Uot 338: 622. 276. AdiU. E. M. Hacızadə




Yüklə 88.03 Kb.
tarix09.03.2016
ölçüsü88.03 Kb.

UOT 338:622.276. ADİU. E.M.Hacızadə



ARTAN TƏBİİ QAZ POTENSİALINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN

İQTİSADİ EFFEKTİVLİYİ
Ənənəvi neft ölkəsi olan Azərbaycan özünün artan qaz potensialı ilə də qlobal və regional arenada yeni güc mərkəzinə çevrilməkdədir. Bu keyfiyyət və kəmiyyət artımı isə Xəzərin ən nəhəng qazkondensat yatağı «Şahdəniz» strukturunun istismara verilməsindən qaynaqlanır. Son 20-25 il ərzində planetin heç bir guşəsində ehtiyat toplumu 1 trilyon m3-i aşan, dünya əhəmiyyətli belə unikal yataq açılmamışdır. «Şahdəniz» bu bənzərsiz energetik gücü ilə nəinki özünün mənsub olduğu Azərbaycanı, bütövlükdə böyük bir makroregionun təbii qazla bağlı mənzərəsini təbəddulatlara uğratmışdır. Buradakı izafi ehtiyatlar imkan verimışdir ki, Avropa qaz bazarının diversifikasiyası daha etibarlı alternativliklər əldə etsin. Etibarlılıq isə, dolğun çevrədə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə təmin olunacaqdır. Bununla yanaşı, yaxın perspektivdə Azərbaycanda digər mənbələr hesabına da qaz hasilatı yüksələcək və onun qaz balansının müsbət saldosu yetərli genişlik tapacaqdır.

Artan təbii qaz potensialı respublikanın enerji təhlükəsizliyini möhkəmləndirən daha bir sanballı resurs kimi böyük sosial-iqtisadi gücə çevrilərək, gerçəkləşən neft strategiyası sferasında eksklüziv «mavi yanacaq konsepsiyası»nın da formalaşmasını, onun multiplikativ effektivliyindən milli mənafelərə uyğun daha optimal və rasional istifadə perspektivliyi şərtləndirir.

* * *

Təbii qazdan istifadə ötən yüzilliklərdə başlansa da, XX əsrin ilk onilliklərinə qədər geniş miqyaslı olmamışdır. Onun əlverişli yanacaq, sənaye məhsulu və sintetik xammal kimi texniki-iqtisadi gücünün diapazon genişliyi aşkarlandıqca istehlak proporsiyası da dəyişkənliyə uğramışdır. Müasir mərhələdə isə təbii qaz üstün ekolo-ekonomik keyfiyyəti ilə enerjidaşiyıcıların yeni qlobal mərhələsinin - metan epoxasının yaranışını bərqərar etmişdir.



Mürəkkəb emal dövriyyəsi tələb etmədən hazır yanacaq və transformasiya olunan enerji xammalı kimi, təbii qaz geniş nəql imkanlığı, ekoloji aspektdə isə atmosferə buraxılan zərərli maddələrin az miqdarlığı ilə fərqlidir. Təbii qaz 12000 kkal/kq istiliktörətmə gücü ilə karbohidrogen əqrabaları arasında ən yüksək reytinqə malikdir. Bu güc torf və yanar şistlərdən 3-4, oduncaq və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1000 kilokalori artıq miqdarlıdır. İqtisadi səmərəlilik və maliyyə rasionallığı aspektində də təbii qaz ön mövqedə dayanır. Belə ki, 1 м3-i 1 litr yüksək oktanlı benzinə ekvivalent götürülən təbii qaz, bu konfiqurasiyada benzindən 2,5 dəfə ucuzdür. Təbii qaz üzvi yanacaq kimi bir sıra yeni sahələrdə, xüsusən də elektrik enerjisi istehsalının kombinasiya olunmuş tsiklində, mühərrik yağının keyfiyyətliyində rəqabətqabiliyyətli enerjidaşıyıcısı kimi fərqlənərək istehlak sferasında yeni seqmentlər fəth etməkdədir [1-3].

Təbii qaz resursları qlobal miqyasalı və nəhəngdir. Onun 2007-ci ilin əvvəlinə sübut olunmuş planetar ehtiyatları 150 triliyon m3 hesablanır. Hər il istehlak proporsiyasını dəyişən təbii qaz dünya energetik balansında xüsusi çəkisini daim artırır. Bu dinamizm elektrik enerjisinə 1945-ci ildən başlanan kəskin tələbdən irəli gəlmişdir, ötən əsrin 70-ci illərindən yüksək əhali artımı, həyat səviyyəsinin yaxşılaşması ilə daha geniş templər əldə edərək XXI əsrdə yeni fazaya daxil olmuşdur. 2010-cu ilə qədər bu sürət hər il 2,5% artımla əsrin ortalarında təbii qazın enerji balansında xüsusi cəkisini 30%-ə yüksəldəcəkdir. Daha miqyaslı sürət 3% Avropada, 8% Cənub-Şərqi Asiyada, ümumən isə 5% inkişaf etmiş ölkələrdə müşahidə olunacaqdır [2, 3, 4].

* * *

Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi istiqamətində sayca 3-cü beynəlxalq neft müqaviləsi olan «Şahdəniz» strukturunun kəşfiyyatı, pay bölgüsü və istismarı üzrə kontrakt 25 fevral 1997-ci ildən qüvvədədir. Yatağın işlənməsinin birinci mərhələsində suyun 105 metr dərinliyində 10 quyuluq stansionar platforma, iki ədəd uzunluğu 100 km olan sualtı boru kəmərləri, Səngəçalda isə yeni qaz terminalı, qaz emalı zavodunun inşası və mövcud qazsaxlama anbarlarının modernizasiyası nəzərdə tutulmuşdur. Bu yataqdan ilk mərhələdə ildə 8 milyard m3 qaz hasil olunacaq və gələcəkdə 16 milyard m3-ə çatdırılacaqdır [5].



Sibir qazından keyfiyyət üstünlükləri ilə fərqlənən «Şahdəniz» qazının ixracatı geniş tutumlu magistral boru kəmərinin inşasını şərtləndirir. Bu işdə əsas strategiya Bakı-Tbilisi-Ərzurum (BTƏ), digər adlanışda Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşasına istiqamətlənmişdir. Ətraf mühitə və sosial sahəyə təsirin minimuma endirilməsi, əsaslı xərclər və əməliyyat məsrəflərinə qənaət olunması məqsədlərindən irəli gələrək 690 km. uzunluqlu (Azərbaycan hissəsi 442 km, Gürcüstan hissəsi isə 248 km) bu kəmər Bakı-Tbilisi-Ceyhan (BTC) neft xətti ilə eyni dəhliz çərçivəsindədir.

CQBK «Şahdəniz» layihəsinin tərkib hissəsi oldüğundan buradakı payçılar da eyni tərəfdaşlardan ibarətdir. Bundan başqa bu layihədə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi maliyyələşdirmədən azad səhmdar kimi də çıxış edir [5].

Aşağıdakı diaqramda «Şahdəniz» yatağı və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərinin layihəsində səhmdarların pay bölgüsü verilmişdir:

Diaqram
«Şahdəniz» və Bakı-Tbilisi-Ərzurum layihələri üzrə səhmdarların pay bölgüsü

CQBK layihəsinin icra müddəti 15 ildir. Kəmərin illik buraxılış qabiliyyəti isə 24 milyard m3-dir və 30 milyard m3-ə qədər genişləndirilmə imkanlıdır.

Azərbaycanla Avropa Komissiyası arasında bağlanmış memoranduma görə CQBK vasitəsi ilə ötürülən qaz Türkiyədən Yunanıstan və İtaliyaya və oradan da Avropanın əsas enerji bazarlarına yetişəcəkdir [5].

«Şahdəniz»in davamı olan CQBK layihəsi də eyni iqtisadi reallıqları əks etdirərək əlahiddə multiplikativ effektli olması şübhə doğurmamalıdır. Bunu isə yüksəliş tapan metan epoxasında Azərbaycanın təbii geostrateji mövqeyi, müvafiq enerji potensiallığı, Transxəzər və «Nabukko» kimi möhtəşəm qaz layihələrinin Bakı-Tbilisi-Ərzurum kəmərinə inteqrasiya perspektivi bir daha əsaslandırır.

Qətiyyətlə demək olar ki, respublikamız «Şahdəniz»lə yanaşı Xəzərdə aşkarlanan, lakin hələ tam qiymətləndirmədən keçməyən əlahiddə qaz yataqları, o cümlədən istismar olunan və olunacaq iri miqyaslı neftli qaz və kondensat hesabına qudrətli qaz istehsalçısı və ixracatçısına çevrilməsinin epoxial astanasındadır. Elə bu realliq da respublikanın qaz təchizat sisteminin yenidən qurulmasını və əlahiddə «mavi yanacaq konsepsiyası»nın formalaşmasına əsaslar yaratmışdır.

Azərbaycanın «Şahdəniz» layihəsində payının 10% olmasını və onun indiki daxili istehlak tələblərinə qeyri-ekvivalentliyi məyusedici ovqatlar yaratmamalıdır. Bu heç də o demək deyil ki, respublikamız təbii qaz ehtiyaclarını «Şahdəniz» layihəsində yalnız bu ölçüdə təmin etmək səlahiyyətindədir. Daxili ehtiyaclar üçün lazımi tələbli qaz konsorsium tərəfdaşlarından alınacaqdır. Perspektivdə daha biçimli strategiya ilə Azərbaycan öz payının genişləndirilməsi istiqamətlərində də təşəbbüslər edə bilər. Nəhayət, yaddan çıxarılmamalıdır ki, yatağın birgə istismar müddəti intəhasız deyil. Yaxın orta 20 ildən sonra buradakı qalıq ehtiyatlarının çıxarılması tam bizim öhdəmizə düşəcək.

«Şahdəniz» yatağının Azərbaycana mənsubluğudan irəlı gələrək, digər tərəfdən onun işlənməsi, emalı və təmizlənməsi, nəqli və bütün bu geniş dövriyyəni əks etdirən müvafiq infrastrukturun qurulması ilə bağlı yaranacaq böyük multiplikator effektdən bəhrələnmə reallığı da nəzərdən qaçırılmamalıdır. Layihənin tam gerçəkləşməsi respublikada müəyyən qədər məşğulluğun təminatında, daxili enerjidaşıyıcılar bazarının genişlənməsində və ümümilikdə iqtisadi potensialının yüksəlişində mühüm rol oynayacaqdır.

* * *


Azərbaycanda son 3-4 ildə orta hesabla hər il 5-7 miyard m3 civarında təbii qaz hasil edilməkdədir. Bu həcm məhdud şəkildə, gündəlik 27-30 milyon m3 istehlak normasında olmaqla ümumən respublikanın daxili ehtiyaclarını ödəməkdədir. Lakin bir neçə onillik öncə, konkret olaraq 1990-91-ci illərdə respublikanın qaz istehlakı zirvə həddində - 17 milyard m3 həcmində olmuşdur. Bu qazın 5,5 milyard m3-i respublikanın enerji kompleksinin elektrik stansiyalarında, qalan hissəsi isə məişətdə, sənayedə və iqtisadiyyatın digər sektorlarında məsrəf edilmişdir. Sovetlər İttifaqının dağılması ilə Azərbaycan iqtisadiyyatında da baş verən tənəzüllü meyillər respublikada davamlı formalaşmış qaz istehsalı və istehlakı balansını da əsaslı dəyişikliklərə uğratmışdır. Hər il azalmaya meyl edən hasilat və 2000-ci ildən daha sürətli artan istehlak templəri ilə müşayiət olunmuş və öz növbəsində kəskin disbalans yaradaraq respublikanı qaz idxalına məruz qoymuşdur. Yeni yaranan qaz ehtiyacları 2006-cı ilədək, əsasən Rusiya hesabına təmin olunmuşdur. Bundan başqa İrandan Naxçıvan Muxtar Respublikası üçün də müəyyən miqdarda qaz alınmışdır [5].

Hazırda optimal çərcivədə respublikada qaz istehlakı 10-12 milyard m3 arası tərəddüd edir. Geoloji məlumatlara görə Azərbaycanın kəşf olunmuş qaz ehtiyatları 800 milyard m3 həcmindədir. Daha praqmatik qiymətləndirmədə bu potensialın 300 milyard m3-i sübut olunmuş ehtiyatlar kateqoriyasına aid edilir. Ümumilikdə respublikamızın qaz potensila trilyon m3-lik miqyasda ölçülür və effektli rejimdə istehlak müddəti tam bir əsrə bərabərdir. Bu artım potensialı ARDNŞ, ABƏŞ və bu ildən başlayaraq «Şahdəniz» strukturundan hasil olunacaq qazla birlikdə Azərbaycanın daxili ehtiyaclarını daha adekvat təmin edəcək və mazut sistemində işləyən İstilik Elektrik Stansiyalarının da əsaslı qaz rejiminə keçidinə imkan yaradacaqdır.



Aşağıdakı cədvəldə Azərbaycan Respublikasında 2005-2006-cı illərdə məsrəf edilən təbii qazin həcmi və yeni resurs potensialına uyğun olaraq tərəfimizdən 2007-ci il üçün hazırlanmış proqnoz qaz balansı əksini tapmışdır [5]:


Cədvəl

Azarbaycan Respublikasında daxili hasilatdan

qaynaqlanan çağdaş mümkün istehlak qazının balansı
(mln. m3)

S/s

Göstəricilər

Illər

2005

2006

2007 PROQNOZ

Optimist

Pessemict

1.

Cəmi qaz hasilatı

5818,3

6825,4

13800,0

11500,0




o cümlədən







ARDNŞ

3930,6

4456,0

5300,0

5000,0




ABƏŞ

1888,0

2100,0

3000,0

3000,0




Şahdəniz

-

-

5500,0

3500,0

2.

İdxal qazı

4539,9

4480,3

0

0

3.

Respublikanın sərəncamında qalan qaz

10358,2

11305,7

9500,0

8000,0

4.

«Azərenerji» ASC-yə veriləcək qaz

4282,9

5223,3

4500,0

3000,0

5.

«Azəriqaz» QSC-də paylanacaq qaz

4963,1

5908,4

5000,0

5000,0




əhaliyə

3013,8

2816,5

3000,0

3000,0




sənayeyə

1019,8

1168,0

1400,0

1400,0




məişət və büdcə təşkilatlarına

260,5

280,0

255,0

255,0




Naxçıvan MR-ə

1,2

80,7

250,0

250,0




Gürcüstana

0

19,5

95,0

95,0

Qeyd olunmalıdır ki, proqnozlara görə 2007-ci ildə «Şahdəniz»də hasilat həcmi 5500-3500 mln. m3 arası tərəddüd edəcəkdir. Azərbaycanın payı burada 10% olduğundan bu hesabla respublikaya verilən qaz həcmi təbii ki, 550-350 mln. m3 olmalıdır. Lakin razılaşmaya görə Azərbaycan tərəfi əlavə olaraq təxminən 2000-1000 mln. m3 həcmində «Şahdəniz» qazı qəbul edəcəkdir. Bu reallıq və bütün dövriyyə üzrə ARDNŞ, ABƏŞ, «Şahdəniz»də və növbəti istehsal-təssərrüfat tsiklində texnoloji sərfə və itkilərə yönələn 800-1500 mln. m3, həmçinin Naxçıvan MR-ə ötürülən tranzit haqqı kimi İrana verilən 20-40 mln. m3 qaz məsrəfləri təqdim edilən balansda nəzərə alınmışdır. Yeraltı qaz anbarlarına hər il 1-1,5 mln. m3 həcmində vurulan və yenidən qəbul edilən qazın orta hesabla bərabərlik təşkil etməsi vəziyyətindən irəli gələrək isə həmin göstəricinin balansda əksini tapılmasına lüzum qalmamışdır.

Proqnozlara görə qənaətli rejimdə Azərbaycanda qaza olan tələb 2010-cu ildə 12 milyard m3-dən az olmayacaqdır. Bu istehlak tələbi yaxın 20 ildə ARDNŞ-də ilik orta hesabla 5-6 milyard m3, ABƏŞ-də 5-6 milyard m3 və «Şahdəniz»də 2-3 milyard m3 olmaqla tamamıilə adekvatlıq təşkil ediləcəkdir. Lakin vurğulandığı kimi, dıgər kontraktlardan, pay bölgüsünün geqnişlənməsindən, eyni zamanda ənənəvi və perspektiv sahələrdən daxil olmalarə nəzərə alaraq bizim hesablamalara görə respublikanın sərəncamında qalacaq qaz həcmi umumilikdə 15-20 milyard m3 ola bilər. Buna görə də istər istəməz respublikada inkişaf edən qaz ssenarisi ilə bağlı ayrıca konsepsiyanın və strategiyanın işlənilməsini siyasi və iqtisadi zərurətə çevirmişdir.

* * *


Aparılan araşdırmalar isə göstərir ki, respublikanın artan qaz potensialından səmərəli istifadə üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Bu tədbilər daha çox institusional yenidənqurma və infrastruktur modernizasiyası ilə bağlıdır. İnatitusional və infrastruktur modernizasiyasından irəli gələrək isə formalaşan yeni qaz strateğiyası aşağıdakı prioritetlərı əsaslandırır.

  • Azərbaycanın tam sərəncamında qalacaq təbi qazın ixracat norması minimuma endirilməli, ixracat xam şəkildə yalnız hasilatın pay bölgüsü kontraktları üzrə aparılmalı, iqtisadi və maliyyə imkanları yaxşılaşdıqca tamamilə qaz ixracatından imtina edilməlidir. Bundan irəli gələrək Yanacaq-enerji balansında təbii qazın həcmi mümkün qədər genişləndirilməlidir;

  • daxili bazarın liberallaşması ilə bağlı sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməlidir. Müstəqil qaz təchizatçılar şəbəkəsinin formalaşması üçün əlverişli mühit yaradılmalı, orta perspektiv - 2020-ci ilə qədər müddətləri əhatə edən strateji investisiya proqramı hazırlanmalıdır;

  • isteklak sektoru daha qənaətcil rejimli, az enerjitutumlu qurğu və avadanlıqlardan istifadə sisteminə keçid etməli, artan istehlak tələbləri və sosial inkişafa uyğun olaraq ölkənin abonent sistemi tamamilə müasir və innovasiyalı quruluşda təkmilləşdirilməlidir;

  • ölkədə yeni qaz emal müəssisələri, qaz kimyası məhsulları zavodları, müasir maye, sıxılmış və bərk qaz istehsal kombinatları yaradılmalıdır;

  • Azərbaycanın regiondakı «qaz» gücünə rəğmən qaz avadanlıqları və aparatları istehsal edən geniş bir istehlak şəbəkəsi formalaşdırılmalıdır.

Bununla belə, bu reallaşmalardan əldə edilən gəlirləri elmin gücü ilə təkrar istehsala yönəldərək Azərbaycanda ümumilikdə güclü qaz texnopolisi yaradılmalı və milli mənafelərə uyğun onun multiplikativ effektivliynidən daha geniş səmərə götürülməsinə nail olunmalıdır.
ƏDƏBİYYAT
1. Мирзаджанзаде А.Х., Кузнецов О.Л., Басниев К.С., Алиев З.С. «Основы технологии добычи газа». М.: Недра. 2003. с.880.

2. «Природный газ». /под ред. Р.Басби / М.: ЗАО «Олимп-Бизнес». 2003. с. 240.

3. Hacızadə E.M. «Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər». Bakı, Elm. 2001. 186 səh.

4. Hacızadə E.M. «Sosiallaşan iqtisadiyyat». Bakı, Elm. 2006. 509 səh.

5. http://www.socar.gov.az.

АГЭУ Э.М.Гаджизаде
ЭКОНОМИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ РАЦИОНАЛЬНОГО ИСПОЛЬЗОВАНИЯ ВОЗРАСТАЮЩЕГО ПОТЕНЦИАЛА ПРИРОДНОГО ГАЗА
РЕЗЮМЕ
Со своим возрастающим газовым потенциалом Азербайджан превращается в новый глобальный и региональный энергетический центр. Это качество берет своё начало с введения в эксплуатацию крупной шельфовой газоконденсатной структуры «Шах-Дениз» с общими запасами по газу свыше одного триллиона куб метров и 200-300 миллион тонн по конденсату расположенной в Азербайджанской секторе Каспийского море. Геологи утверждают что, в результате бурением оценочными скважинами в юго-западной части месторождений извлекаемые запасы могут возрасти здесь до двух триллионов кубических метров. Кроме того, с новым инновационным инвестиционным потоком увеличивая добычу в традиционных источниках и перспективных месторождениях энергетическая мощь страны ещё более расширится. Этот фактор позволяет Азербайджану в ближайшее время превратиться и в экспортера природного газа, стать надёжным альтернативным источником в обеспечении энергетического безопасности Европы и самой страны.

Исходя из этой реалии в статье оценена роль возрастающего потенциала природного газа в укреплении энергетической безопасности страны и обоснованы перспективы при оптимально-рациональном использовании её мультипликативной эффективности в национальных интересов. Эффективное использование этого потенциала требует концептуального подхода и обусловливает формирование отдельной газовой стратегии, проведение институциональных реформ, модернизацию отраслевой инфраструктуры. Приоритетами новый стратегии являются: снижение до минимума экспортной нормы природного газа, оставшегося в распоряжении; либерализация внутреннего рынка; создание современных предприятий производящих жидкий, жженный и твёрдый газы и газохимических, газоустройственных, газоаппаратных заводов; перехода к более экономному режиму в потребительском секторе; реструктизация абонентной системе в инновационном плане и формирование мобильного газового технополиса.



Azerbaican State Economic University.

Hacizadeh Elshan Mahmud
ECONOMIC EFFICIENCY OF RATIONAL USE OF THE GROWING POTENTIAL

OF NATURAL GAS
With the growing gas potential Azerbaijan turns in new the global and regional power center. This quality takes the beginning from introduction in operation large shelf a gascondensate of structure «Chack-Deniz» with the general stocks on gas over one billion cube of meters and 200-300 million tons on a condensate located in Azerbaijan the sector Caspian the sea. Geologists assert that, in result drilling by estimated chinks in a southwest part of deposits taken stocks can increase here up to two billions cubic metre. Besides with new innovative the investment a stream increasing extraction in traditional sources and perspective deposits power power of the country even more will extend. It is the factor allows Azerbaijan in the near future will turn and in the exporter of natural gas, to become reliable alternative a source in maintenance power to safety of Europe and the country.

Proceeding from this reality in article the role of the growing potential of natural gas in strengthening power safety of the country is appreciated and prospects are proved at optimum-rational its use multiplicate efficiency in national interests. The effective utilization of this potential demands the conceptual approach and causes formation of separate gas strategy, carrying out institutionally reforms, modernization of a branch infrastructure. Priorities new strategy are: reduction to a minimum of export norm of the natural gas which has stayed at the order; liberalization of a home market; creation of the modern enterprises making liquid, burnt and firm gases and gaseschemical, gasesdevices, gasesequipment rooms factories; transition to more economical mode in a consumer sector; restrukzation to abonent system in the innovative plan and formation of a mobile gas technopolis.

121.Artan təbii qaz potensialından səmərəli istifadənin iqtisadi effektivliyi. Azərbaycan neft təsərrüfatı. Bakı. №10. 2007. 0.4 ç.v.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə