Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə9/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Təqdim edilən nümunələrdə orta statistik Azərbaycan oxucusunun hazırlıq səviyyəsindən və məlumat bazasından çıxış edilərək, NASA abreviaturunun mü­va­fiq aşılışının tərcüməsi təqdim edilməmişdir. Xatırladaq ki, NASA abrevia­turasının ingilis dilindəki açılışının (The National Aeronautics and Space Adminis­tration Azərbaycan dilinə təxmini hərfi tərcüməsi "Milli Aeronavtika və Kosmik İda­rəetmə" kimi təqdim edilir (müq. et, rus dilində: Национальное управ­ление по воздухоплаванию и исследованию космического простран­ства). Ma­raq­lıdır ki, bir çox hallarda Azərbaycan və eləcə də digər dillərə tərcümə zamanı həmin abreviaturun fərqli təqsdimatına da təsadüf etmək mümkündür. Belə ki, bu təqdimat NASA-nın qeyri – rəsmi, lakin işlək olan adı ilə əlaqədardır.Amerika Milli Kosmik Agentliyi (NASA) kosmosda torpağı qazmaq üçün robot hazırlayır. Onu da qeyd edək ki, yuxarıda qeyd edilən abreviatur paralellik nümunəsi onomastik leksikanı əhatə edir. Konkret olaraq, NASA, eləcə də Azərbaycan və in­gilis dillərində paralel işlədilməkdə olan UNESKO (ingilis dilində leksik açılışı: United Nations Educational, Scientific and Cultural OrganizationElm, Təh­sil  Mə­dəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı”), İSESKO (ingilis dilində leksik açılışı: Islamic Educational, Scientific and Cultural Organization “Təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatı), NATO (North Atlantic Treaty Organization “Şimali Atlantika Müqaviləsi Təşkilatı”) kimi abreviativ xarakterli leksik paralellər knematonimləri əhatə edir. Xatırladaq ki, ktematonimlər “maddi – mədəniyyət, elm – texnika, mənəvi mədəniyyət əsərlərinin, inzibati idarələrin, təşkilatların və s. adlarını” əhatə edir. [8 ; 262 ]. Məsələn, UNESCO-nun xoşməramlı səfirlərinin də qatıldığı tədbirdə təşkilatın baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdü. UNESCO is the lead agency for the UN Decade of Education for SustainableDevelopment. Digər abreviator paralelliyə nəzər salaq: NATO Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin, o cümlədən, İranın inkişafına mane olmaq üçün regiondakı fəaliyyətini genişləndirir ; Downtown workers may experience casual Friday and casual Monday later this month when the NATO summit arrives.


Onu da qeyd edək ki, “tanınma” baxımından yuxarıda qeyd edilən ingilis dil­li abreviaturların, demək olar ki, əlavə şərh və açıqlamaya ehtiyacı yoxdur. Ma­raqlıdır ki, hətta bəzi hallarda eyni kontekst çərçivəsində Azərbaycan dilindəki digər abreviator kne­matonimlərin açıqlanması təqdim edildiyi halda, ingilis dilli qısaltmaların şərhi verilmir. Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh naminə tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir.

Azərbaycan və ingilis dilləri arasındakı abreviatur xarakterli paralellizm fakt­larının tanınma əmsalına görə linqvopraqmatik aspektdən dəyərləndirməsinin yekunu olaraq,ilk olaraq, onu qeyd edək ki, (latın-yunan mənşəli interleksemlər is­tisna olmaqla) paralellizm faktlarının böyük əksəriyyətini ingilis dilli materiala is­tinadən yaranmış abreviaturlar təşkil edir­lər. Bu mənada Azərbaycan dili kontek­s­tin­­də paralelizmlərdən daha çox alın­malardan bəhs etmək daha düzgün olardı, Digər tərəfdən tanınma əmsalına görə, həm Azərbaycan, həm də ingilis dilində işlədilən abreviatur xarakterli para­lell­izm faktlarını tanınma əmsalına görə iki əsas qrup daxilində fərqləndirmək olar:1) sim­metrik konvensionallığa malik abrevia­tur­lar;2) asimmetrik konven­sionallığa malik abreviaturlar. Birincilərə hər iki dildə ta­nınma probelemi yaşa­mayan, sadəcə olaraq müəyyən qradasiya fərqliliyinə malik olan paralellik faktları daxildir. Onları da öz növbəsində:a) tam şəffaf və b) qeyri – şəffaf abreviaturlar olaraq fərqləndirmək olar. Tam şəffaf abreviaturlara sms, inter­net, UNESKO, VİP, P.S., CV kimi qısalt­maları qeyd etmək olar.Qeyri – şəffaf ab­re­viasiya faktlarına isə (haqqında irəlidə bəhs ediləcək) PPS, PSS və s. abrevia­tur­larını qeyd etmək olar.Asimmetrik kon­ven­­sio­nallığa malik abreviasiya faktları de­dikdə isə, ingilis və Azərbaycan dilli top­lum tərəfindən eyni səviyyədə qavra­nıl­mayan və eyni səviyyəli tanınma əmsa­lına malik olmayan abreviaturları qeyd et­mək olar. Məsə­lən: HR abreviasiya­sı Azərbaycanda yeni idarəetmə metodlarının tətbiqindən sonra tanınma əmsalını artırmağa başlayan qısaltmalardan hesab edilə bilər. Halbuki ingilis dilli fərd üçün həmin abreviaturun heç bir əlavə şərh və də­qiq­ləşdirməyə ehtiyacı yoxdur. Eləcə də, ABC, NBC və s. şirkət adlarını bu sırada qeyd etmək olar. Araşdırmamız daha çox appelyativ leksikanı əhatə etdiyindən, ono­mastik vahidlər qrupuna daxil olan knematonimlərdən daha çox ümumişlək xa­rakterli leksikada yer alan abreviativ xarakterli paralellərə diqqət yetirmək məq­sə­dəuyğun olardı. Məsələn, CV,VİP, PR, HR, P.S. və s. abreviatur xarakterli pa­ra­lellər bu baxımdan xüsusi maraq doğurur. Nümunələri izləyək: Təlimdə iştirak üçün CV-nizi 19 Iyun 2012-ci il saat 18:00-dək ABA CEELI-nin Baki ofisinə gön­dərə bilərsiniz. …AR Vəkillər Kollegiyasi üzvlərinin CV təqdim etməsinə ehtiyac yoxdur. If you have recently qualified, either as a postgraduate or in further education, a qualification-style CV is for you.

O da maraqlıdır ki, əslində CV abreviaturu təkcə Azərbaycan dili üçün deyil, eləcə də ingilis dili üçün alınma leksik vahid kimi dəyərləndirilməlidir. Belə ki,mə­lum olduğuna görə, CV abreviaturu latın dilindəhəyat axarı, gedişatı”, “həyat yo­­lu” mənasını ifadə edən söz birləşməsinin (Curriculum Vitae) component­ləri­nin inisial hərfləri əsasında yaranmış abreviaturdur. Alınma abreviatur əsasın­da yaranmış digər paralellik situasiyasına diqqət yetirək. Söhbət latın dilində“yaz­ı­lan­dan sonra” mənasını ifadə edən Post Scriptum söz birləşməsinin component­lərinin inisial hərfləri əsasında əmələ gəlmişdir. Ümid edirəm ki, sən də mə­nim kimi rahat gəlib çıxacaqsan. Səbirsizliklə gözləyirəm! P.S. Bura çox istidir! Watch out for that signal, when life as you know it ends. P.S. I will always love you. Onu da qeyd edək ki, həm Azərbaycan, həm də ingilis dilində Post Scriptum ifadəsinin digər variantları olan P.P.S. (Post Post Scriptum yəni, “yazı­landan sonradan sonra”) və P.S.S. (Post Sub Scriptum yəni, “yazılanın altından sonra”).P.P.S. Biz qərəzsiz olduğumuzu göstərdik, etirazçıların simvolu olan oxu­cu məktubunun məzmununu yaydıq. Tolerantlıq budu... Sizdə belə sözlərlə on­ları usandırmayın. P.S.S Diqqətinizə görə minnətdaram. Sometimes, when additional points are made after the first postscript, abreviations such as PPS (post-post-scriptum, or postquam-post-scriptum) and PPPS (post-post-post-scriptum, and so on, ad infinitum) are used, though only PPS has somewhat common usage. [9]; “PSS” makes you look not only ignorant, but lazy .

Azərbaycan və ingilis dillərinin leksik sistemləri arasındakı paralellizm fakt­ları sırasında ingilis dilli ifadə və birləşmələrin əsasında yaranmış qısaltmalar da az­­lıq təşkil etmir. Məsələn, HR, V.İ.P., P.R. və s. bu kimi abreviaturları bu sırada qeyd etmək olar. HR abreviaturu ingilis dilindəki Human Resource insan re­sur­su”­ söz birləşməsini əks etdirir. Əgər siz kifayət dərəcədə iddialısınızsa, nailiyyətə yönəlmisinizsə və, ən əsası, komandada işləməyi bacarırsınızsa, onda bu keyfiyyət­lə­rinizi həyata keçirmək üçün ən yaxşı üsu – özünüz haqqında CV-ni bizim HR-xid­mətinin bazasına təqdim etməklə,Unibank-ın peşəkar komandasına qoşul­maq­dır. The professional discipline and business function that oversees a organization­'s human resources is called human resource management (HRM, or simply HR) . Onu da deyək ki, bu abreviaturun dilimizdəki işlənmə tarixi­nin nis­bə­tən yeni olması onun tanınma əmsalında özünü göstərir. Belə ki, bir çox hal­da bu abreviaturun leksik açılışı ilə parallel şəkildə işlənməsini müşahidə edilir. Məs: Azərbaycan şirkətlərində HR-İnsan Resursları prob­leminə subyektiv baxış .

Digər ingilis mənşəli abreviatur paralelliyini Very Important Person “Ol­duq­ca vacib şəxs” söz birləşməsinin komponenntlərinin inisial hərflərindən törəmiş akronimi əsasında izləyə bilərik. Xatırladaq ki, digər növ abreviaturlardan fərqli olaraq akronimlərin tələffüzü zamanı hərflərin birləşməsinə müraciət edilmir. Ak­ro­nimlərdə abreviasiyaya məruz qalan birləşmə komponentlərin inisial səslərinin vahid tam halında, bir söz kimi tələffüzü mümkün olur. Müqayisə edək: P.S. [pi-es]V.İ.P. [v-i-p]. Nümunələr əsasında bu paralelliyin funksional özəlliklərinə diqqət yetirək: Çexiyanın Karlovi-Var kurortunun ən dəbdəbəli otellərindən biri olan – Grandhotel Pupp-da VİP-qonaqlar üçün klinika açılıb. GRBS® 2009-cu ilin aprel ayından etibarən VİP müştəri adlı yeni təşəbbüsünü həyata keçirməyə başlamışdır. Nümunələrdən də aydın şəkildə göründüyü kimi, Azərbaycan dilində bu akronim həm təkdə, həm də cəmdə olan isimlərlə tərkib əmələ gətirə bilir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Azərbaycan dilində bu akroni­min müəyyən mətn və disskurslar çərçivəsində müvafiq praqma­tik reallıq qazan­mış və təyinləndirici fuinksiyaya malik leksik vahid kimi qəbul edilir. Yəni, onun müstəqil istifadəsi qeyri – mümkündür. Müqayisə edək: He's the boss, he's the vip, he's a championship. İngilis dilindən gətirilən bu nümunə­nin hərfi tərcüməsi belə səslənir: “O, bossdur (rəhbərdir), o, V.İ.P.-dir (yəni, “çox vacib şəxsdir” –), o, çempiondur”. Azərbaycan dilindən gətirilən nümunələr­dən də bəlli oldu­ğu kimi, dilimizdə V.İ.P. akronim tərkibində təyinlənən və təyinin birgəmövcud olduğu ismi birləşmə kimi qavranılmır. Azərbaycan dilində V.İ.P. müt­ləq şəkildə təyinlənən tələb edir: V.İ.P – qonaq, V.İ.P. – müş­təri, V.İ.P. – loja, V.İ.P. – xid­mət və s. O da maraqlıdır ki, bəzi mətnlərdə V.İ.P akronimin fərqli (mətnin praq­ma­tik məramına, yəni, intensiyasına müvafiq) izahat da təqdim edilir. Məsələn: Bizim ən vacib müştərilərimiz (VİP) internat məktəb­lərinin məzunları, uşaq evlə­rini tərk etmiş 16-24 yaşlı gənclərdir. Nümunədə VİP akroniminin açılışında müştəri sözü yer almışdır. Halbuki, artıq qeyd edildiyi kimi, bu abrevia­turda əksi­ni tapan sonuncu komponent person “şəxs” sözüdür. Göründüyü kimi, burada, bir növ, tavtaloji xarakterli dəqiq­ləş­dirməyə yol verilmiş­dir. Əslində tam mənası ilə abreviasiyaya uğrayan kəlmə təkrar edilməsə də, hiponim xarakterli dəqiq­ləş­dirmə təklif edilmişdir. (şəxs – hipronim; müştəri isə - hiponim qismində çıxış edə bilər). Onu da qeyd edək ki, tavtaloji xarakterli dəqiqləşdirmə­lər abreviasi­ya­nın yaranma növlərindən biri kimi nəzərdən keçirilir. Aralıq mövqe­də olan qeyri – şəffaf abre­via­si­yalara geniş kütlələrə o qədər də tanış olmasa da, müvafiq sahə ədəbiyyat­la­rın­da, sənədlərində omonimiya və çoxmənalılığa yol aç­ma­dan işlənə bilən alter­na­tivsiz qısaltmalar daxildir. Belə ki, ayrı – ayrı sahələrə aid müxtəlif beynəlxalq sə­nədləşmə standartlarında qəbul edilmiş qısaltmalar bura aid edilə bilər. Məsələn: DDU Azərbaycan və eləcə də beynəlxalq sənədləşmələrdə “Rü­sum­ları ödənilmə­miş göndəriş” mənasını bildirən bu abreviasiyanın “açı­lı­şı” ingiliscə belə səs­lənir: Delivered, Duty Paid.; DES – Gəmidən göndəriş, “Delivered Ex Ship”; SMTP, yəni, Simple Mail Transfer Protocol – sadə poçt ötürülməsi pro­tokolu və s.Məs: SMTP poç­tun, istifa­də­çidən serverlərə və serverlər arasında poçtu qəbul edən tərəfə göndə­rilməsində istifadə olunur;While electronic mail servers and other mail transfer agents use SMTP to send and receive mail messages, user-level client mail applications typically use SMTP only for sending messages to a mail server for relaying. [11]

Nümunələrdən də aydın şəkildə bəlli olduğu kimi, Azərbaycan və ingilis dilləri arasındakı abreviativ xarakterli leksik paralelizm faktlarının tanınma əmsalı yekcinslikdən uzaqdır və həmin qrup müvazilik faktlarının bu müstəvidə təhlili iki leksik sistemin müqayisəli araşdırma işinə dair kifayət qədər maraqlı faktlar təq­dim edə bilir.

ƏDƏBİYYAT

  1. Adilov Məmməd. Azərbaycan dilində abreviasiya və abreviaturlar. B.: “Elm”, 2010.-168 s

  2. Curriculum vitae http://en.wikipedia.org/wiki/Curriculum_vitae

  3. Delivered, Duty Paid http://ru.wikipedia.org/wiki/Delivered,_Duty_Paid

  4. Esotericism http://en.wikipedia.org/wiki/Esotericism

  5. Human resources http://en.wikipedia.org/wiki/Human_resources

  6. İncoterms http://en.wikipedia.org/wiki/Incoterms

  7. Qasımov M.Azərbaycan dili terminologiyasının əsasları, Bakı:Elm,1973, 186s.

  8. Qurbanov A.M.Müasir Azərbaycan ədəbi dili, Bakı: “Maarif”, 1985, 408 s.

  9. Postscriprt http://en.wikipedia.org/wiki/Postscript

  10. Sadıqova S. Azərbaycan dilinin terminologiyası, Bakı: Elm, 2011, 380s.

  11. Simple Mail Transfer Protocol ( SMTP ) http://en.wikipedia.org/wiki/Simple_Mail_Transfer_Protocol

  12. SMTP http://az.wikipedia.org/wiki/SMTP

  13. NASA http://az.wikipedia.org/wiki/NASA

  14. The National Aeronautics and Space Adminis­tration http://en.wikipedia.org/wiki/NASA 

  15. Варфоломеева И.В. Аббревиатуры современного английского языка: когнитивно-дискурсив­ный аспект, автореф. дис. ... канд. филол. наук, М., 2007, 25 с

  16. Журавлева Д.А. К проблеме изучения аббревиатур как формантов информационного потока в медийном пространстве // Magister Dixit» - научно-педагогический журнал Восточной Сибири №3 (09). Сентябрь 2011(http://md.islu.ru/

  17. Постскриптум http://ru.wikipedia.org/wiki.

  18. Словарь-справочник лингвистических терминов. Изд. 2-е. — М.: Просвеще­ние. Ро­зенталь Д. Э., Теленкова М. А.. 1976 http://dic.academic.ru/

Вафа Магеррамова

О различении по степени узнаваемости аббревиатурных лексических параллелей между азербайджанским и английским языком

Р е з ю м е

В статье подвергаются многостороннему анализу факты аббревитив­ных параллелей между азербайджанским и английским языками. На основе сравнений и сопоставлений автор приходит к выводу о том, что данного рода лексические параллели по степени узнаваемости могут быть конвенциональ­ными, прозрачными и непрозрачными. Лексические параллели аббревитив­но­го характера между этими двумя языками в основном имеют конвенциональный характер.


Vafa Maqerramova

On the Differentiation According to the Recognition Factor of the Lexical Parallelism Facts of the Abbreviative Characteristics between the Azerbaijani and English Languages

S u m m a r y

In this article the abbreviation facts being a special type of the parallelism facts observed between the lexical systems of the Azerbaijani and English languages are studied. On the bases of the comparison and contrasting the author has determined that according to the recognition factor these parallelism facts may be conventional, transparent and opaque. From the point of the recognition factor of the abbreviative parallelism between these lexical systems it is possible to say that the considerable part of them acquire conventional character.


Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti, “Azərbaycan dili”

kafedrası
Rəyçilər: filologiya elmləri doktoru T.Quliyev

filologiya üzrə fəlsəfə doktoru S.Əliyeva

Gülnar Bəşirova

Azərbaycan Dövlət Dəniz Akademiyası

E-mail:akademiya@adda.edu.az

DİLİN LÜĞƏT TƏRKİBİNDƏ DƏNİZÇİLİK

LEKSİKASININ YERİ
Açar sözlər: lüğət tərkibi, söz yaradıcılığı, alınma sözlər, dəniz leksikası, tutuşdurulan dillər.

Key words: vocabulary, word formation, borrowed words, marine vocabulary, comparing languages.

Ключевые слова: словарный состав, словообразование, заимствованные слова, морская лексика, сопоставляемые языки.
Dilin söz varlığı birlikdə onun lüğət tərkibini təşkil edir. «Lüğət tərkibi- hər hansı dildə olan bütün sözlərin məcmusudur. Lüğət tərkibinin daxilində əsas lüğət fondu mühüm yer tutur» (1: 153).

Lüğət tərkibi dil sistemlərindən biridir və digər sistemlərlə- lüğət fondu və qrammatik quruluşla qarşılıqlı əlaqə və münasibətdədir. Bu sistem uzun bir inkişaf prosesi keçirmişdir. Lüğət tərkibi, necə deyərlər, dil üçün «tikinti materialı»dır. Bu tərkib nə qədər zəngin və əhatəli olarsa, dilin də zənginliyi o qədər təmin olunmuş səviyyədədir. Bu da bəllidir ki, qarşılaşdırılan dillərin –ingilis və Azərbaycan dillərinin lüğət tərkibində həmişə dəyişmə, əhatələşmə və zənginləşmə prosesi davam edir.

Bu gün ingilis dilindən ana dili kimi 400 ml. insan istifadə edir. Çin və ispan dillərindən sonra ingilis dili bu səviyyədə 3-cü yerdə dayanır.

İngilis dilinin lüğət tərkibi dünyada 800000 sözü əhatə edir.

İngilis dili əsrlərboyu latın, yunan, fransız, skandaviya dillərindən söz və termin almışdır. Hesablamalara görə 1500 ildir ki, ingilis dili 50 dilin hesabına lüğət tərkibini zənginləşdirir (2: 42).

Müasir ingilis dilinin lüğət tərkibi etimoloji cəhətdən qarışıqdır. Aparılmış tədqiqatlar da sübut etmişdir ki, yeni ingilis dilində 208 ispan sözü, 39 kalkalaşmış söz, 75 fonem və 95 morfem növü vardır ( 3: 4).

Dilin lüğət tərkibinin inkişafı sosial və linqvistik faktorlarla müəyyənləşir. Lüğət tərkibinin hər bir dildə linqvistik əsasları mövcuddur.

İngilis dilinin lüğət tərkibinin inkişafı prosesi bütün mərhələlərdə söz yaradıcılığının resursları, yeni elementləri ilə zənginləşir.

Ümumiyyətlə, hər iki dilin lüğət tərkibinin zənginləşməndə müxtəlif vasitələr iştirak edir:


  1. söz yaradıcılığı vasitələri;

  2. alınma sözlər;

  3. təqlidi sözlər (bu daha çox ingilis dilinin lüğət tərkibini səciyyələndirir).

Alınma dilin inkişafının təbii amilidir. Bu proses dilin uzun müddətli inkişafının nəticəsi kimi ortaya çıxır. Alınma leksik elementlər dilin tarixi dəyişkənliyinə gətirib çıxarır. Dilin lüğət tərkibində arasıkəsilmədən yeni söz və terminlər daxil olur. Məsələn, ingilis dilinin lüğət tərkibində rus sözləri çoxdur və bunlar həmin dilə assimliyasiya olunub. (4).

İngilis dilinin lüğət tərkibində aparıcı, hərəkətə gətirilən, mühüm, əsas proseslər göstərir ki, bütün mərhələlərdə sözyaradıcılığı-sözlərin yaranması lüğət materialının ortada olan faktıdır ( 5: 46)

Dilin lüğət tərkibini təkcə sözyaradıcılığı vasitələri deyil, dilin öz ehtiyatı deyil, həmçinin başqa dillərdən alınmalar da dili yeni elementlərlə zənginləşdirir.

Dilin strukturunun dəyişməsi hallarına bütün tərəfləri ilə, müxtəlif səviyyələrdə, yaruslarda, aspektlərdə toxunulmuşdur. Hər bir səviyyənin tarixi inkişafı konkret şərtlərdən asılılıdır. İnkişaf nəticəsində dilin leksik tərkibi stimullaşır, dəyişir, irəliləyiş baş verir.

Beləliklə, dilin lüğət tərkibi fasiləsiz dəyişir. Bu mütəhəriklik, hərəkətlilik, dəyişkənlik birinci növbədə dilin lüğət tərkibində hiss olunur. «Dilin inkişafı leksikanın inkişafı ilə tənzimlənir. İngilis dilinin lüğət tərkibi min illərdir dəyişə-dəyişə gəlir. Qədim ingilis dili ilə müqayisədə müasir ingilis dilinin lüğət tərkibi daxili resurslar hesabına-mürəkkəbləşmə, affiksləşmə, sözün yenidən mənalandırmaq hesabına dəyişir, yeniləşir, eyni zamanda zənginləşir. Bunu alınma sözlər haqqında da demək olar. Alman dili ilə müqayisədə ingilis dili güclü dildir, ingilis xalqının xüsusi şəraitdə tarixi həyatı bu mənada böyük rol oynamışdır. İngilis dilinin lüğət tərkibi hər bir çətinliyə dözmüş, məruz qalmış alman və fransız dilləri ilə müqayisədə min illər-əsrlər boyunca öz tarixində həmişə böyük dəyişməyə məruz qalmışdır» (6).

Müasir ingilis və Azərbaycan dillərinin lüğət tərkibinin daha da zənginləşməsində dənizçilik leksikasının da özünəməxsus yeri vardır.

Ümumən hər bir sahə leksikası kimi, dənizçilik söz və terminləri də hər iki qarşılaşdırılan müxtəlifsistemli dillərin-ingilis və Azərbaycan dillərinin lüğət tərkibinə güclü təsir göstərmiş və onu zənginləşdirmişdir. Həmin zənginlik müxtəlif yollarla inkişaf etdirilmişdir. Bunlardan biri dillərin daxili resurslarıdır. Digəri isə başqa dillərin hesabına lüğət tərkibində baş verən müsbət yöndə dəyişmələrdir ki, bu zənginləşməyə birbaşa yol aça bilir. Daxili zənginləşmə prosesində söz və termində olan neytral semantika genişlənir və terminoloji məzmun əldə edilir. Həmin hadisə daxili resurslar hesabına zənginləşmə prosesini dialektik qanunauyğunluqla inkişaf etdirmək gücünə malikdir. Daha doğrusu, söz öz semantik hüdudlarını nisbətən genişləndirir.

Dənizçilik leksikası əsasında hər iki dilin leksik tərkibinin təhlili iki xalq arasında, həmin xalqların dilləri arasında qarşılıqlı təsirləri, əlaqə və münasibətləri müəyyənləşdirə bilir.

Dənizçilik terminləri dənizçilik leksikasının tərkib hissəsidir. Belə terminlər adi sözlər kimi söz mühiti (kontekstlə) deyil, müəyyən anlayışlar sistemi- müəyyən bir terminoloji sahə ilə bağlıdır (1:268).

Bir sahə termini kimi dənizçilik leksikası da milli və alınma sözlərin toplusundan ibarətdir. Müqayisə edilən dillərin lüğət tərkibi omonim sözlər hesabına zənginləşir. Məs.: qals1-qals. Küləyə nisbətən gəminin kursu. Qals2-qals. Yelkənin aşağı, küləyə baxan ucunu müəyyən vəziyyətdə saxlayan ip (7: 16); rif1-rif. Sualtı daş, qaya; rif2-rif. Nazik gəmi ipi (7: 46).

Dənizçilik terminindən ibarət sinonimlər hesabına lüğət tərkibinin leksik-semantik söz qruplarının qarşılıqlı əlaqəsi meydana çıxır. Məs.: anchorage-lövbər dayanacağı, lövbər yeri (8: 50).

Hər iki dilin lüğət tərkibindəki dənizçilik söz və terminlərindən nitq aktı zamanı az və çox dərəcədə istifadə olunur.

Alınma dəniz terminləri hər iki dilin lüğət tərkibində müəyyən faiz nisbətindədir. Onların mənbəyi də, mənşəyi də fərqlidir. Məs.: barometer-barometr; skipper-gəmi kapitanı; şkiper-kiçik gəmi kapitanı (8:447)

Birinci tərəfi «dəniz» termini ilə formalaşmış dəniz reysi, dəniz səyahətiшт müasir Azərbaycan dilinin lüğət tərkibini söz birləşmələri hesabına zənginləşdirmişdir. Azərbaycan dənizçiliyində, eləcə də digər sahələrdə «nəqliyyat», «transport» sözündən nəqliyyat gəmisi, sanitar nəqliyyatı, desant nəqliyyatı, desant transportu, atom nəqliyyatı, yük nəqliyyatı, sahil kənarı dəniz nəqliyyatı, desant yük nəqliyyatı, beynəlxalq dəniz nəqliyyatı, dəniz nəqliyyatı, dəniz daşımaları, port daxili nəqliyyat, hərbi nəqliyyat və s. dənizçiliklə bağlı birləşmələr yaradılmış və dilin lüğət tərkibini genişləndirmişdir.

İngilis dilində «pump» terminin qarşılığı «nasos» sözüdür. Bu söz dənizçilikdə işlənən əsas sözlərdən biridir. İngilis dilində «pump» termin-anlayışı müxtəlif sözlərlə təsbit olunduğu kimi, Azərbaycan dilində də «nasos» sözü ilə xeyli sayda söz və terminoloji birləşmələr dənizçilik sahəsinə «transfer olunmuşdur». Məs.: pump f. Nasosla vurmaq; i. nasos; nasoslama, nasosla vurma; ait- hava nasosu (8: 337). Nasos, su nasosu, qaz nasosu, nasosu quraşdırmaq, nasoslama, nasoslamaq, nasosxana, nasosçu (9: 393).

Bu sahədə nasos sözünün sinonimi kimi pompa sözü də işlədilir (7, 43).

Dənizçilik leksikası daxili imkanlar hesabına zənginləşir. Bu artma və zənginləşmə həm ingilis dilinin, həm də Azərbaycan dilinin öz sözləri hesabınadır. Məs.: Azərbaycan dilində «yük» sözü. Bu sözün inkişafı ona terminoloji məna da «bəxş etmişdir». Yəni, söz dənizçilikdə də fəal istifadə olunur və onun sayəsində xeyli sayda terminoloji vahidlər yaradılmışdır. Məs.: nasos, su nasosu, qaz nasosu, nasosu quraşdırmaq, nasoslama, nasoslamaq, nasosxana, nasosçu (9: 393).

Bu sahədə nasos sözünün sinonimi kimi pompa sözü də işlədilir (7,43).

Hər iki dildə mövcud olan sözlərin böyük bir qismi yeni mənada işlənərək yeni yaranmış anlayışların bir hissəsini ifadə edir. Ümumən dil, xüsusilə onun lüğət tərkibi kimi, sözlərin mənası da cəmiyyətin həyatında baş verən müxtəlif yönlü dəyişmələrlə, inkişafla bağlıdır. Dildəki sözlərin semantik cəhətdən inkişafı da həmin dildə danışan xalqın maddi (iqtisadi), siyasi durumu, onun təsəvvür və dünyabaxışının inkişafını, psixikasının təkamülünü inikas etdirir. Sözlərin məna dəyişmələri, digər anlamda işlənməsi və ümumən leksik-semantik inkişafı müxtəlif ekstralinqvistik və linqvistik faktorların təsiri ilə baş verir və rəngarəng tipdə özünü büruzə verir. Məs.: lider sözü. Dənizçilikdə bu söz öz mənasını dəyişmişdir: Lider (baş gəmi). İrəlidə gedən hərb gəmisi (7: 31); mars sözü. Dənizçilikdə «dor meydançası» anlamında istifadə olunur. Qol sözü. Dənizçilikdə «çay dirsəyi» mənasında. Xomut - dənizçilikdə qum yığını, batmış gəmi ətrafında yığılmış qum və s.

Lüğət tərkibinin zənginləşməsinin bu prosesində sözün semantikasında dəqiqləşmə, daralma, genişlənmə, köçürülmə məqamları baş verir. Mənanın köçürülməsi oxşarlığa, müştərəkliyə, metaforikləşməyə, texniki və funksional bənzərliyə görə baş verir. Məs.: Prinsipial sözü dənizçilikdə aşağıdakı mənanı qazanmışdır: vasitəçidən fərqli olaraq əməliyyatda öz adından və öz hesabına iştirak edən fiziki və ya hüquqi şəxs (10: 215) ; Körpü sözü. Limanda gəminin yüklənməli və ya boşaldılmalı olduğu yer. Bu tərif çarterlərdə və habelə «körpü» sözünün işlədilmədiyi, lakin belə konkret yerin müəyyənləşdirildiyi (yaxud müəyyənləşdirilməsi olduğu) hallarda tətbiq olunur (10: 215-216).

Dənizçilik leksikası alınmalar hesabına da zənginləşir.

Hər iki tutuşdurulan dilin dənizçilik leksikasını yunan və latın elementli -termo elementli terminlər zənginləşdirmişdir. Məs.: thermocouple i. termolement; thermogram i.termoqram, temperatur cədvəli, thermograph i. termoqraf, avtomatik termometr; thermometr i. termometr; thermopaint i. termoindikator; thermopile i. termobateriya, termoelektrik batareyası; thermostable s. istiyədavamlı, hərarətə davamlı; thermostat i. termostat (müxtəlif şeyləri sabit temperaturda saxlamaq üçün cihaz); thermotank i. termotank (8:502).

Dilin lüğət tərkibi ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş dənizçilik sözlərinin hesabına zənginləşir. Məs.: ingilis dilində «bankruptcy» sözü Azərbaycan dilinə «bankrot», «müflisləşmə» sözləri ilə çevrilmişdir. «Müflisləşmə»-vəsait olmadığından hüquqi şəxsin öz üzərinə götürdüyü öhdəliklər üzrə ödənişlərdən imtina etməsi. Müflisləşmə kreditorun və ya borclunun bəyanatı (ərizəsi) üzrə çıxarılan məhkəmə qərarı ilə müəyyən edilir, bundan sonra kreditorların hər biri ayrılıqda müflis olan tərəfdən borclarını almaq hüququnu itirir. Müflisin əmlakının idarə və ləğv edilməsi hüququ məhkəmənin təyin etdiyi inzibatçıya keçir, o isə bundan sonra qalmış məbləği kreditorlar arasında bölüşdürür ( 10: 36).

Dilin lüğət tərkibini həmin sahə ilə bağlı söyləmlər, cümlə konstruksiyaları da zənginləşdirir. Bu baxımdan elliptik cümlələr, beynəlxalq kodları ifadə edən frazalar da üstün yer tutur. Elliptik cümlə vasitəsilə müqayisə edilən dillərin konstruksiyalarında ekspressivlik yaranır. Məs.: all hands! Hamı yuxarı göyərtəyə! (8: 47).

Yaxud «S»- beynəlxalq koduna görə «Gəmidə yoluxma xəstəliyi yoxdur, azad hərəkət etməyə icazə vermənizi rica edirəm» mənasını bildirən “birbayraqlı siqnal” deyilənlərə misal ola bilər.

Beləliklə, dilin lüğət tərkibi dənizçilik leksikasının hesabına da zənginləşir. Bu leksikanın bir çoxunun semantikası dənizçilik peşəsi ilə məşğul olanlar üçün aydındır. Beynəlxalq dənizçilik dilinin formalaşmasında ingilis dilinin də rolu danılmazdır.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə