Ümmülbanu yaradıcılığı (Qafqaz günləri)




Yüklə 11.44 Kb.
tarix29.04.2016
ölçüsü11.44 Kb.
Ümmülbanu yaradıcılığı (Qafqaz günləri)

Ümmülbanu mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi olub bu ədəbiyyatın incisi sayılacaq “Qafqaz günləri” romanının müəllifidir. Əsər qərb təfəkkürü ilə mühakimə edən insan tərəfindən yazıldığından Azərbaycan həyatının gizli yönlərini açır, ona həmin dövr yazıçılarının baxmadığı bir prizmadan baxır.

Ümmülbanu ata tərəfindən Şəmsi Əsədullayevin, ana tərəfdən isə digər milyonçu Musa Nağıyevin nəvəsi idi. Bəlkə də Azərbaycanda tarixi dəyişikliklər olmasaydı, o – dövrünün 2 milyonçusunun nəvəsi daha başqa bir tale yoluna sahib olacaqdı. Amma zaman elə gətirmişdi ki, o – özünün dediyi kimi “fransız yazıçısı” olmuşdu.

O ailədəki 4 qız övladından sonuncusu idi. Onun körpə təxəyyülündə dayə - freylen Annanın sevgisi, nənəsinin başqa dinlərdən olanlara, o cümlədən onun sevimli dayəsinə olan ədavəti təsir buraxmışdı. O, çadraya bürünmüş qadınların dünyasına (nənəsinin dünyasına) aid olub həmin dünyaya yadlıq hiss edirdi. Körpəlikdə onu freylen Annanın onları apardığı xristian məclisləri, yeni ildə qurulan yolka nənəsinin qanunlarından daha artıq cəlb edirdi. Yay gəldikdə onu evdə büründüyü qaydalar çərçivəsindən bibisi uşaqlarının mühiti uzaqlaşdırırdı. Elə həmin yay istirahətlərindən birində də o, ilk dəfə vurulmuşdu. Özü də etiraf edirdi ki, bağbanları olan Ruslana vurulduğu zamanlarda ilk dəfə kasıb olmağı, onun mühitində, onun səviyyəsində olmaq, onunla birgə olmaq istəmişdi. Bilməmişdi ki, bir gün bu uşaqlıq arzusu həyata keçəcək.

Onun həyatının sakit, pozulmayacaq kimi görünən axarını əvvəlcə atasının kasıb ailədən olan bir qızla evlənməsi dəyişdi. Evə yeni gələn analıq onun gözəllik haqqında əvvəlki təsəvvürlərini, evin əvvəlki qanunlarını dəyişdi. Əgər Əminə gələnə qədər nənənin hakimiyyətinə hamı tabe olurdusa, o gələndən sonra tələb etdiyi “proqress” hamını üsyana qaldırdı. Hətta iş o yerə gəlib çatdı ki, böyük bacı Leyla yeni tanış olduğu bir rus pilotuna qoşulub ata evindən qaçdı. Və bununla da evdə “proqressin” gətirdiyi yeniliklərə son qoyuldu. Ümmülbanu müvəqqəti də olsa, müsəlman qızlar üçün olan məktəbdə təhsil aldı. Leylanın qohumlardan birinə ərə verilməsindən sonra hər şey əvvəlki axarına qayıtdı. Hadisələrn sakit axarını mart qırğını pozdu. Daşnakların hcumuna məruz qalan ailə qonşu ermənilərin evində sığınacaq tapdılar. Qorxu dolu günlərdən sonra Bakıda siyasi çevrilişlər dövrü başladı. Ümmülbanunun atası bütün bunların mərkəzində olduğundan siyasi çatışmalar onu da təsirsiz burxmadı. Babasının ölümü ilə o, görünməmiş bir varidatın sahibi oldu, amma səhəri gün səslənən İnternasional onu (o anlamasa belə) hər şeydən məhrum buraxdı.

Evdə yaşamağa başlayan bolşeviklərdən az da olsa, uzaqlaşmaq üçün ailə həmişə yayı keçirdiyi kəndə köçdü. Orda onu uşaqlıq dostu – bibisi qızı Gülnar və inqilabın nəticələri gözləyirdi. Elə onun da sayəsində Ümmülbanu Qriqori Tarasovla və onun söhbətlərindən Andrey Masarinlə tanış oldu. Onun xəyalpərəst ürəyində bu cəsarətli insana qarşı qəribə və təkaraolunmaz hisslər yarandı. Onun xəyalların da Masarin “Hərb və Sülh”ün qəhrəanı Andrey Bolkonski idi. Ilk tanışlıqdan o, öz xəyalpərəstliyi ilə Andreyin diqqətini cəlb etsə də, bu uzun sürmədi...

Ümmülbanu Bakıya qayıtdıqdan bir müddət sonra musiqi dərsi deməyə başladı. Bu onun çərçivəyə salınmış həyatını bir qədər yüngülləşdirirdi və günlərin birində o, dərs dediyi yerin verdiyi bir məclisdə onun ifasına qulaq asanlar içində Andrey Masarini gördü. Gülnar və o tez-tez bu qeyri-adi adamın evinə getməyə başladılar. Ora Gülnarı Andreyin dostu olan mühəndis sevgilisi, Ümmülbanunu isə Andreyin söhbətləri cəlb edirdi. Azərbaycanlı qadını üçün nə qədər qəribə olsa da, Gülnar öz həyatını həyat yoldaşına sadiq olaraq keçirməyi heç ağlına da gətirmirdi. Yaşına görə həddən artıq inkişaf etmiş Ümmülbanu Andreyi cəlb etməyə bilməzdi və günlərin birində onlar bir-birinə hissləri haqqında danışdılar. Andrey Kiyevə getməyə hazırlaşırdı və nə qədər təhlükəli də olsa, Ümmülbanu ilə evlənməyə hazır idi.

Elə onda Ümmülbanunun qarşısında borc yoxsa sevgi seçimi qoyuldu. Atası Azərbaycanda qala bilməzdi. O ya atasını düşdüyü ağır vəziyyətdən qurtaracaq Cəmilə ərə getməli, ya da Andreyə verdiyi sözün üstündə durmalı idi. Və o, birincini seçdi. Gülnarı Andreyin yanına getməyəcəyini bildirmək üçün göndərən Ümmülbanu səhəri gün onun yoxa çıxdığını öyrəndi.



O, atasını xilas edə biləcək yeganə adam olan Cəmillə evlənsə də, ürəyi heç vaxt ona məxsus olmadı. Xəyallarda o, hələ də Masarinin yanında idi. Tiflisdə bir müddət yaşadıqdan və atasının nəhayət ki, Azərbaycandan getməsinə nail olduqdan sonra Bakıya qayıdan Ümmülbanu burda Gülnarla qarşılaşdı. Xəyanəti hələ də unutmamışdı, amma Gülnarın belə Masarinin onu sevdiyini təsdiq etməsi onu bağışlamağa vadar etdi.

Bir müddət sonra Cəmil onlar üçün də xarici pasport almağa nail oldu və onlar Azərbaycanı tərk etdilər. İstanbuda keçirilən ağır günlərdən sonra nəhayət atası Ümmülbanu üçünyol pulu göndədi. Atasının sözlərinə görə o, qısa zamanda İstanbula gələcəkdi və Cəmillə görüşüb özü onu apaacaqdı. Cəmil özü də hiss edirdi ki, onu sevməyən arvadı ilə perrondakı görüş son görüşdü. Ümmülbanu da vicdan əzabı çəksə də, Cəmildən azad olmağa sadəcə şad idi. Və nəhayət İstanbuldan Paris gedən qatarda o əvvəlki həyatından uzaqlaşdı. Qarşıda yeni bir dövr gəlirdi – Paris dövrü.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə