Üzrə əyani şöbəsinin II kurs tələbəsi Qədirov Cavid Şixəli oğlunun




Yüklə 145.23 Kb.
tarix10.04.2016
ölçüsü145.23 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası

üzrə əyani şöbəsinin II kurs tələbəsi

Qədirov Cavid Şixəli oğlunun

<>

mövzusunda




S Ə R B Ə S T İ Ş İ № 1


Fənn: Fəlsəfə

Kafedra: Fəlsəfə və Hüquq kafedrası

Elmi rəhbər: dosent Cəlalova Xuraman

Qrup: 823

S U M Q A Y I T - 2011

Plan:

  1. Misirdə ilkin elmi biliklərin inkişafı.

  2. Babilistanda ilkin elmi biliklərin inkişafı.


G İ R İ Ş
Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya və astrologiyaya əsaslanırdı.

Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar «Ağa ilə qulun söhbəti», «Çarəsizin öz ruhu ilə söhbəti» adlı abidələrdə irəli sürülmüşdür. Orada maddi və axirət dünyasından söhbət salınır. Bütün bu fikirlər dini-mifoloji dünyagörüşünün böhranını ifadə etsə də fəlsəfi dünyagörüşü yüksəldə bilmirdi.

E.ə. I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfə məktəbləri, cərəyanları meydana gəlib formalaşmışdır. Hindistanda fəlsəfi firkin yaranması və inkişafı vedlərlə, yəni qədim Hindistanın mifoloji dünyagörüşündən fəlsəfəyə qədərki və fəlsəfi dünyagörüşünə keçidi əks etdirən yazılarla əlaqədardır. Bütövlükdə Vedlər şrut adlandırılan müqəddəs yazı mətnlərindən ibarət olmuş, əvvəlcə brahmanizmin, sonralar isə induizmin ideoloji əsasını təşkil etmişdir. Bu təlimlər Hindistanda fəlsəfi firkin inkişafında mühüm rol oynamışdır. Brahmanizmə görə varlığın yeganə yaradıcısı fövhqəlhissi olan Brahma allahıdır. O, əbədi,dəyişməz və mütləqdir. Qədim Hind dünyagörüşü budizmin yaranmasına dair rəvayətə görə Qanq vadisinin işmel sərhədlərində meydana gəlmişdir (e.ə. 563 — 483 il). Budda fəaliyyətə başladıqdan sonra qədim Hindistana xas olan öz təlimində «dord xeyirxah həqiqəti» irəli sürür.

1.Əzab çəkmək insan həyatının universal xassəsidir. O, insan ömrünün bütün dövrlərini əhatə edir.

2.İnsan iztirablarının səbəbləri vardır. Onlar dxarmaların sonsuz hərəkətlərindən asılı olaraq insane həyatı oksanının coşması və aşağı düşməsindən ibarətdir.

3.İztirablardan indiki zamanda yaxa qurtarmaq mümkündür. Bunun üçün insan öz daxili aləmini təkmilləşdirməlidir.

4.İztirablardan qurtarmaq üçün düzgün inam, axmaq məqsədlərdən, düşmənçilikdən, böhtan atmaqdan, düzgün həyat yolunu seşməkdən ibarətdir.

Qədim Çində fəlsəfi fakir ənənəvi icma-tayfa münasibətlərinin pozulması bir vaxta təsadüf edir. Çin fəlsəfə məktəblərinin ümumi mənşəyi Dao mədəniyyətindən ibarətdir. Burada daosizm və Konfutsiçilik cərəyanları əsas yer tutur.


Misirdə ilkin elmi biliklərin inkişafı
Misir Afrikada yerləşir. Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir.

Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir yerləşirdi.

Rus dilində Misirə Eqipet deyirlər. Bəzi tədqiqatçıların fikrin­cə, «Eqipet» sözü qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq» adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür etmək qeyri– mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vi­la­yətlərdən gətirilirdi; Sinay yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan gətirilirdi.

Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur, həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki, bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.

Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə apar­mışlar. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bun­lardan əlavə arıçılıq, maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da quldarlıq dövləti yaranmışdır. Misir fironların– padşahların hakimiyyəti altına düşdü. Padşahlardan biri Misirin şimalını– bütün deltanı, digəri isə ölkənin cənubunu– Nil çayının vadisini özünə tabe etmişdi.

Təqribən b.e.ə. 3000-ci ildə cənub padşahlığının şahı Şimal padşahlığını məğlub etdi və deltanı tutdu. Qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Dünyanın xeyli hissəsini tutan Misir padşahları ehramlar– sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600– cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150 m– dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur.

Ehramların yaxınlığında boyük bir qayadan sfinks– insan başlı nəhəng aslan heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m– dən çoxdur. Fironlardan biri sfinks şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından onu «dəhşətlər atası» adlandırırdılar. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir padşahlarının amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.

Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: «Amon bütün torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır. Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir».

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə– şəkillər– heroqliflər yarandı. Papiruslarda– yazılar yazılırdı. O vaxtdan qalmış bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi.

Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi. Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira edilmişdir.

Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin, gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa xalqlara keçməsinə imkan vermişdir.

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. Allahları misirlilər adətən heyvanbaşlı insan şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris mühakimə edir o, allahların iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Belələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı: «Allahlar itaət edənləri sevir, itaət etməyənlərəsə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra Ozirisin mühakiməsi ilə hədələnirdi.

Qədim insanlara belə gəlirdi ki, fironların ixtiyarında olan qeyri– məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük allah» adlandırır, onu belə «vəsf edirdilər»; «o, öz şüaları ilə görən günəşdir». Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab olunurdu. Orada allahların bütləri qoyulurdu. Məbədlərdə «allahların xidmətçiləri»– kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər allahları yedizdirirlər– onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı başı olan Günəş allahı Ra - allahların padşahı hər gün qızıl qayıqda göydə gəzir və Qərbdə yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada, küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.

Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xid­mətçisi ilə gəlib bitkilərin və əkinçilərin himayəçisi Ozirisi öldürür. Lakin İzidanın köməyi ilə Oziris dirilir. O, dirildikdən sonra axirət dünyasında padşah və hakim olur. Allah Seti çox vaxt eşşəkbaşlı təsvir edirdilər.

Qeyd etmək lazımdır ki, Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, həm bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərən­nü­mü mühüm yer tutur.

Ümumiyyətlə, misirlilərin etiqadlarına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər; o, həyatda kim idisə, ölümdən sora da həmin adam, yəni firon və əyani olaraq qalmalı idi.

Misirin tarixi, dini, mədəniyyəti, incəsənəti özünü bu və ya digər şəkildə Misir mifologiyasında göstərmişdir. Məsələn Günəş allahı Ra haqqında mifoloji hekayəni götürək. Hekayəni qısa məzmunu belədir:

Günəş allahı - eləcə də insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nəsə fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də qadın allahları Tefnut, Nut və Oko Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura insanlardan gizli olaraq çağrılmışdı. Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra peşiman olaraq hələ məhv edilməyən insanların günahından keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə qoydular. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. Hekayəni nəql edən əlavə edir ki, Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə yaranmışdır.

Qeyd etmək lazımdır ki, Misirdə günəş allahı kultu Şumer və Akkad rituallarına nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o, yaradılış mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən misirin birinci padşahı olmuş Atum kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi baş vermişdir. Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu olması mərasimi keçirilmişdi. Firon Xafranın heykəlində onun başının qoruyucusu Qor– şahin Qor və Ranın identikliyini (eyniliyini) və padşah hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Oziris– Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması qaydasını müəyyən edirdi.

Ölən padşah Ozirisə çevrildi və o, həm də Ra ilə birləşdi. Məlum olur ki, Ra ilə Oziris haqqında miflər tamamilə bir birinin içərisində əriyərək birləşir. Lakin qədim Misirdə «Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Ozeris haqqında mifdən köklü surətdə fərqlənir. Misir «mifoloji konsepsiyası» elə bir konsepsiyadır ki, onun köməyi ilə misirli özü üçün insana adi görünən anlayışlarla obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri izah etməyə cəlb edirdi. Onlara görə həmin hadisə, obraz və anlayışlar «allahlar dünyasına»mənsubdur. «Allahlar dünyası» ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq, bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa onu özünə daxil edirdi. Əlbətdə zəmanəmizdə hamımız üçün aydın olan predmet və hadisələri, məsələn, günəş, səma və s. qədim misirli «allahlar dünyasına» daxil edirdi. Lakin bütün bunlar «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» insanın allahlar dünyasındakı bəzi ünsürləri, bəşəri kateqoriyalar, daha dəqiq desək məntiq və hissi qavrayış kateqoriyaları ilə vermək cəhdidir. Doğrudur, elə də olur ki, onların əksəriyyətini təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ b.er.əv. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada misirli simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması qəbul edə bilərdi. Həmin dövrdə hər bir simvol mifoloji anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının predmetinin simvolik inikası idi. Şübhəsiz zəka simvolun həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış yalnız o halda həqiqidir ki, o, allahlar dünyasının hər bir hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi və insan tərəfindən etiqad kimi qəbul olunurdu.

«Misir mifologiyası»– bütün mifoloji anlayışların cəmidir.

«Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini göstərmək üçün istifadə etmək olar.



Babilistanda ilkin elmi biliklərin inkişafı
Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Onların arasından Dəclə və Fərat kimi böyük çaylar axır. Bu çayların hər ikisi öz başlanğıcını Qafqazdan cənubda olan dağlardan götürür və İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının gətirdikləri çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra hər iki çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Burada nə metal, nə də meşə olmasa da, çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.

Dəclə çayının suyu Fəratdan artıqdır və buna görə də axını da güclü olur. Dəclə və Fəratın suyunun artması dağlardakı qarların əriməsindən asılı idi. Qarın əriməsi isə fevral– may ayları arasında mümkündür. Nilə nisbətən bu çayların artıb– azalma rejimi dəqiq olmurdu. Çünki həmin çaylar müxtəlif hava bölgələrindən keçdiyindən rejimin dəqiqləşdirilməsi qeyri– mümkün idi.

Ümumiyyətlə, Mesopotamiya torpağı hələ ən qədim dövrlərdən özünün məhsuldarlığı ilə seçilir. Bunu biz antik dövrün qüdrətli tarixçiləri Herodot, Feofrast və başqalarının əsərlərində də aydın görə bilərik. Lakin İkiçayarası ölkəsinin ərazisində əkinçiliklə məş­ğul olmaqdan ötrü bir sıra kompleks işləri görmək lazım idi və həmin işlər bütün il boyu həyata keçirilməli idi.

Bizim eradan əvvəl VII– VI minilliklərdə əkinçi və maldarlar münbit torpaqlar və yaxşı otlaqlar axtarıb tapmaq üçün dağlıq yerlərdən Fərat və Dəclə çayları vadisinə enməyə məcbur oldular. Onlar bataqlıqlar arasında qamış və gildən komalar tikir, mal– qara otarır, toxaların köməyi ilə kiçik torpaq sahələrini əkib becərirdilər. Həmin dəhşətli dövrlərdə əhali bataqlıq qızdırmasından, əqrəblərdən və saysız– hesabsız həşəratlardan əziyyət çəkirdi. Şirlər adamlara və sürülərə hücum edirdi. Qamışlıqlarda yaşayan qabanlar əkin sahələrini məhv edirdilər. Çay daşqınları komaları dağıdır, adamları suda məhv edirdi. Bəzən Fərat və Dəclə çayları qovuşaraq coşğun selə çevrilirdi. Bu vaxt İkiçayarası adamlarına elə gəlirdi ki, bu sel bütün dünyanı basır. Çayların daşması cənubi İkiçayarasının ilk sakinləri üçün qorxunc və təhlükəli düşmən idi. Sonralar yaranacaq «Nuhun tufanı» mifinin əsasını Dəclə və Fərat çaylarının daşmasında axtarmaq düzgün olardı.

Cənubi Mesopotamiyada ilk dövlətlər bizim eradan əvvəl IV– III minilliklərdə yaradılmışdır. Bu dövlətlərin özlərinin qoşunları, keşikçiləri və məmurları var idi. Burada padşahı «böyük adam» adlandırırdılar. Həmin dövlətləri yaradanlar Şumer və Semit tayfaları olmuşdur. Suvarma kanallarının çəkilməsi üçün kiçik dövlətlərin birləşdirilməsi zəruri idi. Əhalisinin və qullarının sayı çox olan qüdrətli dövlət suvarma kanallarını çəkə bilərdi. Kiçik dövlətlərin birləşdirilməsi qüdrətli Babilistan dövlətinin yaranmasına gətirib çıxardı. Bizim eradan əvvəl 2350– ci ildə Semit tayfalarının güclənməsi nəticəsində Akkad padşahı Sarqon bütün Mesopatomiyanı öz hakimiyyəti altında birləşdirdi.1792– 1750– ci illərdə hökmranlıq etmiş Babil hökmdarı Hammurapi bütün Mesopotamiyanı fəth etmiş və padşahlıq üçün vahid qanunlar qoymuşdur. Hakimlər Babil padşahlığında müəyyən qaydaları pozanları bu qanunlara əsasən mühakimə edirdilər. Lakin Babilistan təkcə müxtəlif dövlətlərin ərazilərini işğalları ilə, qanunları ilə deyil, həmçinin mədəniyyəti ilə tarixə düşmüşdür. Həmin mənəvi dəyərlər sırasında İkiçayarası xalqlarının mifologiyası da özünəməxsus yer tutur.

Dəclə və Fərat çayları arasında mövcud olan qədim şəhərlərin yerində aparılan arxeoloji qazıntılar bir daha göstərir ki, Şumer və Akkad adı ilə tarixə düşən bu region hələ bizim eradan əvvəl 4000-ci ildə məskunlaşdırılmışdı. Bəzi alimlərin fikrincə, bu ərazi daha qədim tarixə malik olmuşdur. Qədim şəhər dövlətləri Ur, Uruk və Kit daha çox inkişaf etmiş sivilizasiyaların mərkəzi olmuşlar. Şübhəsiz, həmin sivilizasiyanı yaradanlar Şumerlər olmuşdur. Şumerlər yəqin ki, yuxarıda qeyd etdiyimiz kimi, dağlıq ərazilərdən gəlmişlər. Bu xalqın mifologiyasının tədqiqi bir daha göstərir ki, onların qədim yurdları gəldikləri, sonradan əldə etdikləri vətənlərindən köklü surətdə fərqlənirmiş. Şumerlər Mixi yazılarını kəşf etmiş («Zikkurat» adlı tikili də bu qəbildəndir) və daha böyük işlər görmüşlər. Onların şəhərlərinin qalıqları (məsələn, Ur şəhərində aparılan qazıntılar əsasında) yüksək sivilizasiyadan xəbər verir. Burada böyük məbədlər tikilmiş, kahinlər, mirzələr yaşamış, qanunlar, ədəbiyyat və zəngin mifologiya yaranıb inkişaf etmişdir.

Zamanəmizə gəlib çatmış Şumer və Akkad miflərində dünyanın yaranması və quruluşu, allahların doğulması, onların xeyir– duaları və lənətləri, nəhayət, allahların yaradıcı və dağıdıcı fəaliy­yətləri əks olunmuşdur. Çox nadir hallarda Şumer və Akkad miflərində hakimiyyət uğrunda allahların mübarizəsi əks edilmişdir. Hətta əks olunsa belə adətən bu heç də gərgin mübarizə və amansız münaqişə kimi göstərilmirdi. İntellektual məzmun baxımından Şumer– Akkad mifləri onların ilahi hərəkətlərinə təkmilləşdirilmiş baxışı ifadə edirdi. Bu miflərə əsasən həmin xalqların ciddi teoloji və kosmoqonik düşüncələri haqqında fikir yürütmək olar.

Mesopotamiyada ilk insanlar hələ Paleolit dövründə görünməyə başlamışdır. Neolit dövründə isə İkiçayarasının məskunlaşması daha yüksək sürətlə getməyə başladı. Ovçuluq və yığıcılıq artıq məhsuldar və əlverişli olmadığından daha mütərəqqi təsərrüfat növünə keçmək lazım idi. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açırdı.

Ümumiyyətlə, İkiçayarası xalqlarının allahlar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad allahları ilə yanaşı, Babilistan padşahlığı dövrünün allahları da yerləşdirilmişdir. Əlbəttə Babil allahlarının əksəriyyəti Şumer allahlarıdır. Ancaq Babilstanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə allahların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki allahlar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Allahlar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən çox az məbədlərdə pərəstiş edirdilər. O, əlçatmaz və insanlara düşmən mövqedə olan kimi anlaşılırdı və onlara müxtəlif bəlalar göndərirdi. Ona görə də onunla dindarlar arasında heç vaxt yaxınlıq və etibarlılıq münasibətləri yaranmamışdı. Təsadüfi deyildir ki, elə Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı.

Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə ma­lik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilir­di. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi.

Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gelqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən allah imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.

Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı Semit xalqları isə Eya adlandırırdılar. Eya su dibi allahı olub Enlilin oğlu idi. Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə də Şumerlər bütün biliklərinə görə Eyaya borcludurlar. Eya sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə görə, yazı Eyanın sayəsində kəşf edilmişdi. Eyanın əqli insanlara imkan verir ki, yerin gizli qatlarının və səmanın sirlərinə yiyələnsin. Eya xəstəliklərin, bədbəxtliklərin və s. mənfi hadisələrin çarəsini bilirdi. Ona gizli cadugərlik və s.məlum idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər. Dünyanın yaranması haqqında epik əsatirə görə, Eya insanları gildən yaradaraq əjdaha Kinqunun qanı ilə onlara can vermişdir. Bilqamıs haqqında dastanda göstərilir ki, Enlilin hökmü ilə adamların məhv olmasının qarşısını kəsən Eya hiyləyə əl atmışdır. Eyaya tapşırılmışdı ki, insanların məhv olacağı haqqında onlara məlumat verilməsin. Allahlarla birlikdə Eya da and içmişdi ki, insanlara məlumat verməyəcək. Lakin Eya bir vasitəyə əl atmışdı. Sirrini qamış daxma vasitəsilə Utnapiştiyə demişdi:

Lakin Eya sirləri danışmışdı daxmaya,

«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar.

Eşit, a daxma. Divar, yadda saxla nə ki, var.

Şuruppak şəhərində, Ubar– Tutunun oğlu.

Sökərək mülklərini, onlardan gəmi düzəlt

Bu var– dövləti tərk et, həyat barədə düşün.

Zənginliyə nifrət et, ruhunu xilas elə.

Sən bütün canlıları yığıb gəminə yüklə.

Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.

Eni də uzununa qoy tən olsun, düz gəlsin.

Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».

Qeyd etmək lazımdır əsrin əvvəllərində tədqiqatçıların çoxuna elə gəlirdi ki, qədim tarixi bütünlüklə öyrənmişlər. O zaman qədim dövr haqqında əsas mənbə Bibliya idi. Onun əsas fəaliyyət göstərən personajları isə yəhudilər hesab olunurdu. Suriya və Fələstin xalqları, o cümlədən filistimilyanlar, amoreylər, hetlər və başqaları allah tərəfindən seçilmiş xalqın yolunda duran barbarlar hesab edilirdilər. Doğrudur, Misir adlı dövlət də var idi ki, dönə– dönə Bibliyada xatırlanırdı. İkincisi, məbədlər, piramidalar, sfinkslər Misirin qədim şöhrətindən xəbər verirdi. Şübhəsiz Misirin sivilizasiyanın beşiyi olması heç kəsdə şübhə doğurmurdu. Əlbəttə Şumerlər, Akkadlar və Babillər də var idi. Babilistanlı Novuxodonossor yəhudilərin cəzalandırılmasında mühüm rol oynamışdır. Sonra Assuriyalılar bir işğalçı kimi tarix meydanına çıxmışlar. Lakin onların hər biri öz allahları, kult və məbədləri, mədəniyyət və mifologiyaları ilə tarixin yaddaşına əbədi surətdə həkk olunmuşlar. Həmin xalqlar ancaq adları ilə bir– birindən fərqlənirdilər. Vəzifələri və funksiyalarına görə onlar bir– birini təkrar edirdilər.

Ümumiyyətlə, allahlar arasında dünya bölüşdürülmüşdü. Anu hava və səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya hakim idi. Onlar kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil edilmişdilər. İkinci üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar. Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay al­lahı şərəfinə tikilmiş məbədlər var idi. Hətta Navuxodonossorun xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan etmişdi.

Şumerlərin Utu adlandırdıqları günəş allahı Babil zamanı Şamaş adlanırdı. Həmin allah «yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən» hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Xammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotomiyanın qədim sakinlərinin dini həyatında allahlar mühüm rol oynayırdılar. Adamların məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları bütövlükdə dövlətin müdafiəçiləri hesab olunurdular. Qeyd etmək lazımdır ki, bizə məlum olan bütün ədəbiyyat bizim eradan əvvəl 2000– ci ildən sonra yazılmışdır. Həmin dövrdə sülhpərvər xalq olan Şumerlər özlərindən mədəni cəhətdən geri qalan xalqlar tərəfindən əsarət altına alınmışlar. Hammurapi çoxsaylı şəhər dövlətləri işğal edərək böyük bir dövlət yarada bilmişdir. «Böyük inzibatçı» böyük imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi) rəsmi dilə çevirdi. Bu isə Şumer sivilizasiyasına öldürücü zərbə vurmuşdur. Şumer mifologiyası mənimsənilmiş, Şumer allahları adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər.

Qeyd etmək lazımdır ki, İştar müxtəlif funksiyaları yerinə yetirən ilahə olmuşdur. Bir tərəfdən, məhəbbət və məhsuldarlıq ilahəsi kimi İştar ölkəyə maddi rifah və inkişaf vermiş, digər tərəfdən isə o, müharibə və döyüş ilahəsi kimi vuruşmada qalib padşahın önündə getmişdir. Gözəl və ağlı başdan çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. O, gənc qəhrəman Tammuzun (Dumuzun) sevgili arvadı kimi təsvir olunurdu. Lakin gec-tez sevgilisinə xəyanət edərək onu yeraltı dünyaya göndərmişdir. İlahəyə Mesopotomiyanın, demək olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. Onun baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda İştar ilahəsinin böyük məbədi mövcud olmuşdur.

Allah Adad tufanı, yağışı, fırtınanı, dolunu, ildırımı idarə edirdi. O, təbiət hadisələri allahı olub, yerə məhsuldarlıq verməklə yanaşı, daşqın, xüsusilə digər dağıdıcı qüvvələrin allahı kimi də məşhur olmuşdur. Şumer dövründə o qədər də parlamayan Adadın fəaliyyəti Babil dövründə geniş vüsət tapmışdır. Adadın əhəmiyyəti Mesopotomiyaya Semit tayfalarının axını ilə daha gücləndirilmişdir. Həmin tayfalar Adadı «Bəndin səma idarəedicisi» adlandırırdılar. Onun təsvirlərində allahı bir əlində ildırım parçası, digər əlində isə balta tutmuş halda görmək olar. Yeraltı dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. O, eyni zamanda İştarın paxıllığını çəkirdi. Bir dəfə İştar yeraltı dünyaya girərkən onunla orada çox pis rəftar etmişdilər. O, çox çətinliklə geri qayıtmışdı. Allah Nerqal bir dəfə yeraltı dünyaya gələrək Ereşkiqala qalib gəlmiş və onu özünə arvad etmişdi.

Bundan sonra Nerqal yeraltı dünyanın hakimi olmuşdur. Lakin o, yerlə əlaqəsini üzməmişdir. O, təbiətin bir sıra şər qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi, qızdırma və s. keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların fikrincə, Kutu şəhəri axirət dünyası və vəba allahı Nerqalın şərəfinə tikilmişdir.

Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi. Şu­mer dövründə ikinci dərəcəli rol oynayan Marduk Babil dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və Enlili öz möv­­qelərindən sıxışdırdı. «Enuma eliş»– «Yuxarıya yüksələn za­man» adlı didaktik poemada Marduka yaradıcı allah funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusən Navuxodonossorun pad­şah­lığı illərindən başlayaraq Marduk allahların əksəriyyətinin fun­k­si­yalarını əlinə keçirdi. Mardukun arvadı ilahə Tsarpanit həmçinin köməkçi və müdafiəçi rolunda iştirak edirdi. Baş allah kimi Mardukun sarayında çoxlu ştatlı işçilər, «nazirləri» və s. qulluqçuları var idi. Bunu Tsarpanit haqqında da demək olar. Mardukun oğlu Nabu idi. Atasının rolu artdıqca oğlunun da rolu artırdı. Nabu mirzələr, müdriklik və elm hamisi idi. O, eyni zamanda Mardukun mirzəsi idi. Onun tale cədvəllərini hazırlayırdı. Nabunun simvolu yazı üçün qələm ağacı idi. Nusku işıq və od allahı, arvadı Qula– müalicə ilahəsi idi.

Qeyd etmək lazımdır ki, İkiçayarası ərazisində yaşayan xalqlar elmlərin əsasının yaranmasında mühüm rol oynamışlar. B.e. əv.II minillikdən başlayaraq onlar təbabət sahəsində bir sıra nailiyyətlər əldə etmişlər. Əlbəttə bəzi tədqiqatçılar bunu təbabət deyil, magiya ilə əlaqələndirirlər. Lakin bu magiya deyil, elmlərin ilkin rüşeymləri hesab olunmalıdır. Həmin dövrlərdən gəlib bizə çatan sənədlər bir ixtisas sahəsi kimi təbabətdə çalışan həkimlərin fəaliyyətindən söhbət açır. Hammurapinin kodeksində elə maddələr vardır ki, onlar cərrahlığa həsr olunmuşdur. Orada hər əməliyyat üçün cərraha veriləcək haqdan söhbət gedir. Həkimin vurduğu zərər üçün cərimə və cəza da nəzərdə tutulurdu. Müəllimlər haqqında da maraqlı fikirləri vardır. Riyaziyyat və digər elm sahələrinin inkişaf etməsi haqqında bəzi sənədlər zəmanəmizə qədər gəlib çatmışdır.

Ümumiyyətlə, babilistanlılar astronomiya və astrologiyanı yüksək qiymətləndirirdilər. Ona görə də onların allahları da səma cisimlərini təcəssüm etdirirdilər. Məsələn, Sin və Şamaşa–Ay və Gü­nəş, Marduka– Yupiter, Nerqala– Mars, İştara– Venera, Nabu­ya– Merkuri müvafiq gəlirdi. Çox vaxt bu astral simvolları allahların özlərini ifadə edirdi. Şumer, sonralar isə Babil kahinləri sirli elmlərlə məşğul olurdular. Buraya sayların manipulyasiyası da daxildir. Allahlar rəqəmlərlə ifadə olunurdu. Ən yüksək sayda ifadə olunan allah Anu idi. Onun müqəddəs sayı (rəqəmi) 60 idi. Enlil– 50, Eya– 40, Sin– 30, sonralar baş allahlar sırasına daxil olmuş Mardukun rəqəmi ən aşağı– 10 idi. Adad özü də 10 rəqəmi ilə ifadə olunurdu.

Şumerlər, sonralar isə Babillər allahları insan surətində təsəvvür edirdilər. Onlara qeyri– adi ölçüdə, fövqəladə gücə malik, hər nəfəs alanda ağzından od püskürmək qabiliyyəti olan cəhətlər aid edilirdi. Allahlar fövqəladə güc və qabiliyyətə malik olduqlarından onlara qarşı heç kim çıxa bilməzdi. Şəkillərdə və hekayələrdə allahlar başlarında tac, qiymətli paltarlarda, ilahilik əlaməti olaraq baş geyimlərində iki, yaxud üç öküz buynuzu sancılmış halda təsvir olunurdular. Allahlar əllərində öz hakimiyyətlərinin simvolunu tuturdular. Marduk– üzük və əsa, Eya– su allahı kimi, su doldurulmuş qab və s. tuturdular.

Quldarlıq cəmiyyətinin ideologiyasında qədim xalqların mifoloji təfəkkür tərzini müəyyən edən dini təsəvvürlər böyük rol oynamışdır. Həmin dünyanın ümumi nəzəriyyəsi, ensiklopedik kompendiumu, onun populyar formada məntiqi din olmuşdur. Qədim Mesopotomiya dininin əsasında ilkin əkinçilik icmalarının qədim ilahəsinin kultları dururdu. Totemizm, təbiətin yaradıcı qüvvələrinin ilahiləşdirilməsi həmin dövr üçün xarakterik olmuşdur.

Ümumiyyətlə, Qədim Şərq və ayrıca götürülmüş Mesopotomiya dini üçün səciyyəvi olan cəhət politeizm– çoxallahlıq olmuşdur.Şumer dinində bu özünü daha aydın şəkildə göstərir. Şumer miflərinə görə, bütün allahlar ilkin okean ilahəsi Nammudan yaranmışdır. Bütün yerdə qalan allahlar Anu və Kinin nigahından meydana gəlmişdir. Sonrakı semitdilli xalqlar– akkadlar, amoreylər, xaldeylər və başqaları Şumer dinlərindən çox şey götürmüşlər. Bütün bunlardan əlavə Mesotopomiya xalqlarının mifləri, xüsusilə dünya daşqını, cənnət həyatı, axirət dünyası, ölmə və dirilmə haqqında olan miflər Kiçik Asiya xalqlarının dini görüşlərinə və Bibliya mifoloji ədəbiyyatının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Qədim dünyanın adamlarında allahlara müxtəlif baxışlar hökm sürürdü. Bəzi hökmdarlar qələbə çaldıqları ölkələrin allahlarının heykəllərini də özləri ilə aparırdılar ki, onlar qalibləri himayə etsinlər. Yaxud da qalib xalq məğlub xalqın heykəl və bütlərini uçururdu ki, onlar allahlardan kömək almasınlar. Bəzən isə allah heykəllərini kömək üçün digər ölkələrə də göndərirdilər. Məsələn, Mittaniya padşahı Nineviyadan Misirə xəstələnmiş Firona İştarın heykəlini göndərmişdi ki, hökmdarı müalicə etsin. Belə misalların sayını istənilən qədər çoxaltmaq olar. Allahları insan simasında təsəv­vürünə gətirən qədim insanlar onlara insani keyfiyyətləri də aid edir­dilər. Allahlar ölməz olsalar da, hər halda onlar ölürdülər və on­ları həyat suyu vasitəsilə diriltmək lazım gəlirdi. Bütün canlılar kimi onların da yeməyə, paltara ehtiyacı olduğunu göstərirdilər. Utna­pişti və onun arvadından başqa bütün insanları məhv edən dünya daşqınından sonra, birinci nəzir gətirilən kimi allahlar yeməyə «milçək kimi acgözlüklə» atılmışlar. İnsanlar kimi onlar da dadlı yeməklər yemək, sərxoş olana qədər şərab içmək istəyirdilər. Rahat stul və çarpayılardan istifadə edirdilər. Gecələr qulluqçular allahların heykəllərini soyundurub təmiz çarpayılara uzadır, gündüzlər isə yuyundurub, darayırdılar. Allahlar arasında dalaşmalar da olurdu ki, bunu da ali allah yoluna qoymalı idi. Paxıllıq, özündən müştəbehlik və s. insani keyfiyyətlər onlara da yad deyildi. Onlar daima bir– birini aldatmağa, kələk gəlməyə çalışırdılar. Bu, bir də onu sübut edirdi ki, onların heç də hamısı hər şeyi bilən deyildi.

Ümumiyyətlə, allahlar haqqında miflərin yaranması və geniş yayılmasında əsas rolu kahinlər oynamışdır. Keçmiş allahların adının, funksiyasının dəyişdirilməsində də onlar həlledici işləri görmüşlər. Xalq arasında qəhrəmanlar, yarımallahlar, iblislər dünyasına inam olduqca güclü idi. Bu dünyada Dumuzi (Tummuzi), Gelqameş (Bilqamış), 7 müdrik və s. var idi. Onların köməyi ilə ali– baş allaha da arzular, istəklər tez çata bilirdi. Bütün bunlardan əlavə cəmiyyətdə müəyyən göstərişlər də hökm sürürdü. Bu göstərişlərə tabe olmaq, ona riayət etmək lazım idi. Qədim dünyanın hüquqi, əxlaqi və s. prinsiplərini əks etdirən bu kodeks sistemində maraqlı cəhətlər çoxdur. Onlar dindarlara aşağıdakıları qadağan edirdilər: bəd danışmaq, təsdiq etmək əvəzinə inkar, ataya və anaya hörmət etməmək, böyük qardaşlara nifrət etməmək, başqasının arvadına yaxınlıq etmək, yaxın adamın qanını tökmək, nəsli parçalamaq, sözdə düz olub ürəkdə günahkar olmaq, pis şey öyrətmək və s.

Yuxarıda qeyd etdiyimiz kimi, kahinlər dindarlara böyük təsir göstərirdilər. onlar xalqla hər şeyə qadir allahlar arasında vasitəçi idilər. Kahinlər mürəkkəb duaları və ritualları bilir, bununla də günahların bağışlanması açarını öz əllərində saxlayırdılar. Çox az adam özündə cəsarət tapıb kahinlərə qarşı çıxa bilərdi. Kahinlərin sözünün düz olması və ona əməl edilməsinin zəruriliyi haqqında çoxlu göstərişlər zəmanəmizə qədər gəlib çıxmışdır. Lakin hər halda etiraz edənlər tapılırdı. Onlardan bəziləri özlərinə məxsus fəlsəfələrini yaradırdı. Bu fəlsəfədə dünyadan kifayət qədər götürmək istəyi özünü göstərirdi. «Bilqamıs» dastanında deyildiyi kimi:


«Sən hara can atırsan? Gəzsən də kainatı,

Heç vaxt tapa bilməzsən, axtardığın həyatı!

Tanrılar xəlq eləyib insanı yaradanda

Ölümü insan üçün buyurmuşdular onlar.

Həyatı saxlamışlar özlərinin əlində,

Biqamıs, qəm eləmə, canın sağ olsun sənin,

Gecə– gündüz ye, şənlən, kefin çağ olsun sənin.

Kef elə, bayram keçir.

Gecə– gündüz çal– çağır, nəğmə de, gül, oyna sən!

Yaxşı geyinib– keçin, əynin təmiz, ağ olsun.

Saçlarına sığal çək, qoy saçın parlaq olsun.

Uşaqların oynasın, qoy tutsun əllərindən

İnsanın həyatı da, işi də budur ancaq».
Dastandan məlum olur ki, qədim Şumerlər də həyatın əbədi olmadığını bilirdilər. Vaxt, zaman keçdikdən sonra yeraltı dünyaya köçmək məcburiyyətində olan insan bu dünyadan kifayət qədər götürməlidir. Çünki zamanında həyat sona çatacaq, insan bədəni parçalanıb gilə çevriləcək, ruh isə öz hərəkətini yeraltı dünyada davam etdirəcəkdir.

Ümumiyyətlə, «Bilqamıs» dastanında qəhrəmanın adı gil lövhələrdən müxtəlif cür oxunsa da, tərcümələrin hamısında onun mənası eynidir, yəni hər şeyi görən, hər şeyi bilən deməkdir. S.Ş.Çaq­durov öz əsərində «Bilgə» sözünün bilən, biliklər toplusu və s. sö­zün­dən olduğunu əsaslandırır. Belə olduqda onun Azərbaycan di­lin­də də həmin mənanı verdiyi aydınlaşır. Qames, yəni qamıs– hamı şeylər, hər şey deməkdir. Ona görə də tərcümə zamanı qəhramanın adını məhz Bilqamıs kimi verilməsi daha məqsədəuyğundur.

«Bilqamıs» dastanı öz məzmununa görə də Azərbaycan folkloru, xüsusilə nağıl və dastanları ilə kök yaxınlığına malikdir. Bir çox xalq nağıllarımızda və əfsanələrimizdə rast gəlinən yeraltı dünyaya, gedər gəlməz, dünyanın o başına getmək kimi süjetlər, xüsusilə dirilik suyu, həyat ağacı, əbədi həyat tapılması kimi motivlər bu dastanda da vardır. Xızır peyğəmbər haqqındakı əfsanə «Bilqamıs» dastanı ilə çox yaxındır. Bu, təsadüfi hal deyildir. Ümumiyyətlə, qoca dünyanın ən qədim dastanlarından biri olan «Bilqamıs» dastanının qəhrəmanı Bilqamıs böyük şəhər saldırır, igidliyi və qəhrəmanlığı ilə şöhrət qazanır. Son onilliklərdə çap olunan bir sıra mətnlər Bilqamısın tarixi şəxsiyyət olduğuna şübhə yeri qoymur. Bilqamıs eramızdan əvvəl 27– ci əsrin sonu və 26– cı əsrin əvvəllərində Şumerdə Uruk şəhərində hakimlik edən sülalənin 5– ci hökmdarı olmuşdur.Görünür, Bilqamısın ölümündən az keçməmiş onu ilahiləşdirmişlər. Sonrakı mətnlərdə artıq onun adı ilahilik rəmzi kimi çəkilir. Uruk III sülaləsinin «şahlar siyahısında» Bilqamısın artıq mifik şəxsiyyət kimi adı çəkilir. Mifik şəxsiyyət Bilqamısın hakimlik illəri 126 ildir. Onun atası iblisdir. Epik mətnlərdə isə o, Uruk hakimi Luqalbandanın və günəş allahı Utunun nəslindən olan ilahə Ninsunun oğludur. B.e.ə. ikinci minillikdən başlayaraq Bilqamıs axirət dünyasının hakimi, insanların iblislərdən müdafiəçisi kimi tanınmağa başlanmışdır. Eyni zamanda şəhər quruculuğunun banisi kimi tanınır. Dastanda onun şöhrəti göylərə qaldırılır.
O, insandır, yarıdan çoxu tanrıdır ancaq

Heç kəs ona tay olmaz– ona görkəminə bax,

Urukun divarını odur ucaldan belə

Çılğınlıqda, qüvvədə oxşar qızmış kələ

Döyüşdə silahının yox tayı– bərabəri,

Təbil səslənən kimi oynayır igidləri–

Sıçrayır yatağından Urukun ərənləri

«Ataların yurdunda oğul qoymaz Bilqamıs

Özü öz başına o gecə– gündüz açır iş.

O hasarlı Urukun kahinimi Bilqamıs?

Uruk oğullarının kahini tək birdi o,

Əzəmətli, şöhrətli hər şeyə qadirdi o».


Bilqamıs vəhşi heyvanlar içərisində boy atan mərd Enkidu ilə dost olur. Onunla birlikdə Sidr meşəsinə gedib qorxunc Humbabanı məhv edirlər, çoxlu vuruşlardan qəhrəmanlıqla qalib çıxırlar. Lakin Humbabanı öldürdüklərinə görə allahların bu iki dosta qəzəbi tutur. Enkiduya ölüm hökmü verilir. Enkidu öz dostunun gözü önündə can verib ölür. Enkidunun ölümü Bilqamısı sarsıdır və bir xalq qəhramanı kimi o söz verir ki, ölümün özünə qalib gələcəkdir. Lakin bu vəzifə olduqca çətindir. İnsanları ölümsüz etməkdən ötrü o çətin bir səfərə çıxır. Gündoğana qədər yol gedən Bilqamıs axırda dünyanın o başında vaxtilə əbədi həyat qazanmış Utnapişti ilə görüşür. Utnapişti onu başa salır ki, insan həyatı əbədi ola bilməz, o bir vaxt mütləq başa çatmalıdır. Əbədi yaşamaqdan ötrü insan öz ömrünü mənalı yaşamalıdır. Yəni xeyirxah olmalı, xalqına xidmət etməli, gözəl övladlar yetirib sağlam şəkildə boya– başa çatdırmalıdır.

Lakin Bilqamıs insan olduğu halda Utnapiştinin özünün əbdi həyat qazana bildiyinin sirrini soruşur. Utnapişti elmi ədəbiyyatda Nuhun tufanı adlanan hadisəni nəql edir, yəni dastan içərisində yeni bir dastan başlanır. Dünyanı su basandan sonra Utnapişti necə hərəkət etdiyini söyləyir:

Nisir dağı yanında dayandı bizim gəmi,

Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi.

Düz iki gün qoymadı gəmini tərpənməyə

Üç, dörd gün də qoymadı, dağ gəmini saxladı,

Beş, altı gün də keçdi, gəmini buraxmadı,

Yeddinci gün gələndə,

Mən göyərçin çıxarıb onu buraxdım göyə

Göyərçin uçub getdi, sonda döndü geriyə.


Dünyanı su basandan sonra yer üzündə öz ailəsi ilə salamat qalan insan– Utnapişti, xeyirxah və el qədri bilən olduğuna görə, tanrıların məsləhəti ilə nəhəng gəmi düzəltdirib ailəsini və dünyadakı heyvanlardan damazlıq götürür və tufandan qurtulur. Bu maraqlı səhnələr Bilqamıs üçün uğursuz başa çatsa da, Utnapişti ona dənizin dibində olan cavanlıq çiçəyinin yerini nişan verir. Bilqamıs çətinliklə dirilik çiçəyini əldə edir, lakin özü yemir. Sözün həqiqi mənasında əsl xalq qəhrəmanı kimi hərəkət edərək həmin çiçəyi öz şəhərinin adamları üçün aparmaq istəyir. Lakin atalar «sən saydığını say gör fələk nə sayır»– demişlər. Yolda ilan qəfildən çiçəyi ondan oğurlayıb yeyir, o saat dərisini dəyişərək cavanlaşır və əbədi həyat qazanır. Burada Bilqamısın taleyi Dədə Qorqudun taleyi ilə yaxınlaşır. Ölməzlik qazanmış Dədə Qorqud da ilanın qurbanı olur. Nizami Gəncəvinin İsgəndəri də dirilik suyu əldə edə bilmir. Dastandakı maraqlı obrazlardan biri də Utnapiştidir. O, qədim kitablarda təsvir olunmuş Nuhla eyniləşdirilir. Əslində elə həmin əhvalat eyni ilə Nuhun başına gəlmiş əhvalatdır. Son illərin tədqiqatçıları, o cümlədən qədim Şərq tarixinin, mədəniyyətinin tədqiqatçıları qeyd edirlər ki, ən qədim şərq kitablarında, Hind dastanlarında təsvir olunan Nuhun tufanı da məhz «Bilqamıs» dastanından götürül­müş­dür. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, son dövrlərdə çox geniş şəkildə öyrənilən Şumerlərin tarixi, ədəbiyyatı, bir sözlə mədəniyyəti olduqca zəngin və maraqlıdır. Ancaq qədim Şumer­lə­rin yaratdığı ədəbi abidələrin çoxu hər halda bizə gəlib çatmamışdır. Qoca babil torpağı öz qoynunda hələ çox sirləri gizlətmişdir. Şumer mədəniyyətindən bizə gəlib çatan kiçik nəğmə, ağı, öygü, dua və s. şer parçaları həcmcə az olduqlarına görə daha yaxşı mühafizə oluna bilmişdir.

Ümumiyyətlə, Şumer və Akkad şəhər dövlətləri, eləcə də bütövlükdə Babilistan mədəniyyəti «tunc əsrinin mədəniyyəti»nin tipik nümunəsi hesab edilir. Mesopotamiya ərazisində elm çox tez meydana çıxmışdır. Tapılmış yüzlərlə riyaziyyat mətnləri ən qədim Babilistan palşahlığı dövrünə aiddir. Burada vurma cədvəli, kəmiyyət, kvadrat, say, xüsusilə məsələlər və onların həlli yazılmış yazılar müasir dövrə qədər gəlib çıxmışdır. Qədim Babil astronomları səma cisimlərini sistemli şəkildə müşahidə edirdilər. Makedoniyalı İskəndərin dövründən 2250 il qabaq ayın tutulması cədvəlini yaratmışdılar. Bizim eradan əvvəl II minilliyin başlanğıcında Ay– Gün təqvimi yaradılmışdır. Hammurapinin əlavə ay haqqında verdiyi fərman bizə gəlib çatmışdır. Tapılmış tibbi mətnlər təbabətin müalicə magiyasından ayrıldığını göstərir.

Elmlə əlaqədar təfəkkür vərdişləri də meydana gəlir. Lakin hər halda fəlsəfə sistemli şəkildə Babilistanda yarana bilməmişdir.

Daha dəqiq desək, onlar geniş şəkildə qəbul olunmuş fəlsəfə yarada bilməmişlər. Onların heç vaxt ağlına da gəlməzdi ki, şeylərin həqiqi təbiəti, yaxud da onların şeylər haqqında təsəvvürləri şübhə doğura bilər. Elə buna görə də onlarda fəlsəfənin qnoseologiya (idrak nəzəriyyəsi) sahəsi demək olar ki, olmamışdır. Bunula yanaşı, şu­merlər təbiət haqqında dünyanın yaradılması qanunları haqqında fərziyyələr irəli sürürdülər. Belə bir fikri yürütmək üçün əsas vardır ki, artıq hələ b. er. əv III minillikdə Şumerdə elə mütəfəkkirlər və pedoqoqlar meydana gəlmişdi ki, yuxarıda qeyd etdiyimiz sualları irəli sürür və ona cavabları axtarıb tapmağa çalışırdılar. Elə bunun üçün də onlar özlərinin kosmologiya və teologiyasını yaratmışdır. Hə­min mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o qədər inandırıcı olmuşdur ki, Yaxın Şərqin əksər ölkələri həmin sistemi etirazsız qəbul etmişlər.

Əlbəttə qədim şumer ədəbiyyatında onların kosmologiya və teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki Şumer mütəfəkkirləri idrakın əvəzedilməz silahı olan müəyyənetmə və ümumiləşdirmə kimi elmi metodlarına yiyələnməmişdilər. Elə götürək səbəb və nəticə əlaqələrinin qarşılıqlı asılılıq məsələsini. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin nümunələrdən hər şeyi ümumi və hərtərəfli əhatə edən qanunu çıxara bilməmişdilər. Axı, hər bir nəticənin öz səbəbi var və yaxud da əksinə. Qədim Şumer fəlsəfəsi, teologiya və kosmologiyası haqqında məlumatın ayrı– ayrı ədəbi əsərlərdən, miflərdən, epik əsatir və himnlərdən toplanması heç də təəccüb doğurmur. İndi baxaq görək ki, Şumerlərin fəlsəfi və teoloji doktrinalarının, eləcə də dünya haqqında təsəvvürlərinin əsasında hansı «elmi» faktlar dururdu. Maraqlı cəhət budur ki, Şumer filosofunun və pedaqoqunun baxışlarında dünyanın yaranmasının ilkin və əsas ünsürləri torpaq və səma (yer və göy) idi. Elə buna görə də onlar kainatı «an– ki»– «yer– göy» adlandırırdılar.

Şumerlərə görə, yer yastı disk, göy isə boş məkan olub aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy arasında üçüncü element– «lil»– «külək– hava, ruh» yerləşirdi. Bu, bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, Ay, planetlər və ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır ki, işıq sala bilirlər. «Göy– Yer» aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə olunmuşdur.

Bu əsas təsəvvürlərlə Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını qururdular. Onların fikrincə, birici okean olmuşdur. Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər– günəş, ay, planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı kim yaratmışdır və onu gündən– günə, ildən– ilə hərəkət etməyə kim məcbur edir? Şumer teoloqları allahlar pateonunda hər bir allahın öz işi– gücü və funksiyası olduğuna inanırdılar. Kainatı da onlar birlikdə hərəkətə gətirirdilər. Şumer filosoflarına görə allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi. Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi allah sözünün həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı dinlərdə əsas yeri tutmuşdur (bax: İslamda və Xristianlıqda allah kəlamının qüdrəti haqqında fikirlər). Şumerlilərin fikrincə, insanın taleyinə öz həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqa– başqadır.

«İnsan ayran kimidir, tanrılarsa yağ kimi,

Adam saman kimidir, tanrılar buğda kimi».
Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz. Əcəl hamının qapısını döyməlidir. İnsan ölümə məhkumdur. Qədim şumerli şair– mütəfəkkir fikirlərini sual– cavab üstündə belə qururdu:
Qəzəbli, qəddar əcəl adama verməz aman.

Əbədimi tikirik evləri tikən zaman?

Əbdilikmi vurur məgər möhür vuranlar?

Əbədimi ayrılır qardaşlar qardaşından?

Əbədidirmi məgər nifrət hissi insanda?

Əbədi axır məgər çaylar suda daşanda?

Mütləqdirmi cücünün cırcırama olmağı?

Ayna əvəz edərmi əbədilik günəşi?

Dünya bina olanda

Belə şey görünməmiş.

Ölüyə bənzəmirmi, söylə, əsir olanlar.

Ölümün sifətini məgər göstərmir onlar?

Hökm edən insandırmı? Böyük Enlil onlara

Xeyir– dua verəndə

Bəs niyə toplaşırlar bir yerdə Annunaklar,

Mamet, ulu tanrılar?

Talelər yaradanı

Məgər sorğu– suala tuturmu taleləri?

Onlar təyin eləmiş ölümü və həyatı,

Ölüm saatınısa söyləməmişlər qəti.

Beləcə buyurmuşlur: «Qoy yaşayan yaşasın».
Şumer allahları da insanlara bənzəyir, onlar bir– birindən kü­sür, barışır, bir– birilə dalaşır. Bir sözlə, insanlara xas olan bütün keyfiyyətlər allahlara da aid edilir. Sonralar biz görəcəyik ki, yunanların allahları adlarını dəyişmiş və nisbətən təkmilləşdirilmiş Şumer allahlarıdır. Şumerdə baş allahlar və ikinci dərəcəli allahlar var idi. Yüzlərlə allahların içərisində ən başlıcası səma allahı An, hava allahı Enlil, su allahı Enki və böyük allah– ana Ninhursaq idi. Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə fəaliyyət göstərirlər. Yığıncaqlarda və məclislərdə onlara ən hörmətli yerlər ayrılırdı.

Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz kimi, şumerli mütəfəkkirlər dəqiq ifadə olunmuş fəlsəfi təlim yaratmamışlar. Bu, onların əxlaqi prinsiplərinə, öyüd– nəsihətlərinə də aiddir. Onlarla xüsusi etik normalar məcmuəsi olmadığından etika haqqında fikirləri ancaq ayrı– ayrı əsərlərdən toplamaq mümkündür.

Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə azadlığı problemi qətiyyən maraqlandırmırdı. Onlara görə, allahlar insanları öz kefləri xatirinə yaratmışdılar. Ona görə də insanlar ölü-mə məhkum, allahlar isə əbədidir. Onlara görə yüksək əxlaqi key­fiyyətlər insanlara allahlar tərəfindən bəxş edilmişdir. Doğrudur, şumerlilər həqiqəti və xeyirxahlığı, qanun və qaydanı, ədaləti və azadlığı, mərhəməti və s. yüksək qiymətləndirmişlər. Təbiidir ki, onlar şər və bəd əməlləri, özbaşınalığı, yalanı, haqsızlığı, pozğunluğu, amansızlığı rədd edirdilər. Qədim şumer filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirdilər ki, bəşər sivilizasiyasını yaradan allahlar şəri, yalanı, zorakılığı, bir sözlə bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. Allahlar nə üçün belə hərəkət edirlər?– sualına onlar cavab tapa bilmirdilər, daha doğrusu onlar bu cavabı heç axtarmırdılar da. Eyni zamanda Şumer mütəfəkkirləri allahları yer üzərində hökmranlıq edən padşahlarla çox vaxt eyniləşdirirdilər. Yəni şahlar necə hər bir adama kömək etmirdilərsə (yaxın adamları bura aid deyil), allahlar da ondan kömək diləyən ayrı– ayrı adamlara kömək etmirdilər. Elə buna görə də ayrı– ayrı «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası meydana çıxırdı. Şumerlərə görə, insanlar allahlara xidmət etmək üçün gildən yaradılmışdır.

Bir sözlə, bəşəriyyətin ümumi mədəni inkişafında qədim Şumer xalqı özünəməxsus yer tutur. Onların yaratdığı ilkin mədəniy­yət dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin, mədə­niyyətinin, fəlsəfəsinin, ədəbiyyatının və s. inkişafına əvəzedilməz təsir göstərmişdir. İlkin Şumer miflərinin Azərbaycan xalqının mifologiyası, mədəniyyəti, dini və fəlsəfəsində özünü göstərməsi dün­yanın bu qədim xalqını bizə doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir.



NƏTİCƏ
Elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini-mifoloji baxış məntiqi olaraq fəlsəfi baxışla əvəz olunmuşdur. Dünya mədəniyyətinə həddən ziyadə elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin dərkində, dünyanın fəlsəfi izahında xüsusi yer tutur. Şumer dastan və hekayələrində cəmiyyət, siyasət, əxlaq normaları və s. haqqında dəyərli fəlsəfi fikirlərə rast gəlmək olur.

Qədim Babilistanda fəlsəfi məktəb və cərəyanlar olmasa da, dünyanm dini- mifoloji və təbii-elmi mənzərəsini tam fərqləndirə bilməyən dünyagörüşü, fəlsəfi düşüncə tərzi mövcud olmuşdur.

Misir mifologiyası bütün mifoloji anlayışların cəmidir. «Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada qədim misirlilərin mifoloji anlayışlardan ümumi istifadəyə sakit razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik aspektlərindən təfsiridir.

Misir mifoloji anlayışları sözlərdə (himnlər, dualar, hekayələr, ayin mətnləri), hərəkətlərdə (dramatik tamaşalar, ayinlər və s. mərasimlər), predmetlərdə və rəsmlərdə, şəkillərdə (təsvirlər, bitkilər və göy cisimləri), yaxud canlı varlıqlarda (padşah və heyvanlar) ifadə oluna bilərdi. Bu ifadələrdən hər biri mənəvi təcrübəni təmsil edir, yaddaşda bir sıra dini əhval-ruhiyyə yaradırdı. Əksər mifoloji anlayışları bu müxtəlif ifadə formalarında hiss olaraq qavramaq olar.

Oziris və Xor haqqında mif padşahların dəfn mərasimlərini təsvir edir. Bu mif olmuş hadisələr haqqında bir hekayə formasında hələ II minilliyin əvvəllərində əzbər şəkildə dildəndilə, eldən-elə keçmişdi. Misir mifologiyasının xarakterik cəhətlərindən biri müxtəlif tipli təsəvvürlərin bədii şəkildə birləşdirilməsidir. Səma inəyi haqqında mif kosmik, kosmoqonik hadisə, yaxud dini adət kimi təsvir olunur, ondan sehrbazlıq vasitəsi kimi istifadə edilirdi.

«Allahlar dünyası» adlandırdığımız yeganə mahiyyət eyni teoloqlarda müxtəlif, bir-birinə zidd anlayışlarla ifadə oluna bilərdi. Hər hansı ilahi qüvvə, yaxud allah çox asanlıqla digəri ilə eyniləşdirilə bilərdi. Səma inəyi haqqında hekayədə Ra bir yerdə Atum kimi, digər yerdə isə günəş diski kimi çıxış edir. Oko digər şəraitdə ilanla eyniləşdirilir. Ureyem Xatxor kimi çıxış edir. Xatxor inəyə xas olan yumşaq təbiətdən fərqli olaraq amansız kimi təqdim olunur. Bu isə Misir mifologiyasının əsas prinsipinieyni zamanda dəyişmək, ənənəni saxlamaq meylini bir daha əks etdirir. Misir dininin dəyişkən forması və azad ruhu mühafizəkarlıqla bərabərləşdirilir. Beləki, nə vaxt isə lazım olan mifoloji konsepsiyalar faktiki olaraq heç vaxt atılmırdı. Bu səbəbdən Misir mifologiyasının mühafizəkar xüsusiyyəti e.ə. XIX əsrdə Misir dinini parçalamaqdan xilas etmiş, Misir dininin daimiliyini və uzunmüddətli mövcudluğunu təmin etmişdir.

Misir və Şumer mifologiyaları arasında məlum oxşarlığı inkar etmək qeyri-mümkündür. Lakin onların fərqi daha çox nəzərə çarpır. Bu iki sivilizasiyanı yaradan mühitlərin oxşarlığı da hər iki mifologiyanın oxşarlığında mühüm rol oynamışdır. Hər iki ölkə çay vadilərində yerləşirdi ki, bu da şübhəsiz, onların əhalisinin həyat tərzinə həlledici təsir göstərmişdir. Lakin Nil çayı ilə Dəclə və Fərat çayları arasında fərq çoxdur. Nil Misiri iki hissəyə - düzənliyə və deltaya bölür. Fransız alimi More demişdir: «Təbiət Aralıq dənizi Misirini və Afrika Misirini belə yaratmışdır. Misirlilərin çox vaxt xüsusi vurğuladığı bu «iki torpaq» arasındakı fərq ölkənin mifoloji və bəşəri tarixinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün kifayət qədər böyükdür».

Misir yazı sistemində əlifba işarələri də peyda olmuşdu. Bunlar 21 işarədən ibarət idi, hər birisi müəyyən samiti bildirirdi. Əlifba işarələri heroqliflərin ayrılmaz tərkib hissəsini təşkil edir və müstəqil işlənmirdi. Misir yazı sistemi dəyişildiyi və təkmilləşdiyi kimi onun dil quruluşu da minilliklər ərzində eyni şəkildə qalmırdı. Qədim, orta və yeni Misir dili bölgüsü təklif olunmuşdur. Erkən orta əsrlərdə (III-IV əsrlər) qədim Misir dili artıq ölü dillər cərgəsinə daxil olmuşdu. Bu zaman gipti dili işlənirdi. VII əsrdən etibarən ərəb dili yayılmağa başladı. Hal-hazırda Misirdə dörd milyon yerli gipti yaşayır. Onlar xristian olmaqla ərəb dilində danışır, lakin dini ibadətlərini gipti dilində aparır, qədim ənənələri qoruyub saxlayırlar.

Qədim misirlilərin şifahi xalq yaradıcılığı bədii ədəbiyyat əsərlərinin əsasını təşkil edir. Ən qədim əsərlər e.ə. IV minillikdə yaradılmışdır. Üç min il ərzində qədim misirlilər zəngin bədii ədəbiyyat, onun müxtəlif janrlarını yaratmışdılar. Şifahi xalq yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", "Cadulanmış şahzadə", "Düz və əyri haqqında nağıl", "Gəmi qəzasına uğramış barədə nağıl", "Firon Xufu və cadugərlər" və s. göstərmək olar. Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz olması ideyası əks olunmuşdur, əyanların zalımlığı və qəddarlığı təsvir edilmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



  1. H. İmanov – Fəlsədə

  2. R. Mehdiyevin - Fəlsəfə

  3. A. Şükürov - Fəlsəfə

  4. M. Fərhadoğlu - Fəlsəfə əsasları

  5. İnternet resurs: www.firssteps.az

  6. İnternet resurs: www.qaynar.info

  7. İnternet resurs: www.google.az

  8. İnternet resurs: http://www.az.wikipedia.org

  9. İnternet resurs: http://www.kayzen.az

  10. İnternet resurs: http://www.anl.az


MÜNDƏRİCAT
GİRİŞ----------------------------------------------------------------------------------1

Misirdə ilkin elmi biliklərin inkişafı----------------------------------------------2



Babilistanda ilkin elmi biliklərin inkişafı----------------------------------------5

NƏTİCƏ------------------------------------------------------------------------------16

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT----------------------------------------18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə