Tərtib edəni: Metodika və biblioqrafiya şöbəsinin müdiri: Musayeva Leyla Şamo qızı Komputer dizaynı və yığımı




Yüklə 85.88 Kb.
tarix27.02.2016
ölçüsü85.88 Kb.


Tərtib edəni:
Metodika və biblioqrafiya şöbəsinin müdiri:

Musayeva Leyla Şamo qızı
Komputer dizaynı və yığımı:

Qasımov Allahşükür Mirməhəmməd oğlu

Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi

Göygöl rayon MKS


Xocalı faciəsinin20-ci ildönümü münasibəti ilə

XOCALI FACİƏSİ – 20”

(Metodiki vəsait)

GÖYGÖL – 2012

İnsanlara qıymadan,

Güllə atəşinə tutdular.

Yaşlı, uşaq baxmadan,

Yanar oda atdılar



Neçə şəhidlər verdik,

Neçə ana itirdik,

Neçə illər gözlədik,

Xocalı, ay Xocalı !
Könlümüz dərddən yaralı,

Gözümüz səndən aralı,

Qəlbimiz düşməndən dağlı,

Xocalı, ay Xocalı !


UNUTMA!!!




Ədəbiyyat siyahısı:
Sultanov Z. Xocali faciəsi. /Ön sözün müəllifi Qulu Xəlilli.- Bakı, İşıq, 1993.- 53 s.

Şirinov T. “Qarabağda qan izləri”.- Bakı, “Nərgiz” nəşriyyatı, 2007.- 252 s.

Fazil Güney (Abbasov)“Qara qan” (roman).- Bakı, “Elm və həyat”, 2002.- 462 səh.

İnqilab Xan Rəvan Vəlizadə, Hacı Əliağa Cəfərli.“Xocalı faciəsi” (Roman-faciə).- Bakı, “Çıraq” nəşriyyatı, 2003.- 348

s.

Səriyyə Müslimqızı: “Qar üstünə qan yağırdı”.- Bakı, Azərnəşr, 1993.- 184 s.

Veb səhifələr:

www.qafqazinfo.az

www.president.az

www.anl.az

www.justiceforkhojaly.org

www.xocali.org

www.khojaly.preslib.az

-16-
ÖN SÖZ


Bildiyimiz kimi Xocalı faciəsinin 20-ci ildönümü münasi-bətilə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixində sərəncam imzalanmışdır. Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat nəzərdə tutulur.

“Xocalı faciəsi-20” – adlı metodiki vəsait 5 bölmədən ibarətdir.



  1. Giriş.

  2. Xocalı haqqında.

  3. Xocalı faciəsi.

  4. Xocalı faciəsi mətbuatın gözü ilə.

  5. Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr.

-1-
I. G i r i ş


XX əsr- Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Bu əsrin demək olar ki bütün onillikləri, qəri-nələri qan ilə yuyulmuşdur. Az qala bu əsrə yaxın kommunist partiya-sının qanlı faciə və fəlakətlərlə dolu keçdiyi yol kifayət deyilmiş kimi, təxminən onunla həmyaş olan erməni-daşnaq liderlərinin müxtəlif illərdə qəsdən, şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına düşür. Əgər təkcə bu əsrdə günahsız axıdılan türk-müsəlman qanını bir yerə yığmaq mümükün olsaydı Xəzərə bənzər bir dərya yaranardı. Buna günahsız, silahsız insanların ah-naləsini, göz yaşlarını, əzab-əziyyətini, fəryadını da əlavə etmək mümkün olsaydı bu dərya daha dərin, daha müsibətli görünərdi. Xocalı qırğını XX əsrin sinəsində aç-dığı ən dərin qanlı şırımdır. Əsrlər keçəcək yeni-yeni nəsillər gələcək, amma bu şırımın üstünü heç zaman daş-kəsək, ot-alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa bu şırımın rus-erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi fəlakəti aydın görü-nəcəkdir. Xocalı qırğını Azərbaycan xalqının qanını soran bir sıra vəzifəli-rəhbər şəxslərin xəyanəti, qəddarlığı, şöhrətpərəstliyi, əfəlliyi sayəsində törədilmiş ən qara ləkə, irinli yara və damğadır! Bu qırğın uzun illər dost-qardaş deyib torpağımızda yer verdiyimiz, çörəyimizi, suyumuzu əsirgəmədiyimiz qonşularımızın kininin, qəzəbinin, nan-korluğunun pak ifadəsidir.

Bəşər tarixində ən amansız müharibələrin də aman verən qa-nunları olub. Həmin qanunlara görə uşaqlara, qocalara, qadınlara, silahsızlara, şikəst adamlara toxunulmur. Xocalı qırğını belə ali qanunların hamısını puç etdi.


-2-
Onlar isə 22 nəfər.

Böyük bir orduya

Neyləyə bilərdi?

Silahsız, sahibsiz şəhər.

Dünyanın gözü kor idi o gecə,

Qulaqları kar.

O gecə Xocalıya qan yağırdı,

Bakıya qırmızı-qırmızı plakatlar:

Yerdən çıxırdı, göydən yağırdı ölüm,

Əl tətikdə göz nişangahda,

Hər yandan heyrətdən böyümüş

Gözlərə baxırdı ölüm.

Kimisi köksündən vurulurdu,

Kimisi başından.

Zavallı bir qız

Əsir düşməsin deyə

Ölüm diləyirdi qardaşından

Çırpına-çırpına ölümdən qaçıb

Ölümə gəlib çıxırdı Xocalılar.

Qar örtüb, buz kəfənləmiş

Ölü əzizlərinə

Həsədlə baxırdı Xocalılar.


I aparıcı - Erməni faşistləri öz havadarları ilə birlikdə Xocalıda cəhənnəm tonqalı çatdılar. Bu tonqal illər, əsrlər keçdikcə zaman-za-man qorlanacaq, qövr edən yaralarda, kəsilmiş ayaqlarda, çıxarılmış gözlərdə, dağlanan sinələrdə közərəcək.

II aparıcı - Bu cəhənnəm tonqalından güc-bəla ilə yaxa qurtaran-lar erməni qatillərinin yurdlarında törətdiyi yanğınları, qırğınları, fə-lakətləri hər gecə yuxularında görəcək, minlərlə insanın bu dəhşətdən ərşə qalxmış naləsini ömrü boyu yaddaşlarında yaşadacaq, yanar canlı məşələ dönəcəklər.


-15-

Qaşların qarasından,

Oxlandın arasından.

Xocalı can üstədi

Qan sızır yarasından.
I aparıcı- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi- Xocalı soyqırımı baş verdi. Ermənilər minillik kini-küdrəti ilə, türk qanına susamış xisləti ilə ovunun üstünə atıldı.

II aparıcı- Ağsaqqal qocaların, ağbirçək anaların ağ saçı al qana boyandı, igid oğullarımız erməni qəbirləri üstündə qurban kəsildi. O gecə körpələrin bədənləri güllələrdən deşik-deşik edildi, süngülərə ke-çirildi, qızlarımızın, gəlinlərimizin ləyaqəti tapdalandı.


O gecə ermənilər

Oda qaladılar Xocalılnı.

O gecə ermənilər

Yağmaladılar Xocalını.

Güllədən keçirdilər

Qarısını, qızını,

Körpələri süngülədilər,

Cavanların diri-diri

Çıxartdılar gözünü.

Dişinə qədər silahlıydı düşmən

Hər avtomat darağında,

Hər top lüləsində 100-100 ölüm.

Xocalılar qoynunda

İsidə bilmirdi yalın əlin.

Tofiqlər, Əliflər

Son gülləsinədək,

Son damla qanına qədər

Vuruşub öldülər.

Düşmən qurulu qoşunladı,

-14-


Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə aman-sızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülən-lərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hü-dudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı ge-nişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qara-bağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin əra-zisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlan-ması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində apa-

-3-

rılan danışıqlar heç bir nəticə verməmişdir.



Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasə-tinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbay-can xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiy-mətini almalıdır.

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin iyirminci ildönümü ərəfəsində dərin hüznlə bir daha yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2012-ci il.

-4-


Həzin kədərli bir musiqi səslənir...
Arxadan səs: Günəşli Azərbaycanımızda, doğma diyarımızda Xocalı adlı bir cənnət vardı. Dağlar qoynunda yerləşən axar-baxarlı, güllü-çiçəkli, bəxtəvər, şən, günü-gündən gözəlləşən Xocalı. Bənzərsiz təbiəti ilə adamı heyran edən haylı-haraylı Xocalı.

İndi nə o hay-haraydan əsər-əlamət, nə gözəlliklərdən bir nişanə qal-mışdır. O dilbər guşə, o gülüstan xarabazara çevrilmişdir.

I aparıcı- Xocalı şəhəri, Xankəndi, Əsgəran, Naxçıvanik, Mehdikənd, Bozdağı tərəfindən əhatə olunan yeganə Azərbaycanlı yaşayış məskəni idi. O zaman Xocalının 7 minə yaxın əhalisi var idi.

II aparıcı- 1992-ci ilin dekabrında daralan mühasirə halqası şəhərin süqutunu günbəgün yaxınlaşdırırdı. Xocalı düşmən mühasirəsində barıt qoxulu ölüm hədəfi günlərini yaşayırdı.

I aparıcı- Şəhər təpədən dırnağa qədər silahalnmış erməni diviziyası qarşısında əliyalın qalmışdı. Lakin fədakar Xocalı sakinləri bütün çətinliklərə sinə gərir, döyüşür və ümidlə köçək gözləyirdi.

II aparıcı- İmdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çək-dikcə səsləri Qarbağ dağlarında əks-səda verib özlərinə qayıdır, daşürəkli millət rəhbərlərinin heç tükü də tərpənmirdi. Fəlakət isə sürətlə yaxınlaşırdı.


Elatım, elim haray,

Qan ağlar dilim, haray.

Nə gələn var, nə gedən,

Bağlanıb yolum, haray


I aparıcı- 4 ay idi düşmən məngənəsində çırpınırdı. Xocalı, 4 ay idi qeyrətinin, ümidinin dar ağacından asılı qalmışdı. Başına od yağırdı, tüstüsü ərşə dirək, ah-naləsi, fəryadı göylərə bülənd olmuşdu Xocalının.

II aparıcı - Fəqət, Bakı Xocalını eşitmirdi. Bakıda iqtidar vəzifə xumarlığında şirin yuxuda, muxalifət isə hakimiyyət uğrunda maraqda yatmışdı.

-13-

V. Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr

Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq kitabxana-larda həmin mövzuya aid sitatlar, video çarxlar, kitab sərgiləri, foto stendlər, metodik guşələr, ədəbi-bədii kompazisiyalar təşkil edə bilər-lər. Nümunə üçün ədəbi-bədii kompazisiyanın keçirilməsinə dair me-todiki tövsiyələr.

I aparıcı- Əsrlərdən bəri doğma Vətənimiz Azərbaycanın zəngin təbii sərvətləri, dünya xəritəsində tutduğu əlverişli mövqe böyük im-periyaların daim diqqət mərkəzində olmuşdur. Torpaqlarımızda yer, süfrəmizdə çörək verdiyimiz nankor ermənilər ac imperiyaların dəs-təyinə arxalanaraq dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə dönə-dönə faciələr törətmiş dövlətimizin içində dövlət yaratmışlar.

II aparıcı- Zaman-zaman Azərbaycan xalqının salnaməsində ermə-nilərin əli ilə yazılmış qanlı səhifələr, faciəli tarixlər sıralanmışdır.

Xocalı soyqırımı xalqımızın ən yeni tarixinin qanlı mürəkkəbi quru-mamış səhifəsidir. Xocalı soyqırımı sanki uzun illərdən bəri ermə-nilərin törətdiyi 1905-ci il qırğınını, 1918-ci il Şamaxı, Quba, Bakı qətliamını unutduğumuz üçün tarixin bizə verdiyi acı yaddaş dərsidir.

I aparıcı- Bu gün Xocalı soyqırımının, Xocalı faciəsinin, Xocalı dəhşətlərinin 20-ci ildönümüdür. Erməni vandalizminin, erməni qəd-darlığının, xaçpərəst əlbirliyinin açıq nümunəsi olan o qanlı fevral gecəsi hər il bütün Azərbaycan xalqı, bütün sülhsevər ölkələr tə-rəfindən acı təəssüf hissi və ürək yanğısı ilə qeyd edilir. Bugünkü tədbirimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına açılan o dəhşətli müsibətlərə həsr olunub.

II aparıcı- Yaxşı qulaq asın bu qəmli, ibrətamiz, faciəvi hekayətə. Onu yaddaşınıza həkk eləyin, dostunuza yoldaşınıza danışın, oğlunuza, qızınıza nəql eləyin. Qoy, gələcək nəsillər xalqımızın başına gətirilən bu müsibətləri, Xocalı harayını, Xocalı məşhərini, Xocalı genosidini heç zaman unutmasın.
-12-

II. Xocalı haqqında
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə ermə-ni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,97 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xan-kəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.

Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bə-zək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki isteh-kamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sa-hildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparıl-mışdır.

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilo-metrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.


-5-

III. Xocalı faciəsi haqqında


1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş ver-miş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciə-lərindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-mil-lətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata ke-çirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində ana-loqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təh-qirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə az-yaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatma- mış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin


-6-


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etdiyi Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan «Dostluq parkı»nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.

"Xocalıya ədalət!" kampaniyası çər-çivəsində Böyük Britaniyanın Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans baş tutub.



İsveçdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 26-da nümayiş keçirilib. Məlumata görə, nü-mayişi İsveçdəki Azərbaycan Fede-rasiyası təşkil edib. Nümayiş Stok-holmun Sergelstorg Meydanında keçirilib. Nümayiş iştirakçıları dünya parlamentlərinin soyqırımın tanıması şüarlarını irəli sürüblər.


-11-
Xocalı faciəsinin 20-ci il dönümünə



həsr olunmus tədbirlər


Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar 26 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Bakıda böyük yürüş keçirildi.
Xocalı soyqırımının 20-ci ildönümü fevralın 26-da qardaş Türkiyədə, İstan-bulun Taksim meydanında da izdihamlı yürüşlə anılıb.
Mançester Azərbaycan Cəmiyyətinin (Azerbaijani Society in Manchester) təşkilatçılığı ilə Mançester Universitetinin azərbaycanlı tələbələri tərəfindən “Xocalıya Ədalət!” kampaniyası çər-çivəsində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım aksiyası keçirilib. Cəmiyyətdən verilən məlumata görə, nümayişdə 30-dan çox həmyerlimiz iştirak edib.
-10-

ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə ye-tirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

Xocalı soyqırımı şahidlərin dilindən:

Abdullayeva Sevil o gecəni belə xatırlayır:

Oğlum Eldəniz və Ceyhunla gedirdik. Eldəniz məndən arxada idi. Hava dumanlı idi. Göz gözü görmürdü. Əgər səslənsəydik, ermənilər səsimizi eşidərdi. Ceyhunu yaralamışdılar. Mən ona nəfəs verməyə çalışırdım, oğlum qanlar axıdırdı. Güllü ilə oğlu Şövkət onda bizim yanımızda idi. Hər ikisi yaralı idi. Güllü evdən götürdüyü pulları yandırdı ki, isti olsun. Lakin tüstü hər yeri sarıdı. Az keçmədiki er-mənilər başımızın üstünü almışdı. Onlar Güllü ilə oğlunu güllə-lədilər. Üstümdə olan bütün qızıl və pullarımı onlara verdim ki oğlu-ma toxunmasınlar. Onlar bizi əsir götürüb Xankəndinə apardılar. Əsirlik həyatı dözülməz idi.



Şurik Şamil qızı Quliyeva 1936-cı ildə Dağlıq Qarabagın Qara-kötük kəndində anadan olmuşdu. Qarabağ konflikti yarananda oğul-ları Əkbər və Taleh torpaqlarını qorumaq üçün Milli Orduya qoşul-dular. Həmin gecə Taleh son gülləsinə kimi döyüşdü. Lakin ermə-nilər onu və yanında olan qadınları əsir aldılar. Talehi güllələri bitnə kimi güllələdirlər. Talehin yaralanmış arvadı Ramilə və oğlu Samir ermənilərdən qaçmağa çalışırdılar. Lakin qurtula bilmədilər. Şurikin həyat yoldaşı Zəkərə də ermənilər tərəfindən öldürüldü. Həmin gün ailənin bütün üzvləri yaşlısından tutumuş körpəsinə kimi erməni gül-ləsinə tuş gəldi.

Xocalы шяhяrinin iшьalы zamanы яsir gюtцrцlмцш Яmirova Xяzяn-gцl Tяvяkkцl qыzынын сюйлядикляри:

-7-

-1992-ci ildя fevralыn 25-dяn 26-a keчяn gecя Xocalы faciяsi baш verdi. Шяhяrя hцcum edяn silahlы ermяnilяr bizi meшяdя эиров gю-tцrdцlяr. Эиров gюtцrцlmцш bacыm Yeganя vя anam Raya ermя-nilяr tяrяfindяn gцllяlяndi. Bizi digяr яsir vя girovlarla birlikdя Яsgяran rayonuna gюndяrdilяr. Burada ermяnilяr atam Tяvяk-kцlц aьaca baьlayыb onu «Azяrbaycan ermяnilяrin torpaьыdыr» demяyя mяcbur ediрдиlяr. Atam isя cavab verdi: «Юlsяm dя vяtя-nimi ermяnilяrя satmaram». Ermяnilяr atamыn цstцnя benzin tю-kцb яvvяlcя ayaqlarыnы yandыrdыlar. Atamsa elя hey tяkrar edirdi: Сiz mяni dя, uшaqlarыmы da юldцrsяniz belя, biz Azяrbaycanы ver-mяyяcяyik, bu torpaq bizimdir. Bundan sonra ermяnilяr atamы diri-diri yandыrdыlar.



Яzizov Ramil Иbrahim oьlu Xocalыnыn iшьalы zamanы эиров gюtц-rцlцb. Рамилин сюйлядикляри:

-Gecя, ermяni silahlы birlяшmяlяri Xocalы шяhяrinя hцcum edяn zaman atam Иbrahim vя bюyцk qardaшыm Elmin postdan qayыdыb bizi evdяn чыxartdыlar. Biz mцhasirяdяn чыxmaьa чalышaraq Aьdam tяrяfядяки meшяyя qaчdыq. Yolda Naxчыvanik kяndi istiqamяtindя atяш altыna dцшdцk. Mяnim yaшlы anama gцllя dяydi vя o, meшяdя hяlak oldu. Hяmkяndlimiz Tahir aьыr yaralы idi, o da meшяdя юldц. Onun qucaьыnda olan 3-4 yaшlы qыz uшaьыnы Elxan adlы kiшi xilas etmяyя чalышdы. Amma heч 10 metr dя getmяmiшdi ki, ermяnilяr qucaьыndakы uшaьы vurdular, Elxanын юzц isя yaralandы.








  1. Xocalı faciəsi mətbuatın gözü ilə:

Krua El Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnaq icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır..



Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır.
-9-


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə