Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə6/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

275) Uşaqlarda bazu sümüyü blokunun sınığı zamanı cərrahi əməliyyat neçə gündən sonra aparılmalıdır?
A) Travmadan 1 ay sonra

B) Travmadan 1 həftə sonra

C) Birinci 2-3 gün travmadan sonra

D) Travmadan 3 ay sonra

E) Travmadan 2 həftə sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
276) 3 yaşa qədər uşaqlarda budun sınığının müalicəsi hansı yol ilə aparılır?
A) Skelet dartması ilə

B) Gips sarğısı qoymaqla

C) Vertikal dartma yolu ilə

D) Heç bir fiksasiya qoyulmadan

E) Aparat İlizarov ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
277) 5 yaşdan yuxarı uşaqlarda bud sümüyünün sınığının müalicəsi necə aparılır?
A) Aparat İlizarov ilə

B) Heç bir fiksasiyasız

C) Funksional şinada sklet dartması ilə

D) Leykoplastr dartması

E) Gips sarğısı ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
278) Uşaqlarda bud sümüyünün diafizar sınıqlarına cərrahi əməliyyata göstəriş hansılardır?
A) Epilepsiyası, spastik paralici olan, uşaqlarda qapalı yol ilə fraqmentlər arasında yumşaq toxumaların interpozisiyasını aradan qaldırmaq mümkün olmayanda, fraqmentin dərini deşmək, damar-sinir dəstəsini zədələmək təhlükəsi olanda

B) Yeni doğulmuşlarda budun diafizinin sınığı

C) Yerdəyişməyən sınıq

D) Budun bütün yerini dəyişmiş sınıqlar

E) Budun və baldırın birlikdə sınığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
279) Uşaqlarda qabırğaların sınığında müalicə necə aparılır?
A) Qabırğaarası sinirlər spirt novocain ilə blokada olunur, sınığa uyğun və maksimal nəfəsvermə vəziyyətində leykoplastrla fiksasiyaedici sarğı qoyulur, 7-10 gün müddətinə

B) Gips sarğısı qoyulur

C) Sınıq nahiyyəsinə ağrıkəsici maz sürtülür

D) Korset qoyulur

E) Sınıq nahiyyəsinə spirtlə kompress qoyulur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
280) Uşaqlarda köhnəlmiş Montedji zədələnməsi zamanı cərrahi əməliyyatın məqsədi nədir?
A) Dirsək sümüyünün osteotomiya etmək

B) Dirsək sümüyünün başını rezeksiya etmək

C) Mil sümüyünü osteotomiya etmək

D) Mil sümüyünün başını rezeksiya etmək

E) Mil sümüyünün başını yerinə salmaq, həlqəvari bağı bərpa etmək dirsək sümüyünün deformasiyasını aradan qaldırmaq
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
281) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən qeyri-düzgün bitişmiş sınığından sonra əmələ gələn deformasiya neçə vaxtdan sonra korreksiya olunmalıdır?
A) Travmadan 3 ay sonra

B) Travmadan 2 ay sonra

C) Travmadan 1-1,5 il sonra

D) Travmadan 10 il sonra

E) Travmadan 5 il sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
282) Uşaqlarda büzdüm sümüyünün təzə sınıq çıxığı necə müalicə olunur?
A) Konservativ yol ilə 3 həftə yataq rejimi təyin olunur

B) Korset qoyulur

C) Metal lövhə ilə osteosintez

D) Gips sarğısı qoyulur

E) Massaj edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
283) Uşaqlarda çanağın Malgenya sınığı hansıdır?
A) Büzdümün sınığı

B) Oturaq sümüyünün sınığı

C) Çanaq halqasının ön hissəsinin sınığı

D) Çanaq sümüklərinin ikili vertikal sınığı

E) Qasıq sümüyünün sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
284) Uşaqlarda çanağın Vualemie sınığı hansıdır?
A) Qasıq sümüyünün sınığı

B) Qalça sümüyünün sınığı

C) Oma sümüyünün ikili vertikal sınığı

D) Oturaq sümüyünün sınığı

E) Ön yarımhəlqənin sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
285) Uşaqlarda çanağın Niderma sınığı hansıdır?
A) Oynaq damının sınığı

B) Çanaq sümüklərinin dioqanal vertikal sınığı

C) Büzdüm sümüyünün sınığı

D) Oma sümüyünün sınığı

E) Budun mərkəzi çıxığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
286) Uşaqlarda spastik paralic fonunda əmələ gələn patoloji sınığın müalicəsi necə aparılır?
A) Heç bir fiksasiya aparılmır

B) Qapalı repozisiya aparılır

C) Açıq üsul ilə metaloosteosintez edilir

D) Autotransplantatlarla osteosintez edilir

E) Gips longeti qoyulur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
287) Uşaqlarda qamış sümüyünün distal ucunun yerinidəyişmiş osteoepifizeolizinin müalicəsi necə aparılır?
A) Ümumi keyləşmə altında qapalı yol ilə repozisiya aparılıb, baldırın yuxarı 1/3-nə qədər dərin gips longeti qoyulur

B) Vintlərlə osteosintez edilir

C) Autotransplantatla osteosintez edilir

D) İlizarov aparatı ilə osteosintez edilir

E) Metal lövhə ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
288) Uşaqlarda tış topuğun yerdəyişməyən sınığında ətrafın fiksasiyası neçə gün olur?
A) 7-10 gün

B) 7-8 həftə

C) 5-6 həftə

D) 9-10 həftə

E) 3-4 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
289) Uşaqlarda baldır sümüklərinin sınıqları zamanı cərrahi əməliyyata göstəriş hansıdır?
A) Baldır sümüklərinin açıq sınığı

B) Baldır sümüklərinin köndələn sınığı

C) Yerinidəyişməyən sınıq

D) Baldır sümüklərinin rotasion sınığı

E) Baldır sümüklərinin çəp sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
290) Uşaqlarda daban sümüyünün yerdəyişməyən sınığının müalicəsi necə aparılır?
A) Vintlə osteosintez

B) Metal lövhə ilə osteosintez

C) Ayağın boylama tağı yaxşı formalaşdırılmaqla gips longeti qoyulur 3-4 gündən sonra gips binti ilə dairəvi bərkidilir

D) İlizarov aparatı ilə

E) Millərlə osteosintez
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
291) Uşaqlarda daban sümüyünün yerdəyişmiş sınığı zamanı müalicə necə aparılır?
A) Millərlə osteosintez edilir

B) Ümumi keyləşmə altında qapalı repozisiya aparılıb gips longeti ilə ətraf fiksasiya olunur və 12-16 gündən sonra gips «çəkməsi» qoyulur

C) Vintlə osteosintez edilir

D) İlizarov üsulu ilə osteosintez edilir

E) Metal lövhə ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
292) Uşaqlarda ayaq darağı sümüklərinin sümüyün köndələn ölçüsünün 1/2-i qədər yerdəyişməsində ətrafın fiksasiyası necə aparılır?
A) Leykoplastrla sarğı qoyulur

B) Pəncənin boylama tağı yaxşı formalaşdırılmaqla dərin gips longeti qoyulur və 3-5 gündən sonra longet gairəvi gips binti ilə bərkidilir

C) Bintlə adi sarğı qoyulur

D) Dairəvi gips sarğısı qoyulur

E) Səkkizvari sarğı qoyulur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
293) 10 yaşdan yuxarı uşaqlarda ayaq darağı sümüklərinin cüzi yerdəyişmə ilə olan sınıqlarında immobilizasiyanın müddəti nə qədər olur?
A) 7 gün

B) 10 həftə

C) 10 gün

D) 4 həftə

E) 8 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
294) Uşaqlarda ayaq barmaqlarının falanqalarının «stabil olmayan» yerdəyişmiş sınıqlarında osteosintez necə aparılır?
A) Yoğun mil osteosintez edilir

B) Aparatla osteosintez edilir

C) İnyeksiya iynəsi ilə metaloosteosintez edilir

D) Metal lövhə ilə osteosintez edilir

E) Sümük transpalantatı ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
295) Uşaqlarda saidin distal metafizinin qeyri-düzgün bitişmiş sınığında cərrahi korreksiyaya göstəriş hansıdır?
A) 10-12 bucaqvari deformasiya

B) 3-5 bucaqvari deformasiya

C) 10-15 bucaqvari deformasiya

D) 30-35 bucaqvari deformasiya

E) 5-10 bucaqvari deformasiya
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
296) Uşaqlarda travmadan sonrakı mil əyriəlliyində cərrahi yol ilə korreksiya neçə müddətdən sonra aparılır?
A) 5 ildən sonra

B) 1 aydan sonra

C) 10 ildən sonra

D) 1,5-2 ildən sonra

E) 2 aydan sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
297) Uşaqlarda travmadan sonrakı mil əyriəlliyində hansı cərrahi əməliyyat aparılır?
A) Dirsək sümüyü osteotomiya olunur

B) Mil sümüyü distal metafizdən pazvari rezeksiya və dirsək sümüyü aşağı 1/3-də çəp osteotomiya olunur

C) Mil sümüyü yuxarı 1/3-dən osteotoqmiya olunur

D) Saidin hər iki sümüyü yuxarı 1/3-dən osteotomiya olunur

E) Dirsək sümüyünün başı rezeksiya olunur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
298) 8 yaşa qədər uşaqlarda bud sümüyünün qeyri-düzgün bitişmiş sınıqları zamanı neçə sm uzununa yerdəyişmə uşaq böyüdükcə düzələ bilir?
A) 10-12 sm

B) 7-10 sm

C) 2-3 sm

D) 6-10 sm

E) 5-7 sm
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
299) 8 yaşa qədər uşaqlarda bud sümüyünün qeyri-düzgün bitişmiş sınığında neçə dərəcə bucaqvari deformasiya uşaq böyüdükcə düzəlir?
A) 10-15

B) 30-35


C) 25-30

D) 35-50


E) 40-45
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
300) Uşaqlarda bazu sümüyü başcığının sınığı zamanı «yol verilən həd növü» yerdəyişmə hansıdır?
A) 90° fırlanma ilə olan yerdəyişmə

B) 3-5 mm yerdəyişmə

C) Rotasion yerdəyişmə

D) 5-7 mm yerdəyişmə

E) «Yol verilən həd» yerdəyişmə yoxdur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
301) 10-11 yaşdan kiçik uşaqlarda bazu sümüyü blokunun sınığı zamanı gec müraciət edən hallarda cərrahi əməliyyata qəti göstəriş hansıdır?
A) Sümükləşmə nüvəsinin yerdəyişməyən sınığı

B) Fraqmentin rotasiya ilə yerdəyişməsi

C) Fraqmentin 1mm yerdəyişməsi

D) Fraqmentin yerdəyişməməsi

E) Fraqmentin 0,5 mm yerdəyişməsi
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
302) Uşaqlarda bazu sümüyü başcığının sınığı zamanı fraqmentin çıxarılması nə kimi fəsadlar verə bilər?
A) Oynağın irinləməsinə

B) Heç bir fəsad vermir

C) Onağın deformasiyasını, yana hərəkətliliyinin artmasını, oynağın möhkəm olmasını, dirsək və mil sinirinin nevroloji pozğunluğunu

D) Oynağın blokadasına

E) Onağın kontrakturasına
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
303) Uşaqlarda bazu sümüyü blokunun sınıqdan sonra çıxarılması hansı fəsadlar verir?
A) Onyağın kontrakturasına

B) Oynağın irinləməsinə

C) Heç bir fəsad vermir

D) Onynağın həddindən artıq açılmasına

E) Oynağın deformasiyasına, yana hərəkətliliyin artmasına oynağın möhkəm olmamasına dirsək və mil sinirinin nevroloji pozğunluğuna səbəb olur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
304) Gecikmiş müddətdə müraciət edən uşaqlarda bazu sümüyü başcığının və blokunun kənari qopmuş fraqmentinin 5-7 mm ölcüdə oynaq boşluğunda boğulan hallarında müalicə taktikası necə olur?
A) Fraqment ipək sapla yerinə tikilir

B) Fraqment yerinə ketqutla yerinə tikilir

C) Qopmuş kənar fraqment çıxarılır

D) Fraqment mil ilə yerinə tikilir

E) Fraqment vintlə bərkidilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
305) Uşaqlarda bud sümüyünün böyük burmasının izolə olunmuş sınığının müalicəsi necə aparılır?
A) Ətraf orta fizioloji vəziyyətdə dərin arxa gips longeti ilə fiksasiya olunur və ya Beler şinasında leykoplastr dartması tətbiq olunur.

B) Millərlə osteosintez

C) Vint ilə osteositez olunur

D) İlizarov aparatı ilə osteosintez

E) Autotransplantatla osteosintez
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
306) Uşaqlarda bud sümüyünün kiçik burmasının sınığı zamanı müalicə necə aparılır?
A) Millərlə osteosintez edilir

B) Ətraf gips longeti ilə fiksasiya olunur

C) Metal lövhə ilə osteosintez olunur

D) Vint ilə osteosintez aparılır

E) İlizarov apparatı ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
307) Uşaqlarda bud sümüyünün başının epifizeolizi zamanı skelet dartması neçə ay davam edir?
A) 2 ay

B) 2 həftə

C) 3 həftə

D) 3 ay


E) 10 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
308) Uşaqlarda bud sümüyünün boynunun yerdəyişməyən sınığı zamanı ətrafın immobilizasiyası neçə müddət olmalıdır?
A) 5-6 ay

B) 1,5 ay

C) 1 ay

D) 4 ay


E) 2-2,5 ay
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
309) Uşaqlarda oturaq sümüyünün qabarının apofizinin qopmasında müalicə necə aparılır?
A) Ətrafa uzaqlaşdırma vəziyyəti verilir

B) Ətrafa düz vəziyyət verilir

C) Ətrafa rotasiya vəziyyəti verilir

D) Ətrafa «qurbağa» vəziyəti verilir (Bolkoviç üsulu ilə)

E) Ətrafa yaxınlaşdırma vəziyyəti verilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
310) Uşaqlarda ön üst qalça tininin yerinidəyişmiş sınığı zamanı fraqment nə ilə osteosintez edilir?
A) Metal lövhə ilə

B) Ketqutla

C) Autotransplantatla

D) İlizarov aparatı ilə

E) Kirşner milləri ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
311) Uşaqlarda saidin dirsək oynağından normadan artıq açılması zamanı cərrahi əməliyyata göstəriş hansıdır?
A) Saidin 7-10 açılması

B) Saidin 3-5-açılması

C) Saidin kontrakturası

D) Saidin 15-20-dən artıq açılması

E) Saidin 5-7 açılması
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
312) Uşaqlarda uzun sümüklərin diafizar sınıqlarında osteoklaziya travmadan neçə gün sonra aparılanda yumşaq toxumalara travma vurmur?
A) Travmadan 2 ay sonra

B) Travmadan 2 həftə sonra

C) Travmadan 2-2,5 ay sonra

D) Travmadan 4 ay sonra

E) Travmadan 1,5 ay sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
313) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən sınığında travma vaxtı hansı ağırlaşma ola bilər?
A) Arteriya zədələnir

B) Limfa damarları zədələnir

C) Periferik sinirlər zədələnirlər

D) Vətərlər zədələnir

E) Əzələlər zədələnir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
314) Uşaqlarda bazu sümüyünün kondilusdankeçən sınıqları zamanı repozisiyadan sonra birinci günlərdə hansı ağırlaşma ola bilər?
A) Oynağın irinləməsi

B) Sümüklərin irinləməsi

C) İşemik Folkman kontrakturası və toxumaların nekrozu

D) Oynağın kontrakturası

E) Mil sümüyünün başının çıxığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
315) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən sınıqlarında qapalı yol ilə repozisiya aparılmasında hansı fəsad ola bilər?
A) Sümükarası zar zədələnə bilər

B) Əzələlər zədələnir

C) Periferik sinirlər və damarlar zədələn bilər

D) Vətərlər zədələnir

E) Said sümükləri zədələnir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
316) Uşaqlarda bazu sümüyünün kondilusdan keçən sınığını nə ilə differensasiya etmək olar?
A) Bazunun orta 1/3-nin sınığı ilə

B) Əl darağı arxası sümüklərin sınığı ilə

C) Said sümüklərinin sınığı ilə

D) Bazunun cərrahi boynunun sınığı ilə

E) Saidin çıxığı ilə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
317) 4-7 yaş uşaqlarda çanaq sümüklərinin sınığında immobilizasiya nın müddəti nə qədərdir?
A) 21 gün

B) 42 gün

C) 48 gün

D) 52 gün

E) 60 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
318) Uşaqlarda Q.A.Bairova görə bazu sümüyünün iç epikondilusunun sümükləşmə nüvəsi nə vaxt əmələ gəlir?
A) 10-12 yaşda

B) 14-15 yaşda

C) 16-18 yaşda

D) 7-9 yaşda

E) 3-5 yaşda
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
319) Uşaqlarda Q.A.Bairova görə dirsək çıxıntısının sümükləşmə nüvəsi neçə yaşda sinostozlaşır, epifiz metafizlə birləşir?
A) 10-12 yaş

B) 5-7 yaş

C) 2-3 yaş

D) 13-14 yaş

E) 16-18 yaş
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
320) Uşaqlarda bud sümüyü neçə % distal və neçə % proksimal epifizin hesabına böyüyür?
A) 85 % proksimal, 15 % distal epifizin hesabına

B) 75 % proksimal, 25 % distal epifizin hesabına

C) 90 % proksimal , 10 % distal epifizin hesabına böyüyür

D) 50 % proksimal, 50 % distal epifizin hesabına böyüyür

E) 30 % proksimal, 70 % distal epifizin hesabına
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
321) Uşaqlarda bazu sümüyü başcığının yalançı oynağı əmələ gələndə dirsək oynağında gecikmiş hallarda ən çox hansı sinir zədələnir?
A) Mil siniri

B) Dəri-əzələ siniri

C) Orta sinir

D) Dirsək siniri

E) Bazu kələfi
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
322) Uşaqlarda dirsək oynağında bükmə və açma hərəkətləri normada nə qədərdir?
A) 60° bükmə, 175° açma

B) 40-45° bükmə, 180° açma

C) 95° bükmə, 180° açma

D) 70-80° bükmə, 170° açma

E) 90° bükmə, 190° açma
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
323) Uşaqlarda dirsək oynağının kontrakturalarında funksional əlverişli vəziyyəti hansı hesab olunur?
A) 80-100° dirsək oynağından bükülmə

B) Dirsək oynağında 75-80° bükülmə və saidin yarımsupinasiya vəziyyəti

C) 100-110° dirsək oynağında bükülmə

D) 110-140° bükülmə

E) 90-110° dirsək oynağından bükülmə
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
324) Uşaqlarda diz oynağının kontrakturalarında funksional əlverişli vəziyyət hansıdır?
A) 170-175° bükmə vəziyyəti

B) 110-120° bükmə

C) 120-130° bükmə

D) 130-140° bükmə

E) 180-185° bükmə
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
325) Uşaqlarda aşıq-baldır oynağının kontrakturaları zamanı əlverişli funksional vəziyyət hansıdır?
A) Pəncənin 110° bükülmə vəziyyəti

B) Pəncənin 115° bükülmə vəziyyəti

C) Pəncənin 105° bükülmə vəziyyəti

D) Pəncənin 120° bükülmə vəziyyəti

E) Pəncənin 95° ayaqaltı tərəfə bükülmə vəziyyəti
Ədəbiyyat: M.V.Volkov, V.T.Stujina i dr. Oşibki i oslojneniə pri leçenii perelomov dlinnıx trubçatıx kostey u detey. Moskva, Mediüina 1978.
326) Uşaqlarda travmatik şokun genezində ən əsas iki faktor hansıdır?
A) Plazmadan suyun və elektrolitlərin itirilməsi

B) Qanitirmə və ağrı

C) Damar tonusunun düşməsi və elektrolitlərin itməsi

D) Toxumalarda qan dövran çatmamazlığı və maye itirmə

E) Plazmaitirmə və təzyiqin düşməsi
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
327) Travmatik şok zamanı ətrafların hansı travmaları təxirəsalınmaz cərrahi əməliyyata göstərişdir?
A) Magistral damarların və sinir kötüklərinin zədələnməsi ilə müşahidə olunan ətrafın qopub ayrılması və ya xıncım-xıncım olması

B) Qapalı kəllə-beyin travması və budun sınığı

C) Bud sümüyünün sınıqları

D) Çanaq sümüklərinin sınıqları

E) Baldır sümüklərinin sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
328) Uşaqlarda travmatik şok zamanı hansı travmalar təcili cərrahi əməliyyat tələb etmir?
A) Yumşaq toxumaların böyük sahədə ağırlaşmış zədələnmələri

B) Periferik sinirlərin zədələnməsi

C) Periferik damarların zədələnməsi

D) Ətrafların açıq və qapalı sınıqları

E) Bütün cavablar düzdür
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
329) Uşaqlarda travmatik şok zamanı çanaq sümüklərinin hansı sınıqları təcili cərrahi əməliyyat tələb etmir?
A) Malgenja sınığı

B) Sirkə kasasının dibinin sınığı

C) Bütün cavablar düzdür

D) Çanaq sümüklərinin sınığı

E) Çanaq boşluğuna qanın yığılması ilə müşahidə olunan çanaq sümüklərinin sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
330) Uşaqlarda travmatik şok zamanı döş qəfəsinin hansı zədələnmələri təcili cərrahi əməliyyat tələb etmir?
A) Plevra daxilində əhəmiyyətli qanaxma olanda

B) Döş qəfəsini dəlib keçən cüzi hemotoraks və pnevmotoraks

C) Açıq qapaqlı pnevmotoraks

D) Ürəyin yaralanmasına şübhə olanda

E) Ağ ciyər toxumasının çox böyük sahədə əzilib didilməsi, partlaması
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
331) Uşaqlarda müştərək travmalar zamanı birinci hansı nahiyyədə əməliyyat aparılmalıdır?
A) Döş və qarın boşluğunda

B) Onurğa sütununda

C) Periferik sinirlərdə

D) Yumşaq toxumalarda

E) Ətraflarda
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
332) Uşaqlarda travmatizmin hansı növü daha çox təsadüf edir?
A) Məktəb travmatizmi

B) İdman travmatizmi

C) Küçə travmatizmi

D) Məişət travmatizmi

E) Digər növ travmatizm
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
333) Uşaqlarda yanıq travmaları travmatizmin hansı növünə aid edilir?
A) İdman travmatizminə

B) Məişət travmatizminə

C) Digər növ travmatizmə

D) Küçə travmatizminə

E) Məktəb travmatizminə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
334) Uşaqlarda diz oynağında normada bükmə və açma hərəkətlərinin həcmi neçə dərəcədir?
A) Bükmə 100°, açma 180°

B) Bükmə 40-45°, açma 180°

C) Bükmə 95°, açma 190°

D) Bükmə 90°, açma 200°

E) Bükmə 80°, açma 180°
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
335) Uşaqlarda baş beynin silkələnməsi zamanı yataq rejimi neçə müddət olmalıdır?
A) 1 ay

B) 4 ay


C) 3 ay

D) 2 ay


E) 10-14 gün
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə