Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika Fəkültəsi IV kurs tələbəsi Yolçuyev Sadiq Əzim oğlunun «MƏsafəLİ TƏdris: İdeyalar, texnologiyalar, problemlər və perspektiVLƏR»




Yüklə 177.56 Kb.
tarix20.04.2016
ölçüsü177.56 Kb.
AZƏRBAYCAN RESPUBLİKASİ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika Fəkültəsi

IV kurs tələbəsi Yolçuyev Sadiq Əzim oğlunun


«MƏSAFƏLİ TƏDRIS: İDEYALAR, TEXNOLOGİYALAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR»

Mövzusunda

BURAXILIŞ İŞİ

İnformatika kafedrası


Kafedra müdiri:

Elmi rəhbər:


Bakı 2003

Mündəricat

Giriş.

I fəsil


  1. Tədris Informasiya Sistemləri Sferasinda Olan Beynəlxalq Standartlar.

  • IMS standartı.

  1. Distant təhsil sistemlərinin işinə aid nümunə.



II fəsil

Məsafəli tədris Ali məktəbdə. Modellər və texnologiyalar.

  1. Yeni tip tədris müəssisələrində tətbiq edilən əsas texnologiya tipləri.

  2. Məsafəli tədrisin təşkilati – metodik modelləri.

  3. Məsafəli tədrisin təşkilati – texniki modelləri.



III fəsil

Məsafəli tədrisin prinsipləri və xüsusiyyətləri.

  1. Məsafəli tədris sistemlərinin prinsipləri.

  2. Məsafəli tədris sistemlərinin xüsusiyyətləri.



III fəsil

Azərbaycan respublikasında distant tədrisin müasir vəziyyəti.

Giriş

Təhsil və iş, bu gün demək olar ki, eyni mənada işlədirlər, çünki professional biliklər çox tez köhnəldiyi üçün onların dayanmadan yenilənməsi lazımdır. Bu isə açıq tipli təhsilin köməyilə edilir. Bu gün dünyanın telekommunikasiya infrastrukturu fasiləsiz, kütləvi özünütəhsil sistemlərini yaratmağa imkan verir. Özünütəhsil isə vaxt və məkandan asılı deyil. Məsafəli tədris XXI əsrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və dayanmadan yenilənməsi üçün ən effektiv sistem kimi girəcək.

Məsafəli tədris sistemləri ölkənin istənilən bölgəsində məktəblilərə, tələbələrə, sıravi və hərbi mütəxəssislərə, işsizlərə insan hüqüqlarını gerçəkləşdirməyə, təhsil və informasiyanın alınmasında bərabər imkanlar verirlər. Yalnız bu sistem ictimaiyyətin tələblərinə cavab verə və ölkənin hər bir vətəndaşının təhsil hüqüqlarının reallaşdırılmasını təmin edə bilər.

Məsafəli tədris XX əsrin əvvəllərində qiyabi tədris forması kimi yaranmışdır. Bu gün qiyabi olaraq ali təhsil almaq, xarici dil öyrənmək, qəbul imtahanlarına hazırlaşmaq olar. Hərçənd ki, müəllimlərlə tələbələr arasında pis təşkil olunmuş əlaqə ilə bağlı olaraq, imtahan sessiyaları zamanı qiyabiçi tələbələr üzərində nəzarətin olmaması nəticəsində qiyabiçi tələbələrə verilən təhsilin keyfiyyəti əyani təhsil zamanı alına biləcəyindən daha pis olur.

Müasir kompüterləşmiş telekommunikasiyalar biliklərin və müxtəlif tədrislə bağlı məlumatların alınmasında bərabərliyi təmin edə bilir, bəzən isə ənənəvi tədris vasitələrdən dəfələrlə effektiv olur. Müşahidələr təsdiq edir ki, tədris kurslarının keyfiyyət və strukturu, həmçinin təhsilin məsafəli tədris zamanı olan keyfiyyəti ənənəvi tədris formalarından daha yaxşıdır. Yeni elektron texnologiyalar, interaktiv CD-ROM disklər, elektron elan lövhələri, multimediya mətnləri və WWW, MOSAIC interfeyslərindən alınan Internet, tələbələrin tədris prosesinə aktiv cəlbiylə yanaşı həm də ənənəvi tədris üsüllarının çoxundan fərqli olmaqla, tədris prosesinin idarəsinə də imkan verir. Səs, hərəkət, mətnin inteqrasiyası, yeni qeyri adi imkanlara malik tədris mühiti yaradır ki, tədrisin güclənməsi ilə tədris prosesinə cəlb olunan tələbələrin sayı da artır.

Əcnəbi mütəxəssislərin hesablamalarına görə 2003-ci ildə yüksək təhsilin təhsilin minimal səviyyəsi ali təhsil olacaq. İnsanlığın yaşaması üçün zəruri olan, əyani (gündüz) təhsilinin verilməsi hər bir dövlət üçün böyük maliyyə xərcləri tələb edir. Ona görə də təsadüfi deyil ki, sonuncu onilliklərdə qeyri ənənəvi texnologiyalarla təhsil alanların sayı gündüz təhsil alanlardan daha çox artır. Bu qeyri ənənəvi tədris formalarına keçid bu texnologiyalarla tədrisə hazırlıq aparan tədris müəssisələrinin də sayının artımında da nəzərə çarpır. 1970-1980-cı illər ərzində isə 87 belə müəssisə yaranmışdır.

Məsafəli tədris sistemlərinin əsas məqsədi bütün dünyada – dünyanın istənilən yerində yaşayan hər tələbəyə istənilən kollec və universitetin tədris kursunu keçməyə imkan verməkdir. Bu isə ələbələrin ölkədən – ölkəyə fiziki yerdəyişmə konsepsiyasından müasir ideya, bilik və təhsil resurslarının mübadiləsi yolu ilə biliklərin paylanması konsepsiyasına keçidi nəzərdə tutur. Bu sahədə daha çox təcrübə və böyük imkanları olan ölkələrin təcrübəsini öyrənmək lazımdır.

Avropada məsafəli tədris:



İlkin məsafəli tədris təşkilatı 60-cı illərin sonlarında Böyük Britaniyada yaranmışdır və daha çox Sovet qiyabi təhsiliniu xatırladırdı. Fərq yalnız onda idi ki, tədris yerləri tələbələrin yaşayış yerlərinə yaxın yerləşirdi və onlar xüsusi ləvazimatlardan istifadə edərək məşğul olurdular. Həm də olnlara əsas məşğuliyyətlərindən uzun müddətə ayrılmaq lazım deyildi. Bundan başqa tədris prosesində əsas rol tütorların (köməkçi müəllimlərin) üzərinə düşürdü və onlar da tələbələrə yaxın yerlərdə yaşayaraq tədris prosesində tələbələri istiqamətləndir-məli, seminarlar keçirməli idilər. Kursların müəyyən hissəsi televiziya və radiodan istifadə etməklə keçirilirdi. Avropada isə məsafəli tədris 70-ci illərin əvvəllərində intensiv inkişaf etməyə başladı. Məsafəli tədrisin İspan Milli Universitetinə (Universidad National de Educacion a Distancia - UNED) ölkə daxilində 58 xaricdə 9 tədris mərkəzi daxildir. Böyük Britaniyada idarəetmə sahəsində maqistr dərəcəsi üçün olan proqramların 50%-dən çoxu məsafəli tədrisin köməyilə keçirilir. Bu sahədə aparıcı təşkilat açıq tipli, Britaniya Universitetinin Biznes Məktəbidir.
Tədris Informasiya Sistemləri Sferasinda Olan Beynəlxalq Standartlar
Bütün dünyada tədris texnologiyalarının işinin standartlaşması üzərində işləyirlər. İnformasiya texnologiyaları bazasında fəaliyyət göstərən və stantdartlaşdırma sahəsində sıx əməkdaşlıq edən bir sıra beynəlxalq təşkilat vardır. Bele təşkilatlar arasında aparıcı rolu IEEE P1484 LTSC tədris texnologiyalarının standartlaşması üzrə təşkilat (Institute of Electrical and Electronic Engineers, Project 1484, Learning Technology Standards Committee); kompüter texnologiyaları əsasında çoxistifadəli pedaqoji elementlərin istehsalı və idarəsi üzrə məqsədlənmiş olan Avropa birliyi proyekti ARIADNE (Alliance of Remote Instructional Authoring and Distribution Networks for Europe); tədris bazarı üçün texnologiya hazırlığı üzrə ixtisaslaşmış IMS (Educom's Instructional Management Systems) təşkilatı; tədris texnologiyalarına tələbatı müəyyənləşdirən Amerika Müdafiə Departamenti ADL (Department of Defense Advanced Distributed Learning) kimi təşkilatlar tutur. Qeyd edək ki, bütün hazırlanan standartlar pedaqoji nöqteyi nəzərdən neytraldırlar.
P1484 LTSC IEEE təşkilatının fəaliyyəti.
IEEE LTSC işçi qruplarının hədəfi tədris komponentlərinin və sistemləriin kompüter realizasiyası üçün texnologiyalar, hazırlanma metodları, təlimatlar və texniki standartlar yaratmaqdan ibarətdir. Tədris texnologiyalarının standartlaşması təşkilatı (LTSC) IEEE standartlaşdırma səhəsində Kompüter birliyi tərəfindən təlimatlandırılmışdır (IEEE Computer Society Standards Activity Board). (LTSC) tərəfindən irəli sürülmüş standartların bir çoxu beynəlxalq standartlara namizəd olaraq sürülür və ISO/IEC/JTC1/SC36 (International Standards Organization / International Electrotechnical Committee / Joint Technology Committee 1, Information Technology / Learning Technology) tərəfindən araşdırılır.
IMS proyekti.
İnternet – in inkişafı və World Wide Web tədrisi və tədrisin bütün səviyyələrini dəyişdirir. IMS Global Learning Consortium, Inc. (IMS) tədris materiallaının istifadəsinin, tələbənin inkişafının müşahidəsinin, tələbənin müvəffəqiyyəti haqqında informasiyanın tərtibində və tələbələr haqqında administrativ sistemlər arasında məlumat mübadiləsini təşkilini dəstəkləyən açıq tipli proqramların hazırlayır və yayılmasına kömək edir.

IMS – nin 2 əsas hədəfi vardır: distant təhsildə proqram təminatının texniki standartlarının müəyyənləşdirilməsi və IMS standartlarının bütün dünyada məhsul və xidmətlərə tətbiqi.

IMS – üzvləri təhsil, ticari və dövlət təşkilatlarından ibarət qlobal təşkilatdır. Maliyyə dəstəyi üzvlük gəlirlərindən alınır, burada iştirak investor və ya istehsalçı kimi mümkündür. İndi distant tədris sistemlərinin təşkilində ən əlverişlisi IMS – dir və bunun aşağıdakı səbəbləri var:


  1. IMS –nin spesifikasiyaları onların praktiki tətbiqi üzrə yönlənmişdir və XML dilində yazılmışdır.

  2. IMS –nin spesifikasiyaları həmişə istifadə üzrə praktiki təlimatlara malikdir (misallarla). Məsələn: standartın dəstəklənmə ardıcıllığı, dəstəklənmənin səiyyələr cədvəli. Digər təşkilatların spesifikasiyaları isə ancaq təsvirdən ibarətdirlər.

  3. Standart ABŞ və Avropanın aparıcı təşkilatlarə tərəfindən qəbul edilmişdir.

  4. IMS – təşkilatı IEEE LTSC Metadata –nın öz spesifikasiyalarında təsviri sxemini hazırlamışdır.

  5. IMS standartı müxtəlix distant təhsil təşkilatları arasında elmi resurslarla ümumdünya mübadilə standartı kimi müəyyənləşir.

  6. IMS – nin bütün spesifikasiyaları hər kəs üçün açıqdır.

  7. IMS təşkilatının işi verilənlər strukturunun spesifikasiyası üçün gözəl misaldır.

IMS standartı.


Bu proyekt öz işinin 6 sahədə paketlər standartının yaradılması üçün öz güclərini birləşdirmiş 29 sənaye, dövlət aparatı və təhsil müəssisəsindən ibarətdir:

  1. Profillər

  2. Metaverilənlər

  3. Məzmun

  4. Testlər

  5. İdarə

  6. Tamlıq

Proyekt distant təhsildə texniki nailiyyətləri birləşdirir və onları XML formatında spesifikasiya edir. Distant təhsillə məşğul olan bir çox şirkət və dövlət idarəsi bu standartı qəbul edib və indi bu standart tədris təşkilatları arasında verilənlər mübadiləsi formatı kimi müəyyənləşir.

İnformasiya idarə modeli (IMS Enterprise Information Model) internet və real zamanda təhsil müəssisələrinin xidmətlərindən istifadə üzərində qurulmuş tədris sistemlərinin qarşılıqlı əlaqəsini spesifikasiya edən verilənlərin strukturunu göstərir.

Bu modellə dəstəklənən proqram sinifləri:



  1. tədris prosesinin idarəsi;

  2. tələbələr üzərində nəzarət;

  3. kitabxanalar üzərində nəzarət;

  4. insan resurslarının idarəsi.

Bu model əsasən bir müəssisə daxilində yerləşən sistemlər arasında qarşılıqlı əlaqəni müəyyənləşdirir. Bu standart müxtəlif müəssisələr arasında verilənlər mübadiləsini müəyyənləşdirmir.

İdarənin informasiya modeli adətən tədris sisteminin yerli administrativ sistemlərlə qarşılıqlı əlaqəsinin tələb olunduğu 4 əsas prosesi dəstəkləyir:


  1. Şəxsi verilənlərin saxlanması. Bu verilənlər real tədris müəssisələrində saxlanan və elektron tədris sistemlərində lazım olan verilənlərdir.

  2. Qrupların idarəsi. Tələbə qrupları haqqında informasiyanın idarəsi və saxlanması.

  3. Qeydiyyatın idarəsi. Qeydiyyatın idarəsi elə növ əməliyyatlara aiddir ki, onu müəllimlərin kursa təyin olunması və ya dərslərin aparılması üçün instruktorun təyini kimi əməliyyatlara aid etmək olar.

  4. Son nəticələrin emalı. Bu proses qrupların nəticələrinin emalı və saxlanmasından ibarətdir (reytinq, kursun bitirilməsi).

Metaverilənlər üçün spesifikasiyalar elmi resurslar haqqında verilənlərin təsviridir. Onlar elmi resursların axtarışını asanlaşdırırlar. IMS Metadata standartı 3 hissədən ibarətdir:



  1. IMS Core – metaverilənlərin nüvəsi;

  2. IMS Standart Extension Library –standart genişlənmələr kitabxanası;

  3. IMS Taxonomy and Vocabulary Lists – metaverilənlər lüğəti.

IMS metaverilənlərinin spesifikasiyaları IEEE LOM metaverilənlərinin standartına əsasən razılaşdırılmışdır. Amma IEEE LOM standartında metaverilənlərin elementləri lap çoxdur (84) və bir çox proqram təminatı istehsalçılarına bütün standartı dəstəkləmək çox çətindir. IMS LOM metaverilənlərini iki hissəyə bölüb və onlara öz elementlərini əlavə edib: Core və Standart Extension Library. Bu bölməyə görə Core indi 19 elementdən, Standart Extension Library isə 67 elementdən ibarətdir.

Metaverilənlər lüğəti mövzlar üzrə qruplaşdırılıb və metaverilənlərin elementlərinin qiymətləri ola bilərlər.

Məzmunun spesifikasiyası interaktiv, platformadan asılı olmayan materialların tərkibini müəyyənləşdirir. Bu spesifikasiya məzmunun üzərində aşağıdakı əməliyyatları aparmağı asanlaşdıran əlavə informasiyanı təyin edir:



  1. müəlliflərə interaktiv tədris materialı hazırlamağa;

  2. administratorlara materialı idarə etməyə və paylamağa;

  3. tələbələrə əməkdaşlıq etməyə və materialı mənimsəməyə.

Bu əlavə informasiya tədris sisteminin qalan məzmunla işlədiyi xüsusi manifest- fayla yazılır.

Testləşdirmə standartı sualların verilmə formatlarını, testləşdirmə sistemlərində testləşdirmənin konfiqurasiyalarını, testləşdirmənin müxtəlif aparılma yollarını təsvir edir.

IMS Q&TI (Question & Test Interoperability) spesifikasiyasıbütün distant təhsil sistemləri istehsalçıları tərəfindən qəbul edilmişdir və demək olar ki, onların hamısı bu formatdan test materiallarının mübadiləsi üçün istifadə edirlər, bəziləri isə ondan testlərin sistem daxilində saxlanması üçün istifadə edirlər.

Bu spesifikasiyanın əsas xüsusiyyəti materialların təsvirinin onların suallarından ayrılması, testləşdirmədə geniş konfiqurasiya imkanı, əvvəlki cavablardan qaynaqlanmış sualların dinamik yaranması, qiymətin verilməsində müxtəlif hesablamalardan istifadə oluması və sualların çox tipli olmasıdır.

Bu spesifikasiya qiymətləndirmə üçün müxtəlif modellərdən istifadə və təsvir etməyə və qeyri standart material istifadə etməyə imkan verir. Bu model aşağıdakı səbəblərə görə testləşdirmə sisteminin təşkilində əlverişlidir:



  1. Modelin elementlərinin irsiliyi.

  2. Testləşdirmənin sazlanmasının teslərin materiallarında ayrılması.

  3. Düzgün cavablar şərti işarələrlə saxlanılır ki, bu da sualların böyük altçoxluqları üçün asan qeyd etmə imkanı verir.

  4. Məntiqi tipli sualların onun təsvir üsulundan ayrılması.

  5. Sualların təqdiminin ümumiliyi bir neçə tip sual kombinasiyaları etməyə imkan verir.

  6. Model XML dilində təsvir olunub.

  7. Q&TI spesifikasiyası ona tedrici keçmə imkanı verir. IMS asanlaşdırılmış spesifikasiya versiyasını dəstəkləyir.

Distant təhsil sistemlərinin işinə aid nümunə.
Distant təhsil sistemlərinin işində əsas elementlərdən biri olan testləşdirmə aparatının iş prinsipini göstərən proqram koduna nəzər salaq:













$c=5;


@mysql_connect ("localhost", "");

$result = @mysql_db_query ("web","select * from test");

$i=1;

if ($row =mysql_fetch_array ($result)) {



print("
".$row[0]);

print("

".$row[1]);

print("

".$row[2]);

print("

".$row[3]);

print("

".$row[4]);

$j=$i+1;


print("
");

$i+=1;


}
while (($row =mysql_fetch_array ($result))&($i<=$c-1)) {

print("
".$row["0"]);

print("

".$row[1]);

print("

".$row[2]);

print("

".$row[3]);

print("

".$row[4]);

$j=$i+1;

print("

");

$i+=1;

}

if ($i==$c){



print("
".$row[0]);

print("

".$row[1]);

print("

".$row[2]);

print("

".$row[3]);

print("

".$row[4]);

print("

");



}

mysql_free_result ($result);



?>


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə