Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə4/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Ədəbiyyat
1. Adilov M. Azərbaycan dilində təqlidi sözlər. Bakı, 1979, 96 s.

2. Abdullayeva F.B. İngilis və Azərbaycan dillərində səstəqlidi sözlərinin stuktur-semantik xüsusiyyətləri. AR nam.diss., B., 2000, 22 s.

3. Əmirbəyov İ.A. Azərbaycan və fransız dillərində səstəqlidi sözlər. AR nam.diss., B., 2000, 27 s.

4. Пешковский А.М. Русский синтаксис в научном освещении. Изд.7-е, М., 1956, с.

5. Тихонов А.Н. Междометия и звукоподражания –слова? –Русская речь, 1981 № 5, с.72-76.

6. Dəmirçizadə Ə. Müasir Azərbaycan dilinin fonetik-üslubi vasitələri.- Azərbaycan dili və ədəbiyyat tədrisi, 1962, I buraxılış, Bakı, s.41-42.

7. Зоз Е.А. Роль звуковой организации и ритма в передаче эмоциональной тональности стиха –Речевой ритм и его функции. МГПИИЯ им.М.Тореза, М., 1987, вып.293, с.11-21.

8. Егорова А.А. Звукоизобразительность в традиционной английской детской поэзии. АР канд.дисс., М., 2008. www. Mgimo.ru/files/11830/avtoref-egorova doc.

9. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Azərtədrisnəşr, B., 1962, 270 s.

10. Mərdanov V. Azərbaycan uşaq şerində təqlidi sözlərin bəzi üslub xüsusiyyətləri. ADU, EƏ-lər, Dil və Ədəbiyyat, 1969, № 5-6, s.53-56.

11. Adilov M., Mərdanov V. Uşaq və şer. B., Maarif, 1983, 167 s.

12. Veysəlova M. Uşaq şeirlərinin fonetik xüsusiyyətləri.-Tədqiqlər, 2000 №1, B., Elm, 286 s.

13. Рузин И.Г. Природные звуки в семантике языка ( когнитивные стратегии именования) –«Вопросы языкознания», 1993 № 6, с.17-27.

14. Портнова Н.И. Анализ текста с точки зрения фоностилистических факторов. Сб.научных трудов МГПИИЯ им.М.Тореза, вып.132, М., 1980, с.69-77.

15. Горохова Л.А. Семантико-парадигматические и социолингвистические особенности функционирования ономатопов в текстах современного английского языка. АР канд.дисс., 1998, Пятигорск, 18.

16. Емелянова Л.Л. Типы и функции графона в английской художественной речи. АР канд.дисс., 1977, 24 с.

17. Adilov M. “Ritmik sözlər”.- Müasir Azərbaycan dili, II hissə, Elm, Bakı, 1980, 508 s.

18. Qurbanov A. Dil və nitq. Bakı, APU nəşri, 1991, 74 s.


Гаджиева Наргиз

Фонетико-стилистические особенности подражательных слов

в азербайджанском языке

Р е з ю м е

Звукоподражательные слова используются в художественной литературе в различных целях, где стилистическая ситуация играет особую роль. Так как данные слова связаны со звучанием, то в их использовании фонетико-стилистический момент занимает основное место. Так, расположение звуков, различная становка одного и того же звукового состава, различный повтор гласных или согласных в различных позициях и т.д. определяются фонетико-стилистической функцией подражательных слов. Омонимия, синонимия и антонимия подражаний также служат их фонетико-стилистическим задачам.



Hacieva Nargiz

The Phonetic-Stylistic Peculiarities of the Imitative Words in the Azerbaijani language
Summary

The imitative words are used in different purposes in fiction, so the stylistic purpose possesses a special role alonqside with these purposes. As these words connected with the sounds the phonetic-stylistic purpose occupies a main place in their usage. In the imitation the place of the sounds, the various position of the same sound, the different repetition of the vowels and consonants in various position and others are determined with the phonetic-stylistic functions, homonymity, ynonymity and antonymity of the imitative words are concerned with their phonetic-stylistic function.



Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Müasir dil şöbəsi
Rəyçilər: filologiya üzrə fəlsəfə doktoru,dos.S.Məmmədova

filologiya üzrə fəlsəfə doktoru,dos.A.Bəylərova



Natavan Hacıyeva

Azərbaycan Memarlıq və İnşaat Universiteti,

filologiya üzrə fəlsəfə doktoru.
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATINDA

TÜRKÇÜLÜK KONSEPTİ

(1918-1920-ci illərin materialları əsasında)
Açar sözlər: konsept, konseptosfera, freym, türkizm, dünyəvilik.

Ключевые слова: концепт, концептосфера, фрейм, тюркизм, всемирный

Key words:concept, conceptosphere, frame, turkish, word-wide.
XIX əsrin sonu XX əsrin əvvəlləri türk dünyasının çox gərgin və ziddiyyətli dövrlərindən biridir. Osmanlı imperiyasının süqutu, xarici intervensiyaya qarşı mübarizəsi, Orta Asiya və Qafqaz türklərinin milli azadlıq hərəkatı , tarixi hadisələrə yeni yanaşma, coğrafi ərazicə geniş məkana yayılmış türklərin tarix səhnəsində mövcudluğu üçün türkçülük ideologiyası altında birləşdirilməsi zərurətini ortaya çıxarmışdı.

Türkçülük XIX əsrin əvvəllərində rus imperiyasının ərazisində yaşayan türklərin qardaşlıq ideyası kimi meydana gəlmiş və XX əsrin əvvəllərində bu, siyasi-ideoloji cəhətdən bir qədər də güclənərək böyük qüvvəyə çevrilmişdi.

Türkizim bir mənəvi dəyər kimi heç vaxt özünü başqa xalqlara qarşı qoymurdu. Milli-demokratik fikrin ideoloji bazasında milli-azadlıq ideyalarına güc verirdi. Qeyd olunan tarixi şərait elə idi ki, türkizim başqa xalqlar kimi türk xalqlarının da birliyini, milli azadlıq hərəkatında qüvvələrinin bir axın kimi birləşdirilməsini tələb edirdi. Bu nə qədər çətin bir proses olsa da, XX əsrin əvvəllərində müəyyən işləri yerinə yetirdi. Bu ideologiya vahid türk dili, türk əlifbası və demokratizmi ilə səciyyəvi idi. Həmin ictimai-siyasi baxışlar Azərbaycana, eləcə də digər türk xalqlarına kənardan gətirilmirdi, bu xalqların içərisində yetişirdi, milli dəyər kimi ortaya çıxırdı; bunların əsas təbliğçiləri yeni yetişən milli kadrlar idi. Ona görə də həmin fikirlər Milli Müstəqillik dövrü ədəbiyyatında xüsusi bir qat kimi öz əksini tapmışdı. Birinci Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında türkizim təbliği xarakterdə deyil, tərənnüm səciyyəsindədir; artıq bu düşüncə ideoloji xarakter daşıyırdı. Ə.Cavad, C.Cabbarlı kimi mütəfəkkirlərin əsərlərində türkçülük konsepti və konseptosferası çox aydın və bədii cəhətcə mükəmməldir. Dilçilikdə tez-tez rast gəldiyimiz konsept termini Avropa dilçiliyində çoxdandır ki, işlənir, ancaq terminoloji baxımdan bu, ayrı-ayrı dövrlərdə nisbətən fərqli mənaların daşıyıcıları olmuşdur. Hələ XIX əsrin 40-cı illərində rus xalq nağıllarını öyrənərkən etimoloji konseptlə mədəni hadisənin əlaqəsini müəyyənləşdirmişlər. Sonradan sovet dilçiliyində XX əsrin 20-30-cu illərində bu məsələ, konsept yenidən aktuallaşmış və elmi mühitdə yenidən aktivləşmişdir. M.M.Baxtin ədəbiyyatşünaslığın nəzəri problemlərindən bəhs edərkən özünəməxsus estetik formanı qeyd etməklə konsept barədəki fikirlərə aydınlıq gətirdi. Onun fikrincə, estetik komponent obrazdır, anlayış deyil, söz deyil, gözlə gördüyümüz deyil, ancaq özünəməxsus estetik yaranmışdır. Bu, poeziyada sözlə, incəsənətdə gözlə görünən materialla (heç vaxt başqa materiallarla və onların kombinasiyası ilə üst-üstə düşməyən) həyata keçir (1,52-53).

Yəni M.M.Baxtin bununla da filologiyaya yeni termin – “konsept” terminini gətirir.

XX əsrin 80-90-cı illərində linqvokultroloji tədqiqatlar elmə subkultura, mədəni universalilər, mədəni konsept və s. anlayışları gətirdi ki, bu da konsept termininə yeni çalar verdi. Rus dilçisi Y.S.Stepanov konsepti aşağıdakı strukturda nəzərdə tuturdu:

1. Əsas əlamət. Bu həmin dil daşıyıcısının hamısına məlumdur.

2. Passiv əlamət. Bu bir sosial qrup üçün məlumdur.

3. Daxili forma. Bu da tədqiqatçılar tərəfindən müəyyənləşdirilir (8,143).

Ancaq R.M.Frumkina məsələyə bir qədər də konkret yanaşır. Onun fikrincə, konsept özək və periferiyaya bölünür. Özək leksemlərin lüğəvi mənası, periferik məna isə fərdi mənadır. Ümumən, haqqında danışdığımız millətlərin konsept barədəki fikirləri müəyyən qədər bir-biri ilə bağlıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin 90-cı illərində antroposentrik dilçiliyin meydana gəlməsi ilə dilçilikdə koqnitiv dilçilik və linqvokulturoloji aspekt meydana gəlir. Bildiyimiz kimi, koqnitiv dilçilik dilin koqnitiv mexanizmini öyrənir və onun əsas tədqiqat obyekti dil və təfəkkürdür. Linqvokulturologiya isə dillə mədəniyyətin əlaqəsini öyrənir. Koqnitiv dilçilikdə fərdi konseptə, linqvokulturologiyada isə ümummədəni konsptə müraciət olunur ki, bu da ümummilli şüurla bağlı olur. Fərdi konsepti A.A.Zalevskaya fərdin nitq fəaliyyətinin spontan funksiyası kimi şərh edir. Bu yanaşmaya görə, fərdi konsept fərdin nitq yaradıcılığı ilə bağlıdır. Onun həyati təcrübəsi, emosiyası, fikri aparatı ilə əlaqəlidir (3,15-18).

Həmin faktlar konsepti formalaşdırır. Konsept dinamikdir, fərdin həyat təcrübəsindən, duyumundan asılı olaraq onda müəyyən dəyişikliklər ola bilər.

Bir çox tədqiqatçılar konsepti spontan xarakterli hesab edirlər, onun spontanlığı onun qeyri-ixtiyari işlədilməsi, yəni reflektiv xüsusiyyəti ilə bağlıdır. Belə olan halda mədəni konseptlə fərdi konsept arasındakı fərq silinir.

İstənilən konsept emosionallığa malikdir, yəni konsept təkcə fikirləşilmir. Mədəni konseptlər həm də fərdi konseptdir, daha doğrusu, mədəni və fərdi konsept bir-biri ilə sıx bağlıdır. Bu bağlılıqla yanaşı, təbiətən onlar fərqlənirlər. Mədəni konseptlərdə emosiya obyektiv xarakter daşıyır və müəyyən struktura malikdir. Həmin quruluş da dəyişib inkişaf edə bilər. Fərdi konspet qəbul olunan informasiya əsasında dəyişir, fərdi emosiyada buna təsirsiz qalmır. Eyni zamanda, fərdin emosiyası assosiasiyalarla bağlı olur. Mədəni konseptlər müəyyən dövr ərzində formalaşır və onun dəyişilməsi uzun bir dövrü əhatə edir. Fərdi konsept isə nisbətən məhduddur, lakin onun formalaşma konteksti çox genişdir.

Mədəni konsept fərdi konseptdən fərqli olaraq, fərdin nitq və fikri strukturuilə deyil, mədəniyyətlə bağlıdır. Əslində mədəniyyət konseptlərin məcmusudur, onlar arasında münasibətdir. Dilçilikdə konsept termini əvəzinə açar sözləri terminini işlədənlər də vardır (2,35).

Fərdi konsept subyektivdir, dəyişkəndir, mədəni konsept isə dəyişməzdir, obyektivdir, tarixi inkişafı nisbətən davamlıdır, mühafizəkardır, xalqın həyati təcrübəsi və dili əsasında formalaşır. Amma belə bir məqamı da unutmaq olmaz ki, mədəni konseptdə subyektiv konsept əsasında meydana gəlir. Mədəni konsept milli dildə qorunur, dilin mənimsənilməsi ilə fərdin şüuruna daxil olur.

Bəzi dilçilər arasında belə bir fikir var ki, fərdi konsept təsvirə gəlmir, təkcə mədəni konsept təsvir oluna bilər; fərdi konsept fərdi-intim assosiasiyaları əhatə edir. Deməli, müəllif konsepti getdikcə xalq konseptosferasına daxil olur.

D.S.Lixaçov konseptosfera deyəndə milli-mədəni fərdi həyat təcrübəsi ilə şərtlənən konseptlərin cəmini nəzərdə tutur. Hər hansı xalqda konseptosfera zəngin olanda onun milli dili, mədəniyyəti zəngin olur və burada onların dini, milli, tarixi təcrübəsi öz əksini tapır. Lixaçovun konseptosfera barədəki fikirləri linqvokulturoloji yanaşma ilə səciyyələnir və demək olar ki, Y.S.Stepanovun bu barədəki fikirləri ilə səsləşir (4,5-12).

Konseptosfera konseptlərdən ibarət fikri sferadır; o, fikri şəkillər, sxemlər, anlayışlar, freymlər, ssenarilər,qeştaltlar vasitəsi ilə ifadə olunur. Verbol nitqdə konseptosferanın ifadə vasitəsi dilin semantik sahəsidir və bu dil işarələrinin köməyi ilə öz ifadəsini tapır. Xalqın konseptosferasının mühüm bir hissəsi koqnitiv linqvistikanın predmeti olan dilin semantik sahəsi ilə ifadə olunur.

Məlum olduğu kimi, dilin semantik sahəsinin sememlərə yığını onun inventarı deyil, mürəkkəb sistemidir. Bu sistem konsept və konseptosfera arasındakı münasibətlərlə səciyyələnir. Fikri fəaliyyət vahidi kimi konseptosferalararası münasibət konseptual əlamətə görədir,onlar dildəki məna kimi nəzərdən keçirilir.

Şübhəsiz ki, xalqların konseptopsferası konsept tərkibinə görə bir-birindən fərqlənir, yəni konseptosferanın milli xüsusiyyətləri həmin dilin semantik sahəsində öz əksini tapır.

Müxtəlif dillərin semantik sahələrinin müqayisəli təhlili ümumbəşəri universaliləri müəyyənləşdirməyə imkan verir.

Deməli, dilin semantik sahəsi konseptosfera kimi fikri məzmuna malikdir; onların fərqi yalnız ondadır ki, dil, məna, dil işarələri ilə ifadə olunan semantik sahə zərrəciyidir, konsept isə konkret dil işarəsi ilə bağlı deyil, o, müxtəlif işarələrlə ifadə oluna bilər. Konsept dil işarələri ilə xarici görkəm alır. Buradan belə nəticəyə gəlmək olar ki, konseptosfera universal predmet kodundan ibarət fikri obrazlar oblastıdır. Fikir predmet kodu isə insanların informasiya bazasını, onun biliyini strukturlaşdırır.

Müasir dövrdə dilin semantik sahəsi dünyanın dil mənzərəsi anlayışı ilə sinonimlik təşkil edir.Dilin semantik sahəsi, bildiyimiz kimi, dilin nominativ vahidləri, dilin funksional vasitələri, dilin obrazlı vasitələri ilə ifadə olunur.

Konseptual təhlil sözün etimoloji, semantik, praqmatik mənalarla üzləşdiril­məsi yolu ilə onların dərinliyində baş verən prosesləri, habelə dil daşıyıcısının məxsus olduğu xalqın milli düşüncə tərzini izləməyə imkan verir (5,99).

Onun fikrincə, sözün və konseptin törəmə mexanizminin real mənası ilə tutuşdurulması insanların, xalqın təfəkkür xüsusiyyətlərini, mədəniyyətin formalaşma xüsusiyyətlərini və inkişafını izləməyə şərait yaradır.

Milli mədəniyyətin ümumi və xüsusi cəhətləri konseptlər öyrənilərkən hər-hansı anlayışı bildirən sözlərin etimologiyası, söz birləşmələri strukturunda sinonim və omonimlik, onların işlənmə konteksti, semantik sahə və metafora, frazeologiyaya xüsusi fikir verilir. Hansısa konseptə əsaslanan fərdi dil konseptin mahiyyəti ilə bağlanır, insan şüurunda onun yerini müəyyənləşdirməyə əsas verir. Məhz bu obyektə Birinci Müstəqillik dövründə türkçülük və dünyəvilik konseptinin öyrənilməsi onların strukturunu açmaqla tam qavranıla bilər.

R.İ.Pavilenis bir mədəniyyət daxilində hər hansı konseptin mahiyyətini açmaqdan ötrü məzmunca onunla əlaqələnən digər konseptləri də onunla əlaqədə öyrənməyi üstün tutur (7).

Bu, elmi nəzəri baxımdan daha effektlidir. Yuxarıdakı şərhdən çıxış edərək Birinci Müstəqillik dövrü ədəbiyyatında türkçülük konseptini nəzərdən keçirək. Fikrimizi şərh etməkdən ötrü C.Cabbarlı və Ə.Cavadın əsərlərində türkçülük konsepti ilə bağlı digər konseptləri də diqqətdə saxlayacağıq. Qeyd olunan müəlliflər üzrə həmin konseptlərə nəzər salaq.

Ə.Cavad: Türküstan, Turan , Tanrı, Bayraq, Al Bayraq, millət, İstanbul,

Türk, Bakı, Yıldız, Ay, Türkün Bayrağı, Türk qanı, Türkün

əsgəri, Qara dəniz və s..

C.Cabbarlı: Hilal – yıldız, (Yaşıl donlu, Mavi gözlü, Al yanaqlı),

Turan, Altay, Altun dağ, Azərbaycan bayrağı, Od yurdu,

Göy Moğol, Xəzər və s.

Bu dövr ədəbiyyatında türkçülüklə bağlı anlayışlardan biri də Turandır:

1.Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma-

Dinlətsin dərdimi aha, bayrağım!

(Ə.Cavad.”Azərbaycan bayrağına”)

2.Unudaraq “kor” sevdayı

Yaşıl söyüd dağlarında

Bənim gözüm ilk aradı

Onu “Turan” yollarında. (Ə.Cavad)


  1. İntizar gözlərdən Xəzər doğuldu,

Həsrət ürəyimiz yanar dağ oldu.

Dillərimiz Turan deyə yoruldu

Turan ellərinə salam söyləyin. (C.Cabbarlı.”Salam”)

Tarixdə Turan ölkəsi, onun sakinləri haqqında müxtəlif fikirlər vardır. İran mənbələrində Turan İranın şimali-şərqində yaşayan köçərilər kimi verilir. Bu sözə “Avesta”da da rast gəlinir.

İran mənbələrinin verdiyi məlumata görə, padişah Firidin hakimi olduğu torpağı üç oğlu arasında bölür, onun ortancıl oğlu Eradcu Turan hakimi olur. Əhmənilər dövründə Turan bir neçə dövlətə bölünür (Soqd, Baktriya, Xarəzm, Sak, Sarmat, Massaget və s.). Bu müasir Rusiyadakı Volqa və Qaradəniz ətrafı, Ural, Qazaxıstan, Qırğız Respublikası və Çinin Uyğurustan əyalətlərini əhatə edirdi. Sonralar Saklar və Kuşanlar Soqdiya, Baktriya və Xarəzmi işğal etdi və bu ərazi Turan adlandırılmağa başlandı. Bu mənbələrə görə, İranla Turanın ərazi sərhədi şərti olaraq əvvəlcə Sırdərya, sonralar isə Amudərya hesab olunur.

Lakin Turan toponimi adı altında Mərkəzi Asiyanı nəzərdə tutan konsepsiya da mövcuddur. Məlum mifoloji düşüncələrə görə, Altaydan Qara dənizə qədər Azərbaycan da daxil olmaqla Qafqazın türkdilli xalqları yaşayan ərazi Turan adlanır.

Yuxarıdakı tarixi şərhdə Turan tarixi coğrafi anlayış kimi işlənmişdir. Lakin türkçülük kontekstində Turan tarixi coğrafi anlamdan başqa, ideoloji yüklə də yüklənir. Bu vaxt konseptin strukturca formalaşmasında ən böyük vahid kimi çıxış edən yeni freym formalaşır, yəni Turan türkçülük ideologiyasının daşıyıcılarından birinə çevrilir və bununla da türkçülük konseptində yeni freym formalaşır. Bununla əlaqədar freymin ilk geniş tədqiqatçılarından olan M.Minskiy bu xüsusiyyəti nəzərə alaraq yazırdı ki, insanlar çalışırlar yeni situasiyaya yeni baxışlarla yanaşsınlar, bunun üçün yaddaşında olan onun üçün adi olan obrazların ayrı-ayrı detallarını öz düşüncəsinə uyğunlaşdırır; həmin anlayışları daha böyük hadisə və proseslər sinfinə aid edir (6,10).

Deməli, konseptdə yeni freymin yaranması konsepti ifadə edən sözün yenidən mənalandırılması ilə bağlıdır. Bu baxımdan Turan Ə.Cavad və C.Cabbarlının əsərlərində türkçülük konseptinin yeni freymi kimi çıxış edir.

Turan məfhumunun müxtəlif dövrlərdə fərqli şərhi müəyyən qədər də onun iranlaşdırılmaq cəhdi ilə bağlı olmuşdur. Lakin Birinci Müstəqillik dövründə Turan sağlam türkçülüyün konseptlərindən biri idi. Bu konsept fərdi, individual çərçivə ilə məhdudlaşmırdı, o dövrkü etnik-milli-mədəni şüurun tərkib hissələrindən biri idi; istənilən Azərbaycanlı, Türk belə fikirləşirdi. Milli ziyalıların ortaq dil, əlifba barədəki fikirləri də bu sağlam düşüncəyə xidmət edirdi. Turan türkdilli xalqların bütövlük məfhumuna işarə kimi səslənir.

4.Canalıcı bir görkəmcə dağ başında durunca,

Oxşadıqca bahar yeli açıq-dağınıq tellərin

Nazlı əlin umuzunda saçlarına vurduqca

Bir-bir oxşayırsan bütün Turan ellərin. (C.Cabbarlı)
5.Amal quşu Şərqə doğru uçarkən,

Gündoğuşda murad suyu içərkən,

Səbah yeli Altun dağdan keçərkən,

Turan ellərinə salam söyləyin. (C.Cabbarlı. “Salam”)
6.Bir gözəl görsəniz göylər elindən,

Öpün dalğalanan ipək telindən,

Od yurdunun yavruları dilindən,

Turan ellərinə salam söyləyin. (C.Cabbarlı. “Salam”)

Bu bütövlük türkdilli xalqların bütövlüyüdür; demək olar ki, Birinci Müstəqillik dövründə Turan konsepti ilə yanaşı, Türküstan da işlənir. O, Turan konsepti ilə ekvivalent deyil, onun bir hissəsidir, lakin o da mədəni konsept kimi simvollaşmışdır. Və türkçülük mədəni konseptinin tərkib hissələrindən biridir.

Kimlər böylə qara pərdə çəkdi bizim bu minbərə?

“Qari!” deyə xitab etdi Türküstanda yigitlərə?

Təkmələyib Türküstanın əgilməyən başlarını?

Kimlər çaldı babaların əski məzar daşlarını? (Ə.Cavad)

Gəlməzmi heç? Bən o günə həsrətim!

Türküstandan başqa bir çox yerlər var? (Ə.Cavad)

Məlum olduğu kimi, Türküstan Qazax xanlığının və bütün türklərin mənəvi və siyasi mərkəzi olmuşdur. Şərqdə çox məşhur olan müqəddəs Sufi Xacə Əhməd Yasəvi burada dəfn olunmuşdur. Göründüyü kimi, Türkistan türk xalqları arasında ziyarətgaha çevrilmişdi və hətta belə bir fikir də mövcud olmuşdu ki, üç dəfə Türküstanda Xacə Əhməd Yasəvini ziyarət etmək bir dəfə Məkkəni ziyarət etməyə bərabərdir. Bu səbəbəndir ki, Türküstan müqəddəs fikirlər, işıqlı ideyalarla dolu müqəddəs diyar, habelə türk məkanının ən qiymətli hissəsi kimi milli dirçəliş, Milli Müstəqillik illərində türkçülük stimulu roluna malik olmuş, bütün türkdilli xalqların müqəddəs mənəvi məkanı kimi şüurlarda kök salmışdır. Qeyd olunan dövrdə şərqdə yeni yaranan ilk müstəqil Azərbaycan Respublikası da mənəvi baxımdan türk kökündən, onun zəngin mədəniyyətindən, onun layiqli mübarizələr tarixindən güc alırdı. O dövr ədəbiyyatı mənəvi baza kimi bu dəyərlərə söykənirdi; bədii əsərlərdə tez-tez bu mövzulara qayıtmanın da səbəbi yeni tarix dövrü özünə qayıtma, türk kökündən enerji almaqla özünəqayıdış əsasında yeni cəmiyyət qurmaq istəyi ilə bağlı idi. Dünya xalqlarında intibah və dirçəliş tarixi bu modeli təsdiqləyir, bununla bağlı XVI əsr Avropa intibahının köklərini xatırlamaq kifayət edər. Deməli, Birinci Müstəqillik dövr ədəbiyyatında xatırlanan Turan, Türküstan məkanı türkün özünəqayıdış faktoru kimi səslənməklə türkçülük konseptinin əsas tərkib hissələrindən biri idi.

Türkçülük konsepti ilə bağlı Altay, Altun dağ, Bakı, Gəncə, İstanbul, Bəhri-Xəzər, Göy göl, Baykal, Volqaboyu və s. toponimlər Ə.Cavad və C.Cabbarlının poeziya yaradıcılığında xüsusi vurğulanır. Yeni qurulan Azərbaycan Demokratik Respublikası tarix səhnəsində qalmaq, yaşamaq üçün bu mədəni konseptdən faydalanırdı. Türkçülük ictimai-siyasi fikri də belə bir amala xidmət edirdi.

Qeyd olunan türkçülük ideyalarının məntiqi nəticəsi Azərbaycanda Demokratik Cümhuriyyətin qurulması və Müstəqillik Bayrağının dalğalanmasıdır. Bu dövr ədəbiyyatında Azərbaycan Bayrağı qürur mənbəyi kimi tərənnüm olunur:



1.Gül rəngində bir yarpağın

Ortasında bir hilal!

Ey Al Bayraq, senin rəngin

Söylə neyçün böylə al?!

(Ə.Cavad. “Al bayrağa”)

2.Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!

(Ə.Cavad. “Azərbaycan bayrağına”)

Bu dövrdə ”bayraq” leksemi ilə assosasiya olunan anlayışlara nəzər salaq:

1.Bayraq-(dərdi dinləyən); dərd söylənilən, ərmağan yollayan; dövlət quşu; könülə səfa gətirən; Allahın yıldızı; gözəl pəri; qoynunda aya sığınan; torpağa hakim; şəhidlərin qanına bənzəyiş; öylə bir şeirsən; (Ə.Cavad).

2.Altun köksün hilal yıldız, gözəlliklər tanrısı tək incə; könüllərə salam söyləyən; qardaşları, dostları sevən; yaşıl donlu; mavi gözlü; al yanaqlı; Turan ellərini oxşayan; al duvaqlı; qolları ilə türk ellərini qucmaq istəyən; üç boyalı; üç mənalı; (C.Cabbarlı).

Hər iki sənətkarın ifadəsində Azərbaycan Bayrağı metaforik tərzdə verilmiş, Azadlıq simvolu kimi mənalandırılmışdır. Bu yanaşmada xalqın milli mədəni duyumu, hətta mifoloji təsəvvürü də özünə yer alıb. Qeyd olunan detallar Azərbaycan bayrağı konseptini mədəni konsept kimi səciyyələndirir, bir növ Bayraq miili-demokratik düşüncənin simvolu kimi dəyərləndirilir, onun görkəmi, rəngləri milli-etnik şüurun dərinliklərinə gedib çıxır.

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir Türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı. (C.Cabbarlı. “Azərbaycan bayrağına”)

Qeyd edək ki, türkçülük islami dünyagörüşlə sıx əlaqələnib: bunun da məğzində türk xalqlarının milli-azadlıq uğrunda mübarizəsində bu iki faktor əsasında səfərbər olması dayanır. Türkçülük konseptinin ətrafına yığılan konseptosfera da bu ideyaya söykənir. Həmin dövr ədəbiyyatında, mətbuatında, ictimai şüurunda çox güclü idi. Bu ideyanın ifadəçiləri olan konseptlərdə heç bir xalqa qarşı təhlükə, aqressiya, hədə yoxdur. Lakin XX əsrin əvvəllərində bolşevizmin hakimiyyətə gəlməsi ilə bu sağlam ideya, humanist düşüncə pantürkizm adı ilə damğalanmışdı. Bu gün tarix sübut edir ki, qeyd olunan türkçülük milli demokratik hərəkatın, milli azadlıq düşüncəsinin inkişafında əvəzsiz rol oynamışdır. Yuxarıda Bayraqla assosiasiya olunan sözlərin məzmununa qayıdaq: “Dərd söylənilən; ərmağan yollayan; dostları sevən; türk ellərini qucmaq istəyən; könüllərə səfa gətirən və s.” Bu ifadələr təkcə Ə.Cavadın, C.Cabbarlının fərdi düşüncəsi deyil, milli-əxlaqi mahiyyətdən irəli gələn fikirlər idi.

Ə.Cavad türk ellərini sevmiş, onlara sonsuz ilhamla, incə duyğularla yanaşmışdı. Bu sevgi onun aşağıdakı şeirində öz əksini tapmışdı.

Dost elindən əsən yellər,

Bana şeir, salam söylər!

Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağ! (Ə.Cavad. “Çırpınırdın Qara dəniz”)

Bu dövr ədəbi dilində türkçülük konseptinə aid olan ifadələr ümumtürk şüurundan qopub gələn ideyanın təcəssümü kimi səslənir. Bakı, Gəncə, İstanbul, Qaradəniz, Volqaboyu fenomenləri də həmin fikrin daşıyıcılarıdır.Bu dövr ədəbi dilində türkçülüyü ifadə edən sözlər azərbaycançılıq təməlinə əsaslanır. Çünki həqiqi türkçülük bu konteksdə saf düşüncəyə əsaslanan azərbaycançılığa söykənməli idi. Həmin ideyaya xidmət edən sözləri “milli marş”lar üzrə nəzərdən keçirək;Azərbaycan, Şanlı vətən, Can verməyə hazırız, səndən ötrü... Can qurban oldu; sinəsi hərb meydanı; Bayrağını yüksəltmək; millətin tarixi, Şan-şöhrət əkmək, al bayraq və s.

Göründüyü kimi, bu ifadələr Vətənini-Azərbaycanı sevən bir vətəndaşın vətəninə olan sevgisidir: azərbaycançılıq düşüncələrinin təcəssümüdür.

Birinci Müstəqillik dövrü Azərbaycan ədəbi dilində türkçülük konsepti ilə bağlı verilən sözlər adi işlənmə mühitindən fərdi olaraq, konseptual xarakter daşıyır; türkcülük ideyalarının müəyyən parametr­lə­ri­­nin daşıyıcılarıdır.

Türkçülük konsepti bu dövr ədəbiyyatında ideoloji sistem kimi özünü göstərir: C.Cabbarlının bu dövrdə yazılmış dram əsərlərinin dilində də yeri gəldikcə obrazların dili ilə açıqlanır. “Əbdülrəhman:Mən xüsusi bilmərəm. Məzlum hankı millətdən olursa, məzlumdur. Ona kömək edilməlidir.Trablisdə türklərlə italyanlar arsında döyüşü təsvir edən Əbdülrəhman milliyətcə ərəb olsa da, türklər tərəfindən vuruşur. Onun amalı türk döyüşçülərinin amalıdır; o da məzlumlara kömək etmək. Qeyd olunan bu məzmun türkçülük konseptini formalaşdıran yeni freymin slotudur; türkçülükdə dünyəvilik faktorudur.

Əslində bu dövr ədəbi yaradıcılığında dünyəvilik maarifçi realist ədəbiyyatın daşıyıcılarında türkçülükdən daha qabarıqdır. Bu məsələyə qayıdacağıq. Əvvəldə qeyd etdiyimiz kimi, konseptin semantikasını açmaq onun ifadə etdiyi müxtəlif parametrləri müəyyənləşdirməklə mümkündür. Digər misala müraciət edək:



“Rüfət: Durun, siz əsgər deyilsiniz! Siz qadınsınız, məgər qadınlara təcavüz ediyorsunuz?”(C.Cabbarlı. “Ədirnə fəthi”).

Bolqar zabitlərinin qadına qarşı əxlaqsız hərəkət etməsinin qarşısını alan türk əsgəri-kişisi türkçülük əxlaqının daşıyıcısıdır. Onun semantikasında türk əsgəri şanlıdır, xilaskardır, məzlumlara yardım edəndir, namusludur və s. parametrləri dayanır.

Türkçülük konseptinin məzmununda islam faktoru da var:

“Şeyx:. Mənim ürəyim parçalanır. Əvət deyirəm və ağlayıram türklüyün bu halətinə. Yazıq vətənim, bu bacarıqsız əllərdə məhv olub gediyor.” (C.Cabbarlı. Ədirnə fəthi)

“Ya ölüm, ya Ədirnə”-deyən bu şeyx türk övladı olaraq Ədirnənin əldən getməsi ilə razılaşmır. C.Cabbarlıda türkçülük konsepti islamla çulğaşmış şəkildə olsa da, o daha da qabarıqdır, emosionaldır.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə