Toz çÖKDÜRÜCÜLƏr və FİltrləR




Yüklə 16.18 Kb.
tarix22.04.2016
ölçüsü16.18 Kb.
Kənan Kərimli

(kkerimli1990@gmail.com)
TOZ ÇÖKDÜRÜCÜLƏR VƏ FİLTRLƏR
Məlumat üçün göstərək ki, son zamanlarda atmosferin çirklənməsinin azaldılması üçün istehsalatda texnoloji proseslərin təkmilləşdirilməsi, avadanlığın hermetikliyinin artırılması, pnevmatik nəqliyyat vasitələrindən, müxtəlif təmizləyici qurğuların tətbiqi metodlarından istifadə edilir. Tullantıların miqdarının azaldılması üçün ən səmərəli sayılan istiqamətlərdən biri tullantısız qapalı texnoloji prosesin tətbiq edilməsidir. Lakin burada qazın özünün çirkləndirici maddələrdən təmizlənməsi və zərərsizləşdirilməsi əsas məsələlərdən biri kimi qalmaqdadır.

Tullantı qazların çirkləndirici maddələrdən təmizlənməsi üçün bir sıra üsullar hazırlanmışdır. Bu üsulları iki qrupa bölürlər: fiziki və kimyəvi qruplar.

Fiziki üsullarla çirkli qazları təmizlədikdə heç bir kimyəvi proses baş vermədən zərərli qazlar müxtəlif yollarla tutulur. Fiziki üsullardan ən çox yayılanları aşağıdakılardır: quru mexaniki toztutucular vasitəsilə təmizləmək,filtr, yaş toztutucular, elektrofiltrlə təmizləmək və s.

Kimyəvi təmizləmə üsullarından kimyəvi absorbsiya, kimyəvi adsorbsiya və katalitik təmizləmə üsullarının daha çox yayıldığı göstərilir.

Məlumat üçün qeyd edək ki, absorbsiya və adsorbsiya latın sözləridir, mənası “udulma ” deməkdir. Absorbsiya mayelərin köməyi ilə maddələrin qaz qarışığından udulmasıdır. Adsorbsiya isə hər hansı bir maddənin mayenin səthi qatının və ya bərk cismin köməyi ilə qaz qarışığından və ya qaza oxşar mühitdən udulmasıdır.

Adətən səthində adsorbsiya gedən maddəyəadsorbent deyilir.

Çirkli qazın fiziki təmizlənməsinin bəzi üsulları aşağıda verillir:

Quru mexaniki toztutucularda tozların çökməsi “qravitasiya”, “ətalət” və “mərkəzdənqaçma” mexanizmi ilə əldə edilir. Bu prinsiplə işləyən aparatlarda tozun tutulması əksər hallarda kifayət dərəcədə olmadığı üçün , bunlarda qazların ilkin təmizlənməsi prosesi aparılır.

Quru mexaniki toztutucularda tozların çökməsini əyani sürətdə təsəvvür etmək üçün “qravitasiya” prinspi ilə işləyən tozçökdürücü kameralardan birinin prinspial sxeminə nəzər salaq. Adətən , tozçökdürücü kameraların konstruktiv xüsusiyyətlərindən asılı olmayaraq , bu üsulla çirklli qazın təmizlənməsi eyni prinspə əsaslanır, yəni çirkli qaz axını nisbətən kiçik diametrli borudan böyük diametrli boruya keçən zaman qazın axın sürəti kəskin sürətdə azalır, seyrəkləşmə baş verir və beləliklə də çirkli qazın içərisində olan toz şəklindəki bərk hissəciklər ondan aralanır və ştutserlər vasitəsilə bayıra atılır, təmiz qaz isə əks tərəfdəki atqı borusundan çıxır. Qazın səmərəli təmizlənməsi üçün onun daxilində olan hissəciklərin kamerada qalma müdəti mümkün qədər çox olmalıdır.

“Ətalət” prinsipli toztutucularda qaz axınının istiqaməti birdən birə dəyişdikdə onun daxilində olan hissəciklər ətalət üzrə öz hərəkətini əvvəlki istiqamətdə davam etdirir və qaz axınının istiqaməti dəyişdikdən sonra çökürlər. Belə aparatlarda ölçüsü 25-30 mkm olan hissəciklərin çökmə faizi 65-80% həddində olur.

“Mərkəzdənqaçma” prinsoi ilə işləyən toztutuculara siklonları aid edirlər. Qaz siklon daxilində fırlanraq əvvəl yuxarıdan aşağıya , sonra isə aşağıdan yuxarıya hərəkət edir. Ümumiyyətlə siklonların iş prinspi mərkəzdənqaçma qüvvəsinin təsirinə əsalanır. Belə ki, bu qüvvənin təsiri altında hissəciklər toayırıcının divarlarına sıxılaraq öz sürətini itirib aparatın konusşəkilli aşağı hissəsindəki çıxış deşiyindən toztutucuya düşür. Təmizlənmiş və az miqdar kiçik toz hissəcikləri olan qazlar siklonun yuxarı hissəsindən xaric edilir.

“Yaş toztutucularda” bir qayda olaraq , isladıcı maye rolunu su yerinə yetirir. Suyun axına təsiri üsulundan asılı olaraq , belə qurğuları 8 növə bölməyi məsləhət görürlər:



  1. İçərisi boş qazyuyucu

  2. Taxma maneəli

  3. Nimçəli

  4. Hərəkət edən taxmalı

  5. Zərbə-ətalət təsirli

  6. Mərkəzdənqaçma təsirli

  7. Mexaniki qazyuyucu

  8. Sürətli qazyuyucu.

Yaş toztutucularda qaz axını maye ilə görüşdükdə fazalararası toxunma səthləri yaranır. Göstərilir ki, bu səthlər qaz qabarcıqlarından , qaz və maye şırnağından, damcı və maye pərdəsindən ibarət olur.

Filtrdə qazın təmizlənməsi üçün məsaməli arakəsmələrdən istifadə edilir. Belə ki, qaz axını məsaməli arakəsmədən keçən zaman onun daxilindəki hissəciklər bu məsamələrdə ilişib qalır.

Adətən filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət olur. Lifli filtrlər parçalardan və mineral maddələrdən ibarət olub ölçüsü 10-50 mkm olan toz hissəciklərini tutmaq qabiliyyətinə malikdir. Bunlar əsasən dispers fazanın konsentrasiyası 0,5-5 mq/m3 olduqda tətbiq edilir.

Dənəli filtrlər isə bir qayda olaraq , yüksək təzyiq və temperatur şəraitində aqressiv mühitlərdə işlədilir. Göstərilir ki, bu tip filtrlərdə dənələr müəyyən müddətdən sonra təmizlənərək əvvəlki halını bərpa edir.

Elektrik filtrlərində qazın təmizlənməsi məlum olduğu kimi, elektrik qüvvəsi təsirindən baş verir. Bu qurğular böyük həcmdə olan qazları toz və yağ dumanlarından təmizləmək üçün istifadə edilir.

Qeyd edilir ki, elektrik filtrlərinin iş prinspi toz hissəciklərinin elektrik sahəsində çökməsinə əsaslanır.



Çirkli qaz gərginliyi 60000 V-a qədər olan elektrod ətrafından keçdikdə onun daxilində olan tozlar ionlaşaraq elektriklə yüklənir. Yüklənmiş hissəciklər çökdürücü elektroda yaxınlaşaraq onun üzərinə yığılır. Çökdürücü elektrod quru olduqda onun üzərinə yığılan tozlar silkələnmə, yaş olduqda yuma yolu ilə ondan ayrılır.

Məlumat verilir ki, bu məqsədlə lövhə və boru elektrodlu elektrofiltrlər daha geniş istifadə olunur. Müşahidə nəticəsində aydın olmuşdur ki, bu qurğular ölçüsü 0,001-100 mkm olan hissəcikləri 400-450 S temperatur şəraitində güclü qaz axınından ayırmaq qabiliyyətinə malikdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə