloji mənası onlarla bağlıdı, kamaxa, kemaxa, şemaxa)kəngərlər də Azərbaycanda yaşayiblar ta qədimdən ( kəngərli toponimi onlarla bağlıdır). Bir sözlə Azərbaycan qədim Türk diyarı olub. 
Qədim türklərin etnik tərkibi və dili
İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III minilliyin sonunadək) Ön Asiyada və o cümlədən Azərbaycan ərazilərində əhali daha sür’ətlə artır, yaşayış məskənləri genişlənir, ibtidai icma quruluşunun dağılması, patriarxal münasibətlərin möhkəmlənməsi sosial münasibətlərin dəyişməsinə səbəb olur. Tarixçilər mə’lumat verirlər ki, bu dövrdə yaşayış yerləri əksərən 1-2 ha sahəni tutur, məskənlər daha çox dağətəyi yerlərdə, çay vadilərində salınır. İkimərtəbəli evlər tikilir. Yaşayış yerləri ətrafında müdafiə hasarları düzəldilir. Tayfaların idarə olunmasında kişilər üstünlük qazanır, tədricən ictimai və sosial bərabərsizlik güclənir. İbtidai incəsənət inkişaf edir və bu dövr Azərbaycanda qədim incəsənətin çiçəklənmə dövrü sayılır. E.ə.III minilliyin son rübündən Kür-Araz mədəniyyətinin süqutu ilə orta tunc dövrü başlayır. Azərbaycanda yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər, hurrilər və b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad mənbələri Azərbaycan ərazisindəki əsas tayfalar haqqında xeyli mə’lumat saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə’lumat yox dərəcəsindədir, ona görə də Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi və dil mənsubiyyəti barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti, lullubi və kassi (kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib çatmışdır. Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə’lumat ala bilirik. Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə’lumata əsasən bilirik ki, yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş, sonralar yazını şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim farslar mənimsəmişlər. E.ə. III-II minilliklərə aid şumer və akkad yazılarına əsasən Cənubi Azərbaycan ərazisində əsas tayfaların kuti, lullubi, subi, turukku, kassi, hurri və s.-dən ibarət olduğu müəyyən edilmişdir. Avropa alimləri və onların dediklərini təkrarlayan bir çox rus, Azərbaycan, gürcü və erməni tarixçiləri Azərbaycan ərazisindəki qədim tayfaların etnik mənsubiyyətini düzgün izah etməmiş, bə’zən bilərəkdən məsələni dolaşdırmağa çalışmışlar. Ona görə də Cənubi Azərbaycan ərazisində e.ə.III-II minilliklərdə müxtəlif mənbələrin qeydə aldığı tayfaların etnik mənsubiyyəti haqqında yanlış fikirlər söylənmiş, faktik olaraq, yerli tayfaların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalmışdır. Lullubilər haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində mə’lumat verilmişdir. Bu etnonimi hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində Lulu-in-a ‘düşmən ölkə’ kimi mə’nalandırılmışdır; ‘Lulubi’ forması akkad dilində işlənmişdir. Sondakı bi elementini elammənşəli hesab etmiş və ona görə də güman etmişlər ki, bu sözü akkadlar elamlardan almışlar. İ.M.Dyakonovun fikrincə, ‘lulu-bi’ sözü mə’nası mə’lum olmayan ‘lul’ kökündən və elam dilində cəm bildirən pi (bi) şəkilçisindən ibarətdir. Buna görə də lullubilərin dilini bə’zən elammənşəli saymış, dravid dillərinə aid etmişlər. Akademik «Azərbaycan tarixi»nin etnik tərkib və dil mövzularının müəllifi İ.Əliyev isə, yuxarıda dediyimiz kimi, Azərbaycan ərazisindəki qədim tayfaların mənşəyini Qafqaz və İran dillərində və ya mənşəyi mə’lum olmayan «qədim yerli dillər»də görməyə çalışmışdır. Qeyd etməliyik ki, lulluların dilində işlənmiş olan, elam dilində də müşahidə edilən bi/be şəkilçisindən və onun pi variantından hurrilər və urartlar da istifadə etmişlər. Q.Qeybullayev türk dillərinə məxsus oxşar etnonimlər əsasında sübut etmişdir ki, lullubi sözündəki bi, pi elammənşəli deyildir. Bu hissəcik aqrippi, traspi, nuşibi, tatabi kimi türk tayfa adlarında da (e.ə.VII-V əsrlər) özünü göstərir. (6; 23) Lullubi, sunbi (subi), kaspi, skif və digər qədim türk etnonimlərindəki «bi», «pi», «f» komponentləri türkmənşəli şəkilçidir. Bu şəkilçi elamlara və akkadlara şumerlərdən və ya kutilərdən keçə bilərdi. (6; 56) Çünki bu şəkilçi ilk növbədə şumer dilində müşahidə olunur və sözlərə artırılaraq onları etnos adı kimi ümumiləşdirən cəm şəkilçisi kimi çıxış edir.

Lullular kim idi və Lullubi dövləti nə vaxt yaranmışdır - suallarına tarix kitablarında çoxdan cavab verilsə də, bir çox həqiqətlər hələ gizli qalmaqdadır. Aratta dövləti nə üçün birdən yox oldu və onun yox olduğu dövrdə həmin ərazidə Lullubi dövləti yarandı? Bu barədə tarixin xəsisliklə mühafizə etdiyi mə’lumat daha dərindən araşdırılmalıdır. Y.B.Yusifov yazır: «E.ə. III minilliyin ikinci yarısında İkiçayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki, nisbətən sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idi. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı.» Çox maraqlıdır: şumerlərin İkiçayarasında məğlubiyyəti, Akkad dövlətinin yaranması ilə Azərbaycan ərazisinin də siyasi mənzərəsi dəyişir - yeni dövlət və yeni tayfa ittifaqı görünməyə başlayır. Bir qəribə cəhət də budur ki, şumerlərdə olduğu kimi, Lullubi ölkəsi də kiçik şəhər dövlətlərindən ibarət idi. Və digər bir cəhət də budur ki, lullubilər öz yaxın qonşuları akkadlara düşmən idilər, şumerlərlə qardaşlıq və dostluq əlaqələri saxlayırdılar. Onların tarixdə adı çəkilən ilk hökmdarı Satuni (e.ə. 2230-2200) 2200-cü ildə Akkad dövlətinə müharibə e’lan etmişdi. Lullubum hökmdarı, “padşahlar padşahı” İmmaşqun (e.ə. 2200-2170) Lullubi dövlətini gücləndirir və Akkad dövlətinə qarşı daha ciddi rəqabət aparır. Dövlətin qüdrəti hökmdar Anubanininin vaxtında (e.ə. 2170-2150) daha da artır. Anubanini ölkənin ərazisini genişləndirir, cənubda Fars körfəzinə qədərki ərazilərə qədər enə bilir. Lullular şumer mədəniyyətinə uyğun mədəniyyət yaratmışdılar, mixi yazıları mənimsəmişdilər və mixi yazılardan istifadə edirdilər. Çoxallahlı idilər və baş allahları Anu şumerlərin səma allahı An idi.


Bütün bünlar göstərir ki, şumerlərlə lullular qohum olmuş, bir tayfadan ayrılmışlar. Çox güman ki, akkadlar Şumerə hücum edərkən onların zərbəsi şumerlərin müttəfiqi və qohumu olan arattalılara da dəymiş, Aratta dövləti sıradan çıxsa da, yerli əhali tədricən dirçələrək Lullubi dövlətini yaratmışdır. Dünya tarixçiləri şumerlərin Azərbaycan ərazisindən - Zaqroş dağlarından İkiçayarasına endiklərini təsdiq edirlər və bu barədə əsaslı müxalif fikir yoxdur. Lullular «...e.ə.III-II minilliklərdə və sonra qədim Azərbaycan sakinləri kimi yad edilirlər. Lullular Arattanın ərazisində yaşayırdılar. Qaynaqlarda lullu adı -bi, -mi şəkilçiləri ilə də işlədilir. Lullu ittifaqına daxil olan hər bir tayfanın öz adı varmış. Bunlardan turukki və su tayfaları mə’lumdur. Belə təəssürat yaranır ki, lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad (fərqləndirmə bizimdir - Q.K.) olmuşdur». Hurrilər lulluları l >n keçidi ilə nullu adlandırmış, sözə «özgə», «yadelli» mə’nası vermişlər.

Bir sıra alimlərin araşdırmalarına görə, biaynlar (urartlar) lullu sözünü guya «düşmən» mə’nasında işlətmişlər. Y.Yusifov isə ‘lullu’ sözünü yerli xalqın dilində tez-tez müşahidə olunan «Lo-lo» mahnı adı, hunların türk mənşəli Luli tayfa adı, çoban sözləri və s.-lə əlaqələndirmək istəsə də, daim bu fikirdə olmuşdur ki, Lulubi sözü bu ölkəyə kənardan verilmiş addır. Müəllifin mühüm bir fərziyyəsi də budur ki, «Lullu/lulu adı bəlkə də bənzətmə, yaxud əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdı». Bu fikir daha ağlabatandır, lakin bizim fikrimizcə, tamamilə başqa istiqamətdə izah olunmalıdır. Lullular Urmiya gölünün cənubunda Zamua vilayəti ərazisində məskunlaşmışdılar. Qeyd olunanlarda mühüm bir rabitə hiss olunmaqdadır. Dediyimiz kimi, akkadlar Şumeri işğal etdikdən sonra Aratta həyat səhnəsindən çıxır, Lullubi dövləti yaranır. Lullular bütün mədəni xüsusiyyətlərinə görə şumerləri xatırladır. İkiçayarası Zamua ərazisinə son dərəcə yaxındır və akkadlarla düşmən münasibətdə olan lullular İkiçayarasını işğal edə bilməsələr də, Fars körfəzinə qədər enə bilmişdilər. Akkad işğalı zamanı şumerlərin məhv olmadığı, böyük bir qisminin İkiçayarasını tərk etməli olduqları da mə’lumdur. Şumer dastanlarından aydın olur ki, arattalılarla şumerlər arasında yaxınlıq, dostluq, sıx əlaqə olmuşdur. Onların varisləri də bu əlaqələri davam etdirmişlər. Bunu tarixçilər də təsdiq edirlər: «Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki, lullubilər ən qədim dövrlərdən e’tibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar». Aydın olur ki, hələ Şumerin yaxşı günlərində, Aratta hakiminin onunla qohumluq əlaqələri, dostluq, qardaşlıq münasibətləri olmuş, çox inkişaf etmiş, irəliləmiş şumerlər Arattanı öz tabeliklərində saxlamışlar. Belə xoş münasibətin olduğu zamanda İkiçayarasını tərk etməli olan şumerlər hara getməli idilər? Madam ki, qonşu Aratta torpaqlarını öz torpaqları sayırdılar və vaxtilə İkiçayarasına bu ərazidən - Zaqroş dağlarından enmişdilər, akkadlarla mübarizə üçün bundan əlverişli bir yer, bir mövqe ola bilməzdi və bütün məntiq göstərir ki, mənbələrin mə’lumatları düzgün üzə çıxarılmasa da, şumerlərin bir qismi Aratta - Zamua ərazisində məskunlaşmış, yerli su, turukki və adını bilmədiyimiz digər tayfalarla ittifaqda Lullubi dövlətini yaratmış, dəfələrlə Akkad dövləti ilə vuruşmalı olmuşlar. Bu halda ölkənin adı da müəyyənləşir: lullular lu, lulu sözlərini (‘adam’, ‘adamlar’) çox işlədirdilər və bu söz onlara məxsusdur. «Lullu» ölkə adı isə, aramsız olaraq tarixçilərin verdiyi mə’lumatdan aydın olur ki, kənardan verilən, bə’zən kinayə ilə işlədilən bir söz olmuşdur. Biaynların (urartların) lullulara düşmən kimi baxmasının səbəbi vardı. Lullubi hökmdarları əksərən assurlarla ittifaqda olmuş, urartların ölkəni işğalına imkan verməmişlər. Urartu hökmdarı I Rusa (e.ə.730-714) birləşmiş Assur-Manna qoşunları qarşısında dayana bilməmiş (Mannanın əsas əhalisi lullular idi), e.ə.714-cü ildə özünü öldürmüşdü. Ona görə də Urartu mənbələrində lullulara düşmən münasibət vardır. Bu barədə İ.İ.Meşşaninovun qeydləri də nəzəri cəlb edir. Biayn yazılarında MATU determinativi ilə ölkə adı kimi verilən Lullu sözünün işlənə bilən müxtəlif formalarını qeyd edərək İ.İ.Meşşaninov yazır: «MATU luluina (lu-lu-e, lu-lu-i-na-u-e, lu-lu-i-na-u-i, lu-lu-i-ni-li, lu-lu-i-na-şi, lu-lu-i-na-şe) Naimenovanie stranı Lulu, ispolğzuemoe v bolee şirokom znaçenii «vrajeskaə strana». Otsöda - proizvodnaə forma MATU Lu-luinişe «jitelğ stranı Lulu». İmeetsə v vidu «çujezemeü, vraq». MATU - ÖLKƏ determinativi ilə işlənən Lulu(ina) sözü, təbii olaraq, ölkə adı kimi izah edilir. Lakin bə’zən bu söz determinativ olmadan işlənmiş, bə’zən də NAKARU (düşməncəsinə, düşmən) ideoqramı ilə işlədilmişdir. Bu son iki halı nəzərə alaraq, Biayn mətnlərinin tədqiqatçıları Lulu sözünün Biayn-Urartu dilində ‘düşmən’ mə’nasında işləndiyini qeyd etmişlər. Lakin faktlar göstərir ki, Lu-lu - ‘adamlar’, Lulu-ina - ‘lullu ölkəsi’ mə’nasında olmuş, Urartu işğalına qarşı assurlarla birlikdə uzun müddət mübarizə apardıqları və I Rusanın özünü öldürməsi ilə nəticələnən ağır döyüşlərə görə biaynlar lullulara düşmən münasibətdə olmuş, lulluları özlərinə düşmən saymışlar. Lullulara düşmən münasibətlə lulu sözünün semantikası qarışdırılmışdır. Mətndə aydın şəkildə MATU Lu-lu-i-na - ‘Lulu ölkəsi’ yazıldığı halda, ifadə «düşmən ölkəsi» kimi tərcümə edilmişdir: pa-ru-bi SAL iutu-ni MATU Lu-lu-ina-ni MATU-ni-i-ni «ə uqnal jenşin iz vrajeskoy stranı»(?). Başa düşmək olmur ki, nə üçün eyni quruluşlu iki sözdən birini ölkə adı, digərini ‘düşmən’ kimi tərcümə və izah edirlər: «...kto imə eqo (üarə. - Q.K.) uniçtojit, svoe imə postavit, budğ to MATU Biainişe, budğ to MATU Luluinişe» - çarın şərəfinə qoyulmuş abidədən çarın adını silib, öz adına yazan lə’nətlənir, lakin ‘istər biaynlıdır, istər lulu ölkəsindəndir’ əvəzinə, ifadə «budğ to biayneü, budğ to vraq» şəklində tərcümə edilir. İlkin olaraq şumerlərdə rast gəldiyimiz lu sözü dünya dillərinə məxsus saysız sözlərdə öz əsasını saxlamışdır, türk dillərində isə el, ulu, ulus sözlərində özünü mühafizə etmişdir. Bu söz Azərbaycan tarixinin qaranlıq səhifələrindən birini işıqlandırmaq üçün bir açar rolunu oynayır. Beləliklə, lullu adının özü lulluların şumer-türk tayfası olduğunu bildirir. Lullubilərdən qalan tək-tək sözlər (şəxs adları və apelyativ leksika) türkcə izah olunur. Lullubi hökmdar adı Anubanini (e.ə. XXIII əsr) üç komponentə ayrılır: Anu - şumer göy allahının adı, ba - qədim türkcə ‘bağlamaq’ və ‘allah’, ni - mənsubluq bildirən şəkilçidir - ‘allah Anu’. İ.M.Dyakonov da Anubanini sözünü ‘allah Anu’ kimi izah etmişdir. Qayaüstü rəsmlərdə lullu kişiləri uzunsaçlı təsvir edilmişdir, bu cəhətin türklərə və monqollara aid olduğu qəbul edilmişdir. Lullubi dilindəki king, kin ‘qala’ sözü Altay-türk dillərindəki gang, kang (g=q) ‘sıldırım qaya, dik qalxmış dağ’ sözü ilə eyniköklüdür. Sözün sonundakı burunlaşma da (ng) türk dil xüsusiyyətidir. «Yazıda adları çəkilən tanrıların adlarından görünür ki, lullubilər şumer-akkad allahlar panteonuna sitayiş etmişlər». Fikrimizcə, şumerlərin yaşıdı və dostu, qohumu olan lullular başdan-binadan həmin allahlara sitayiş etmişlər və bir kökdən olduqları kimi, allahları da bir olmuşdur. Lulluların allah adlarından Kiur erkən orta əsrlərdə Şimali Qafqazda türklərə məxsus ildırım allahı Kuar ilə eyni sayılır. Elamların dilində də bir sıra türk mənşəli sözlər vardır ki, bunları, tədqiqatçıların fikrincə, onlar öz qonşuluğundakı lullulardan mənimsəmişlər: ikə - ‘qardaş’ (türkcə əkə, ike - ‘böyük qardaş’), kuti - ‘güdmək, gözləmək’ (türkcə və azərbaycanca «güd» fe’li), kik - ‘göy’, ‘səma’ (türkcə və azərbaycanca «göy» sözü), şak - ‘uşaq’ (azərbaycanca «uşaq» sözü) və s. Bir sıra tədqiqatçılar türk sözlərinin elam dilinə türklərdən alınmış olduğunu söyləmişlər. Lakin bizim fikrimizcə, elamlar da türklərin uzaq qollarındandır. Farslar elamlara ‘yuvca’ demişlər. Bu, türkcə ‘uca’ sözüdür. İltisaqi quruluşuna və bir çox leksik paralellərə malik olduğuna görə elam dilinin türk mənşəli olduğunu qeyd edənlər vardır. Lakin bu sahədə az tədqiqat aparılmışdır. Bu qohumluq sübut olunarsa, lullularla elamların da mənşə birliyinə şübhə qalmaz, sübut edilmədikcə elamların türklərlə qonşuluqda yaşadığına sübutdur. Q.A.Melikişvili «Zaqroş-elam qrupu» dillərini müasir Qafqaz dillərinə yaxın hesab edərək, lullubi və elam dillərinin qohumluğu mülahizəsinin xeyrinə əlavə dəlillər söyləmişdir. Lullubi və elam dillərinin qohumluğu xeyrinə misallar elam dilinin türkmənşəli olması xeyrinədir. Lullubi dilinin Qafqaz dillərinə yaxınlığı isə heç bir faktla sübut olunmur. Az-çox mümkün olan bütün faktlar lulluların türkmənşəli olduğunu göstərir. E.ə. III minilliyə aid şumer və akkad mənbələrində haqqında mə’lumat verilən güclü Azərbaycan tayfalarından biri də kutilərdir. Kutilər Urmiya gölü ətrafında (cənub və qərb ərazilərində) dağlıq rayonlarda yaşamışlar. Onlar şumer və akkadlardan mixi yazını mənimsəmiş və yüksək mədəniyyətə malik olmuşlar. İ.M.Dyakonov göstərir ki, kutilərin şəxs adları qədim İran və Qafqaz dilləri (o cümlədən hurri və Urartu dilləri) ilə izah olunmur. Lullular kimi, kutilər də elammənşəli (bə’zən də hurri mənşəli) hesab olunmuşdur. Y.B.Yusifov, Q.Ə.Qeybullayev və başqalarının son tədqiq və araşdırmaları sübut etdi ki, kutilər də türk mənşəli olmuşlar. Kuti hökmdar və şəxs adlarının çoxu türk dilləri ilə izah olunur. Kutilərin e.ə.III-I minilliklər arası sonralar Manna adı ilə tanınan Azərbaycan ərazilərində, bir qisminin isə Şərqi Anadoluda - urartların (biaynların) qonşuluğunda yaşamaları da onların türkdilli olduğunu sübut edir. Manna və əksər Mada toponim və şəxs adları türk dili bazasında izah olunur. Kutilərin qonşuluğunda olan urartların - biaynların dilində çoxlu türk mənşəli sözlər işlənmişdir. Tədqiqatçılar göstərirlər ki, urartlar bunları kutilərdən mənimsəyə bilərdilər: ate - ‘ata’ (azərbaycanca ata), tiau - ‘demək’ (azərbaycanca demək), töran - ‘qayda, qanun’ (qədim türklərdə töri), sue - ‘göl’ (azərbaycanca, türkcə su), surə - ‘silah’ (türkcə sur - ‘cida’), ərşə - ‘cavan’ (azərbaycanca - ərsə - ‘cavan’), e - ‘ev’ (azərbaycanca, türkcə ev), tar(a) - ‘dərə’ (azərbaycanca dərə) və s. Urartların dili az qala şimal-şərqi Qafqaz dillərindən biri kimi təsdiq olunmaqdadır. Amma, fikrimizcə, iltisaqi urartu dili yaxşı öyrənilməyib, yaxşı öyrənilərsə, başqa nəticəyə də gəlmək olar. «Urartu» adının özünü də urartlara türk qonşuları vermişlər. Onlar özlərinə ‘Biaini’ deyirdilər. Urartu sözü asur dili ilə izah olunmur. Sami tayfaları isə bu ölkəyə «Nahariya» demişlər ki, bu da İran dillərində «nəhr» (çay) sözündəndir (ermənilər bu sözü «Nairi» şəklində saxlamışlar). «Urartu» sözü ilk dəfə e.ə. 1304-1243-cü illərdə yaşamış Assur çarı I Salmanasarın yazılarında «Uruatri» şəklində işlənmiş və «yuxarı (yüksək) ölkə» kimi mə’nalandırılmışdır. Ur - türk dillərində hündür, yuxarı, art - dağlıq ərazi mə’nasındadır.

Q.Qeybullayev «Biaini» sözünün kökündəki «bia» sözünün də türk mənşəli olduğunu sübut etmişdir, b>m keçidi ilə mua, mia türk dillərində ‘su’ sözündən ibarətdir, Van gölünün və Van şəhərinin adının da bu sözdən törədiyi müəyyən edilmişdir. Bunlar ağlabatandır, lakin b>v keçidi ilə hind-Avropa dillərindəki voda (rus), water (ing.) sözləri də bu sözlə bağlıdır, ona görə də bu sözlərin ulu dildən gəldiyini, lakin b>m keçidi ilə daha çox türk şivəsi istiqamətində inkişaf yolu keçdiyini də unutmaq olmaz. E.ə. III-I minilliklər arasında Urmiya gölünün cənubunda və Zaqroş dağlarında yaşayan türkdilli əhali içərisində Su tayfası xüsusi fərqlənmişdir. Tayfanın adının ilkin forması sub/suv şəklində olmuşdur. Söz aydın şəkildə türk dillərindəki «su» sözüdür. Qədim türk xaqanlığının əsasını qoymuş Aşina tayfasının iki mühüm əcdad əfsanəsindən biri So adlanır. Əfsanədə deyilir ki, So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» məhv olmuş, yalnız dişi canavarın dörd nəvəsi öz canını qurtara bilmişdir. Oğlanlardan üçüncü və dördüncüsü Cənubi Altayda məskən salmış, artıb-çoxalmışlar. N.A.Aristov So nəslini Cənubi Altaydakı So tayfası ilə, kumanlarla, qırğızlarla əlaqələndirmişdir. Əfsanədən aydın olur ki, öz keçmişini unudaraq uzaq Ön Asiyadan gəlib bu yerlərə çıxmış So tayfası hətta öz nəslinin nədən məhv olduğunu da xatırlaya bilmir. Y.Yusifov yazır: «Qədim qaynaqlarda sular ilə əlaqədar (su tayfası ilə - Q.K.) bir sıra ifadələr işlədilmişdir. Məsələn, »Su ölkəsinə mənsub lullu», «Şubar (Subar) ölkəsinə mənsub lulu». Deməli, lullular və sular qarışıq yaşayırmışlar. Bə’zi hallarda Aratta ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşlar. Sular da turukki və lullu tayfa birləşmələrinə daxil idilər». Bunlar Aratta, Su, Lullubum ölkələrinin müxtəlif adlarla tanınan eyni ölkə olduğunu və türk tayfalarının ölkəsi olduğunu yəqin etmək üçün heç bir şübhə yeri qoymur. Fərat çayının sol orta axarına yaxın ərazilərdə yerləşən Mari çarlığının arxivindən e.ə.XVIII əsrin birinci yarısına aid zəngin gil lövhə-məktublar tapılmışdır.

Babil hökmdarı Hammurapinin zamanına (1792-1750) aid olan bu məktublarda turukkilər haqqında maraqlı mə’lumat mühafizə olunmuşdur. Yasim-el adlı bir hökmdarın Mari hökmdarı Zimrilimə məktubundan ibarət olan gil lövhədə deyilir: «Ağama de ki, Yasim-el danışır, sənin qulun. Mən öz vilayətimdə bax belə sözlər eşitmişəm: «İşme-Daqan turukkilərlə sülh bağlayıb. Zazinin qızını o öz oğlu Mutaskura alır. İşme-Daqan (artıq) (gəlinin) alınması üçün Zaziyə gümüş və qızıl göndərib. Bundan əlavə, eşnunnalılar İşme-Daqana hərbçilər də göndərib. Əlbəttə, (artıq) mənim ağam bu xəbəri eşidib. (Ancaq) bu mə’lumatı bilən kimi mən öz ağama yazdım». Assur hökmdarı İşme-Daqan (e.ə.1781-1757), göründüyü kimi, turukkiləri sakitləşdirmək üçün qohumluq əlaqəsinə girməyə məcbur olub. Qonşu ölkələr turukkilərlə əlaqədar xüsusi agentlər saxlayırmışlar. Eşnunna dövləti Diyala çayının üst tərəfində, İkiçayarasının şimal-şərqində, turukkilərin alt yanında yerləşmişdi. Turukkilər bu ərazini daim qorxu altında saxlayırdılar. Bu misal göstərir ki, turukkilər zamanının çox güclü tayfalarından olmuşlar. Əksər alimlər «turukki» sözünü türk sözünün ilkin forması hesab etmişdir və türk sözündən qorxan bir sıra mühafizəkar alimlərdən başqa, buna heç kim şübhə etmir.

Qədim Azərbaycan aborigen əhalisi arasında kassi (kaşşu) tayfası tarixdə daha dərin iz buraxıb. Vaxtilə əsasən onomastik materiallar zəminində kassi dilini Zaqros-Elam, Qafqaz, Hind-Avropa dilləri qrupuna aid etmiş, Elam-Kassit qohumluğu haqqında fikirlər söyləmişlər. Y.Yusifov göstərir ki, bu baxış ən yeni tədqiqatlarda inkar olunur. Vaxtilə kassiləri «ari tə’sirinə mə’ruz qalmış» tayfalar, yaxud «protohindavropa nitqinin ən qədim daşıyıcıları« saymış və onların dilini Hind-Avropa dilləri ailəsinə daxil etmişlər. Lakin bu fikirlər əsaslandırılmamışdır. Kassi dilini hett, kaşk, habelə Qafqaz dilləri ilə bağlamaq cəhdləri də olmuşdur. Kaşşu/kassi/kas/kassit şəklində qeyd olunan bu sözün kökündə *k səsi durur - ilkin mərhələdə söz ku/ko (kissi və kosey formalarını yada sal) və tədricən ka şəklinə düşmüşdür; 1-ci -ş cəm şəkilçisidir; 2-ci ş səsi akkad dilində birincinin qoşalaşması nəticəsidir. Kassit variantında -it ikinci cəm şəkilçisidir. Müasir tarix kitablarındakı kassitlər sözündə üç müxtəlif cəm şəkilçisi üst-üstə işlənmişdir.


Kasların türk mənşəli olduğu bir sıra dəlillərlə sübut edilmişdir. Hər şeydən əvvəl, kas hökmdar adları şumer və türk dilləri ilə izah olunur. Kassit-Akkad qlossarilərində 50-yə yaxın kas sözü mühafizə olunmuşdur. Ən mühüm dəlillərdən biri akkad yazısı ilə yazılmış kas sözlərinin türkcə olmasıdır: yanzi - ‘hakim, hökmdar’ (türkcə anq, azərbaycanca ön - ‘qabaqda dayanan’, ‘öndə duran’ və -si,-çi şəkilçisi), aşrak - ‘müdrik’, ‘ağıllı’ (türkcə as - ‘ağıl’); İ.M.Dyakonov göstərir ki, kaslarda bir tayfa Karzi-yabku adlanır. Buradakı yabku sözü türk yabğuları (‘elin, tayfanın başçısı, hökmdar’) ilə əsaslı şəkildə səsləşməkdədir: Dib-Yabku, Tokuz-Yabku və s.(Rəşid əd-Dinin «Oğuznamə»sində oğuz şəcərəsində adlar). Kas dilindəki dakaş (ulduz) sözü danq (dan) və yaşu - ‘parıltı’, ‘şəfəq’ sözləri ilə müqayisə edilir, ‘dan parıltısı’ mə’nasını ifadə edir; kas dilindəki haşmar (şahin, qartal) sözü də təmiz türkcə sayılır; ş - s keçidi və h səsinin düşümü ilə as - ‘dişləyib, didib qoparmaq’, umar - ‘ummaq’, ‘arzu etmək’ mə’nasında olub, ‘dimdikləyib (dişləyib) qoparmaq istəyən’ deməkdir və M.Kaşğarlının ‘kərkəs’ (leş yeyən quş) mə’nasında verdiyi us sözünün fonetik variantı hesab olunur. (Haşmar/asmar sözünün ikinci komponenti mar ‘ilan’ sözü də ola bilər - ‘ilan yeyən’ mə’nasında). Kasların allah adları da (Şukamuna, Şimaliya, Kaşşu, Harbe, Şixu, Sax, yaxud Şuriaş, Qidar, Dur, Kamulda, İmmiriya, Mirizir) əksərən şumer və türk dilləri ilə izah olunur. Kaşşu sözü kasların öz qəbilə allahının adıdır və qəbilənin adının əsasında bu ad durur. Allah adı Harbe türk dillərində ‘cadu’, ‘sehr’, ‘tilsim’ mə’nalarında arba sözü ilə eyniköklü sayılır, ona görə də kas allahı Harbenin cadu, sehr, tilsim allahı olduğu güman edilir. Kas dilindəki Suriyaş (Günəş allahı) sözü düzgün olaraq eyni mə’nada başqırd dilindəki Koyaş (Günəş) sözü ilə müqayisə edilir. Allah adı Şimaliya türkcə işım - ‘ildırım’ (və işıq, işıldamaq), al - qırmızı və akkadca iya şəkilçisi ilə ‘qırmızı parıltı’, ‘şəfəq’ mə’nasında izah edilmişdir. Kasların Mərkəzi Asiyadan gəlmə olması barədə yanlış fikri təkrar etməsinə baxmayaraq,

Q.Qeybullayev onların Mərkəzi Asiyaya vaxtı bilinməyən erkən miqrasiyasının qədim izlərini ortaya çıxarmışdır: erkən orta əsrlərdə uyğurlara məxsus 6 kas qəbiləsi olmuşdur; «qırğız» (qədim forması «kırkas») və «xakas» sözlərində «kas» etnonimi mühafizə olunmuşdur; qədim türk runi yazılarında Kaşqar şəhərinin adının Kaş yazılması bu sözün kas sözü ilə bir kökdən olduğunu göstərir; XVII əsrdə Sibirdə Udin mahalında Kara-kas, Sarı(q)-kas və Kaş adlı tayfaların yaşadığı mə’lumdur; kasların bir qismi Qazaxıstan çöllərinə yayılaraq qazax - kasax adlı yeni etnos yaratmışlar (ak hissəciyi başqa türk tayfa adlarında da var: kaymak, qıpçak və s.); xəzər etnonimi (kasar/kəsər), Xəzər dənizinin adı, Qazan şəhərinin (Kasan) adı bu etnosun adı ilə bağlıdır və nəhayət, kasların bir hissəsi e.ə. birinci minilliyin ortalarında kaspi adı ilə tanınmışdır. Kasların Mərkəzi Asiya əlaqələri Xəzərin cənub-qərb hissəsində yerləşmiş məşhur kaspilərin də türk mənşəli olduğunu üzə çıxarır. Bu araşdırmalar kasların tarixdə nə qədər böyük iz qoyduğunu aydın göstərir. Kaspilər Azərbaycanın həm şimal, həm də cənub hissəsində - Dərbənd ətrafında, Mildə, Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədərki ərazilərdə yaşamışlar. Kassilərlə kaspiləri düzgün olaraq qohum hesab edən İ.M.Dyakonov yanlış olaraq onları elamdilli hesab etmişdir. Kaspi sözündəki pi şəkilçisi elam dilindəki -pi cəm şəkilçisi ilə eynimənşəli olduğu üçün kaspiləri elammənşəli saymışlar (p>b keçidi ilə sonu bi ilə qurtaran türk tayfa adlarını yuxarıda qeyd etmişik). E.ə. V əsrdə artıq siyasi arenada olan kaspilər, onların təsərrüfatı, mədəniyyəti barədə geniş mə’lumat verən İ.Əliyev də onları kassitlərlə qohum hesab etmiş, lakin hələ antik dövrlərdən onların iranlılaşdırıldığını güman etmişdir: «Ola bilər ki, antik dövrdə kaspilər artıq iranlılaşdırılmışdı». Türklərin getdikcə Ön Asiyada artıb çoxaldığı və gücləndiyi bir dövrdə türk mənşəli böyük tayfanın iranlılaşdırılması ağlabatan deyildir. «Maraqlıdır ki, Kaspi hökmdarının titulu (yanzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı». Bu hal kas tayfasının müxtəlif adlar altında Azərbaycan ərazisində çox geniş yayıldığını göstərir. İ.Əliyev kasları avtoxton saymaqda tam haqlıdır: «Şübhə yoxdur ki, Kaspi dil ailəsi İran yaylası ərazisində avtoxton idi». Kaslar Mərkəzi Asiyadan gəlməmiş, onların böyük bölümləri tarixini dəqiq bilmədiyimiz qədim dövrdə bir tərəfdən qərbə - İtaliya ərazilərinə, bir tərəfdən də Mərkəzi Asiyaya yayılmaqla həmin ərazilərdə zəngin izlər qoymuşlar. Lullubilərin dilindəki Kiur ‘allah’ sözü kaslarda Kuri şəklində olmuşdur. Bu sözlər qədim türklərin ‘ildırım allahı’ mə’nasında Kuar sözü ilə bir kökdəndir. Bu da özlüyündə lullularla kasların və şumerlərin qohumluğuna işarədir. Kaslar Ön Asiyanın ən qədim etnoslarındandır. Kas adlarının bir qismi akkad mənşəli sayılır, bir qismi isə teofor adlar olub, Şumer-Akkad allah adlarından ibarətdir. Çox güman ki, akkad mənşəli sayılanlar akkad tələffüzü ilə qeydə alınmış kas sözləridir. Türklərin Azərbaycan ərazisinin ən qədim sakinləri olması barədə tarixdə maraqlı faktlar mühafizə olunmuşdur.

Tarixçi və etnoqraflar e.ə. X minilliyə və daha əvvəlki dövrlərə aid olan Qobustan rəsm-yazılarını türk mədəniyyəti ilə əlaqələndirirlər: «Ən aydın əlamətlərdən biri budur ki, Qobustan rəsmlərinin içərisində Orxon runik yazısının işarələrinə təsadüf olunur. Məsələn, Qobustan qayalarındakı ZZ işarələri Orxon yazısında ‘Z’ hərfidir». T.Hacıyevin fikrincə, Qobustan şəkillərində d, k, l, n, ç, t hərfləri də mövcuddur və bunların Qazaxıstan, Tuva, Cənubi Sibir və Monqolustan ərazilərində aşkarlanmış analoqları vardır. Azərbaycanın ən qədim əhalisi olan kaspilərin e.ə. IX-IV minilliklər arasında Xəzərin cənubunda və cənub-şərqində müəyyən edilmiş Anau mədəniyyətinin yaradıcıları olduqları sübut edilmişdir. Kasların irandilli olmadıqları mə’lumdur. Türklərə məxsus olan ikihürgüclü dəvə skeletinin Anauda tapılması da bu mədəniyyətin türklərə məxsus olduğunu göstərir.

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə