Ünvan: Azərbaycan, Bakı, az 1007, Vaqif prospekti 3/156 Faks: (994 12) 596 22 94




Yüklə 10.28 Kb.
tarix27.04.2016
ölçüsü10.28 Kb.

Ünvan: Azərbaycan, Bakı, AZ 1007, Vaqif prospekti 3/156

Faks: (994 12) 596 22 94;

Tel: (994 12) 596 22 94;

E-mail: emc.az2001@gmail.com ; aspyo@yahoo.com






Bakı, Azərbaycan 06 yanvar, 2010-cu il

Press reliz
SMDT ANS-ə təkzib məktubu göndərib
Yanvarın 6-da SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayevə təkzib məktubu göndərib.
Məktubda deyilir:
ANS TV-nin “Xəbərçi” informasiya proqramının 24 dekabr 2009-cu il saat 18.00 buraxılışında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Bələdiyyə Seçkilərində apardığı müşahidələrin nəticələrinə dair keçirdiyi mətbuat konfransından reportaj efirə verilib.

Reportajda aparıcının dili ilə SMDT-nin təqdim etdiyi İlkin Bəyanatda guya 23 dekabr 2009-cu il Bələdiyyə seçkilərinin hazırlıq və seçkiqabağı təşviqat mərhələlərində, habelə seçki günü inzibati resurslardan istifadə və seçki iştirakçılarına təzyiq halları müşahidə edilmədiyi bildirilib.


SMDT-nin 24 dekabr 2009-cu ildə yaydığı İlkin Bəyanatda isə əksinə, səsvermə günü də daxil olmaqla

ümumi seçki mühitində baş verən çatışmazlıqlar və ciddi qanun pozuntularına əsasən 23 dekabr 2009-

cu il bələdiyyə seçkilərinin Azərbaycan Respublikası qanunlarının kobud qaydada pozulması halları ilə

müşayiət olunması, seçkilərin azad, demokratik və ədalətli hesab edilmədiyi bildirilib.


Təəssüflə qeyd etmək istərdim ki, mətbuat konfransında iştirak edən ANS TV-nin müxbiri Amil Hacıyev SMDT-nin Bələdiyyə seçkilərinin nəticələrinə dair hazırladığı İlkin Bəyanatı təhrif edib.
Efirə verilən həmin reportaj SMDT-nin işgüzar nüfuzuna xələl gətirməklə yanaşı, cəmiyyətdə çaşqınlıq yaradıb. Həmçinin efirdə səslənən fikirlər SMDT-nin İlkin Bəyənatı ilə tanış olan yerli və beynəlxalq ictimaiyyətdə ANS TV-nin “dəqiq, qərəzsiz və vicdanlı” devizinə zədə vura bilər.
“Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının qanunun” 44 və 45-ci maddələrinə istinad edərək, təkzib vermənizi və adıçəkilən müxbir haqqında inzibati qaydada tədbir görmənizi təklif edirəm.

Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

SMDT seçki sisteminin inkişafı və demokratik dəyərlərin müdafiəsi yönündə çalışan milli qeyri-hökumət təşkilatıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə