Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə17/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

931) Nəhəng hüceyrəli şiş (osteoblastoklastom) daha çox rast gəlir?
A) Şiş böyüklər üçün xarakterikdir

B) Yeniyetmə yaşında (12-18 yaş)

C) Heç biri

D) Eyni tezliklə bütün yaşlarda təsadüf edilir.

E) Uşaqlarda 10 yaşınadək
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
932) Nəhənghüceyrəli şişin daha tipik lokalizasiyası (osteoblastoklastoma) hansıdır?
A) Uzun borulu sümüklərin diafizləri

B) Bud sümüyünün aşağı oynaq ucu və qamış sümüyünün yuxarı oynaq ucu

C) Fəqərələrin cismləri

D) Kəllə sümükləri

E) Yastı sümüklər
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
933) Nəhənghüceyrəli şişin solitar və anevrizmal sistalar il ədifferensial diaqnostikasında daha informativdir
A) Radionuklid müayinə

B) Kompüter tomoqrafiyası

C) İki proyeksiyada adi rentgenoqrafiya və kompüter tomoqrafiyası

D) Angioqrafiya

E) Biopsiya-histoloji müayinə
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
934) Uzun borulu sümüklərdə yerləşən osteoid-osteomanın xarakter klinik əlamətləri hansıdır?
A) Hamısı düzdür

B) Yaxın oynağın funksiyasının məhdudlaşması

C) Ətrafın əzələlərinin atrofiyası

D) Xəsarət yerində gecə ağrıları

E) Lokalizasiya yerində daimi ağrılar, yerli hərarətin yüksəlməsi
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
935) Adi osteoid-osteoma adətən harada yerləşir?
A) Budun boynunda və burmalararası nahiyədə

B) Fəqərələrin cismində

C) Uzun borulu sümüklərin diafizində

D) Skeletin yastı sümüklərində (kürək, çanaq sümükləri)

E) Əl və pəncənin xırda sümüklərində
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
936) Nəhənghüceyrəli şişin differensial diaqnostikası məqsədi ilə punksion biopsiya zamanı nə təyin edilir?
A) Sadalananların heç biri

B) Sümükdaxili təzyiq olmur

C) Qan çıxır

D) Şiş boşluğundan boz yumşaq toxuma götürmək mümkün olur

E) Yüksək sümükdaxili təzyiq təyin edilir
Ədəbiyyat: Travmatoloqii i ortopediə. Rukovodstvo v 3-x tomax. Moskva, 1997
937) Xroniki osteomielitin əsas kliniki əlaməti hansıdır?
A) Oynaqlarda kontrakturanın olması

B) Funksiya edən fistul olması

C) Çapıq toxumanın olması

D) Ətrafların ödemli olması

E) Ətrafların deformasiyası
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
938) Uzunmüddətli müalicə aparılmayan osteomielit zamanı hansı ağırlaşma yarana bilər?
A) Prosesin ağırlaşmasına

B) Pataloji sınığın əmələ gəlməsinə

C) Yuxarıdakıların hamısı əmələ gələ bilər

D) Sepsis və fleqmonanın yaranmasına

E) Xəstəliyin residivinin yaranmasına
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
939) Xroniki osteomielitin cərrahi müalicəsinə göstəriş hansıdır?
A) Birincili-xroniki osteomielit, ağrı sindromu ilə

B) Sekvestrin olması

C) Yuxarıda sadalananların hamısı əməliyyata göstərişdir

D) Uzunmüddətli sağalmayan fistulun olması

E) Sümükdaxili absesin olması
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
940) Xroniki osteomielitin cərrahi müalicəsinə əks göstərişlər hansılardır?
A) Fleqmonanın olması

B) Yüksək leykositoz

C) Yüksək hərarətin olması

D) Periferik qan dövranının 40%-dən çox pozğunluğu

E) Sümük kanalında sekvestrlərin olması
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
941) Xroniki osteomielit zamanı cərrahi girişi təyin edərkən nələri nəzərə almaq lazımdır?
A) Sümük boşluğuna ən yaxın yeri seçmək

B) Yad cisimlərin və metal konstruksiyaların yerləşmə istiqamətini nəzərə almalı

C) Yuxarıda sadalananların hamısı nəzərə alınmalıdır

D) Çapıq toxumalarından yan keçmək

E) Götürüləcək əzələ loskutunun istiqamətini nəzərə almalı
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
942) Xroniki osteomielit zamanı irinli-nekrotik ocağın işlənməsinin ən optimal üsulu hansıdır?
A) Fistulosekvestronekroektomiya

B) Zədələnmiş sümüyün radikal rezeksiyası

C) Sekvestroektomiya

D) Nekroektomiya

E) Fistulun kəsilərək götürülməsi, sekvestroektomiya
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
943) Xroniki osteomielit zamanı əməliyyat yarasının ən optimal drenə edilmə forması hansıdır?
A) Yaranın rezinlə drenə olunması

B) Aspirasion drenaj

C) Passiv drenaj

D) İrriqasion-aspirasion drenaj

E) Yodoform turunda ilə drenaj
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
944) Sümük boşluğuna köçürülmüş əzələ parçasının funksiyası nədən ibarətdir?
A) Drenə etmə

B) Bərpa


C) Bütün sadalananlar

D) Hemostatik

E) Əvəzedici və doldurucu
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
945) Osteomielitli boşluqların sümük plastikası üçün daha təhlükəsiz material hansıdır?
A) Spongioz autotransplantat

B) Ksenotransplantat

C) Yuxarıda sadalananların hamısı

D) Allotransplantat

E) Kortikal autotransplantat
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
946) Xroniki osteomieliti olan xəstədə əməliyyatdan sonra yaranan boşluğa sümük plastikası aparmaq üçün nələri nəzərə almaq lazımdır?
A) Gənc və orta yaşlı olmasini

B) Somatik sağlam olmasını

C) Yaxşı yumşaq toxumalara malik və sümük boşluğu nahiyyəsində çoxlu dəri toxumanın olmasını

D) Bu əməliyyatı icra edən cərrahın hazırlığından

E) Xəstələrdə dərman preparatlarına qarşı allergiyanın olması
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
947) Zəif sümük döyənəkli, metal konstruksiyalı süst gedişli infeksiya zamanı hansı müalicə taktikası seçilməlidir?
A) Metal konstruksiyanın xaric edilməsi,sağlam toxumalara qədər sümüyün rezeksiyası,İlizarov üsulu ilə mono və bilokal osteosintez

B) Nekroektomiya

C) Metal konstruksiyanın xaric edilməsi və nekroektomiya, yenidən osteosintez

D) Metal konstruksiyanın xaric edilməsi və nekroektomiya

E) Konservativ müalicə , gips sarğısı ilə immoblizasiya, sümük döyənəyinin möhkəmlənməsinə qədər gözləmə taktikası
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
948) Ucları osteomielitlə fəsadlaşmış yalançı hiperplastik oynaq zamanı hansı müalicə taktikası seçilməlidir?
A) Fraqment uclarının radikal rezeksiyası,metal lövhə ilə osteosintez

B) Fraqment uclarının sağlam toxumalara qədər rezeksiyası, İlizarov cihazı ilə osteosintez

C) Fraqment uclarının radikal rezeksiyası, İlizarov cihazı ilə osteosintez

D) Fraqment uclarının radikal rezeksiyası, intramedulyar ştiftlə osteosintez

E) Nekroektomiya,gips sarğısı ilə fiksasiya
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
949) Ucları osteomielitlə fəsadlaşmış yalançı hipoplastik oynaq zamanı hansı müalicə taktikası seçilməlidir?
A) Nekroektomiya,gips sarğısı ilə fiksasiya

B) Fraqment uclarının radikal rezeksiyası,metal lövhə ilə osteosintez

C) Fraqment uclarının radikal rezeksiyası, intramedulyar ştiftlə osteosintez

D) Fraqment uclarının radikal rezeksiyası,İlizarov cihazı ilə mono və bilokal osteosintez

E) Fraqment uclarının radikal rezeksiyası, İlizarov cihazı ilə osteosintez
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
950) Sümükdaxili abses zamanı əsas kliniki simptom hansıdır?
A) Dəridə hiperemiya

B) Ətrafın funksiyasının itməsi

C) Kəskin ağrı

D) Yüksək hərarət

E) Leykositoz
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
951) Xroniki osteomielit zamanı əzələ plastikasına göstəriş nədir?
A) Sekvestrlərin miqdarı

B) Sümük boşluğunun həcmi

C) Trofiki yaranın həcmi

D) Dəridəki çapıq toxumanın həcmi

E) Yaxın oynaqların ankilozu
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
952) Diz oynağının xroniki osteoartriti zamanı hansı əməliyyat növü məsləhətdir?
A) Artrotomiya və nekroektomiya

B) Oynaq səthlərinin rezeksiyası (artrodez), nekroektomiya, xarici fiksə cihazı ilə fiksasiya

C) Oynaq səthlərinin rezeksiyası (artrodez), gips sarğısı ilə fiksasiya

D) Diz oynağının artrotomiyası, sinevokapsulektomiya

E) Artrotomiya və nekroektomiya, gips sarğısı ilə fiksasiya
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
953) Diz oynağının kəskin irinli artritinə nə aid deyil?
A) Ümumi hərarətin yüksək olması

B) Palpasiya zamanı ağrı

C) Rentgenoloji olaraq oynaq səthlərinin zədələnməsi

D) Yerli hərarət

E) Diz oynağı nahiyyəsində şişkinlik
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
954) Diz oynağının kəskin irinli artriti zamanı məsləhət görülür:
A) Diz oynağının artrotomiyası

B) Diz oynağının irriqasion-aspirasion drenə olunması

C) Konservativ müalicə,gips sarğısı ilə fiksasiya

D) Diz oynağının artrotomiyası, sinevokapsulektomiya

E) Diz oynağının artrotomiyası, oynaq səthlərinin rezeksiyası, yivli mil-mil cihazı ilə osteosintez.
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
955) Aşıq-baldır oynağının xroniki osteoartriti zamanı nə məsləhət görülür?
A) Artrotomiya və nekroektomiya

B) Konservativ müalicə,gips sarğısı ilə fiksasiya

C) Oynaq səthlərinin rezeksiyası (artrodez), gips sarğısı ilə fiksasiya

D) Baldırın aşağı 1/3 səviyyəsində amputasiya

E) Oynaq səthlərinin rezeksiyası (artrodez), xarici fiksə cihazı ilə fiksasiya
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
956) Aşıq sümüyünün xroniki osteomielitinin septiki dəyişkənliyi zamanı nə məsləhət görülür?
A) Artrotomiya və nekroektomiya

B) Konservativ müalicə,gips sarğısı ilə fiksasiya

C) Baldırın aşağı 1/3 səviyyəsində amputasiya

D) Aşıq-baldır oynağının artrodezi, xarici fiksə cihazı ilə fiksasiya



E) Aşıq sümüyünün ekstirpasiyası,qamış-daban artrodezi, xarici fiksə cihazı ilə fiksasiya
Ədəbiyyat: Q.D.Nikitin, A.B.Rak, S.A.Linnik, Q.P.Saldun, A.Q.Kravçov, İ.A.Aqafonov, R.Z.Faxrutdinov, V.V.Xaymin “Osteomielitin cərrahi müalicəsi” Sankt-Peterburq 2000
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə