Ümumi İSTİfadəDƏ olan binalar, VƏ obyektlər II dünya mühariBƏSİNDƏ HƏlak olanlara




Yüklə 13.52 Kb.
tarix21.04.2016
ölçüsü13.52 Kb.
ÜMUMİ İSTİFADƏDƏ OLAN BİNALAR,

OBYEKTLƏR
II DÜNYA MÜHARİBƏSİNDƏ HƏLAK OLANLARA

XATİRƏ ABİDƏSİ (1941-45-ci il)

9 may 1975-ci ildə II Dünya Müharibəsinin Qələbə bayramının


30 illiyinə həsr edilmiş izdihamlı mitinqi, Horadiz kənd Mədəniyyət evinin qarşısında, kənd camaatının iştirakı ilə başladı. Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə kompleksinin açılışına həsr edilmiş mitinqə Füzuli rayon Partiya Komitəsinin katibi – Qədim Əhmədov, “1 may” kolxozunun sədri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı – Şamama Həsənova, eləcə də rayonun digər rəhbər və vəzifəli şəxsləri iştirak etdilər.

1941-45-ci illərdə müharibə şəhidlərinə abidə
Bu toplanışda giriş sözünu Horadiz “Rusiya” kolxozunun sədri Hüseyn Talıbov söylədi. Sonra Şamama Həsənova danışdı. Yekun sözü ilə Qədim Əhmədov çıxış etdi. Mitinqi başa vurduqdan sonra Mədəniyyət evinin qarşısında təntənəli surətdə doğma kəndimizdən II Dünya Müharibəsində həlak olanların xatirəsinə və şərəfinə abidə kompleksinin açılışı oldu.









1941-45-ci il Şəhidlərin siyahısı önündə Kamal Rəhimov və Bayram Bəylərov
Bu abidədə 196 nəfərin adı qeyd olunmuşdu. Ümumiyyətlə, bizim Horadiz kəndimizdən 600 nəfər Vətən müharibəsində iştirak etmiş, onlar­dan 196 nəfəri qayıtmamışdır. Təəssüflər olsun ki, mən nə qədər çalış­dımsa, həlak olanların siyahısını əldə edib bu kitabda çap etdirə bilmədim.

Allah Vətən yolunda həlak olanlara rəhmət eləsin!..Amin!



IIDünya Müharibəsi şəhidlərinə həsr edilmiş abidə

Şəkildə: öndə Teyyub və İmran Həsənovlar



ELEKTRİK ENERJİSİ İLƏ İŞLƏYƏN DƏYİRMAN

Elektrik dəyirmanı – Saqqızlı məhəlləsinin cənub hissəsində, Horadiz qəsəbəsindən Füzuliyə gedən şosse yolunun 12 km-də və yolun sağ tərəfində yerləşirdi. Horadiz kənd camaatının un təlabatını ödəyən “Su dəyirmanı” kənddən 6 km aralı olduğuna görə 1975-ci ildə Horadiz kolxozunun sədri Hüseyn Talıbovun təşəbbüsü ilə, elektrik enerjisi ilə işləyən un dəyirmanı tikilib istifadəyə verilib.

Əgər su dəyirmanı taxılı bircə növ qabıqlı üyüdürdüsə, indi “Elektrik dəyirmanı”nın üstünlüyü onda idi ki, buğdanı üyüdərkən birinci, ikinci və üçüncü növə ayırırdı,

O dəyirmanı ilk işlədən Nağıyev Ərşad olmuşdur.


ƏMANƏT BANKI

(Füzuli rayon Əmanət bankının filialı)

Əmanət bankı Füzuli rayon Əmanət bankınınj filialı – Kəndin mərkəzində, Qarağan təpənin şimal tərəfindəki fin evində yerləşirdi.



Əmanət bankının filialı sonralar təzə Sovet İdarəsində idi. Bu filial öz fəaliyyətini 1980-cı illərdə başlamışdı. Əmanət bankının kassasında Həqiqət Əmirova və Fəridə Sultanova işləyir­dilər. Az müddət içərisində Horadiz kəndinin Əmanət kassasından istifadə edən müştərilərin sayının günü-gündən çoxalması müşahidə olu­nurdu. Ələlxüsus da 1990-cı illər pul əmanətlərin artımı xeyli çoxalmışdı. Belə ki, pulların kəskin surətdə infilyasiyaya uğraması müştəriləri bütün əllərində olan pullarını əmanət kassalarına qoyma­larına vadar edirdi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə