Uluçay” xeyriyyə cəmiyyəti “uluchay” charity Society




Yüklə 25.07 Kb.
tarix06.03.2016
ölçüsü25.07 Kb.
Uluçay” xeyriyyə cəmiyyəti “uluchay” charity Society



Ünvan: AZ5500, Şəki şəhəri, M.Ə.Rəsulzadə 163A Address: M.A. Rasulzade str. 163A, AZ5500, Sheki Telefon: of . (0177) 45447; Fax: (0177) 45447 Mob.: (050) 3659191 E-mail: ilyas@uluchay.org



Xarİcİ əlaqələr: Medİa və pr

mövzusunda təlim
Şəki, Azərbaycan

29 – 30 May 2007 – ci il

(iştirakçıların gəlmə və getmə tarixləri daxildir)
Təşkilat və Layihə haqqında məlumat:
Uluçay” Xeyriyyə Cəmiyyəti 29 iyun 1995- ci il Şəki şəhərində yaranmış, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərməyə başlamışdır. “Uluçay” Xeyriyyə Cəmiyyətinin missiyası Azərbaycanın şimal-qərb bölgəsində yerləşən rayonlarda yaşayan insanlar üçun elə bir gələcək yaratmaqdır ki, bu insanların siyasi, hüquqi, sosial və ictimai aktivliyini məhdudlaşdıran nəticələrin qarşısını alsın və onların hər biri tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tuta bilsin.

Hazırda “Uluçay” Xeyriyyə Cəmiyyəti 8 Dəstək QHT – dən biri olaraq Counterpart İnternational Təşkilatının icra etdiyi Vətəndaş Cəmiyyəti Layihəsini Azərbaycanın Şimal – Qərb bölgəsində həyata keçirir. Proqramın əsas məqsədi Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etməkdir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Beş illik layihə çərçivəsində “Uluçay” Xeyriyyə Cəmiyyəti Şəki, Zaqatala, Qax, Oğuz, Balakən, İsmayıllı zonasında bir sıra təlimlərin həyata keçirilməsini planlaşdırır. Bu təlimlərdən biri də “Xarici əlaqələr: Media və PR ” mövzusunda 2 günlük təlimdir ki, burada həmin regionlarda yerləşən yerli QHT-lərin nümayəndələri iştirak etmək üçün təlim üçün məsul olan şəxsə müraciət edə bilərlər.

Təlimin məqsəd və vəzifələri:


  • QHT-lərin ictimaiyyətlə əlaqələrinin və jurnalistlərlə işin düzgün qurmağın əsaslarını izah etməkdən ibarətdir.

Təlimin mündəricatı:

  • PR departamentin quruluşu

  • PR menecerin vəzifələri və məsuliyyəti

  • Jurnalistlərlə işin necə qurmağın əsasları

  • Jurnalistlər üçün media vərəqinin (press reliz və one pager) hazırlanması

  • Mətbuat konfransı və intervyulara hazırlıq

  • Uğur hekayələrinin yazılışı haqqında məlumatın verilməsi

Ərizə, prosedur və iştirakçıların seçimi:

Bütün maraqlanan təşkilatlar ərizə müraciət formasını dolduraraq aşağıda göstərilən ünvana göndərib təlimdə iştirak edə bilərlər. Təlimdə iştirak edənlərin sayının çox ola biləcəyini nəzərə alaraq, belə qərara gəlinmişdir ki, ərizələrini ilk təhvil vermiş namizədlərə üstünlük verilsin.



İştirakçıların seçim profili:

  • Azərbaycanın Şimal - Qərb bölgəsində ( Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, İsmayıllı) fəaliyyət göstərən QHT-lərin və ya təşəbbüs qruplarının birinin fəal üzvü olmalı;

  • Hər bir təşkilatdan bir neçə nəfər müraciət etsə də, seçim zamanı yalnız bir nəfər iştirakçı onun təcrübəsi və motivasiyasına uyğun olaraq Komitə tərəfindən seçiləcəkdir;

  • Seçim zamanı bölgələrdən olan təşkilat nümayəndələrinin coğrafi balansı gözləniləcək;

  • Gender balansına riayət olunacaq;

  • Hər bir müraciətçi Azərbaycan dilində sərbəst danışmalı;

Tədbirin keçiriləcəyi yer və tarix:

Tədbir 29 May 2007 – ci il tarixdə saat 09.30 – da “Uluçay” Xeriyyə Cəmiyyətinin Resurs Mərkəzində keçiriləcək.



Ünvan: M.Ə.Rəsulzadə küç. 163a ( Avtovağzalın yanı, “Orbita Servis” mərkəzinin II mərtəbəsi)

Müraciətin son tarixi:

Ərizə forması namizəd tərəfindən doldurulmalı və aşağıda göstərilən poçt ünvanına göndərilməlidir.

Ərizə forması ən geci 27 May 2007-ci il saat 17.00 dək göndərilməlidir.



Uluçay” Xeyriyyə Cəmiyyəti

M. Ə. Rəsulzadə 163a AZE 5500, Şəki, Azərbaycan

Tel: (+994 177) 45447

Fax: (+994 177) 45447

Email: Irada@uluchay.org

Internet səhifəsi: www.uluchay.org

Əlaqələndirici şəxs: İrada Səfərova




Xarici əlaqələr: media və pr”

mövzusunda təlim
Şəki, Azərbaycan

29 – 30 May 2007 – ci il






Ə R İ Z Ə F O R M A S I

Şəxsi məlumat

Adı

Soyadı

Təvəllüd /_____/ _____________19_____ ci il

CinsiKişiQadın


Kontakt üçün məlumat



Ünvan

Telefon

Mobil

E-mail


Təmsil etdiyi təşkilat haqqında məlumat




Təşkilatın adı

Təşkilatın missiyası



Təşkilatın ünvanı

Tutduğunuz vəzifə


  • Bu mövzu ilə bağlı təlimlərdə iştirak etmisinizmi?

BəliXeyir

  • Təlimdən nə gözləyirsiniz?

Ərizəçinin imzası Tarix /___ /___________ 2007-ci il






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə