Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə9/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Bölmə 5. Uşaq ortopediyası

476) Aşağıdakı xəstəliklərdən hansı, inkişaf etməkdə olan orqanizmin orqan və toxumaların tam inkişaf etməməsi ilə əlaqəlidir?
A) Anadangəlmə şillik

B) Amniotik atmalar

C) Budun pataloji çıxığı

D) Klipper-Feyl xəstəliyi

E) Bud oynağının displaziyası
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997 q. 3 s. 230
477) Şoerman-Mau stexondropatiyanın əsasında hansı durur?
A) Qeyri-normal bətndaxili inkişaf

B) Mexaniki təsir

C) Böyümənin disfunksiyası

D) Teratogen təsir

E) Yetişmənin disfunksiyası
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997 q. 3 s. 474
478) Düşenn-Erba yuxarı doğuş iflici zamanı nə olur?
A) Əl barmaqlarında hərəkətin olmaması

B) Bazu oynağında hərəkətin olması ilə əl barmaqlarında hərəkətin olmaması

C) Daxili rotasiya və bazunun yaxınlaşması ilə əl barmaqlarında hərəkətin olması

D) Birtərəfli hemiparez

E) Zədələnmiş ətrafda hərəkətin tam olmaması
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 205.
479) Klyumpke iflicdə hansı biri olur?
A) Birtərəfli spastik hemiparez

B) Daxili reltofiya və bazunun yaxınlaşması ilə əl barmaqlarında hərəkətin olması

C) Zədələnmiş ətrafda hərəkətin tam olmaması

D) Əl barmaqlarında hərəkət olmur

E) Əl barmaqlarında hərəkətin olmaması ilə bazu oynağında hərəkətin saxlanması
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 205.
480) Düşenn-Erb iflicinin müalicəsi zamanı əlin optimal vəziyyəti hansıdır?
A) Əli belin arxa hissəsinə ataraq fiksə etmək

B) Əli bədənə bintləmək

C) Fiksasiya məcburu deyil

D) Əli bazunun 50-70° bucaq altında uzaqlaşdırmaq və xarici rotasiya 45-600 vəziyyətində fiksə etmək

E) Dezo sarğısı qoymaq
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 208.
481) Anadangəlmə əyriboyunluluğa hansı aiddir?
A) Konstitusion deformasiya

B) Nevrogen deformasiya

C) Desmogen deformasiya

D) Dermo-desmogen deformasiya

E) Miogen deformasiya
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997. t 3, s. 101.
482) Anadangəlmə əzələvi əyriboyunluluq əlamətləri özünü nə vaxt göstərir?
A) Anadan olandan 3-5 günlüyündə

B) 3 aylığında

C) 10-14 gündən sonra

D) Kliniki simptomlar 1 yaşa qədər olmur

E) Bir aylığında
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972. s. 50.
483) Əyriboyunluluğun konservativ müalicəsinə nə vaxt başlanır?
A) 0,5-1 yaşda

B) 2-5 ayda

C) 2 həftəlikdən

D) Anadan olandan

E) 1 yaşdan sonra
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 52
484) Əyriboyunluluğun konservativ müalicəsi effektsiz olduqda operativ müalicəyə nə vaxtdan başlanır?
A) 3 yaşa qədər

B) 3-4 yaşında

C) 5 aya qədər

D) 2 yaşa qədər

E) 1 yaşa qədər
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 53.
485) Əyriboyunluluğun operativ müalicəsinə mütləq göstəriş hansıdır?
A) Sifət və boynun asimmetriyasınm artması

B) Qamət pozğunluğu

C) Çəpgözlük, yaxınlaşan və uzaqlaşan

D) Görmə itiliyinin pozulması

E) Qamət və görmə pozğunluğu
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 53.
486) Kliper-Feyl xəsətəliyi nədir?
A) Qanadabənzər boyun

B) 1 boyun fəqərəsinin iltihab etiologiyalı qazanılmış yarım çıxığı

C) Kəskin əzələləri əyriboyunluluq

D) Boyun qabırğasının olması

E) Boyun və yuxarı döş fəqərələrinin anadangəlmə sinostozu, çıxıntıların bitişməməsi
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 55.
487) Körpücük sümüyünün və ya hər iki körpücüyünün olmaması necə adlanır?
A) Şereşevski-Turnera sindromu

B) Klippel-Feyl xəstəliyi

C) Krizel xəstəliyi

D) Kəllə-körpücük dizostoz

E) Bennevi-Ulrix sindromu
Ədəbiyyat: Volkov M.V. i dr. Nasledstvennıe sistemnıe zabolevaniə skeleta Moskva 1982. s. 204
488) Onurğanın anadangəlmə deformasiyasında əsas faktor hansı sayılır?
A) Fəqərələrin sayının artması və azalması

B) Qabırğaların birləşməsi və ya ikiləşməsi

C) Bütün bunlar

D) Fəqərələrin cisimlərinin izolə olunmuş birləşməsi

E) Kürək sümüyünün və büzdümün inkişaf anomaliyası
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 28.
489) Radioulnar sinostozun operativ müalicəsinə mütləq göstəriş hansıdır?
A) Dirsək qısaqolluq

B) Mil qısaqolluq

C) Dirsək oynağının funksiya pozğunluğu

D) Saidin kəskin görünən pronasiya və ya supinasiya vəziyyəti

E) Mütləq göstəriş yoxdur
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 80.
490) Anadangəlmə şillikdə operativ müalicə nə vaxtdan aparılır (sümük deffektinin sümük-plastik əvəzlənməsi)?
A) 3-5 yaş

B) İlk ayda

C) 5-7 yaş

D) 10-12 yaş

E) 3 yaşa qədər
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 79.
491) Modelunq deformasiyası hansıdır?
A) Said sümüklərinin qısalması

B) Bilək və saidin nizəyə bənzər deformasiyası

C) Bükücü kontraktura

D) Dirsək qısaqolluq

E) Mil qısaqolluq
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 80.
492) Anadangəlmə əyripəncilikdə pəncənin patoloji vəziyyəti hansıdır?
A) Yaxınlaşma, supinasiya, ayaqaltı bükülmə

B) Uzaqlaşma, pronasiya və pəncənin orta vəziyyətdə fiksəsi

C) Uzaqlaşma, supinasiya və ayaqaltı bükülmə

D) Yaxınlaşma, pronasiya və ayaqüstü bükülmə

E) Pəncənin ekvinus vəziyyəti
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 90.
493) Bud sümüyü başının varus deformasiyasının klassifikasiyasınm əsasında hansı biri durur?
A) Ətrafın gödəklik vəziyyəti

B) Budun başının epifizinin sümükləşmə müddəti

C) Bu əlamətlərin hamısı

D) Böyük vurmanın vəziyyəti

E) Epifizar-diafizar bucağın parametri
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972
494) Anadangəlmə bud çıxığında yeni doğulmuşlarda nisbətən əsas əlamət hansıdır?
A) Budun uşaqlaşdırılmasının məhdudluğu

B) Marks-Ortolani simptomu (şikıltı)

C) Dəri büküşlərin asimmetriyi

D) Ayağın qısalığı

E) Ayağın xarici rotasiyası
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 116
495) Anadangəlmə bud çıxığında konservativ müalicə hansı dövrdə başlanır?
A) 1 yaşa qədər

B) 2 yaşa qədər

C) İlk 6 aylığında

D) Yenidoğulma dövründə

E) 7 yaşa qədər
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 126
496) Anadangəlmə bud çıxığının Vilenski şinasi ilə müalicəsində fikir verilməyən yaxınlaşdırıcı əzələlərin ağrılı kontrakturası hansına səbəb olur?
A) Budun başının aseptik nekrozuna

B) Pəncədə qan dövranının pozulması

C) Kapsulun cırılmasına

D) Budun burulmasına

E) Şoka
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 132
497) Anadangəlmə incik sümüyünün distal hissəsinin olmamasının xarakterik kliniki simptomatikası hansıdır?
A) Ətrafların əyilməsi, Ekvino-valqus pəncə

B) Qamış sümüyün qısalması, qalınlaşması və əyilməsi, bayır topuğun olmaması, ekvinus və ya valqus pəncə

C) Barmaqların olmaması

D) Ətrafın qısalması

E) Ətrafın əyilməsi
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 299.
498) Anadangəlmə qamış sümüyünün yalançı oynağında hansı biri lazımdır?
A) Rezeksiya, damar ayaqcığında plastika və stabil fiksasiya

B) Psevdoartrozun rezeksiyası ilə autoplastika

C) Kompression-distraksion osteosintez üçün aparat qoymaq

D) Rezeksiya, alloplastika

E) Konservativ müalicə
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 296.
499) Uşaqlarda erkən yaşda atayaqlığın ortopedik müalicəsi hansı ilə aparılır?
A) Ortopedik ayaqqabı geymək

B) Axil vətərinin uzadılması

C) Arxa qamış əzələsinin uzadılması

D) Konservativ müalicə

E) Artrodez
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 292.
500) Pəncənin yastı pəncəlik-valqus vəziyyətinin müalicəsi hansıdır?
A) Polivikdən longet + MBT, massaj, əzələnin elektrostimulyasiya

B) Etaplı gips sarğısı

C) Ortopedik ayaqqabı geyinmək

D) Müalicə tələb olunmur

E) MBT, massaj
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 105
501) Uşaqlarda ətrafların postosteomielitik xəstəliyinə nə vaxt operativ müalicə lazımdır?
A) Tam kliniki və rentgenoloji sağalmadan ən azı 3-5 il sonra

B) Remisiya dövründə

C) Osteomielitin xroniki formasında

D) Prosesin sönən stadiyasında

E) Fistul formasında
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s.184
502) Budun patoloji çıxığında böyük burma saxlanarsa ən yaxşı nəticəni hansı operasiya verir?
A) Novaçenko

B) Ulitskiy

C) Sadofiyev

D) Şadin


E) Kollona
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s.184
503) Skoliozun diaqnostikasında erkən əsas əlamət hansı sayılır?
A) Əzələ korsetinin zəifliyi

B) Bel üçbucaqlarının fərqi

C) Fəqərələrin torsiyası

D) Kürək sümüklərinin asimmetriyası

E) Dairəvi bel
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s.33
504) Axondroplaziya hansıdır?
A) Amniotik mayenin təzyiqinin artması

B) Bütün sadalananlar düzgündür

C) Bətndaxili sifilisin nəticəsi

D) Neyroendokrin xəstəlik

E) Skelet sistemin zədələnməsi, xondroblastik sistemin inkişaf qüsuru ilə əlaqəli
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 42.
505) Blaunt xəstəliyi hansıdır?
A) Raxitəbənzər xəstəlik

B) Qamış sümüyünün osteomielitin nəticəsi

C) Budun başının osteoxondropatiyası

D) Böyümə qığırdağının inkişafının pozulması

E) Qamış sümüyünün yuxarı hissəsinin böyümə qığırdağının displaziyası
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 212
506) Modelinq xəstəliyinin səbəbi hansıdır?
A) Şiş

B) Bud sümüyünün osteomieliti

C) Travma

D) Dirsək sümüyünün böyümə qığırdağının displaziyası

E) Mil sümüyünün distal böyümə zonasının displaziyası
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s.80
507) Çoxsaylı epifizar xondroplaziyanın (Feyerbank xəstəliyi) etiologiyası nədən ibarətdir?
A) Epifizin qidalanmasının pozulması

B) Revmatoid artritin nəticəsi

C) Epifizar zonasının inkişaf qüsuru

D) Neyroendokrin patalogiya boy hormonu deffekti

E) Epifizin mərkəz ossifikasiyasının deffekti (anadangəlmə genez)
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 22.
508) Çoxsaylı epifizar xondroplaziyanın rentgenoloji mənzərəsi hansıdır?
A) Epifizdə sümükləşmə nöqtəsi olmur (anadangəlmə)

B) Böyümə zonasının vaxtından əvvəl bağlanması

C) Ətrafların qısalması olmur

D) Deformasiyaedici artroz əlamətləri olmur

E) Sümükləşmə nöqtəsinin gec əmələ gəlməsi, bir biri ilə müxtəlf vaxtlarda birləşir və bərkliyinə görə fərqlənir
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 24.
509) Spondiloepifizar displaziya hansı ilə xarakterizə edilir?
A) Neyroendokrin pozulma

B) Epifizin inkişafı pozulur, o cümlədən fəqərələrin epifizar zonasında

C) Əzələ toxumasının inkişafının sistemli pozulması

D) Böyrəklərin inkişaf anomaliyaları

E) Ossifikasiyanın pozulması
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 28.
510) Spodiloepifizar displaziyanın rentgenoloji əlamətləri hansıdır?
A) Bütün uzun sümüklərin epifizlərində dəyişiklik, beyin əsası ilə, onurğanın boyun hissəsi arasında qeyri -düz vəziyyət

B) Onurğanın boyun hissəsində fəqərələrin sayı pozulur

C) Böyümə zonasına yaxın, sümük çıxıntıları olur

D) Bütün sadalananlar düzgündür

E) Bir neçə fəqərələrin öz aralarında birləşməsi, oynaqlarda fibroankilozlar
Ədəbiyyat: Travmatoloqiə i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997, t 3, s. 30.
511) Keller-1 xəstəliyi hansıdır?
A) Pəncənin qayığabənzər sümüyünün osteoxondropatiyası

B) Fəqərə cismlərinin osteoxondropatiyası

C) Qamış sümüyünün qabarının osteoxondropatiyası

D) Pəncənin daraq sümüklərinin osteoxondropatiyası

E) Pəncə sümüklərinin atipik forma osteomieliti
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1992, s. 226
512) Uşağın həyatının ilk həftələri və ayları ərzində əyriboyunluğun əzələ formasının konservativ müalicəsinə nə daxildir?
A) Başın fiksasiya olunmuş vəziyyəti

B) Şants boyunluğunun geyilməsi

C) Bütün cavablar dogrudur

D) Ağrılı hissənin sorucu massajı

E) Gips sargisi
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 53
513) Anadangəlmə əzələ əyriboyunluğu zamanı cərrahi müdaxilənin ən səmərəli növü hansıdır?
A) Sinə-körpücük-məməşəkilli əzələ ayaqlarının miotomiyası + onun alloplastikası

B) Federl üsulu ilə əməliyyatı

C) Lange üsulu ilə əməliyyat

D) Hagen-Tornun üsulu ilə əməliyyat

E) Zatsepinin üsulu ilə əməliyyat
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 54
514) Anadangəlmə bud çıxığının (displaziyasının) etioloji amili hansıdır?
A) Mübadilə proseslərinin pozulması

B) İltihabi proses

C) Displaziya

D) Zədə amili

E) Dölün ana bətnində düzgün yerləşməməsi
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 112
515) Uşağın həyatının ilk ayları ərzində baş verən canaq-bud oynağı displaziyasının əsas simptomu hansıdır?
A) Dəri qatlarının asimmetriyası

B) Ətrafların qısalması

C) “Şıqqıltı” simptomu

D) Budların ayrılmasının məhdudiyyəti

E) Sadalananların hamısı
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 117
516) Çanaq-bud oynağının displaziyasının müalicəsi nə vaxtdan başlanır?
A) Anadan olandan

B) 6 aylıqdan sonra

C) 3 aylıqdan və daha sonra

D) 1 aylıqdan

E) 1-2 aylıqdan
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 126
517) 2 yaşdan yuxarı uşaqlarda anadangəlmə bud çıxığının kliniki simptomatologiyasına nə daxildir?
A) Rozer-Nelaton xəttindən yuxarı böyük burmanın yerləşməsi

B) Müsbət Tendelenburq simptomu

C) Ətrafların qısalması

D) Sadalananlardan hamısı

E) Axsaqlıq
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 132
518) Çanaq-bud oynağı çıxığının (displaziyasının) konservativ müalicəsi zamanı ən çox rast gəlinən ağırlaşma halı hansıdır?
A) Sadalananlardan hamısı

B) Oynaq hərəkətsizliyi və ankiloz

C) Oturaq sinirin parezi

D) Bud başlığının aseptik nekrozu

E) bu sümüyünün sınması
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 134
519) Anadangəlmə bud çıxığının operativ müalicə üsulları hansılardır?
A) Oynaqdaxili və oynaqxarici

B) Solter əməliyyatı

C) Çanaq sümüyü üzərində

D) Oynağın artroplastikası ilə birgə

E) Budun proksimal hissəsində
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 140
520) Anadangəlmə bud çıxığı zamanı korreksiyaedici osteotomiya əməliyyat olunmuş ətrafın üzərinə yük düşməsi nə vaxt yol verilir?
A) 9 aydan sonra

B) 6 aydan sonra

C) 3 aydan sonra

D) 1 aydan sonra

E) 2 ildən sonra
Ədəbiyyat: A.M.Kuliev. Vrojdennıy vıvix bedra i koksartroz u detey. Baku 2004, s. 225.
521) Diz qapağı çıxığının hansı növlərinə daha çox rast gəlinir?
A) Adi

B) Qayıdıcı

C) Daimi

D) Sadalananlardan hamısı

E) Anadangəlmə
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 147
522) Anadangəlmə əyripəncəlik zamanı etioloji amil hansıdır?
A) Displaziya

B) İlkin özülün qüsuru

C) Doğuş zamanı zədə

D) Bətndaxili poliomielit

E) Bətndaxili zədə
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 91
523) Əyripəncəliyin hansı əsas simptomları düz deyil?
A) Pəncə varusu

B) Pəncə valqusu

C) Pəncənin ön hissəsinin yaxınlaşması

D) Pəncə ekvinsusu

E) Pəncə ekskavatusu
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 90
524) Əyripəncəliyin konservativ müalicəsi nə vaxtdan başlanır?
A) Anadan olandan 6 ay sonra

B) 1 yaşında

C) Anadan olandan 1 ay sonra

D) Anadan olandan 3 ay sonra

E) Anadan olandan
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 93
525) Anadangəlmə əyripəncəliyin əməliyyat yolu ilə müalicəsi nə vaxtdan başlanır?
A) 5 yaşından

B) 2 yaşından

C) 12 aylıqdan

D) 6 aylıqdan

E) 9 yaşından
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972, s. 97
526) Anadangəlmə əyripəncəlik zamanı əməliyyatdan sonrakı gips immobilizasiyası nə qədər davam edir?
A) 2 ay

B) 3 ay


C) 6 ay

D) 1 ay


E) 1 ilədək
Ədəbiyyat: Volkov M.V., Dedova V.D. Detskaə ortopediə. Moskva, 1972., s. 100
527) Anadangəlmə bud çıxığı zamanı oynaqdaxili əməliyyat olunmuş ətrafın üzərinə yük düşməsi nə vaxt yol verilir?
A) 2 ildən sonra

B) 6 aydan sonra

C) 1 ildən sonra

D) 3 aydan sonra

E) 2 aydan sonra
Ədəbiyyat: A.M.Kuliev. Vrojdennıy vıvix bedra i koksartroz u detey Baku 2004, s. 225.

Bölmə 6. Sümük patologiyası

528) Olle xəstəliyinin (birincili xroniki osteomielit) cərrahi müalicəsi üçün hansı göstəriş deyil?
A) Kiçik ölçülü xəstəlik sahəsi

B) Ətrafların deformasiyası

C) Patoloji sınıq

D) Patoloji sınıq qorxusu

E) Ətrafların qısalması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
529) Displastik prosesin əsasları hansıdır?
A) Damar trofik pozğunluğu

B) Əzələ pozqunluğu

C) Hamısı doğrudur

D) Orqan və ya sistemin düzgün olmayan natamam forması

E) Sinir trofik pozğunluğu
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
530) Fibroz osteodisplaziya hansına aiddir?
A) Osteodisplaziyaya

B) Osteohondropatiya

C) Xondrodisplaziyaya

D) Hiperostoza

E) Sümük eozinofilezonuna
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
531) Fibroz osteodisplaziyada sümük embrional toxumasında hansında patoloji dəyişiklik müşahidə olunur?
A) Qığırdaqlı

B) Hamısı doğrudur

C) Fibroz-qığırdaqlı

D) İltihabi

E) Fibroz
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
532) Fibroz osteodisplaziyada əksərən hansılar məruz qalır?
A) Onurğa

B) Hamısı doğrudur

C) Uzun borulu sümüklər

D) Yastı sümüklər

E) Pəncə və ovucun xırda sümükləri
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
533) Fibroz osteodisplaziyada patoloji toxuma əksərən harada lokalizə olunur?
A) Böyümə zonasında

B) Metafizdə

C) Diafizdə

D) Epifizdə

E) Hamısı doğrudur
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
534) Fibroz osteodisplaziyada sümüklərdə patologiya bir qayda olaraq necə yayılır?
A) Böyümə zonasından keçir

B) Sümük iliyi boyunca

C) Hamısı doğrudur

D) Eninə


E) Kortikal təbəqə boyunca
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
535) Fibroz osteodisplaziyada periostal reaksiya necə olur?
A) Soğanaqlı periostit şəklində

B) Rast gəlmir

C) Rast gəlir

D) Özlü spikul şəklində

E) Yerli olur
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
536) Fibroz osteodisplaziyanın sadalanan formalarından hansı biri olmur?
A) Monomelik

B) Monoossal

C) Oliqoossal

D) Akroform

E) Poliossal
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
537) Fibroz osteodisplaziyanın ilkin əlamətləri nə zaman meydana çıxır?
A) 5 yaşa qədər

B) Cinsi yetişkənlik dövründə

C) Doğulandan az sonra

D) 10 yaşa qədər

E) Yetkin adamda
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
538) Sadalanlardan hansı biri Olbrayt sindromu deyil?
A) Piqment ləkələr

B) Sadalanların hamsı

C) Sümüklərdə dəyişiklik

D) Vaxtından əvvəl cinsi yetişkənlik

E) Hemangiom və limfagiomlar
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
539) Fibroz osteodisplaziya xəstəliyinin ilkin əlamətlərinə hansı aiddir?
A) Patoloji sınıqlar və ətrafların deformasiyası

B) Qanın göstəricilərində dəyişiklik

C) Alçaq boyluluq

D) Sadalanların hamsı

E) Bədən temperaturunun yüksəlməsi
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
540) Fibroz osteodisplaziyada sümüklərdə rentgenoloji dəyişiiklik hansı ilə xarakterizə olunur?
A) Sadalanların hamsı

B) Fırçaya bənzər şişkin sümüklərlə

C) Destruktiv sahə metafizar hissəsi, böyümə zonasını və epifizi tutur

D) Destruktiv sahə "tutqun şüşə" və "əriyən" qənd tipli olur

E) Destruktiv sahə feston kənarlar və "soğanaqlı periostitlə
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
541) Fibroz osteodisplaziyada differensial diaqnoz bütün sadalanlarda aparılır, yalnız hansı birindən başqa?
A) Eozinofil qranulemada

B) Sadalanların hamsı

C) Osteoblastoklastomada

D) Sümük kistasında

E) Osteogen sarkoma və Yuinq sarkomasında
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
542) Fibroz osteodisplaziyanın konservativ müalicəsində hansı biri nəzərdə tutulur?
A) Dərman müalicəsi

B) Aparılmır

C) Palçıq müalicəsi

D) Fizioterapiya

E) Aparat terapiyası
Ədəbiyyat: Travmatoloqiçeskaə ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
543) Fibroz osteodisplaziyada operativ müalicə üsulları hansıdır?
A) Amputasiya

B) Qaşımaq-hamarlamaq yolu ilə

C) Oynaqyanı rezeksiya

D) Sümükaltüst seqmentar rezeksiya

E) Sümüklərin kənari rezeksiyası
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985
544) Fibroz osteodisplaziyada əməliyyatdan sonraki defekt hansı yolla bərpa edilir?
A) Alloplastika ilə əvəzlənir

B) Sadalanların hamsı

C) Autoplastika ilə əvəzlənir

D) Əvəzlənmir

E) Əzələ toxuması ilə əvəzlənir
Ədəbiyyat: M.V.Volkov. Bolezni kostey u detey. Moskva, 1985

1   ...   5   6   7   8   9   10   11   12   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə