Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə5/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

İstifadə edilmiş ədəbiyyat

  1. Бахтин М.М. Проблема содержания материала и формы в словесном художественном творчестве. Москва, 1924.

  2. Вежбицкая А. Понимание култур через посредство ключевых слов. М. Языки славянских культуры.2000.

  3. Залевская А.А. Концепт как достаяние индивида// Психолингвистические исследования слова и текста.

Dbs.sfedu.ru/www/umr.umr_download?p_um_id=9443

  1. Лихачев Д.С. Концентосфера русского языка. //Изв.-АНСССР. Сер.лит. и яз. М.1993. Т.52.№1.

  2. Лисицын А.Т.К проблеме концептуального анализа. Язык и культура. Киев. 1994.

  3. Минский М. Фреймы для представления знаний. М. Энергия, 1978.

  4. Павиленис Р.И. Проблема смысла: современный логико-философский анализ языка. М.1983.

  5. Степанов. Ю.С.Константы. Словы русской культуры. 1997.

Натаван Гаджиева

Концепция туркизма в Азербайджанской литературе

эпохи первой независимости

Р е з ю м е

В этой статье исследовалась концепция эпохи первой независимости в Азербайджанской литературе. При образе сути отмеченной задачи были привлечены другие концепты, связанные с концептом туркизма и объяснены конкретные материалы отношений концепта и фрейма.

В литературном языке этой эпохи выражения, относящиеся к концепту звучат как вдохновители идей, идущих от общетурецкого сознания. Нашло своё подтверждение на основе примеров, обоснованных на словах, выражающих тюркизм.
Natavan Hacieva

The Turkish concept in the Azerbaijan literature to the period of I Independence.

Summary

In this article have been analyzed the Turkish concept in the Azerbaijan literfature to the period of the I Independence.

While commenting the essence of the problem in the context the Turkish concept is connected with other concepts also have been attracted to the research, the concept and frame relations with concrete materials have been explained.

This period in the literary language the Turkish concept concerning to the phrases which coming off from common Turkish idea sounding as personification expressing Turkish words on base of Azerbaijani according to the examples have been confirmed themselves.



Çapa tövsiyə edən: Azərbaycan Texniki Universiteti,

Azərbaycan dili” kafedrası



Rəyçilər: filologiya elmləri doktoru Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru H.Mirzəyev

Sevinc Əliyeva

AMEA Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru, dosent.

KİTABİ - DƏDƏ QORQUD”DA ƏRƏB ALINMA



KOMPONENTLİ ARXAİK FEİLLƏR
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, arxaik feillər, ərəb alınma komponentli

Ключевые слова: «Книга моего Деда Коркута», архаичные глаголы, компоненты-арабизмы

Key words: “Book of my Grandfather Korgud”, archaic verbs, the Arabian borrowing components
“Kitabi - Dədə Qorqud” dastanlarının feil sistemində ərəb və fars alınmaları mövcuddur ki, onların leksik-semantik və struktur planda təhlili ədəbi dilimizin inkişaf yolunda qət etdiyi yolun adekvat dərk edilməsi və obyektiv öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin alınmaların bir qismi günümüzədək öz işləkliyini qoruyub saxladığı halda, bir çox ərəb-fars sözlərinin tamamən və qismən arxaikləşdiyini təsbit etmək mümkündür. Təqdim edilən araşdırmada Azərbaycan ədəbi dilinin lüğət tərkibini tamamən tərk etmiş və ərəb alınma komponentli feillərin fərqli zaman kəsimlərində ifadə etdiyi anlamları müqayisəli şəkildə dəyərləndirəcək və işləkliyin məhdudlaşması mərhələsini müəyyənləşdirməyə çalışacağıq.

Müasir Azərbaycan ədəbi dili üçün tamamən arxaikləşmiş alınma komponentli KDQ feillərindən təfərrüc etmək mürəkkəb feili də xüsusi maraq doğurur: Bayındır xan Qalın Oğuz bəgləriylə tamaşaya baqardı, təfərrüc edərdi [4 ;36]. Dastanın müasir mətnində oxuyuruq: “Bayandır xan Qalın Oğuz bəyləri ilə tamaşaya baxır, əylənirdi” [4;34]. Nümunədən də bəlli olduğu kimi, təfərrüc etmək feili “əylənmək” mənasını ifadə edir. Müasir Azərbaycan dilində təfərrüc sözü arxaikləşdiyi halda, onunla eyni kökdən olan fərəc sözü hələ də işlənməkdədir: “Hüzn, kədər, məyusluqdan sonra gələn sevinc, şadlıq və yaxşı əhval. Allah (Yaradan, Tanrı) fərəc versin! – “Allah kömək eləsin”, “uğurlar olsun”mənasında xoş arzu bildirən ifadə” [2;182]. [FRC] kökünün V bab [təfə’alun] düzəltmə məsdər modelinə [5;201] uyğun şəkildə meydana gələn təfərrüc komponenti klassik ədəbiyyatımızda “əyləncə” anlamında [ 8; 303] geniş şəkildə işlənsə də, zamanla bu alınma sözün həm özü , həm də onun iştirakı ilə yaranmış təfərrüc etmək və eləcə də təfərrüc qılmaq mürəkkəb feilləri arxaikləşməyə başlamışdır. Məsələn, “Dastani - Əhməd Hərami” də oxuyuruq

Təfərrüc eylə köşkündən görəsin,

Necə məhbubədir ol can parasin (DƏH).

Nəsimi lirikasında da bu feilə təsadüf edilir:

Qəriği-bəhri-qəm еtdi məni bu şivə ilə,

Gəlir təfərrüc еdər hər zaman qırağından (Nəsimi) [8 ; 185 ] ;

Üçüncü, sün’i-həqdi hüsni-ziba,

Təsərrüfsüz təfərrüc qıl fərağət (Nəsimi) [9 ; 20].

Daha sonralar, yəni XIX əsr ədəbiyyat nümunələrində (konkret olaraq S.Ə.Şirvaninin əsərlərində) bu mürəkkəb feilə təsadüf edilsə də, tədricən onun işlənmə dairəsi məhdudlaşmış və XX əsrin əvvəllərində ara - sıra M.Ə.Sabir və H.Cavid əsərlərinin dilində özünü göstərən bu söz ədəbi dildən tamamən çıxmışdır:

Bu deyil eyb, təfərrüc eləsəz mənadə -

Ki, bu xanzadə isə, ol biridir şəhzadə (S.Ə.Şirvani) [12; 160] ;

Sürüb at, olub varidi-mürğzar ;

Təfərrüc edirdi iki namdar (M.Ə.Sabir) [10;139].

H.Cavid lirikasında mürəkkəb feilin ərəb mənşəli komponentinin -gah fars mənşəli şəkilçi ilə birləşməsindən törəyən fərqli anlamlı (gəzinti yеri, səyahət yеri) [7;257] sözü də izləyə bilərik:

Çıq, еy qafil bəşər! Dəf ol, çəkil, gеt!

Bu lahuti təfərrücgahı tərk еt! (H.Cavid) [7 ; 28].

Müasir türk ədəbi dili üçün tam arxaikləşməmiş teferrüc sözü “gəzinti”, “ekskursiya”, teferrüc etmek mürəkkəb feili isə “ekskursiya etmək, gəzintiyə çıxmaq” [23;840] mənalarında işlənməkdədir. Lakin həmin mürəkkəb feilin istifadə dairəsinin müəyyən qədər məhdudlaşdığını söyləmək olar. M.Erginin “KDQ”nın Türkiyə türkcəsinə adaptasiya edilmiş müasir mətnində “Dirsə xan oğlu Buğac xan boyu”ndan gətirdiyimiz iqtibasın fərqli şəkildə təqdimatı da bu ehtimalımızı əyani şəkildə təsdiq edir. M.Erginin təqdim etdiyi müasir mətndə oxuyuruq: Bayandir Han kudretli Oğuz begleri ile temaşa ederdi, seyreder eglenirdi [25;14]. Gördüyümüz kimi, eynən müasir Azərbaycan dilinə adaptasiya olunmuş mətn variantındakı kimi, burada da təfərrüc etmək / teferrüc etmek mürəkkəb feili türk mənşəli “əylənmək” feili ilə əvəzlənmişdir.

Müasir Azərbaycan ədəbi dilində tamamən işləkliyini itirmiş digər ərəb alın​ma komponentli mürəkkəb feilin – dastanda “etiraf etmək” mənasında çıxış edən iq​​rar etmək feilinin leksik-semantik özəlliklərinə nəzər salaq. Söhbət dilimiz​də​ki qə​rar, qərar vermək, qərardat, qərarlı, qərarlılıq və s. kimi sözlərlə homo​gen ma​hiy​yətli olan iqrar alınma leksik vahidinin yer aldığı iqrar etmək KDQ mürək​kəb feilindən gedir. İqrar sözü ərəb dilindəki [QRR] üç samitli kökdən tö​rəyən mü​daaf felin IV bab formasının, yəni “1) yerləşdirmək, qərarlaşdırmaq; 2) təsis et​mək, əsasını qoymaq, qərar vermək; 3) isarar etmək, təsdiq etmək (məsələn, müqa​vi​ləni); 4) etiraf etmək” [20;80] mənalarını ifadə edən [əqarra] feilinin məsdərinə əsasla​nır. Bu alınma leksem orijinala yaxın tələffüzdə [iqra:r] transkripsiyasına malik olmalıdır. Dastanın orijinal və müasir Azərbaycan ədəbi dilinə adaptasiya olunmuş varian​tın​da oxuyuruq: Üç kərrə ağzından iqrar eylədi. Günahını tövbə eylədi (KDQ) [4;56] – “De​diyini üç dəfə təsdiq elədi. Günahını tövbə etdi” (KDQ) [4;154]. M.Er​gin tərə​findən müasir türkcəyə adaptasiya edilmiş mətndə oxuyu​ruq: Üç kerre ağ​zın​dan ikrar eyledi, günahına tövbe eyledi [25 ; 43]. V.V.Bar​tol​dun tər​cüməsində hə​min hissə belə təqdim edilmişdir: “Так он сказал, триж​ды под​твердил свое обещание, покаялся в своих грехах” [21] (tər​cü​mə​də: “Be​lə​liklə, o, üç dəfə öz və​dini, verdiyi sözü təsdiqlədi və günahlarını tövbə etdi”). Ərəb dilindən alınma sö​zün ilkin mənbədəki semantikasında həm “etiraf”, həm də “təsdiq” mənalarının əks olunduğunu nəzərə alsaq, hər üç təfsirin doğru olduğu bir daha təsdiqlə​nər. Azər​bay​can dilinin izahlı lüğətində iqrar etmək feilinin “boynuna götürmək, qəbul etmək, etiraf etmək, öz dili ilə təsdiq etmək” mənalarını əhatə etdi-​yi qeyd olunur (kursiv bizimdir. – S.Ə.) [1; 522-523]. Məsələn: C ə b i. Mən ərz еləyirəm ki, qız öz dililənyanımda iqrar еləyib və məni özünə vəkil tutub. .... D i v a n b ə y i . Çünki tələbkar öz tələbini sübut еdə bilmədi və öz dililə iqrar еtdi ki, malı dayısı oğlun​dadır (kursiv bizimdir. – S.Ə.) (N.Vəzirov) [14 ;109,331].

Maraqlıdır ki, müasir türk ədəbi dilində öz iş​ləkliyini davam etdirməkdə olan iqrar sözü hüquq termini kimi “günahın eti​rafının təkrarən təsdiqlənməsi” və ya “təkrarən təsdiq edilməklə etirafı” anlamı​na gəlir. “Türkiyə Cümhu​riy​yəti Ədliyyə Nazirliyi Hüquq Lüğəti”ndə ikrar termininin təfsiri ilə bağlı oxuyu​ruq: “Aleyhine hukuki neticeler husule getirebilen maddi veya hukuki bir vakıanın doğruluğunu tasdiktir” [ 15] . “Hüquq Terminləri Lüğəti”ndə isə qeyd edilir: Tekr​arlama, önceki şeyi bir da​ha söy​leme ve ya yap​​ma, tanıma, kabullen​me, Muhake​-me Hukukunda Iddiacı​nın Iddıasını ka​bul etme, Aynısını itirafta bulunma. İk​-râr, Hu​​kuk davalarin​da ha​kimleri bağla​yıcı​dır. Ceza Davalarında ise Bağlayici değildir. Hâkimin Takdir Hakki vardir. Hukukta yine Ikrarin birkaç şekli ve çeşidi vardir. Basit, Mevsuf, Bi​leşik Ikrarlar gibi” (kursiv bizimdir. – S.Ə.) [16]. Müasir Türkiyə türkcəsində ik​rar ter​mini ilə paralel olaraq, ikrar etmek “etiraf etmək”, “boynuna al​maq” mü​rək​​kəb feili​nin aktiv işləkliyi müşahidə edilməkdədir. Məsə​-lən, Suriye’de Selefi Vatandaşlarının Bulunduğunu İkrar Etti [17]; Paşa, tevil yoluyla ikrar etti [ 18] ; Arınç: Genelkurmay tevil yoluyla ikrar etti [19].

Müasir Azərbaycan dilində həmin mürəkkəb feilin işləkliyi məsələsinə qayıdaraq onu əlavə edək ki, müxtəlif vaxtlarda “Dastani - Əhməd Hərami”də, Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir əsərlərinin dilində işlənmiş bu alınma komponent hal - hazırda müasir ədəbi dilimizdə nisbətən tamamilə arxaikləşmişdir. Onu da qeyd edək ki, klassik ədəbiyyatımızda iqrar sözü yalnız etmək/eyləmək köməkçi feilləri ilə deyil, olmaq, qılmaq feilləri ilə də kombinasiya təşkil edərək işlənmişdir:

Güləndam dəxi söyləmədi təkrar,

Həqiqət dinməməklik olur iqrar (DƏH) ;

Qanı dil ilə iqrar eyləyən kim,

Həqə yoxdur anın könlündə inkar? (Nəsimi) [8;35] ;

Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər,

Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə! ( Nəsimi) [9 ;58]

XIX əsr ədəbi dilimizdə iqrar etmək feilinin işlənmə mövqeyinə nəzər salaq:

Ağa Seyyid Hüseyn bir neçə il dərs oxuyub,

Edir iqrar ki, hala bilirəm Qurani (S.Ə.Şirvani) [12 ;40] ;

Məni əfv eylə ki, öz cürmümə iqrar etdim,

Anladım səhvimi, iqrarımı inkar etdim (S.Ə.Şirvani) [12;40].

Sonuncu iqtibasda H.Sultanova ünvanladığı şeirində S.Ə.Şirvani öz cürmünü, yəni “günah”ını iqrar, yəni etiraf edərək əfv diləyir.

Gəl mənim sən’ətimdə sür’ətimi

Görüb, iqrar qıl məharətimi... (M.Ə.Sabir) [11 ;132]

Bu nümunədə isə M.Ə.Sabir mükalimini öz “məharətinin etirafına” dəvət edir.

Axırda pоlis naziri dedi: – Görünür, bu qız atası ilə getməк istəyir və güclə gətirilməyini iqrar etməyə qоrxur (Ə.Haqverdiyev) [10 ;184].

KDQ mətnində tamamən arxaikləşmiş ərəb alınma komponentli feillər arasında ərcəl qopmaq ifadəsi xüsusilə diqqəti cəlb edir. Əminliklə söyləyə bilərik ki, ərcəl qopmaq ifadəsi bir​mənalı şə​kildə feili frazeoloji vahid statusunda dəyərələndirilməlidir: Yarımasun - yarçıma​sun, səniň, oğluň, kür qopdı, ərcəl qopdı [ 4; 37].



Ərcəl sö​zünün ərəbcədə əks etdirdiyi məna yükünə gəlincə, dastanın Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmış mətnində oxuyuruq: “Yarımasın sənin oğlun, nankor və fərsiz çıxdı”[4 ; 135]. Lakin süjetə görə hadisələrin gedişatı “qırx igidi dəs​təsinə qatıb, qalın Oğuzun üstünə yürüş etməkdə”, “harda gözəl var​dısa, çəkib al​maqda” və daha nələrdə ittiham olunan [4 ;37] Dirsə xan oğlu Buğacın fərsiz ki​mi təqdim olunması bir qədər inandırıcı görünmür. Doğru​dur, onu da qeyd etməli​yik ki, M.Erginin müasir türk ədəbi dilinə etdiyi adaptasiya varian​tın​da da oxşar se​man​​tika izlənməkdədir: “murada maksuda ermesin senin oğ​lun kötü çıkdı ha​yır​sız çıkdı” [25;15]. Müqayisə üçün əlavə edək ki, V.V.Bartoldun tərcüməsində hə​min hissə belə verilmişdir: Твой негодный, беспутный сын вышел неудачным [22]. Ərcəl sözünün ərəb dilində ayaq, kişi, yerimək, piyada, kişiləşmək, həddi - bu​luğa çatmaq, (qadın haqqında) özünü kişi kimi aparma, kişilik, kişilik ləyaqəti və s. bu kimi anlayışların törəməsinə rəvac vermiş [RCL] ilkin üçsamitli kökünə istinad etdiyi məlumdur (bax: [24 ;289]). Gö​ründüyü ki​mi, ilk baxışdan qeyd edilən üçsa​mit​li kök yuvasında müsbət çalarlar müt​ləq üs​tünlük təşkil edir. Di​gər az maraq doğurmayan məqam Cə​nubi Azər​baycan dialektlərində ərcəl sözünün ərəb dilindəki ilkin pozitiv anla​ma daha yaxın mənada işlənməsi ilə bağlıdır. B.Hadinin türkcə (Cənubi Azər​baycan türk​cəsi üzrə - S.Ə.) izahlı lüğətində oxu​​yu​ruq: ərcəl: 1. kişi sifət. cəvan​mərd; ərcəl: 1. xoşqovl. tutanırlı; ərcəl: 2.kişisəl. mə​r​dana; ərcəlliq // ərcəllik kişilik. mərdanalıq [6 ;107]. Belə olan təqdirdə, haqlı sual meydana çıxır: dastan mətnində yer alan ərcəl qopmaq ifadəsinin ilkin seman​tik yü​kü və abidə mət​nindəki məna tutumu real olaraq necə​dir? Bu sualın obyektiv ca​vabını tapmaq üçün həmin ifadənin işlənmə məqamına diqqət yetirək. Dastanın mətnində ərcəl qopmaq ifadəsi qorqudşünas alim​lə​rin, o cümlədən, A.Hacı​yev və Ə.Tanrı​verdinin də qeyd etdiyi kimi (bax: [3 ;15];[13 ], kür qopmaq ifadə​si​lə tam sinonim anlam kəsb edir: Sənin oğ​lun kür qopdı, ərcəl qopdı [4;37]. “İlkin işlənmə məqamını nəzər​dən qa​çırsa da, M.Erginin bu arxaizmin “idraksız, inatçı, inadına kötü iş yapan, ak​si, ya​ramaz, kötü, huysuz, kö​tü huylu, kötü tabiatlı” məna​larında izah еtdiyinə” diq​qət çəkən A.Hacıyev yazır: “Doğrudur, M.Kaşğari lüğə​tində “kür” sözü “cəsur, igid” mənasında müsbət mə​nada qeydə alınmışdır (kur​siv bizimdir. – S.Ə.), lakin abi​dənin dilində bu arxaizm həm işlənmə məqamına, həm də “uğursuz” mənasında iş​lənən ərcəl (Ə.Həyyan​da da “ərcəl” arxaizmi be​lə izah olunub) sözü ilə sino​nim​lik təşkil etməsinə görə, M.Erginin açıqlamalarına uyğun gəlir. O.Ş.Gökyay da kür arxaizmini “yontulmuş, terbiyesiz, nankor, ha​lınden şikeyetçi” mənalarında izah etmişdir [3 ;15]. Kür/ərcəl sözlərinin abidə mət​nindəki semantik paralelliyi mə​sə​ləsinə toxunan Ə.Tanrıverdinin tədqiqatında oxu​yuruq: «Dastan»dakı «kür» sözü (Səniŋ oğlıŋ kür qopdu,ərcəl qopdu; Bəglər taŋrı bizə bir kür oğul vermiş) Qorqud​şü​naslıqda “fərsiz, fərasətsiz, qışqırıqçı, hay – küyçü” və s. mə​nalarda izah edilmişdir. Həmin söz qərb ləhcəsində “bədrəftar, tərs” məna​sın​da​dır (Kür adam biz o adama de:rix' kin,o adam ləj (bədrəftar, tərs – qeyd müəl​lifindir) olor) [13;247]. De​məli, yuxarıda təqdim edilən informasiya kür və ərcəl sinonimlərinin hər ikisi​nin bir növ ambivalent məna kəsb etdiyini ehtimal etmək üçün əsas verir. Müqayi​sə üçün xatırladaq ki, kür sözü müasir Azərbaycan dili və dialektlərində həm “Hay - küy​çü, zorakı, dediyini yeridən, inadkar (Kür adam. – [Əlyarov:] Sonra ağzı​göy​çək​lər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil. M.Hüseyn), həm də “Tənbəl, bacarıqsız, aciz, əlindən iş gəlməyən” adam və ya “ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq” anlamlarını ifadə edir [1;780]. Ərcəl sözünün istinad etdiyi ərəb dilindəki [RCL] ilkin kökündə müsbət və mənfi çalarlı məna​la​rın birgəmövcudluğu, habelə mənim​sənildikdən sonra Azərbaycan dilinin Cənub dialektində və KDQ mətnində pozitiv və neqativ mənaları əks etdirməsi qeyd etdiyimiz ambivalentlik məqamına şübhə yeri qoymur. Bu mənada biz, düşünürük ki, istər süjet xəttinə görə, istərsə də ərəb dilindəki etimonun məna spektrinin do​mi​nant çalarlıqlarına görə, KDQ - dakı verilmiş mətn parçasında (Sənin oğlun kür qopdı, ərcəl qopdı) ərcəl sözü “fərsiz” anlamına uyğun gəlmir, daha çox ərköyünlük, kürlük, zorakılıqla bağlı məna çalarlıqlarını əks etdirir.

Təqdim edilən nümunələr KDQ - dakı arxaikləşməyə məruz qalmış ərəb alınma komponentli tərkibi feillərin yalnız məhdud hissəsini əhatə edir. Hətta bu nümunələrin özləri belə dastan mətninin qələmə alındığı dövrdən günümüzədək dilimizin feil sistemindəki alınmaların leksik-semantik planda hansı dəyişikliklərə məruz qalması barədə ümumi təsəvvürün əldə edilməsində müstəsna rol oynayır.



ƏDƏBİYYAT
1.​ Azərbaycan dilinin izahlı lüğəti, II cild, Bakı: Şərq - Qərb, 2006, 792 s.

2.​ Azərbaycan dilinin izahlı lüğəti, III cild, Bakı: Şərq - Qərb, 2012, 727 s.

3.​ Hacıyev A.X. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı: “Elm”, 214 s.

4.​ Kitabi - Dədə Qorqud, Bakı: Yazıçı, 1988, 265 s.

5.​ Məmmədov Ə. Ərəb dili, Bakı: Maarif, 1998, 620 s.

6.​ Turuz Sözlüyü - Türkce - Türkce 25\11\2012 Tebriz - Bey Hadi http://denemetr.com/docs/index-21110.html?page.

7.​ Cavid H. Əsərləri. Bеş cilddə, I cild, Bakı, “Lidеr nəşriyyat”, 2005, 256 s.

8.​ Nəsimi İ. Sеçilmiş əsərləri, I cild, Bakı, “Lidеr nəşriyyat”, 2004, 336 s.

9.​ Nəsimi İ. Sеçilmiş əsərləri, II cild, Bakı, “Lidеr nəşriyyat”, 2004, 376 s.

10.​ Haqverdiyev Ə. Seçilmiş əsərləri, II cild, B.: “Lider nəşriyyat”, 2005, 408 s.

11.​ Sabir M.Ə. Hophopnamə, II cild, Bakı, “Şərq - Qərb”, 2004, 384 s.

12.​ Şirvani S.Ə. Seçilmiş əsərləri, II cild, Bakı, AVRASİYA PRESS, 2005,384s

13.​ Tаnrıvеrdi Ə. «Kitаbi - Dədə Qоrqud»un söz dünyаsı», B.: Nurlan, 2006,471s.

14.​ Vəzirov N. Əsərləri. Bakı, “Şərq - Qərb”, 2005, 304 s.

15.​ Türkiye Cumhuriyyeti Adalet Bakanlığı. Hukuk Sözlüğü http://www.sozluk.adalet.gov.tr/Liste.aspx?harf=%DD

16.​ http://sozluk.bilgiportal.com/nedir/ikrar

17.​ “Yeni Hayat” (Türkiye), 23 Şubat 2013, http:// www. yenihayatnews. com/news/?p=15295

18.​ “Zaman” (Türkiye), 21 Ocak 2010, http:// www. zaman. com. tr/gundem_pasa-tevil-yoluyla-ikrar etti_942993.html

19.​ “Zaman” (Türkiye), 24 Aralık 2009 http://www. zaman. com. tr/politika_arinc-genelkurmay-tevil-yoluyla-ikrar-etti_931450.html

20.​ Белкин В.М. Арабско-русский словарь, М.: «Русский язык»,1986,528 c.

21.​ Песнь о Бамси-Бейреке, сыне Кан-Буры // “Книга моего деда Коркута” (перевод В.В.Бартольда, составители: В. Жирмунский А. Кононов) http://www.vostlit.narod.ru/Texts/rus9/Korkut/text3.htm

22.​ Песнь о Богач-Джане, сыне Дерсе-хана // “Книга моего деда Коркута” (перевод В.В.Бартольда, составители: В. Жирмунский А. Кононов) http://www.vostlit.info/Texts/rus9/Korkut/frametext1.htm

23.​ Турецко - русский словарь (авторы: А.Н.Баскаков, Н.П.Голубева и др.), М.: «Русский язык», 1977, 966 с.

24.​ Арабско - русский словарь http:// padaread. com/ ?book = 21949 &sub= 18&pg =11

25.​ Dede Korkut Kitabı, (Muharrem Ergin) Hisar, Kültür gönüllüleri, 2003http://www.gunesdershanesi.com/ekitap/Muharrem_Ergin_Dede_Korkut_Kitabi.pdf.


Алиева С.Н.
Архаичные глаголы с компонентом-арабизмом в «Книге моего Деда Коркута»

Р е з ю м е

В статье исследуются лексико-семантические изменения в сложных глаголах в «Книге моего Деда Коркута». Автор на основе языка произведений авторов, живущих в различных эпохах, а также на основе материалов турецкого языка выявляет особенности семантического сужения данного рода глаголов.



Aliyeva S. N
The Archaic Verbs of the Arabian Borrowing Components in the “Book of my Grandfather Korgud”

Summary

In thia article the lexico- semantic changes of the compound verbs of the Arabian borrowing components being archaic at times and used in the “Book of my Grandfather Korgud” are studied. Referring to the works of the authors lived and created in the different times, as well as according to the materials of the related Turkic language the author determines the peculiarities of the narrowing in the usage sphere of those verbs




Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Monitorinq şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru R.Eyvazova

filologiya elmləri doktoru T.Baxşıyeva

Qətibə Mahmudova

AMEA,Nəsimi adına Dilçilik İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru

dr.gatibe@gmail.com
TÜRK DİLLƏRİNDƏ SÖZ VƏ TERMİN YARATMA

PROSESİNƏ BİR NƏZƏR
Açar sözlər: sözyaratma,Türk dilləri, leksik şəkilçi, termin

Ключевые слова: словообразования, тюркские языки, лексические окончение, термин.

Key words: word formation, Turkish languages, lexical suffixes, the term.
Dil insanlar arasında əsas ünsiyyət vasitəsi olmağa başladığından bəri yeni sözlərin yaranmasına ehtiyac duyulmuşdur. İnsanlar arasında mədəni əlaqələr artdıqca həyatımıza yeni daxil olan anlayışlara qarşılıq tapmaq gərək olur. Elm və texnikanın inkişafı dilə yeni terminlər, yeni sözlər gətirməyə səbəb olmuşdur.

Bir dilin bütün dövrlərində yeni sözlərə ehtiyac olduğu kimi bəzi sözlər müəyyən dövrdə dildən çıxa da bilər. Məsələn, keçən əsrlərdə dilimizdə istifadə olunan, amma bu gün unudulan çox sayda söz olduğu kimi, keçən əsrlərdə dilimizdə olmayan bu gün isə işlək olan çoxlu miqdarda söz vardır. Bu proses nəinki təkcə Azərbaycan dilində, bütün türk dillərində belədir.

Söz yaratma prosesi dildə mövcud olan ehtiyacın ödənilməsi məqsədi ilə meydana gəlir. Aqlütinativ dil olan Türk dillərində sözyarat­ma köklərə leksik şəkilçilər artırılmaqla yaranır. Kökə lek­sik şəkilçi artırmaqla, iki sözü birləşdirərək mürəkkəb söz yarat­maq­la, xarici dildən söz almaqla dildəki söz ehtiyacı ödənilir.

Türk dillərində köklər və şəkilçilər zəngindir. Lakin istənilən sözə leksik şəkilçi artırmaqla istənilən sözü yaratmaq da olmaz və yaxud bu yolla düzəldilən sözlərin çoxu da dildə vətəndaşlıq hüququ qazanmır. Qaydalara və şərtlərə uyğun yaradılmayan sözlər dildən çıxır və ya dilin məntiqinə zidd olan bir hərf və səs yığımı meydana gətirir. Düzəldilən sözün dildə vətəndaşlıq hüququ qazanması və uzunömürlü olması üçün yeni söz müəyyən qanunauyğunluqla yaradılmalıdır. Bir sözlə dildə özbaşına şəkildə yaranmış söz olmamalıdır. Türk dillərinin əsas xüsusiyyətlərdən biri də qanunauyğunluqdur. Türk dillərinin quruluşunu araşdıran qərb alimləri, dilimizdəki qanunauyğunluğu öyməklə bitirə bilmirlər. Türk dillərində söz yaratma kök və başlanğıc formanın üzərinə təsadüfi şəkilçilərin gətirilməsilə ola bilməz. Dil öz qaydalarına, təmayüllərinə, inkişafına uyğun gəlməyən yeni sözləri heç vaxt qəbul etmir. Dil söz yaratmağı qəbul edir, söz uydurmağı isə rədd edir. Söz uydurmaq dilin tarixi inkişafına baxmadan hər hansı bir dövr və hər hansı bir sahədən təsadüfi kök və başlanğıc formalar alaraq, onlara dilin qaydaları ilə uyğunlaşmayan təsadüfi şəkilçi gətirməkdir.

Morfoloji yolla söz yaratmaq dildə yeni sözə olan ehtiyacı tam ödəyə bilmir. Dildə iki sözün birləşməsi ilə də yeni sözlər yaranır. Dünya dillərində müxtəlif söz yaratma metodları vardır. Müxtəlif dünya dillərində söz yaratmanın yeni üsulları meydana gəlmişdir. Məsələn, müasir ərəb dilində yeni söz yaratmada naht üsulundan istifadə olunur. "Naht, iki söz və ya cümlədən yeni bir söz etməkdir. Naht terminini Türkcədə ən az bir dənəsi müstəqil olmaq üzrə bir və ya çox parçacıqdan meydana gələ bilən və özünə xas bir məna daşıyan vahid şəkildə birləşmiş sözlərə şamil etmək olar. Qərb dillərində naht faktını tam olarak qarşılayan bir anlayış yerinə, ona yaxın, word coinage /, blend, amalgam /, acronomy, abbreviation /, compound word / terminlərindən də istifadə olunur (1).

Bəzən həyatımıza daxil olan yeni anlayışın qarşılığı söz qrupları ilə verilir. Söz qrupları vasitəsilə söz icad etmək də söz yaratma yollarından biridir. Bu yol, dildəki yeni anlayışların qarşılığını verməkdə istifadə olunan təbii bir üsuldur. Bu tip sözlərdə varlığı və ya anlayışı tək söz ilə deyil, birdən bir necə söz ilə ifadə etmək olur. Lakin elə də ola bilər ki, dildəki yeni anlayışın qarşılığnı vermək üçün söz qrupları işə yaramır. Yeni sözlərin qarşılığının söz qrupları ilə verilməsi son əsrlərdə ortaya çıxmışdır. Dildə olmayan sözlərin qarşılığının söz qrupu ilə verilməsi ənənəsi Türkiyə türkçəsində daha güclüdür. Məsələn, yer çekimi, hanımeli, ses bilgisi; beyaz peynir, açıkgöz, toplu iğne; eli açık, ayak yalın, günü birlik, sırtı pek; gelebilmek, , çıtçıt, gün aydın;  ateşkes, denizaltı, elaltı, gözaltı, suçüstü, olağanüstü, insanüstü, gök delen, demiryolu= demir yolu, buzlucam, ağaçkakan, incebağırsak, kalınbağırsak, doğumevi,“genelkurmay”, “yükseköğretim”, karayolları”, “dışişleri”, “içişleri”akaryakıt, bilirkişi,anaokulu ,anlambilgisi, evrenbilim, kamuoyu, orta öğretim, ön seçim, radyo evi,topluiğne, önseçim, yaş günü, önsöz, hava alanı, özgeçmiş.Türkiyə türkcəsində yeni söz qrupu adı altında verilən bu sözlərin çoxu Azərbaycan dilində mürəkkəb söz sayılır. Ümumiyyətlə, Türk dillərində yeni anlayışların qarşılığının iki sözlə verilməsi son illərdə çox aktivləşmişdir.

Son dövrlərdə türk dillərində yeni söz yaratma üsulları görülməkdədir. Bu üsul, yeni yaradılan sözlərin ilk hecalarının alınıb, iki hecalı yeni sözlər yaratmaqdan ibarətdir. Türkiyə türkcəsində buna “kəs-kopyala-yapışdır” üsulu deyilir. Məsələn, kanka (qan qardaşı), akbil (ağıllı bilet), kapkaç (qapdı qaçdı); çekyat-(çəkib yatmaq)lazım olduğunda açılıb yataq vəziyyətinə gətirilən kreslo, divan; seçal (seçib almaq) kafe, restoran, mağaza və s. yerlərdən nəyi isə seçib almaq; geçgeç (geç geçlemek, geçe geç, geçip geçmek) seyr ediləcək uyğun bir program aramak məqsədiylə televizyon kanallarını seçmək; sürgit (sürüb getmək) sonsuz olaraq, sonsuzluğa qədər, əbədi; gelgeç (gəlib keçmək) müvəqqəti; verkaç(verib qaçmaq) futbol və basketbolda topu komanda yoldaşına ötürən bir oyunçunun qarşı komanda qalasına və ya uyğun bir istiqamətə qaçaraq eyni adamdan topu geri alması; qabarma-çəkilmə (gəlib getmək) boşuna gedib gəlmə; vurtut (vurub tutmaq) uzun uzun höcətləşərək, möhkəm bazarlıq etmək;
bir yer­­­də oturub danışmaqdan çəkinməyi; yapboz (edib pozmaq) kəsil­miş şəkil parçacıqlarını bir-birinə uyğun vəziyyətə gətirərək əsl forması yenidən meydana gətirməyə söykənən bir növ uşaq oyunu; kapkaç (qapdı qaçan, qapdı qaçdı, qapıb qaçmaq) qapıb qaçmaq yolu ilə edilən bir növ oğurluq.

Türkiyə türkcəsində ixtisara bənzəyən digər bir söz yaratma metodu da “Karma Karma”, metodudur. Bu metodla yeni söz belə yaranır. İki sözdən alınan heca və ya parçalardan ibarət olan yeni söz yaranır.

Elektron və məktub sözlərinin “el”-və “mek”-qisimlərinin birləşdirilərək “elmek” sözünün törədilməsi bu yolla reallaşmışdır. Türk dilində əsgərliklə əlaqədar bəzi terminlər bu üsulla meydana gəlmişdir: albay (

Əsrlər boyu Türk dillərində aparıcı sözyaratma üsullarından biri də digər dillərdən söz almaqdır. Əlbəttə yaxşı olar ki, Türk dillərində yeni sözlər, terminlər dilin daxili imkanları əsasında yaransın. S.Sadıqova yazır: “Başqa dillərdə olduğu kimi Azərbaycan dilində də terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrin yaradılmasıdır. Ona görə də, elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından səmərəli istifadə etmək lazımdır”( 2,14).

Başqa dildən söz qəbul etmək yeni bir obyektin və ya anlayışın, gəldiyi yerdən adını da birlikdə almaq deməkdir. Bu üsul texnologiyanın sürətlə inkişaf etdiyi son dövrlərdə daha çox vüsət almışdır. Kəşf və ixtiralar yolu ilə ortaya çıxan yeni anlayışların, obyektlərin, əşyaların adını xarici dillərdən alma məcburiyyətində qalırıq. Bütün dünya dillərində mövcud olan bu vəziyyət Türk dillərində artıq məcburiyyət halını almış və bu məcburiyyət nəticəsində Türk dillərinin leksikasına həddindən artıq söz daxil olmuşdur.

“Zaman içində olduğu kimi qalan, heç dəyişməyən bir dil yoxdur. Hər dil zamanla az və yaxud çox dəyişir. Əlbəttə dil milli mədəniyyətin bir parçasıdır və mədəniyyət dəyişmələrinə paralel olaraq dildə də bir sıra dəyişmələr olur və başqa dillərlə təmasda olur. Əvvəllər ərəbcə və farscadan alınan çox söz necə Türk dilinin elm və mədəniyyət dili olaraq inkişafında böyük rol oynamışdısa, bu gün də Qərb dünyasından gələn çox sözü rahatlıqla istifadə edə bilirik” (3,80).

Əlbəttə, dilimizdə bu anlayış və obyektlərin adını qarşılayacaq bir söz tapılmadığından o sözü digər dildən almaq məcburiyyətində qalırıq. Lakin deyə bilmərik ki, bu ənənə məhz son əsrlərdə yəni, XX-XXI əsrlərdə elm və texnikanın inkişafı nəticəsində meydana çıxıb. Əsrlər boyu türk dilləri digər dillərdən söz almaqla yeni söz yaratmışlar. Lakin artıq bu gün dilçi olmayan çox az adama bəllidir ki, Azərbaycan dilindəki “məktəb” sözü ərəb mənşəli, Türkiyə türkçəsindəki “okul” sözü isə fransız mənşəlidir. Yaxud da bu gün Azərbaycan dilindəki “televiziya, ekran, motor, bank, molekul, radio, telefon, ştamp və s.” sözlərini digər bir sözlə əvəz etməyə ehtiyac belə yoxdur. Türkiyə türkçəsində işlənən “kaside,   ayet,  gazel , hadis, tren matematik, biyoloji, kimya, röntgen,  cami, otomobil, radyo, telefon, televizyon, motor, banka, posta , telekom, ekran, spam, virüs, molekül, hücre, koordinat və s.” kimi sözlər keçmişdə və günümüzdə qarşılığını yarada bilmədiyimiz üçün dilimizə girmiş alınma sözlərdir. Türk dillərində bəzi sözlər var ki, onların qarşılığı kimi iki alınma sözdən istifadə edilmişdir. Məsələn, Türkiyə türkçəsində bu iki alınma sözlərin hər ikisi aktivdir: həndəsə - geometri;  təşəkkür - mersi;   yemiş - meyve; siyasət politika;  təminat - garanti; iqtisad i- ekonomi və s. Digər dillərdən söz almaq həm asan, amma o dil üçün təhlükəli bir üsuldur. Bu dillər sanki digər dillərdən söz almağa öyrənir. Dil digər dillərdən hazır söz almağa alışır, daha özü yeni söz yaratmağa cəhd də göstərmir.

Əgər həyatımıza yeni daxil olmuş bir əşyanın adının dilimizdəki qarşılığını tapa bilmiriksə, onda əcnəbi sözü dilimizə almaqdan başqa çarəmiz qalmır. “Sözün alınmasının başlıca səbəbi həmin sözün adlandırdığı əşyanın, predmetin, prosesin, hadisənin, anlayışın alan dildə ifadə olunması üçün müvafiq sözün yoxluğudur” (4,6). Buna baxmayaraq, dilin refleksləri xarici sözləri öz səs qaydalarına və deyiliş formalarına uyğunlaşdırır. Bu üsulla əslində xarici əslli olmasına baxmayaraq, Türkləşmiş çox sayda söz var. Məsələn, nərdivan, şənbə, çərşənbə, şənbə, cümə axşamı, məktəb və s.

“Söz yaratmağın və anlayışların qarşılamağın digər bir yolu da dilin köhnə qaynaqlarında, dialekt və şivələrində olan və hal-hazırda unudulmuş olan sözləri dirildərək yenidən canlandırmaq üsuludur. Dildə unudulmuş olan sözlər taparaq yenidən canlandırmaq və bu sözləri dirildərək gündəlik danışıq dilində işlətməklə bir çox söz ehtiyacını ödəmək mümkündür. Türkiyə bu təcrübədən XX əsrin əvvəllərindən istifadə etmişdir. Diriltmə yolu sanıldığı qədər asan olmayan yoldur. Qədim dilin fonetik quruluşunu, səs dəyişmələrini üzərində daşıyan bu sözlər ilk öncə çətin qəbul olunan sözlərdir. Bu səbəblə onların dirildilməsi çox çətin olduğu kimi bu sözlərə xalqı alışdırmaq da çətindir”(5).

Bu gün belə deyə bilərik ki, hər dil sürətli şəkildə olaraq yeni sözlər yaratmaq məcburiyyətindədir. Elmdə, texnikada və digər sahələrdə gedən inkişaf hər gün yeni anlayışlar yaratdığı üçün, hər dildə bunlarla əlaqədar yeni terminlər yaranmaqdadır.

Dilçilikdə söz yaratmağın ən kiçik, sadə forması dilin bir elementinə müxtəlif şəkilçi artırılmaqla və ya iki sözü birləşdirmək yoluyla yeni sözlər yaradaraq müxtəlif anlayışların izahatını təmin etmək kimi başa düşülə bilər. Dildəki sözlər beləcə yenilərini doğurar və ya bir neçə söz bir araya gələrək mürəkkəb sözü meydana çıxardar. Təbii olaraq hər milli dil öz dilində söz yaratmağı bacarmalıdır.

Xarici sözlərin dili istila etməsinin qarşısını almaq, ana dilimizi


milli yeni sözlərlə zənginləşdirmək hərəkatına “purizm” deyilir. Qədim Türk dilində zəngin və məhsuldar söz yaratmaq imkanlarına sahib olduğu görünən Türk dilləri, daha sonra yazı və mədəniyyət dili olaraq ərəb və fars dilinin təsiri altında qaldığından, lazım olduğu qədər yaradıcı ola bilməmiş, məhsuldarlığını və söz yaratma qabiliyyətini demək olar ki, itirmişdir.

Türk dillərində XX əsrin əvvəllərindən dildə təmizləmə hərəkatı başlamışdır. Türk dilləri demək bəlkə də yanlış olardı. Bu hərəkat var qüvvəsi ilə Türkiyə türkcəsində başladı. Digər türk xalqları isə SSR adlanan qurumun tərkibinə qatıldıqları üçün bu dillərdəki ərəb-fars sözləri rus sözləri ilə əvəzləndi və demək olar bu dillərdə Türkiyə türkcəsində olduğu kimi purizm hərəkatı olmadı.

Türkiyədəki özləşdirmə prosesində Türkiyə türkcəsindəki unudulmuş, artıq arxaikləşmiş və dilin aktiv leksikonundan çıxarılmış sözlər yenidən meydana gətirilmiş ərəb-fars sözləri bu sözlərlə əvəz edilmişdir.

Türkiyədə başlanan milliləşmə hərəkatı ilə birlikdə dilin təməl quruluş zənginlikləri canlandırılmışdır. 1908-ci ildə sonra Yeni Türkçəlilər adını alan türk ziyalıları, dildən xarici sözlərin və ifadələrin çoxunu atmağa çalışaraq yazı dilini danışıq dilinə yaxınlaşdırmağı təmin etmişlər. Qəzet dili, ədəbi yazılı dil getdikcə sadələşmişdir. Türkiyədə respublika dövründə türk dili hər istiqamətdən milliləşdirilmiş və Atatürkün yaradıcı işığıyla Dil İnqilabı başlamışdır. Bu gün bu Dil inqilabına Azərbaycan dilinin ehtiyacı var desək yanılmarıq.

“Bu islahatlar sayəsində türk dili modern mərhələyə qədəm qoydu.Bu prosesin ən gözəl xüsusiyyəti odur ki, qədim türk dillərindəki arxaikləşmiş kəlmələr yenidən dilə gətirilmişdir. Məsələn, ulus, yasa, anı, biliq və .”( 6, 130).

Lakin Türkiyə türkçəsində gedən bu prosesə türk alimlərinin özü də tənqidi münasibət bəsləmişdir. Buradakı “ilgili” sözü haqqında xüsusi olaraq danışmaq istərdik. Hələ 1980-ci ildə türk dilçisi Faruk Timurtaş “Şəkilçilərin yanlış işlədilməsi və uydurma kəlmələr” adlı məqalə yazmışdır. Alimin fikrincə, şəkilçilərin yanlış işlədilməsi əcaib sözlərin yaranmasına səbəb olmuşdur. Belə əcaib sözlər sırasında alim “ilginc” kəlməsini göstərir. “sevinc, qorxunc, gülünc, qısqanc-nümunələrindən görüldüyü kimi, -“ç” və ya “-nç” şəkilçisi fel köklərinə gətirilir. Türkiyə türkçəsində “ilgimek, iligmek” şəklində bir fel mövcud olmadığı üçün “ilginç” yanlış və uydurma bir sözdür.Alim daha sonra “bağımsız, toplum” sözlərini də misal göstərir. “bağ-isim olduğuna görə, felə gətirilməsi gərəkən “m” şəkilçisinin isim kökünə gətirilməsi yanlışdır.”(7,336).

F. Timurtaşın fikrincə, dildə məhsuldar olmayan və ölü şəkilçilərlə yeni söz yaranmaz. “Yeni sözlər ancaq məhsuldar şəkilçilərlə düzələ bilir” (7,337). Lakin biz alimin bu fikri ilə razı deyilik. Bir şəkilçinin bu gün az məhsuldar və ya ölü sayılması o deyil ki, o şəkilçi yenidən heç bir zaman söz yaradıcılığında iştirak edə bilməz. Əgər hər hansı bir söz dilin lüğət tərkibindən müəyyən zaman kəsiyində çıxıb yenidən dilə qayıda bilirsə, şəkilçi də bir zaman az işlək və ya tamamən ölü ola bilər. Lakin nə vaxtsa bu ölü şəkilçi dirilib yenidən söz yaradıcılığında iştirak edə bilər. Alim yazır: “-sal,-sel şəkilçisi uydurmadır. –al,-el fransızcadan keçib.-al,-el bəzən –l- şəklində görünür. Türk dillərində belə şəkilçi yoxdur. “Okutman, eğitmen sözlərindəki –man,-men-şəkilçisi də uydurmadır.-şişman, kocaman-kimi bəzi sözlərdə görünən bu şəkilçi ölü bir şəkilçidir və belə bir məna daşımamaqdadır.

F. Timurtaş daha sonra “toplum,örgüt, karşıt, bağıt” sözlərinin də uydurma bir söz kimi yaradılmasından bəhs etmişdir.Toplum da belədir-türkcədə toplumak və ya topulmak deyə bir fel mövcud deyil”(8,328). “-t şəkilçisinin –örgüt, karşıt, bağıt- kimi yeni düzəldilən sözlərdə isimlərə əlavə olunması yanlışdır”(8, 328). “Tərbiyəli” mənasında işlənən “eğitsel” sözündə ismə artırılan və uydurma olan “-sel”şəkilçisi fel kökünə əlavə olunub. Alim daha sonra bu misalı göstərir. “zor” kəlməsinə işlək olmayan “-n” şəkilçisinin əlavə olunması yanlışdır. Zorunlu kəlməsi “məcburi kəlməsinə qarşılıq olmaz. “Zərf meydana gətirən –n- şəkilçisindən sonra - lu- şəkilçisi gəlməz. Bütün bunlardan başqa isə “zor” sözü fars mənşəlidir. Ərəbcə əsillidir deyə “məcburi” kəlməsini atıb farsca bir sözə işlək olmayan bir şəkilçi əlavə edərək yeni bir söz meydana gətirmənin bir mənası yoxdur”(8,328). Türkçədə isim kökünə gətirilən bir –ç- şəkilçisi olmadığı halda “araç” sözü yaranmışdır. Eyni şəkilçi ilə bir “gereç”sözü də düzəlmişdir. Türk dilində mövcud olmayan “gere” kökündən meydana gəlmişdir. Dilimizdə bir “ay,-ey” şəkilçisi olmadığı halda –birey, düzey- sözləri uydurlumuşdur”(9,329). F. Timurtaş türk dillərində -ay, ey şəkilçisinin olmadığını sözylətirsə , bəs onda türk dillərindəki “güney, quzey” sözlərindəi şəkilçilər də uydurmadır?

“Bəzən yalnız şəkilçi baxımından deyil. Məna baxımından da yanlış sözlər yaranır. “Vicdanın qarşılığı kimi “bulunç” irəli sürülmüşdür. F. Timurtaş “izləmək” sözünün bir teart əsərini, bir filmi seyretmek mənasında işlənməsini də xətalı hesab edir. Çünki –izlemek- izinin arxasından getmek,aramaq” mənasında işlədilir (8,329).

Son illərdə Azərbaycan dilində də “izləmək” sözü Türk dilinin təsiri ilə aktivləşmişdir. Tamaşaçılar əvəzinə, izləyicilər, filmə,verilişə baxmaq əvəzinə “izləmək” sözlərindən istifadə olunur (8,328).

Ümumiyyətlə, son illərdə, yəni, müstəqillik illərində Türkiyə türkçəsinin Azərbaycan dilinə çox güclü təsiri müşahidə olunmaqdadır. Müstəqillik illərində də dilimizdə olan xarici mənşəli sözlərin milli sözlərimizlə əvəz olunması prosesi başlandı. Lakin bu heç də dilin daxilində gedən bir proses olmadı. T.Quliyev müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibinin yeni düzəltmə sözlər hesabına zənginləşməsi haqqında danışdıqda bu sözəri nümunə göstərir: “doğu, batı, dəstək, təmsilçi, toplantı, önəmli, açıqlama, yayaım, sorğu və s.” Düzdür bu sözlər müstəqillik illərində dilimizdə aktivləşmişdir. Lakin bu sözlər sırf Türkiyə türkçəsinin təsiri ilə Azərbaycan dilinə keçmiş sözlərdir. 90-cı illərdən sönra Türkiyə Respublikası ilə əlaqələrin genişlənməsi, gediş-gəlişin intensivləşməsi, Türkiyə televiziya kanallarının Azərbaycanda geniş yayımı bu sözlərin dilimizə keçməsinə səbəb olmuşdur. Heç də Azərbaycanda heç kim oturub fikirləşməmişdir ki, gəlin “qərb” sözü alınmadır deyə onu “batı” sözü ilə əvəz edək. azərbaycan dlinin izahlı lüğətində “doğu” məhz gündoğan mənasında verilib (9,659). Bu söz lüğətdə “şərq” mənaısnda verilməyib. “Qərb” sözü isə “ günbatan mənasında verilmişdir” məhəlli söz kimi qeydə alınıb.”Günbatan, qərb tərəf” (9,245). “Açıqlamaq” sözü isə Azərbaycan dilinin izahlı lüğətində tamamilə yer almamışdır. “Dildə müstəqillik illərində morfoloji yolla yaranmış aralıq, artım, balanslaşdırılmış, basınc, baxım, bənzərsiz, dəvətli, ilişgi, ilgili, yetərli, kimlik, saylı, sayqı, sonuc və sairə kimi yeni düzəltmə sözlərin də işlənməsinə rast gəlinir” (10,18). Biz bu sözləri birbaşa Türkiyə türkçəsinin təsiri ilə dilimizə keçən söz hesab edirik.

Ədəbi dildən söz atmaq, bir milləti min illik tarixindən və milli mədəniyyətindən uzaqlaşdırır. Ona görə də istədik-istəmədik min illərlə dilimizdə işlənmiş, vətəndaşlıq hüququ qazanmış sözləri ərəb-fars mənşəli sözlər deyə dildən çıxarıb yeniləri ilə əvəz etmək də yaxşı hal deyil. Lakin bu da danılmaz faktdır ki, heç bir dil durğun vəziyyətdə qala bilmir. Hər bir dildə dəyişmələr gedir. Və bu proses labüddür.

“Heç bir şey dil qədər ağaca bənzəməz. Dillər ağaclar kimi-mövsüm-mövsüm rəngini itirən yarpaqlarını tökər, və təzələrini açarlar. Dilin yarpaqları sözlərdir” (3,176).

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə