Test suallari




Yüklə 111.42 Kb.
tarix10.04.2016
ölçüsü111.42 Kb.
Elektrik stansiyalarının dizel qurğularının əsas və köməkçi avadanlıqlarının

istismarı və təmiri” kursunun

TEST SUALLARI


  1. Qaz porşenli mühərriklərin üstün cəhəti nədən ibarətdir?

    1. Bunlar stasionar şəraitdə yüksək faydalılıq göstəriciləri ilə istifadə olunur və tüstü qazlarında zəhərli maddələrin miqdarı çox azdır.

    2. Tüstü qazların temperaturu yüksəkdir.

    3. Tüstü qazların temperaturu 100oC-dən aşağıdır.

    4. F.İ.Ə. 80-86% həddində olur.

    5. F.İ.Ə. 90-96% həddində olur.

  2. Modul tipli stansiyaların F.İ.Ə. nə qədər olur?

    1. 50-56% həddində olur;

    2. 30-36% həddində olur;

    3. 40-46% həddində olur;

    4. 20-26% həddində olur;

    5. 60-66% həddində olur.

  3. Modul tipli stansiyalarında istifadə edilən mühərriklərin gücü nə qədər olur?

    1. 0,25 MVt-dan 20 MVt-a qədər olur;

    2. 20 MVt-dan 25 MVt-a qədər olur;

    3. 30 MVt-dan 35 MVt-a qədər olur;

    4. 40 MVt-dan 45 MVt-a qədər olur;

    5. 50 MVt-dan 55 MVt-a qədər olur.

  4. Modul tipli stansiyalarında istifadə edilən mühərriklərdə hansı yanacaqlar istifadə olunur?

    1. Mühərriklərdə adətən qaz, dizel, bioqaz və s. yanacaqlardan istifadə edilir;

    2. Mühərriklərdə adətən qaz, dizel, daş kömür və s. yanacaqlardan istifadə edilir;

    3. Mühərriklərdə adətən qaz, daş kömür, bioqaz və s. yanacaqlardan istifadə edilir;

    4. Mühərriklərdə adətən daş kömür, dizel, bioqaz və s. yanacaqlardan istifadə edilir;

    5. Mühərriklərdə adətən qaz, neft, bioqaz və s. yanacaqlardan istifadə edilir.

  5. Wartsila firmasında istehsal olunan avadanlıqların texniki göstəriciləri hansılardır?

    1. Silindrin diametri, porşenin gediş yolu və silindrin işçi həcmi;

    2. Mühərrikdə sürtgü yağlarının həcmi və mühərrikin girişində sürtgü yağının temperaturu;

    3. Alışdırma ardıcıllığı və mühərrikin qabağında isti suyun təzyiqi;

    4. Dirsəkli val çeviricisi qurğusunda yağın həcmi və mühərrikin girişində sürtgü yağlarının təzyiqi;

    5. Mühərrikdə sоyuducu mayenin təxmini həcmi və soyuq suyun nasosun qabağında statik təzyiqi.

  6. Wartsila firmasında istehsal olunan avadanlıqlar necə taktlı mühərrikidir?

    1. 4 taktlı mühərrikidir;

    2. 1 taktlı mühərrikidir;

    3. 2 taktlı mühərrikidir;

    4. 3 taktlı mühərrikidir;

    5. 5 taktlı mühərrikidir.

  7. Şatunlar konstruktiv olaraq necə hissədən ibarətdir?

    1. üç hissədən ibarətdir;

    2. bir hissədən ibarətdir;

    3. iki hissədən ibarətdir;

    4. dörd hissədən ibarətdir;

    5. beş hissədən ibarətdir.

  8. Nəzarət ölçü cihazları və avtomatikanın işinin idarə olunması nə ilə həyata keçirilir?

    1. WECS firmasına mənsub mühərrikin idarəetmə sistemi, ya da qurğunun özünün idarəetmə sistemi ilə;

    2. Yağ sistemi ilə;

    3. Paylayıcı val ilə;

    4. Dirsəkli val ilə;

    5. İşə buraxma sistemi ilə.

  9. Wartsila 34SG mühərriki hansı yanacağında istismar edilmək üçün nəzərdə tutulmuşdur?

    1. qaz yanacağında;

    2. qaz və dizel yanacağında;

    3. dizel yanacağında;

    4. qaz və mazut yanacağında;

    5. qaz, mazut və dizel yanacağında.

  10. Əgər yanacağın aşağı istiliktörətmə qabiliyyəti göstərilən norma həddən azdırsa, onda nə etmək lazımdır?

    1. mühərrikin gücünü tənzimləmək, ya da mühərrikə verilən yanacağın təzyiqini artırmaq lazımdır;

    2. mühərrikə verilən havanın təzyiqini artırmaq lazımdır;

    3. mühərrikə verilən yanacağın təzyiqini azaltmaq lazımdır;

    4. mühərrikə verilən havanın təzyiqini azaltmaq lazımdır;

    5. mühərrikin gücünü artımaq lazımdır.

  11. Yağlama sistemində yağların xarakteristikası necə olmalıdır?

    1. Özüllük: SAE 40 sinfinə daxildir. Qələvilik: 4-7 mq KON/q həddində olmalıdır;

    2. Özüllük: SAE 20 sinfinə daxildir. Qələvilik: 4-7 mq KON/q həddində olmalıdı;

    3. Özüllük: SAE 30 sinfinə daxildir. Qələvilik: 4-7 mq KON/q həddində olmalıdı;

    4. Özüllük: SAE 40 sinfinə daxildir. Qələvilik: 1-3 mq KON/q həddində olmalıdı;

    5. Özüllük: SAE 40 sinfinə daxildir. Qələvilik: 8-15 mq KON/q həddində olmalıdı.

  12. Mühərrikin etibarlı işini təmin etmək məqsədilə bir illik istismardan sonra da neçə saatdan bir yağı analiz üçün nümunə götürmək olar?

    1. hər 500-1000 saatdan bir;

    2. hər 1000-1500 saatdan bir;

    3. hər 1500-2000 saatdan bir;

    4. hər 2000-2500 saatdan bir;

    5. hər 2500-3000 saatdan bir.

  13. Mühərrikin qapalı soyutma sistemdə korroziya, ərp və s. çöküntülərin əmələ gəlməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

    1. suya aşqar qatmaq lazımdır;

    2. distillə edilmiş sudan istifadə etmək lazımdır;

    3. qlukoldan istifadə etmək lazımdır;

    4. yağış suyunda istifadə etmək lazımdır;

    5. əks osmos qurğusunda alınan yumşaldılmış sudan istifadə etmək lazımdır.

  14. Soyuducu suyun donma təhlükəsi varsa hansı sudan istifadə etmək lazımdır?

    1. antifrizdən istifadə etmək lazımdır;

    2. yağış suyunda istifadə etmək lazımdır;

    3. əks osmos qurğusunda alınan yumşaldılmış sudan istifadə etmək lazımdır;

    4. kiçik miqdarda dəniz suyunan istifadə etmək lazımdır;

    5. distillə edilmiş sudan istifadə etmək lazımdır.

  15. soyuducu suyun pH=9 almaq üçün suya nə əlavə edilir?

    1. kaustik soda ( NaOH) əlavə edilir;

    2. natrium nitritlə (NaNO2) əlavə edilir;

    3. Nitrit + borat əlavə edilir;

    4. Natrium silikat əlavə edilir;

    5. Natrium molibdat əlavə edilir.

  16. Mühərrikin etibarlı iş rejimini təmin etmək üçün neçə aydan gec olmayaraq soyuducu mayenin kimyəvi analizi aparılmalıdır?

    1. 3 aydan gec olmayaraq;

    2. 1 aydan gec olmayaraq;

    3. 2 aydan gec olmayaraq;

    4. 4 aydan gec olmayaraq;

    5. 5 aydan gec olmayaraq.

  17. Mühərriki işə buraxma havasının təzyiqinin necə bar olması kifayət edir?

    1. 15 bar;

    2. 5 bar;

    3. 10 bar;

    4. 25 bar;

    5. 35 bar.

  18. Dirsəkli val, təxminən necə dövr/dəq sürəti ilə mühərrikin üzərində qoyulmuş elektrik intiqallı mexanizmlə hərəkətə gətirilir?

    1. 4,8 dövr/dəq;

    2. 0,8 dövr/dəq;

    3. 1,8 dövr/dəq;

    4. 8,8 dövr/dəq;

    5. 18 dövr/dəq.

  19. Mühərriki saxlama ərəfəsində soyuducu maye nasosu neçə dəqiqə müddətində işləməlidir?

    1. 5 dəqiqə;

    2. 1 dəqiqə;

    3. 2 dəqiqə;

    4. 15 dəqiqə;

    5. 30 dəqiqə.

  20. Dayanmış mühərrikin yağlama sisteminə neçə gündən bir yağ əlavə etmək lazımdır?

    1. 2 gündən bir;

    2. 1 gündən bir;

    3. 5 gündən bir;

    4. 10 gündən bir;

    5. 20 gündən bir.

  21. Sürtgü yağlarının və soyuducu mayenin təzyiqi nədən asılıdır?

    1. dövrlər sayından asılıdır;

    2. mühərrikin gücündən asılıdır;

    3. temperaturdan asılıdır;

    4. yağın növündən asılıdır;

    5. yağ çənində yağın səviyyəsinindən asılıdır.

  22. Yağın sərfini bərpa etmək üçün birdəfəlik əlavə edilən təzə yağın miqdarı neçə %-dən çox olmamalıdır?

    1. 10%-dən çox olmamalıdır;

    2. 1%-dən çox olmamalıdır;

    3. 5%-dən çox olmamalıdır;

    4. 20%-dən çox olmamalıdır;

    5. 50%-dən çox olmamalıdır.

  23. Ayda bir dəfə və ya hər 500 saat işləmədən sonrakı göstərilən xidmət hansılardır?

    1. Mərkəzdənqaçma yağ süzgəclərini təmizləməli və dövr edən soyuducu məhlulda aşqarların miqdarını təyin etməli;

    2. Mühərrikin yük, təzyiq və temperatur göstəricilərini götürmək lazımdır;

    3. Qaz süzgəclərində təzyiq düşgüsü indiqatorunu yoxlayın;

    4. Sürtgü yağ süzgəclərində təzyiq düşgüsünü yoxlayın;

    5. Yağ çənində (yağ durulducu çəndə) yağın səviyyəsini yoxlayın.

  24. Karterdə təzyiq necə Pa olanda karterin ventilyasiya sistemini yoxlamaq lazımdır?

    1. 300 Pa;

    2. 100 Pa;

    3. 500 Pa;

    4. 300 kPa;

    5. 300 MPa.

  25. Uzun müddət dayandıqdan sonra (8 saatdan çox) işə buraxıcı havanın təzyiqi neçə bar-dan aşağı olmamalıdır?

    1. 18 bar;

    2. 1 bar;

    3. 8 bar;

    4. 10 bar;

    5. 28 bar.

  26. Sökülüb yığıldıqdan sonra, mühərriki nominal dövrlər sayında boş-boşuna necə dəqiqə işlədikdən sonra saxlanılmalıdır?

    1. 1 dəqiqə;

    2. 5 dəqiqə;

    3. 15 dəqiqə;

    4. 10 dəqiqə;

    5. 25 dəqiqə.

  27. Əgər obkatka proqramı həyata keçirmək mümkün olmazsa, onda mühərriki necə saata qədər mak. yüklə yüklənməsinə icazə verilmir?

    1. 10 saata qədər;

    2. 1 saata qədər;

    3. 5 saata qədər;

    4. 20 saata qədər;

    5. 24 saata qədər.

  28. Obkatkanı həmişə hansı yüklərdə aparmaq lazımdır?

    1. dəyişən yüklərdə;

    2. minimum yükdə;

    3. maksimum yükdə;

    4. aşağı yükdə;

    5. sabit yükdə.

  29. Mühərriklər neçə tip yanacağa görə seçilir?

    1. 3 tip;

    2. 1 tip;

    3. 2 tip;

    4. 4 tip;

    5. 5 tip.

  30. Qurğunu seçərkən hansı yanaşmadan istifadə edilir?

    1. Mühərrikin orta yükü onun nominal yükünün 75 %-dən böyükdür ya da kiçikdir;

    2. Mühərrikin orta yükü onun nominal yükünün 50 %-dən böyükdür ya da kiçikdir;

    3. Mühərrikin orta yükü onun nominal yükünün 30 %-dən böyükdür ya da kiçikdir;

    4. Mühərrikin orta yükü onun nominal yükünün 95 %-dən böyükdür ya da kiçikdir;

    5. Mühərrikin orta yükü onun nominal yükünün 25 %-dən böyükdür ya da kiçikdir.

  31. Təzə mühərrikdə 1-ci necə saat işdən sonra şatunun boltlarının boşalmasını yoxlanılmalıdır?

    1. 50 saat;

    2. 5 saat;

    3. 10 saat;

    4. 20 saat;

    5. 30 saat.

  32. Necə saat işlədikdən sonra tənzimləyicidə sürtgü yağları dəyişilməlidir?

    1. 2000 saat;

    2. 20 saat;

    3. 200 saat;

    4. 1000 saat;

    5. 20000 saat.

  33. Yanacaq forsunkasının açıldığı təzyiq necə bar-dır?

    1. 600 bar;

    2. 6 bar;

    3. 60 bar;

    4. 100 bar;

    5. 10 bar.

  34. Elektropnevmatik açılmaya uyğunlaşdırılmış WECS və ya qurğunun avtomatikasının dövrlər sayı nə qədərdir?

    1. 860±10 dövr/dəq

    2. 60±10 dövr/dəq

    3. 2860±10 dövr/dəq

    4. 3000±10 dövr/dəq

    5. 6000±10 dövr/dəq

  35. Klapan qolunun (ştokunun) 20oC temperaturda normal zazoru necə mm-dir?

    1. 0,100-0,156 mm;

    2. 1,100-1,56mm;

    3. 10-15,6mm;

    4. 1-1,156mm;

    5. 0,199-0,956mm.

  36. İdarəetmə valının yastığının ara boşluğunu aşmanın son həddi necə mm-dir?

    1. 0,25 mm;

    2. 0,5 mm;

    3. 0,125 mm;

    4. 0,1 mm;

    5. 2,5 mm.

  37. Nazim çarxın quraşdırılma boltları, M20 dartılma momenti neçə Nm-dir?

    1. 390±20 Nm;

    2. 90±20 Nm;

    3. 30±20 Nm;

    4. 120±20 Nm;

    5. 900±20 Nm.

  38. M24 boltun bərkidilməsi zamanı dartqı momenti neçə Nm-dir?

    1. 640 Nm;

    2. 23 Nm;

    3. 80 Nm;

    4. 190 Nm;

    5. 640 Nm.

  39. Yüksək təzyiqli hidravlik qurğularda özüllüyü 200C-də özüllüyü necə St olan yağlardan istifadə etmək lazımdır?

    1. 12s St;

    2. 2s St;

    3. 22s St;

    4. 32s St;

    5. 0,2s St.

  40. Karterdə qaldırma əməliyyatında istifadə edilən nasosun təzyiqi necə bar-dır?

    1. 150 bar;

    2. 15 bar;

    3. 10 bar;

    4. 50 bar;

    5. 1,5 bar.

  41. Hansı səbəbə görə mühərrikin dövrlər sayı sabit olmur?

    1. Yanacaq həddən artıq kiçik təzyiqlə veriləndə;

    2. Klapanlar həddən artıq ara boşluğuna malik olanda;

    3. Yanacağın püskürdülməsi düzgün tənzimlənməyəndə;

    4. İnjektor nasosu nasaz olanda;

    5. Hava sorulan yer çirklənəndə.

  42. Hansı səbəbə görə bütün silindrlərdən çıxan işlənmiş qazların temperaturu həddən artıq yüksək olur?

    1. Mühərrik izafi yüklənəndə;

    2. Sıxılmış hava soyuducusu hava tərəfdən çırklənəndə;

    3. Turbonaqnetatelin turbini ciddi zədələnəndə;

    4. Yanacağın püskürdülməsi düzgün tənzimlənməyəndə;

    5. Yanacaq həddən artıq kiçik təzyiqlə veriləndə.

  43. Hansı səbəbə görə mühərrik dayanır?

    1. Tənzimləyicinin özü və ya intiqalında nasazlıq yarananda;

    2. Hava soyuducuları axıdanda;

    3. Sürtgü yağları seperatoru nasaz olanda;

    4. Temperatur vericilərindən biri nasaz olanda;

    5. Termostatik klapanda nasazlıq olanda.

  44. Hansı səbəbə görə soyuducu suyun çıxışda temperaturunun anomal yüksək olur?

    1. Su soyuducusu çirklənəndə, borularda həddən artıq çöküntü olanda;

    2. Porşenin başlanğıc fazası ilişib qalanda;

    3. Sıxma təzyiqi həddən artıq aşağı olanda;

    4. Yanacağın püskürdülməsi düzgün tənzimlənməyəndə;

    5. Hava sorulan yer çirklənəndə.

  45. Dirsəkli valı tutmaq üçün əsas yastıqdan neçəsi həmişə yerində qalmalıdır?

    1. biri;

    2. ikisi;

    3. üçü;

    4. dördü;

    5. beşi.

  46. Bimetallik yastıqlarda bütün aşağı (alt) yastıq içliyinin qalınlıqlar fərqi max necə mm olanda içlikləri təzədən istifadə etmək olar?

    1. 0,03 mm;

    2. 0,3 mm;

    3. 3 mm;

    4. 0,1 mm;

    5. 1 mm.

  47. Silindr gilizinin daxili pardaxlamasını nahamarlığı necə olan pardaxlama daşları ilə aparmaq lazımdır?

    1. 80÷ 400 olan;

    2. 20÷ 80 olan;

    3. 30 olan;

    4. 40 olan;

    5. 1000 olan.

  48. Silindrin gilzasının quraşdırılması zamanı, “O”-şəkilli həlqə ilə su köynəyinin kipliliyini hansı statik təzyiqə yoxlanır?

    1. 3 bar;

    2. 1 bar;

    3. 2 bar;

    4. `4 bar;

    5. 5 bar.

  49. Mərkəzi nişanlama ilə əkspərsəngin toxunma səthi və dirsəkli valın boyununun məsafəsi necə mm-dir?

    1. 145 mm-dir;

    2. 14 mm-dir;

    3. 15 mm-dir;

    4. 45 mm-dir;

    5. 105 mm-dir.

  50. Bir silindrin şatununun boynu YÖN-də olduğu zaman datçikin göstəricisi mənfi olur və onun max qiyməti necə mm-dir?

    1. - 0,12 mm-dir;

    2. - 0,2 mm-dir;

    3. - 1,2 mm-dir;

    4. - 12 mm-dir;

    5. - 0,012 mm-dir.

  51. Porşen barmaqçığını təxminən necə oC qızdırmaqla asanca çıxarmaq olar?

    1. 30oC;

    2. 0oC;

    3. 3oC;

    4. 10oC;

    5. 300oC.

  52. Porşen halqaları qarşılıqlı olaraq bir birindən necə dərəcə sürüşməklə qıfıllarla yerləşdirilməlidirlər?

    1. 120o;

    2. 12o;

    3. 10o;

    4. 20o;

    5. 200o.

  53. Necə mm-dən dərin olan defektlərin mövcudluğu porşenin başlığının əvəz edilməsini tələb edir?

    1. 2 mm;

    2. 1 mm;

    3. 20 mm;

    4. 0,2 mm;

    5. 12 mm.

  54. Yağ boşluğunda qalınlığı neçə mm-dən artıq olan çöküntülərin olması sürtgü yağının çirkləndiyini göstərir?

    1. 0,5 mm;

    2. 5 mm;

    3. 0,05 mm;

    4. 1,5 mm;

    5. 0,15 mm.

  55. Porşenin defektoskopik sınaq zamanı neçə mm-dən artıq olan defektlərə daha diqqətlə baxılmalıdır?

    1. 5 mm;

    2. 10 mm;

    3. 15 mm;

    4. 0,5 mm;

    5. 1,5 mm.

  56. Hansı hallarda porşenin ətəyinin yenisi və yaxud təmir olunanı ilə əvəz edilməsini tələb edir?

    1. Çatlağın mövcudluğunun təsdiqləyəndə;

    2. 5 mm-dən artıq olan defektlər təyin olanda;

    3. Dayaq səthlərinin yeyilmə həddi artanda;

    4. Dayaq səthlərinin yeyilmə həddi xarici və daxili səthlərin arasında yaranan məsafə azalanda;

    5. Pörşenin ətəyinin işçi səthi qrafit fosfat təbəqəsinin yeyilməsi olanda.

  57. Silindrlərin başlıqları necə giriş və çıxış klapanlarından ibarətdir?

    1. iki giriş iki çıxış klapanlarından;

    2. iki giriş bir çıxış klapanlarından;

    3. bir giriş iki çıxış klapanlarından;

    4. bir giriş bir çıxış klapanlarından;

    5. dörd giriş iki çıxış klapanlarından.

  58. Havanın verilməsi od lövhəsində olan neçə ədəd giriş klapanları ilə tənzimlənir?

    1. 2 ədəd;

    2. 1 ədəd;

    3. 4 ədəd;

    4. 3 ədəd;

    5. 5 ədəd.

  59. Giriş klapanın diametri necə mm-dir?

    1. 112mm;

    2. 12mm;

    3. 11mm;

    4. 21mm;

    5. 211mm.

  60. Çıxış klapanın yəhər həlqəsini yerinə qoyarkən istiqamətləndirici vtulkanın deşiyinin oxu ilə kipləndirici səthlərin oxunun bir-birindən neçə mm fərqlənəndə yəhərin faskasını şilifləmək lazımdır?

    1. 0,1mm;

    2. 0,01mm;

    3. 1mm;

    4. 10mm;

    5. 0,5mm.

  61. Qazın paylanması və yanacağın püskürdülməsi nəyin vasitəsilə tənzimlənir?

    1. Aralıq dişli çarxlar vasitəsilə;

    2. Klapanlarlar vasitəsilə;

    3. Porşenlər vasitəsilə;

    4. Dirsəkli val vasitəsilə;

    5. Paylayıcı boru vasitəsilə.

  62. Qaz paylanması düzgün tənzimlənmədikdə nəticədə nə baş verə bilər?

    1. klapanlarla porşenlər bir-birinə toxuna bilər;

    2. dişli çarxların qarşılıqlı vəziyyətini dəyişdirilə bilər;

    3. dişli çarxların dişlərinin zədələnməsi baş verə bilər;

    4. dirsəkli valın vəziyyətinin dəyişməsi baş verə bilər;

    5. qaz paylanmanın maxoviki zədələnə bilər.

  63. Paylayıcı valın dişli ötürməsinin quraşdırılması başlamazdan əvvəl dirsəkli valın 1 №-li silindrinin hansı vəziyyətində olması təmin edilməlidir?

    1. YÖN vəziyyətində olmasını;

    2. AÖN vəziyyətində olmasını;

    3. “O” vəziyyətində olmasını;

    4. Quraşdırılmış vəziyyətində olmasını;

    5. Sökülmüş vəziyyətində olmasını.

  64. Sökülə bilən dişli çarxı, hansı hallarda dirsəkli valdan çıxartmaq olar?

    1. Dişli çarxlı ötürücünün sökülməsindən sonra;

    2. Sökülmə səthləri 1№-li silidrin şatun boynuna perpendikulyar olanda;

    3. Kök yastığın qapağını sökülməsindən sonra;

    4. Paylayıcı valın arxasındakı uzadıcı seksiyanın qaykaların açılanan sonra;.

    5. Paylayıcı valın dişli çarxının sökülməsindən sonra.

  65. Klapan mexanizminin funksiyası nədən ibarətdir?

    1. qazın tələb olunan qaydada bölüşdürülməsinə uyğun giriş və çıxış klapanlarının işini idarə etməkdən ibarətdir;

    2. paylayıcı valı idarə etməkdən ibarətdir;

    3. silindr başlığına verilən yağa tam nəzarət etməkdən ibarətdir;

    4. bütün tənzimləmə əməliyyatları eyni zamanda idarə etməkdən ibarətdir;

    5. istilikdən genişlənməni kompensasiya etməkdən ibarətdir.

  66. Hansı səbəbə görə klapan mexanizmini sökərkən eyni silindrin detallarını həmin silindrə də yığmaq lazımdır?

    1. əlavə yeyilmənin qarşısını almaq üçün;

    2. detallarını sayı düz olsun;

    3. detallarını nişanlanması düz olsun;

    4. əlavə güc itkilər əmələ gəlməsin;

    5. yağ itkiləri əmələ gəlməsin.

  67. Paylayıcı valın bir seksiyasının çəkisi necə kq-dır?

    1. 92 kq-dır;

    2. 9 kq-dır;

    3. 2 kq-dır;

    4. 22 kq-dır;

    5. 59 kq-dır.

  68. Paylayıjı val yastığının vtulkasının diametri necə ölçülür?

    1. diyircəkli mikrometrlə 120o bucaq altında 3 ölçü götürülür və orta qiyməti tapılır;

    2. diyircəkli mikrometrlə 180o bucaq altında 2 ölçü götürülür və orta qiyməti tapılır;

    3. Ştangen sirkulla diametr iki dəfə ölçülür;

    4. diyircəkli mikrometrlə 90o bucaq altında 1 ölçü götürülür;

    5. diyircəkli mikrometrlə 360* bucaq altında 4 ölçü götürülür və orta qiyməti tapılır.

  69. Turbovuranın divarlarındakı çöküntünü və çirklənməni azaltmaq üçün hansı tədbirlər görülür?

    1. turbini su ilə yuyurlar;

    2. işlənmiş qazların temperaturunu qaldırlar;

    3. mühərrik çox aşağı yükdə işlədirlər;

    4. turbini duzlu su ilə yuyurlar;

    5. havanın miqdarını çoxaldılar.

  70. Turbovuranın Təmizləməyə başlanana qədər mühərriki yükünü neçə dəqiqə çıxardılar?

    1. 10 dəqiqə;

    2. 1 dəqiqə;

    3. 20 dəqiqə;

    4. 30 dəqiqə;

    5. 40 dəqiqə.

  71. Hansı hallarda sıxılmış hava soyuducusunu söküb təzyiq altında yoxlamaq lazımdır?

    1. soyuducunun boruları deşiləndə;

    2. cox yüksək nəmlikdə;

    3. termostat nasaz olanda;

    4. soyuducunun təmizləyəndə;

    5. uzun müddət işdən dayananda.

  72. Hava soyuducusunu təzyiq altında neçə san. müddətində sınaqdan keçirilir?

    1. 30 san.;

    2. 10 san.;

    3. 20 san.;

    4. 40 san.;

    5. 50 san.

  73. Qaz mühərriklərində yanacaq-hava qarışığının alışmasını və yanmasını stabilləşdirmək üçün nədən istifadə olunur?

    1. zəngin hava-yanacaq qarışığı olan kamera önündən istifadə olunur;

    2. zəif yanacaq-hava qarışığından istifadə olunur;

    3. zəngin yanacaq-hava qarışığından istifadə olunur;

    4. şam qığılcımdan istifadə olunur;

    5. kamera önünün yanındaki əks klapanından istifadə olunur.

  74. Qazı kameraönünə vermə sistemində sıxma/yanma nəticəsində əmələ gələn təzyiqin kameraönünə daxil olmasının qarşısını almaq üçün nədən istifadə olunur?

    1. kamera önü yanındaki əks klapanından istifadə olunur;

    2. zəngin hava-yanacaq qarışığı olan kamera önündən istifadə olunur;

    3. zəif yanacaq-hava qarışığından istifadə olunur;

    4. zəngin yanacaq-hava qarışığından istifadə olunur;

    5. şam qığılcımdan istifadə olunur;

  75. Hansı səbəbə görə alışdırma şamlarının rezbalarını yağlamağa icazə verilmir?

    1. Yağlama materialı şamların soyudulmasını pisləşdirəndə;

    2. Yağlama materialı şamlarının sıxaclarını boşalda bılər;

    3. Yağlama materialı alovlana bilər;

    4. Yağlama materialı yanmada fasilələr yaradır;

    5. Yağlama materialı şamının işində pozuntu yaradır.

  76. Alışma sistemində qığılcımın verilmə momentini nə təyin edir?

    1. idarə sistemi (WECS);

    2. dövrlər sayı;

    3. yanacağın təzyiqi;

    4. havanın təzyiqi;

    5. havanın temperaturası.

  77. Yanacaq sistemində verilmiş təzyiq nəyin köməyi ilə saxlanılır?

    1. tənzimlənən drossel klapanının köməyi ilə;

    2. yanacaq nasosu köməyi ilə;

    3. püskürdücü nasos köməyi ilə;

    4. yanacağ süzgəclər köməyi ilə;

    5. yerli displey LDU köməyi ilə.

  78. Qidalanma sisteminin qoruyucu klapanını neçə bara sazlayırlar?

    1. 12 bar;

    2. 1 bar;

    3. 2 bar;

    4. 10 bar;

    5. 20 bar.

  79. Qidalanma sisteminində tənzimləyici klapanın açılma təzyiqi necə bardır?

    1. 10 bar;

    2. 1 bar;

    3. 20 bar;

    4. 5 bar;

    5. 30 bar.

  80. Qidalanma sisteminin təzyiqini tənzimlənməsi üçün, yanacaq vuran nasos vasitəsi ilə sistemdə təzyiqi necə bar səviyyəsində saxlanılır?

    1. 3-4 bar;

    2. 1-2 bar;

    3. 5-6 bar;

    4. 7-8 bar;

    5. 9-10 bar.

  81. Yağlama sistemi avtomatik həyəcan siqnalizasiyasına və dayanmaya qoşulan necə aşağı təzyiq relesi ilə təchiz olunub?

    1. 3 rele ilə;

    2. 1 rele ilə;

    3. 2 rele ilə;

    4. 4 rele ilə;

    5. 5 rele ilə.

  82. Yağın tənzim klapanı nəyi tənzim edir?

    1. yağın təzyiqini;

    2. yağın temperaturunu;

    3. mühərrikin yükünü;

    4. yanacağın sərfini;

    5. tüstü qazların temperaturu.

  83. Yağlama üçün termotənzimləyici klapanın vəzifəsi nədən ibarətdir?

    1. yağın temperaturu qalxdıqda onun bir hissəsinin soyuducudan keçməsinə şərait yaradır;

    2. yağı təmizləyir;

    3. yağın təzyiqini tənzimləyir;

    4. yağ soyuducunun çirklənməsinin aradan qaldırır;

    5. yağ soyuducunun su sərfinin tənzimləyir.

  84. Hansı hallarda bütün yağ süzgəc şamlarını və mühafizə yağ süzgəcini dəyişmək lazımdır?

    1. təzyiq düşgüsü vaxtından əvvəl baş verirsə;

    2. hər il dəyişmək lazımdır;

    3. 5 ildən sonra dəyişdirmək lazımdır;

    4. Filtr və birləşmələr sızmaya başlayanda;

    5. yağın temperaturu artanda.

  85. yüksəktemperaturlu konturdan qazları xaric etmək ücün su ilə soyutma sisteminin nasosunu qarşısında statistik təzyiq necə bar olmalıdır?

    1. 0,7-1,5 bar olmalıdır;

    2. 7-10 bar olmalıdır;

    3. 2-5 bar olmalıdır;

    4. 0,07-1,05 bar olmalıdır;

    5. 15-20 bar olmalıdır.

  86. İşə qoşulmadan əvvəl yüksəktemperaturlu kontur əlavə qızdırıcının köməyilə necə 0C temperatura qədər qızdırılır?

    1. 50—70,00C;

    2. 10—20 0C;

    3. 30—40 0C;

    4. 80—900C;

    5. 100—110 0C.

  87. Su ilə soyutma sisteminin alcaqtemperaturlu konturunun termostatı harda quraşdırılıb?

    1. yağ soyuducusunun çıxışında;

    2. AT konturun çıxışında;

    3. AT konturun girişində;

    4. nasosun qarşısında;

    5. nasosun çıxışında.

  88. Soyutma konturunda çox kiçik temperatur nə ilə xarakterizə olunur?

    1. termostatın nasaz olması ilə;

    2. “O”-şəkilli həlqənin kipsizliyi ilə;

    3. mərkəzi soyuducunun çirklənməsi ilə;

    4. soyuq mühərrik oımağı ilə;

    5. soyutma suyunun miqdarının artması ilə.

  89. İşlənmiş qazların kollektoruda multikanalın kütləsi necə kq?

    1. 60 kq;

    2. 6 kq;

    3. 10 kq;

    4. 20 kq;

    5. 30 kq.

  90. İşlənmiş qazların temperaturunu məsafədən ölçmək üçün çıxış klapanından sonra, turbonaqnetateldən əvvəl və sonra nə qoyulmuşdur?

    1. datçiklər;

    2. termometr;

    3. termocütlər;

    4. termovizer;

    5. kontakt termometrlər.

  91. Mühərrik necə bar təzyiqə kimi sıxılmış hava ilə işə buraxılır?

    1. 30 bar;

    2. 3 bar;

    3. 10 bar;

    4. 40 bar;

    5. 50 bar.

  92. Mühərriki sıxılmış hava ilə işə buraxmaq üçün minimal tələb olunan təzyiq necə bar-dır?

    1. 15 bar;

    2. 5 bar;

    3. 10 bar;

    4. 1 bar;

    5. 1,5 bar.

  93. Mühərrik dövrlər sayı normal dövrlər sayının necə %-i qədər artırdıqda elektropnevmatik açar onu avtomatik işdən açır?

    1. 15%;

    2. 1%;

    3. 5%;

    4. 10%;

    5. 25%.

  94. İdarəetmə mexanizmdə sistemin bütün ara boşluqlarının cəmi injektor nasosunun yanacaq reykasının yerdəyişməsinin necə mm-nə uyğun gəlməlidir?

    1. 0,5 mm;

    2. 0,15 mm;

    3. 5 mm;

    4. 1,5 mm;

    5. 15 mm.

  95. Dövrlər sayı artımını məhdudlaşdıran elektropnevmatik qurğunun təzyiqi işçi cisim kimi sıxılmış havadan necə bar-dan yuxarı istifadə edilir?

    1. 30 bar;

    2. 3 bar;

    3. 10 bar;

    4. 20 bar;

    5. 50 bar.

  96. Dirsəkli valın fırlanma tezliyi heç bir halda neçə dövr/dəqiqəni keçməməlidir?

    1. 920 dövr/dəqiqəni;

    2. 620 dövr/dəqiqəni;

    3. 720 dövr/dəqiqəni;

    4. 820 dövr/dəqiqəni;

    5. 520 dövr/dəqiqəni.

  97. WECS sistemin dəqiq struktur sxemi nədən asılıdır?

    1. silindrlərin konfiqurasiyalarından asılıdır;

    2. istismar şəraitlərindən asılıdır;

    3. baş idarəetmə bloku (MCU) rele modulu (RM) əlaqədən asılıdır;

    4. WECS şkafı qurulmasından asılıdır;

    5. silindrlərin sayından asılıdır.

  98. WECS avtomatik sistem nəyi əhatə etmir?

    1. tüstü qazlarının temperaturunun tənzimlənməsi;

    2. mühərrikin dirsəkli valının və turbokompressorun firlanma tezliyinin ölçülməsini;

    3. mühərrikin təhlükəsizlik sistemini;

    4. bütün izləyici və siqnal vericilərindən alınan siqnalların emalını;

    5. Mühərrikin mühüm parametrlərinin qrafiki displeydə əks etdirilməsini.

  99. Mühərrikin dirsəkli valının fırlanma tezliyi neçə verici ilə ölçülür?

    1. iki verici ilə;

    2. bir verici ilə;

    3. üç verici ilə;

    4. dörd verici ilə;

    5. beş verici ilə.

  100. WECS sistemində işə buraxma və dayandırmaya aid olan elektrik açarlar neyə birləşdirilib?

    1. MCU-nun baş idarəetmə blokuna;

    2. rele blokuna;

    3. SMU paylaşdırıcı qurğularına;

    4. DCU paylaşdırıcı qurğularına;

    5. DCU/SMU-ya.

  101. DCU-da qoyulan fırlanma tezliyinin həddi, mühərrikin dirsəkli valının nominal fırlanma tezliyindən necə % yuxarıdır?

    1. 15% yuxarıdır;

    2. 1% yuxarıdır;

    3. 5% yuxarıdır;

    4. 10% yuxarıdır;

    5. 25% yuxarıdır.

  102. Fırlanma tezliyinin həddi, rele modulunda dirsəkli valın nominal fırlanma tezliyindən necə % yuxarıdır?

    1. 18%;

    2. 1%;

    3. 8%;

    4. 10%;

    5. 28%.

  103. Dirsəkli valın fırlanma tezliyini necə dövr/dəq-dən çox, tezlik həddindən yuxarı artırmaq olmaz?

    1. 60 dövr/dəq-dən çox;

    2. 6 dövr/dəq-dən çox;

    3. 10 dövr/dəq-dən çox;

    4. 100 dövr/dəq-dən çox;

    5. 160 dövr/dəq-dən çox.

  104. Yerli displeydə (Lokal Displey Unit, LDU) yaşıl düymənin funksiyası nədir?

    1. yerli işəburaxma;

    2. yerli dayandırma;

    3. ilkin vəziyyətə qaytarma;

    4. yağlama sistemində yağın təzyiqinin ehtiyat indikasıyası;

    5. mühərrikin dirsəkli valının fırlanma tezliyinin ehtiyat indikasiyası.

  105. Yerli displeydə (Lokal Displey Unit, LTD) qırmızı düymənin funksiyası nədir?

    1. yerli dayandırma;

    2. yerli işəburaxma;

    3. ilkin vəziyyətə qaytarma;

    4. yağlama sistemində yağın təzyiqinin ehtiyat indikasıyası;

    5. mühərrikin dirsəkli valının fırlanma tezliyinin ehtiyat indikasiyası.

  106. Yerli displeydə (Lokal Displey Unit, LDU) mühərrikin istismar göstəricilərini ekrana çıxarmaq üçün hansı klavişindən istifadə edilir?

    1. F2;

    2. F1;

    3. F3;

    4. F4;

    5. F5.

  107. Yerli displeydə (Lokal Displey Unit, LDU) silindlərin gilizlərinin temperaturunu ekrana çıxarmaq üçün hansı klavişindən istifadə edilir?

    1. F4;

    2. F1;

    3. F2;

    4. F3;

    5. F5.

  108. WEnCoM neçə hissəyə bölünüb?

    1. iki hissəyə;

    2. altı hissəyə;

    3. üç hissəyə;

    4. dörd hissəyə;

    5. beş hissəyə.

  109. Silindrin gilizinin temperaturunu neçə verici ölçür?

    1. 2;

    2. 1;

    3. 3;

    4. 4;

    5. 5.

  110. Baş idarəetmə blokunun (MCU) neçə İnterfeys platası var?

    1. 3;

    2. 1;

    3. 2;

    4. 4;

    5. 5.

  111. Sabit gərginlik çeviricisi DPŞ 50 MCU üçün üç dəyişdirici qidalandırma mənbəyi akkumulyator batareyasının hansı gərginliyini çevirir?

    1. +5V, -5V və +18V;

    2. +5V, -18V və +18V;

    3. -18V, -5V və +18V;

    4. +5V, -5V və -18V;

    5. +12V, -12V və +18V.

  112. Bölüşdürücü blok hansı platasını qoşan qurğu ola bilər?

    1. SMU-nu platasını Vericili multipleksli qurğu ola bilər;

    2. DSU platasını idarəetmə qurğusu ola bilər;

    3. DCU-nu platasını Vericili multipleksli qurğu ola bilər;

    4. OYQ-nu platasını Vericili multipleksli qurğu ola bilər;

    5. CMU platasını idarəetmə qurğusu ola bilər.

  113. DCU-da işıqlanma diodu rəngi qırmızı olanda nəyi göstərir?

    1. İşə buraxdıqda sistemin ilkin vəziyyətə qayıtmağını və ya kifayət qədər qidalanma şəraiti olmadıqda göstərir;

    2. Blok hələ qidalanma alır;

    3. CAN vasitəsilə verilən zaman titrəyir;

    4. Fasiləsiz QOŞ;

    5. Titrəmə proqramının işləməsini göstərir.

  114. Mühərrikin dirsəkli valının fırlanma tezliyini ölçən verici necə volt daimi qidalandırma gərginliyi alır?

    1. 10-30 V;

    2. +5 V;

    3. -5 V;

    4. 3 V;

    5. 9 V.

  115. ABB turbokompressorunun fırlanma tezliyinin vericinin 2,5 mm işçi dəliyini almaq üçün necə tam dövr fırladmaq lazımdır?

    1. 2 dövr;

    2. 1 dövr;

    3. 3 dövr;

    4. 4 dövr;

    5. 5 dövr.

  116. Real zamanda idarəedici proqram VRX-in əsas təyinatı nədən ibarətdir?

    1. tətbiqi proqramlar müstəqil olaraq, əməliyyat sistemindən asılı olmamaqdan ibarətdir;

    2. verilənlərin toplanmasından ibarətdir;

    3. verilənlərin emalından ibarətdir;

    4. verilənlərin paylamasından ibarətdir;

    5. məlumatların istiqamətləndirilməsindən ibarətdir.

  117. Baş idarəetmə bloku MCU qoşulanda işıqlanma diodu neçə saniyəyədək vaxtda işıqlanır və ya yanıb sönməyə başlayır?

    1. 1-dən 3 saniyəyədək;

    2. 3-dən 5 saniyəyədək;

    3. 5-dən 7 saniyəyədək;

    4. 7-dən 9 saniyəyədək;

    5. 9-dən 11 saniyəyədək.

  118. Baş idarəetmə blokunun (MCU) nasazlıq işıqlanma diodlu indikatorunun neçə vəziyyəti vardır?

    1. iki vəziyyəti vardır;

    2. bir vəziyyəti vardır;

    3. üç vəziyyəti vardır;

    4. dörd vəziyyəti vardır;

    5. beş vəziyyəti vardır.

  119. Prosessorun platasında (DMC5O) neçə işıqlanma diodlu indikator vardır?

    1. iki;

    2. bir;

    3. üç;

    4. dörd;

    5. beş.

  120. Yaddaş blokuna (DMM50) necə işıqlanma diodu uyğun gəlir?

    1. üç;

    2. dörd;

    3. bir;

    4. beş;

    5. iki.

  121. Fırlanma tezliyi 1-in relesinin işıqlanma diodu yananda nəyi göstərir?

    1. Dirsəkli valın fırlanma tezliyi 1 həddini ötür;

    2. Dirsəkli valın fırlanma tezliyi 2 həddini ötür;

    3. Fırlanma tezliyinin artması açılmaya səbəb olub;

    4. Vericidən fırlanma tezliyi impulsu (titrəmə) yaranır;

    5. Fırlanma tezliyinin azalmasını göstərir.

  122. Yağlama sisteminin açılmasının işıqlanma diodu yananda nəyi göstərir?

    1. Yağlama sistemində yağın təzyiq vericisində açılma olmuşdur;

    2. Yağlama sisteminin açılmasını;

    3. Yağlama sisteminin açılması, mühərrikin işə buraxılma vaxtı blokirovkalanıb;

    4. Qəza dayandırma düyməsi açılıb və açılma şərtidir;

    5. Dayandırma relesi işə salınıb.

  123. Necə dəqiqədən sonra enerji təchizatında qəza fasiləsi şəraitində işə buraxmanın girişinə qadağan qoyulur?

    1. 5 dəqiqədən sonra;

    2. 1 dəqiqədən sonra;

    3. 2 dəqiqədən sonra;

    4. 3 dəqiqədən sonra;

    5. 4 dəqiqədən sonra.

  124. Wartsila elektrik birləşdiricilərinin kontakt səthlərinə texniki qulluğu, kontakt yağlama materiallarının köməyilə müntəzəm olaraq neçə iş saatından bir dəfə keçirməyi məsləhət görür?

    1. 2000-4000 saat;

    2. 100-200 saat;

    3. 200-400 saat;

    4. 1000-1500 saat;

    5. 8000-10000 saat.

  125. Açma solenoidləri dirsəkli valın fırlanma tezliyi necə dövr/dəq qədər aktiv qalır?

    1. 1 dövr/dəq;

    2. 10 dövr/dəq;

    3. 100 dövr/dəq;

    4. 50 dövr/dəq;

    5. 150 dövr/dəq.

  126. WECS sistemi ilə ciddi problemlər yarandıqda onun yerinə yetirdiyi funksiyaları hansı blokunu açmaqla minimuma gətirmək olar?

    1. MCU-nu açmaqla;

    2. DCU-nu açmaqla;

    3. SMU-nu açmaqla;

    4. DMM-nu açmaqla;

    5. DML-nu açmaqla.

  127. SMU-da vericilər tərəfindən verilən kəmiyyətlər Modbus üzrə əlaqə üçün nəyə vurulmalıdır?

    1. 10 və ya 100-ə vurulmalıdır;

    2. 2 və ya 20-ə vurulmalıdır;

    3. 5 və ya 11-ə vurulmalıdır;

    4. 15 və ya 20-ə vurulmalıdır;

    5. 30 və ya 40-ə vurulmalıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə