Ütt və xariCİ Tİcarət sahəSİNDƏ Əsas anlayişlarin qlossariSİ




Yüklə 2.43 Mb.
səhifə1/31
tarix10.04.2016
ölçüsü2.43 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31
ÜTT VƏ XARİCİ TİCARƏT SAHƏSİNDƏ

ƏSAS ANLAYIŞLARIN QLOSSARİSİ (İZAHLI LÜĞƏTİ)






Azərbaycan - Rus - İngilis

Anlayışların (terminlərin) izahı

1

Adi silahlar və ikili istifadə malları və texnologiyaları üçün ixraca nəzarət üzrə Vasenar razılaşmaları

Вассенаарские договоренности по экспортному контролью для обычных оружий и двойное использовуемых товаров и технологий

Wassenaar arrangements on export controls for conventional arms and dual use goods and technologies



1995-ci ilin dekabrında Vasenar şəhərində (Hollandiya) əldə olunmuş beynəlxalq razılaşmalardır. Vasenar razılaşmaları - ixraca nəzarət üzrə beynəlxalq orqandır. Bu qurumun Katibliyi Vyanada yerləşir. Razılaşmaların əsas sənədini özündə beynəlxalq hüquqi sənədi təmsil edən Başlanğıc elementlər təşkil edir. O “Məqsədlər”, “Fəaliyyət sferası”, “Malların və ikili texnologiyaların nəzarət siyahısı”, “Silahların siyahısı” kimi bölmələr də daxil olmaqla, 9 bölmədən ibarətdir. Siyahılara hər il yenidən baxılır və konsensus yolu ilə qəbul olunur. Vasenar razılaşmaları iştirakçıları Avstraliya, Avstriya, Argentina, Hollandiya, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya, ABŞ, Belçika, Bolqarıstan, B.Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Koreya, Lüksemburq, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Yaponiyadır. ÜTT-nin qaydaları və hüquqi normaları silah və hərbi materiallara aid edilmir.

2

Aqressiv ticarət

Агрессивная торговля

Trade harassment


İdxal malları üçün beynəlxalq şəraitin çətinləşdirilməsi məqsədi ilə aşkar və gizli daxili tədbirlərin tətbiq edilməsidir. Aqressiv antidempinq tədbirlərinin, müdafiə tədbirlərinin və kompensasiya rüsumlarının tətbiqi aşkar tədbirlərə aid edilir.

3

Advalor ekvivalenti

Адвалорный еквивалент

Advalorem equivalent (AVE)


Advalor ekvivalenti xüsusi, qarışıq, birgə və ya xüsusi elementləri əhatə edən digər rüsumların faiz nisbətində müəyyən edilən ekvivalentdir. Advalor ekvivalentləri advalor olmayan gömrük rüsumları üçün hesablanır. AVE - toplanılan faktiki rüsumlar və ya idxal edilən keçmiş vahid dəyər əsasında müəyyən edilir. Məsələn, 10.00 $/kq vahid dəyərə malik məhsula qoyulan 1.00 $/kq dəyərində spesifik rüsumun advalor ekvivalenti (AVE) 10%-ə bərabər olar (1.00 $/10.00 $).

4

Advalor gömrük rüsumu

Адвалорная таможенная пошлина

Ad valorem duty


Malların gömrük dəyərinə görə faizlə hesablanan rüsum dərəcəsidir. Məsələn, malın qiymətindən 10%. ÜTT qaydaları hesablamanın sadəliyi və ticarət danışıqları gedişində milli bazarların qorunma dərəcələrinin müqayisəsi zamanı əsas indiqator kimi gömrük rüsumunun bu növündən istifadə olunmasını bütün ÜTT üzvlərinə tövsiyə edir. Hazırda bütün ölkələrin tətbiq etdiyi rüsum dərəcələrinin 96%-dən çoxunu advalor rüsumlar təşkil edir. İsveçrə isə yeganə istisnadır.

5

Axarla aşağı” (Axın istiqamətli) dempinqi -antidempinq tədbirlərindən yan keçmə metodu

Демпинг «вниз по течению» - метод обхода антидемпинговых мер

Downstream dumping


Məhsulun bu və ya digər komponentinin aşağı salınmış qiymətlərlə daxili istehsalçıya satışı praktikasıdır. İstesalçı sonradan bu komponenti emal edərək onu digər məhsulun tərkibinə daxil edir və bununla da ixrac bazarlarında qiymət üzrə üstünlük qazanır.

6

AKS (Afrika, Karib hövzəsi və Sakit okean ölkələri)

АКТ (Африка, страны Карибского бассейна и Тихого океана)

ACP (African, Caribbean and Pacific countries)


Afrika, Karib hövzəsi və Sakit okean ölkələrini əhatə edir. Hazırda Pambıq Sazişi altında Avropa İttifaqı ölkələri ilə imtiyazlı ticarət münasibətlərinə malik ölkələr qrupudur.

7

Alıcı təşkilatlar

Закупочные организации

Procurement entities


ÜTT-nin Dövlət Alışları üzrə Sazişinin iştirakçısı olan ölkələrin birliyidir. Sazişin müddəaları ilk növbədə alıcı təşkilatlara aid edilir. Buraya alışı həyata keçirən və ÜTT-nin dövlət alışları üzrə Sazişi ilə reqlamentləşdirilən mərkəzi hökumət qurumları, regional hakimiyyət orqanları, bələdiyyə müəssisələri, ictimai istifadə müəssisələri daxildir.

8

Alimentarius məcəlləsi” komissiyası (Ərzaq və kənd təsərrüfatı məsələləri üzrə BMT-nin və ərzaq standartlarının hazırlanması üzrə Ümumdünya Səhiyyə Təşkilatının törəmə təşkilatları)

Комиссия «Кодекс алиментариус»

Codex alimentarius commission


Ərzaq mallarına aid olan standart və normaların hazırlanması zamanı ÜTT üzvü ölkələrinin hökumətlərinin fəaliyyətlərinin koordinasiyasını təmin edir və ərzaq malları ilə ticarətdə bu qaydaların ədalətli tətbiqinə kömək edir. Komissiya ərzaq malları sahəsində, xüsusilə də qida boyaq maddələrinin, konservantların və ətirli maddələrin istifadəsində normaların hazırlanması və tətbiqinin müəyyən bazis prinsiplərini işləyib hazırlamışdır.

9

Alternativ qiymət

Альтернативная цена

Opportunity cost


Digər maldan bir vahid istehsal edilməsinə sərf olunan iş vaxtı ilə ifadə olunmuş hər hansı bir maldan bir vahid istehsal edilməsi üçün zəruri olan iş vaxtını göstərir.

10

Amerika mallarını alın” qanunu

Закон «Покупайте американское»

Buy american act


ABŞ Konqresi tərəfindən hələ 1933-cü ildə qəbul olunmuş qanundur. Bu qanun, ABŞ-ın dövlət hakimiyyət orqanları tərəfindən maliyyələşdirilməklə aparılan bütün tikinti işləri üçün malların alışının amerikanın daxili bazarında həyata keçirilməsinin zəruriliyini təsdiq edən ümumi müddəanı irəli sürürdü. Qanun bu məqsədlər üçün xarici malların alışına yalnız üç halda yol verirdi: (1) lazım olan malların ABŞ-da istehsal olunmadığı halda; (2) ABŞ-da malların alışının ictimai maraqlara zidd olduğu halda; (3) milli malların qiymətinin əsassız olaraq yüksək olduğu halda. ABŞ hökuməti ÜTT-nin dövlət alışları üzrə Sazişinin iştirakçısıdır, lakin o amerikan mallarının üstün alış sistemini aradan qaldıra bilmədi. Hazırda bu məsələ çoxtərəfli ticarət danışıqlarının yeni raundunun gedişində müzakirə olunmaqdadır.

11

Amil bolluğu (amillərlə təminatlılıq)

Фактороизбыточность (факторонасыщенность)

Factor abundance


Ölkənin istehsal amilləri ilə nisbi təminatlılığını müəyyən edən göstəricidir.

12

Amil intensivliyi

Фактороинтенсивность

Factor intensity


Müəyyən malın yaradılması üçün istehsal amillərinin nisbi xərclərini müəyyən edən göstəricidir.

13

Amil tutumu istiqamətinin dəyişməsi

Реверс факторов производства

Factor-intensity reversal


Eyni bir malın kapital bolluğu (artıqlığı) olan ölkədə kapitaltutumlu, əmək bolluğu (artıqlığı) olan ölkədə isə əməktutumlu olduğu haldır.

14

Amil tutumu təhlilləri

Анализы факторной интенсивности

Factor-intensity analysis



Müqayisəli üstünlüyün Hekşer-Olin nəzəriyyəsinə əsaslanan kəmiyyət metodudur. Ondan ayrıca bir ölkə üçün hansı istehsal amilinin müqayisəli üstünlüyün mənbəyi olmasını müəyyən etmək üçün istifadə olunur.

15

And ölkələri birliyi

Андский союз

Andean Community


Boliviya, Kolumbiya, Ekvador, Peru və Venesuelanı əhatə edən birlikdir.

16

Antidempinq danışıqları üzrə müttəfiqlər

Друзья антидемпинговых переговоров

Friends of antidumping negotiations


ÜTT-nin Antidempinq tədbirlərinin tətbiqi üzrə Sazişinin dəqiqləşdirilməsi haqqında məsələlər üzrə Doha raundu gedişində yaxın mövqelərdən çıxış edən ölkələr qrupudur. Bu qrupun tərkibi ÜTT çərçivəsində çoxtərəfli danışıqlarda bir-birindən iqtisadi inkişaf və siyasi təşkilolma (təsisat) səviyyələrinə görə fərqlənən, lakin danışıqlarda ümumi maraq ətrafında birləşmiş - inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr daxil olmaqla müxtəlif ölkələrin qruplaşmalarının yarandığını aydın olaraq göstərir. Antidempinq danışıqları dostları (Antidempinq danışıqları üzrə müttəfiqlər) qrupuna Braziliya, Çili, İsrail, Yaponiya, Cənubi Koreya, Norveç, İsveçrə, Tayvan, Tailand və Honkonq (ÇXR) daxildir.

17

Antidempinq məcəlləsi

Антидемпинговый кодекс



Antidumping codex

Məcəllə müqəddimədən, 18 maddədən və iki əlavədən ibarətdir. GATT-ın VI maddəsi malların dempinq qiyməti üzrə satışını neytrallaşdırmaq məqsədilə antidempinq rüsumunun tətbiqi imkanını nəzərdə tutur. Lakin GATT-ın VI maddəsində bir çox hüquqi və prosedur qaydalar (müddəalar) işlənib hazırlanmamışdır. Bu isə GATT çərçivəsindəki çoxtərəfli danışıqlar gedişində GATT-ın VI maddəsinin tətbiqi üzrə sazişlərin ardıcıl olaraq yaradılmasına gətirib çıxardı: 1969-cu ilin Antidempinq məcəlləsi (Kennedi raundu); 1979-cu ilin Antidempinq məcəlləsi (Tokio raundu) və nəhayət, 1994-cü ilin Antidempinq məcəlləsi (Uruqvay raundu). 1994-cü ilin nəşrinin Antidempinq məcəlləsi antidempinq proseduralarından əsassız istifadəni çətinləşdirən daha aydın və dəqiq müddəalara malikdir. Antidempinq təhqiqatının aparılması zamanı idxalatçı ölkədən dempinqlə onun təsiri nəticəsində milli istehsala dəyən zərər arasında dəqiq qarşılıqlı əlaqənin müəyyən olunmasını tələb edən müddəa gücləndirilmişdir. Antidempinq məcəlləsi dempinq qiymətləri üzrə mal idxalının minimum ölçüsünü (anoloji malın idxalının 3%-i) və qiymətlərdəki minimum fərqi (2%) müəyyən edir. Sazişə görə, antidempinq rüsumundan yalnız dempinq faktının müəyyən edilməsindən və idxalatçı ölkədə dempinqin milli istehsala maddi ziyan vurmasından və ya onu törətmə təhlükəsini yaratdıqdan sonra cavab tədbiri kimi istifadə oluna bilər. Antidempinq məcəlləsinin 2 və 3-cü maddələri bu hallarda tətbiqi mümkün olan meyarları müəyyən edir. Məcəllənin 8-ci maddəsinə görə, antidempinq rüsumunun ölçüsü dempinq və normal qiymət arasındakı fərqi (dempinq miqyasını) keçməməlidir. Antidempinq məcəlləsi maddi ziyanın müəyyən edilməsinə aid olan müddəaları antidempinq rüsumlarının müəyyən olunması metodikasına daxil edir. Məcəllənin 5-ci maddəsində göstərilir ki, təhqiqatlar malların gömrük təmizlənməsi (boşaldılması) proseduralarına mane olmamalıdır. Antidempinq məcəlləsi bütün maraqlı tərəflərin iştirakı ilə təhqiqatın aşkar xarakter daşımasını, şəffaflığını tələb edir. Buraya inkişaf etməkdə olan ölkələrin maraqlarını əks etdirən müddəalar daxil edilmişdir. Onlardan biri dempinq faktının müəyyən edilməsi zamanı inkişaf etməkdə olan ölkələrdə qiymətqoymanın xüsusiyyətlərinin uçotunu tələb edir və bununla bağlı olaraq qeyd edir ki, inkişaf etməkdə olan ölkələrin ixrac qiymətlərinin onların daxili qiymətlərindən aşağı olması halı (faktı) onların avtomatik olaraq dempinqdə ittiham olunmasına əsas verir. Məcəllənin 11-ci maddəsinə görə, antidempinq rüsumu dempinqdən olan itkini neytrallaşdıracaq zaman müddəti qədər qüvvədə olmalı və onun daxil edilməsindən 5 il sonra öz fəaliyyətini dayandırılmalıdır. Antidempinq məcəlləsi antidempinq rüsumunun hesablanmasının vahid metodologiyasını və dəqiq prosedur normalarını müəyyən edir. Bu məqsədlə ÜTT-nin mallarla ticarət üzrə Şurası çərçivəsində antidempinq tədbirləri üzrə Komitə fəaliyyət göstərir.

18

Antidempinq praktikası üzrə Saziş

Соглашение по антидемпинговой практике

Agreement on Anti-Dumping Practices


Tokio raundu kimi tanınan və QATT üzvlərinin 1980-ci ildəki sessiyasından sonra bağlanmış beynəlxalq razılaşmadır. Bu razılaşma, “dempinq” idxalında iştirak edən ölkələrin rəsmi olaraq müdafiə qismində antidempinq rüsumlarından istifadə etməsi şərtlərini müəyyənləşdirdi.

19

Antidempinq rüsumu

Антидемпинговая пошлина

Antidumping duty


Dempinq əsasında ədalətli (düzgün) olmayan qiymət rəqabətinin mənfi nəticələrini neytrallaşdırmaq məqsədilə malın daxili və xarici bazarlarda satış qiymətləri arasındakı fərq miqdarında idxalatçı ölkənin tətbiq etdiyi müvəqqəti rüsumdur.

20

Antidempinq tədbirləri

Антидемпинговые меры

Antidumping measures


ÜTT qaydalarına uyğun olaraq dempinqin olması faktı sübut olunduğu halda, konkret malın idxalına qoyulan və adi gömrük rüsumlarından yüksək olan idxal rüsumlarıdır. Belə tədbirlər idxalatçı kimi çıxış edən təşkilat üzvlərinin ərazisində dempinq qiymətləri üzrə idxalın milli sənayeyə ziyan vurduğu halda, ixrac qiymətlərinin onların “adi qiymətlərindən” aşağı olduğu idxal mallarına münasibətdə (adətən, idxal olunan malın dəyəri ixracatçı ölkənin daxili bazarındakı qiymətlə müqayisə olunur) tətbiq oluna bilər. İxracatçının öz üzərinə götürdüyü malın qiyməti üzrə gömrük rüsumları və ya öhdəlikləri şəklində çıxış edə bilən bu cür tədbirlərin istifadəsini reqlamentləşdirən daha müfəssəl qaydalar Tokio raundu gedişində razılaşdırılmışdır. Əldə olunmuş bu saziş Uruqvay raundu prosesində nəzərdən keçirilmişdir.

21

Antiinhisar qanunvericiliyi

Антимонопольное законодательство

Antirust law


Daxili bazarda aparıcı mövqedən sui-istifadənin aradan qaldırılmasına istiqamətlənmiş hüquqi normalardır. İlk antiinhisar qanunları 100 ildən də çox bundan əvvəl ABŞ-da meydana çıxmışdır. Hazırda antiinhisar qanunvericiliyi bir çox ölkələrin hüquqi sistemlərinin tərkib hissəsini təşkil edir. Müasir iqtisadiyyatda iri transmilli inhisar şirkətlərinin aparıcı rol oynaması səbəbindən antiinhisar qanunverciliyinin ticarətlə qarşılıqlı əlaqə problemi öz yerini ÜTT-də tapmışdır. 1996-cı ildə Nazirlər konfransı (Sinqapur) ticarət və rəqabət məsələləri üzrə İşçi qrupunun yaradılması qərarını qəbul etdi. ÜTT və UNCTAD çərçivəsində antiinhisar siyasəti və praktikası “məhdudlaşdırıcı işgüzar praktika” adını almışdır. Hazırda bu sahədə görülən işlər ÜTT çərçivəsində gələcək ticarət danışıqları üçün mümkün təkliflərin hazırlanması məqsədilə antiinhisar siyasəti və ticarət arasında qarşılıqlı əlaqə probleminin müzakirəsi səviyyəsində inkişaf etdirilir.

22

Apellyasiya orqanı

Апелляционный орган

Appellate body


Appelyasiya orqanı mübahisələrin tənzimlənməsinə nəzarət edən qayda və proseduraların başa düşülməsinə (DSU) uyğun olaraq yaradılmışdır ki, bu da ÜTT-nin əsasını qoyan Mərakeş sazişinin əlavəsində verilmişdir. ÜTT üzvləri arasındakı mübahisələrin tənzimlənməsi elementlərindən biridir. Apelyasiya orqanı mübahisələrin həlli Orqanı tərəfindən təsdiq olunur. Apleyasiya orqanı hüquq və ÜTT sazişlərinin ümumi məsələləri sahəsində beynəlxalq ticarətdə avtoritet ada malik olan yeddi nəfərdən ibarətdir. Onlar hökumətləri təmsil etmir və şəxs qismində fəaliyyət göstərirlər. Onların vəzifəsi - ÜTT iddiaçıları və qaydaları baxımından ekspertlər qrupunun tövsiyələrinin hüquqi şərhini, onun qanuniliyini verməkdir. Apelyasiya orqanına ekspertlər qrupunun qərarı ilə razılaşmayan tərəflər müraciət edirlər. Əgər Mübahisələrin həlli orqanı Apelyasiya orqanının məruzəsini qəbul etməmək barədə qərarını konsensus əsasında qəbul etməzsə, Appelyasiya orqanının məruzəsi Mübahisələrin həlli orqanı tərəfindən qəbul olunur və mübahisə edənlər tərəfindən də tanınır. Apelyasiya orqanının fəaliyyəti ÜTT çərçivəsində öz müsbət qiymətini almışdır.

Appelyasiya orqanının funksiyası DSU-nun 17-ci maddəsinə uyğun olaraq, panel hesabatlardan doğan appelyasiyaları dinləməkdir.

Appelyasiya orqanının ayrı-ayrı üzvləri DSU-nun 21-ci maddəsinə görə bəzən münsif (arbitr) kimi fəaliyyət göstərə bilərlər.


23

Artan əvəzləmə xərcləri

Возрастающие издержки замещения

Increasing opportunity costs


2 malının hər bir əlavə vahidinin istehsalı üçün 1 malının sabit deyil, artan miqdarının qurban verilməsinin zəruriliyini nəzərdə tutur.

24

Asimmetrik ticarət sazişləri

Асимметричные торговые соглашения

Asymmetrical trade agreements


Əsasən ikitərəfli ticarət razılaşmaları olmaqla, iki partnyorun hər birində müxtəlif öhdəliklər paketinin mövcudluğunu göstərir.

25

Asiya Sakit okean əməkdaşlığı forumu

Азиатско-тихоокеанское экономическое сотрудничество

APEC (Asia Pacific Economic Cooperation)


Asiya Sakit okean əməkdaşlığı forumudur.

26

Asiya-Sakit okean iqtisadi əməkdaşlığı

Азиатско-тихоокеанское экономическое сотрудничество; АТЭС

Asia-Pacific Economic Cooperation (APEC)


Ticarət proseduralarının sadələşdirilməsi üzrə mühüm əhəmiyyətə malik proqramların tətbiqi ilə məşğul olan birlikdir.

27

Audiovizual xidmətlər

Аудиовизуальные услуги

Audiovisual services, see also. Broadband services


Videokasetlərin və kinofilmlərin göstərilməsi, yayılması və istehsalını əhatə edən xidmət növləridir.

28

Autsorsinq

Аутсорсинг

Outsourcing


Xarici podrat deməkdir. Əsasən podratçının daha ucuz işçi qüvvəsi hesabına əməyin məhsuldarlığının yüksəldilməsi və məhsulun maya dəyərinin aşağı salınması məqsədilə müəssisənin bir sıra biznes-funksiyalarının və ya biznes-prosesinin bir hissəsinin kənar podratçıya ötürülməsidir. Yəni yerli şirkətin istehsal, reallaşdırma, tədqiqat işlərinin aparılması və s. üzrə funksiyalarının digər ölkəyə ötürülməsini nəzərdə tutur. Autsorsinqin mütləq şərtini fəaliyyətin üçüncü tərəfə ötürülməsi təşkil edir.

29

Avropa Birliyinin daxili bazar proqramı

Программа внутреннего рынка ЕС

EC Internal Market Program


1985-ci ildən 1992-ci ilədək fəaliyyət göstərmiş ümumi əmtəə və xidmətlər bazarının yaradılması proqramıdır.

30

Avropa İttifaqının ümumi ticarət (kommersiya) siyasəti

Общая торговая политика Евросоюза

Common Trade Policy or Common Commercial Policy


Roma müqaviləsinin 113-cü maddəsinə əsasən, Avropa İttifaqının daxili bazarının vahidliyinə təminat verən ticarət siyasətidir.

31

Avropa patent konvensiyası

Европейская патентная конвенция

European Patent Convention syn. Convention on the Grant of European Patents


Konvensiya 5 oktyabr, 1973-cü ildə imzalanmışdır.

32

Avtomatik lisenziyalaşdırma

Лицензирование автоматическое

Automatic licensing


Ərizənin verilmə qaydalarına riayət olunduğu istənilən halda lisenziya üçün ərizə verən idxalatçının malın idxalı üçün avtomatik icazə əldə etməsidir. Mal idxalına icazə kimi lisenziyanı ləğv etmir, lakin lisenziya vermə prosesini sadələşdirir. ÜTT-nin idxalın lisenziyalaşdırılması üzrə Sazişinə görə, avtomatik lisenziyalaşdırma zamanı lisenziyanın əldə edilməsi üçün ərizənin təsdiqi bütün hallarda istisnasız verilir. ÜTT qaydaları üzrə idxalın avtomatik lisenziyalaşdırılması prosedurası idxalı məhdudlaşdıran üsul olmamalıdır. Avtomatik lisenziyalaşdırmanın başlıca vəzifəsi - xarici ticarət üzərində nəzarət və müşahidənin (monitorinqin) həyata keçirilməsi üçün mexanizmin yaradılmasıdır.

33

Azad edilmə maddəsi (şərti);

Öhdəlikdən müvəqqəti (razılaşdırılmış) azad olma maddəsi

Развязывающая оговорка (избавительная оговорка)

Escape clause


Sənədin hüquqi normasının müvəqqəti olaraq icra olunmamasına icazə verən hüquqi sənəddəki bir maddədir. GATT-1994 çərçivəsində azadedici şərt XIX maddədə mövcuddur. ÜTT qaydalarına və digər ticarət sazişlərinə görə, idxalın ziyan vurduğu və ya milli istehsalçılar üçün ciddi itki təhlükəsi yaratdığı halda iştirakçı ölkələrin ticarətin liberallaşdırılması üzrə öz üzərlərinə götürdükləri öhdəliklərdən müvəqqəti olaraq azad olunmağa imkan verən şərtdir.

O milli istehsal sahəsində itkinin baş verməsinə səbəb olmaqla və ya belə bir təhlükəni yaratmaqla, konkret malın idxalının qabaqcadan bilinməyən səbəblər üzündən artdığı halda həmin mala münasibətdə əvvəllər edilmiş tarif güzəştini müvəqqəti olaraq saxlamaq, azaltmaq və ya ləğv etməyə imkan verir. ÜTT çərçivəsində bu mənada çox vaxt “qoruyucu tədbirlər” (Safeguard Action) terminindən istifadə olunur. Qoruyucu tədbirlərin tətbiqi ÜTT-nin Qoruyucu tədbirlər haqqında Sazişi ilə tənzimlənir.



34

Azad gömrük zonası

Свободная таможенная зона

Free custom zone stock


Xarici malların gömrük rüsumu, vergisi tutulmadan, eləcə də göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq etmədən, müvafiq ərazi sərhədlərində və yerlərində tətbiq olunan və istifadə edilən gömrük rejimidir. Azad gömrük zonasında pərakəndə ticarət və qanunvericiliyin qadağan etdiyi digər fəaliyyətlərdən başqa, istənilən istehsal və kommersiya fəaliyyətinə yol verilir. Mallar burada müddət məhdudiyyəti olmadan yerləşdirilə bilər.
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə