United Nations Children’s Fund Azerbaijan Country Office




Yüklə 14.53 Kb.
tarix20.04.2016
ölçüsü14.53 Kb.


United Nations Children’s Fund

Azerbaijan Country Office

3, UN 50th Anniversary

Baku, Azerbaijan AZ 1001

Telephone 994-12 492 17 82

994-12 492 30 13

Facsimile 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org



Birləşmis Millətlər Uşaq Fondu

Azərbaycan Nümayəndəliyi

3, BMT-nin 50 illiyi küçəsi

Bakı, Azərbaycan AZ 1001

Telefon 994-12 492 17 82

994-12 492 30 13

Faks 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org






UNİCEF müharibədən zərər çəkmiş uşaqlar üçün yay düşərgələrinin təşkilini dəstəkləyir
Bakı, 25 iyul 2005 – UNİCEF-in dəstəyilə Goranboy rayonunda təxminən 120 nəfərdən ibarət oğlan və qızlar üçün istirahət və əyləncə baxımından müxtəlif fəaliyyətləri özündə əks etdirən yay düşərgəsi bu həftədən etibarən öz işinə başlayır. Yay düşərgəsinin iştirakçıları mina təhlükəsinə məruz qalmış cəbhəyanı bölgələrdən olan mina qurbanı uşaqlar və məcburi köçkün ailələri də daxil olmaqla ailəsində mina qurbanı olan ailələrin uşaqlarından ibarətdir.
İyul ayının axırı və sentyabr ayı arasında Goranboy rayonu ərazisindəki internat məktəbində həyata keçirilməsi nəzərdə tutulan 2 yay düşərgəsi müharibədən zərər çəkmiş uşaqların sosial ünsiyyət bacarıqlarını yaxşılaşdırmaları və mina təhlükəsi haqda məlumat ala bilmələri üçün imkan yaradacaq və eyni zamanda onların cəmiyyətə integrasiyalarına kömək edəcəkdir.
“Minalar hətta müharibə başa çatandan sonra da ayırıb-seçmədən günahsız insanlara zərər verən dəhşətli bir silahdır.” UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri xanım Hanaa Singer deyir. “Bu yay düşərgələrini müharibədən zərər çəkmiş uşaqlar üçün təhlükəsiz və yararlı bir mühitdə oynamaq, əylənmək, fikirlərini, qorxularını, ümidlərini və arzularını ifadə etmək imkanlarını yaradaraq onalrın aldıqları psixoloji zərbəni müəyyən şəkildə sağaltmaq məqsədi güdür”.
Hər düşərgə 60 nəfər uşaqdan ibarət olub, birincisi 25-i iyuldan 3 avqust və ikincisi 29 avqustdan 7 sentyabr tarixinədək olan müddəti əhatə edəcək. Yay düşərgələrinin iştirakçıları ANAMA-nın Azərbaycanda Mina Qurbanlarının Ehtiyaclarının Öyrənilməsi üzrə apardığı sorğunun nəticəsində müəyyən edilmişlər.
ANAMA-nın minalar üzrə proqramını mina qurbanlarına yardım baxımından dəstəkləyəcək düşərgələr ANAMA, Gənclər, İdman və Turizm Nazirliyi. İnkişaf Naminə Təşəbbüs, Azərbaycan Uşaq Təşkilatı və Rayt to Pley təşkilatları ilə birgə əməkdaşlıq halında həyata keçirilir.
ANAMA-nın təqdim etdiyi sorğuya əsasən hal-hazırda 1883 nəfərdən ibarət mina qurbanlarının 22-si uşaqlardan (0-18 yaşlı) ibarətdir və tərkibində mina qurbanı olan uşaqlı ailələrin sayı isə 400-ə çatır.

###

UNICEF dünyanın 157 ölkə və ərazilərində fəaliyyət göstərir. Onun proqramları təhsil, səhiyyə, su təchizati və sanitariya və uşaqların müdafiəsi kimi sahələri əhatə edir. UNICEF həmçinin hökumətlə uşaq haqlarının müdafiəsi və irəli sürülməsi və uşaqların gələcək həyatlarında qərar vermək hüquqlarının olacağına zəmanət vermək üçün daxili siyasəti, büdcə ayırmaları və proqramların işlənib hazırlanmasını təbliğ edir.



Əlavə məlumat üçün əlaqə saxlayın:

Ayna Mollazadə, Media və İctimai Əlaqələr üzrə Məsul İşçi


Tel: 99412 492 3013

Faks: 99412 492 2468



E-poçt: amollazade@unicef.org



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə