UŞaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ




Yüklə 64.66 Kb.
tarix24.04.2016
ölçüsü64.66 Kb.

UŞAQ ANATOMİYASI, FİZİOLOGİAYSI VƏ GİGİYENASI

ANALIZATORLAR- DUYĞU ÜZVLƏRİ

PLAN:


1. Orqanizmin fəaliyyətinin tənzimində analizatorların rolu.
2.Analizatorların quruluşu haqqında.
3.Reseptorlar haqqında.

Orqanizmin xarici mühitlə əlaqəsində duyğu üzvləri əvəzedilməz rol oynayır.Xarici mühitin təsirilə əmələ gələn qıcıqlar,görmə,eşitmə,dad,qoxu və dəri hissiyyatı resep-torları oyanaraq sinir sisteminə ötürülür.Duyğu üzvləri tərəfindən qəbul edilmiş qıcıqlar beyin yarımkürələri qabığının müvafiq nahiyələrində ayırd edilir.Məsələn,görmə üzvü tərəfindən qəbul edilmiş qıcıqlar cisimlərin rəngi,şəkili,ölçüləri,işıqlanma dərəcəsi və s. görmə nahiyəsində aşkarlanır.Eşitmə üzvü tərəfindən qəbul edilmiş səs qıcıqları eşitmə nahiyyəsində analiz edilərək onların gücü,ucalığı və xarakteri ayırd edilir.Həmçinin,dəri-dəki reseptorlardan gələn oyanmalar dəri hissiyyatı nahiyəsinə çataraq əlimizi vurduğu-muz cisimlərin forması,səthinin hamar və ya kələ-kötür olması,temperaturlar və s.müəy-yən edilir.Digər duyğu üzvlərinin dad,qoxu üzvləri reseptorlarının qəbul etdiyi qıcıqlar da yarımkürələr qabığının müvafiq nahiyələrində ayırd edilir.

Beyinə ayrı-ayrı duyğu üzvlərindən gələn siqnallar sayəsində insan və hey-vanlar yaşadıqları xarici mühitdə davranış formalarını müəyyən edir və xarici mühit amil-lərinin dəyişməsinə uyğun reaksiya normaları göstərə bilir.

Analizatorların reseptorları orqanizmi əhatə edən xarici mühit qıciqlarına qarşı heç də eyni həssaslıqla cavab vermir.Belə ki,ayrı-ayrı duyğu üzvləri yüksək səviy-yədə ixtisaslaşmaya məruz qalmışdır.Məsələn;göz almasının fotoreseptorları azca işıq şüalarına (56 kvant) qarşı cavab verdikləri halda,səs dalğalarına və elektrik potensialı qıcıqlandırıcılara qarşı belə yüksək həssaslıqla cavab vermirlər.Burdan aydın olur ki,hər

hansı bir reseptor orqanizmin yaşadığı xarici mühitin bir və ya bir neçə növ qıcıqlarına qarşı reaksiya verməyə uyğunlaşmışdır.

Hər hansı bir reseptor üçün xarakterik qıcıqlandırıcı adekvat qıcıqlandırıcı adlanır.Bu,həmin reseptorun tarixi inkişafı prosesində qazanılmış uyğunlaşmışdır.Məs; görmə reseptorları üçün işıq şüaları adekvat qıcıqlandırıcıdır.Səs dalğaları,mexaniki təzyiq eşitmə reseptorları üçün adekvat olduğu halda,görmə reseptorları üçün qeyri- adekvatdır.

Çox vaxt eyni qıcıqlandırıcı bir sıra resptorlara eyni vaxtda təsir edir.Belə hallarda qıcıqlndırıcı haqqında əsaslı məlumat həmin reseptorların mərkəzləri tərəfindən birgə fəaliyyət nəticəsində verilir.Məs;görmə və eşitmə reseptorlarına təsir edən hər hansı partlayış həm səslə(eşitmə),həm də görmə ilə(tüstü,dağıntı və s) müşayiət edilir. Bu zaman həmin hadisə haqqında bizdə tam təsəvvür yaranır.

Analizatorların(duyğu üzvlərinin) reseptorlarının bir sıra xüsusiyyətləri var. Onlardan biri reseptorların oyanıcıqlıq qabiliyyətidir.Reseptorların əsas xassələrindən biri də onların labillik xüsusiyyətidir.Bu o deməkdir ki,reseptorlara qıcığın təsiri başa çat-dıqdan sonra müəyyən zaman keçir və həmin reseptor yenidən qıcıq qəbul etmək qabi-liyyətini bərpa edir.Bunlardan başqa,reseptorların adaptasiyası adlanan xüsusiyyəti də var.Yəni,reseptor eyni qüvvəyə malik qıcıqlandırıcı uzun müddət təsir etdikdə,onda həmin qıcığa qarşı uyğunlaşma baş verir.Belə hallarda qıcığa qarşı olan həssaslıq ya zəifləyir və ya tamamilə itir.Məsələn;biz hər hansı bir qoxu olan otağa daxil olduqda müəyyən müddət həmin iyi hiss edirik,sonradan bu iy hiss olunmur,artıq qoxu resepto-runda uyğunlşma baş verir və qıcığa qarşı olan həssaslıq zəifləyir.Reseptorların əsas xüsusiyyətlərindən biri də onların tarixi inkişafda qazandıqları ixtisaslaşmadır,yəni,hər bir reseptor müəyyən hissin yaranmasını həyata keçirir.Bəzən də elə olur ki,müxtəlif təbiətli qıcıqlar reseptorlarda oxşar effektlər əmələ gətirir.Məsələn,göz almasına işıq şüaları və hər hansı bir mexaniki təzyiq etdikdə gözdə işıq qığılcımları hissi yaranır.

İ.M.Seçenov göstərmişdir ki,bizi əhatə edən xarici aləm haqqında şüuru-muzda düzgun təsəvvür yaranmasının əsas bünövrəsini hisslərimiz təşkil edir.

Qəbul edilmiş fizioloji təsnifata əsasən,orqanizmdə mövcud olan sensor sistem- lərə görmə,eşitmə,müvazinət,dadbilmə,qoxu,dəri hissiyyatı,hərəki və daxili analizatorlar aiddir.

Məlum olan inikas nəzəriyyəsinə görə bizim hisslərimiz şüurumuzdan asılı olmayaraq mövcud olan obyektiv gercəkliyi əks etdirir.Buna baxmayaraq,bizim hissləri-miz subyektiv xarakter daşıyır,xarici aləm haqqında hər bir fərd özünəməxsus anlayışlar yaradır.

Analizatorlar insan beyni ilə daxili üzvlər və onu əhatə edən ətraf mühit arasın-da qarşılıqlı əlaqə yaradan amildır.Qıcığı qəbul edən,onu analiz edib və cavab verən bədən üzvlərini İ.P.Pavlov analizatorlar adlandırıb.Analizatorların periferik hissəsi-ucları reseptorlardır.Pavlovun müəyyən etdiyi kimi,hər bir analizator üç hissədən ibarətdir:



  1. Reseptor hissə- analizatorun mühiti hissəsi.

  2. Sinir impulslarını ötürən sinir yolu.

  3. Mərkəzi hissə-baş beyin və beyin yarımkürələri qabığının reseptorlardan oyanmanı qəbul edən şöbələri.

Reseptorlardan baş-beyin qabığınadək qıcığın keçdiyi yol analizatorun aparıcı

yolu,baş-beyin qabığının müvafiq sahəsi isə analizatorun mərkəzi hissəsi adlanır.Qə-

bul edilən qıcığın analizi analizatorun reseptor hissəsində çox sadə formada başlayır, qıcıq oyanma şəklində mərkəzi sinir sisteminə ötürülür.

Analizatorun üç hissəsindən hər hansı birinin zədələnməsi müəyyən qıcıqları qəbul və analiz etmək qabiliyyətinin itməsinə səbəb olur.Belə ki,insanın eşitmə və görmə qabiliyyəti həm eşitmə və görmə reseptorlarının funksiyası pozulduqda,həm eşit- mə və görmə siniri zədələndikdə,həm də beynin böyük yarımkürələrinin qabığının eşit- mə və ğörmə mərkəzi xəstələndikdə itə bilər.Beyin qabığında hər bir analizatorun mər - kəzi vardır.Məsələn;qabığın ənsə payında-görmə,gicgah payında-eşitmə,təpə payında-dəri analizatorlarının beyin qabığının mərkəzi şırımından öndə hərəki,dalda dəri-əzələ hissiyyatı mərkəzləri vardır.Qoxu analizatorunun beyin şöbəsi baş beyinin böyük yarım-

kürələri qabığının qoxu nahiyyəsində yerləşir.Qoxu analizatorunun qabıq nahiyyəsinə

yaxın dad analizatorunun ali şöbəsi yerləşir.


ƏDƏBİYYAT:

1.C.Ə.Nəcəfov,N.R.Zeyniyev,SşM.Quliyev “Uşaq anatomiyası və fiziologiyası”Bakı-2005

2.V.B.Şadlinski,A.B.İsayev “Uşaq anatomiyası”-2005.
TƏRTİB ETDİ: SALAHOVA YAQUT

GÖRMƏ ANALİZATORU.

PLAN:


1.Görmə analizatoru haqqında.

2.Gözün quruluşu haqqınd.

3.Görmə gigiyenası.
Gözun quruluşu. Görmə analizatoru insan həyatında əsas amillərdən biridir. Onun periferik hissəsi olan göz ,işığa həssas olan reseptorlar görmə orqanının-gözün daxilində yerləşir.

Kürəşəkilli göz alması kəllənin göz yuvasında yerləşir.Göz almasının divarla-rından göz almasının xarici səthinə gözü hərəkət etdirən əzələlər gəlir.

Görmə analizatoru olan göz üç hissədən ibarətdir.Birinci hissə-daxilində foto-reseptorlar yerləşən göz alması; ikinci hissə- görmə siniri, ücüncu hissə isə baş beyin qabığının ənsə payında yerləşmiş ali görmə mərkəzindən(torlu qişadan) ibarətdir.Bu hissələrin hər biri öz funksiya və quruluşları ilə insanın fəal həyat fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir.

Göz alması əsas üç qişadan ibarətdir;xarici qişa- ağlı qişa,orta qişa damarlı –qişa və daxili qişa -torlu qişa.Ağlı qişa gözün ön tərəfdə rəngsiz,şəffaf və nisbətən qabarıq olan buynuz qişasına keçir.Göz almasının arxasında ağlı qişa şəbəkəli lövhəcik əmələ gətirir.Buradan görmə sinirinin lifləri çıxır. Buynuz qişa və quzehli qişa bir-birinə sıx söykənməmiş ,onların arasında tam şəffaf maye ilə dolmuş sahə var.Buynuz qişa və şəffaf maye işıq şüalarını buraxır,bu şüalar qüzehli qişanın ortasındakı bəbək adlanan dəlikdən keçərək göz almasının içərisinə daxil olur.Gözün içərisinə parlaq işıq şüaları düşən anda bəbək dəliyi reflektor olaraq daralır.Şüalar zəif olduqda isə,əksinə bəbək dəliyi genişlənir.Bəbək dəliyinin arxasında çox şəffaf olan büllur yerləşmişdir.Büllur iki tərəfdən qabarıq olub,qabarıq linzaya oxşayır və kirpikli əzələ ilə əhatə olunmuşdur.Buynuz qişa ən güclu şüa sındıran mühitdir.Burdan gözə işıq şüaları daxil olur.Buynuz qişanın arxasında maye ilə dolu ön kamera yerləşir.

Göz almasının sonrakı qişası damarlı qişadır.Bu qişa ağlı qişanın altında yerləşmişdir. Damarlı qişa göz almasının digər qişalarından qan kapilyarları ilə zəngin təchiz olunma-sı ilə fərqlənir və gözü qanla təmin edir.Damarlı qişanın daxili səthi işıq şüalarını udan nazik qara rəngli boyayıcı maddə piqment qatı ilə örtülmüşdür.

Damarlı qişa ön tərəfdə buynuz qişanın arxasında qüzehli qişaya keçir.Bu qişa onda olan piqmentin miqdarından asılı olaraq,müxtəlif rənglərdə(açıq mavidən tutmuş tünd qəhvəyi rəngə qədər )ola bilər.Məhz bu qişa gözün rəngini müəyyənləşdirir.Qüzehli qişa toxumasında xüsusi rəngləyici maddə-melaninin miqdarından asılı olaraq qüzehli

qişanın rəngi də dəyişir.Piqment həddən çox olduqda-göz qara,normal olduqda-mavi,sarı-qonur,az olduqda qırmızı rəngdə olur.Qüzehli qişada bülluru hərəkətə gətirən kirpikli əzələ olur.Büllur isə hər iki tərəfindən qabarıq linzaya oxşar bir orqandır.Qüzehli qişanın ortasında həlqəvi deşik- bəbək yerləşir,onun iriliyindən və balacalığındn asılı olaraq ğözə düşən işıq şüasının miqdarı da dəyişir.

Kirpikli cismin tərkibində olan saya əzələ lifləri qüzehli qişa ilə bəbəyin arxasında yerləşən iki tərəfi qabarıq büllura bağlanır.Bu əzələlərin yığılması nəticəsində büllur yas-tılaşır və qalınlaşır.Bu zaman göz yaxın və uzaq məsafədə yerləşən əşyaları görməyə uyğunlaşır.Göz almasının bütün içəri hissəsini büllurun arxasında yerləşən şüşəyəbən-zər cisim tutur.Onun içərisindəki boşluq-yarımmaye həlməşik şəkilli şəffaf kütlə ilə dolu olur.Göz almasının nüvəsini-büllur,şüşəyəbənzər cisim və göz yaşı vəzin mayesi təşkil edir.

Torlu qişa gözün daxili qişasıdır. O,göz almasını daxildən örtür və çox mürəkkəb

quruluşa malikdir.Torlu qişa bir sıra hüceyrə qatları ilə örtülmüşdür.Birinci qat piqmentli hüceyrələrdir ki,onlara düşən işıq şüası əks olunmur.İkinci qat hüceyrələr fotoreseptor hüceyrələrdir.Bu hüceyrələr xarici tərəflərinə görə kolbacıqlara və çöpcüklərə oxşayırlar. Bu hüceyrələrin membranlarında külli miqdarda görmə piqmentləri var.Məlum olduğu kimi,fotoreseptor hüceyrələrdən torlu qişanın daxilinə parasimpatik çıxıntılar uzanır.

Torlu qişada işığa çox həssas olan hüceyrələr-görmə reseptorları-kolbcıqlar və çöpcüklər yerləşir.İnsan gözündə 7 mln-a qədər kolbacıq,130 mln-a qədər çöpcük olur.

İnsanda görmə qabiliyyətinin əsas xüsusiyyətlərindən biri də rəngləri ayırd etməsidir.Rənglərin alınması 0,4-0,8 mkm uzunluqlu olan işıq dalğalarının təsirilə əmələ gəlir.Torlu qişanın kolbaciq hüceyrələrindən qırmızı,ultrabənövşəyi və yaşıl şüalara həssas olan hissəsi bu rənglərin ayırd edilməsində əsas rol oynayır.Bəzi adamlarda (8-10% kişilərdə,0-5% qadınlarda) belə və başqa tipli kolbacıq hüceyrələrin olmaması onların bir və iki əsas rəngləri ayırd edə bilməməsinə səbəb olur.Belə adamlar daltonistlər adlanır.Torlu qişanın mərkəzində yalnız kolbacıqlar toplanmışdır.Bu hissə sarı ləkə adlanır,buna görə də gözə yaxın olan əşyaları yaxşı görmək olur.Torlu qişada görmə sinirinin çıxdığı yerdə kolbacıqlar və çöpcüklər olmur.Ona görə bu nahiyyə kor ləkə adlanır.Kor ləkə sarı ləkədən aşağıda yerləşmişdir.Bəzi heyvanlarda torlu qişadakı çöpcüklərin miqdarının az olması(məs;toyuqlarda) çox zəif işıqda onların əşyaları dəqiq seçə bilməməsinə səbəb olur.Bu hal “toyuq korluğu” adlanır.

Qaranlıq şəraitdə çöpcüklərin həssaslığı bir necə dəfə artdığı halda,işıqda, əksinə bu həssaslıq zəifləyir.

Gözü normal görən adamlarda şüalar büllurda sınıb tor qişaya düşür və burada əşyaların aydın xəyalını əmələ gətirir.Gördüyümüz əşyalardan gələn şüalar buynuz qişadan,bu qişa ilə qüzehli qişa arasındakı mayedən,büllurdan və şüşəyəbənzər cisimdən keçir.Şüalar bu mühitlərin hər birindən keçdikdə sınaraq istiqamətini dəyişir. Büllur hər iki tərəfdən qabarıq linzaya oxşardır və öz əyriliyini dəyişmək qabiliyyətinə malik olduğundan gözə düşən şüaların sınmasını artıra və azalda bilir.Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır və qabarır,buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyanın aydın xəyalı alınır.Biz uzaqdakı cisimlərə baxdıqda büllur yastılaşır və burada şüalar az sınır.Bu halda tor qişada əşyaların xəyalının aydın alınması təmin olunur.

Görmə qıcıqlarının qəbul edilməsi kimi mürəkkəb bir proses torlu qişada baş-layır və beyin yarımkürələri qabığının görmə nahiyyəsində qurtarır.Həmin proses görmə analizatorunun tamlığı sayəsində həyata keçirilir.

Belə ki, büllur tərəfindən fokuslaşdırılan isıq şüaları əvvəlcə qanqiloz hüceyrələrin neyronlarından keçərək fotoreseptora çatır. Bu neyronlar xarici aləmə daha yaxındır. Həmin neyronlardan keçən işıq şüaların təsirindən əmələ gələn işıq qıcığı əvvəlcə torlu qişanın işığa həssas hüceyrələrini oyadır. Bu oynama görmə siniri ilə beyin yarım kürələri qabığının görmə nahiyyəsində aparılır, burada qıcıqların analizi başa çatır. Bunun sayəsində biz əşyarların rəngini, ölçüsünü, işıqlanma dərəcəsini, yerini, hərəkətini ayırd edirik.

Müxtəlif məsafələrdə olan cisimlərin tərs və kiçilmiş xəyalının fokusa düşməsi o zaman baş verir ki, büllurun qabarıqlıq dərəcəsi kirpikli əzələlərin vasitəsilə dəişilmiş olsun,yəni bu qabarıqlıq artıb-kiçilməklə cisimlərin xəyalı torlu qişaya düşənə qədər kirpikli əzələlər işləyir.Başqa sözlə, müxtəlif məsafələrdə yerləşən cisimlərin ayırd edil-məsinə gözün uyğunlaşması qabiliyyəti akkomodasiya adlanır.

Yaxından görmə zamanı gözün kirpikli əzələləri yığılaraq bülluru yığır (büllurun qabarıqlıq dərəcəsi artır) və eyni zamanda qüzehli qişanın radial əzələləri bo-şalaraq göz bəbəyinin diametrini kiçildir.Bu hadisə gözün şüanı sındırma qabiliyyətinin artmasına gətirib çıxarır və əşyadan əks olunan işıq şüalarının fokusu torlu qişanın üzərinə düşür.Uzaqdangörmə (uzaq məsafədən cisimlərin ayırd edilməsi) zamanı isə kirpikli əzələlər boşalarsa,tsiliar bağ gərilir və büllurun qabarıqlıq dərəcəsi azalır,bəbəyin diametri böyüyür. Bu vaxt gözün şüanı sındırma qabiliyyəti kiçilir.

Normal gözün şüanı sındırma xassəsinə refraksiya deyilir.Bəzi hallarda büllurun forması və ya elastikliyinin dəyişməsi hesabına,eləcə də göz almasının uzununa ölçülərinin dəyişməsi səbəbindən insanda üzaqgörmə və yə yaxındangörmə kimi anormal vəziyyət yaranır.Bu zaman həmin şəxslərə,müvafiq olaraq,optik eynək tax-maq məsləhət görülür.

Cisimlərin görmə analizatoru vasitəsilə ayırd edilməsi gözün binokulyar görmə qabiliyyətilə sıx bağlıdır.Binokulyar görmə o zaman baş verir ki,hər iki göz almasI eyni əşya üzərinə yönəlmiş olsun.Belə halda əşyanın kiçildilmiş tərs xəyalı hər iki gözdə torlu qişanın eyni nöqtəsinə düşmüş olur.Göz almalarının əşya üzərinə yönəldilməsi onları tənzimləyən göz alması əzələlərilə həyata keçirilir.Binokulyar görmə zamanı əşya ilə aramızdakı məsafəni,onun formasını,xassələrini və s.təyin etmək olur.Əşyaların uzaq və yaxın məsafələrdə olmasını binokulyar görmədə eyni zamanda müəyyən etmək mümkün deyil.Bəzi hallarda,insanda çəpgözlük halı əmələ gəldikdə,binokulyar görmə qabiliyyəti pozulur.Bu zaman əşyanın torlu qişaya düşən tərs xəyalı ikiləşir və əşya dəqiq ayırd edilmir.Çəpgözlük halı göz almasının üç cüt hərəki əzələlərindən birinin zəif inkişafı və ya funksiyasının pozulması səbəbindən yaranır.

ƏDƏBİYYAT:

1.C.Ə.Nəcəfov.N.R.Zeyniyev,S.M.Quliyev “Uşaq anatomiyası və fiziologiyası” Bakı-2005

TƏRTİB ETDİ : SALAHOVA YAQUT.

GÖRMƏNİN GİGİYENASI.


Gözlərin mühafizə funksiyası göz qapaqları,göz yaşı vəziləri və göz almasının səmtini dəyişən hərəki əzələlər tərəfindən təşkil olunur.

Görmənin həddən artıq qərginliyi tez-tez və uzun müddət təkrar olunduqda bir sıra pozuntu halları (yaxından görmə, çox hallarda çəpgözlülük) inkişaf etməyə başlayır. Buna görə də tərbiyə, tədris və digər istehsal müəssisələrində görmə orqanının öz funksiyalarını yerinə yetirməsi üçün müvafiq şəraitin yaradılması çox zəruridir. Bunlardan başlıcası zəif işıqlanma və güclü akkomadasiya hesab olunur. Buna görə də məktəbəqədər uşaqların olduğu otaqlarda işıqlanmadan və işlənməsi zəruri olan əşylardan gözə qədər məsafələrin düzgün seçilməsinə dəqiq əməl etmək tələb olunur. Uzunmüddətli və gərgin məşğələlər ( şəkil çəkmək, naxış işləri, tikiş tikmək və s.) zamanı göz əzələləri yorulur. Bunu aradan qaldırmaq üçün uşaqları vaxtaşırı bu işlərdən ayırmaq və işlənən əşyaları nisbətən uzaq məsafələrdə yerləşdirmək vacibdir. Bu halda kirpikli əzələlərə istirahət vermiş oluruq.

Bəzi adamlar hündür stolun arxasında,işıq pis düşən yerdə kitab oxuyarkən,yazı yazarkən mətni gözunə lap yaxın tutmalı olur.Bu vəziyyətdə büllur uzun müddət qabarıq şəkildə qalır ki,bu da müəyyən vaxtdan sonra yaxından görmə qüsurunun əmələ gəlmə-sinə səbəb ola bilir.Kitab oxuduqda,yazı yazdıqda,yaxud xırda işlərə baxmaq lazım gəl-dikdə,bunları gözdən 30-35 sm aralı tutmaq lazımdır.İş yerinin işıqlı olması və işığın sol-dan düşməsi vacib hesab olunur.Çox parlaq işıqlanma zamanı gözün torlu qişasının işıq qəbul edən hüceyrələri həddən artıq qıcıqlanmış olur.Bu gözə olduqca pis təsir göstərir.

Gözə düşən toz onu qıcıqlandırır və eyni zamanda tozla birlikdə xəstəlik törədən mikroblar da gözı düşə bilər.Çox vaxt gözə infeksiyanın düşməsinə çirkli əl,dəsmal, burun yaylığı səbəb olur.Məs;konyuktivanın(göz qapaqlarının içəri tərəfi) iltihabı

konyuktivit və s.xəstəliklər görmə orqanında dərin fəsadlar törədir,bəzən də gözün kor olmasına səbəb olur.Buna görə də gözləri tozdan və çirkli əşyalardan düşə biləcək xəs-təliktörədən mikroblardan qorumaq çox vacibdir.Bir qayda olaraq,gözə hər hansı bir qıcıqlandırıcı düşdükdə onu əllə ovuşdurmaq olmaz.Belə hallarda təmiz dəsmaldan istifadə etmək və yaxud da həkimə müraciət etmək lazımdır.

EŞİTMƏ ANALİZATORU


Eşitmənin əhəmiyyəti.

Havanın səs dalğaları bizim eşitmə üzvümüzə təsir edir və biz daim müxtəlif səslərin olduğu aləmdə fəaliyyət göstəririk.Eşitmə orqanı heyvanlarda olduğu kimi insanlarda da xarici mühitdə baş verən müxtəlif hadisələri bildirən səsləri qəbul edir.Bundan başqa,insanlar arasında ünsiyyət vasitəsi səslər məcmusu olan nitqin bizə çatdırılmasında əsas orqan sayılır.Fizikadan məlum olduğu kimi,səslər hava molekul- larının tezlikləri müxtəlif olan dalğaların hərəkəti nəticəsində əmələ gəlir.Bu dalğaları insanın eşitmə aparatı qəbul edir.İnsanın eşitmə orqanı saniyədə 17-2000 dəfəyədək dəyişən(17-2000 hers) səs dalğalarını qəbul etmək imkanına malikdir.Bu diapazondan kənar dalğaları qəbul edə bilmir.16 hersdən kiçik olan səs dalğaları infrasəs dalğalarına aiddir.Kiçikyaşlı uşaqlar,hətta 22000 hers səs dalğalarını qəbul edə bilir.İnsanda ikinci siqnal sisteminin inkişafı ilə əlaqədar o,nitq səslərinə daha çox (1000-4000 hers) həssasdır.Bir sıra heyvanlar insanın qəbul edə bilmədiyi diapazonları qəbul edə bilir.Məs; itlər 38000,pişiklər 70000 hers,yarasalar 100 000 hers tezlikli səs dalğalarını ayırd edə bilirlər.

Eşitmə orqanının quruluşu və funksiyaları.


İnsan və məməli heyvanlarda eşitmə üzvü üç şöbədən ibarətdir:xarici qulaq, orta qulaq və daxili qulaq.

Xarici qulaq- qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Qulaq keçəcəyi gicgah sümüyünün içərilərinə qədər gedir.Qulaq seyvanı havanın səs dalğalarını tutur və bunları xarici qulaq keçəcəyinə verir ki, bunun da axırında təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdədir, səs dalğaları pərdəni rəqsi hərəkətə gətirir. Pərdənin rəqsi hərəkətinin amplitudası səs dalğalarının gücündən asılı olaraq mütənasib surətdə artıb-azala bilir. Xarici qulaqda səs keçəcəyinin uzunluğu 2,5 sm, həcmi isə 1 sm3 -ə bərabər olur.Qeyd etmək lazımdır ki, səs dalğaları keçəcəkdə dəyişmədən və asanlıqla orta qulağa keçən təbil pərdəsinə ötürülür.

Orta qulaq- təbil pərdəsinin arxasında yerləşmiş kiçik kameradan ibarətdir və içərisində hava var.Xarici və orta qulaqda atmosfer təzyiqinin bərabərliyini tənzimləyən Yevstaxi borusu başlanğıcını orta qulaqdan götürərək burun- boğaz boşluğuna açılır.Orta qulaq kamerasında bir- birilə çox mütəhərrik şəkildə birləşmiş üç kiçik eşitmə sümükləri – çəkic, zindan, və üzəngi ayırd edilir. Çəkic təbil pərdəsinə söykənmiş,üzəngi isə daxili qulağın sərhəddində yerləşmiş oval pəncərənin membranı ilə birləşmişdir. Hər hansı səs dalğaları çəkic sümüyünü dalğalandırır-hərəkətə gətirir,çəkic həmin dalğanı zindana,zindan isə üzəngi sümüyünə ötürməklə qıcıq daxili qulağın oval pəncərəsinə ötürülür.Orta qulaq 3,5 sm uzunluğunda olan eşitmə borusuyla (buna Yevistaxi kanalı deyirlər) burun-udlaqla əlaqədar olur.Qeyd etmək lazımdır ki,bunun mühüm fizioloji əhəmiyyəti var.İnsan yüksək dağa çıxdıqda,təyyarə ilə səmaya qalxdıqda və yaxud yaxınlıqda güclü partlayış olduqda orta qulaqla xarici mühit arasındakı təzyiqlər fərqi məhz bu boru vasitəsilə tənzim olunur.Yaxınlıqda güclü partlayış zamanı adam ağzını açmalıdır ki,təzyiqlər fərqi bərabər olsun.Əgər ağız açıq olmazsa,təbil pərdəsinə olan yüksək təzyiq nəticəsində o partlayır,bu isə karlıqla nəticələnir.

Daxili qulaq kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir. O, boşluqlar və (qıvrılmış) kanallar sistemindən ibarətdir. Bu sümük labirintdir.Labirintin içərisində isə birləşdiricii toxumadan ibarət pərdəli labirint olur.Sümük və pərdəli labirintlər arasında perilimfa mayesi,pərdəli labirintin özünün içərisində isə endolimfa olur.Daxili qulağı orta qulaqdan ayıran oval pəncərədir.Sümük labirint üç hissədən ibarətdir.Mərkəzi hissəsi qapı önü,ön tərəfi ilbiz,arxa tərəfi isə yarımdairəvi kanallar adlanır.Bu mürəkkəb labirintdə ancaq spiral şəklində burulmuş ilbiz eşitmə funksiyası ilə əlaqədardır. Onun o biri hissələri bədənimizin müvazinətini saxlmaqda mühüm rol oynayır.

İlbiz iki yarım dəfə spiral şəklində burulmuş sümük kanaldan ibarətdir.Sümük kanalın diametri əsasında 0,04mm,zirvəsində isə 0,5mm-dir.Sümük spiralın əsas oxundan lövhə keçərək onu iki hissəyə bölür.Orta kanalın-ilbizin spiralı boyunca səsi qəbul edən aparatı yerləşir.Buna spirallar və yaxud Kortiyev(kəşf edən alimin adı) orqanı adı verilib.Korti üzvündə beş sıra kirpikli hüceyrə var.Kirpikli hüceyrələrin üzərində vektorial membran adlı başqa bir membran yerləşmişdir.

Pərdənin rəqsi hərəkətləri oval pəncərə vasitəsilə daxili qulağın içərisindəki mayeyə verilir,maye isə öz növbəsində eyni tezlikli rəqsi hərəkətlər etməyə başlayır. Maye dalğalanaraq ilbizdəki reseptorları qıcıqlandırır.İlbiz kanalı boyunca arakəsmə keçir və bu,ilbizi iki “mərtəbəyə” bölür.Bu arakəsmənin hər bir hissəsi müxtəlif uzun-luqda nazik liflərdən əmələ gəlmişdir ki,bunların sayı 24 000-ə qədərdir.İlbizin əsasında gödək liflər,zirvə hissəsində isə ən uzun liflər olur.Xüsusi neyronların dendritlərlə kirpikli hüceyrələr arasında sinapslar vasitəsilə rabitə yaranmış olur.Eşitmə sinirinin lifləri bu neyronların aksonlarından (uzun çıxıntılarından) təşkil olunmuşdur.Məhz eşitmə siniri də vestibulyar (müvazinət) sinirilə ilbizin sinir liflərindən təşkil olunmuşdur.Bu sinirin tərkibində təxminən 30 minə yaxın sinir lifi olur.

Bu sinir liflərinin hər biri ayrılıqda iki kirpili hüceyrə sinir impulsunu qəbul edir.Qəbul edilmiş bu impulslar həmin lifin özünə uyğun olan səs dalğalarıdır ki,bu dalğaları aralıq və uzunsov beyindəki neyron dəstəsinə ötürür,bu sinir impulsları beyin qabığının mərkəzi eşitmə sahəsinə(gicgah payı) verilir.


Eşitmə aktının fizioloji mexanizmi.


Səs dalğaları xarici qulağın səs keçəcəyindən keçərək təbil pərdəsinə çatıb,rəqsi hərəkətlər yaradaraq,onları çəkic,zindan və üzəngi sümüklərinə ötürür.Bu sümüklərdən keçərək oval pəncərənin membranına çatır ki,bu membranın rəqsi hərəkətlərinin yaran-masına səbəb olur.Oval pəncərənin membranında rəqsi hərəkətlər 60-70 dəfə kiçilir. Ancaq bu rəqslərin tezliyi və qüvvəsi 60-70 dəfə artır.Rəqsi hərəkətlər bu membrandan ilbizə daxil olaraq onun üst və alt kanallarındakı perilimfaya ötürülür.Dalğalar bazilyar membranın müvafiq sahəsində birləşmiş kirpikli hüceyrələri hərəkətə gətirir və onların membranında oyanma baş verir.Axırıncı olaraq bu oyanmalar sinir impulslarına çevrilə-rək müvazinət-eşitmə siniri vasitəsilə eşitmə mərkəzi sahəsinə çatdırılır.

Vestibulyar (müvazinət)analizatoru.

Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss edir və qavra-yırıq.Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə qədər,bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə qaytarır.

Müvazinət orqanı-vestibulyar aparat tərəfindən bədənimizin vəziyyətinə nəzarət edilir.Məs;idmanla məşğul olanlar onun köməkliyi ilə mürəkkəb hərəkətlər edir.Vestibul-yar aparat bir müstəvidə yerləşən və bir-birilə perpendikulyar olan üç yarım dairəvi kanal,dairəvi və oval kisəcikdən ibarətdir.

Fəzada bədənimizin vəziyyətini,xətti və bucaq təcilini daxili qulaqdakı kisəciklərin və yarımdairəvi kanalların reseptorları qavrayır.Onların boşluğunda maye,divarında isə çoxlu reseptor hüceyrələr vardır.Başın və bədənin hər hansı hərəkəti zamanı maye yerini dəyişib yarım dairəvi kanallardan birinə dolub tükcüklərə təzyiq edərək,reseptorla-rı oyadır.Oyanma yəni bədənin vəziyyətinin dəyişməsi haqqındakı məlumat baş beyinə daxil olur.Kisəciklərin divarında da uclarında hissedici tükcükləri olan reseptor hüceyrə- lər vardır.Həmin reseptor hüceyrələrin hissedici hüceyrələrinin tükcuklərinə xüsusi əhəng kristalları (otolitlər) təsir edir.Ona görə də dairəvi və oval kisəciklərə otolit üzvü də deyilir.

Başın və bədənin hər hansı hərəkəti zamanı bədənimizin vəziyyətinin dəyişməsi mayenin və əhəng kristallarının yerini dəyişməsinə səbəb olur.Və nəticədə kisəciklərin və yarımdairəvi kanalların reseptorları oyanır.Bu vaxt əmələ gələn sinir impulsları vestibulyar sinir ilə baş beyinə ötürülür.Nəticədə bədənimizin əzələlərinin yığılması və açılması sayəsində müvazinət tənzim olunur.



QOXU ANALİZATORU

Burun boşluğunun yuxarı divarını xəlbir sümüyünün xəlbir səhifəsi və əsas sümüyü cisminin alt səthi,aşağı divarını sərt damaq,yan divarını əng cismi,xəlbir kağız səhifəsinin və damaq sümüyünün şaquli səhifəsinin burun səthləri təşkil edir.Burun boşluğu burun çəpəri vasitəsilə sağ və sol hissələrə ayrılır.Hər yarım tərəf də burun ba-lıqqulaqları vsitəsilə üst,orta və aşağı hissələrə bölünür.Burun boşluğuna bir sıra əlavə boşluqlar:əsas,alın,əng cibləri və xəlbir sümüyünün cisimləri birləşir.

Burun boşluğunun selikli qişasında çoxlu qoxu reseptorları var.Qoxubilmə hüceyrələrinin hər biri üzərində formaca iyə oxşayan bir sıra kirpiciklər yerləşir.Bu kirpi-ciklərin hesabına qoxubilmə sahəsi yüz dəfəyədək artır.İnsanda qoxubilmə sahəsi 510sm2 -ə bərabərdir.Qoxubilmə hüceyrələri burun boşluğunda-tənəffüs yoluna maneçi-lik törətməyərək nisbətən kənarda yerləşmişdir.Çox kəskin iyi olan maddələr qoxubilmə sahəsinə daxil olduqda üçlü sinirin müəyyən sahəsini qıcıqlandırır,bu qıcıq isə tənəffü-sün müvəqqəti dayanması və asqırma kimi reflektor reaksiyalara səbəb olur.Qoxubilmə hüceyrələri çox yüksək həssaslığa malikdir.

Müasir məlumatlara görə,güman edilir ki,qaz halında olan maddələrin mole-kulları qoxubilmə hüceyrələrinin ifraz etdiyi mayedə həll olunmalıdır.Bu mayenin tərki-bində bir neçə qrup(4-ə qədər) fermentlər müəyyən edilir.Qoxulu maddələrin molekulları həmin fermentlərlə kimyəvi reaksiyalara girdikdə parçalanırlar ki,bu parçalanmadan ay-rılan enerji dalğası qoxubilmə hüceyrələrinin membranında oyanma yaradır.

Qoxubilmə hüceyrələrinin membranları üzərində yaranan oyanma dalğası, baş beyinin qoxubilmə soğanaqcıqlarındakı neyronlara çatdırılır.Neyronlar bu qıciqları beyin qabığının şırımında yerləşən qoxubilmə və qabıqaltı mərkəzlərə verir.

Yaşla əlaqədar olaraq qoxubilmə qabiliyyətinin incəliyi və ona qarşı orqanizmin həssaslığı müxtəlif yaş dövrlərində bir-birindən fərqlənir.Bundan başqa, qoxubilmə qabiliyyəti ayrı-ayrı fərdlərdə də eyni olmur.



Qoxu reseptorları embrional inkişafın ikinci ayından başlyaraq səkkizinci ayına qədər tam morfoloji formaya malik olur və təzə doğulmuş körpələr müxtəlif iylərə qarçı cavab reaksiyaları verir.Belə reaksiyalar mimiki əzələlər,ürək-damar və tənəffüs sistemlərində baş verən dəyişmələr şəklində özünü göstərir.Belə körpələrdə qoxu reseptorları nisbətən zəif olur,sonrakı inkişafda bu qabiliyyət möhkəmlənərək qoxuları bir-birindən fərqləndirmək kimi keyfiyyətlər inkişaf etməyə başlayır.Yaşlı adamlarda qoxubilmə qabiliyyəti məktəb yaşlı uşaqlara nisbətən zəif olduğu halda qoxuların müxtəlifliyini ayırd etmək qabiliyyəti uşaqlara (8-12 yaş və s.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə