Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə3/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

117) Kubvari və pazvari sümüklərin siniqları zamanı gips sarğısınin daşınması neçə müddətdir?
A) 6-8 həftə

B) 9-10 həftə

C) 3 həftə

D) 4 həftə

E) 4-6 həftə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
118) Yerdəyişmə aradan qaldırıldıqdan sonra ayaq darağı sümüklərinin sınıqlarının gips sarğısı ilə orta immobilizasiya müddəti nə qədərdir?
A) 6-8 həftə

B) 5 həftə

C) 3 həftə

D) 4 həftə

E) 6 həftə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
119) Ağır zədələnmə qrupuna hansılar aiddir?
A) Oynaq kapsulunun izolə edilmiş yaralanmaları

B) Oynaqdaxili qəlpəli sınıqlar

C) Epifizlərin cüzi zədələnmələri ilə oynağın deşib keçən yaralanmaları

D) Oynaq boşluğuna keçən kor yaralanmaları

E) Epifizlərin məhdud zədələnmələri
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
120) Oynağın açıq zədələnməsinin ən dürüst simptomu hansıdır?
A) Oynaq proyeksiyasında dərin yaranın olması

B) Yumşaq toxumaların yaralanması ilə oynaq hissəsində qırıqların krepitasiyası

C) Oynaq nahiyəsində çoxlu qanaxmalı yaranın olması

D) Sinovial mayesinin yaradan axması

E) Oynağın proyeksiyasında yaranın olması və onun funksiyasının kəskin məhdudlaşması
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
121) Ən çox rast gələn açıq zədələnmələr hansıdır?
A) Diz oynağı

B) Bazu oynağı

C) Mil bilək oynağı

D) Baldır-aşıq oynağı

E) Dirsək oynağı
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
122) Diz oynağının ağır çoxqəlpəli odlu silahla sınmasından zərərçəkənə ilkin cərrahi işləmədən sonra diz oynağının immobilizasiyası yalnız hansı yolla həyata keçirilir?
A) Enli gips longeti ilə beldən baldırın aşağı üçdə birinədək

B) Diz oynağına gips tutorla

C) Dərin qalın gips sarğısı-longetlə budun yuxarı üçdə bir hissəsindən baldır topuğunadək

D) Dərin qalın gips sarğısı-longetlə budun yuxarı üçdə bir hissəsindən pəncə barmaqlarının ucunadək

E) Tipik koksit sarğısı pəncəni tutmaq şərti ilə
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
123) Dirsək oynağının açıq zədələnmələrinin müalicəsi zamanı sadalanan reabilitasion tədbirlərdən hansını tətbiq etmək lazım deyil?
A) Dirsək oynağında güc tətbiq etmədən açıb-bükmək

B) Dirsək oynağına isti prosedurlar

C) Bazu və saidin yumşaldıcı massajı

D) Zədələnmiş ətrafların bazu və mil bilək oynaqlarında aktiv hərəkətlər

E) Dirsək oynağı və saiddə məcbur edilmədən və passiv açılıb-bükülmə, supinasion və rotasion hərəkətlər
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
124) Çoxsaylı və müştərək zədələnmələr ən çox hansı yaş qrupunda rast gəlir?
A) b) və c) düzdür

B) Uşaq və yeniyetmə yaşlarında

C) a) və b) düzdür

D) Əməkqabiliyyətli yaşda

E) ahıl və qoca yaşlarında
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
125) Müştərək travmalara aşağıdakı bütün travmalar aiddir, istisna halı hansıdır?
A) Dayaq-hərəkət aparatının çoxsaylı zədələnmələri və termiki yanıq

B) Dayaq-hərəkət aparatı və daxili orqanların zədələnmələri

C) Ətraf sümüklərinin sınıqları və kəllə-beyin travmaları

D) Bütün və daha fərqli anatomo-funksional törəmələrin zədələnməsi

E) Orqan və sistemlərin müxtəlif dərəcəli funksional və morfoloji pozulmaları ilə müşayət olan politravmalar
Ədəbiyyat: Kaplan A.V., Markova O.N. Otkrıtıe povrejdeniə kostey i sustavov. Moskva.
126) Çoxsaylı sınıqlara hansılar aiddir?
A) Bir seqment həddində iki və daha çox siniqlar

B) Bütün sadalananlar

C) Bir ətraf həddində iki və daha çox sınıqlar

D) Dayaq-hərəkət aparatının iki və daha artıq anatomo-funksional sahələrinin zədələnməsi

E) İki və daha artıq ətraf həddində iki və daha çox sınıqlar
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
127) Çoxsaylı və müştərək travmalar arasında hansı üstünlük təşkil edir?
A) Qarın boşluğu və çanaq sümüklərinin travması

B) Ətrafların sıxılması

C) Dayaq-hərəkət apparatının çoxsaylı ağır zədələnmələri

D) Kəllə-beyin travması və ətrafların sınıqları

E) Döş qəfəsi və onun orqanlarının travması
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
128) Müştərək travmaya hansılar aiddir?
A) Bütün sadalananlar doğrudur

B) Çiyin sümüyünün və said sümüklərinin, çanaq sümüklərinin sınmaları

C) Pnevmotoraksla qabırğaların sınması

D) Kəllə sümüklərini və bud sümüyünün sınığı

E) Qabırğaların çoxsaylı sınıqları və baldır sümüklərinin sınığı
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
129) Kombinə edilmiş zədələnmələrə hansılar aiddir?
A) Sol bazu sümüyünün sınığı, sol baldırın hər iki sümüyünün sınması, döş qəfəsinin əzilməsi

B) Sol baldır sümüklərinin sınığı, bədənin termiki yanığı

C) Hemopnevmotoraksla qabırğaların çoxsaylı sınıqları, sidik kisəsinin qarındaxili parçalanması ilə çanaq sümüklərinin sınması

D) Çanağın əzilməsi, kəllə əsasının sınığı, baş beyninin əzilməsi

E) Kəllə-sifət travması, baş beyninin əzilməsi, sağ baldırın travmatik qopması
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
130) Müştərək travmalar bütün aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur, istisna təşkil edən hansıdır?
A) Son nəticənin, qalıqların və proqnozlaşdırmanın çətinliyi

B) Fəsadların müxtəlifliyi

C) Poliorqan çatışmamazlığının əmələ gəlməsi

D) Klinik gedişatın ağırlığı

E) Bütün hallarda angiorafiya tədqiqatların aparılmasının vacibliyi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
131) Politravmanın quruluşunda xüsusi çəkisi böyük olan travmalara səbəb nədir?
A) Kücə travması

B) Yol-nəqliyyat hadisələri

C) Müxtəlif kriminal vəziyyətlər

D) Ağır predmetlərlə əzilmə

E) Yüksəklikdən düşmə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
132) Çoxsaylı və müştərək travmalar bütün aşağıdakı əlamətlərlə xarakterizə olunur, istisna olan hansıdır?
A) Dövr edən qanın həcminin azalması, arterial təzyiqin aşağı düşməsi

B) Zədələnmələrin müxtəlifliyi

C) Klinik gedişatın ağırlığı

D) Erkən diaqnostikanın çətinliyi

E) Yüksək letallıq - 60%-dək və yuxarı
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
133) Dayaq-hərəkət aparatı və kəllə-beyin travması və döş qəfəsi, dayaq-hərəkət aparatı və qarın boşluğunun müştərək travması zamanı letallığın dəyişmə həddləri neçədir?
A) 56%-dən və yuxarı

B) 40-dan 55%-dək

C) 21-dən 25%-dək

D) 3-dən 8%-dək

E) 15-dən 19%-dək
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
134) Çoxsaylı sınıqlar zamanı letallığın dəyişmə sərhədləri neçədir?
A) 15-dən 20%-dək

B) 56%-dən və yuxarı

C) 40-dan 55%-dək

D) 21-dən 25%-dək

E) 3-dən 8%-dək
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
135) Çoxsaylı və müştərək travmalar zamanı erkən letallıq bütün aşağıdakı faktorlarla təyin edilir, istisna halı hansıdır?
A) Skelet zədələnməsi

B) Qan itirmələr

C) Kəllə-beyin travma

D) IV dərəcə travmatik şok

E) Həyati vacib orqanların zədələnməsi
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
136) Çoxsaylı və müştərək travmalar zamanı travmanın ilk saatlarında letallıq bütün sadalananlarla şərtlənir, istisna halı hansıdır?
A) İrinli fəsadlar

B) Piy emboliyası

C) Ağır kəllə-beyin travması

D) Ağciyər arteriyasının tromboemboliyası

E) Şok və qan itirmə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
137) Çoxsaylı və müştərək travmalar zamanı, travmadan çox sonrakı dövrdə letallıq hansı halla şərtlənir?
A) İrinli fəsadlarla

B) Digər səbəblərlə

C) Ağciyər arteriyasının tromboemboliyası ilə

D) Piy emboliyası ilə

E) Ağır kəllə-beyin travması ilə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
138) Travmanın müəyyən mexanizmində tipik zədələnmələrin əhəmiyyəti bütün sadalanan tədbirlərlə təyin edilir, istisna olan hansıdır?
A) Zədələnmələrin erkən diaqnostikası

B) Zədələnmənin növ və lokalizasiyasının təyini

C) Müalicə üsulunun seçilməsi

D) Travmatizmin qarşısının alınması

E) Bütün sadalananlarla
Ədəbiyyat: Uotson-Djons R. Perelomı kostey i povrejdeniə sustavov. Moskva,-1982
139) Yumşaq toxumaların geniş zədələnmələri ilə daha ağır sınmalar, bir qayda olaraq hansı qüvvənin təsirlə şərtlənir?
A) Fırladıcı qüvvə təsiri ilə

B) Tangensial qüvvə təsiri ilə

C) Birbaşa qüvvə təsiri ilə

D) Bütün sadalananlarla

E) Bədən vəya ətraf oxu boyunca qüvvə təsiri ilə
Ədəbiyyat: Ankin A.N., Ankin N.A. Praktiçeskaə travmatoloqiə. Evropeyskie standartı. Moskva, 2005
140) Sadalanan çoxsaylı zədələnmələrdən hansılar katatravma üçün tipikdir?
A) Qabırğaların çoxsaylı sınıqları və pəncə sümüklərinin sınığı

B) Onurğa sütununun döş hissəsinin və said sümüklərinin sınması

C) Baldırlar smüklərinin və bazunun sınığı

D) Onurğa sütunu nun boyun hissəsinin və budun sınığı

E) Çanaq sümükləri, bud, baldırın sınığı
Ədəbiyyat: Uotson-Djons R. Perelomı kostey i povrejdeniə sustavov. Moskva,-1982
141) Zərərçəkən nəqliyyat relsləri altına düşən zaman hansı hal xarakterdir?
A) Yuxarı ətraf sümüklərinin sınması ilə müştərək çanaq sümüklərinin çoxsaylı sınıqları

B) Çanağın zədələnməsi və budun açıq sınığı

C) Onurğa sütununun bel hissəsinin, kəllə-beyin travması və qarın boşluğu orqanlarının travması ilə müştərək sınığı

D) Onurğa sütununun döş hissəsinin sınığı ilə döş qəfəsinin zədələnməsi

E) Aşağı ətrafların xıncımlanması və onların seqmentlərinin qopması
Ədəbiyyat: Uotson-Djons R. Perelomı kostey i povrejdeniə sustavov. Moskva,-1982
142) Cinsiyyət üzvlərinin zədələnməsi ilə müşahidə olunan qarının küt travması zamanı letallığın səbəbidir.
A) keçməməzlik

B) daxili üzvlərin eventrasiyası

C) bağırsaq sivişi

D) peritonit

E) massiv qanaxma
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
143) Onurğanın müxtəlif nahiyələrinin travmaları arasında boyun fəqərələrinin travmaları neçənci yeri tutur?
A) birinci yeri

B) dördüncü yeri

C) ikinci yeri

D) üçüncü

E) beşici yeri
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
144) Boyun fəqərələrinin ağırlaşmamış sınıqlarının müalicəsi zamanı aşağıdakı müalicələrdən hansi aparılmır?
A) Qlisson ilgəyi ilə başın dartılması

B) bası fiksasiya üçün Yelenski şinasından istifadə etmək

C) standart başsaxlayıcılardan istifadə etmək

D) Şans boyunluğunun və torokokranial gips sarğısının istifadə edilməsi

E) kəllə sümüklərindən skelet dartması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
145) Onurğanın döş hissəsinin ağırlaşmamış sınıqlarının konservativ müalicəsi zamanı daha çox tətbiq edilir
A) qoltuqaltı nahiyədən yumşaq dartma

B) Qlisson petlisi ilə başdan dartma

C) çanaq sümüklərindən skelet dartma

D) aşağı ətraflardan skelet dartma

E) kəllə sümüklərindən skelet dartması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
146) Onurğanın döş hissəsinin travmalarının müalicəsində aşağıda göstərilən müalicələrdən hansı biri tətbiq edilmir?
A) fizoterapiya

B) müalicə gimnastikası

C) massaj

D) mexanoterapiya

E) əzələlərin elektrositimulyasiyası
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
147) Onurğanın travmaları arasında bel fəqərələrinin travması neçənci yerdədir?
A) dördüncü

B) birinci

C) beşinci

D) ikinci

E) ücüncü
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
148) Onurğanın travmaları arasında aşağıda sadalanan bütün sınıqlara rast gəlinir, hansından başqa?
A) torsion sınıqlar

B) ağırlaşmamış sınıqlar

C) fəqərənin arxa çıxıntısının sınıqları

D) ağırlaşmış sınıqlar

E) kompression sınıqlar
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
149) Bel fəqərələrinin anatomik strukturlarınnın sınıqlarından daha çox rast gələni hansıdır?
A) köndələn çıxıntılar

B) oyuxarı oynaq çıxıntıları

C) bizvarı çıxıntılar

D) fəqərənin qövsü

E) aşağı oynaq çıxıntıları
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
150) Bel fəqərələri sınığı olan xəstənin dartma ilə müalicəsi necə aparılır?
A) yatağın yuxarı hissəsini qaldırmaqla xəstənin qoltuqaltı nahiyədən yumşaq ilgəklə dartılması

B) döş qəfəsinə xüsusi jiletin geydirilməsi ilə başdan dartma

C) başa Qlisson petlisi geydirməklə 6 kq yüklə dartmaq

D) yatağın aşağı hissəsini qaldırmaqla pəncənin fiksasiyası

E) çanağa xüsusi fiksator bağlamaqla oxu boyu dartmaq
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
151) Praktikada bel fəqərəsinin ağırlaşmamış sınıqlarının cərrahi müalicəsi zamanı aşağıda göstərilən əməliyyatlardan hansı tətbiq edilmir?
A) Tkaçenko fiksatoru vasitəsi ilə fəqərə qövsündən dartma

B) Ramix fiksatoru vasitəsi ilə fəqərərələrin bizvarı çıxıntısından dartma

C) lavsan lentlə fəqərərələrin bizvarı çıxınısından dartma

D) sınmış fəqərənin çıxarılıb ksenoprotezlə əvəz olunması

E) Novikov üsulu ilə bizvarı çıxıntıdan məftillə dartma
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
152) Çanaq həlqəsinin cırılması ilə müşahidə olunan sınıqlara aşağıdakılardan hansı aiddir?
A) oturaq və qasıq sümüklərinin eyni tərəfdən sınığı

B) qalça sümüyü qanadının sınığı

C) sirkə kasası kənarının sınığı

D) qasıq sümüyünün sınığı

E) oturaq və qasıq sümüklərinin əks tərəfdən sınığı
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
153) Çanaq həlqəsinin cırılmaması ilə müşahidə olunan sınıqlara aşağıdakılardan hansı aiddir?
A) sirkə kasası dibinin sınığı

B) qasıq birləşməsinin cırılması və qalça sümüyünün sınığı

C) qasıq birləşməsinin cırılması və omanın vertikal sınığı

D) qasıq və otraq sümüklərinin eyni tərəfdən sınması

E) oma-qalça birləşməsinin birtərəfli cırılması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
154) Aşağıdakılardan hansı sirkə kasası travmasına aid deyil?
A) qasıq sümüyü əsasının sınığı

B) budun mərkəzi çıxığı

C) budun mərkəzi yarımçıxığı

D) sirkə kasası dibinin sınığı

E) sirkə kasası yuxarı kənarının sınığı
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
155) Kombinə olunmuş sınıqlara aşağıdakılardan hansı aiddir?
A) nazik bağırsağın cırılması ilə müşahidə olunan qalça sümüyünün sınığı

B) qasıq və oturaq sümüklərinin sidik kisəsinin cırılması ilə müşahidə olunan sınıqları

C) sirkə kasasının sınığı, aralıq və sarğı nahiyəsinin termiki yanığı

D) çanağın ön hissəsinin açıq sınıqları

E) uretranın cırılması ilə müşahidə olunan qasıq sümüyünün sınığı
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
156) Vətərin sümük fraqmenti ilə birgə qopması daha çox hansı zədələnmələrdə müşahidə olunur?
A) budun ikibaşlı əzələsini zədələnmələrində

B) budun dördbaşlı əzələsini zədələnmələrində

C) sol ikibaşlı əzələnin uzun başının zədələnmələrində

D) bazunun üçbaşlı əzələsinin zədələnmələrində

E) axil vətərinin zədələnmələrində
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
157) Bazunun üçbaşlı əzələnin aşağıda göstərilən zədələnmələrindən daha çox rast gələni hansıdır?
A) bazunun orta 1/3 nahiyəsində üçbaşlı əzələnin köndələn cırılması

B) üçbaşlı əzələ medial başı vətərin bazu sümüyündən qopması

C) üçbaşlı əzələ uzun başı vətərinin kürək sümüyündən qopması

D) üçbaşlı əzələ vətərinin distal ucunun dirsək çıxıntısının sümük fraqmenti ilə birgə qopması

E) üçbaşlı əzələnin lateral başının orta və yuxarı 1/3 səviyyəsində cırılması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
158) Dərzi əzələsinin tipik zədələnməsi zamanı aşağıda göstərilən əlamətlər müşahidə edilir, hansından başqa ?
A) bud-çanaq oynağında budu fırladan zaman kəskin qəfil ağrının olması

B) budun bayır rotasiyasının məhdudlaşması

C) budun bükülməsinin məhdudlaşması və ağrılı olması

D) budun uzaqlaşdırılmasının məhdudlaşması

E) qalça sümüyü ön aşağı tinindən dərzi əzələsi vətərinin qopması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
159) Budun dördbaşlı əzələsinin cırılmasının əlamətləri aşağıdakılardır, hansından başqa?
A) budun dördbaşlı əzələsinin vətər hissəsinin zədələnməsi

B) baldırın açılmasının olmaması

C) diz qapağı üst nahiyəsində yumşaq toxumanın çökməsi

D) zərərçəkənin yaşının 40-60 yaş arasında olması

E) diz oynağında qeyri stabillik
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
160) Axil vətərinin iltihabı aşağıda göstərilən bütün səbəblərdən baş verə bilər, hansından başqa?
A) yerli iltihabın təsirini lazımı qədər qiymətləndirmədikdə

B) anadangəlmə pəncənin varus vəziyyətinə anatomik meyillik olması

C) qaçma, tullanma məşğələlərinin həddən artıq bərk, yumşaq və sürüşkən yerlərdə aparılması

D) idman məşğələləri zamanı dar ayaqqabıların geyilməsi

E) axil vətəri nahiyəsində hissəvi mikrotravmalar
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
161) Axil vətərinin tipik cırılmasına aşağıda sadalanan bütün əlamətlər aiddir, hansından başqa?
A) vətərin cırılması degenrativ-trofik dəyişiklər fonunda baş verir

B) vətərin cırılması baldırın üçbaşlı əzələsinin kordinasiy olunmamış qəfil yığılması fonunda baş verir

C) hematoma çox zaman iç və bayır topuq nahiyyəsində müşahidə edilir

D) Pəncəninarxa fleksiyası mümkün olmur

E) cırılma çox zaman əzələnin vətərə keçən yerində baş verir
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
162) Axil vətərinin cırılması zamanı Tomson simptomu özünü biruzə verir
A) axil vətərinin cırılması zamanı şaqqıltının eşidilməsi

B) zədələnmiş ayaq barmaqları üstə qalxmaq və gəzməyin mümkün olmaması

C) zədələnmiş ətrafda baldırın üçbaşlı əzələsini sıxan zaman pəncənin bükülməsinin olmaması

D) pəncənin supinasiyasının kəskin məhdudlaşması

E) axil vətərinin cırıldığı nahiyədə çökmənin olması
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
163) Ağırlıq qaldıranlarda və güləşçilərdə döş qəfəsinə birləşən əzələlərdən daha çox zədələnir aşağıdakılar, hansından başqa?
A) qabırğaarası əzələ

B) böyük döş əzələsi

C) ön döş əzələsi

D) döşün köndələn əzələsi

E) qarının düz əzələsi
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.
164) Budun düz əzləsi daha çox hansı nahiyədə zədələnir?
A) oturaq qabarında

B) qalça sümüyü ön üst tinində

C) diz qapağının üst qütbündə

D) qalça sümüyü ön aşağı tinində

E) düz əzələnin ortasından
Ədəbiyyat: Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 3-x tomax, Ö.Q.Şapoşnikov, Moskva 1997.; Travmatoloqiə i Ortopediə. Rukovodstvo dlə vraçey, V 4 tomax N.V.Kornilov, G.Q.Qrəznuxin i dr., Qippokrat, 2008.

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə