Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə7/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   17

336) Uşaqlarda oynağın ankilozu zamanı hərəkətin həcmi nə qədər olur?
A) Zədələnmiş oynaqda tam hərəkət olur

B) Zədələnmiş oynaqda hərəkət normadan artıq olur

C) Zədələnmiş oynaqda 50-600 hərəkət olur.

D) Zədələnmiş oynaqda tam hərəkətsizlik olur

E) Zədələnmiş oynaqda bükmə 90, açma 1800 olur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
337) Uşaqlarda bazu sümüyünün diafizinin sınığı zamanı ən çox hansı sinir zədələnir?
A) Dirsək siniri

B) Bazu kələfi

C) Əzələ-dəri siniri

D) Orta siniri

E) Mil siniri
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
338) Uşaqlarda fəqərə sütununun ağırlaşmamış sınıqları ən çox hansı nahiyyədə təsadüf edir?
A) Orta döş fəqərələri nahiyyəsində

B) Yuxarı döş fəqərələri nahiyyəsində

C) Aşağı döş fəqərələri nahiyəsində

D) Bel fəqərələri nahiyyəsində

E) Boyun fəqərələri nahiyyəsində
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
339) Uşaqlarda fəqərələrin arxa çıxıntılarının ağırlaşmamış sınıqlarında yataq rejimi neçə həftə olur?
A) 8 həftə

B) 14 həftə

C) 4 həftə

D) 2 həftə

E) 10 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.

Bölmə 3. Plastik cərrahiyyə

340) Uzunmüddətli sıxılma sindromunun yaranması üçün yumşaq toxumaların böyük bir hissəsinin nə qədər sıxılması kifayətdir?
A) 10 saat

B) 30 dəqiqə

C) 1 sutka

D) 10 dəqiqə

E) 2 saat
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 288
341) Uzunmüddətli sıxılma sindromunda ətraf dekompressiya edilən ilk dəqiqələrdə ən toksiki təsir göstərən nədir?
A) Fassiya və piy

B) Venoz qan

C) Əzələlər

D) Sümük toxuması

E) Arterial qan
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 291
342) Uzunmüddətli sıxılma sindromunda amputasiyası qərarı verilmişsə, jqutu açandan sonra hemodinamikanın stimulyasiyası və verər?
A) Qara ciyərin funksiyasının normallaşması

B) Nəbzin normallaşması

C) Tənəffüsün normallaşması

D) Həyat üçün təhlükə

E) Qan təzyiqinin normallaşması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 292
343) Uzunmüddətli sıxılma sindromunda mexaniki sıxılma ilk növbədə nəyə səbəb olur?
A) Mikrosirkulyasiyanın pozulması

B) Əzələlərin nekrozu

C) Arterial tromboz

D) Dərinin nekrozu

E) Sinirlərin işemiyası
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 295
344) Uzunmüddətli sıxılma sindromunda 1-ci növbədə hansı yardım, nə edilməlidir?
A) Antibiotik

B) Ətrafı sıxılmadan azad etmək

C) Ürək dərmanları

D) Ağrıkəsici və keçirici anesteziya

E) Ətrafa buz qoymaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 300
345) Uzunmüddətli sıxılma sindromunda sıxılmış seqmentdəki yaralara nə olmaz?
A) Əlavə kəsiklər aparmaq

B) Keçirici anesteziya

C) Yaraları tikmək

D) Buz qoymaq

E) Jqut qoymaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 302
346) Uzunmüddətli sıxılma sindromunda ilk yardım göstərdikdən sonra xəstəni evakuasiya edərkən ətrafa nə qoymalı?
A) Sıxıcı sarğı

B) Gips longeti

C) Gips sarğısı

D) İsidici sarğı

E) Tənzif –pambıq sarğısı
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 303
347) Zədələyici faktordan asılı olaraq termiki, elektrik və kimyəvi yanıqlar hansı dərəcələrdə olur?
A) I, II, IIIA, IIIB, IV

B) I, II, III, IV

C) I, II, III

D) I, II, III, IVA, IVB

E) I, II, IIIA, IIIB, IVA, IVB
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 317
348) Hansı dərəcəli yanıqlar səthi və ya dərin hesab olunur?
A) III A dərin

B) I, II, IIIA səthi

C) III A, B və IV dərin

D) I, II, IIIB səthi

E) I, II, III səthi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 317
349) Wallance-yə əsasən, «doqquzlar qaydası»-ında hər yuxarı ətrafın yanığı neçə faiz hesab olunur?
A) 9 %

B) 18 %


C) 27 %

D) 20 %


E) 5 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 319
350) Wallance-yə əsasən, «doqquzlar qaydası»-ında hər aşağı ətrafın yanığı neçə faiz hesab olunur?
A) 36 %

B) 18 %


C) 9 %

D) 27 %


E) 45 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 319
351) Yanıq səthinin ölçüsünü təyin etmək üçün «ovuc qaydası»-ında ovucun ölçüsü bədən səthinin neçə faizini təşkil edir?
A) 4 %

B) 0,5 %


C) 3 %

D) 5 %


E) 1 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 319
352) Dərinin qatlarının yanmasından asılı olaraq cərrahi müalicə tələb edən, səthi və dərin yanıqlar hansılardır?
A) IIIA, IIIB və IV –dərin

B) IIIA və IIIB – səthi

C) Yalnız I və II – səthi

D) I, II və IIIA – səthi

E) IIIA və IIIB – dərin
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 317
353) Dərinin IIIA və IIIB dərəcə yanıqlarını differensə edən əlamət nədir?
A) Yanıq ətrafının hiperemiyası

B) Kəskin seroz firazat

C) Yanıq sahəsinin böyüklüyü

D) Kəskin şişkinlik

E) Nekroz toxumasının ayrılması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 317
354) Yanıqların dərinliyini yanıqdan neçə gün sonra hansı müayinə ilə dəqiq təyin etmək olar?
A) Bir gün sonra rentgenlə

B) 6-7-ci gün infra qırmızı termoqrafiya ilə

C) 3-cü gün ölçməklə

D) 2-ci gün angioqrafiya ilə

E) Həmin gün baxmaqla
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 317
355) Orta yaşlı adamlarda yanıq şoku bədən səthinin ən azı neçə faizi yanıqda yarana bilər?
A) 5 %

B) 50 %


C) 8 %

D) 20-30 %

E) 10-15 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 320
356) Frank indeksinə görə dərin yanıq orqanizmə səthi yanığa nisbətən necə təsir göstərir?
A) Dərin səthidən 2 dəfə güclü

B) Dərin səthidən 3 dəfə güclü

C) Dərin səthidən 10 dəfə güclü

D) Dərin səthidən 5 dəfə güclü

E) Səthi və dərin bərabər
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 321
357) Frank indeksinə görə 1 vahid bədən səthinin neçə faizinin yanmasıdır?
A) 5 %

B) 1 %


C) 2 %

D) 4 %


E) 3 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 321
358) Yanıqdan 2-3 gün sonra başlayan və 7-8 gün davam edən yanıq toksemiyası nə ilə xarakterizə olur?
A) Qanaxma

B) İntoksikasiya

C) Regenerasiya

D) Şok


E) Nekroz
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 321
359) Ağır yanıq travmasından sonra ürək, qara ciyər, böyrəklər və digər üzvlərin funksiyasının pozulması nə qədər davam edə bilər?
A) 6 ay

B) 5-10 il

C) 2-4 il

D) 2 ay


E) 1 il
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 323
360) Ağır yanıq toksemiyasından sonra 10-12-ci günlər nə ilə xarakterizə olur?
A) Regenerasiya

B) Şok


C) Çapıqlaşma

D) İnfeksiya, irinli iltihab

E) Qanaxma
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 322
361) Uşaqlarda bədən səthinin neçə faizi yanıqdan şok ola bilər?
A) 10 %

B) 20 %


C) 5 %

D) 2 %


E) 15 %
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 324
362) Yanıqlarda epidermis zədələnməmişsə, təcili hansı tədbir məsləhətdir?
A) Soyuq su

B) İsti kompres

C) Yanan yeri bükmək

D) Novokain blokadası

E) Antibiotik vurmaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 324
363) I dərəcə yanıqlarda yerli nəyin tətbiq edilməsi məqsədəuyğundur?
A) Antibiotikli mazlar

B) Kortikosteroid hormonlu aerozol

C) İsidilmiş hava

D) İsidici sarğı

E) Novokain blokadası
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 324
364) Yanıqlarda suluqlar əmələ gəldikdə nə etmək lazımdır?
A) Kəsib götürmək

B) Maz sürtmək

C) Mayeni çıxartmaq

D) Paroşok tökmək

E) Sıxıcı sarğı qoymaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 325
365) II dərəcə yanıqda onun ilkin tualetindən sonra nə etmək lazımdır?
A) Novokain blokadası

B) Sıxıcı sarğı qoymaq

C) İsidici kompres

D) İkinci infeksiyadan qorunmaq

E) Fasiləsiz buz qoymaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 325
366) II dərəcə yanıqda, irinləmə olmazsa, ilkin qoyulmuş sarğını neçə gün saxlamaq olar?
A) 3 gün

B) 2 gün


C) 12-14 gün

D) 6-8 gün

E) 3 həftə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 325
367) I dərəcə yanıq neçə günə sağalır?
A) 7-10 günə

B) 1 günə

C) 3 həftəyə

D) 2 həftəyə

E) 3-5 günə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 325
368) II dərəcə yanıq neçə günə sağalır?
A) 3 günə

B) 10-12 günə

C) 7-8 günə

D) 16-18 günə

E) 1 aya
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 325
369) Məhdud dərin yanığın optimal müalicəsi necədir?
A) Gündəlik sarğı, antibiotiklər

B) Konservativ və fizioterapevtik müalicə

C) Erkən kəsib götürmək, dəri plastikası

D) Regenerasiyanı yaxşılaşdıran dərmanlar

E) Çapıq əmələ gələnədək gözləmək
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 333
370) Dərin yanıqlarda osteonekroz olduqda nə etməli?
A) Sümüyün sekvestrləşməsini gözləmək

B) Gecikmiş dəri plastikası

C) Konservativ və fizioterapevtik müalicə

D) Erkən dəri plastikası

E) Erkən nekroektomiya və dəri plastikası
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 333
371) Dərin yanıqlarda erkən nekroektomiya nə vaxt aparılır?
A) Yanıqdan 3 həftə sonra

B) İlk günlər

C) 1 ay sonra

D) 4-10-cu günlər

E) Yanığın səhəri gün
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 333
372) Yanıqlarda erkən nekroektomiyadan ən tezi neçə gün sonra sərbəst dəri plastikası etmək məsləhətdir?
A) Həmin gün

B) 3 həftə sonra

C) 1 həftə sonra

D) 2-3 gün sonra

E) 2 həftə sonra
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 334
373) Yanıqlarda qranulyasiya toxumasına nə vaxt sərbəst dəri plastikası etmək məsləhət deyil?
A) Xəstənin yaşı çox olduqda

B) Yara səthi kəskin infeksiyalaşdıqda

C) Yanaşı sınıq olduqda

D) Yaranın kənarları düz olmadıqda

E) Yara çox böyük olduqda
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 335
374) Yanıqlarda sərbəst dəri plastikasının necə tətbiqi çox cəhətdən əlverişli sayılır?
A) Şahmat şəkilli qoyulmuş transplantatlar

B) Seyrək qoyulmuş transplantatlar

C) Sıx qoyulmuş transplantatlar

D) Dar, uzun transplantatlar

E) Dairəvi tarnsplantatlar
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 337
375) Sərbəst dəri transplantatlarını köçürməkdən əvvəl həmin transplantata nə etməli?
A) Antiseptiklərlə yumaq

B) Spirtlə silmək

C) Heç nə etməmək

D) Məhlulda saxlamaq

E) Qurutmaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 340
376) Sərbəst dəri transplantatı donor yarasına qoyularkən ən vacib şərt nədir?
A) Donor yarasının isladılması

B) Transplantatın iri olması

C) Transplantatın xırda olması

D) Transplantatın yaraya kip yapışması

E) Donor yarasına antibiotik səpilməsi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 1. s. 340
377) Biləyin aypara sümüyünün təzə çıxığında hansı əlamət tez-tez rast gəlir?
A) Orta sinirin sıxılması

B) Dirsək sinirinin nevriti

C) Biləyin dirsək bükücüsünün qopması

D) Mil sinirin zədələnməsi

E) Biləyin mil bükücüsünün qopması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 228
378) Biləyin aypara sümüyünün çıxığının diaqnostikasında ən dəqiq məlumatı nə verir?
A) Əlin sallanması

B) Öndən çəkilmiş rentgen

C) Sinirlərin zədələnməsi əlamətləri

D) Barmaqlarda hərəkət pozğunluğu

E) Yandan çəkilmiş rentgen
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 228
379) Biləyin aypara sümüyünün təzə çıxığı salındıqdan sonra qeyri-stabillik olarsa nə etməli?
A) Gips sarğısı qoymaq

B) Cərrahi əməliyyat etmək

C) Millə fiksə etmək

D) Aypara sümüyü çıxarmaq

E) İkitərəfli gips longeti qoymaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 228
380) Biləyin aypara sümüyünün köhnəlmiş çıxığında nə baş verir?
A) Qiyon kanal sindromu

B) Aypara sümüyün aseptik nekrozu

C) Dirsək əyriəlliyi

D) Reno xəstəliyi

E) Mil əyriəlliyi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 228
381) Əlin əzilməsində içərisində buz olan kisəcik necə qoyulmalıdır?
A) Gündə 5-10 dəfə, 5-7 dəqiqə

B) Gündə 1 dəfə, 2 dəqiqə

C) Bütün gün ərzində fasiləsiz

D) Gündə 20 dəfə, 40 dəqiqə

E) Gündə 2 dəfə, 3 dəqiqə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 220
382) Biləyin mil və ya dirsək kollateral bağının qapalı qopmasının diaqnostikasında dəqiqlik nəyə əsaslanır?
A) Əldə hissiyat pozğunluğu

B) Oynaq yarığının artması

C) Əlin bükülü vəziyyəti

D) Əlin açılma vəziyyəti

E) Biləyin şişkinliyi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 221
383) Əlin ən çox rast gələn çıxığı hansıdır?
A) Arxaya

B) Önə


C) Bayıra

D) Ayparaüstü

E) İçə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 224
384) Əlin köhnəlmiş çıxığında deformasiyaedici artroz inkişaf etdikcə düzgün taktika necə olmalıdır?
A) Çıxığın aparatla salınması

B) Çıxığın qapalı salınması

C) Çıxığın əməliyyatla salınması

D) Artroplastika

E) Artrodez
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 226
385) Periferik sinirlərin bərpası travmadan sonra nə vaxt edildikdə ətrafın funksiyası yaxşılaşa bilər?
A) İstənilən vaxta

B) 1 ay sonra

C) Təcili

D) 2 ay sonra

E) 3 ay sonra
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 502
386) Periferik sinirlərin nevrolizi əməliyyatı nədir?
A) Tikilərək bərpası

B) Başqa yerə keçirilməsi

C) Çapıqlardan azad edilməsi

D) Plastikası

E) Kəsilib götürülməsi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 502
387) Periferik sinirlərin kəsilməsinin ən geniş yayılmış bərpa üsulu hansıdır?
A) Sinirin uc-yan tikilməsi

B) Nevroliz

C) Sinirin plastikası

D) Sinirin transpozisiyası

E) Birbaşa epinevral tikiş
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 503
388) Dirsək siniri zədələndikdə harada hissiyat pozğunluğu olur?
A) 5-ci barmaqda və 4-cü barmağın yarısında

B) 2, 3, 4 və 5-ci barmaqlarda

C) 5-ci barmaqda

D) 5-ci barmaqda və ovucda

E) 5, 4 və 3-cü barmaqlarda
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
389) Oturaq sinirinin yuxarıda zədələnməsində budun hansı əzələləri iflic olur?
A) Yalnız 4 başlı əzələ

B) Budun ikibaşlı və dördbaşlı əzələləri

C) Budun ikibaşlı, yarımvətərli və yarımzarlı əzələləri

D) Budun ön qrup əzələləri

E) Budun bütün əzələləri
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
390) İncik siniri zədələndikdə hansı əzələlər iflic olur?
A) Baldırın üçbaşlı əzələsi

B) Pəncənin açıcı əzələləri və incik əzələləri

C) Barmaqların bükücü əzələləri

D) Baldırın bütün əzələləri

E) Baldırın üçbaşlı əzələsi və arxa qamış əzələsi
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
391) Orta sinir zədələndikdə əlin və barmaqların ovuc səthində hissiyat pozğunluğu harada olur?
A) I, II, III barmaqlarda və IV barmağın yarısında

B) I və II barmaqlarda

C) Bütün barmaqlarda

D) I, II və III barmaqlarda

E) Yalnız ovucda
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
392) Qamış siniri zədələndikdə hansı əzələlər iflic olur?
A) Baldırn kambalayabənzər və nəli əzələləri, arxa qamış əzələsi

B) Yalnız kambalayabənzər və nəli əzələləri

C) Baldırın kambalayabənzər, nəli əzələləri, arxa qamış əzələsi və barmaqları bükən əzələlər

D) Baldırın kambalayabənzər nəli və barmaqları bükən əzələləri

E) Arxa qamış və barmaqları bükən əzələlər
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
393) Qamış siniri zədələndikdə hansı hərəki pozğunluqlar olur?
A) Barmaqlar üzərində qalxmağın mümkün olmaması

B) Yuxarıda göstərilənlərin hamısı

C) Barmaqların bükməyin mümkün olması

D) Hərəki pozğunluq olmur

E) Pəncəni içəri çevirməyin mümkün olmaması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
394) Periferik sinirlərin təzə travmalarında onları bərpa edərkən ən vacib nədir?
A) Mikrocərrahiyyənin tətbiqi

B) Əməliyyatı təxirə salmaq

C) Nevroliz

D) Təxirəsalınmaz əməliyyat

E) Tunelizasiya
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
395) İncik siniri zədələndikdə hansı hərəki pozğunluqlar baş verir?
A) Pəncənin sallanması

B) Pəncənin içəri çevrilməsi

C) Hərəki pozğunluqlar olmur

D) Göstərilənlərin hamısı

E) Barmaqların bükülü qalması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
396) Ətrafların magistral arteriyalarını necə katetrizasiya etmək daha düzgündür?
A) Yaranı geniş açıb

B) Arteriyanı yumşaq toxumalardan ayırıb

C) İynəni dəridən keçirib

D) Arteriyanın üzərini açıb

E) Arteriyanı yaraya çıxarıb
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 513
397) Ətrafların magistral arteriyalarının vazoqrafiyasında katetrə kontras maddə vurarkən nə etmək lazımdır?
A) Ətrafı aşağı salmaq

B) Arteriyanı katetrdən proksimalda sıxmaq

C) Yanaşı venanı sıxmaq

D) Ətrafı yuxarı qaldırmaq

E) Arteriyanı katetrdən distalda sıxmaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 513
398) Bazunun yuxarı 1/3-də mil siniri zədələndikdə hansı əlamətlər olur?
A) Ovucda hissiyat pozğunluğu

B) Əlin bükülməsinin pozulması

C) Baş barmağın bükülməməsi

D) Əlin sallanması

E) Barmaqlarda trofiki pozğunluqlar
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
399) Mil sinirin səthi şaxəsi kəsildikdə hansı hərəki pozğunluqlar olur?
A) Əlin sallanması

B) I, V barmaqların sallanması

C) Pronasiyanın pozulması

D) Baş barmağın sallanması

E) Hərəki pozğunluq olmur
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 491
400) Ətrafın işemik qanqrenası nəyin dəqiq əlamətidir?
A) Tromboflebitin

B) Limfostazın

C) Qazlı qanqrenanın

D) Magistral arteriyanın zədələnməsinin

E) Magistral venanın trombozunun
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 512
401) Magistral qan damarlarının zədələnməsində hansı tam mübahisəsizdir?
A) Nəbzvuran hematoma

B) Rentgenkontras vazoqrafiyanın göstəriciləri

C) Qan təzyiqinin düşməsi

D) Nəbzin olmaması

E) Ətrafın soyuq olması
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 512
402) Ətrafların magistral qan damarlarının zədələnməsində kompensə olunan işemiyada nə etməli?
A) Bir neçə gün gözləmək

B) Bir neçə ay gözləmək

C) Damarı bərpa etməmək

D) Zədələnmiş damarı bərpa etmək

E) Ətrafı yuxarı qaldırmaq
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 516
403) Ətrafların magistral qan damarlarının zədələnməsində nekrotik dəyişikliklər aydın göründükdə nə etməli?
A) Damar plastikası etmək

B) Ətrafı amputasiya etmək

C) Ətrafı buza bürümək

D) Ətrafa isidici kompres qoymaq

E) Damar genişləndiricilərlə müalicə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 516
404) Ətrafların magistral qan damarlarının zədələnməsinin bərpasında damar divarının hansı elementi tikilməlidir?
A) İntima və əzələ

B) İntima

C) İntima, əzələ, adventisiya

D) Adventisiya

E) Əzələ qatı
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 519
405) Ətrafların magistral qan damarlarını bərpa edərkən ən yaxşı anastomoz hansıdır?
A) Yan-yan

B) Uc-yan və yan-yan

C) Uc-uca

D) Uc-yan

E) Uc-uca və uc-yan
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 520
406) Dizaltı arteriya zədələndikdə nə baş verir?
A) Ətrafın xroniki işemiyası

B) Dəridə trofiki pozğunluqlar

C) Baldır venalarının trombozu

D) Baldır və pəncənin nekrozu

E) Venoz və limfa durğunluğu
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 526
407) Saiddə hansı halda arteriya tikişinə ehtiyac olur?
A) Dirsək arteriyası zədələndikdə

B) Mil arteriyasının defektində

C) Mil arteriyası zədələndikdə

D) Dirsək arteriyasının anevrizmasında

E) Mil və dirsək arteriyaları zədələndikdə
Ədəbiyyat: Rukovodstvo travmatoloqiə i ortopediə. Moskva, «Mediüina» 1997, t 2. s. 525

1   2   3   4   5   6   7   8   9   10   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə