Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları




Yüklə 1.38 Mb.
səhifə1/17
tarix22.02.2016
ölçüsü1.38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
Travmatologiya-ortopediya ixtisası üzrə nümunəvi test sualları


1) Sağlam adamda ürəyin vurma həcmi hansı miqdara müvafiqdir?
A) 35-40 ml

B) 60-180 ml

C) 100-150 ml

D) 55-90 ml

E) 80-140 ml
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
2) Qanın dövretmə həcmi (QDH) normada hansı birinə uyğundur?
A) 110-140 ml/kq

B) 60-57 ml/kq

C) 94-105 ml/kq

D) 82-75 ml/kq

E) 70-65 ml/kq
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
3) Bütün sadalanan faktorlar vena təzyiqini saxlayır, hansından başqa?
A) Plevradaxili təzyiq

B) Sümükdaxili təzyiq və limfatik sistemində təzyiq

C) Qarın boşluğu daxili təzyiq

D) Arteriya təzyiq və qanaxımı

E) Kapilyarlardakı təzyiq və qanaxımı
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
4) Travmatik xəstələrə transfuziya üçün tətbiq edilən aşağıda göstərilən məhlulların hamısı hipoosmotikdir,birindən başqa?
A) Aminopeptid

B) Qlükoza 5%-li

C) Hemodez

D) Qartman məhlulu

E) Albumin 5%-li
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
5) Nəfəsalma sistemində ağciyərlərin süni ventilyasiyasının vacib olduğunu göstərən əsas göstərici hansıdır?

A) SO2>78%

B) SO2<78%(oksigenin saturasiyası)

C) PaO2<50 mm civə sütunu

D) PaCO2>50 mm civə süt

E) Hamısı


Ədəbiyyat: Травматология и ортопедия Корнилов Н.В.,Грязнухин Э.Г.Руководство для врачей в 4 томах.Санкт-Петербург «Гиппократ» 2005
6) Autoqanın stabilləşdirilməsi üçün nə qədər heparin tələb olunur?
A) 2000 tv heparin 500 ml qana

B) 3000 tv heparin 500 ml qana

C) 10000 tv heparin 500 ml qana

D) 1000 tv(təsir vahidi) heparin 500 ml qana

E) 5000 tv heparin 500 ml qana
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
7) Arteriyalarda kəskin trombozlaşmanın ilkin əlamətləri hansılardır?
A) Əl-ayağın soyuması

B) Şiş


C) Ağrı

D) Qıcıqlanma, paresteziya

E) Dəri örtüyünün mərmərləşməsi
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007
8) Aşağımolekullu dekstranlar hansı qabiliyyətə malikdir?
A) Qanaxma təhlükəsini artırmırlar

B) Qanaxma təhlükəsini artırırlar

C) Qanaxma təhlükəsini artırmırlar və mikrosirkulyasiyanı yaxşılaşdırırlar

D) Mikrosirkulyasiyanı zəiflədirlər

E) Mikrosirkulyasiyanı yaxşılaşdırırlar
Ədəbiyyat: Справочник болезни системы крови Гусева С.А., Вознюк В.П. Москва Медрес. Информ 2004, Волкова М. Клиническая Гематология Москва Медицина 2007, Тавровский В.М. Трансфузионная терапия при острой кровопотере М., 1977
9) Quduzluğun inkubasiya dövrü əsasən nə qədər davam edir?
A) 5 aydan çox

B) 1-3 ay

C) 2-3 həftə

D) 5-6 gün

E) 4-5 ay
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
10) Quduzluqda ilkin əlamətlər mərhələsi hansı simptomlarla xarakterizə olunur?
A) Səbəbsiz həyəcanlanma

B) Hamısı düzgündür

C) Dişlənmiş və ya tüpürcək dəymiş nahiyyədə xoşa gəlməz hisslər, göynəmə, davamlı ağrılar, qaşınma, dəri hiperemiyası meydana çıxır

D) Hidrofobiya

E) Çoxlu tüpürcək ifrazı, eşitmə və görmə qarabasması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
11) Əl-ayağın yumşaq toxumalarının sıxılma dərəcəsi sadalananların hansından asılı deyil ?
A) Lokallaşmadan (yuxarı-əl və ya aşağı-ayaq), əzələ toxumasının kütləsindən

B) Zərər çəkəndən

C) Sıxılmanın gücündən

D) Zədələnən sahədən

E) Sıxılma müddətindən
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
12) Əl-ayağı sıxılmadan azad etdikdən sonra aşağıda qeyd edilən tədbirlərin hamısı həyata keçirilməlidir,birindən başqa?
A) Əl-ayağın proksimal hissəsinə jqutun qoyulması

B) Əl-ayağın immobilizasiyası

C) Ağrı kəsici və sedativ maddələrin yeridilməsi

D) Novokainlə paranefral blokada

E) Əl-ayağın novokainlə blokadası
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
13) Travmatik şokun son fazası hansı ilə müşayət olunur?
A) Hidrostatik kapillyar təzyiqinin yüksəlməsi ilə kapilyarlardakı mayenın interstisiyə sızması , eritrositlərin və trombositlərin yapışması

B) Mikrotrombların əmələ gəlməsi

C) Sadalananların hamısı

D) Prekapillyar sfinkterlərin genişlənməsi ilə yanaşı postkapillyar sfinkterlərin daralmasının davam etməsi ilə gedir

E) Mikrosirkulsiyanın pozulması
Ədəbiyyat: Анкин А.Н., Анкин Н.А. Практическая травматология. Европейские стандарты. Москва, 2005
14) Donma amputasiyası nə zamanı aparılır?
A) Demarkasiya xətti aşkar olmamış

B) Demarkasiya xətti meydana çıxdıqda

C) Mumifikasiya aşkar edildikdə

D) Birinci və ya ikinci həftədə

E) İnfeksiyaya uğramış, donvurmuş ətrafda demarkasiya xətti üzrə 3-4 həftə müddətində
Ədəbiyyat: Ожоги и обморожения. Арьев Т.Я.Ленинград 1972
15) Göy-yaşıl irin çöplərinə qarşı hansı dezeinfeksiyaedici effektli deyil?
A) Deqmisidlər

B) Ammonium tərkibli antiseptiklər

C) Qarışqa turşusu

D) Kalium permanqanat

E) Bor turşusu
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
16) Yaranın iltihab prosesinin başlanğıc mərhələsini hansı əks etdirir?
A) Fibroblastlar

B) Trombositlər və neytrofillər

C) Makrofaqlar

D) Neytrofillər

E) Trombositlər və iri hüceyrələr
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
17) Hansı hüceyrələrın hesabına iltihab fazasında yara detrittən təmizlənir?
A) Fibroblastlar

B) Neytrofillər

C) Trombositlər və iri hüceyrələr

D) Makrofaqlar

E) Neytrofillər və fibroblastlar
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
18) Anaerob infeksiyasının törədicisi- klostridiya fəaliyyəti nəticəsində nə əmələ gətirir?
A) Toksin gətirmir

B) Endotoksin

C) Ekzotoksin və endotoksin

D) Ekzotoksin

E) Virus
Ədəbiyyat: А.В.Каплан, Н.Е.Махсон,В.М.Мельникова Гнойная травматология костей и суставов. Издательство Медицина Москва-1985
19) Qaz anaerob infeksiyası olduqda sadalananlardan hansı istisna olunur?
A) Geniş yoluxmuş parçaların kəsilməsi

B) Yaranın punksion drenaji

C) Yoluxmuş parçaların kəsilməsi, birinci növbədə əzələlərin

D) Fassiyanın kəsilməsi

E) Amputasiya
Ədəbiyyat: А.В.Каплан, Н.Е.Махсон,В.М.Мельникова Гнойная травматология костей и суставов. Издательство Медицина Москва-1985
20) Yumşaq toxumaların sıxılmasının patogenezində sadalananlardan hansı aparıcı deyil?
A) Həddi keçmiş ağrı

B) Qan borularının (damarların) və böyrəklərin spazması

C) İntoksikasiya

D) Plazma itkisi

E) Qanaxma
Ədəbiyyat: Травматология и ортопедия Корнилов Н.В.,Грязнухин Э.Г.Руководство для врачей в 4 томах.Санкт-Петербург «Гиппократ» 2005
21) Travmatik şokun ağır formasında vazokonstruksiya daxili orqanların hansı qan-damar sistemlərini ahətə edir?
A) Aşağı və yuxarı ətrafların sistemini

B) Ağciyər sistemini

C) Baş beyin sistemini

D) Günəş kələfi ilə innervləşən qaraciyər, bağırsaq, mədəaltı vəz, əzələlər sistemini

E) Ürək sistemini
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
22) “Təcili yardım” maşınında qabaqcadan poliqlükinin 1-2 L vurulması necə təsir edir?
A) Qan qrupunun təyinini çətinləşdirir

B) Qan qrupunun təyinini yaxşılaşdırır

C) Qan qrupunun təyininə təsir etmir

D) Çoxlu qan itirmiş xəstələrdə qan qrupunun təyinini asanlaşdırır

E) Qanın yalnız A(II) qrupunun təyininə maneçilik törədir
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
23) Bud sümüyünün boynunun sınığının əməliyyat vasitəsilə müalicəsinin üstünlükləri sadalanır,biri istisnadır?
A) Sınıqları möhkəmlətməyə imkan verir

B) Sınıqları dəqiq tutuşdurmağa imkan verır

C) Operasiya az travmatikdir

D) Xəstəyə tezliklə aktivləşməyə imkan verir

E) Yataq yarasının qarşısı alınır
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
24) Baldırın, aşağı ətrafın orta xəttindən ön səthdə 0 dərəcədən 3 dərəcəyədək kənarlaşması zamanı hansı nəticəni çıxarmaq olar?
A) Yan bağlarının qismən qopması

B) Xaçşəkilli bağların qismən qopması

C) Xaçşəkilli bağlar saxlanılıb

D) Diz oynağının yan bağları salamatdır

E) Yan bağlarının qismən qopması və xaçşəkilli bağların qopması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
25) Baldırın ön səthdə orta xətdən daxilə və xaricə 5 dərəcədən 10 dərəcəyədək kənarlaşması nəyi göstərir?
A) Xaçşəkilli bağların tam qırılması

B) Yan bağlarının tam qırılmasını

C) Xaçşəkilli bağların qismən qırılması

D) Yan bağlarının qismən qırılmasını

E) Yan və xaçşəkilli bağların qismən qırılmasını
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
26) Baldır-pəncə oynağının hemartrozu zamanı aparıcı simptom hansıdır?
A) Baldırarası sindesmozun qırılması

B) Ağrı


C) Ətrafın funksiyasının pozulması

D) Oynaq boşluğuna qan yığılması

E) Qan yığılması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
27) Pəncənin yumşaq toxumalarının zədələnmələrinin müalicəsinə aşağıdakılardan hansı aid deyil?
A) Fizioproseduralar

B) Kəskin dövrdə soyuqdan istifadə

C) Rentgenoterapiyanın (az dozalarla) tətbiqi

D) MBT (müalicəvi bədən tərbiyəsi)

E) Təzyiq göstərən sarğının qoyulması
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
28) Aşıq sümüyünün sınığının əlamətləri hansıdır?
A) Pəncənin adduksiya və abduksiyasının kəskin azalması

B) Aşıq-daban oynağında hərəkətliliyin artması

C) Axill vətəri sahəsində kəskin ağrı, pəncənin arxaya bükülməsi zamanı ağrıların artması, dabana vurmaların sınıq sahəsində ağrını artırması, pəncənin birinci barmağı alta qatlanma vəziyyətində

D) Baldır-pəncə oynağında hərəkətin normal həcmi

E) Baldır-pəncə oynağında alta bükülmə və arxadan açılmanın məhdudlaşması
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
29) Çoxsaylı və müştərək zədələnmələr ən çox hansı yaş qrupunda rast gəlinir?
A) Hamısı düzgündür

B) Orta yaşlarda

C) Əmək qabiliyyətli yaşda

D) Uşaq və gənc yaşlarında

E) Qoca yaşlarda
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
30) Politravmanın quruluşunda xüsusi çəkisi böyük olan travmaların səbəbi hansıdır?
A) Yüksəklikdən düşmə

B) Müxtəlif kriminal vəziyyətlər

C) Yanıqlar

D) Yol-nəqliyyat hadisələri

E) Ağır predmetlərlə əzilmə
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
31) Hansı qüvvənin təsiri altında yumşaq toxumaların geniş zədələnmələri ilə daha ağır sınmalar baş verir ?
A) Birbaşa qüvvənin təsiri ilə

B) Bütün sadalananlarla

C) Fırladıcı qüvvəin təsiri ilə

D) Bədən və ya ətraf oxu boyunca qüvvənın təsiri ilə

E) Tangensial qüvvənin təsiri ilə
Ədəbiyyat: Травматология и ортопедия. Руководство в 3-х томах. Москва, 1997
32) Politravma zamanı əlillik əsasən nəyə görə təyin edilir?
A) Həkim-əmək ekspertizası keçirilən zaman deffektlər

B) Travma zamanı fəsadlar

C) Dayaq-hərəkət apparatının zədələnmə ağırlığı

D) Müalicə defektləri

E) Diaqnostik xətalar
Ədəbiyyat: Травматология и ортопедия. Руководство в 3-х томах. Москва, 1997
33) Barmağın dərin bükücü əzələsinin vətəri üzərinə ilkin qapayıcı vətər tikişləri qoyularkən fəal hərəkət nə vaxt yaranır?
A) Əməliyyatdan 30 gün sonra

B) Əməliyyatdan 5 həftə sonra

C) Əməliyyatdan 7 gün sonra

D) Əməliyyatdan 21 gün sonra

E) Əməliyyatdan 14 gün sonra
Ədəbiyyat: Ю.Ю.Колонтай “Открытые повреждения кисти” Киев, 1983
34) Ən çox sınan bilək sümüyü hansıdır?
A) Qayığabənzər sümük

B) Üçvəchli sümük

C) Aypara sümük

D) Qarmaqlı sümük

E) Başlı sümük
Ədəbiyyat: Колонтай Ю.Ю. Открытые повреждения кисти. Киев, 1983
35) Bud sümüyünün boynunun sınığının əməliyyat yolu ilə müalicəsi aşağıdakı üsullardan hansı ilə həyata keçirilmir?
A) Müxtəlif metal konstruksiyalar vasitəsi ilə qapalı osteosintez

B) Auto- və allotransplantlar vasitəsi ilə osteosintez

C) Bud-çanaq oynağının endoprotezləşdirilməsi

D) Fraqmentlərin açıq repozisiyası və gips sarğısı ilə fiksasiyası

E) Müxtəlif metal konstruksiyalar vasitəsi ilə açıq osteosintez
Ədəbiyyat: ”Ошибки и осложнения при лечении переломов костей” М.В.Волков,О.Н.Гудушаури. Москва 1970
36) Qamış sümüyünün kondiluslararası hündürlüyünün sınıqları nəyin qırılması ilə müşayət olunur?
A) Yan və çarpaz bağların

B) Ön çarpaz bağın

C) Diz oynağının xarici yan bağının

D) Diz oynağının daxili yan bağının

E) Arxa çarpaz bağın
Ədəbiyyat: Каплан А.В. ”Закрытые повреждения костей и суставов” Москва,-1967
37) Fraqmentlərin yerdəyişməsi ilə müşayət olunan qamış sümüyünün kondilusunun kompression sınıqlarının müalicəsi zamanı nəyə üstünlük verilir?
A) Artotomiya, zədələnmiş menisklərin çıxarılması, çökmüş kondilusların qaldırılması, metal osteosintezi

B) Ultrasəs qaynağı

C) Qamış sümüyünün sınığının qapalı kompression-destraksion osteosintezi

D) Skeletin topuqüstü və ya daban nahiyəsindən dartılması

E) Qamış sümüyü kondilusunun əllə düzəldilməsi
Ədəbiyyat: ”Остеосинтез”С.С.Ткаченко. Ленинград 1987
38) Fraqmentlərin yerdəyişməsi ilə müşaiyət olunan baldır sümüyünün vintşəkilli sınıqlarının optimal müalicə üsulu hansıdır?
A) Kompression-destraksion üsul

B) Osteosintez əməliyyati

C) Skelet dartqısı + gips sarğısı

D) Gips sarğısı

E) Qapalı repozisiya
Ədəbiyyat: ”Закрытые повреждения костей и суставов” А.В.Каплан Москва-1967
39) Aşıq-baldır oynağının çıxığı və ya sınığı zamanı fiksasiyaedici gips sarğısının qoyulmasından sonra qan dövranının pozulmasına aşağıdakı amillərdən hansı biri səbəb ola bilməz?
A) Gips sarğısının düzgün modelləşdirilməməsi

B) Sirkulyar gips sarğısının tətbiqi

C) Xarici fiksasiya aparatlarının qoyulması

D) Gips sarğısı ilə basma

E) Təkrar repozisiyalar
Ədəbiyyat: Волков М.В., Гудушаури О.Н. Ошибки и осложнения при лечении переломов костей. Москва, 1970
40) Daban sümüyü sınığının əlamətləri hansılardır?
A) Aşıq-baldır oynağının hemartrozu, daxili pəncə tağının yastılanması

B) Daban sümüyünün yerləşdiyi nahiyədə ağrılar, aşıq-baldır oynağında deformasiyanın olmaması

C) Daban sümüyünün sındığı tərəfdə topuq zirvəsinin batması

D) Aşıq-baldır oynağının deformasiyası və daxili topuğun yuxarıya doğru yerdəyişməsi

E) Daban sümüyü nahiyəsindəki ağrılar, pəncə tağının yastılanması,aşıq-baldır oynağının deformasiyası
Ədəbiyyat: Уотсон-Джонс Р. Переломы костей и повреждения суставов. Москва,-1982
41) Dayaq-hərəkət aparatının müştərək zədələri zamanı sümük fraqmentlərinin stabilləşdirilməsini hansı üsulla həyata keçirmək daha məqsədəuyğundur?
A) Gips sarğısı ilə

B) Sümükdaxili fiksatorla

C) Skelet dartqısı ilə

D) Göstərilən üsullardan hər hansı biri ilə

E) Xarici fiksasiya aparatı ilə
Ədəbiyyat: Илизаров Г.А. Лечение переломов и их последствии методом чрескостного остеосинтеза. Курган, 1979
42) Ətrafların çoxsaylı açıq sınıqları zamanı irinli ağırlaşmaların profilaktikasında əsas əhəmiyyət daşıyan amil hansıdır?
A) Antibiotiklərlə sümükdaxili, uzunmüddətli novokain blokadaları

B) Yaraların ilkin cərrahi işlənməsi

C) Açıq sınıqlar nahiyəsinə antibakterial preparatların daxil edilməsi

D) Antibiotiklərlə futlyar novokain blokadaları

E) Antibakterial dolduruculara malik polimer örtük sarğılarından istifadə
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
43) Sümüklərin, yumşaq toxumaların həmin sahədə massiv zədələnmələri ilə müştərək açıq sınıqları zamanı optimal olan müalicə hansıdır?
A) Maddi-texniki baza, hazır kadrlar olduqda, osteosintez

B) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, kəsik gips sarğısının qoyulması

C) Yaranın ilkin cərrahi işləməsi, mil apparatı modulunun qoyulması

D) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, dempfer skelet dartmasının qoyulması

E) İlkin cərrahi işləmədən sonra kompression-distraksiya aparatının qoyulması
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
44) Yaranın ilkin cərrahi işlənməsinin əsas məqsədi hansıdır?
A) Yerli toxumalarla plastik qapamaq məqsədilə yaraya düzgün forma verilməsi

B) Qapamaq məqsədilə təsadüfi yaranın “cərrahi”yə çevrilməsi

C) Skalpellə yaranın sterilizasiyası

D) Mikrob florasının (infeksiyanın)inkişafı üçün qidalandırıcı mühitin aradan qaldırılması məqsədilə bütün şübhəli ölmüş toxumaların götürülməsi

E) Yara kənarlarının təzələnməsi və ondan qan laxtaları və xarici cisimlərin təmizlənməsi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
45) Ağır müştərək travmanın erkən dövründə istiqamətlənmiş patogenetik terapiya kompleksinə hansı tədbirlər daxildir?
A) Metabolik pozğunluqların korreksiyası

B) Dövr edən qanın həcminin defisitini doldurmaqla hemodinamik pozğunluqların korreksiyası

C) Zədələnmiş sümük fraqmentlərinin adekvat keyləşdirilməsi və immobilizasiyası

D) Bütün sadalananlar

E) Antibakterial terapiya
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
46) Çoxsaylı sınıqları olan zərərçəkənin reanimasiyadan ixtisaslaşmış şöbəyə köçürülməsinin mümkünlüyünün təyini zamanı onun halının qiymətləndirilməsi meyarları aşağıda sadalanır,istisna olan hansıdır?
A) Tənəffüs çatışmamazlığının olmaması (tənəffüs tezliyi dəqiqədə 18-20-dən artıq deyil)

B) Arterial təzyiqin davamlı stabilləşməsi

C) Zədələnmiş sümüklərin düzgün dayanması

D) Aydın görünən taxikardiyanın olmaması (ürək döyüntülərinin tezliyi dəqiqədə 100-dən artıq deyil)

E) Sidik ifrazının normal tempi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
47) Çoxsaylı və müştərək zədələnmələr zamanı hospitalaqədər mərhələdə keyləşdirmə nədən ibarətdir?
A) Qeyri-narkotik analgetiklər yeritməklə yanaşı novokain blokadasının aparılması

B) Azot-bir oksidlə keyləşdirmə

C) Neyroleptik və analgetiklərin yeridilməsi

D) Narkotik analgetiklərin yeridilməsi

E) Sınıq yerlərinin anesteziyası
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
48) Politravma zamanı deformasiyaedici artroz bütün sadalanan səbəblərin nəticəsidir, istisna olan nədir?
A) Ətrafın immobilizasiyası

B) Oynaq hissəsində yumşaq toxumaların zədələnməsi

C) Politravma zamanı orqanizmdə əmələ gələn ümumi pozğunluqlar

D) Oynağın qığırdaq səthinin zədələnməsi

E) Epifizlərin zədələnməsi
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
49) Dayaq-hərəkət apparatının çoxsaylı və müştərək travmaları zamanı osteomielitin inkişafına gətirib çıxaran səbəblər kompleksi aşağıda göstərilmişdir, istisna olan hansıdır?
A) Orqanizmin ümumi və yerli rezistentliyinin azalması

B) Antibakterial və immun terapiyanın defektləri

C) Kifayət qədər radikal olmayan ilkin cərrahi işləmə

D) İmmobilizasiyanın çatışmazlıqları

E) Açıq sınıq zonasında xırda damarların trombozu
Ədəbiyyat: Травматологическая ортопедия. Руководство в 3-х томах. Москва, 1997
50) Zədələnməni törədən agentin xüsusiyyətindən asılı olaraq yanıqların bölünməsinə aid hansılar doğrudur?
A) Sadalananların hamısı

B) Termiki – mayelərin, bərk, qazabənzər faktorların təsirindən yaranan yanıqlar

C) Şüa – atom bombasının partlaması zamanı yaranan yanıqlar, günəş – günəş şüalarının birbaşa təsirindən törənən yanıqlar

D) Kimyəvi – turşuların, qələvilərin, ağır metal duzlarının təsirindən yaranan yanıqlar

E) Elektrik – müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində törənən yanıqlar
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol ” Bakı 2008
51) Termiki yanıqların dərinliyinə görə IV dərəcəli olduğuna hansı aiddir?
A) Nekroz dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları, bəzən sümüklər də daxil olmaqla, əhatə edir

B) Koaqulyasion (quru) və ya kollikvasion (yaş) nekrozun əmələ gəlməsi ilə dərinin bütün qatları sıradan çıxır

C) Geləbənzər möhtəviyyatı (plazmatik ifrazat) olan qalın divarlı suluqlarla və ya ağ çalarlı (işemiya) hissələri olan çəhrayı, yaxud qırmızı (staz) rəngli yaralarla xarakterizə olunur

D) Zədələnmə sahəsində hiperemiya, ödem, epidermisin soyulması.

E) Dərinin aydın sərhədli hiperemiyası, ödemi (arterial hiperemiya və iltihab eksudasiyası)
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
52) İlkin tibbi və həkimə qədər yardım tədbirləri hansılardır?
A) Sadalananların hamısı

B) Ürək fəaliyyətinin bərpası

C) Paltarı kəsmək və soyundurmaq

D) Tənəffüs yollarının keçiriciliyinin bərpası

E) Zədələnməni törədən agentlə zərərçəkənin kontaktını kəsmək
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
53) Xəstələrin ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya meyarlarına aid hansılar doğrudur?
A) Sadalananların hamısı

B) Elektrik cərəyanından törənən yanıqlar, şimşək vurma

C) Bədən səthinin 10%-dən çoxunu əhatə edən II dərəcəli yanıq

D) Yaşdan asılı olmayaraq III dərəcəli yanıqlar

E) Əlləri, üzü, gözü, qulaqları, ayaqları, cinsiyyət orqanlarını, aralığı və iri oynaq sahələrini əhatə edən yanıqlar
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008

  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə