Ümummilli Lider Heydər Əliyevin




Yüklə 0.72 Mb.
səhifə4/7
tarix22.02.2016
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7

Ağaverdi XƏLİL

filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutunda “Mərasim folkloru” şöbəsinin müdiri
HEYDƏR ƏLİYEV VƏ MƏRASİM MƏDƏNİYYƏTİMİZ
İctimai-mədəni həyatımızın elə sahəsi yoxdur ki, ora­da Hey­dər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəti­cə­ləri ay­dın şəkildə görünməsin. Belə sahələrdən biri də Ümum­milli Li­derin mərasim mədəniyyəti sahəsindəki fəa­liy­yəti­dir.

Əlbəttə, mərasim kifayət qədər geniş bir sahədir və onun praktik aspektləri ilə yanaşı, nəzəri məsələləri də möv­cud­dur. Bir çox mərasimlərin əski tarixi-mədəni kök­ləri vardır və zamanla bir sıra dəyişikliklərə məruz qa­laraq günü­müzə qədər gəlib çatmışdır. Mərasimlərin digər bir his­­səsi isə yeni dövrlə bağlıdır. Müstəqil dövlətçilik döv­rü­nün də mərasim mədəniyyəti möv­cud­dur və bu məqam da­ha çox qlobal inteqrasiya prosesləri içə­ri­sində gerçək­ləş­məkdədir.

Mərasim etnik-mədəni davranışın mühüm bir tərkib his­sə­si olaraq, milli mədəniyyətin təməllərindən birini təşkil edir. Çün­ki mərasim davranışı fərqli bir davranışdır və bu davranışda mil­lət rəsmən özünü mikro dövlətçilik mode­lində təsdiq etmiş olur. Ona görə də mərasim mədəniyyəti dövlət anlayışı və millət dav­ranışı üçün mühüm əhəmiyyət daşıyır. Çünki dövlət təşkil olun­muş idarəçilik, millət təşkil olunmuş xalqdır; hər ikisində mü­təşəkkillik mühüm prin­sipdir. Mə­rasim insanları mütəşək­kil­lik mədəniyyətinə alış­dırır və ictimai mədəniyyətin əsaslarını möh­kəm­lən­dirir.

Xüsusilə, polietnik və polikonfessional cəmiyyətlərdə mə­ra­­sim ictimai birliyin, milli həmrəyliyin və sosial har­mo­ni­yanın mənəvi əsaslarının möhkəmləndirilməsində ak­tiv iştirak edir. Çünki sosial davranışın məzmununa məra­sim mə­nəvi dəyər kon­sep­ti kimi daxil olur və onu daxildən zən­gin­ləşdirir, eyni za­man­da tolerantlığın güclən­məsini tə­min edir. Burada müx­təliflik bü­tün formaları ilə vahid məcraya gəlir və ümumi bir axara çev­ri­lir. Müxtəlif etnik qruplar, müxtəlif dini görüşlər vahid mərasim mə­dəniyyəti içində birləşir və eyni davranışın daşıyıcısına çevri­lir­lər.

İctimai davranış mərasimdən kənarda adiləşir və onu bir bü­tövə çevirən mənəvi nüvənin cazibəsindən uzaqlaşır. Ona gö­rə də intensiv olaraq cəmiyyətin mərasimdən keç­mə­­si, cəmiy­yət­də­ki müxtəlif qrupları birləşdirən sakral ener­ji ilə zənginləş­məsi vacib sayılır. Burada sakrallaşma ar­xa­­ik ritualın tam eynisi ol­masa da, müasir dövrün məra­sim mədə­niyyəti də mənəvi də­yər konseptlərinin aktivləş­dirilməsi ilə birləşdirici və ümumi­ləş­di­rici rol oynamaq­da­dır. Bu baxım­dan müasir dövrün məra­sim­ləri də sosial­laş­ma və ya sosial­laş­dırma prosesində aktiv iştirak edir və cə­miy­yətdəki müx­təlif qrupları vahid mənəvi dəyərlər ət­rafında birləşdirmək üçün mühüm vəzifələri yerinə yetirir.

Mərasimin mədəniyyətdəki yerini, rolunu və dəyərini də­rindən bilən Ümummilli Lider Heydər Əliyev mərasim mə­­də­niyyətinə xüsusi diqqət edirdi. Mərasim mədəniyyə­tini təşkil edən və onun fasiləsizliyini təmin edən əsas kom­po­nentlər və proses Ümummilli Liderin ifadəsilə belə xa­rak­terizə olunur: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mə­nəvi və di­ni də­yər­ləri var. Biz öz milli-mənəvi dəyər­lə­ri­miz­lə fəxr edi­rik. Bi­­zim xalqımız yüz illərlə, min illərlə adət-ənənə­lə­ri­­mizi, mil­li-mənəvi dəyərlərimizi yaradıblar və bun­lar indi bizim mənə­viy­yatımızı təşkil edən amillərdən­dir” (Nəbiyev A. Milli təəssübkeşlik, yoxsa erməni saxtakarlığı. Bakı, Döv­lət Universiteti nəşriyyatı, 2003, s. 6-7). Burada ənə­­nə­vi mədə­niy­yətin, ənənənin və milli varisliyin rolu diqqətdə saxlanılır.

“Milli mədəniyyətin və milli mənlik şüurunun inkişaf qa­nu­na­uyğunluqlarından biri mənəvi irsin varisliyidir. Mə­lum ol­duğu kimi, mədəniyyət insanların maddi və mənəvi fəaliyyə­tinin nəticələrində təcəssümünü tapmış sosial təcrü­bə­dir. Bu isə, birincisi, o deməkdir ki, burada bu və ya di­gər xalq, millət təm­sil olunur, deməli, onların dünya və ət­raf mü­hi­ti dərk etməsi, xal­­qın ideya-psixoloji baxışları eh­ti­va edilir. İkincisi, mənəvi irs tək­cə insanların təcrübəsi, bi­­likləri və fəaliyyətini deyil, həm də xal­qın tarixi yaddaşı­nı, onun dərk olunmuş mənafelərini və məq­sədlərini əhatə edir. Xalqı vəhdətdə birləşdirən bu subyektiv amil­lər onun mil­li inki­şafının mühüm müqəddəm şərtləridir. Bu mə­nada Və­tən ama­lından söhbət gedərkən milli mədəniyyət və mil­li mən­lik şüuru, milli təfəkkürün mental xüsusiyyətləri nə­zərə alın­malıdır. Bu ideya Heydər Əliyevin fəlsəfəsində mühüm və gərəkli metodoloji təhlil mexanizmi kimi çıxış edir” (Cəfə­rov N. Azərbaycanşünaslığa giriş. B., AzAtaM, 2002, s. 110).

Milli köklərə bağlılıq milli xüsusiyyətlərin və milli adət­lə­rin qorunması ilə mümkün olur. “İnsan gərək heç vaxt öz milli kö­künü, torpağını, vətənini, öz dilini unutma­sın. Öz dilini yad­dan çıxarmasın. Öz milli-mənəvi ənənə­lə­ri­ni unut­ma­­sın. Özü də bir var ki, onu unutmuram, mənim xati­rim­dədir, hafizəm­dədir, bəli, bu, mənim millətimin xüsusiyyəti­dir, millətimin bu adəti var, bir də var ki, onu yaşatsın”. Heydər Əliyev üçün əsas məq­səd­lərdən və milli-mənəvi hə­dəf­lər­dən ən başlıcası həmrəy­lik mə­sələsi olmuş­dur. Ona görə də o deyirdi ki, “azərbaycan­lılar həm­rəy olsunlar, bir-bi­rinə dayaq olsunlar, bir-birinə yardım etsin­lər, bir-birinin dər­dinə yansınlar və bizim milli adət-ənənə­lə­rimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayram­la­rı­mızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Nov­­­ruz bay­ra­mını de­yil, bütün başqa bayramları da qeyd etsin­lər”. Bütün bu mə­ra­­sim mədəniyyətinin zənginliyi cəmiy­yətdə mənəvi sağ­lam­lıq yaradan vasitə kimi diqqətə çatdırılır.

“Mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın mil­­li-mə­nəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsr­lər boyu xal­qı­mızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, bö­­yü­düb, yaşa­dıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mə­nə­­vi ənənə­lərimiz, dəyərlərimiz daim ən yüksək mənə­viy­yatı əks etdiribdir. Biz çalış­malıyıq ki, bu mənəvi dəyər­lə­rə hə­mi­şə sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olma­lı­dır, mil­li kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim o kökü­müz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik” (Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Hey­dər Əliyev və milli mənəvi dəyər­ləri­miz. Bakı, Sə­da, 2003, s. 52-70, Əkbərov R. Heydər Əliyev və Niza­mi Gəncəvi irsi // Heydər Əliyev və milli-mənəvi dəyər­lərimiz. Bakı, Səda, 2003, s.12-19, 40).

N.Cəfərov Heydər Əliyev haqqında yazdığı çoxsaylı əsərlə­rin­dən birində yazır: “Heydər Əliyev tamamilə doğru ola­raq gös­tə­rir ki, Azərbaycan mədəniyyətinin tarixi özü­nə­­məx­sus (milli!) əla­mət­lərlə ümumbəşəri əlamətlərin dialek­ti­ka­sı­nın qarşılıqlı əlaqəsi­ni nümayiş etdirir. Və Azərbay­can xalqının ti­po­logiyası, bizə mə­lum olan mədəniyyəti göstərir ki, o, içinə qapılmış, özünü dünya­dan təcrid etmiş bir xalqın mədəniyyəti deyildir. Azərbaycan mədə­niy­­yəti həmişə dün­ya­ya açıq bir xalqın mədəniyyəti olmuşdur” (Cə­fə­rov N. Azər­baycanşünaslığa giriş. Bakı, AzAtaM, 2002).

Heydər Əliyevin ideoloji konsepsiyası biri-birini ta­mam­­la­yan sistemlər şəklində idi. Ölkə içində əsas milli ideo­loji xətt azər­baycançılıq seçilmişdi. Qeyd edim ki, bu ideo­lo­giyanın mü­kəm­məl əsasları vardır. Hələ XX əsrin əvvəllə­rində Əli bəy Hü­seynzadə, Məmməd Əmin Rəsul­zadə, Mir­zə Bala Məmməd­zadə ki­mi böyük milli ideoloq­la­rın əsərlə­rində və ictimai-siyasi fə­a­liy­­yətlərində bu ideo­lo­giya mü­kəm­məl şəkildə işlənib hazır­lan­mış­dı. Özündə türkçü­lüyü, çağdaş­laş­ma­nı və islamı bir­ləş­dirən Azər­bay­can milli ideo­lo­giyası çağ­daş demokratik dəyərlərə söy­kə­­nir­di. Heydər Əliyev Azər­baycan tarixini, onun mədəniyyət və mənəviyyat resurslarını dərindən bilən bir şəx­siyyət idi. Ona gö­rə də mənəvi qurucu­luq işini mükəmməl təşkil et­mək üçün və­təndaş həmrəyliyinə aparan ən qısa yolu – azər­bay­cançılığı seç­di (Cəfərli M. Heydər Əliyev: xalqın güvənc yeri və milli if­ti­xa­rı // Heydər Əliyev və milli-mənəvi dəyər­lə­ri­miz. Bakı, Səda, 2003, s. 20-24).

“Mədəni toplumun tarixi təsdiqi və milli özünüdərk pro­sesi, tarixin inkişaf stixiyasında obyektiv zərurət kimi han­­­sı mədəni-tarixi formada ifadə olunması və tarixin gedi­şa­­tını hansı istiqa­mət­lərdə müəyyənləşdirməsi yaran­mış ta­ri­xi şərait­dən asılıdır. Müx­təlif zaman və məkanlarda yara­nan ta­rixi şəraitlərdə vahid bir substansiyaya – mənəvi baş­lan­ğı­ca malik xalqlar yaratdıqları mədə­niyyətin bətnin­də ya­şa­yan azad­lıq, müstəqillik idealının ən yük­sək sosial-siya­si təza­hü­rü olan milli dövlət quruculuğu uğ­run­da müba­rizəyə atılır və baş vermiş ictimai-siyasi hadisələrin axa­­rın­da xalqın əsr­lər­dən keçib gələn intel­lektinin üzə çıxması və mis­li görün­mə­miş bəşəri dühaların mey­dana gəlməsi üçün şəra­­it yara­nır” (Kərimov M. Heydər Əliyev fenomeni // Milli Elm­lər Aka­­de­miyası bizim milli sərvə­timizdir – onu qoruyub sax­la­malıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s. 8-46, s. 8). Belə bir şəraitdə Heydər Əliyev Azər­bay­can tarixinin müasir döv­rünə daxil olur və onun gedişa­tını xalqın xeyrinə olan məq­sədyönlü bir məcraya yönəlt­mə­yə nail olur.

Ümummilli Liderin müxtəlif mərasimlərdə, görüş­lərdə və başqa tədbirlərdə etdiyi çıxışlar, söylədiyi nitqlər, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siyasəti mükəm­məl konseptual əsaslara malikdir; onun stra­te­giyası və taktikası mövcuddur.

Müqəddəs dəyərlərin qorunmasında dini bayramların ro­lu­nu dəqiq müəyyənləşdirən Heydər Əliyev Qurban bay­ra­mının mənəvi dünyamızdakı yerini aydınlaşdırır: “Ulu baba­lardan, Həzrəti Məhəmməd peyğəmbərdən qal­mış mü­qəd­­dəs kitabımız “Qurani-Kərim” tərəfindən tövsiyə olun­muş Qur­ban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və belə­liklə, Azərbaycan xalqının həm müstəqil­liyini, həm mil­li azad­lı­ğını, həm də öz tari­xi ənənələrinə sadiq oldu­ğu­nu bütün dün­yaya bir daha nü­mayiş etdiririk” (Əliyev R. Heydər Əliyev, din və mənəvi dəyər­lər. Bakı, İrşad, 1998, s. 18).

Ulu Öndərin mərasim mədəniyyətimizlə bağlı geniş və strateji xarakterli fəaliyyətinin dörd mühüm istiqamətini qeyd etmək olar:


  1. Mərasimlərin bərpası. Məlumdur ki, bizim müs­tə­qil­li­yi­mizi itirdiyimiz dövrdə mərasim mədəniy­yətimiz ağır itkilərə mə­ruz qalmışdır. Müstəqil dövlət olmayanda rəs­mi təsisatlar və rəs­mi mədəni institutlar da olmur. Çünki bu idarə olunan bir me­xa­nizmdir. Adətlər şəklində icra olu­nan məra­simlər isə öz miq­ya­sına və təntənəsinə görə məh­dud çevrəni əhatə edir. Başqa de­yi­­lişlə, el bayramları ev bay­ram­ları şəklində qeyd olunur. Bun­­la­rı biz yaxın keç­mi­şi­mizdə görmüşük. Heydər Əli­yevin mərasim mədəniy­yə­ti­mi­zə ver­diyi töhfələrdən biri milli mərasimlərimizin bər­pa­sı­dır. Əl­bəttə, bu bərpa məsələsi kifayət qədər mürəkkəbdir və uzun bir prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvi­mi və rəqəmləri rəsmiləşdirməsi bu prosesin başlan­ma­sı üçün va­cib olan yaşıl işığı yandırmış olur.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. 1970-1980-ci illərdə toylar aşıqsız, yaslar mollasız olma­yıb. Milli (məsələn, Novruz bayramı) və dini bay­ram­lar (məsə­lən, Ra­ma­zan, Qurban) dünyəvi bayramlarla (məsə­lən, Yeni il, 8 Mart Qadınlar bayramı, 1 May Zəhmət­keş­lərin həm­rəylik gü­nü və s.) eyni mütəşəkkillikdə qeyd olunub. Am­ma Sovet bay­ramları (7 Noyabr İnqilab günü, 23 Fev­ral Ordu günü, Konstitusiya günü və s.) xüsusi olaraq rəsmi sə­viy­­yədə geniş təş­kil olunmurdu və bir növ simvolik xa­rak­ter daşı­yırdı. Moskvaya həmin günün Azər­bay­canda da qeyd olun­du­ğu haq­qında məlumat göndərmək üçün bu da kifa­yət edirdi.

2. Mərasim yaradıcılığı. Heydər Əliyev mərasim mə­­də­niyyətinin bərpası ilə yanaşı bu mədəniyyəti daha da in­kişaf etdirmiş, onu yeni-yeni mərasim formaları ilə zən­gin­ləş­dir­mişdir. Sovet dönəmində tarla düşərgələrində ke­çi­ri­lən “Məhsul bayramları” insanları yeni-yeni əmək qə­lə­bə­lə­rinə ruhlandırırdı. Belə mərasimlər yüksək təntənə ilə qeyd olun­du­ğundan in­sanların həyatına nikbin ovqat gəti­rir və onların ruhi-mənəvi durumuna pozitiv təsir gös­tər­miş olurdu.

Heydər Əliyevin xüsusi diqqət verdiyi sahələrdən biri pe­şə bay­ramları idi. O istəyirdi ki, hər bir peşə züm­rəsinin öz bayra­mı ol­sun və onlar bu günü həmrəylik nümayiş etdi­rə­rək birgə ke­­çir­sinlər. Belə bayramların artıq bir hissəsi (mə­sələn, müəllim gü­nü, həkim günü və s.) cəmiy­yətdə otu­ruşub və müntəzəm xa­rak­ter alıb.



3. Mərasimlərin təşkili. Heydər Əliyev həm Respub­lika rəh­bəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yüksək səviyyədə təşkil edirdi. Ümumxalq bayramları və peşə bayram­larının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilini daha mütə­şək­kil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki döv­lət başçısının bayram mərasimində iştirakı onun ən yük­sək səviyyədə hazırlanması üçün kifayət edirdi.

Ümummilli Lider Heydər Əliyev bədnam qonşuların işğalı nəticəsində yurd-yuvasını itirmiş qaçqın və didərgin vətəndaş­ları­­mızın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasim­lərində iştirak edirdi. Və bu iştirakı ilə həmin insanlara sonsuz sevinc bəxş edirdi. Onun diqqətindən heç nə yayınmır, heç kim unudulmurdu. Ayrı-ayrı el sənətkar­larını birbaşa qəbul edir, on­ların ad günlərini təbrik edir, xidməti olanları müntəzəm olaraq orden və medallarla təltif edirdi. Belə həssas diqqəti və qayğını görən hər kəs indi onun haqqında həyəcansız danışa bilmir.



4. Mərasim davranışı. Heydər Əliyevin mərasim mə­də­niyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun məra­sim hə­rə­kət­lə­ri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söy­lədiyi hər kəl­mə nümunəvidir, böyük və zəngin bir mək­təbdir. Bu, bizim mə­rasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlət­çilik mədəniy­yə­tinin mə­rasimi əsaslarının for­ma­laşmasında Heydər Əli­ye­vin misilsiz xidmətləri vardır. Rəs­mi dövlət mərasim­lə­ri­nin təşkili ilə ya­naşı bu mərasimdə işti­rakın ən mükəmməl rəs­mi nümu­nəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsas­larını müəy­­yən­ləşdirdi.

Ümummilli Liderin müxtəlif mərasimlərdə, görüş­lər­də və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, ver­diyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən ay­dın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siya­səti mükəm­məl konseptual əsaslara malikdir; onun strategi­yası və taktikası mövcuddur. Onun milli-mənəvi qu­ru­culuq siyasəti azərbay­cançılıq ideologiyasına əsaslanır. Azərbay­can vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideolo­giyamızın təməl prinsiplərinə mil­li-mənə­vi dəyərlə­rimi­zi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adətlərə, məra­simlərə və dini bay­ram­lara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haq­qındakı mülahizələrini belə aydınlaşdırırdı:

“Qurban bayramı İslam aləminin bizə yadigar qoy­du­ğu mü­qəddəs bayramdır. Bu bayramı dünyada bütün mü­səl­­manlar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adət­ləri­mizi, dinimizi, mə­dəniyyətimizi bərpa etmişik. Azər­bay­can xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahi­bi­dir. Ulu babalardan, Həzrəti Mə­həmməd peyğəmbər­dən qal­mış mü­qəd­dəs kitabımız “Qurani-Kə­rim” tərəfindən tövsi­yə olun­muş Qurban bayramını azad və sər­bəst şəraitdə qeyd edirik və beləliklə, Azərbaycan xalqının həm müstə­qil­liyini, həm milli azadlığını, həm də öz tarixi ən­ənə­lə­rinə sa­diq olduğunu bütün dünyaya bir daha nümayiş et­di­ri­rik”. Bu nümunədə Heydər Əliyevin milli-mənəvi dəyər­ləri­mi­zə, adət və ənənə­ləri­mizə, bayramlarımıza və bütün məra­sim­ləri­mi­zə verdiyi önəm aydın şəkildə ifadə olunmuşdur. Bu­rada bi­zim məra­sim mədəniyyətinin perspektivləri üçün zə­ruri müddəa­lar da öz əksini tapmışdır. Bu sahədəki mədə­niy­yətimizin strateji in­kişaf istiqamətləri həmin müd­dəala­rın fəlsəfi əsaslarını mü­əy­yən­ləşdirən yuxarıdakı fikirlərdə ifa­də olun­muş­dur. Çün­ki bu nü­munələrdə məsə­ləyə Heydər Əli­yev baxışı, Ulu Öndər ya­naş­ma­sı vardır və bu bizim mil­li-mənəvi inkişaf kon­sep­­si­ya­mızın strateji əsaslarını təş­kil edir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mərasim mə­də­niyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa et­di­yi, in­ki­şaf etdirdiyi, təşkil etdiyi və yaratdığı mərasim­lər xal­qımızın hə­yatında ənənə şəklində yaşa­maqdadır. Hey­dər Əli­yev siyasi kursunun davamçısı möhtərəm Prezi­dentimiz İlham Əliyev Ulu Öndərin bu istiqamətdəki quru­culuq fəa­liy­yətini davam və inki­şaf etdirməkdədir. Milli bayram mə­ra­simlərinin təşkili, tən­tə­nə­nin miqyasının və bayram tə­til­lərinin genişləndirilməsi bu sahə­də aparılan mədəni quru­cu­luq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır.


II BÖLMƏ
MÜDRİK TÖVSİYƏLƏR VƏ ELMİ AXTARIŞLAR
Füzuli BAYAT

filologiya üzrə elmlər doktoru, professor,

AMEA Folklor İnstitutunda “Müasir folklor”

şöbəsinin müdiri
MƏDƏNİ və MİLLİ KİMLİYİN FORMALAŞMASINDA FOLKLORUN ROLU
Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,

mənəvi dəyərlərimizlə fəxr edə bilərik.
Heydər ƏLİYEV
a) Sosial-mədəni kimlik

Türk etnosu tarixin bilinən çağlarından etibarən yazıya deyil, sözə önəm verdi, fəlsə­fə­lərini, tarixlərini, dünyaya ba­xışlarını, rituallarını sözlü kültür de­diyimiz folklor vasitə­silə sonrakı nəsillərə ötürdü. Min illər keçdi, sözün var olduğu yerdə ədəbi-estetik düşüncələrini böyük bir zövqlə yaşatdı, sözü sosiallaş­dırmaq­la ictimailəşdirdi. Fərdi düşün­cələrini “kollektivləş­dir­mək” yolu ilə var olmağın pasportu sa­yılan mədəni kimlik­lərini yaratdı. Zaman-zaman başqa xalq­lardan təsirləndikləri kimi, onlara da təsir etdi. Yazının icadı ilə də şifahi mədəniyyətə əsaslanan milli kimliyini ya­ratdı. Ancaq hər nə qədər acı da olsa, min illər boyu kimli­yimizi təyin və təs­bit edən folkloru vaxtında top­layıb yazıya ala bilmədik və beləliklə, bu zəngin söz xəzi­nəmizin qiymət­li məhsulları yox olub getdi. XXI yüzilə qədəm qoyarkən ar­tıq klassik mənada folklorun dəyişdiyini, bir çox əski şey­lə­rin də unudulduğunu gördük.

Folklor dediyimiz dəyərlər sistemi təkrarlarla fasiləsiz yaşayan, mübarizə edən, ənənə içində var olan və var olduq­ca da yaşamağa davamlı sözə söykənən şifahi mədə­niy­yə­ti­mizdir. Ancaq folklorun əvvəlki icra mühiti dəyişmiş, elektronik, texnoloji xariqələrlə də yeni bir çağ başlamışdır. Televizor, kino, teleseriallar, kompyuter çağında təkrarlara söykənən şifahi xatırlama yerini yeni bir xatırlama mexaniz­minə tərk etmişdir (Xatırlama, yada salma və elektronik mə­dəniyyətin yaşama təsiri ilə bağlı aşağıdakı qaynaqlara baxmaq olar: Connerton P. Toplumlar nasıl anımsar, İstan­bul, 1999; Dupont F. Edebiyatın yaratılışı. Yunan sarhoşlu­ğun­dan latın kita­bına, İstanbul, 2001; Assmann J. Kültürel bellek. Eski yük­­sek kültürlerde yazı, hatırlama ve politik kimlik, İstan­bul, 2001; Sanders B. Öküzün A’sı. Elektronik çağda yazılı kültürün çöküşü ve şiddetin yükselişi, İstanbul, 2000; Jacoby R. Belleğini yitiren toplum, İstanbul, 1998). İndi çay­xa­nalar­da, kənd mərkəzlərində, qəsəbələrdə, qonaq­lıqlarda ge­dən söh­bətlər televizorda görünəni və kitablardan oxunanı (burada oxu­­ma­ğın da çox azaldığını demək lazım­dır) yeni­dən danış­maq­la məhdudlaşmışdır.
b) Sosial-mədəni kimliyin folklor kodu

Kimlik bilgisi zaman içində həm də folklorun fəal iş­tirakı ilə formalaşır, inkişaf edir. O halda kollektiv yaddaş min illər boyunca formalaşmış ortaq zövqləri, yaşanmış ortaq keçmişi, ortaq adət-ənənəni və bunların ifadə üsulu olan şifa­hi özünüdərk prosesini və bu dərkin bədii mətnini yara­dır. Yenidən yaratma keçmişin necə var, o şəkildə bu günə daşına bilməməsi ilə müşayiət olunur. Şifahi ənənə daimi şəkildə özünü yeniləmə və yenidən qurma yoluna daxil olur. Məsələn, Qarabağ bölgəsinin Ağcabədi rayonunda yaşlı bir söyləyici əfsanə janrı ilə yaxın keçmişdə olmuş (söyləyici özünü bu hadisələrin şahidi kimi təqdim edir) hadisələri əfsanə kimi təqdim edir. Burada söyləyicinin əfsanə ilə nəyi nəzərdə tutduğu da önəmlidir. Burada ən vacib məsələ də­yişən münasi­bətlər, dəyişən icra mühitində sözlü ənənənin özünü qoruma mexanizminin necə yarandığı və fəaliyyət gös­tərdiyidir. Təbii ki, bunlar da mədəni kimliyin yaranma­sında mühüm rol oynayır.

Avropada XX yüzilliyin 80-ci illərində çox araşdırılan kimlik məsələ­sinə J.Assmann belə bir açıqlıq gətirir: “Kimlik bir şüur prob­lemi, daha doğrusu, insanın özü haqqında sövq-təbii yaranan başadüşməsinin şüur üstünə çıxmasıdır. Bu həm fərdi, həm də kollektiv səviyyədə yol verilən hadi­sədir. Özümü fərd olaraq bildiyim ölçüdə fərdəm və eyni zamanda bir qrup da özünü ancaq “soy”, “xalq”, ya da “mil­lət” qavramları çərçivəsində anladığı, təqdim etdiyi və ortaya qoyduğu öl­çüdə onları haqq etmiş olur” (Assmann J. Kültürel bellek, s.130). Kimlik şüurunun formalaşmasında yalnız şifahi şəkildə söylənənlər deyil, şənliklər, mərasimlər, rəqslər, döy­mə­lər, damğalar, şəkillər, geyimlər, taxılan zinət əşyaları və ziyarət yerləri də önəmli rol oynayır. Bütün bunlar kollektivin xatırlama mexanizmi olub, kimliyi formalaş­dırmağa xidmət edir. Kimlik bütövlükdə mədəni aktların hamısı nəticə­sində yaranır. O baxımdan araşdırmada yalnız inanc məsə­lələri deyil, yalnız sözlü ənənə deyil, eyni zamanda vizual materiallar, rituallar da nəzərə alınmış, onların özəlliklə­rindən də istifadə edilmişdir.

Kimliyi formalaşdıran və onu qoruyan materiallar için­də hər zaman qeyd edilən bayramlar, müqəddəs yerlərə ziya­rətlər də önəm daşıyır. Çünki kimlik sosial və sosial-genetik bir koddur. Bu cür sosial aktivliklər fərdi kimlikdən kollektiv kimliyə istiqamətlənməyi şərtləndirir. Önəmli olanı da ortaq dəyərlərin cəmi olan sosial və milli kimliyin yaran­masıdır. O baxımdan bölgələr gedilən ziya­rət yerləri, keçi­rilən milli bayramlar, kütləvi şənliklər sosial-mədəni kimli­yin yenidən qurulmasını gündəmdə saxlayır, birlik və bü­tünlük düşüncəsini möhkəmləndirir. Burada yaddan çıxarıl­ma­malı əsas bir məsələ milli kimliyin alt təbəqə­lərində sə­nət, təhsil, dini və s. kimi kimliklərin də formalaş­masını, baş­qa sözlə mikro kimliklərin də mövcud­luğunu qəbul et­məkdir. Belə ki, “kültürəl sistem, ortaq kimliyin əsaslandığı və nəsil­lər boyunca sürdürüldüyü vasitədir” (Assmann J. Kültürel bellek, s.139.) Bu tədqiqatçıya görə, aparıcı etnik qrupun mədə­niyyəti mədə­niyyətüstü bir gerçəklik qazanır və təsir altına aldığı kiçik mədəniyyətləri dəyişdirərək üst mə­də­niyyətə çev­­rilir (Assmann J. Kültürel bellek, s.144). Əsa­sən Avropa mədəniy­yətləri üçün söylən­miş olan bu fikirlər türk mədə­niyyəti üçün o qədər də uyğun deyildir. Çünki türk etnosu bütün zamanlarda kiçik mədə­niy­yətləri qorumuş, on­ların yaşama haqqını tanımışdır. Heç kimin dilinə, dininə, adət-ənənəsinə müdaxilə etməmiş, onları zorla assimilyasiyaya uğratma­mışdır. Ona görə də milli mədəniyyət və onun təbii nəticəsi olan milli kimlik tə­siret­mə, sıxışdırma yolu ilə deyil, öz-özünü tənzimləyən təbii proses kimi baş vermişdir.

Mədəni kimliyin təyinedici ünsürlərindən biri də in­sanların mənəvi dünyasında mühüm yer tutan dini əfsanə­lər və mənkabələrdir. Söyləyicilərin çoxu uzun qış gecələrin­də Siyəri-Nəbilərdə yazılan peyğəmbər qissələrinin şifahi va­rian­tını söyləməklə dinləyicilərin dini bilgilərini artırır, on­lar­da halallıq, düzlük, qul haqqı yeməmək kimi duyğular ya­ratmaqla bərabər, bir də onların inanc dünyalarını zəngin­ləşdirir. Yaddaşlarda qalan bu dini əfsanə və mənkabələrin keçmişi yaratma funksiyası ilə bərabər, mədəni kimliyin də formalaş­ma­sında önəmli rol oynadığını unutmamaq lazım­dır. Dini məzmunlu hekayələr müqəddəs olanın xalq inancı baxımın­dan yenidən qurulması və yazılı mətndən alınan mi­foloji və əfsanəvi hadisələrin ikinci bir şifahi ənənə yarat­ma­sı və bu adət içində yaşamasıdır. Bu çarpazlaşmalar xalq İslamı dedi­yimiz yeni bir inanc sistemi içində varlığını qo­ruyub sax­layır. Ona görə də xalq İslamının bir parçası olan dini əfsanə və mənkabələrin mədəni kimliyin əsas tərkib hissəsi olduğu da xüsusi vurğulanmalıdır.

Mədəni kimliyimizin təməli olan şifahi ədəbiyyatı­mı­zın zamanla aşınması və yaddaşda var olan çox sayda şifahi materialın söylənmədiyi üçün passiv fonda keçməsi, acı da olsa, gerçəkdir. Bu qiymətli və məna yüklü materiallar si­yasi və ideoloji səbəblərdən sonrakı nəsillərə ötürülmə­di­yindən çoxu yox olub getmişdir. Təbii ki, sıradan çıxan sözlü mə­dəniy­yəti­mizin yerini elektronik çağda yeni-yeni yad ünsür­lər alır. Belə ki, folklor materiallarının toplanması zamanı yaşı 60-dan yuxarı olan söyləyicilər də klassik anlamda xalq ədə­biy­yatı ünsürlərinin çoxunu unutmuşlar. Söyləyicilərin yadda­şında qalanların bir qismi əslində yazıya alınıb kitab­laşmış xalq ədəbiyyatı mətnlərinin yenidən sözlü icra or­tamına daşın­mış variantlarıdır. Bu gün yaşı 40-dan az olan söyləyi­ci­lərdən çoxunun maraq dairəsi teleseriallar və kino­lardır. Unudu­lan nağılların, əfsanələrin yerini melo­dra­mik filmlər­dən başlayaraq təbiət mənzərələri, qan davaları, əşirət həyatı, mafiya qruplarının vuruşmaları, varlı və kasıb mə­həb­­bəti və s. mövzularda olan müasir teleseriallar tutur. Də­yi­şən mədəni mühitdə uzun təhkiyəyə əsaslanan mətn növ­ləri, de­mək olar ki, icra mühitindən çıxmaq üzrədir.

Maraq dairəsinin başında daha çox yaxın tarixi mövzu­lar, qaçaqçılıq hərəkatı, sovet rejiminin ateist təbliğatı nə­ticə­sin­də bağlanan inanc yerləri, qadağan olunan əfsanə­lər, mənkabələr, qəhrəmanlıq nəğmələri, Azərbaycan müca­dilə hərəkatı qəhrəmanları haqqında söylənən mətnlər və s. gəlir. Bu isə şifahi mədəniyyətin bugünkü yaşam mücadilə­sində özünə yeni icra mühiti yaratmasından və yeni mədəni kimlik formalaşdırma səyindən başqa bir şey deyildir. Millət olaraq ortaq kimliyi saxlaya biləcək dəyərlər içində xüsusilə Şərq­də ilk demokratik respublika qurmaq uğrunda verilən müba­rizə əhvalatları, öncə çar, daha sonra sovet rejiminə qarşı vuruşan qaçaqlar, ermənilərin yerli əhaliyə etdiyi zülmlər haqqında folklor materialları xüsusi yer tutur. Millət olmaq şüurunu bu əhvalatlarla bağlı söylənənlərlə yanaşı, böyük din alimlə­rinin, imam övladı seyidlərin milli birliyi saxlayan fəaliy­yətləri haqqında mənkabələr də formalaşdırmış olur.

Milli birliyi və ortaq milli şüuru möhkəmlədən ünsür­lərin başında, heç şübhəsiz, dil gəlir. Dil, təbii ki, ortaq mə­də­ni kimliyin qurulmasında ən böyük vasitədir. Ortaq dil, or­taq kimlik şüurunun formalaşmasında Azərbaycanda yaşa­yan etnik qrupların istifadə etdikləri ortaq bir dil – Azər­baycan türkcəsi aparıcı funksiya daşıyır. Bununla bərabər, bəzi folklor mate­rialları etnik qrupların öz dillərində söy­lənir. Ancaq bu heç də ortaq dil, ortaq kimlik şüurunu zədə­ləyəcək ünsürlər de­yildir.

Burada qeyd olunması lazım olan əsas məsələlərdən biri də etnik mədəniyyət yaratmaq səyidir. Təəssüf ki, birləş­dirici faktorların çox olmasına baxmayaraq, bu cür səylə də qar­şılaşırıq və bundan bəzi qruplar öz məqsədləri üçün isti­fadə edir­lər. Bunlar etnik kimlik yaratmaq meylindən ibarət olub, birliyə, bütün­lüyə zərər verən faktorlardır və yuxarıda da dediyimiz kimi, mik­ro kimlik formalaşdırmaq cəhdləridir, Maks Ve­be­rin də yazdığı kimi, etnik fərqliliklərin əsasında “seçil­miş xalq” olma düşüncəsinin durduğunu sübuta yetirən ün­sür­­lərdir (Ass­mann J. Kültürel bellek, s.35). Təbii ki, mə­dəni kimlik, həm də fərqliliklərin birləşməsi, milli kimliyin zən­gin­ləş­mə­sidir. Ancaq bu fərqlilik ayırıcı olmayıb, birləş­dirici mahiyyətdə olmalıdır.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə