Ürək-damar cərrahiyyəsi ixtisası üzrə test suallarının nümunələri




Yüklə 1.85 Mb.
səhifə8/19
tarix09.03.2016
ölçüsü1.85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

356) Sol koronar arteriyanın ağ ciyər arteriyasının kökündən anomal çıxışı zamanı nə baş verir?

A) Sağ şöbələrin böyüməsi və kiçik qandövranın hipovolemiyası

B) Sağ qulaqcığın genişlənməsi və kiçik qan dövranın hipervolemiyası

C) Kiçik qan dövranın hipovolemiyası və sağ qulaqcığın şişməsi

D) Kiçik qan dövranında durğunlıq və sol mədəciyin böyüməsi

E) Sağ mədəciyin daralması və kiçik qan dövranın hipovolemiyası


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с
357) Sol koronar arteriyanın ağ ciyər arteriyasının kökündən anomal çıxışı zamanı xarakter əlamət hansıdır?

A) Sol mədəcik miokardın işemiyası

B) Sol mədəciyin böyüməsi

C) Sağ qulaqcığın şişməsi

D) Sağ mədəciyin böyüməsi

E) Kiçik qan dövranın hipervolemiyası


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с
358) Aortanın ayparasının ikiləşməsində yemək borusunun kontrastlaşmasında çökək necə təyin edilir?

A) Yalnız sağda

B) Düz variant yoxdur

C) Solda


D) Təyin olunmur

E) İkitərəfli


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с
359) Düz proeksiyada aortanın qalxan hissəsinin anevrizmasının rentgenmorfoloji əlamətləri hansılardı?

A) Sağ mədəciyin genişlənməsi

B) Sol qulaqcığın genişlənməsi

C) Sağ qulaqcığın genişlənməsi

D) Damar dəstəsinin kölgəsinin sağa genişlənməsi

E) Kontrastlı qida borusunun sağa çəkilməsi


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с
360) Düz proyeksiyada aortanın ayparasının anevrizmasının rentgenmorfoloji əlamətləri hansılardır?

A) Ürək kölgəsinin sağa genişlənməsi

B) Ağ ciyərin kökünü sağda aşağı düşməsi

C) Damar dəstəsinin kölgəsinin sola genişlənməsi

D) Ürək kölgəsinin sola genişlənməsi

E) Ağ ciyərin kökün solda aşağı düşməsi


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с

361) Ürəyin işemik xəstəliyində sol mədəciyin yiğılma qabiliyyətinin pozulmasının əlamətləri hansılardır?

A) Kiçik qan dövranında venoz durğunluq və sol qulaqcığın böyüməsi

B) Sağ şöbələrin böyüməsi və kiçik qan dövranın hipovolemiyası

C) Kiçik qan dövranın hipovolemiyası və sağ qulaqcığın şişməsi

D) Sağ mədəciyin daralması və kiçik qan dövranın hipovolemiyası

E) Aortanın genişlənməsi


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с

362) Sol mədəciyin anevrizmasının rentgenoskopik əlamətləri hansılardır?

A) Ağ ciyər arteriyasının kötüyü və anevrizmanın müxtəlif istiqamətdə hərəkət etməsi

B) Ağ ciyər arteriyasının kötüyü və anevrizmanın eyni istiqamətdə hərəkət etməsi

C) Aortanın və anevrizmanın müxtəlif istiqamətdə hərəkət etməsi

D) Düz variant yoxdur

E) Aortanın və anevrizmanın hərəkətsizliyi


Ədəbiyyat: Бокерия Л.А. Эндоваскулярная и минимально инвазивная хирургия сердца и сосудов. Москва . 1999, 280 с

Anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi

363) Anadangəlmə ürək qüsurunun inkişafına hansı faktor təsir edir?

A) Genetik faktorlar

B) Ətraf mühit

C) Kimyəvi faktorlar

D) Bütün sadalananlar

E) Fiziki faktorlar


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

364) Anadangəlmə ürək qüsurunun genetik amillərinə hansı aiddir?

A) Mutifaktorial irsiyyət, Xromosom pozğunluqları

B) Vahid mutant gen

C) Xromosom pozğunluqları

D) Mutifaktorial irsiyyət

E) Vahid mutant gen, Xromosom pozğunluqları


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
365) Anadangəlmə ürək qüsurunun inkişafına nəyin qəbulu təsir göstərir?

A) Kontraseptivlərin

B) Narkotiklərin

C) Hormonların

D) Medikamentlərin

E) Bütün sadalananlar müvafiq inkişaf dövründə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

366) Anadangəlmə ürək qüsuru sindrom şəklində hansı aşağıdakı hallarda rast gəlir?

A) Xromosom əməliyyatlarında

B) Mutifaktorial irsiyyətdə

C) Vahid mutant gendə, Xromosom əməliyyatlarında

D) Vahid mutant gendə

E) Adi populyasiyada


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

367) Onurğa arteriyası ağzından trombektomiya zamanı cərrahi əməliyyatın əsas prinsiplərinə nə aiddir?

A) Onurğa arteriyası ağzı yaxınlığında onun boylama açılması

B) Körpücükaltı müdaxilə

C) Körpücüküstü müdaxilə

D) Onurğa arteriyası ağzı yaxınlığında körpücükaltı arteriyanın boylama və ya qövsşəkilli açılması

E) Körpücüküstü müdaxilə, onurğa arteriyası ağzı yaxınlığında körpücükaltı arteriyanın boylama və ya qövsşəkilli açılması


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
368) Pilləvari əzələönü boşluqda sol körpücükaltı arteriyanın sol ümumi yuxu arteriyasına implantasiyası zamanı ön pilləli əzələ üzərində nə yerləşir?

A) Sol qayıdan sinir

B) Sadalananların heç biri

C) Sol azan sinir

D) Sol qayıdan sinir və sol azan sinir

E) Sol diafraqmal sinir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с

369) Körpücükaltı venaya boyun şöbəsindən yanaşarkən o necə yerləşir?

A) Pilləvari əzələarası sahədə körpücükaltı arteriya və bazu kələfi ilə birlikdə

B) Pilləvari əzələönü sahədə - öndən döş-qalxanabənzər və döş-dilaltı əzələlər, arxadan ön pilləvari əzələ arasında

C) Pilləvari əzələönü sahədə körpücükaltı arteriya və kürək-dilaltı əzələ ilə birlikdə, pilləvari əzələarası sahədə körpücükaltı arteriya və bazu kələfi ilə birlikdə

D) Pilləvari əzələönü sahədə körpücükaltı arteriya və kürək-dilaltı əzələ ilə birlikdə

E) Sadalananların heç biri doğru deyil


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
370) Döş axacağının boyun şöbəsinin terminal şöbəsi əksər hallarda necə açılır?

A) Sol venoz bucağa onun arxa səthilə

B) Sol venoz bucağa onun ön səthilə

C) Sol daxili vidaci venaya

D) Yuxarıda sadalananların heç biri

E) Sol körpücükaltı venaya


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
371) Bazunun yuxarı yarısında bazu arteriyasının proyeksion xətti boyu sinir-damar dəstəsi elementlərinin münasibəti necədir?

A) Lateral orta, dirsək və saidin medial dəri siniri, medial bazu arteriyası və venası yerləşir

B) Bazu arteriyasından venalarla lateral,arteriyadan medial-orta sinir,daha medial dirsək və saidin medial dəri siniri yerləşir

C) Orta sinirə lateral,sinirdən medial-bazu arteriyası venalarla,arteriyadan daxilə dirsək və saidin medial dəri siniri yerləşir

D) Düz variant yoxdur

E) Medial orta, dirsək və saidin medial dəri siniri, lateral bazu arteriyası və venası yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
372) Bazu venasına müdaxilədə uyğun gələn proyeksiyada nə yerləşir?

A) Düz variant yoxdur

B) Mil arteriyası

C) Dirsək arteriyası

D) Bazu arteriyası

E) Orta sinir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
373) Daxili döş arteriyası döş qəfəsinin arxa səthi boyu necə yerləşir?

A) Döş sümüyü xarici kənarı boyunca

B) Döş divarı ilə təmasda deyil

C) Düz variant yoxdur

D) Döş sümüyünün xarici kənarından 1,5-2 sm lateral

E) Döş ümüyünün arxasında


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
374) Subaortal perikardektomiyada ürəyin şöbələrinə nisbətən perikardın kəsilməsi aşağıdakı hansı ardıcıllıqla aparılır?

A) Sol mədəcikdən ağ ciyər kötüyü və aortanın ağzına,sağ mədəciyə,sağ qulaqcığa,və boş veneların ağzına

B) Boş venaların ağzından sağ qulaqcığa,sağ mədəciyə,aortanın və ağ ciyər kötüyünün ağzına, sol mədəciyə

C) Prinsipal əhəmiyyət kəsb etmir

D) Boş venaların ağzından sağ qulaqcığa,sağ mədəciyə

E) Düz variant yoxdur


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с

375) Perikardı punksiya etmək üçün bilavasitə ön divara yaxın nə yerləşir?

A) Düz variant yoxdur

B) Perikardın arxa yuxarı cibi

C) Perikardın arxa aşağı cibi

D) Perikardın ön aşağı cibi

E) Perikardın yuxarı aşağı cibi


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
376) Aorta qövsünün qabarıq yarımdairəsindən normada sağdan sola damarlar aşağıdakı hansı ardıcıllıqla başlayır?

A) Ağ ciyər sütunu- bazubaş kötüyü - sol ümumi yuxu arteriyası-sol körpücükaltı arteriya

B) Sağ ümumi yuxu arteriyası-sağ körpücükaltı arteriya- sol ümumi yuxu arteriyası-sol körpücükaltı arteriya

C) Bazubaş kötüyü-sol ümumi yuxu arteriyası-sol körpücükaltı vena

D) Ağ ciyər kötüyü - bazubaş kötüyü - sol ümumi yuxu arteriyası-sol körpücükaltı vena

E) Sağ bazubaş kötüyü, sol bazubaş kötüyü


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с

377) Ürəyin simpatik innervasiyası haradan başlanan postqanqlionar liflər hesabına həyata keçirilir?

A) Yuxarı,orta və aşağı boyun simpatik düyünlərindən

B) Aşağı boyun simpatik düyünlərindən

C) Orta boyun simpatik düyünlərindən

D) Yuxarı və aşağı boyun simpatik düyünlərindən

E) Yuxarı boyun simpatik düyünlərindən


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
378) Azan sinir ürəyə nə daşıyır?

A) Parasimpatik və simpatik liflər

B) Simpatik liflər

C) Orqanizmin fərdi xüsusiyyətindən asılıdır

D) Düz variant yoxdur

E) Parasimpatik liflər


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с

379) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?

A) Diludlaq siniri

B) Azan sinir

C) Diafraqmal sinir

D) Düz variant yoxdur

E) Dilaltı sinir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
380) Kiçik qan dövranında yüksək hipertenziya nəyə səbəb olur?

A) Orta qışanın nazilməsinə

B) Kiçik damarların daxili qişalarının sklerozuna

C) Damarların intimasında hüceyrələrin proliferasiyasına

D) Bütün sadalananlar doğrudur

E) Kiçik əzələ arteriyalarının orta qişasının hipertrofiyasına


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
381) Ağciyər hipertenziyasına nə səbəb olur?

A) Kiçik qan dövranında hipervolemiya

B) Böyük qan dövranında hipovolemiya

C) Kiçik qan dövranında hipovolemiya

D) Böyük qan dövranında hipervolemiya

E) Düz variant yoxdur


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
382) Anadangəlmə ürək qüsuru ilə xəstə əməliyyata hazırlanarkən birindən başqa hamısının icrası vacibdir.O hansıdır?

A) Ürək çatmamazlığının aradan qaldırılması

B) Burun udlağın sanasiyası

C) Düz variant yoxdur

D) Piyelonefritin müalicəsi

E) Kariyesin müalicəsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
383) Açıq ürək əməliyyatları zamanı nə icra edilir?

A) Sol yan torakotomiya

B) İkiplevralı yanaşma

C) Sağ yan torakotomiya

D) Köndələn sternotomiya

E) Boylama sternotomiya


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
384) Ağ ciyər hipertenziyası (III-A qrupu) olan xəstələrdə Xit-Edvars təsnifatına görə ağ ciyər damarlarındakı morfoloji dəyişikliklər aşağıdakı hansı mərhələlərə uyğundur?

A) IV-VI

B) IV

C) V


D) VI

E) I-III
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с


385) Keçmiş SSRİ məkanında açıq arterial axacağa görə ilk əməliyyat nə vaxt icra edilib?

A) 1938-ci ildə

B) 1958-ci ildə

C) 1950-ci ildə

D) 1968-ci ildə

E) 1948-ci ildə


Ədəbiyyat: Бокерия Л. А., Работников В. С., Глянцев С. П., Алшибая М. Д. Очерки истории коронарной хирургии. Москва, 2002., 244 с

386) Açıq arterial axacaq nəyə səbəb olur?

A) Kiçik qan dövranında hipovolemiyaya

B) Kiçik qan dövranında hipervolemiyaya

C) Kiçik qan dövranında hipervolemiyaya, kiçik qan dövranında hipertenziyaya

D) Kiçik qan dövranında hipertenziyaya

E) Düz variant yoxdur


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

387) Böyük arteriovenoz axıntı ilə açıq arterial axacaq nəyə səbəb olur?

A) Hər iki mədəciyin diastolik yüklənməsinə

B) Sağ mədəciyin sistolik yüklənməsinə

C) Sol mədəciyin diastolik yüklənməsinə

D) Sol mədəciyin sistolik yüklənməsinə

E) Sağ mədəciyin diastolik yüklənməsinə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
388) Yüksək ağ ciyər hipertenziyası ilə açıq arterial axacaq nəyə səbəb olur?

A) Sol mədəciyin diastolik yüklənməsinə

B) Sol mədəciyin sistolik yüklənməsinə

C) Düz variant yoxdur

D) Sağ mədəciyin sistolik yüklənməsinə

E) Sağ mədəciyin diastolik yüklənməsinə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
389) Açıq geniş arterial axacaq nə ilə fəsadlaşır?

A) Bakterial endokarditlə

B) Qan dövranı çatmamazlığı ilə

C) Ağ ciyər hipertenziyası və qan dövranı çatmamazlığı ilə

D) Ağ ciyər hipertenziyası ilə

E) Ritm pozğunluğu ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
390) Böyük arteriovenoz axıntı ilə açıq arterial axacağında auskultativ nə xarakterikdir?

A) Qrehem Stil küyü

B) Küyün olmaması

C) Sistolodiastolik küy

D) Diastolik küy

E) Sistolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
391) Yüksək ağ ciyər hipertenziyası ilə açıq arterial axacağında auskultativ ağ ciyər arteriyası üzərində ikinci ton necə dəyişir?

A) Düz variant yoxdur

B) İkinci ton dəyişmir

C) İkinci ton zəifləyir

D) İkinci ton ikiləşir

E) İkinci ton aksentləşir


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
392) Açıq arterial axacaqda əsas diaqnostik üsul hansıdır?

A) Aortoqrafiya

B) Sol ventrikuloqrafiya

C) Ürəyin sol şöbələrinin kateterizasiyası

D) Ürəyin sağ şöbələrinin angiokardioqrafiyası

E) Ürəyin sağ şöbələrinin kateterizasiyası


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
393) Açıq arterial axacağın diametri 10 mm-dən böyük olarsa, nə göstərişdir?

A) Axacağın mexaniki tikilməsi

B) Axacağın bağlanması

C) Axacağın bağlanması və tikilməsi

D) Ucların tikilməsi və kəsilmə

E) Düz variant yoxdur


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

394) Açıq arterial axacağın bağlanmasından sonra erkən dövrdə hansı halda təcili əməliyyat aparılır?

A) Horner sindromunda

B) Dərialtı emfizemada

C) Drenajla çoxlu ifrazat olarsa, gərginlik pnevmotoraksında

D) Drenajla çoxlu ifrazat olarsa

E) Gərginlik pnevmotoraksında


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
395) Aorta-ağ ciyər arakəsməsinin defektinin diaqnostikasında daha informativ üsul hansıdır?

A) Aortoqrafiya

B) EKQ

C) Auskultasiya



D) R-n müayinə

E) Ürəyin kateterizasiyası


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
396) Aorta-ağ ciyər arakəsməsinin defekti ümumi arterial kötükdən nə ilə fərqlənir?

A) Aortal çatmamazlıqla

B) Aortanın koarktasiyası ilə

C) Aortanın stenozu ilə

D) Mədəciklər arası arakəsmənin defekti ilə

E) İki izolə olunmuş aypara qapaqcığın olması ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
397) Aorta-ağ ciyər arakəsməsinin kiçik diametrli defektində auskultativ nə təyin edilir?

A) Qrehem Stil küyü

B) Diastolik küy

C) Küy olmur

D) Sistolik küy

E) Sistolodiastolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
398) Aorta-ağ ciyər arakəsməsinin böyük defektində ağ ciyər arteriyası üzərində ikinci ton necə dəyişir?

A) Düz variant yoxdur

B) Zəifləyir

C) Aksentləşir

D) İkiləşir

E) Dəyişmir


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

399) Aorta-ağ ciyər arakəsməsinin defektində üstün diaqnostik üsul hansıdır?

A) Ürəyin sağ şöbələrinin kateterizasiyası

B) Ürəyin sol şöbələrinin kateterizasiyası

C) Sol ventrikuloqrafiya

D) Venoz ventrikuloqrafiya

E) Aortoqrafiya


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
400) Mədəciklər arası arakəsməsinin defektində əsas yüklənən şöbə hansıdır?

A) Sol qulaqcıq

B) Sağ qulaqcıq

C) Sol mədəcik

D) Hər iki mədəcik

E) Sağ mədəcik


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
401) Mədəciklər arası arakəsməsinin defektində nə müşahidə edilir?

A) Sağ mədəciyin sistolik yüklənməsi

B) Yüklənmə yoxdur

C) Sol mədəciyin sistolik yüklənməsi

D) Sol mədəciyin diastolik yüklənməsi

E) Sol mədəciyin kombinəedilmiş yüklənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
402) Mədəciklər arası arakəsməsinin defektində öz-özünə bağlanma hansı yaşda ola blər?

A) 1 yaşa qədər

B) 3 yaşa qədər

C) Öz-özünə bağlanmır

D) 4 yaşa qədər

E) 4 yaşdan sonra


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
403) Aortal çatmamazlıqla müşayiət olunan mədəciklər arası arakəsməsinin defekti nə ilə differensə edilir?

A) Açıq arterial axacaqla, Valsalva sinusunun anevrizmasının açılması ilə

B) Ağ ciyər arteriyasının izolə olunmuş stenozu ilə

C) Açıq arterial axacaqla

D) Fallo tetradası ilə

E) Valsalva sinusunun anevrizmasının açılması ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

404) Valsalva sinusunun anevrizmasının açılması zamanı auskultativ mənzərə nə ilə oxşardır?

A) Fallo tetradası ilə

B) Düz variant yoxdur

C) Açıq arterial axacaqla

D) Ağ ciyər arteriyasının stenozu ilə

E) Qulaqcıqlar arası arakəsməsinin defektilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

405) Mədəciklər arası arakəsməsinin defekti sadalanan qüsurların vacib komponenti hansıdır?

A) Ümumi arterial kötük

B) Valsalva sinusunun anevrizmasının sağ mədəciyə açılması ilə

C) Ağ ciyər arteriyasının stenozu ilə

D) Aorta-ağ ciyər arakəsməsinin defekti

E) Açıq arterial axacaq


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
406) Ağ ciyər arteriyasının izolə olunmuş stenozunda xarakterik simptom hansıdır?

A) Ürək nahiyyəsində ağrı

B) Taxikardiya

C) Erkən təngnəfəslik

D) Qan dövranı çatmamazlığı

E) Sianoz


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
407) Ağ ciyər arteriyasının izolə olunmuş stenozu hansı aşağıdakı formada rast gəlinir?

A) Qapaqcıqlı

B) Kombinəedilmiş

C) Sadalananların heç biri

D) Qapaqcıqaltı

E) Qapaqcıqüstü


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с
408) Mədəciklər arası arakəsməsinin defektində dodaqların sianozu hansı qrup xəstələrdə olur?

A) 3-a qrup

B) 1 qrup

C) 4 qrup

D) 3-b və 4 qrup

E) 2 qrup


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
1   ...   4   5   6   7   8   9   10   11   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə