Transmilli korporasiyaların anlayışı və tarixi




Yüklə 152.65 Kb.
tarix20.04.2016
ölçüsü152.65 Kb.

Plan:



  1. Giriş

  2. Transmilli korporasiyaların anlayışı və tarixi

  3. Transmilli şirkətlərin beynəlxalq hüquqda yeri və diplomatik müdafiəsi

  4. Transmilli korporasiyalar beynəlxalq əməkdaşlığın forması kimi

  5. Azərbaycan iqtisadiyyatında TK rolu

  6. Nəticə

  7. Ədəbiyyat

Giriş
Müasir dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər sistemi sürətlə inkişaf edən transmillələşmə prosesi ilə xarakterizə olunur. Bu prosesin əsas özəyini transmilli kompaniyalar təşkil edir. Belə ki, XX-XXI əsrlərdə dünya ölkələri arasında beynəlxalq iqtisadi əlaqələrin geniş vüsət alması müasir dövrün эп qanunauyğun bir inkişaf dinamikasma çevrilmişdir. Bu prosesdə TMŞ-lar investor kimi, ticarətçi kimi, müasir texno­logiyaların yaradılmasında və yayılmasında, beynəlxalq əmək miqrasiyasına maraq yaradılması və s. problemlərin həllində əsas sima kimi çıxış edirlər.

Hazırda dünya sənaye məhsulunun 50 %-ə qədəri, xarici ticarətin isə 60 %-ə qədəri TMŞ-rin payına düşür. TMŞ-lar yeni ixtiralara, yeni texnologiyalara, «nou-xau»ya olan pa­tent və lisenziyalarm 80 %-ə qədərinə nəzarət edirlər. Bir çox məhsullarm beynəlxalq bazarı əsasən TMŞ-rin nəzarəti altındadır. Belə ki, buğda, qəhvə, qarğıdalı, meşə materialları, tütün, hind kəndiri və dəmir fılizi dünya bazarmm 90 %-i, miss və boksidlər bazarmm 80 %-i, çay və qalay bazarının 80 %-i, xam neftin, təbii kauçuk və banan bazarının 75 %-i TMŞ-rm nəzarəti altındadır.

ABŞ-ın cəmi ixrac əməliyyatlarmın 50 %-ə qədəri Amerika TMŞ-ları və xarici TMŞ-lar tərəfındən həyata keçirilir. Böyük Britaniyada bu cür müvafiq əməliyyatların 80 %-i, Sinqapurda 90 %-i TMK-rın payma düşür. Bu gün TMŞ-rın müəssisələrində 70 mln. nəfərdən artıq işçi çalışır və onlar 1 ildə 1 trl. dollardan artıq məhsul yaradırlar. Bütünİükdə TMŞ-larla bağlı olaraq (müəyyən in-frastruktura və əlaqəli sahələrlə) 150 mln. nəfər Adam işlə təmin olunur. ÜDM-də TMŞ-ların xüsusi çəkisi son 30 ildə 17 %-dən 30%-dək artmışdır.

TMŞ-ların sayı son 25 ildə 5 dəfə çoxalmışdır. hazırda 500 ən böyük TMŞ cəmi elektronika və kimya sahəsi məhsulunun 80 %-ni, əczaçılığm 95 %-ni, maşmqayırma sahəsi məhsulunun 76 %-ni reallaşdırır. Bu TMŞ-lardan 85-i bütün xarici investisiyanın 70 %-nə nəzarət edir.

2000-ci ilin məlumatına görə 500 ən böyük TMŞ 25 trl. dollar dəyərində məhsul istehsal etmişdir (ABŞ istisnadır). Bu kompaniyalarda çahşanların sayı 19 mln. nəfər olmuşdur. Öz növbəsində ABŞ-ın 500 ən böyük TMŞ-sı həmin ildə 14,5 trl. dollar dəyərində məhsul istehsal etmişdir. Burada işləyənlərin sayı 20 mln. nəfər təşkil etmişdir.

Beləliklə, TMŞ-ların fəaliyyəti ilə beynəlxalq istehsalın artması beynəlxalq ticarətin yüksəlməsinə güclü təsir etmişdir. Belə ki, artıq 1980-ci ilbrin axırlarından TMŞ-lar dünya əmtəə və xidmətlər bazarının təchiz edilməsinin əsas kanalına çevrilmişdir

Beynəlxalq ticarətin inkişafında TMŞ-ların rolunun artması ilə bağlı olaraq BMT-nin «Ticarət və inkişaf konfransı» 1990-cı ildən TMŞ-lar üçün «Transmilliləşmə indeksi» işəyib hazırlamışdır. Burada üç göstərici əsas götürülür (xarici aktivbrin, satışm və məşğulluğun xüsusi çəkisi). 1990-2000-ci illərdə bu transmilliləşmə indeksi 51%-dən 60%-dək artmışdır. Bu göstərici Kanada və bəzi inkişaf et-miş kiçik ölkələrin TMŞ-larmda daha yüksək olmuşdur.



Transmilli korporasiyaların anlayışı və tarixi
Dünya iqtisadiyyatının inkişafında və eləcə də beynəlxalq iqti­sadi münasibətlər sistemində beynəlxalq şirkətlər çox böyük əhəmiyyət kəsb edirlər. Beynəlxalq şirkətlərin yaranması ilə beynəlxalq iqtisadi münasibətlər həm dərininə və həm də eninə genişlənmişdir. Hazırda bu şirkətlər «dünya iqtisadiyyatmm hərəkətverici qüvvəsi» hesab edilirlər. BMT-nin transmilli korporasiya haqqındakı məruzələrindən biri elə belə də adlanmışdır.

Dünya iqtisadiyyatında inhisarlar təzə hadisə olmayıb uzun bir dövrün məhsuludur. Kapitalın və istehsalın təmərküzləşdirilməsinin nəticəsi kimi yaranan bu inhisar birlikləri eyni zamanda dünya iqtisadiyyatının beynəlmiləl xarakterinin artmasına güclü təsir edirlər. Bununla yanaşı həmin birliklər beynəlxalq iqtisadi münasibətlərin inkişafının da əsas amilinə çevrilmişlər. Deməli, iri inhisar birlikləri ölkə daxilində fəaliyyət göstərməklə yanaşı Milli dövlət çərçivəsindən kənarda da öz fəaliyyətlərini genişləndirirlər. Beləliklə, beynəlxalq xarakter kəsb edirlər. Beynəlxalq kompaniyalar dedikdə öz təsərrüfatçılıq fəaliyyətində milli çərçivədən kənara çıxan, istehsal, ticarət, elmi-texnoloji proseslər, maliyyə, xidmət və digər sahələrin beynəlxalq baxımdan kompleks inkişafın formalaşmasını həyata keçirən iri birliklər nəzərdə tutulur.

Əməli baxımdan bu iri kompaniyaları dörd növə ayırmaq olar: milli, transmilli, çoxmilli və qlobal kompaniyalar. Lakin, son illərin təcrübəsi göstərir ki, bu birliklər bir qayda olaraq transmilli kompaniya kimi ümumi ad altında fəaliyyət göstərirlər. Beləliklə, iri milli inhisar birlikləri bey-nəlxalq birlikbrə çevrilmişlər.

Müəyyən mənada beynəlxalq olmaq baxımından bu şirkətlər bir-birindən о qədər də fərqlənmirlər. Ancaq müxtəlif ad daşımaqla fərqlənirlər.



Transmilli şirkətlər dedikdə, xarici ölkələrdə aktiv vəsaiti olan milli inhisarlar nəzərdə tutulur.Çoxmilli şirkətlər dedikdə, müxtəlif ölkələrin milli şirkətlərini birləşdirən cəmiyyətlər nəzərdə tutulur.

Qlobal cəmiyyətlər də beynəlxalq cəmiyyətlərdən yaranır, Ümumi mənada bu şirkətlərin yaranma səbəbini istehsalın və kapitalın beynəlmilləşməsi və məhsuldar qüvvələrin inkişafı ilə xarakterizə etmək olar.

BMT-də ardıcıl və ənənəvi olaraq bu şirkətlərin fəaliyyətini öyrənirlər.

BMT-nin analitik mərkəzi uzunmüddət belə hesab etmişdir ki, 1 mlrd. dollardan artıq illik dövriyyəsi olan və ən azı 6 ölkədə filialları olan müəssisələri, transmilli şirkət hesab etmək olar. Əlbəttə, belə tərif mütləq və dəyişməz deyildi. Son vaxtlar müəyyən dəqiqləşmələr, araşdırmalar edilmişdir. Onun yerləşdiyi ölkədən kənara satdıqı məhsulun həcmi 25-30 % müəyyən göstərici kimi əsas götürülür. Belə bir göstəriciyə görə İsveçrənin «Nestle» firması dünya lideri hesab olunur, cəmi məhsulun 98 %-ni kənara satır.

BMT-nin metodologiyası baxımından aktiv vəsaitin quruluşuna görə də beynəlxalq şirkətlər müəyyən edilir. Bu mənada ən çox xarici aktivi olan transmilli şirkət (maliyyə bölməsindən başqa) İngilis-Holland transmilli bankı hesab olur. Bu «Royal-Datç Şell» konsernidir. Sonra ABŞ-dan «Ford», «Ceneral Motors», «Ekson» və «İBM» müəssisələrini qeyd etmək olar. Daha dəqiq desək TMŞ hesab edilən hər hansı bir korporasiya üçün aşağıdakı meyarlar əsas götürülür:


  • korporasiyanm fəaliyyət göstərdiyi ölkələrin sayı (azı 2-6 ölkə);

  • hər bir korporasiyanm istehsal ehtiyatlarınım yerləşdirildiyi müəyyən ölkələrin sayı;

  • korporasiyanm özünün müəyyən nailiyyətlərinin həcmi (mövqeyi);

  • gəlirlərdə və satışda xarici əməliyyatlarm xüsusi çəkisi (azı 25 %);

  • korporasiya idarə heyətinin və ali rəhbərliyinin beynəlmiləl tərkibi və s.

ABŞ-da bu şirkətlər, əsasən «səhmdar cəmiyyətləri» adlanırlar. Müasir beynəlxalq transmilli şirkətlərin çoxu Amerika işgüzar kompaniyalarmın beynəlxalq miqyasda öz nüfuz dairələrini genişləndirmək siyasəti nəticəsində yaranmışdır və bu anlayış onların lüğətinə daxil edilmişdir.

Əslində bu transmilli şirkətlər mənsub olduğu kapitala görə millidirlər. Ölkə sərhəddindən kənarda fəaliyyət göstərdikləri baxımından isə beynəlxalq hesab edilirlər.

1990-cı illərdə dünya üzrə cəmi 40 min TMŞ və onların 270 min xarici filialı mövcud olmuşdur. Qanunauyğun ola­raq onlarm sayı sürətlə artmaqda davam edir.

Beləki, son illərin məlumatına görə dünyada 70 mindən artıq TMŞ fəaliyyət göstərir. Bunlar ana cəmiyyət adlanırlar. Bu ana cəmiyyətlərin 900 mindən artıq fılialı mövcud-dur ki, onların da əksəriyyəti xarici ölkələrdə fəaliyyət göstərir. Onlardan 270 min filial inkişaf etmiş ölkələrə, 490 min filial inkişaf etməkdə olan ölkələrə, 170 min filial keçid iqtisadiyyatı ölkələrinə məxsusdurlar.

Əgər ikinci dünya müharibəsindən sonrakı illərdə ildə təqribən 100 xarici filial yaranırdısa, son dövrlərdə ondan 100 dəfələrlə artıq filial yaranır.

Deməli, həmin dövrdə ana cəmiyyətlərin sayı 1,7 dəfə artdığı halda filiallarm sayı 3,3 dəfə çoxalmışdır.

Bu TMŞ-rin fəaliyyət dairəsi yalnız onların sayının artması hesabına deyil, mövcud şirkətlərin iqtisadi gücünün artması hesabına da genişlənir. Əvvəllər əsasən əmtəə və xidmətlərin mübadiləsi sahəsində fəaliyyət göstərən beynəlxalq TMŞ-lar müasir şəraitdə bununla yanaşı beynəlxalq səviyyədə istehsal yarada bilmişlər. Bu beynəlxalq istehsala müvafiq olan beynəlxalq xidmətlər və beynəlxalq maliyyə dairəsi yaradılmışdır. Buradan da lokal (ölkələrarası, regional) beynəlxalq iqtisadi münasibətlərdən daha qlobal iqtisadi münasibətlərə keçid baş vermişdir Bütünlükdə hazırda TMŞ-lərin 60 %-i istehsal sahələri ilə, 37 %-i xidmət sahələri ilə, 3 %-i isə hasilat sənayesi və kənd təsərrüfatı ilə məşğuldurlar. 1990-cı illərdən sahəvi baxımın-dan TMŞ-lann tərkibi о qədər də dəyişməmişdir.

Belə ki, 100 böyük TMŞ-larm 65 %-ə qədəri ancaq avtomobil, elektronika və elektron avadanlığı, neft, eləcə də kimya və əczaçılıq kimi 4 sahənin payma düşür. Elektron və elektron avadanlıqları sahəsi ilə təqribən 18, avtomobil sənayesi ilə 14, neftçıxarılması və emalı ilə 13 böyük TMŞ məşğuldur. Spirtli içkilər və ərzaq sahəsində daha böyük - 9 TMŞ ixtisaslaşmışdır.

Coğrafı baxımdan 100 daha böyük TMŞ-lərin 90 %-ə qədəri ABŞ, Qərbi Avropa və Yaponiyanın payma düşür.

TMŞ-ların rəqabət strategiyasında fırmaların (müəsssisələrin) rəqabət üstünlüyü əsas götürür.Müəssisələrin rəqabət üstünlüyü iki növdə şərh edilir:

Istehsal xərclərinin aşağı olması əmtəələrin differensiallaşması (qruplaşdırılması) səviyyəsi.

Aydmdır ki, aşağı istehsal xərcləri imkan verir ki, müəssisə öz əmtəələrini daha tez reallaşdıra bilsin.Differensiallaşma səviyyəsinin yüksək olması ilə müəssisələr daha nadir, yüksək dəyərli yeni keyfiyyətdə əmtəələr istehsal etmək imkanına malik olurlar. Belə əmtəələr xüsusi - fərqli istehlak xüsusiyətləri kəsb edir. Satışdan sonra müəyyən xidmət göstərilməsi tələb olunur və s. nəticədə müəssisələr hər vahid məhsul üçün nisbətən yüksək mənfəət əldə edir. Bebliklə, hər bir müəssisə bu iki cəhəti qarşılıqlı üzvü surətdə əlaqələndirir.



Transmilli şirkətlərin beynəlxalq hüquqda yeri və

diplomatik müdafiəsi

Beynəlxalq hüquqda – o cümlədən beynəlxalq iqtisadi hüquqda transmilli şirkətlər (TMŞ) haqqında artıq kifayət qədər müddəalar və fikirlər formalaşmışdır. TMŞ-lər dünyanın bir çox ölkələrində müəssisələri və filialları olan nəhəng şirkətlər birliyidir. Hazırda müsbət və mənfi cəhətlər baxımından TMŞ-lərin rol və fəaliyyətləri müasir dünyada olduqca ziddiyyətli qiymətləndirilir.

TMŞ-ləri bir çox iqtisadçı alimlər texniki tərəqqinin daşıyıcısı olan proqressiv iqtisadi fenomen adlandırırlar. Şəksiz bu fikirlə razılaşmamaq mümkün deyil. Digər tərəfdən isə "üçüncü dünya" ölkələrinin təbii sərvətlərini xammal şəklində mənimsəyən, bu zaman həmin ölkələrin vətəndaşlarını misli görünməmiş və heç bir beynəlxalq normaya uyğun olmayan qayda və üsullarla istismar edən və neokolonializmin başlıca zərbə qüvvəsi sayılan TMŞ-lərin beynəlxalq leqal mafiya imici də formalaşmışdır. Lakin hər nə olursa-olsun TMŞ-lərin fəaliyyəti və inkişafı ilə bağlı proseslər dövrün qanunauyğun, obyektiv inkişafının nəticəsidir və bu proses qarşısıalınmazdır.

Bu gün dünyada TMŞ-lər qədər fəaliyyət göstərdikləri ölkələrin milli qanunvericiliyinə, eləcə də beynəlxalq hüquq normalarına etinasızlıq göstərən ikinci bir qüvvə çətin ki, tapılsın. TMŞ-lərin iqtisadi qüdrətini və dünya siyasətinə ciddi təsirini nəzərə alaraq bəzi qərb dövlətlərində bu qurumlara beynəlxalq hüququn subyekti statusunun verilməsi haqda fikirlər söyləyirlər. Bu fikirləri irəli sürənlərin arqumentləri şəksiz ki, kifayət qədər əsaslıdır, ən azı bu baxımdan ki, bu gün TMŞ-lərin beynəlxalq arenadakı istər iqtisadi, istərsə də siyasi təsir qüvvəsi dünyanın əksər dövlətlərinin təsir qüvvəsindən qat-qat üstündür. Lakin bu fikirlərə əks fikirlər də söylənilməkdədir. Belə ki, digər tərəflər hesab edir ki, TMŞ-lərin fəaliyyəti beynəlxalq hüquqla deyil, beynəlxalq xüsusi hüquqla tənzim olunur və bu baxımdan onlar beynəlxalq hüququn subyekti ola bilməzlər.



Əslində isə beynəlxalq hüququn subyektinə çevrilmək heç TMŞ-lərin özlərinə də əl vermir. Ən azı ona görə ki, bu statusun olmaması onların neokolonialist sifətlərini bir qədər maskalaya bilər. Bununla belə TMŞ-lər bir çox hallarda beynəlxalq iqtisadi hüququn subyektləri rolunda çıxış edirlər. Bir qayda olaraq onların imzaladıqları kontraktlarda tərəflərdən biri dövlətlər olur. Digər tərəfdən inkişaf etməkdə olan bir sıra dövlətlər TMŞ-lərin artmaqda olan iqtisadi və siyasi təzyiqləri ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən, BMT qarşısında dəfələrlə məsələlər qoymuşlar. BMT hələ 1974-cü ildə TMŞ-lərlə bağlı dövlətlərarası komissiya və TMŞ-lər üzrə mərkəz yaratmışdır. Bu qurumların məqsədi TMŞ-lərin fəaliyyətini nizamlayan normalar sistemi yaratmaq və onları bu normalara əməl etməyə vadar etmək idi. Bu komissiyanın topladığı materiallar əsasında YUNKTAD (Beynəlxalq Ticarət Mərkəzi) tərəfindən bir sıra qaydalar və prinsiplər müəyyən olunmuşdur və bunlar BMT Baş Məclisinin 1980-ci ildə keçirilən XXX sessiyasında qəbul olunmuşdur. Bundan əlavə sessiyada Baş Məclis "TMŞ-lər və digər korporasiyalar, onların vasitəçiləri və aidiyyatı olan digər tərəflərin tətbiq etdikləri korrupsiyaya qarşı tədbirlər" haqqında 3514 nömrəli qətnamə qəbul etmişdir. Ən ali beynəlxalq təşkilat tərəfindən həyata keçirilən bütün bu tədbirlər TMŞ-lərin mənfi fəaliyyətinə heç bir təsir göstərə bilməmişdir. Əksinə TMŞ-lər təzyiq vasitəsi kimi yeni-yeni üsullar və yollar mənimsəmiş və hazırda bu üsullar tətbiq olunmaqdadır. Bu monopoliyalar özlərinə aid olan şirkətlərin yerləşdiyi yerdə dövlətin müstəqil hüquqi şəxs forması olmasından istifadə edərək həmin firmalar üzərində yerli qanunvericiliyin şamil olmasını istəyirlər. Belə ki, bu, ilk növbədə əgər dövlət öz şirkətləri üçün xarici firmalardan güzəştli şərtlər (vergi sahəsində) nəzərdə tutursa, həmin dövlətin hüquqi şəxsi sayılır. Digər hallarda TMŞ-lər xarici dövlətlərdə öz filiallarını yaradırlar. Filiallara müstəqil hüquqi şəxs statusu verilmir. Beləliklə, transmilli kompaniyaların iqtisadi anlayışı, iqtisadi-mahiyyəti və hüquqi forması arasında uyğunsuzluq olur. Vahid birlik hüquqi çoxluqla rəsmiləşdirilir ki, (yerli hüququn hüquqi şəxsi, filialı və s.) bu da TMŞ-lərin mülkiyyətçilərinin maraqlarına cavab verir. 1974-cü il dövlətlərin iqtisadi hüquq və vəzifələri xartiyasında nəzərdə tutulur ki, hər bir dövlətin öz yurisdiksiyası çərçivəsində TMŞ-in fəaliyyətini nizama salma və nəzarət etmə hüququ vardır. BMT Baş Assambleyasının qətnaməsi formasında qəbul edilən bu xartiyada eyni zamanda TMŞ davranış kodeksindəki kimi, inkişaf etməkdə olan dövlətlərin öz iqtisadiyyatlarını TMŞ-in təsirindən müdafiə etməsi təşəbbüsünü əks etdirir. Beynəlxalq Həmkarlar Təşkilatlarının TMŞ-lərlə uzunmüddətli mübarizəsi də uğursuzluğa düçar olmuşdur. Bunlara cavab olaraq TMŞ-lər fəaliyyət göstərdikləri bir sıra ölkələrin milli qanunvericiliyində həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanunların qəbul olunmasına nail olmuşdur. TMŞ-lər fəaliyyət göstərdikləri sahələrdə bir qayda olaraq fəal həmkarlar ittifaqlarını ya əzərək məhv edir, ya da onları ələ alırlar. Amma onu da qeyd etmək lazımdır ki, TMŞ-lər heç də həmişə buna nail ola bilmirlər.

Bəs TMŞ-lər fəaliyyət göstərdikləri ölkələrdə təsir dairəsini necə formalaşdırırlar? İlk əvvəl imzaladıqları kontraktlar vasitəsi ilə... Bir çox hallarda onlar yüksək vəzifəli dövlət məmurlarını öz korrupsiya torlarına salırlar. Özləri üçün əlverişli olan şərtləri bu yolla kontraktlarda əks etdirirlər və əlavə imtiyazlar (məsələn, güzəştli vergilər, yerli işçilərə görünməmiş dərəcədə aşağı əmək haqları verilməsi və s.) əldə edirlər. TMŞ-lər öz şərtlərini bir sıra hallarda birbaşa deyil, dolayı yollarla diktə edirlər. Bunun üçün onların çoxsaylı üsul və metodları mövcuddur. Buna misal olaraq həmin ölkələrə kreditlər və maliyyə yardımları ayıran xarici və beynəlxalq banklar, maliyyə qurumları vasitəsi ilə diktə olunan şərtləri göstərmək olar. Bu qurumlar tərəfindən irəli sürülən şərtlərin bir çoxunda TMŞ-lərin təsiri şəksizdir.

Lakin özünəməxsus şərtlərlə fəaliyyət göstərərək "yeni müstəmləkə siyasəti"ni yürüdən bu şirkətlər bir sıra ciddi problemlərlə üzləşir ki, bunlardan da ən əsaslarından biri diplomatik müdafiədir. Hər bir dövlətin öz fiziki və hüquqi şəxslərini diplomatik müdafiə hüququ var. Diplomatik müdafiə adı altında bir dövlətin digər dövlətə olan iddiasından belə başa düşülür ki, bu vaxt sonuncu beynəlxalq hüquq normalarını pozur, iddiaçı dövlətə aid olan şirkətin hüquqi və fiziki şəxslərinə ziyan vurur və bu ziyan cavabdeh dövlətin daxili hüquqi müdafiə vasitələri ilə ödənilir.

Bu problem əsasən hələ ötən əsrin 50-60-cı illərində müstəqillik əldə edən dövlətlər öz ərazilərində xarici mülkiyyət obyektlərini milliləşdirən zaman yaranmağa başladı. Həmin vaxt TMŞ-in sahibkarı olan inkişaf etmiş dövlətlər öz çoxmilli müəssisələrinin maraqlarının müdafiəsi üçün diplomatik müdafiə tədbirlərini tətbiq etdilər. Buna cavab olaraq inkişaf etməkdə olan dövlətlər də doktrina işləyib hazırladılar. Həmin doktrinaya görə, qəbul edən dövlətə münasibətdə xarici şəxsin tələbi bu dövlətin müstəsna olaraq məhkəməsində həll edilməsidir, xarici şəxsin aid olduğu dövlətin oradakı münasibətə diplomatik müdafiə hüququ yoxdur və inkişaf etməkdə olan dövlətlər xarici şəxslərə öz şəxslərinə verdiyi hüququ verirlər. Bu prinsiplər həm inkişaf etməkdə olan dövlətlərin daxili hüququnda həm də xarici investorlarla bağlanmış ikitərəfli sazişlərdə öz əksini tapdı.

Ancaq beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq hüquq özlərinin çoxmilli münasibətlərin diplomatik müdafiəsi üzrə dövlət hüququndan kənarda tapılmasının tərəfində oldu.

Beləliklə, 1970-ci ildə "Barcelona Traction" işi üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin materiallarında qeyd edilir ki, dövlətlərin beynəlxalq hüquqa uyğun olaraq öz milliliyi olan, şirkətlər üzərində özlərinin diplomatik müdafiələrini yaymaq hüququ var. Həmin işin məğzi belə idi ki, Kanadanın "Barcelona Traction, Light and Power Company Ltd." şirkətinin İspaniyada qız müəssisəsi vardı. Qız müəssisənin aktivlərinin əksər hissəsi-85 faizi isə belçikalı fiziki və hüquqi şəxslərə məxsus idi. Belçika şəxslərinə aid olan mülkiyyət İspaniya hökumətinin fəaliyyəti nəticəsində qeyri-qanuni olaraq ispan şəxslərin əlinə keçdi. Belçika səhmdarlarına aid olan ziyan 90 milyon dollar idi. Belçika belçikalı hüquqi və fiziki şəxslərin diplomatik müdafiəsi məqsədilə İspaniyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. Lakin BMT-nin Beynəlxalq Məhkəməsi iddiadan imtina etdi və onu əsas gətirdi ki, həmin halda Belçika iddia irəli sürə bilməz. Çünki şirkətin səhmdarları Belçikaya aid olsa da şirkətin milliliyi Kanadaya aiddir. Diplomatik müdafiə isə səhmdarlara yox, şirkətə aiddir. Səhmdarların hüququ isə ümumi beynəlxalq hüquqa görə diplomatik müdafiə hüququndan kənarda yerləşir. Çoxmilli müəssisələrin diplomatik müdafiəsi problemi BMT-nin Beynəlxalq Məhkəməsində "Electronica Sicula S.p.A" (ELSI) işi kimi məşhur olan digər işi ilə də əlaqəli olub. Göstərilən italyan müəssisəsi tamamilə iki amerikalı müəssisəyə aid idi. İtaliya hakimiyyəti onda günahlandırıldı ki, onların qeyri-qanuni fəaliyyəti nəticəsində Amerika və İtaliya arasında bağlanmış dostluq, ticarət və naviqasiya haqda müqavilənin pozulması ilə Amerika səhmdarlarına ziyan vurulub. ABŞ öz hüquqi şəxslərinin diplomatik müdafiəsi məqsədilə İtaliyaya qarşı iddia ilə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etdi. BMT-nin Beynəlxalq Məhkəməsi ABŞ-ın iddiasından imtina etdi və müəyyən etdi ki, bu hadisə İtaliya tərəfindən müqavilənin pozulması sayılmır. Həmin iş üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin qərarında göstərilirdi ki, əvvəlki mövqeyi təsdiq edir: diplomatik müdafiə şirkətə aiddir, səhmdara yox.

Onu da qeyd etmək lazımdır ki, diplomatik müdafiə dövlətin vəzifəsi yox, hüququdur. Belə bir nəzəriyyə də mövcuddur ki, TMŞ-in diplomatik müdafiəsini məskunlaşdığı dövlət yox, onun bütün tərkib hissələrinə nəzarəti həyata keçirən dövlət göstərməlidir. Eyni zamanda o da mümkündür ki, TMŞ-in məskunlaşdığı dövlətlə onu qəbul edən dövlət arasında belə bir qarşılıqlı razılaşma ola bilər ki, hüquqi şəxsin diplomatik müdafiəsi milli mənsubiyyət meyarına görə yox, mülkiyyət meyarına görə müəyyən edilsin.

Bizim üçün yeni olan, lakin "üçüncü dünya" ölkələrini az qala 50 ilə yaxın bir müddətdə öz burulğanında saxlayan "transmilli şirkət" anlayışı respublikamızın keşməkeşli həyatının yeni, lakin görünür, davamlı olacaq reallığına çevrilməkdədir. Ancaq biz bu məsələyə mümkün qədər obyektiv yanaşmalıyıq. TMŞ-lərin fəaliyyətinin nəticəsi kimi bu gün Küveyti, BƏƏ-ni, Səudiyyə Ərəbistanını və oradakı həyat tərzini nümayiş etdirərkən Nigeriyanı da yaddan çıxarmamalıyıq.



Transmilli korporasiyalar beynəlxalq əməkdaşlığın

forması kimi
Hələ  XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur. Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda ticarət müstəqil fəaliyyət sahəsi  kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır.Bu,Transmilli korporasiyaların (TMK),işin yerinə yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.

TMK-nın müasir mərhələdə inkişafının əsas istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının formalaşdırılmasına və genişləndirilməsinə kömək edən müxtəlif təşkilati strukturlu işgüzar əlaqələrin kombinələşdirilməsindən ibarətdir.TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər.TMK dünyanın inkişaf etmiş ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı rol oynamağa imkan verir.TMK-ın payına elmi-texniki biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM, aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında strateji alyansların geniş yayılmasına gətirib çıxarır.TMK-cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da böyük olmayan ”Filips” TMK-nı misal gətirək, Dünyanın 40 ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60 ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır. Beləliklə, TMK dünya iqtisadiyyatına beynəlmilləşdirirlər. İstehsal prosesi isə qlobal xarakter qazanır.


Azərbaycan İqtisadiyyatında TK rolu
Müasir dövrdə ölkəmizin iqtisadiyyatı dünya transmilli şirkətlərinin aktiv fəaliyyət göstərmələri və birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitə malikdir. Xarici vəsaitlərin respublika iqtisadiyyatının daha çox yanacaq energetika kompleksinə yönəldiyi mə’lumdur ki, son zamanlarda bu sferada bağlanmış bir çox sazişlər bunu təsdiq edir. İndiki şəraitdə bütün keçid iqtisadiyyatlı ölkələr kimi Azərbaycan da istehsalın aşağı düşməsi və digər problemlər qarşısında qalmışdır ki, onları da tək başına həll etmək respublika üçün qeyri-mümkündür. Yuxarıda sadalanan səbəblərdən iqtisadiyyata milli kapital qoyuluşları kəskin şəkildə aşağı düşmüş və xarici investisiyaların cəlb edilməsi ilə bu vəziyyətdən çıxma şəraiti meydana çıxmışdır. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkənin intensiv inkişafı üçün tələb olunan ümumi investisiya tələbatı hesablanmışdır. Belə ki, yalnız kənd təsərrüfatı və neft sənayesi ilə əlaqədar olmayan hasiledici sənaye sahələri üçün bu göstərici 9,64-10,64 mlrd. dollar təşkil edir. Ümumdünya birbaşa investisiya bazarının illik ixracının mümkün göstəricisi isə mütəxəssislərin fikrincə 200 mlrd. dollara bərabərdir. Deməli Azərbaycan özü üçün tələb olunan məbləği cəlb etmək üçün bu seqmentdə investisiya rejiminin liberallaşması siyasətini həyata keçirən, daha əlverişli investisiya iqliminə malik ölkələr ilə kəskin rəqabət aparmalıdır. Bu səbəbdən də respublikada xarici investisiyaları stimullaşdırmaq baxımından əlverişli siyasi, iqtisadi, hüquqi, sosial və sair şəraitin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

Azərbaycan Respublikasında xarici investisiyaların hüquqi rejimi dörd səviyyədə əks olunur. Bu hüquqi rejim konstitusiya; qanun və digər hüquqi normativ aktlar səviyyəsində; ikitərəfli və çoxtərəfli hökumətlərarası və beynəlxalq çoxtərəfli razılaşmalar səviyyəsində mövcuddurlar. Respublika ərazisində xarici investisiyalar haqqında əsas qanunvericilik aktı 1992-ci ildə qəbul olunmuş «Xarici investisiyaların qorunması haqqında Qanun»dur. Qanunda bə’zi çatışmazlıqlar mövcud olsa da, xarici investisiyalara dövlət tə’minatı, həmçinin məhsul idxal-ixracında bə’zi gömrük güzəştləri və digər güzəştlər də nəzərdə tutulmaqdadır.

İnkişaf etmiş dünya ölkələrində xarici investisiyalar üçün adətən bir neçə rejim nəzərdə tutulur. Xüsusən, imtiyazlı rejim əsaslı kapital qoyuluşu tələb edən müəssisələrdə və inkişaf etməkdə olan ölkənin iqtisadiyyatının ən mühüm sahələrində yaradılan müəssilərdə formalaşdırılır.

İmtiyazlı rejimə verilən əsas güzəştlərə aşağıdakılar aiddir:

- Müəssisələrin tikintisi və fəaliyyəti üçün lazım olan avadanlıq və məmulatların daşınması zamanı onların gömrük rüsumundan azad edilməsi;

- Müəyyən müddət əzrində gəlir vergisindən tam və ya qismən azad etmə;

- Hazır məhsulu rüsum ödəmədən daşıma (köçürmə);

- Gəliri tam və ya qismən xaricə köçürmə hüququ;

- Milliləşdirmə və sairə zamanı dövlət təminatı vermə;

Hal-hazırda xarici investorlar kapital qoyuluşunda əsasən aşağıdakı amillərə diqqət yetirirlər:

1)Siyasi sabitlik;

2)Səmərəli iqtisadi vəziyyət;

3)Hüquqi müdafiə (milli qanun və normativ aktlar);

4)Bazarın ölçüləri;

5)Təbii sərvətlərin mövcudluğu və qiyməti;

6)Əmək ehtiyatalarının keyfiyyəti;

7)İnvestisiyaların başqa investisiya layihələri ilə müqayisədə iqtisadi cəhətdən daha səmərəli olması;

8)Danışıqların “kompleks” xarakter daşıması və investisiya sahəsində səlahiyyətli bir idarə ilə aparılması;

9)Münasib tərəfdaşların aşkar olunması üçün şəraitin müvcudluğu;

10)Valyutanın dönərliliyi və gəlirin repartasiya imkanları;

Xarici sahibkarlıq fəaliyyəti və investisiyalara münasibətdə hüquqi təzadlar bütün iqtisadi cəhətdən zəif olan ölkələr üçün demək olar ki, ümumi xarakter daşıyır. Belə ki;

- Müxtəlif qanun və qərarların həddən artıqlığı, yaxud azlığı onların bir-birinə uyğun gəlməməsi;

- Hüquqi-normativ aktlarda dəqiqliyin olmaması üzündən məhkəmə və inzibati orqanların həddindən artıq dərəcədə səlahiyyətli olması;

- Müəssisələrin fəaliyyəti haqqında informasiyaların (mühasibat hesabatı, balans hesabatı və sairə) yoxluğu və ziddiyətliliyi;

- Mühasibat uçotu, təftiş aparılması, texniki bank əməliyyatı, maliyyələşdirmə sahələri üzrə mütəxəssis hazırlanması zəifliyi və sairə;

Xarici mülkiyyətin hüquqi rejimi hər şeydən əvvəl dövlətin daxili qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, dövlətlərarası beynəlxalq razılaşmaların da böyük əhəmiyyəti vardır. Müasir bazar iqtisadiyyatı şəraitində xüsusi investisiyaların mənafeyinin ən vacib tərəflərindən biri də milli dövlətlər tərəfindən onların qorunmasının zəruri olmasıdır.

Bu investisiya rejimi haqqında xüsusi ikitərəfli sazişlərin bağlanması ilə həyata keçirilir. Başqa dövlətlərlə - kapital ixrac edən ölkələrlə (ABŞ, AFR, Yaponiya, Fransa, İngiltərə, Belçika, İsveçrə və sairə) investisiyaların təminatı haqqında bağlanılan ikitərəfli sazişlər xüsusi diqqət tələb edir. Artıq respublikamız ABŞ ilə 90, AFR ilə 40, Böyük Britaniya ilə isə 30 belə saziş imzalanmışdır. Bu sazişlərdə isə məqsəd investisiyaları müxtəlif “risklərdən” (milliləşdirmə, müharibə, inqilab və sairə) qorunmaqdır.

İnvestorların mənafeyini çoxtərəfli əsaslarda qorumaq üçün dövlətlər və başqa dövlətlərin hüquqi və fiziki şəxsləri arasında yatırımlarla bağlı mübahisələrə baxmaq üçün inkişaf etmiş ölkələr saziş bağlamağı təklif etmişdilər. Bu cür saziş 18 mart 1965-ci ildə imzalanmış və 14 oktyabr 1966-cı ildə qüvvəyə minmişdir.

Ümumiyyətlə, dünya miqyasında investisiya sahəsində tətbiq olunan müxtəlif beynəlxalq qaydalara aşağıdakıları göstərmək olar:

- Dünya Bankının hazırladığı xarici investisiya rejimi haqqında əsas prinsiplər;

- İnvestisiya münaqişələrinin tənzimlənməsinin beynəlxalq mərkəzi (ICSID);

- İnvestisiyaların zəmanəti idarəsi (MİGA);

- Avropa energetika partiyası;

- ÜTT;


- Ticarət investisiya tədbirləri haqqında saziş (TRIMS);

- İntellektual mülkiyyət hüququnun ticarət aspektləri haqqında saziş (TRIPS);

90-cı illərin ortalarından başlayaraq respublikanın yeni rəhbərliyi xarici investisiyaların Azərbaycanın iqtisadiyyatına cəlb olunması istiqamətində konkret addımlar atdı. İlk əvvəl xarici investisiyaların ölkə iqtisadiyyatına axınının hüquqi bazası yaradılır. Azərbaycan bir çox beynəlxalq iqtisadi və maliyyə təşkilatlarına üzv qəbul edildi. Böyük Britaniya, ABŞ, Türkiyə, İran, Almaniya, İtaliya, İsrail və digər ölkələrin iri şirkətləri ilə sazişlər bağlanıldı. Şübhəsiz, respublikada bazar münasibətlərinin yaradılması, vergi və kredit mexanizminin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının yaradılması xarici investisiyaların iqtisadiyyatımıza cəlb edilməsinə çox böyük təkan verdi.

Beləliklə, nəzəri baxımdan yanaşdıqda, ölkəmizə investisiya cəlb edilməsi aşağıdakı bəndlər zəruridir:

1)Respublikada investisiya və kommersiya riskini aşağı salan sosial-siyasi və iqtisadi sabitlik;

2)Xarici investorların stimullaşdırılması mövqeyindən gömrük güzəştlərinin tətbiqi;

3)Milli valyutanın dönərliliyi;

Bu şərtləri imkanlar baxımından yerinə yetirmək olduqca çətindir. Hökumət üçün qısa müddətli vəzifələrə - büdcə kəsirinin aradan qaldırılması və ödəmə balansının tənzimlənməsi, inflyasiya ilə mübarizə və milli valyutanın məzənnəsinin sabit saxlanılması, sosial problemlər və sairə tədbirlər aid olduğu üçün bu şərtlərin qısa bir zaman kəsiyi ərzində yerinə yetirilməsi, ümumiyyətlə, çətin olur.

Ona görə də, göstərilən amillər və digər ikinci dərəcəli problemlərin mövcudluğu investisiya cəlb edilməsinin digər formasının, azad iqtisadi zonaların meydana çıxmasına səbəb olur.

Belə bir yanlış mövqe ilə razılaşmaq olmaz ki, dünyada azad iqtisadi zonalar yalnız iqtisadi cəhətdən geri qalmış ölkələrdə yaradılır. Dünya təcrübəsi göstərir ki, sənayecə inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, İngiltərə və sairə xarici investisiyaların cəlb olunmasının bu formasından uğurla istifadə edirlər.

Hal-hazırda müvəffəqiyyətlə fəaliyyət göstərən azad iqtisadi zonaların kompleks təhlili nəticəsində onların respublikamız üçün verə biləcəyi səmərəni isə aşağıdakı kimi ifadə etmək olar:

- Topdansatış qiymətlərin aşağı olması, digər regional bazarlardan mal axınının həmin zonaya istiqamətlənməsinə şərait yaradır;

- Zonada bank sisteminin fəaliyyət sərbəstliyinin yüksəkliyi daha çox dönərli valyuta cəlb edilməsinə imkan verir;

- Əcnəbi ölkələrin şirkətləri üçün güzəştli şərtlərin mövcudluğu onlar üçün daha cəlbedici effekt yaradır;

- Vergi tariflərinin aşağı səviyyədə olması və ucuz işçi qüvvəsi istehsalın səmərəliliyini yüksəldir;

- Azad iqtisadi zona milli valyutanın ən azı region çərçivəsində dönərli olmasına şərait yarada bilər;

- Azad iqtisadi zona nəqliyyat-kommunikasiya sistemlərinin (ayrı-ayrı regionların) birləşdirilməsi və respublikamızın bu sferada daha çox sərbəst fəaliyyətinin təminatçısı ola bilər;

- Dünya iqtisadiyyatına inteqrasiya proseslərinin sürətləndirilməsini, respublikanın beynəlxalq əmək bölgüsündə əlverişli mövqe tutmasına gətirib çıxara bilər;

Beləliklə azad iqtisadi zonaların yaradılması nisbətən qısa müddət ərzində Azərbaycanın elə bir nəqliyyat, ticarət, sənaye mərkəzinə çevrilməsinə köməklik edə bilər ki, öz növbəsində isə bu mərkəz regional bazarlar arasında özünəməxsus körpü rolunu oynamaqla dünya iqtisadiyyatı ilə maksimum birləşmiş olar.

Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin digər mühüm problemi ayrı-ayrı ölkələrdə, eləcə də regional və subregional səviyyələrdə xarici ticarət münasibətlərinin səmərəli təşkilindən ibarətdir. Belə ki, xarici ticarət təkcə mal və xidmətləri (turizm, nəqliyyat və sairə) əhatə etmir. O eyni zamanda valyuta-kredit münasibətlərini, eləcə də beynəlxalq texnologiya bazarına (“nou hau”, lisenziya, patent, injiniriq və sairə) çıxışın əsas vəsaitidir. Şübhə yoxdur ki, bütün mövqelər üzrə xarici bazarlardan birbaşa asılılıq şəraitində xarici ticarət əlaqələrinin beynəlxalq səviyyədə tənzimlənməsi respublikanın mənafelərinə təsir göstərən amillərdən biridir. Bu baxımdan beynəlxalq ticarət əməliyyatlarını bu və ya digər səviyyədə tənzimləyən Vyana və Haaqa konvensiyalarına, ÜTT-yə qoşulmaq, YUNKTAD-da aktiv fəaliyyət göstərmək üçün vacib problemlər sırasına aid edilməlidir. Digər tərəfdən respublikanın xarici ticarət siyasəti ikiqütblü müstəvi üzərində qurulmaqla balanslaşdırıcı mahiyyətə malik olmalıdır.

Başqa sözlə, mallar üzrə xarici ticarət dövriyyəsi özünün çeşid-keyfiyyət strukturu və mənşəyi etibarı ilə həm ixrac potensialının sabit templərlə artımında, həm də idxalın iqtisadi səmərəliliyinə əsaslanmalı və xarici asılılıq səviyyəsini aşağı salmalıdır.

Azərbaycanın xarici iqtisadi əməkdaşlığının inkişaf istiqamətlərindən biri də regional iqtisadi inteqrasiya qruplaşmalarında iştirak etməsidir. Əlbəttə, bu istiqamətdə aparılan siyasət ölkənin milli-iqtisadi mənafelərinə cavab verən və iqtisadi inkişaf səviyyəsinə uyğun gələn formada aparılmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan artıq bir sıra regional iqtisadi qruplaşmalarda (Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Şurası və sairə) iştirak edir.

Sabiq SSRİ məkanını əhatə edən (Baltikyanı respublikalar istisna olmaqla) MDB çərçivəsində dövlətlərarası ittifaqın yaradılması üzrə üzv-ölkələrin aktiv fəaliyyətlərinə baxmayaraq çoxtərəfli əməkdaşlıq üzrə real tərəqqi əldə olunmamışdır. Sərhədlərin birgə mühafizəsi (sırf siyasi məsələ) konsepsiyasının qəbul edilməsi, gömrük ittifaqının və bütövlükdə inteqrasiya prosesinin səmərəliliyi kimi məsələlər hələ də böyük şübhə doğurur. Tanınmış Azərbaycan iqtisadçısı Ə.Bayramov MDB çərçivəsində gedən inteqrasiya prosesinin dolğun xarakter ala bilməməsini aşğıdakı amillərlə izah edir:

1)Siyasi yanaşmanın müasir gerçəkliyə zidd olması (Rusiya Federasiyası sabiq SSRİ siyasi-iqtisadi məkanında mövqeyini qoruyub saxlamağa və möhkəmləndirməyə çalışır);

2)Ümumiqtisadi vəziyyətin pisləşməsi və blokdaxili inkişafda qeyri-bərabərliyin daha da güclənməsi;

3)Tədiyyə problemləri və valyuta münasibətlərinin təkmilləşdirilməsi zəruriliyi;

4)Müstəqil Dövlətlər Birliyinə daxil olan respblikalarda qiymətlərin əmələ gəlməsi sisteminin müxtəlifliyi;

5)Fövqəl inhisar hökmranlığının nəticələri (məsələn, Moldova tökmə maşınların 99%-ni, Belarusiya polistrolun 90%-ni istehsal edir və sairə);

Lakin, bununla belə onu da qeyd etmək lazımdır ki, MDB-yə üzv olan ölkələrlə, xüsusilə də Rusiya ilə Azərbaycanın qarşılıqlı iqtisadi əlaqələri genişlənir, inkişaf edir. Aşağıdakı cədvəldə MDB ölkələri üzrə birbaşa xarici investisiya qoyuluşları göstərilmişdir:


Cədvəldə birbaşa xarici investisiya yatırımları milyon dollarla göstərilmişdir:

Ölkələr/İllər

2003

2004

2005

Ermənistan

157

217

223

Azərbaycan

3371

4575

4893

Belarusiya

172

164

305

Gürcüstan

340

499

450

Qazaxıstan

2092

4113

1738

Qırğızıstan

46

175

47

Moldova

78

154

225

Rusiya

7958

15444

14600

Tacikistan

14

272

54

Türkmənistan

100

-15

62

Ukrayna

1424

1715

7808

Özbəkistan

70

1

45

Bir məsələ də aydındır ki, milli-siyasi maraqlar istehsal amillərinin yerləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Bu da, öz növbəsində blokdaxili ölkələr arasında uçurumun getdikcə dərinləşməsinə səbəb olur. Buna görə də, “...Əsl iqtisadi inteqrasiya formal olaraq azad rəqabətə deyil, şansların bərabərliyinə əsaslanmalıdır” hansı ki, həmin bu vəziyyətin formalaşması da öz-özlüyündə dövlət müdaxiləsindən birbaşa asılılıqdadır.

Söhbət hər şeydən əvvəl inteqrasiya prosesinin bütün subyektlərinin arasında (dövlət, ayrı-ayrı firmalar, inhisarlar və sairə) optimal uyğunluğa nail olmaqdan gedir. Daha konkret ifadə etsək, prosesdə dövlətin rolu iki aspektə nəzərdən keçirilməlidir:


  1. İnzibati-siyasi apparat kimi;

  2. Sahibkar kimi;

Deməli, milli iqtisadiyyatın aparıcı sahələri istisna olmaqla, digər fəaliyyət sferaları sırf bazar mexanizminə əsaslanmalı və həmin prosesdə dövlət müəssisələri yalnız iqtisadi metodlarla özəl sektorun subyektləri ilə rəqabətə girməli və inteqrasiya prosesində ümummilli mənafe baxımından tarazlığa nail olmalıdırlar.

Beləliklə, müasir gerçəklik respublikamızın inkişaf etmiş ölkələrdə olduğu kimi real məzmunlu inteqrasiya prosesinə qoşulmasını təmin edir. Bununla belə, regional iqtisadi əməkdaşlığın ilkin inkişaf mərhələlərinə uyğun gələn iqtisadi inteqrasiya səviyyələrində ölkəmizin iştirakı onun milli iqtisadi mənafelərinə uyğun gələn hal kimi qiymətləndirilməli və regional iqtisadi inteqrasiya prosesində ilk əvvəl strateji bazar seçimi baxımından öz yerini müəyyənləşdirməlidir. Məsələn, aqrobiznes sahəsinin məhsullarının MDB bazar məkanında maneəsiz hərəkətinə nail olmaq üçün bu ölkələrlə imzalanmış və yaxud imzalanacaq gömrük ittifaqlarına real məzmunun gətirilməsi ölkənin milli gəlirinin artmasına olduqca müsbət təsir göstərmiş olardı.

Azərbaycan Respublikasının xarici iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biri də birgə müəssisələrin yaradılmasıdır. Ölkənin mövcud vəziyyəti baxımından onlar aşağıdakı problemlərin həllində əhəmiyyətli rol oynamalıdırlar:

1)İstehsalın səmərəliliyinin və texnologiyasının səviyyəsinin yüksəldilməsi;

2)İqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi; Bunun üçün ilik növbədə birgə müəssisələr ən yeni elmtutumlu sahələrdə (elektronika, robot texnikası və sairə) yaradılmalı, bu sahənin maddi-texniki bazası təmkilləşdirilməli, əhaliyə ticarət və məişət xidmətinin inkişafı üçün zəruri tədbirlər həyata keçirilməlidir;

3)Birgə müəssisələrin elmlə istehsalatı əlaqələndirən vasitələrdən biri olduğunu obyektivliyinin həmişə diqqət mərkəzində saxlanılması;

4)Respublikanın ixrac potensialını və idxalını əvəz edən istehsalat sahələrinin inkişaf etdirilməsi;

5)Qabaqcıl texnologiya və avadanlıqlar, “nou-hau”, istehsalat fəaliyyətini idarə etmək sahəsindəki təcrübə və sairə üzrə birgə sahibkarlığın inkişaf etdirilməsi;

Respublikanın xarici iqtisadi əməkdaşlığının regional səviyyəsindən çıxış etməklə birgə sahibkarlığın müxtəlif formaları, xüsusilə regional istehsalat, müəssisə yaxud komplekslərin yaradılmasında bir sıra çətinliklərə xüsusi fikir vermək məqsədəuyğun olardı.

Regional səviyyədə birgə müəssisələrin təşkili, hər şeydən əvvəl milli iqtisadi mənafelər, regional ümumilik və milli müstəqillik problemlərinin ziddiyyətli vəhdətinin dərk olunmasına əsaslanmalıdır. Eləcə də, real bazar prinsipləri və dövlət müdaxiləsinin optimal nisbətlərinə nail olunması, o cümlədən xarici kapitalın fəaliyyət rejiminin formalaşması müxtəlifliyi mütləq nəzərə alınmalıdır.

Regional iqtisadi əməkdaşlığa (xüsusilə inteqrasiya qruplaşması çərçivəsində) dövlət müdaxiləsinin mümkün sərhədlərinin müəyyənləşdirilməsində, zənnimizcə, müasir sənayenin mühüm strateji sferaları istisna olmaqla, yerdə qalan sahələrin sərbəst fəaliyyətinin təmin etmək məqsədə müvafiq olardı.

Bu fikri inkişaf etdirərək, belə bir qənaətə gəlmək olar ki, dövlətlərarası (inteqrasiya bloku çərçivəsində) tənzimlənmənin əsas forması kimi çoxmillətli kompaniyaların yaradılması və inkişafı baxımından regional səviyyədə investisiyaların stimullaşdırılması çıxış edə bilər.

Respublikanın müstəqilliyin ilk illərində xarici investisiyalar haqqında bir çox qanunların qəbul edilməsinə baxmayaraq ölkəyə investisiya axını siyasi vəziyyətlə əlaqədar hələ də zəif idi. Digər postsosialist ölkələrində olduğu kimi Azərbaycana da xarici investisiya axınları bir çox risklərdən sığortalanmaq üçün dövlət kompaniyaları ilə birgə müəssisələrin yaradılması formasında baş verirdi. Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən birgə müəssisələrin sayı 1997-ci ildə 493, 1998-ci ildə 644, 1999-cu ildə 801, 2000-ci ildə 875, 2001-ci ildə isə 922 təsərrüfat subyekti təşkil etmişdir.

«Əsrin kontraktı» Azərbaycanın Xəzər sektorunda neft yatağının («Azəri», «Çıraq», «Günəşli») birgə istifadəsini nəzərdə tutur. Müqavilə dünyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: «Amoko» (ABŞ)-17,01%; «BP» (B. Britaniya)-17,13%; «Lukoil» (Rusiya)-10%; «Statoil» (Norveç)-8,56%; «Turkish Petrolium» (Türkiyə)-6,75%; «Unokl» (ABŞ)-9,52%; «Itochu Co» (Yaponiya)-7,45% («McDermant» şirkəti aksiyalarının bir hissəsini 1996-cı ildə «Hotchu Co» şirkətinə satmışdır); «Ramco» (B. Britaniya)-2,08%; «Delta» (S. Ərəbistanı)-1,68%; «Penzoil» (ABŞ)-4,81%; «Exon» (ABŞ)-5% və ARDNŞ (Azərbaycan)-10% paya malikdir. Müqavilənin dəyəri 14 milyard dollardır. Bütün investisiyaların 80%-i isə xarici şirkətlər tərəfindən həyata keçiriləcək. 30 il müddətinə neftdən gələn ümumi gəlir 157,6 milyard dollar, o cümlədən Azərbaycanın gəliri isə 81,7 milyard dollar olacaqdır. 1995-ci ildə imzalanmış «Qarabağ» yatağı üzrə cəlb edilmiş investisiya-1,7 milyard dollar, 1996-cı ildə imzalanmış «Şahdəniz» yatağı üzrə-4 milyard dollar, «Dan Ulduzu» və «Əşrəfi» yataqları üzrə-2 milyard dollar, 1997-ci ildə imzalanmış «Lənkəran-Talış dəniz» yatağı üzrə-2 milyard dollar, «Yalama» yatağı üzrə-3,5 milayrd dollar, «Oğuz» yatağı üzrə-3 milyard dollar, «Kürdaşı» yatağı üzrə isə 2,5 milyard dollar təşkil etmişdir. Bütövlükdə «Əsrin kontraktı» imzalandıqdan sonra Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edən ölkələrin sayı artmış və bu kontraktlarda 15 ölkənin 33 şirkəti iştirak etmişdir


Neft sektoruna kapital qoyuluşları illər üzrə milyon dollarla göstərilmişdir:


Azərbaycan iqtisadiyyatının müasir şəraitindən istehsal prosesini təkmilləşdirmək, yeni texnologiya tətbiq etmək üçün ölkənin xarici investisiyalara tələbatı böyükdür. Bu səbəbdən də investisiya siyasətinin hazırlanması və optimal tətbiqi zəruridir. Xarici investisiyanın cəlb edilməsində dövlətin rolu danılmazdır, belə ki, investisiyaların iqtisadiyyatın sahələri arasında optimal bölüşdürülməsi vacibdir.

Azərbaycan Respublikasının iqtisadiyyatına ən çox investisiya yatıran ölkə ABŞ-dır, son üç il ərzində ABŞ tərəfindən qoyulan investisiya ümumi investisiyanın tərkibində təxminən 33% paya malik olmuşdur. Bu da əsasən ABŞ kompaniyalarının Azərbaycanda olan neft maraqları ilə əlaqədardır. Digər ən böyük investor ölkələr Türkiyə və Böyük Britaniyadır.

Respublikada iri həcmli kontraktların imzalanması dünyanın iri şirkətləri-TMK-ın ölkəyə artan maraqlarının da əks etdirir. Milli iqtisadiyyat artıq TMK-ın ölkədə filiallarının yaradılması ilə birbaşa xarici investisiyaların axını ilə qarşılaşmaqdadır. Birgə müəssisələrə və xarici kompaniya filiallarına yatırılan birbaşa investisiyaların həcmi ildən ilə daha da artaraq milli iqtisadiyyatda investisiya aktivliyinin sürətlə dəyişdiyinin göstəricisidir.

Ölkəmizdə TMK-ların fəaliyyət sahəsi genişləndikcə Azərbaycandan xammal axını-ixracı artır və bununla əlaqədar olaraq TMK-ana ölkələrinin xammal üzrə importu da artır. Son zamanlar respublikamız ixracatın strukturunun onun ümumi həcmini artırmaqla dəyişmək istiqamətində tədbirlər həyata keçirir, belə ki, TMK-nın bütün digər üstünlüklərindən istifadə etməyə cəhd göstərərək e’maledici sənaye sahələrinin inkişafına çalışır.

Azərbaycana xarici investisiya qoyuluşları aktiv olaraq 1994-cü ildən sonra – siyasi sabitliyin yaradılması, atəşkəs rejiminin tətbiqi ilə başlanmışdır. Əgər 1991-1994-cü illər ərzində ölkəyə cəmi 150 mln. doll. investisiya qoyulmuşsa, son bir neçə ildə onun həcmi sürətlə artmış və təkcə «Əsrin kontraktı» çərçivəsində on dəfədən çox artmışdır. 1995-ci ildə isə xarici investisiyaların koordinasiyası və layihələrin hazırlanmasına texniki kömək üzrə Milli Agentlik yaradılmışdır. Adambaşına düşən xarici investisiyanın payına görə Azərbaycan MDB məkanında ön sırada dayanan ölkələr siyahısındadır.
Nəticə

Sonda nəticə olaraq qeyd etməliyikki beynəlxalq munasibətlərdə,istər iqtisadi , istərsə də siyasi münasibətlərdə transmilli korporasiyaların mühum rolu vardir. Son dövrlərdə elmi-texniki tereqqinin inkişafi ilə bu əhəmiyyət dahaca artmaqdadır.

Adətən, geniş imkanları olan iri TMŞ-lər enerji ehtiyatlarına malik, amma iqtisadiyyatı zəif inkişaf edən dövlətlərin ərazisində özlərinə asanlıqla yer edə bilirlər. Bir qayda olaraq, inkişaf və iqtisadi siyasət üzrə demokratik institutların olmadığı və ya zəif olduğu, bunun da nəticəsində iqtisadiyyatı geri qalan ölkələrdə qanunlar da zəif işləyir. Bundan faydalanan TMŞ-lər vaxt itirərməyək fürsəti qaçırmır. Onlar yerli hakimiyyətin “nazı ilə oynayır”, “münbit şəraitdən” yararlanaraq özləri üçün əlverişli kontraktlar bağlayır və gözlədiklərindən də artıq gəlir götürürlər. Bu cür “münbit şərait”də iri layihələrin maliyyə fəaliyyətində çox vacib bir şərt olan obyektiv auditlər və şəffaf maliyyə hesabatları olmadan da “ötüşmək” olur. İctimai nəzarəti həyata keçirəcək həmkarlar təşkilatı yaratmağa isə müxtəlif təzyiqlər vasitəsi ilə imkan verilmir. Bununla da demokratik ölkələrdə yaradılmış TMŞ-lər yerlərdəki eybəcərliklərə sadəcə adaptasiya olunurlar. Nəticədə vətəndaşın öz ölkəsinin konstitusiyasında nəzərdə tutulmuş ictimai birliklər yaratmaq hüququ və eləcə də Beynəlxalq Əmək Təşkilatının (BƏT) 1948-ci il tarixli “Assosiyasiyalar azadlığı və təşkilatlanma hüququnun qorunması haqqında” Konvensiyasının tələbləri TMŞ-lər tərəfindən kobud şəkildə pozulur və bunun qarşısı milli hökumət tərəfindən alınmır. Əslində isə TMŞ-lər istəsə Ümumdünya Müqaviləsinin tövsiyyələrini nəzərə alaraq istənilən “çətin” ölkədə korrekt fəaliyyət qura bilər.

Hər şeyi şəriksiz şəkildə öz nəzarətinə almaq istəyən TMŞ-in məqsədyönlü təbliğatı nəticəsində dövlət sektoru səmərəsiz və bədxərc nəhəng kimi təqdim olunur, özəl sektor isə səmərə və məsuliyyət mücəssiməsi kimi başa düşülür. Ayrı-ayrı şirkətlərin varlanması baxımından bu, belə görünə bilər. Amma unutmaq olmaz ki, o şirkətləri varlandıran insanların konstitusion hüquqları var və hər bir dövlət öz vətəndaşlarının hüquqlarının qorunması üçün məsuliyyət daşıyır. Yəni bu və ya digər dövlətin ərazisində layihələr həyata keçirərək sərvət toplayan şirkətlər həmin dövlətin qanunlarına və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşmalıdır. Burada ən təhlükəli məqam özəl sektorun dövlət sektorunun iş yerləri açmaq kimi əhəmiyyətli sosial funksiyasını ələ keçirmək cəhdi ilə bağlıdır. Bəzən dövlət xərclərinin rasionallaşdırılması pərdəsi altında səhiyyə və təhsil kimi strateji sahələrin də özəlləşdirilməsinin zərurətə çevrilməsi görüntüsü yaratmaq istəyirlər. Kapitalın azad hərəkəti və azad ticarət milli vergiqoyma sistemləri arasında rəqabətə gətirib çıxarır ki, bu da vergilərdən daxil olan vəsaitlərin azalmasına və sosial kəsirin yaranmasına səbəb olur. Bütün ölkələrə təzyiq göstərilir ki, onlar vergi siyasəti sahəsində ümumi məxrəcə gəlsinlər. Bu strategiya isə bir çox ölkələrdə dövlət sektorunu boğur və onu vəsaitlərdən məhrum edir. Çox təəssüflər olsun ki, biz də bu yoldayıq. Qeyd etmək lazımdır ki, beynəlxalq ticarət və investisiyalar barədə sazişlər təkcə iqtisadiyyatı əhatə etmir, cəmiyyətin həyatının bütün sahələrinə təsir göstərir.



Ədəbiyyat 

  1. Şəkərəliyev A.Ş. Dünya iqtisadiyyatı və Beynəlxalq iqtisadi münasıbətlər.Bakı,1999.

  2. Vəliyev D. Beynəlxalq iqtisadiyyat. Bakı,1997

  3. Шумилов B.M. Международное экономическое право. Ростов-на-Дону, 2003

  4. Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı, 2006.

  5. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti. B., 2005.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə