Universal sərgi və yarmarkalar




Yüklə 114.16 Kb.
tarix30.04.2016
ölçüsü114.16 Kb.



Universal sərgi və yarmarkalar



Giriş.

Sərgi və yarmarkalar zəngin ən ənələrə malik, iqtisadi əməkdaşlığın qədim formalarından biridir. Yarmarkaların ən ilkin formaları antik dövrlərdə Vavşanda, Finikiyada, Misirdə bəsit şəkildə mövcud osmuşdu. Avropada ilk Beynəlxq yarmarka 629-cu ildə Frank dövlətində təşkil olunmuşdu. O dövr üçün dövlət üçün munisipal qurumları yarmarkalara hər tərəfli yardım edir və yarmarkaların verdiyi, o zamanlar mühüm əhəmiyyət kəsb edən, müxtəlif imtiyazlardan istifadə edirlər. Xalq yürüşləri və Hindistana dəniz yolunun kəşf olunması dövrü yarmarkaların sonrakı inkişafına təkan verdi. Bir qədər sonra Antverpen, Brukke və s. şəhərlərdə yarmarkalar meydana gəldilər.

Beynəlxalq ticarətin inkişafına və sənaye inqilabına yardım etmiş coğrafi kəşflər nəticəsində ticarət kütləsinin əhəmiyyətli dərəcədə artması və ticarət texnikasının yüksəlməsi konkret sövdələşmə predmetləri nümayiş olunan ticarət yarmarkalarının genişlənməsi və onların müasir nümunələr və ekspanatlar yarmarka və sərgilərinin əsası olmasını tə’min etdi. Bu yarmakalarda əməliyyatlar təqdim olunmuş nümunələr və ekspanatlara görə aparılır, alınmış mallar isə alıcılara yarmarka bağlandıqdan sonra çatdırılırdı.

Verilən tarixi müşahidədən bir daha aydın olur ki, sərgi və yarmarkalar geniş alqı-satqı prosesində öz əhəmiyyətini itirməyən, ticarət fəaliyyətinin ən’ənəvi formalarıdır.

Muasir şəraitdə, dünyada sıx inteqrasiya proseslərinin getdiyi bir vaxtda sərgi və yarmarkalar daha yeni məzmun və əhəmiyyət kəsb etməyə başlamışdır. Belə ki, iqtisadi əməkdaşlığın genişlənməsində, bir başa kommersiya əlaqələrinin təşkilində, sənaye mədəniyyətinin ötürülməsində sərgi və yarmarkalar əvəzedilməz rola malikdirlər.

I

Ticarətin həyata keçirilməsində informasiya malın özü qədər əhəmiyyətə malikdir. Belə ki, növ çoxluğu, seçimin müxtəlifliyi mal haqqında mə’lumatın zəruriliyini və qərarların qəbul edilməsinin çətinliyini yaradır. Bu çətinliklər yalnız təcrübə mübadiləsi və şəxsi bir-başa əlaqələrlə aradan qaldırıla bilər. Bunların ən effektiv vasitəsi isə sərgi və yarmarkalardır, harada ki, işguzar tələblər bir-biri ilə birbaşa əlaqədə olurlar.

Yarmarka -dövri olaraq fəaliyyət göstərən bazardır, daha doğrusu, ilin müəyyən vaxtında və müəyyən yerdə müntəzəm olaraq fəaliyyət göstərən bazardır. Yarmarkaların təşkilində əsas məqsəd onun iştirakçılarına-eksponentlərə ticarət müqavilələri bağlamaq üçün istehsalat nümunələrini göstərmək yeni nailiyyətləri və texniki təkmilləşdirmələri nümayiş etdirmək imkanı verməkdir. Sərgilərin böyük əksəriyyəti əmtəə mübadiləsini inkişaf etdirmək məqsədilə təşkil edilir, onlar məhdudiyyətsiz olaraq bütün alıcı və satıcılar buraxılır, nümayiş etdirilən nümunələr üzrə kommersiya sövdələşməri həyata keçirməyə icazə verilir. Beynəlxalq sərgilər bürosunun verdiyi tə’rifə görə, sərgi – tələbatların ödənilməsi üçün bəşəriyyətin səoəncamında olan vasitələrin nümayiş vasitəsilə zirayətçiləri mə’lumatlandırmaq, eləcə də bir və ya bir neçə sahədə tərəqqiyə nail olmaq məqsədilə həyata keçirilən baxış tədbiridir. Sərgilər xüsusi imkanları ilə fərqlənən özünəməxsus kommunikasiya vasitəsidir. Qəzet nəşri, reklam məktubu, prospekt və kataloqdan (hansı ki, mal haqqında yalnız abstrakt təsəvvür yaradır.) fərqli olaraq sərgilərdə mal ön plana çəkilir.

Yarmarkaya yuxarıda verdiyimiz tərifdən başqa, Beynəlxalq Yarmarka İttifaqı tərəfindən verilmiş tə’rif də vardır. Bu tə’rifə görə Yarmarka-keçirildiyi ölkənin adətlərinə uyğun olaraq özlüyündə kütləvi istehlak malları və avadanlıq bazarlarını təmsil edən beynəlxalq iqtisadi nümunələr sərgisidir. Tə’riflərdən göründüyü kimi sərgi və yarmarkalar arsında kəskin fərqləndirici cəhətlər yoxdur. Bunların hər ikisində yeniliklər nümayiş etdirilir, müqavilələr bağlanır, kommersiya təbliğat işi aparılır. Buna görə də, biz yarmarkaları da nəzərdə tutaraq yalnız sərgilərdən danışacağıq.

İştirakçıların tərkibinə və iqtisadi əhəmiyyətinə görə xarici iqtisadi əlaqələrdə iki cür sərgi və yarmarkalar ayırd edilir. Milli və Beynəlxalq. Milli sərgi və yarmarkalarda xarici alıcılarda iştirak edirlər, ancaq mal satışı hüququ milli firmalara məxsusdur.

Müasir şəraitdə bir ölkənin hökümət müəssələri, ticarət-sənaye assosasiyaların və ya şəxsi firmalarının digər ölkənin ərazisində, öz ölkəsinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə təşkil etdikləri milli sərgilərin əhəmiyyəti çox böyükdür.

Ümumiyyətlə sərgi və yarmarkalar çox zaman konseptual prinsip, əsas mövzunun müəyyənliyi və əlaqəli sferaya tə’siri prinsiplərinə görə təsnifləşdirilir.

Universal sərgi və yarmarkalar


İqtisadiyyatın bütün sahələrinin məhsullarının (istehlak malları və istehsal vasitələri) nümayiş etdirildiyi sərgi əv yarmarkalardır. Müasir şəraitdə bu sərgilərin rolu getdikcə azalır. Universal sərgilərinin rolunun azalması ilə yanaşı konktret müəyyənləşmiş proqramla ixtisaslaşmış sərgi və yarmarkaların rolu artır. Belə sərgidə nomenklaturaya görə hansı malın və ya mal qrupunun nümayiş olunacağı müəyyənləşdirilir. Nomenklatura, adətən, nümayiş olunan malların texniki parametrləri və mal qrupları üzrə tərtib olunur.

Sahə sərgi və yarmarkalarında və ya xüsusi maraq sərgilərində bir və ya bir neçə istehsal və ya istehlak sahəsi yaxud da müəyyən xidmət iştirak edir. Bu ixtisaslaşmış sərgi və yarmarkalar öz tə’sir sferası və əhəmiyyətinə görə beynəlxalq, milli regional olurlar. Bu növ ixtisaslaşmış sərgilərin aşağıdakı formaları var:

 konkret mal sərgisi

 istehsaledici sahələr üzrə orientasiyalı mal sərgiləri

 konkret alıcı üçün konkret texnologiya sərgiləri

Tətbiq sferasına görə fərqlənən bu sərgilərdə, texniki parametrlərin uçotu aparılmadan, konkret alıcı dairəsi üçün lazım olan bütün mə’lumatlar numayiş olunur.

Konqres - Sərgi – Bu növ sərgilərin xüsusiyyəti ondadır ki, onlar hansısa konqreslə eyni vaxtda keçirilir. Məsələn:konqres proqramına əlavə formasında keçirilən sərgilər. Belə sərgi və yarmarkalarda iştirakçıların sayı az olsa da, çox məşhur adamlar olurlar.

Sərgi və yarmarkalar multifunksionaldırlar. Onlar mahiyyətcə müxtəlif olan bir çox məsələləri həll etmək qabiliyyətinə malikdirlər.

Müddətlərinə və keçirilmə üsullarına görə sərgilərin aşağıdakı növlərini fərqləndirirlər: Qısamüddətli sərgilər, hərəkətli sərgilər, nümunələrin daimi sərgiləri, ticarət mərkəzləri, ticarət həftələri.



Qısamüddətli sərgilər (solo-sərgilər)

Üç həftədən çox olmayan müddətdə keçirilir. Bu sərgilərin hər hansı bir ölkənin bütün istehsal sahələrinin nailiyyətlərini nümayiş etdirərək ümumi xarakter daşıya və ya konkret sahənin nailiyyətlərini nümayiş etdirərək ixtisaslaşmış ola bilər.



Hərəkətli sərgilər müxtəlif nəqliyyat vasitələrinin köməyi ilə iştirakçı dairəsini genişləndirmək məqsədilə təşkil olunur. Son illər üzən sərgilərin təşkili vüs’ət almışdır. (Xüsusilə Yaponiya, İsveç, İngiltərə) Belə sərgilər bir neçə ölkənin liman şəhərlərinə yan alan və sərgiyə çıxarılan malların nümayişi və satışı həyata keçirilən iri gəmilərdə təşkil olunur. Gəmidə həmçinin uyğun mütəxəssislər üçün məsləhətxanalar təşkil olunur, reklam və texniki prospektlər paylanılır. Üzən sərgilər ticarət assosasiyaları ayrı-ayrı firmalar tərəfindən təşkil olunur. Belə firmalar gəmini kirayə edir və numayiş etdirəcək nümunələrlə təchiz edirlər. Malların nümayiş pərakəndə satış və kontraktların bağlanması ilə nəticələnir. Sərgi xərclərin eksponent firmalar arasında bölühdürülür. Sərginin təşkilatçısı kimi gəmiçilik firması da çıxış edə bilər. Son dövrlər avtofurqonlarda, təyyarə salonlarında təşkil olunan sərgilər daha çox yayılıb.

Nümunələrin daxili sərgisi. Bir ölkənin diplomatik konsulluğu və digər nümayəndələri tərəfindən mümkün xarici alıcılarla ixrac məhsulları üzrə kontrakt bağlamaq məqsədilə təşkil olunur.

Ticarət mərkəzləri. Son dövrlər milli firmaların xaricdə təşkil etdikləri daxili ticarət mərkəzlərinin rolu artır. Ticarət mərkəzləri yerləşdiyi ölkədə ixtisaslaşmış sərgilərin təşkilində böyük əhəmiyyət kəsb edirlər. Onlar eksponent firmalara pulsuz yer verir, öz hesablarına sərgilərin lahiyələşdirilməsini və qeydiyyatına, eksponatların montaj və demontajını həyata keçirir, yerli qeydiyyat və digər firmaların iş haqqını ödəyir, sərgi iştirakçıların bazarı vəziyyəti haqqında informasiya verir.

Ticarət Həftələri. Sərgilərin yeni növüdür. Bu növ sərgilər iri şəhərlərin universal mağazalarında istehlak mallarının satışı və nümayişi üçün təşkil olunur.

Beynəlxalq sərgi və yarmarkalarda son dövrlər müxtəlif meyllər meydana gəlib. Bunlardan aşağıdakıları göstərə bilərik:

Qloballaşma:

Qlobal sərgilər:  Dünya miqyasında konkret sahələri əhatə edən tədbirlər sistemidir. Onlar həm iştirakçı – mütəxəssislər üçün, həm də eksponentlər üçün qlobal tə’sir və cazibə gücünə malikdirlər.

Avropalaşma:  Müasir Beynəlxalq sərgi və yarmarkalar istər iştirakçı və eksponent tərkibinə, istərsə də keçirilmə yerinə görə öz meylini Avropaya doğru dəyişir.

Regionlaşma:  Yeni “Avropasayağı” ölçünün tə’siri ilə əvvəllər milli çərçivədə olan sərgi və yarmarkalar artıq regional çərçivəyə girirlər. Bu sərgilərdə eksponent və iştirakçı – mütəxəssislər çoxmillətlidirlər və onlar, əsasən, bazarın “Avropa - regional” şərtlərinə orientasiya götürəcəklər.

Ümumiyyətlə sərgi və yarmarkaların təsnifatı müxtəlif sərgilərin daha yaxşı şərhi üçün verilir və sübut edir ki, söhbət hər hansı bircins strukturdan getmir. Ayrılıqda götürülmüş hər bir sərgi bu və ya digər sərgi tipinə aid edilə bilməsinə baxmayaraq öz fərdiliyi ilə xarakterik xüsusiyətlərə malikdir ki, bunlar zaman keçdikcə dəyişir.

Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkalar beynəlxalq əmtəə dövriyyəsinə xidmət edir. Onlarda məhdudiyyətsiz olaraq bütün ölkələrin firmaları iştirak edə bilər. Beynəlxalq sərgi və yarmarkaların əhəmiyyəti ilk öncə beynəlxalq ticarət müqavilələrinin bağlanması yeri olmasındadır.

Beynəlxalq sərgi və yarmarkaların əsas üstünlüklərindən biri də müxtəlif ölkələrdə istehsal edilən iri həcmdə mal növünü cəmləşdirilməsindədir. Bu, qısa vaxt ərzində bazar təklifi ilə tanış olmaq, mütəxəssislərindən lazımi məsləhətlər almaq, qiymət müqayisə etmək, danışıqlar aparmaq və nəhayət kontrakt imzalamaq imkanı verir. Bu zaman alıcı malla iş prosesində tanış olur. Kütləvi istehlak mallarının alışındı bütün assortimentlə əvvəlcədən tanış olmaq nümunə əsasında baş verir.

Ümumiyyətlə sərgiləri informasiya texnologiyasının ən son nailiyyətləri ilə belə əvəz etmək olmaz əksinə: mal və xidmət növlərinin çoxluğu ilə əlaqədar izahatlara ehtiyac artır: istifadə imkanlarında müxtəliflik salmaq haqqında qərarı çətinləşdirir. Təkliflərin müxtəlifliyi artır və təcrübə mübadiləsi və danışıqlara ehtiyac yaranır. Buna görə də işgüzar partnyorlar arasında şəxsi inam münasibəti qərarın qəbul edilməsində həlledici rola malikdir. Alıcıya yaxınlıq strateji faktor kimi istər daxili istərsə də beynəlxalq rəqabətdə həlledici amildir.

Satış üçün sərgi və yarmarkaların əhəmiyyəti ilk növbədə müxtəlif reklam vasitələrindən istifadə edərək geniş reklam imkanları ilə izah olunur. Sərgi və yarmarkalarda çap reklam vasitələri paylanır, reklam filmləri nümayiş etdirilir, reklam plakatları yapışdırılır, kiçik qabaritdə mal nümunələri paylanılır və nəhayət mal iş prosesində nümayiş olunur.

Beynəlxalq sərgi və yarmarkalar həmçinin müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndələrinin görüş yeri kimi də böyük əhəmiyyət kəsb edir. Sərgi və yarmarkalar müasir dünya standartlarına cavab verən mal nümunələri nümayiş etdirilir və mühəndis – texniki və elmi işçilərin, konstruktorların nümayiş olunan yenilikləri öyrənməsi texniki inkişafa və yeni məhsulların yaranmasına təkan verir.

Hər bir sərgi və yarmarka rəsmi və işgüzar dairələr, eləcə də ictimai fikrə tə’sir imkanına malikdir. Beynəlxalq sərgilər arasında Ümumdünya sərgilərini göstərmək lazımdır. Bu sərgilərin məqsədi elmi – texniki mədəniyyət sahəsində iştirakçı ölkələrin və iri beynəlxalq təşkilatların nailiyyətlərinin nümayiş etdirilməsidir. Onlar kommersiya məqsədləri güdmürlər. Ümumdünya sərgilərində bir qayda olaraq əksər dünya dövlətləri iştirak edirlər. Belə sərgilərdə iştirak də’vətnaməsini təşkilatçı – dövlət diplomatik yolla göndərir.

Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkalar əksər ölkələrdə keçirilir, ancaq Qərbi Avropa və ABŞ bu sırada xüsusi qeyd olunmalıdır.

Beynəlxalq sərgi və yarmarkaların inkişafında xarakterik xüsusiyyət onların sayının artması, keçirilmə ərazilərinin böyüməsi, ixtisaslaşmanın yüksəlməsi və ümumi nomenklaturada maşın və avadanlıqların payının artmasıdır.

II

Sərgi və yarmarkaların funksiya

və vəzifələri.

Beynəlxalq sərgi və yarmarkaların funksya və vəzifələri çox böyükdür. Onlar planlı iqtisadiyyat ölkələrində keçirilən yarmarkalarda bir cür, azad rəqabət ölkələrində isə başqa cür təqdim olunur. Müəyyən mə’nada aşağıdakı vəzifə və funksyalar ümumi hesab edilə bilər: İqtisadi (idxal və ixrac) kommunikativ və idrak (dərketmə)

Hər bir yarmarkanın əhəmiyyəti onun iştirakçıları nökteyi-nəzərdən hər şeydən əvvəl müəyyən bazarın idxal ehtiyyatları ilə yə’ni, orada xarici nümayəndələrə öz mallarını sata bilmək imkanları ilə müəyyən olunur.digər tərəfdən yarmarkanın əhəmiyyəti bazarın ixrac imkanlarından da asılı olur. Təşkilatçı nökteyi-nəzərdən (əsasən ölkə olur) yarmarka və sərgilər ona idxal sferasındakı vacib ehtiyyaclarını göstərməyə ayrı-ayrı iştirakçı eksponentlərin mallarını öz sifarişlərini verməyə imkan yaradır. Beləliklə də xarici eksponent üçün əhəmiyyətli olan ixracat planları yarmarkanı təşkil edən ölkə üçün idxal vəzifələri sferasında eyni dərəcədə əhəmiyyətli olur. Yə’ni yarmarka zəruri idxalı tə’min etmək üçün ən effektiv vasitələrdən birinə çevrilir.

Ölkə üçün öz məhsullarının maksimum satışı vəzifəsi yə’ni indiki və gələcək ixrac vəzifələrinin həyata keçirilməsi ən vacib məsələdir. Bu məsələlərin həyata keçirilməsi, yə’ni valyutanın müəyyən həcmdə daxil olması zəruri idxal əməliyyatlarının aparılmasına imkan verir. Buradan göründüyü kimi, yarmarkanın əsas vəzifələrindən biri kimi nəzərdən keçirilən ixracat, başlıca məqsədə, yə’ni iqtisadiyyatın və daxili bazarın ehtiyyatlarnın ödənilməsini tə’min edən idxalata çatmaq üçün bir vasitətir. Öz-özlüyündən aydındır ki,yarmarkaların iqtisadiəhəmiyyəti və effektivliyi əməlliyyatların həcmi və əmtəə dövriyyəsinin dəyəri ilə ölçülə və qiymətləndirilə bilməz. Əsas müəyyən edici amillərdən biri də gələcək əmtəə dövriyyəsinə yeni mal çeşidləri daxil edəcək, yeni bazarlar ələ keçirəcək yeni eksperimental əməliyyatların miqdarı və xarakteridir. İnamla demək olar ki, beynəlxalq əmtəə dövriyyəsinə yeni məhsul daxil etmək və dünya bazarında ona «vətəndaşlıq» hüququ əldə etmək beynəlxalq yarmarkalardan istifadə etməklə daha asan, ucuz, tez və daha etibarlı yoldur.

Sərgi və yarmarka tədbirlərində, adətən, informasiya mübadiləsi baş verir. İştirakçıların stendlərinin, personallarının qəbulu, ilkin informasiya verici kanal kimi çıxış edir. Ziyarətci isə öncə informasiya qəbulçusu kimi çıxış etsə də sonradan aktiv şəkildə informasiya mübadiləsi prosesinə keçir. Beləliklə sərgi və yarmarkalar öz üzərlərinə kommunikasiya vasitəsi rolunu götürürlər. Bu mə’nada ticarət sərgi və yarmarkalarının əsas funksiyası kommunikativ funksiyadır. Aşağıdakı diaqramda sərgi və yarmarkalarının

Birinci səviyyə göstəriciləri sübut edir ki, sərgi və yarmarka çərçivəsində alıcıya xüsusi yaxınlıq, eksponent və ziyarətçi arasında şəxsi əlaqələrin yüksək intensivliyi əldə oluna bilər. Sərgi iştirakçısı ilə ziyarətçi arasında fərdi danışıqlar böyük əşəmiyyətə malikdir. Çünki, yalnız bu informasiya və kommunikasiya vasitəsinin köməyi ilə yeni kontaktlar, əvvələr mövcüd olan kontaktlar isə daha da intevsivləşir.



II səviyyədə sərgi iştiraketmə hadisəsi və imkanı faktorlarına münasibətdə göstərilmişdir. Sərgidə iştirak yüksək səviyyəli hadisə xarakterlidir. Belə ki, eksponent sərgiyə gəlişi tə’siredici yaddaqalan hadisəyə çevirmək (şou-sərgi və ya malla əlaqədar digər vasitələr)imkanına malikdir.

Digər kommunikativ vasitələrlə müqayisədə öz multifunksionallığı hesabına xüsusi əhəmiyyət kəsb edir. Digər kommunikasiya vasitələrinin heç biri bu şəkildə fərdi istifadə edilə bilmir və başqa heç yerdə alıcı ilə belə sıx kontaktda olmaq və onda informasiyaya tələb yaratmaq eləcə də onda artıq mövcüd olan informasiya tələbini ödəmək mümkün deyil.

Qeyd etdiyimiz kimi, beynəlxalq sərgi və yarmarkaların III funksiyası idrak (dərketmə) funksyasıdır. Beynəlxalq sərgi əv yarmarkalarının dünyanın müxtəlif ölkələrinin istehsalat və elmi-texniki nailiyyətləri səviyyəsi ilə ən yaxşı tanışlıq forması olması fikri geniş yayılmışdır. Sərgi və yarmarkaların bu cür qiymətləndirilməsi həqiqətdə öz tədqiqini tapır. Bu sərgi əv yarmarkalarda eksponent öz ekspozisiyasının xarakterini təkcə təşkilatçı ölkənin muasir dövrdə potensial idxal imkanları əsasında müəyyən etmir və ekspozisiyasını gələcəkdə maraqlı ola biləcək eksponentlər hesabına genişləndirir. Lakin bu və ya digər halda da eksponentlərin keyfiyyəti və xarakteri son texniki nailiyyətləri əks etdirməlidir. Sərgi və yarmarkalarda ən yaxşı istehsalat və texniki mə’mulatlarla xarakterlənən və keçən il nümayiş edilən eksponatlardan fərqlənən daha müasir eksponatları göstərmək cəhdi yalnız nüfuz mülahizələrindən irəli gəlir.

Məhz buna görə bütün az-çox əhəmiyyətə malik beynəlxalq yarmarkalar istehsalat, texnika, elm mütəxəssisləri qarşısında geniş imkanlar açır. Təşkilatçı ölkələrə isə yarmarkalar dünya istehsalının, dünya texnikasının, dünya elminin inkişaf istiqamətləri ilə bilavasitə tanış olmaq imkanları verir.

Beynəlxalq sərgi və yarmarkaları elmi-texniki istehsalat şkalası (xarici müəssələrin mə’ruzələri, elmi kinofilmlərin və xüsusi buraxılışların nəzərdən keçirilməsi) və ticarət praktikası olmasından asılı olmayaraqbğ ticarətdə əhəmiyyətli yer tutan birbaşa əlaqələrin yaradılması imkanları da böyükdür. Yarmarkalar ölkəyə aid olan obyektiv qiymətləri müqayisə etməyə imkan verirlər.(ölkə bütövlükdə, iqtisadi sistem, ticarət sistemi, maliyyələşdirmə, istehsalat və s.)

Bütün bu idrak (dərketmə) dəyərləri iqtisadiyyatın müxtəlif sahələrini təkmilləşdirmək və inkişaf etdirmək prosesində praktiki əhəmiyyət kəsb edir.

Yekunlaşdırarkən qeyd etmək lazımdır ki, beynəlxalq sərgi və yarmarkaların funksiyaları aşağıdakı prinsiplərə uyğundur:


  • Daha yaxşı və baha satmaq, daha yaxşı və ucuz almaq.

  • Daha əlverişli şərtlərlə idxal əməliyyatları həyata keçirmək.

  • Şəxsi ixracın optimal həcmini təjhizat’min etmək.

  • Maksimum miqdarda yeni bazarlar ələ keçirmək və yeni əmtəələr daxil edən əməliyyatlar keçirmək.



III


3. Beynəlxalq sərgi və yarmarkaların təşkili və onların fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar.
Beynəlxalq sərgi və yarmarkalarda iştirak etmək üçün üç kriteriyaya uyğun gəlmək lazımdır. İştirak o zaman məqsədəuyğundur;

___ Müəssənin satış şəbəkəsi konkret regionla məhdudlaşmır.

___ Satış iri alıcı strukturuna uyğunlaşmışdır.

___ Mal və ya xidmət yüksək səviyyəli nou-xaunu şərtləndirir.

Ümumiyyətlə sərgilərdə iştirak ilkin olaraq aşağıdakı məqsədləri güdür.


  • Yeni bazarlarla tanışlıq.

  • Rəqabətliyin yoxlanması.

  • İxraj imkanları haqqında mə’lumat əldə etmək.

  • Sahə daxili situasiyaya uyğunlaşma.

  • Təjrübə mübadiləsi.

  • İxtisaslaşmış tədbirlərdə iştirak.

  • İnkişaf tendensiyasının öyrənilməsi.

  • Yerli bazarları müəssə məhsulunda maraqlandırmaq.

  • Rəqiblərlə tanışlıq (rəqiblərdən hansı, hansı sərgiyə öz malını çıxarır).

  • Satışın artması.

Sərgidə iştirakın ayrı-ayrı məqsədlərinin anlaşılması, hansı sərgidə iştirakın mümkün və arzu edilənolması ilə birbaşa asılıdır.

Ümumiyyətlə sərgidə iştirak zamanı təşkilati proses üç mərhələyə bölünür: hazırlıq, stendin işi, mə’lumatların ardıjıl işlənməsi.

Sərgidə öz xüsusi stendi ilə fərdi iştirak müvəffəqiyyət üçün böyük imkanlar verir. Anjaq «ilk çıxış» üçün yeni iştirakçını bir çox təşkilati məsələlərdən azad edən digər formalardan da istifadə etmək olar.

Dövlət təşkilatları, ittifaq və s. institutlar, məs: tijarət sənaye palatasıkifayət qədər təjrübəyə maliksr təşkilatçılarıyla birlikdə ayrı-ayrı ölkələrin və ya sahələrin eləjə də bir çox eksponentlərin ümumi stendlərdən birgə iştirakını tə’min edir. İştirakın bu forması xüsusi maliyyə və vaxt itkisi olmayan sərgi təjrübəsi əldə etməyə imkan verir.

Hazırda bir çox iri sərgilərdə iştirak etmək üçün əvvəljədən ərizə vermək lazım gəlir. Belə ki, yerlər çox zaman tutulur. Ərizələrinqəbulu tədbirin başlanmasından 6-18 ay qabaq başa çatır. Ərizədə lazımi sahə göstərilməli olduğundan eksponatların siyahısına görə təqribi stend konsepsiyası işlənib hazırlanmalıdır.

Qeydiyyatdan keçmək üçün eksponent sərgi təşkilatçısından aşağıdakı sənəd və informasiyanı alır:



  • Ərazinin planı.

  • Pavilyonların planı.

  • Qeydiyyat sənədləri.

  • Xidmət haqqında sənədlər.

  • Stend üçün təklif olunan yerlər.

  • Sərginin keçirilməsi şərtləri.

  • Tə’limat.

Sərgidə iştirak şərtləri haqqında sənəddə sərgiyə buraxılış, stend üçün kirayə haqqı, ödəniş şərtləri, müqavilənin dayandırılması, subeksponatların və əlavə firmaların qeydiyyatı kimi müqavilə şərtləri tənzimlənir.

Sərgidə iştirakdan imtina edilən zaman konkret müddətdən asılı olaraq müxtəlif məbləğlərdə jərimə ödənilir. Tədbirə az qalmış müddətdə imtina zamanı, müəyyən şərtlər daxilində kirayə haqqının bütünlüklə ödənilməsi mümkündür.

Ümumiyyətlə sərgidə iştirakın xərjləri aşağıdakı kimidir. Sərgi təşkilatçısına ödənilən pul məbləği, eksponatlara çəkilən xərjlər, stendin montacı və işinin tə’mini xərjləri, reklam, mətbuat, satışının stimullaşması, personal xərjləri.

Ayrı-ayrı müəssələrdə xərjlərin məbləği müxtəlif ola bilər.



  1. İştiraka görə haqq (stendin kirayəsi) tutulan ərazinin sahəsinə və sifariş edilən stendin növünə görə hesablanır. Bəzi sərgilərdə iştiraka görə haqqın tərkibinə stendin arendasından başqa digər servis xidmətləri və eksponent üçün köməkçi tədbirlərin haqqı da daxildir. Təjrübə göstərir ki, əsas istehsal vasitələri sərgisində iştirak haqqı stendin kirayə haqqının 10 misli həjmində, istehlak malları sərgisində isə 6 misli həcmində ola bilər.

  2. Eksponatlara çəkilən xərjlər sərgi üçün ayrıca nümayiş modelinin hazırlanmasının lazım olub-olmamasından asılıdır. Nəqliyyat xərcləri də ümumi məbləği artırır, ancaq təbii ki, nümayiş modellərini çox dəfələrlə işlətmək mümkündür.

  3. Prinsipçə stendin montaj edilməsi sərginin məqsədlərinə nail olmasına imkan yaratmalıdır. Müxtəlif həcmli xərclər yığılma stendin kirayə haqqından, şəxsi yığılma stendən istifadədən və ya stend konstruksiyasından istifadədən asılıdır.

  4. Köməkçi tədbirlər üçün xərclər istənilən halda planlaşdırılmalıdır. Ən azından ziyarətçiləri cəlb eləmək üçün reklamla (hansı ki, hətta kiçik müəssələr də məqsədyönlü şəkildə məşğul olmalıdırlar.) sərgidə müvəffəqiyyətə əsaslı tə’sir göstərə bilər.

  5. Bu məsrəflərə faktiki və kalkulyasiya xərcləri aiddir, hansı ki, mə’lumatların hazırlanması təşkili və sonrakı e’malına sərf olunur.

Xərclərin ümumi strukturu aşağıdakı diaqramda göstərilib.

Sərgi stendi müəssənin də’vətnaməsi kimi istər ölçü istərsə də təchizinə görə nümayiş olunan mala və müəssənin mahiyyətinə uyğun olmalıdır. Texniki nökteyi-nəzərdən stend qürursuz olmalı və konkret standartlara cavab verməlidir. İlk planda müştəriyə yönəlmiş malın ilkin nümayiş məsələsi durur.

Prinsipcə istənilən stend üçün bir məsələ vacibdir: onun propersiyaları harmonik olmalıdır. Stendin növləri yanaşı stendlərdən münasibətdə yerləşməsinə görə təsnifləşdirir. Sıra stendi variantı kirayə haqqı cəhətdən ən ucuzdur. Digər növlər üçün əlavə haqq lazımdır.

Sıra stendi. Sıra stendi yalnız bir giriş üçün açıqdır. Bu stend digər stendərlə bir sırada olur. onu yalnız giriş zonasından nəzərdən keçirmək olar. Fasadın açıq hissəsinin ölçüsünə görə dar və ya uyğun olaraq geniş və dayaz sıra stendləri fərqləndirilir.

Künc stendi. Künc stendi sıranın sonunda olur. Belə stend adətən iki tərəfdən açıqdır. Girişə və perpendikulyar keçidə iki tərəfli mənzərənin olmasına görə eyni ölçülü künc stendi, sıra stendinə nisbətən daha çox funksionaldır. Künc stendinin kirayə haqqı sıra stendinkindən artıqdır. Künc stendində iki keçidin olması daha çox ziyarətçiyə ümid etməyə imkan verir.

Baş stend. Baş stend sıranın sonunda üç tərəfə açıq olur. keyfiyyət cəhətdən, o, əvvəlki iki stend növünü üstəliyir. Çünki düzgün istifadə zamanı o daha gözəgəlimlidir və elə bil içəri girməyə çağırır.

Blok stend. (və ya təcrid olunmuş stend). Adları çəkilən stend növləri içərisində ən bahalısıdır. Blok-stend hər tərəfdən keçidlə əhatə olunub və digər stendlərdən aralı olduğuna görə ziyarətçilərin diqqətini cəlb edir. Ümumiyyətlə, o, reklamın yüksək keyfiyyətinə görə fərqlənir və nümayiş məqsədləri üçün xüsusi üstünlüyü vardı. Blok-stend tərtibat nökteyi-nəzərdən çox mürəkkəbdir ki, bu da onun motajı və təchizi xərclərinin böyüklüyündə öz əksini tapır.

Açıq meydançada stend. Açıq meydançada stend iri həcmli mallar (məs, bloklar tam komplekt maşın və avadanlıq, hansı ki, iş prosesində nümayiş etdirilir) mallar uçun nəzərdə tutulub. Eksponent açıq səmada danışıqların keçirilməsi üçün bağlı yerlərin hazırlanması ilə də məşğul olmalıdır.

Müasir beynəlxalq sərgi və yarmarkalar onunla fərqlənirlər ki, onlar əlavə tə’sir formaları və vasitələrini tətbiqi üçün geniş imkanlar açırlar. Bu tə’sir formalarından aşağıdakıları qeyd etmək olar:

a) Sərgi və yarmarkalarda arxitektura.

b) Canlı söz və mətn.

v) sərgi və yarmarkalarda qrafika.

q) Fotomaterialları.

d) Kino, videomaterialları.

j) Hərəkət, fəaliyyət.

z) Musiqi, səs.

s) İşıq.


Sərgi və yarmarkalarda arxitektura.

İri sərgi və yarmarkalar planlaşdırılan zaman, bu sahədə fəaliyyət urbanistika problemlərilə bütöv obyektlərin və ya onların komplekslərinin layihələşdirilməsilə yaşıl massivlərin planlaşdırılması və s. ilə toqquşur. Məsələn: Ümumdünya və ya xarici sərgilərdə milli pavilyonun xarici görünüşü diqqəti cəlb etməli və maraq doğurmalıdır. Pavilyon onun xarici görünüşü, müasir konstruktur qərarları və tikinti materialları müəyyən təbliğat funksiyaları yerinə yetirməlidir.

Hər bir arxitektura layihəsini nəzərdən keçirərkən hər şeydən əvvəl onun xidməti rol oynamasına yə’ni məhsulun əsas funksiyaları ilə birlikdə daha yaxşı ekspozisiyasına yardımına diqqət vermək lazımdır. Sərgi və yarmarkaların arxitektura məsələsi yalnız bədii me’yarlar baxımından nəzərdən keçirilə bilməz.

Qrafika. Bu bədii janrın tə’siri müxtəlifdir. Sərgi və yarmarkaların tərtibatında ondan istifadə bilavasitə rəng funksiyası ilə bağlıdır. Rəng müxtəlif funksiyaları yerinə yetirə bilər. Məsələn: əgər o, müvafiq konvensiyaya uyğun tətbiq olunmuşsa; misal üçün mavi-sülh, qırmızı-inkişaf, tünd-yaşıl-kömür və s. Qrafika özünün tam inkişafını və geniş tətbiqini sərginin və mətnlərin tərtibatında tapır. Burada o, müstəsna əhəmiyyət kəsb edir, çünki rəsm və şəkillərin köməyilə böyük effekt almaq olar. Bir qayda olaraq ekspozisiyada qrafikadan – diaqramların, firma nişanlarının, yazı və rəqmlər üçün fonun və xırda deklarasiya elementlərinin yaradılmasında istifadə edilir. Sərgi və yarmarkalarda qrafika informasiya, reklam, təbliğat funksiyalarını yerinə yetirməyə kömək edir. O, emosional tə’sir vasitələrindən biridir.

Söz. Sərgi və yarmarkalarda canlı söz mühüm əhəmiyyət daşıyır. Canlı informasiya istehsal və ticarət mütəxəssislərinin söhbətləri birbaşa əlaqənin bütün üstünlüklərinə malikdir. Şüarlar və yazılar ziyarətçilərin əsas hissəsi üçün informasiya mənbəyi və tə’sir vasitəsidir. O, həmçinin əlavə mə’mulat almaq və alış stimulu yaradır. Sərgi və yarmarkaların xarakterindən asılı olaraq informasiya xüsusi seçilmiş musiqi ilə birlikdə verilməlidir.

Fotoformasiya, fotosurətlər, videofilm daha çox əlavə sənədləşmə və emosional elementlər kimi tə’sir edirlər. Sərgi və yarmarkalarda iri miqyaslı fotoşəkillər tətbiq etmək lazımdır. Fotosurətlərdə müxtəlif sənədlər firma blankları, ekspert blankları və s. təqdim etmək olar. Video filmin əsas funksiyası, məhsulun fəaliyyəti və tətbiqi, texniki və istehsalat proseslərini nümayiş etdirməkdir. Onlar daha çox natura şəklində nümayiş etdirilməyən, misal: zavodlar, ticarət gəmiləri və s. nümunələrin göstərilməsində mühüm rol oynayır.

Səs, hərəkət, işıq. Bütün bu vasitələri başlıca olaraq emosional hissetmə sferasında nəzərdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, onlar müasir və dəb olan sərgi və yarmarka effektlərinə aiddirlər və onların canlı hərəkətləri ziyarətçilərin diqqətini hər şeydən çox cəlb edir. İşıq çox zaman özünün əsas funksiyasından (işıqlandırma, əlavə rəngi də əvəz edir.) Səslərin tətbiqi də geniş yer alır. Musiqi və mətnlə yanaşı səs də müəyyən emosional hisslər oyada və informasiya rolu oynaya bilər.

Sərgi təşkilatçıları hər bir iştirakçıya bütün təşkilati və texniki məsələlərlə konsultasiyalar təklif edir. Onlar sahə birlikləri ilə reallaşmaya müəssələri, satış, reklam və sərgiləri keçirilməsi üzrə mütəxəssislər arasında e’tibarlı kontaktlar yaradır.

Sərgi və yarmarkalar satışa meylli sahibkar siyasətinin həyata keçirilməsi üçün vacib çıxış nöktələri verir. Burada bazarda baş verən proseslər, dəyişmələrin növü və diapazonu və həmçinin gələcək inkişaf tempi aydınlaşır.

Beynəlxalq sərgi və yarmarkaların quruluşu və onların fəaliyyətinin tənzim olunması ilə bir tərəfdən ərazisində sərgi və yarmarkalar keçirilən ölkələrin ticarət və xarici ticarət palataları, nazirlikləri və idarələri, digər tərəfdən isə beynəlxalq təşkilatlar məşğul olurlar. Bu təşkilatlara aşağıdakıları misal göstərmək olar:

Beynəlxalq sərgilər Bürosu-İqamətgahı Parisdə yerləşir.

Beynəlxalq yarmarkalar ittifaqı İqamətgahı Parisdə yerləşir.

Beynəlxalq ticarət palatası Parisdə yerləşir.

BMT-nin Avropa İqtisadi Kommisiyası nəzdində xarici ticarətin inkişafı komitəsinin beynəlxalq yarmarkalar üzrə işçi qrupu.



Beynəlxalq sərgilər bürosu. – 11-12 noyabr 1928-ci ildə Parisdə keçirilmiş beynəlxalq sərgilər haqqında konfrans tərəfindən ticarət – sənaye xarakterli sərgilərin təkmilləşdirilməsi məsələsinə görə konvensiyasının müddəası əsasında təşkil olunmuşdur. Konvensiya 6 hissə 40 maddədən ibarətdir.

Beynəlxalq yarmarkalar ittifaqı yarmarkala-rın təşkili və daxili əməkdaşlığın saxlanması, onlarının hüquqlarının qorunması, fəaliyyət dairəsinin genişləndirilməsi və nəhayət dövlətlərarası əmtəə mübadiləsinə kömək etmək üçün 1925-ci ildə Milan yarmarkasının təşəbbüsü ilə yaradılmışdır. Beynəlxalq yarmarkalar ittifaqı tərkibində 25 ölkənin 65 beynəlxalq yarmarkası fəaliyyət göstərir.

Beynəlxalq ticarət palatası 1920-ci ildə Paris şəhərində keçirilən tə’sis konfransında yaradılıb. Onun təşəbbüskarları 1917-ci ildə «Atlantik-Siti» də keçirilən konfransın iştirakçıları olmuşlurlar. Beynəlxalq ticarət palatasının vəzifələrinə aşağıdakılar daxildir. Dövlətlərarasında iqtisadi münasibətlərin aktual problemlərini müzakirə etmək üçün müxtəlif ölkələrinin işguzar dairələrinin müntəzəm görüşlərinin hazırlanması və keçirilməsi, beynəlxalq ticarətin inkişafına kömək etməyə yönəldimiş müvafiq tövsiyyələrinin işlənib hazırlanması və s.

Ümumiyyətlə beynəlxalq miqyasda beynəlxalq sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi problemi çox mürəkkəbdir və hələ də həll olunmamışdır.


IV


Azərbaycan Respublikasında keçirilən sərgi və yarmarkalar və onların xarici ticarətin genişlənməsində rolu.

Keçmiş SSRİ iqtisadi məkanından Azərbaycana miras qalmış “ölü” iqtisadiyyatı dirçəltmək hazırda Azərbaycan dövlətinin ən ümdə məsələlərindəndir. Bu qısa vaxt intervalında həll oluna bilən məsələ olmayıb, çox çətin və uzun sürən bir prosesdir. Müasir şəraitdə – beynəlmiləlləşmiş iqtisadiyyatın bütün sahələrində “kök saldığı” bir vaxtda xarici iqtisadi əlaqələrsiz mövcud olmaq qeyri-mümkündür. Bildiyimiz kimi iqtisadi əməkdaşlığın müxtəlif formaları vardır. Bu əlaqələrin qurulması təməli kimi sərgi və yarmarkaların rolu çox böyükdür. Azərbaycan Respublikasında da 1990-cı ildən başlayaraq keçirilən Beynəlxalq və regional xarakterli sərgi və yarmarkalar iqtisadiyyatın dirçəlməsinə, müasirləşməsinə, investitsiyaların cəlb olunmasına güclü tə’sir göstərmişdir. Bu sərgi və yarmarkalara aşağıdakıları göstərə bilərik.

1990-cı ilin oktyabr ayında Bakıda keçirilmiş I Beynəlxalq Biznes konqresi respublikamızın xarici ölkələrlə qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrini genişləndirmək, Azərbaycanın dünya iqtisadi birliyinə layiqincə qoşulmasını tə’min etmək məqsədləri daşıyırdı. Konqresdə 40-dan çox ölkənin 500-dən artıq firma və şirkətlərinin nümayəndələri iştirak edirlər. Konqres zamanı dünya biznesmenlərinin çoxsaylı görüşləri, danışıqları, sərgilər, auksionlar keçirilmiş əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.

Konqreslə əlaqədar bir sıra sərgilər, məsələn, respublikanın istehsal və elmi müəssələrinin nailiyyətlərinin sərgisi, kənd təsərrüfatı məhsullarının satış sərgisi, Azərbaycan rəssamlarının sərgi-auksionu keçirilmişdir.

Dünya ölkələri ilə və ilk növbədə qonşu dövlətlərlə möhkəm əlaqələr və qarşılıqlı surətdə faydalı uzunmüddətli əməkdaşlıq olmadan planetimizin xalqları ailəsində lazımi yer tutmaq mümkün deyildir. Cəmiyyətimizin bütün həyat sahələrinin yeniləşdirilməsi, demokratikləşdi-rilmə prosesinin dərinləşməsi Azərbaycan Respublikası ilə digər dövlətlər arsında əlaqələri inkişaf etdirməyə və möhkəmləndirməyə kömək göstərir.

Bakı Biznes konqresindən btr az sonra Bakıda İran İslam respublikasının Şərqi Azərbaycan vilayətlərində istehsal olunan malların sərgisi keçirilmişdir. Birbaşa əlaqələrin üstünlüyü 12-21 noyabr tarixində keçirilmiş sərginin səciyyəvi xarakteri idi. Sərginin təşkilatçıları üçün ilk növbədə işguzar əlaqələr yaratmaqməqsədilə potensial ortaqlarla görüşlər mühüm əhəmiyyət kəsb edirdi. İran sahibkarları isə Bakıya uzunmüddətli əlaqələr yaratmaq arzusu ilə gəlmişdilər. Sərgidə əsasən Təbriz firmalarında istehsal edilən və Azərbaycan uçun maraqlı ola bilən rəqabət qabiliyyətli mallar, o cümlədən yüngül və ağır sənaye, kimya və maşınqayırma sənayesi məhsulları, kənd təsərrüfatı texnikası, neft və elektrotexnika avadanlığı, ərzaq məhsulları və bir çox başqa mə’mulatlar nümayiş etdirilmişdir.

Ümumiyyətlə son illərdə Azərbaycanda müntəzəm sərgilərin təşkil olunması təbii hal almışdır. Belə sərgilərdən 1994-cü ilin 28-28 mayında respublika paytaxtında açılmış Xəzərdə neft-qaz hasilatına dair I Beynəlxalq sərgini göstərmək olar. Sərginin təşkilatçıları Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» şirkəti və Azərbaycan Ticarət sənaye palatası idi. Sərgidə neft hasilatı və neft-mə’dən avadanlığı istehsalı ilə məşğul olan 150-yədək şirkət, o cümlədən, Azərbaycan şirkətləri iştirak edirdilər.

1995-ci il mayın 23-də Bakıda açılan «Xəzərneft-qaz 95» II Beynəlxalq sərgi-konfransda müxtəlif ölkələrin neft sənayesi sahəsində uğurları və nailiyyətləri təqdim olunmuşdur. Bir dəfə də sərginin təşkilatçıları Britaniyanın «Spiahed Ekzibişnz LTD» şirkəti və Azərbaycannın Ticarət-sənaye-palatası olmuşdur. Bakı idman sərgi kompleksində təşkil olunmuş bu sərgidə dünyanın 20 ölkəsinin, o cümlədən, Azərbaycanın neft və qaz hasilatı ilə, neft avadanlığı istehsalı və sərgi xidməti ilə məşğul olan 165 şirkət və firması iştirak etmişlər.

1995-ci il 20 sentyabrda Bakıda daha bir sərgi «hər şey insan üçün» mövzusunda I Azərbaycan beynəlxalq ticarət sərgisi açılmışdır. Sərginin təşkilatçıları Britaniyanın «İnterneyşnl Treyd ənd Ekzibişnz LTD» firması və Azərbaycan Ticarət-sənaye palatası idi.

Sərgidə 18 ölkənin 80 şirkəti və firması iştirak etmişdir. Bunlardan «Simens», «Samsunq», «Nestle», «Boş» və digər iri və bütün dünyada tanınmış şirkətlər sərgidə geniş çeşiddə məişət texnikası, istehlakmalları və s. nümayiş etdirmişlər.

«Bakmil», «Sənayecihaz», «Azərxalqa» müəssələrinin, «Xalq üçün mallar» konserninin mə’mulatları respublikanın kənd təsərrüfatı məhsulları da sərgidə geniş təmsil olunmuşdular.

3 sentyabr 1996-cı ildə keçirilmiş I Azərb beynəlxalq ticarət sərgisində 25 ölkənin 100-dən çox şirkəti iştirak etmişdir.

1996-cı il 4 iyunda açılan «Xəzər neftqaz 96» III Beynəlxalq sərgisində 20 ölkənin 50-dən çox şirkəti iştirak etmişdir. Sərgidə neft və qaz istehsalı sahəsində nailliyyətlər nümayiş etdirilmişdir.

1997-ci il aprelin 29-da Bakının idman-sərgi kompleksində daha bir sərgi «Dubai-Ekspo-Bakı» sərgisi açılmışdır. Sərgi Dubay hökümətinin turizm və kommersiya marketingi departamenti və Azərb Ticarət-sənaye palatası tərəfindən təşkil olunmuşdur. Sərginin təşkilində əsas məqsəd Azərbaycan ilə Dubay arasında ikitərəfli əlaqələrin genişlənməsi ilə yanaşı birgə istehsalın təşkilində sərmayələr cəlb olunması idi. Sərgidə geniş çeşidli mallar: o cümlədən məişət texnikası, kompüterlər, telekommunikasiya avadanlığı, tibb preparatları, xalq istehlakı malları, kimyəvi maddələr avtomaşılar üçün ehtiyyat hissələri ofis avadanlığı nümayiş etdirilmişdir. Sərgidəki bir çox mallar bütün dünyada məşğur olan ticarət markalarını daşıyırdı. Çünki bu mə’mulatları nümayiş etdirən Dubay şirkətləri btr sıra məşhur beynəlxalq korperasiya və firmalar məsələn: «Ci-Bi-Si", «Şarp», «DEU», «Brezers», «Nina», «Hitaçi», «Akay» və başqalarının törəmə müəssələridir. Məhz buna görə də sərgi «Dünyada hər şeyin ə’lası» devizi ilə keçirilirdi. Sərgi aprelin 2-nə kimi fəaliyyət göstərmişdir.

Azərbaycanda neft istehsalı sahəsində sərgilərin təşkili geniş vü’sət almışdır. 1997-ci il iyunun 3-dən 6-naqilinin kimi IV beynəlxalq «Xəzərneftqaz 97» sərgi və konfransı fəaliyyət göstərilmişdir. Sərginin təşkilatçıları Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» və Azərbaycan Ticarət-sənaye-palatası idi. Burada ölkələrin geniş təmsil olunması bu tədbirin dünya neft-qaz sahəsində mühüm hadisə olduğuna sübutdur. Sərgidə ABŞ-ın «Amoko», «Eksson» Fransanın «Elf Akiten», «Total» İtaliyanın «Eni», Almaniyanın «Demineks» Rusiyanın «Luk-oyl» Böyük Britaniyanın «Bi-Pi», «Statoyl» ABŞ-ın «Mobil», Almaniyanın «Simens» Norveçin «Pi-Ci-ES Tayqress» geofizika şirkəti Azərbaycandan «Azərbaycan Elektronikası» (AZEL) «Azneftkimyamaş» Dövlət şirkəti iştirak etmişdir.

Sentyabrın 3-dən 6-naqilinin kimi Bakıda idman və sərgi kompleksində III Azərbaycan Beynəlxalq Ticarət sərgisi fəaliyyət göstərmişdir. Sərginin təşkilatçıları Azərbaycan-Ticarət-sənaye palatası və Böyük Britaniyanın «İnterneyşnl Treyd Ekzibişnz» şirkəti, sponsorları Kanadanın «Komputeke», Amerikanın «Pepsi-kola» şirkətiləri və «Azərbaycan hava yolları» Dövlət konserni olmuşdur. Sərgidə ərzaq məhsulları, istehlak malları, kompüterlər, telekommunikasiya avadanlığı və tikinti materialları nümayiş etdirilir. Sərginin keçirilməsində məqsəd Azərbaycan respublikası ilə xarici ölkələr arsında ticarət iqtisadi əlaqələrin genişləndirmək, respublikamıza xarici sərmayələri və qabaqcıl texnologiyanı cəlb etmək və bunun əsasında ölkəmizdə yüksək keyfiyyətli malların istehsalına nail olmaqdır. Başlıca məqsəd isə Azərbaycanı yüksək inkişaf etmiş dünya iqtisadiyyatına tam bağlanmış birölkəyə çevirməkdir. Sərgidə 20 ölkənin 80-dan artıq şirkəti iştirak etmiş və onların arasında xarici şirkətilərlə rəqabət apara biləcək yerli istehsalçılar da olmuşdur.

Göstərilən sərgilərdən başqa Azərbaycanda 1997-ci ildə 14-18 may tarixində, «FUARçılıq» şirkəti və Ticarət-sənaye palatası təşkilatçısı ilə «Türkiyə istehlak malları sərgisi» 14-17 iyun tarixində Böyük Britaniyanın «Spiahed Ekzibişnz LTD» və Ticarət-sənaye palatasının təşkilatçısı ilə kənd təsərrüfatı sərgisi 25 iyun-10 iyul tarixində Dubay şirkətlərinin sərgisi 20-24 oktyabr tarixidə I Beynəlxalq «infrasturuktura» sərgiləri keçirilmişdir. Bu cür sərgilərin Azərbaycanda keçirilməsi respublikamızın nüfuzu şirkətlər tərəfindən «əlverişli iqtisadi məkan» kimi tanınmasına müsbət tə’sir göstərməklə xarici sərmayə dərların cəlb olunmasına güclü tə’ sir edir. Xarici ekspertlərin fikrincə bir neçə ildən sonra Bakı Beynəlxalq sərgisi hər il Şotlandiyada keçirilən dünyada ən böyük «Avropa sərgisi» səviyyəsinə çatacaqdır.

Nəticə və təkliflər.

Kurs işindən göründüyü kimi, sərgi və yarmarkaların Azərbayjanda gedən iqtisadi proseslərə tə’siri çox böyükdür. Bu bir neçə istiqamətdə təhlil edilə bilər:

I Xariji iş adamlarının jəlb olunması.

II Qabaqjıl texnoloqiyanın tətbiqi.

III Sənaye mədəniyyətinin gətirilməsi.

Göstərdiyimiz bu istiqamətlər hazırda Azərbayjan iqtisadiyyatında mühüm problemlər şəklində özünü biruzə verir. Belə ki, Azərbayjan kimi əlverişli iqtisadi şəraitə malik bir ölkənin geridə qalmış ölkə səviyyəsində inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq üçün bu üç məsələ mütləq həll olunmalıdır. Bütün bunlara sərgi və yarmarkaların keçirilməsi vasitəsilə daha tez nail olmaq olar.

Ümumiyyətlə son dövrlərdə Azərbayjanda sərgi və yarmarkaların keçirilməsi səviyyəsi və miqyası qənaətbəxşdir. Lakin çatışmamazlıqlar da vardır. Kurs işinin IV hissəsində 1990-1997-ji illərdə Azərbayjanda keçirilən sərgilər haqqında mə’lumat verilmişdir. Bu mə’lumatlardan göründüyü kimi Azərbayjanda keçirilən sərgilər arasında «Xəzərneftqaz» fərqlənir. Bu da təsadüfi deyil. Belə ki, Azərbayjanda neft-qaz asilatına marağın artması məhz bu sahədə keçirilən sərgilərin daha geniş və tez-tez təşkil olunmasına səbəb olmuşdur. Kurs işində göstərilən mə’mulatları və bu mövzuda apardığım tədqiqatları nəzərə alaraq Azərbayjanda sərgi yarmarkaların təşkilinin daha da təkmilləşdirilməsi yolları kimi göstərmək olar:


  1. Azərbayjanda keçirilən sərgi və yarmarkalar yalnız neft-qaz sahəsində deyil, digər sahələrdə də geniş vüs’ət almalı və böyük aksiyaya çevrilməlidir.

  2. Sərgilərin təşkilində yerli istehsalçıların iştirakına xüsusi diqqət verilməli və həvəsdirilməlidir.

  3. Xariji dövlətlərdə Azərbayjan mallarının sərgi və yarmarkaların təşkil olunmalıdır.

  4. Xarijdə keçirilən beynəlxalq sərgilərdə iştirak üçün yerli istehsalçılar arasında müsabiqə keçirilməli və qaliblərə Azərbayjanı təmsil eləməyə kömək edtlməsidir.

  5. Azərbayjandan və xarijdə keçirilən sərgi və yarmarkalarda Azərbayjan iqtisadiyyatı haqqında dolğun təsəvvür yaratmaq və xariji iş adamlarını maraqlandırmaq üçün əlavə seminarlar, konfranslar keçirilmədir.

Ədəbiyyat siyahısı


  1. «Uspeşnoe uçastie v vıstavkax»

İzd: UAMA 1994

2. «Marketinq i Mejdunarodnoe kommerçeskoe delo»

Qerçikova İ.N. 1990

3. «Problemı orqanizaüii vneşney torqovli kapitalistiçeskix i razvivaöhixsə stran»

Avtor: kollektv 1987

4. Zavğəlov P.S. V.E. Demidov

«Formula uspexa: Marketinq/sto voprosov-sto otvetov o tom, kak gffektivno deystvovatğ naqilinin vneşnem rınke»

5. F.Kotler

«Marketinqin əsasları»

6. «Xalq» qəzeti 1990-jı il 24 oktyabr

«_____________» 1994-jü il 25 may

«_____________» 1995-ji il 24 may

«_____________» 1995-ji il 22 sentyabr

«_____________» 1996-jı il 4 sentyabr

7. «Azərbayjan» qəzeti 1997-ji il 2 may

«_____________» 1997-ji il 4 iyun



«_____________» 1997-ji il 4 sentyabr

«_____________» 1997-ji il 15 may


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə