Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə11/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

1.Безрукова В.С. Основные категории теории воспитания и их ти функция в развитии педагогической науки: Автореф.дис. канд.пед.наук. Москва, 1983.

2.Ряжябов Я., Мяммядов Й. Орхон-Йенисей абидяляри. Бакы:Йазычы, 1993.

3.Аббасов И. Улу китабымыза йени бахыш//Танрыверди Я.»Китаби-Дядя Горгуд»ун сюз дцнйасы.-Бакы , Нурлан. 2007.


Пари Ахмедова

Формирование терминов педагогики

Р е з ю м е
В статье рассмотрены вопросы истории формирования пудагогической терминологии. В работе подчеркивается, что система понятий, связанная с учебно-воспитательной работой формировалась опираясь на закоты развития общества.

Peri Ahmedova

The evolution history of pedagogy

S u m m a r y
In the article, the evolution history of pedagogy terms is investigated. In the paper, it is defined that the concepts related to the education and training system are shaped based on the development patterns of the society.

Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti, “Azərbaycan

dili” kafedrası
Rəyçilər: filologiya elmləri doktoru T.Quliyev

filologiya üzrə fəlsəfə doktoru S.Quliyeva

Lianna Axundova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ (KİV) VERİLƏN ADLARIN BƏZİ XARAKTERİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: ktematonim, toponim, antroponim, hidronim, fitonim, astionim.

Ключевые слова: ктематоним, тороним, антропоним, гидроним, фитоним, астионим.

Key words: ctematonim, toponim, antroponim, hidronim, phtonim, asitonim.
Ktematonimlərin tərkibinə daxil olan ideonimlər arasında kütləvi informasiya vasitələrinə verilən adlar xüsusi bir lay təşkil edir. Ölkəmiz müstəqillik qazandıqdan sonra sürətlə bu sahə inkişaf edib və etməkdədir. Belə ki, günbəgün artan informasiya agentlikləri, qəzet və jurnal adları dilimizin onomastik sisteminin zənginləşməsinə xidmət edir. Kütləvi informasiya vasitələrinin adlandırılması zamanı əsasən xalqın təfəkkürü, mədəni səviyyəsi və inkişafı nəzərə alınaraq həyata keçirilir (2,s.208) Daha çox adların mənsub olduğu xalqın dilinin öz vahidləri arasından seçilməsinə diqqət edilir və millilik, tarixilik, müasirlik prinsipləri əsas götürülür. Q.Məşədiyev onomastik vahidlərin adlandırıl­ma­sında mütləq şəkildə millilik prinsipinin qəbul edilməsini vurğulayır. Çünki adlar mənsub olduğu xalqın tarixi keçmişi, bu günü və gələcək arzuları ilə əlaqədardır. (3,s.47) Ad əhatə etdiyi sahə ilə bağlı olur. Məzmunla ad vəhdət təşkil edir. Bəzən bunun əksini də görə bilirik. Ən əsası ad məzmun və forma baxımından cəlbedici olmalıdır və KİV haqda qanunun tələblərinə cavab verməlidir. Bu adları qruplaşdırmaq olar:

I.Yaranmasına görə:



  1. Antroponim əsasında yaranan KİV – lər: ”Aysel” jurnalı, “Bəhlul” jurnalı, “Dədə-Qorqud” jurnalı, “Elman” jurnalı, “Molla Nəsrəddin” jurnalı, “Turqut – A” qəzeti və s.

  2. Toponimlər əsasında yaranan KİV-lər: “Yeni Azərbaycan” qəzeti, “Qobustan” jurnalı, “Laçın” jurnalı, “Ağdam” qəzeti, “Şuşa” qəzeti, Turan - informasiya agentliyi, “Azərbaycan” jurnalı, Qafqazinfo.az – xəbər portalı və s.

  3. Fitonim əsasında yaranan KİV – lər: “Alma” qəzeti, “İstiot” jurnalı və s. Hidronim əsasında yaranan KİV – lər: Xəzər TV, “Xəzər” jurnalı, “Araz” radiosu və s.

  4. Zoonim əsasında yaranan KİV – lər: “Arı” jurnalı, “Göyərçin” jurnalı “Əqrəb” qəzeti, “Zəli” qəzeti, “Müair kirpilər” qəzeti və s.

  5. Asteonim əsasında yaranan jurnal adları: “Ulduz” jurnalı, “Günəş” jurnalı.

  6. Oronim əsasında yaranan KİV – lər: Kəpəz TV, “Savalan” jurnalı.

  7. Tərkibində say olan KİV – lər: “525-ci qəzet”, “İki sahil” qəzeti, “Üç nöqtə” qəzeti, 7gun.az – xəbər portalı, “Doqquz iqlim” jurnalı və s.

  8. Inhisialla ifadə olunan KİV – lər: ELTV – Yevlaxda yayımlanan televiziya, RTV Xaçmazda yayımlanan televiziya, ATV, AZTV, BBC Azeri – informasiya agentliyi, WWW.BIG.AZ – Böyük Azərbaycan və s.

  9. Uğrunda sözünün köməkliyi ilə yaranan KİV – lər: ”Qabaqcıl Texnika Uğrunda” qəzeti.

  10. Sözün təkrarı ilə yaranan qəzet və jurnal adları: “Qəzetlər qəzeti”, “Həkimlər həkimi”, “Qərbin qərbi”.

  11. Peşə və sənət əsasında yaranan qəzet və jurnal adları: “İpəkçi” qəzeti, “Aşpaz” qəzeti, “Şəki fəhləsi” qəzeti, “Müfəttiş” qəzeti və s.

  12. Neologizmlər əsasında yaranan KİV – lər: “Monitor” jurnalı, “Birja” – elanlar qəzetləri, “Reytinq” qəzeti və s.

  13. Idarə və təşkilatlar adları əsasında yaranan KİV – lər: “Milli Məclis” jurnalı, “Rabitə qəzeti” – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qəzeti.

  14. Təhsillə bağlı adlarla ifadə olunan qəzet və jurnal adları: “Kitablar aləmində” jurnalı, “Kitabşünaslıq və nəşriyyat” jurnalı, “Pioner” jurnalı, “Elm və həyat” jurnalı, ”Azərbaycan dili və ədəbiyyatı tədrisi” qəzeti, “Ədəbiyyat” jurnalı, “Dünya ədəbiyyatı” jurnalı, “Məktəb” jurnalı, ”Alatoran” jurnali.

  15. Sözlərin həmcinsləşməsi ilə yaranan qəzet və jurnal adları: “Ədəbiyyat və incəsənət” qəzeti, “Ailə və sağlamlıq” jurnalı, “İqtisadiyyat və həyat” jurnalı (4,341).

  16. Idmanla bağlı olan qəzet və jurnal adları: “Çempion” – idman qəzeti, “Komanda” - futbol qəzeti, “Sportsmen” jurnalı, “Futbol+” qəzeti, “Futbol+qol” qəzeti, “Olimpiya dünyası” və s.

  17. Uşaqların zövqünü oxşamaq üçün qoyulan uşaq qəzeti və jurnallarının adları: “Bala dili” jurnalı, “Tumurcuq” qəzeti, “Elli” jurnalı, “Pöhrələr” qəzeti və s.

  18. Biz əvəzliyinin köməkliyi ilə yaranan qəzet adları: “Bizim əsr” qəzeti, “Bizim yol” qəzeti”, “Bizim futbol” qəzeti, “Bizdən demək” qəzeti və s.

  19. Yarandığı dövrün hadisələrini özündə cəmləşdirən KİV – lər: “20 Yanvar” jurnalı, “Dirçəliş” jurnalı, “Qurtuluş” jurnalı, “Xocalının səsi” jurnalı, “Azadlıq” radiosu, “Müxalifət” qəzeti, “İstiqlal” qəzeti və s.

  20. Rəmzi xarakter daşıyan KİV – lər: “Lider” tv, “Space 104 Fm” və s.(1,s.243)

  21. Rəsmi dövlət qeydiyyatından keçən və gülüş doğuran qəzet adları: “Paz” qəzeti, “Yeni paz” “Ən yeni paz” qəzeti, “Çik-çik” qəzeti, “Prikol” qəzeti, “55-Partapart” qəzeti, ”Qulaqburması” qəzeti, “Şapalaq” qəzeti, “Tuktukun rəngləmələri” qəzeti, “Şeytan” qəzeti, “Şeş – beş” qəzeti və s.(5)

  22. Dini məzmun daşıyan adlarla ifadə olunan KİV-lər: İSLAM.AZERİ.AZ dini xəbər portalı, “Karvan” jurnalı və s.

  23. Bakı toponimi və xalq, ədalət, mədəniyyət, müasir, müstəqil, yeni apeyativlərinin köməkliyi ilə yaranan KİV – lər: “Toplu Bakı” jurnalı, “Bakı” jurnalı, Bakı TV, “Xalq” qəzeti, “Xalq vəkili” qəzeti, “Xalq Cəbhəsi” qəzeti, Mədəniyyət TV, “Mədəniyyət” qəzeti, “Müasir kirpilər”, “”Müstəqil mühakimə” qəzeti, “Yeni Müsavat” qəzeti, “Yeni Çağ” – analitik informasiya agentliyi və s.

Dil mənsubiyyətinə görə:

KİV adları yerli və xarici dildə ifadə olunmasına görə iki yerə bölünür. Yuxarıda verilən adların əksəriyyəti milli dilimizin leksikonu əsasında yaranmışdır. Ancaq KİV – lər arasında ən çox informasiya agentlikləri, televiziya və radio adları xarici dildə ifadə olunmuşdur. Məsələn: Azerbaydjanskie İzvestiya (rusca), Bakinskiy Raboçiy (rusca), Ekspress (ingiliscə), Kaspi (rusca), Reytinq (ingiliscə), Palitra (ingiliscə), Polisemiya (ingiliscə), ANS (Azerbaijan News Service) İngiliscə), ATV İnternational (ingiliscə), Novoye vremya (rusca), Net jurnalı (ingiliscə), Medya Forum xəbər portalı (ingiliscə), İnterfaks – informasiya agentliyi (ingiliscə) və s.

Həm Azərbaycan dilində həm də rus dilində paralel istifadə olunan qəzet adları: “Ayna” qəzeti- ”Zerkalo” qəzeti, “Səs” qəzeti- “Exo” qəzeti, “Xəzər” jurnal- “Kaspi” qəzeti və s.

Qəzet və jurnal adlarını nəzərdən keçirdikdə belə bir halla rastlaşırıq ki, qəzet adları bir – birini təkrarlayır, sanki söz kasadlığıdır. Məsələn: “Yeni Müsavat” - “Müasir Müsavat”, “Futbol+” - “Futbol+qol”, “Zaman” - “Yeni zaman” və s.



II.Quruluşuna görə:

  1. Sadə quruluşlu KİV adları. Məsələn “Zəka” jurnalı, “Zənbur” jurnalı, “Hesabat” jurnalı, “Körpü” jurnalı, “El” jurnalı, “İnsan” jurnalı, “Mərkəz” qəzeti, “Mövqe” qəzeti, “Bürc” qəzeti, “Birja” qəzeti, İctimai TV, Qütb TV, “Qasid” jurnalı, “Pöhrələr” jurnalı, “İrşad” qəzeti, “Tərəqqi” qəzeti, “Təkamül” qəzeti və s.

  2. Düzəltmə quruluşlu KİV adları: “Gənclik” jurnalı, “Azadlıq” qəzeti, “İpəkçi” qəzeti, YENİLİK.AZ - xəbər xidməti, “Dirilik” qəzeti və s.

  3. Mürəkkəb quruluşlu KİV adları:

  1. Birinci növ təyini söz birləşməsi yaranan KİV – lər: “Bizim yol” qəzeti, “Düşünən insan” jurnalı, “Doqquz iqlim” jurnalı, “Bizim əsr” jurnalı, və s.

  2. Ikinci növ təyini söz birləşməsi əsasında yaranan KİV – lər: “Həftə içi”, “Xalq cəbhəsi”, “Xaql” qəzeti, “Bala dili” jurnalı və s.

  3. Üçüncü növ təyini söz birləşməsi əsasında yaranan KİV – lərə rast gəlinir.

Əlbəttə ki, yuxarıda sadalanan xüsusiyyətlər, kütləvi informasiya vasitələrinə verilən adların tam xüsusiyyətlərini əhatə etmir. Tərkibcə zəngin olması ilə bərabər quruluş xüsusiyyəti də spesifik əlamətlərinə görə fərqlənir.

Ədəbiyyat siyahısı


  1. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri konfransın materialları (15-16 aprel 1988).

  2. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş III elmi-nəzəri konfransın materialları (28-29 mart 1990).

  3. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. II cild. Bakı, 2004.

  4. Məşədiyev Q. Ömürdən ötən illər. Bakı, “Nurlan”,2010, 192s.

  5. http// www.modern.az.


Лианна Ахундова

Некоторые характерные особенности названий СМИ

Р е з ю м е
В статье в форме кратких тезисов анализируются основные черты и особенности названий средств массовой информации.
Lianna Akhundova

Some of characteristic features of medias

S u m m a r y
In this article are briefly analyzed the features of the media’s name in the form of theses and noted main features.


Çapa tövsiyyə edən: AMEA Nəsimi adına Dilçilik İnstitutu

Tətbiqi dilçilik şöbəsi

Rəyçilər: filologiya elmləri doktoru Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru E.Abışov

Ramil Bayramov

Bakı Dövlət Universiteti
BƏKİR ÇOBANZADƏ VƏ TERMİNOLOGİYA

MƏSƏLƏLƏRİ
Açar sözlər: Bəkir Çobanzadə, termin, terminologiya, anlayış

Ключевые слова: Бекир Чобанзаде, термин, терминология, понятие

Key words: Bekir Chobanzade, term, terminology, conception
Azərbaycan dilçiliyi tarixində XX əsrin 20-ci illərindən başlayaraq termin və terminologiya məsələləri ilə bağlı elmi mülahizələr və müzakirələr öz əksini tapmağa başlamışdır. Səbəbi isə bu dövrdə elmin, texnikanın, ictimai-siyasi proseslərin daha da inkişaf etməsi, savadlı, elmli ziyalı ordusunun yetişməsi idi. Elm inkişaf etdikcə, özünün potensial imkanlarını genişləndirdikcə, yazıb-oxuyanların sayı durmadan artırdı. Bu barədə professor Bəkir Çobanzadə haqlı olaraq belə yazır: “Şimdiyə qədər türk aləmində ən açıq və ən iləri gələn mədəni simalar – şair, qəzetçi, ibtidai məktəb müəllimi olduğu halda, son illərdə maarif və mədəniyyətimizin artmasilə mədəni simalarımızın həm sayısı, həm də dərəcəsi dəyişmişdir. Bu gün artıq hər yerdə darülfünun, ali məktəb tələbələrimiz və hətta şimdilik tək-tük darülfünun müəllimlərimiz vardır. İştə bu hadisələr ilə bağlı olaraq, bir də ədəbi dil yanında bir də elmi dil məsələsi qalxdı” (3, 214). Beləcə, inkişaf edən elmin və yetişən ziyalılarımızın sayəsində elmi yeniliklərin sayı getdikcə artırdı və buna uyğun olaraq tamam yeni anlayışlar meydana gəlirdi. Belə anlayışlara ad vermək üçün həmin anlayışları konkret ifadə edə bilən sözlər lazım idi ki, bu cür sözlər termin hesab olunur.

Termin və terminologiya anlayışları ilə bağlı fikirlərə yekun vuran prof. Sayalı Sadıqova isə yazır: “Termin elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində məntiqi cəhətdən dəqiq formalaşmış spesifik anlayışları ifadə edən, adlandıran, xüsusi funksiya daşıyan, definisiyaya malik söz və söz birləşməsidir. “Terminologiya” anlayışı isə bir mənada dilin terminoloji sistemini öyrənən bölmədir” (4, 18).

Azərbaycan dilçiliyinin xüsusi bir qolu olan terminologiya son dövrlərdə (XX əsrin sonlarından başlayaraq) çox böyük sürətlə inkişaf etmişdir. Ayrı-ayrı elm sahələrinə aid terminlər dilçilik baxımından geniş tədqiqata cəlb edilmiş, dəyərli terminoloji əsərlər şəklində elm aləminə daxil olmuşdur. Lakin bu cür inkişaf heç də birdən-birə, öz-özünə baş verməmişdir. Bu inkişafın əsasında türk xalqının yetişdirdiyi cəsarətli, elmli və bilikli ziyalıların böyük xidməti və dəyərli töhfələri dayanır. Belə ziyalılardan biri də görkəmli türkoloq alim professor Bəkir Çobanzadə olmuşdur. O, Azərbaycan dilçiliyi tarixində termin və terminologiya məsələləri ilə bağlı ilkin və sanballı elmi fikirlərə malik olan bir şəxsiyyətdir. Azərbaycanda termin və terminologiya problemləri ətrafında ilk elmi mübahisələrə məhz Bəkir Çobanzadənin Azərbaycana gəlişindən sonra başlandı. Onun simasında dilçiliyin terminologiya sahəsi elmi müstəvidə araşdırıldı və özünün potensial imkanlarını genişləndirdi. Bu işdə Professorun yetişdirdiyi tədqiqatçı alimlərin də fəaliyyəti danılmazdır.

Qeyd edək ki, termin yaratmaq və onları terminoloji prinsiplərə əsaslanıb sistemə salmaq işi elmi bir məsələ olduğu üçün indiki kimi o dövrdə də termin və terminologiya problemlərini dövlət səviyyəsində həll edirdilər. Həmin vaxtlar dövlət rəhbərləri əlifba məsələsində olduğu kimi, terminologiya məsələsinə də ciddi əhəmiyyət verirdilər. Belə ki, yeni əlifbaya keçidlə bağlı elmi prinsiplərin, sistemlərin və layihələrin hazırlanması işində savadlı mütəxəssislərə ehtiyac olduğu kimi, o zaman heç də ürəyaçan vəziyyətdə olmayan, sistemə salınmağını, elmi prinsiplərinin işlənib hazırlanmağını gözləyən terminologiyamızın da belə mütəxəssislərə çox böyük ehtiyacı var idi. Bəkir Çobanzadə Azərbaycana gələndən sonra digər sahələrdə (əlifba, dialektologiya, metodika, dil tarixi və s.) olduğu kimi, terminologiya sahəsində də geniş miqyaslı işlər görməyə, ciddi elmi yaradıcılıqla məşğul olmağa başladı, terminologiya ilə bağlı bir neçə məruzə və məqalələr hazırlayıb elm aləminə təqdim etdi. Fikrimizcə, Bəkir Çobanzadə bu fəaliyyəti sayəsində ilk dəfə olaraq terminologiya sahəsində elmi müzakirələrə yol açdı və ilk dəfə bu elmin prinsip və qanunauyğunluqları barədə mülahizələrini irəli sürdü.

Bəkir Çobanzadənin terminoloji düşüncələri I Bakı Türkoloji qurultayında terminologiya ilə bağlı çıxış etdiyi “Elmi Terminologiyanın sistemi haqqında” adlı məruzəsində və “İstilah terminoloji işləri”, “Elmi və ədəbi dil məsələsi” adlı elmi məqalələrində öz əksini tapmışdır.

Bəkir Çobanzadəni terminologiyanın bir sıra problemləri düşündürürdü. O, əvvəlcə, ədəbi dilimizdə elmi terminlərin azlığından və terminoloji bazanın zəifliyindən şikayətlənir. Müəyyən bir dövrdə dilimizdə elmi anlayışları ifadə edən sözlərin olduğunu qeyd edir və göstərirdi ki, həmin söz-terminlər sonralar öz yerini əcnəbi sözlərə vermişdir. “Türk dillərini onun tarixi abidələrilə birlikdə gözdən keçirəcək olsaq, burada ədəbi təbirlərin, elmi istilahların azlığını, kifayətsizliyini görüyoruz. Əgər on beşinci əsrə, yəni islam sxolastikasının türkləri möhkəm surətdə təsiri altına almasına qədər olan zamanlarda gərək idarə və gərək zehni-fəlsəfi sahəyə aid bir kaç düzünə təbir və istilahlar gözə çarpıyorsa, bundan sonra bunların yerlərini əcnəbi sözlərə buraxıb, qaib olmuşlardır” (3, 214). Bizcə, Bəkir Çobanzadə burada türk xalqlarının elmi və mədəni həyatında baş verən diferensiasiya (ayrılma) prosesini nəzərdə tuturdu. Məlumdur ki, bütün türk xalqları müəyyən dövrə (XVI-XVII əsrlərə) qədər ortaq elmə və mədəniyyətə malik olmuşlar. Lakin həmin dövrdən onların həyatında diferensiasiya prosesi başlayır və artıq hər bir türk dövləti ümumtürk bazaya əsaslanmaq şərtilə elmi-mədəni, sosial-siyasi, ictimai-iqtisadi və s. sahələrdə özlərinə məxsus istiqmət müəyyənləşdirir. Bu proses Azərbaycan dilinə də təsirsiz ötüşmür. Ümumtürk bazasından ayrılan türk xalqları, təbii ki, ayrı-ayrı dillərin və mədəniyyətlərin təsirinə asanlıqla düşə bilir. Müxtəlif türk dillərinə, o sıradan dilimizə ərəb-fars və rus-Avropa dillərinin təsiri də beləcə baş verirdi.

Bəkir Çobanzadə ədəbi dil məsələsində, xüsusilə də ədəbi dilin terminologiya sahəsində inkişafın, yeniliklərin baş vermə zərurətinə toxunaraq qeyd edir ki, bu proses zorla, iradə ilə deyil, elmi-mədəni mühitin formalaşması və ədəbi şəxsiyyətlərin yetişməsi ilə bağlı olan bir məsələdir. Professor ədəbi-elmi dilin formalaşması və inkişafında ədəbi şəxsiyyətlərin səviyyəlilik dərəcəsinə önəm verir və elmi dilin səviyyəsinin onu yaradan alimlərin səviyyəsindən asılı olduğunu vurğulayırdı. “...dilin leksikonuna, lüğətinə baxaraq, o dildə söyləyənlərin zehni inkişafları, mədəni təkamülləri haqqında hətta çox qəti və çox əsasi fikirlər peyda etmək mümkündür. Çünki insanın fərqinə vardığı, şüurundan keçirdiyi hər maddənin, hər hal və hərəkətin ismi, sözü vardır” (3, 215).

Bunlarla yanaşı, Bəkir Çobanzadə terminlərin əhəmiyyətini və onların bir sıra mühüm cəhətlərini də araşdıraraq gəldiyi qənaətlərini oxucuları ilə bölüşür. Belə ki alim terminlərin iki cəhətdən əhəmiyyətli olduğunu göstərir: 1) elmi, 2) pedaqoji – tərbiyəvi-tədrisi.

Bəkir Çobanzadə terminlərin pedaqoji əhəmiyyətinə xüsusi önəm verir və qeyd edir ki, müəllim təhsilin hansı formasından və dərəcəsindən asılı olmayaraq hər hansı elmi fikir və ya müddəaları izah etdikdən sonra mütləq onları konkret bir termin vasitəsilə tələbələrin başında yerləşdirməlidir. Əgər belə etməzsə, onda dərsini davam etdirə bilməz, yəni birinci fikrə bağlı olan ikinci bir fikri öyrətmək çətinləşər (3, 216). Bizcə, Bəkir Çobanzadənin nəzərdə tutduğu o idi ki, hər hansı bir elmin müəyyən bir sahəsini izah etdikdən sonra onları ümumilikdə ifadə edən bir söz-terminlə adlandırmaq elmi baxımdan əhəmiyyətli olduğu kimi, həmin elmi öyrənən tələbələrin öyrənmə prosesini asanlaşdırmaq, elmin sistemliliyini qoruyub saxlamaq baxımından terminlərin tədrisi əhəmiyyəti də böyükdür. Məsələn, müəllim tələbələrə dilçilik elminin bir sahəsi olan “Fonetika” bölmünə aid olan saitləri, samitləri, hecanı, vurğunu və s. izah etdikdən sonra onların hamısını ümumiləşdirərək “Fonetika” adı altında öyrənildiyini izah etməklə tələbəni digər bir bölməni öyrənərkən onları fonetikada öyrəndikləri ilə qarışdırmamaq üçün bir sədd çəkmiş olur. Bu isə yuxarıda “termin” sözünün latınca mənası olan sərhəd və hədd sözlərinin tam yerinə düşdüyünü göstərir. Müəllim və ya elm adamları dilçiliyin müvafiq sahələrinə müvafiq adlar (fonetika, leksika, morfologiya və s.) verməklə həmin dilçilik sahəsində öyrəniləcək müddəa və anlayışların qarışmaması üçün arasından sədd çəkmiş olur. Bu işdə isə terminlərin anlayışları dəqiq ifadə etməsi çox vacibdir. Bir sözlə anlayışa ad verərkən çalışmaq lazımdır ki, seçiləcək söz anlayışı konkret və tam dəqiq ifadə edə bilsin. Burada çoxmənalılığa, omonimliyə, sinonimliyə və əlavə izahata yol verilməməlidir.

Bəkir Çobanzadə məqalə və tezislərində terminlərin bəzi cəhətləri barədə danışarkən termin və terminologiyaya aid bəzi problemləri sual şəklində qoyur və həmin suallara sanki cavab axtarır. Professor sualları çox aydın ifadə edir və onları cavablandırarkən fikrini konkret nümunələr göstərməklə əsaslandırır.

Bəkir Çobanzadə əcnəbi dillərdən alınacaq terminlərin də özlərinə görə artıq və əskik tərəfləri olduğunu qeyd edərək, əvvəlcə, onların üstün tərəflərini göstərir: 1) Artıq yeri şudur ki, əcnəbi istilahlar ana dilinin başqa sözlərinə görə həm xarici, həm də daxili tərəfdən ayrı bir vəziyyətdə bulunduqlarından daha çapuq xatirdə qalır və müəyyən elmi məfhumların bəllənməsinə daha ziyadə xidmət edərlər; 2) Bundan başqa əcnəbi dillərdən alınacaq və yaxud yenidən yapılacaq olan istilahlar vasitəsilə insan başqa dillərdəki elmlərin istilahlarilə bağlanmış olur... (3, 217).

Əcnəbi terminlərin çatışmayan cəhətlərini diqqətə çatdıran alim, əvvəla, hesab edir ki, ana dilində yaradılacaq terminlərdəki üstünlüklər eynən əcnəbi əsasda qurulacaq terminlərin nöqsanlarını təşkil edirlər. Bu, o deməkdir ki, öz sözlərimizin üstünlükləri elə alınmaların catışmayan cəhətidir. Digər çatışmayan cəhəti kimi, Bəkir Çobanzadə belə terminlərin tədris baxımından zərərli olması, çətin qavranılması və buna uyğun olaraq zehni inkişafın geriləməsi məsələsini aydınlaşdırır və fikrini konkret nümunələrlə əsaslandırır: “Bu soy istilahlar qullanıldığı zaman məfhumdan başqa, bu istilahları da anlatmaq, izah etmək lazım gəlir ki, dərsin və zehni inkişafın iləriləməsinə bunun pək böyük təsiri vardır. Burada ruhiyyat – psixoloji, lisaniyyat – linqvistika, ictimaiyyət – sosioloji... təbirlərini qarşı-qarşıya gətirə biliriz. Bu təbirlərin kaffəsi əcnəbi olmaqla bərabər, ərəbcələrinin türk tələbələr üçün daha ziyadə anlaşılıb, daha çox zehnlərində yerləşdiyini çox dəfə təcrübə etmişiz” (3, 217).

Bəkir Çobanzadə ərəb-fars bazası əsasında yaranan terminlərin dilmizə gəlmə və formalaşma məsələsinə bu cür aydınlıq gətirməklə yanaşı, belə terminlərin dilimizə gələndən sonra törətdiyi digər bir xətanı da diqqətə çatdırır. “Sırf türk dilinə xas olan aqqlyütinasiya, sinharmonizm bizdə ərəb, fars dillərindən alınmalarla pozulub. Dilimiz, bu alınmalar nəzərə alınmaqla, bütövlükdə təmiz türk dili deyil, odur ki, o, əsas aqqlyütinasiya və ahəng qanunu tələblərinə də tam tabe olmur” (5, 180).

Bəkir Çobanzadə termin yaradıcılığında əsaslanmalı olduğumuz üçüncü baza kimi Avropa ümumi bazasını göstərir və qeyd edir ki, “Terminologiya yaradarkən diqqət yetirməli olduğumuz üçüncü baza elmi anlayışlar, elmi nəzəriyyələr sahəsində ümumi istiqamət tutmağımız və bununla yanaşı, onların adlarının, terminlərinin Avropa tərzinə əsaslanmağımızdır” (5, 180).

Göstərilən izahatlardan belə nəticə çıxarmaq olar ki, Bəkir Çobanzadənin terminalma məsələsində fikri budur ki, hər hansı mövcud anlayışı adlandırmaq ehtiyacı yarandıqda əvvəlcə milli leksikamıza nəzər yetirməliyik, əgər həmin anlayışı ifadə edə biləcək uyğun bir söz tapa bilməsək, yəni zərurət yarandıqda başqa mənbələrə müraciət etməliyik. Professor belə bir proses zamanı müvafiq anlayışları adlandırmaq üçün özündən söz uyduran insanların işini bəyənməyərək bu prosesin dilimizi süniləşdirdiyini və korladığını vurğulayır: “Bizdə şimdiyə qədər bütün türk şivələrində mövcud olan cərəyan ana dilindən istilah uydurmaq lehinədir. Lakin son illər içərisində bu xüsusda, bu yolda yapılan işlər elmi bir dil meydana gətirəcək yerdə mövcud olan elmi istilah xəzinəsini də tarümar etmiş və hər dürlü elmi düşüncə və yazını imkansız qılmışdır” (3, 219). Buradan aydın olur ki, Bəkir Çobanzadə əvvəldə də dediyimiz kimi purizm hadisəsini termin yaradıcılığında yaxşı hal hesab etmir. Bunun əksinə olaraq belə halların baş verməməsi üçün alınma terminlərdən istifadəyə üstünlük verir. Lakin onu da diqqətə çatdırır ki, alınmaları dilə kor-koranə gətirmək olmaz, onlar dilə zərurət olduqda gətirilir, bu zaman isə onlardan yerli-yerində və dilimizin mövcud qayda-qanunlarına riayət etməklə tətbiq etmək lazımdır.

Bəkir Çobanzadənin termin və terminologiya ilə bağlı fikir və tövsiyələri müasir dövrümüzdə də aktualdır, onun ideyalarını davam və inkişaf etdirmək üçün hal-hazırda dövlət səviyyəsində cox ciddi işlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının bu sahədəki fəaliyyəti dediklərimizə bariz nümunədir.



ƏDƏBIYYAT
1. Azərbaycan Sovet Esiklopediyası. IX cild. Bakı, 1986, 624 s.

2. Babayev A.M. Azərbaycan dilçiliyinin tarixi. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1996, 276 s.

3. Çobanzadə B., “Elmi və ədəbi dil məsələsi” // Çobanzadə B., Seçilmiş əsərləri. Beş cilddə, II cild, Bakı-“Şərq-Qərb”, 2007, səh. 213-221.

4. Sadıqova S., Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm”, 2011, 380 səh.

5. 1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər), Bakı-“Çinar-çap”, 2006, 571 s.

Рамиль Байрамов

Бекир Чобанзаде и вопросы

терминологии

Резюме

В статье рассматривают вопросы терминологии, связанные с деятельностью выдающегося тюрколога, профессора Бекир Чобанзаде. Здесь анализируются научные мысли и высказывания, связанные с вопросами терминологии и выдвинутые ученым в его статьях, тезисах и докладах. Кроме того, отмечается влияние и актуальность терминологических идей Бекира Чобанзаде, которые явились основополагающими в развитии современной терминологии.

Ramil Bairamov

Bekir Сhobanzade and terminology

questions

Summary

The article discusses the terminology associated with the activities of outstanding scientist of Professor Bekir Chobanzadeh. It explores the scientific thoughts and statements relating to matters of terminology and advanced scholars in his papers, theses and reports. In addition, notes the influence and relevance terminological ideas Bekir Chobanzadeh that were fundamental in the development of modern terminology.




Çapa tövsiyyə edən: Bakı Dövlət Universiteti

“Türkologiya” kafedrası
Rəyçilər: filologiya elmləri doktoru,professor M.Məmmədov

filologiya üzrə fəlsəfə doktoru Ü.Hüseynova

Вердиева Гюнай

доктор философии по филологии

gunayverdiyeva@mail.ru.
ВЗГЛЯД НА ТЕРМИНОЛОГИЮ СОВРЕМЕННОГО

ПЕРСИДСКОГО ЯЗЫКА
Açar sözlər: müasir fars dili, terminologiya, alınma sözlər, terminlərin seçilməsi, termin yaradıcılığı.

Ключевые слова: современный персидский язык, терминология, заимствования, отбор терминов, терминотворчество.

Key words: modern persian language, borrowings, terminology, selection of terms, termbulding.
В период, начиная со второй половины XI века, и вплоть до наших дней, невозможно найти язык, не подвергшийся видимым изменениям, касающихся его лексики. Прогресс и передовые технологии и динамично-развивающаяся жизнь способствует периодическому и систематическому обновлению лексики любого языка. Все эти процессы не обошли стороной и лексику современного персидского языка, где словообразование, переосмысление слов и создание новых слов с целью замены старых является главным звеном словообразования словарного состава. В современном персидском языке отчетливо прослеживается постоянный интенсивный приток новой лексики, создание неологизмов, подавляющее большинство из которых представляют собой термины.

Термин (перс. estelah) – это слово или словосочетание, являющееся названием определенного понятия какой-нибудь специальной области науки, техники, искусства. (4, с. 649)

Термины в персидском языке, а точнее, их систематизация, является сферой деятельности Академии Персидского языка и литературы (АПЯ и Л) - государственного органа, действующего на территории современного Ирана. Задачей Академии является, в первую очередь, очищение языка от иностранных слов, а также создание новых слов и терминов. Следует отметить, что за последние семьдесят с лишним лет данная организация была учреждена и упразднена дважды. В последний раз Академия возобновила свою деятельность в 1990 г. Помимо прочего, за последние двадцать лет Академия провела обширную работу в сфере лексикографии и издательско-печатного дела. В составе Академии действует так называемый «Терминологический совет» (Qoruh-e vajeqozini) (Terminology Department). В настоящее время в рамках этого отдела функционирует около 50 специализированных групп по различным тематическим направлениям, в которых занято около 200 высококвалифицированных специалистов. Здесь работает несколько специальных советов, по координации и согласованию, в состав которых входят как филологи, так и специалисты в той или иной области науки и искусства, разработкой лексики которой данная группа занимается. Каждый из советов следует за работой в определенном направлении (группа гуманитарных наук, технических искусствоведческих и т.д.)

Совет контролирует, чтобы новое слово абсолютно точно передавало смысл термина или понятия, которое решено было заменить, ведь иногда по причине новизны слова этот фактор может быть неудовлетворен частично.

Хотя в Иране, с 1995 г. был введен запрет на использование западных лексических заимствований в государственных учреждениях, но до сих пор в лексике персидского языка присутствуют слова интернационального характера. Поэтому, работа АПЯ и Л в этой области является многогранной и трудоемкой.

Неудивительно, что для внесения, кое-какой ясности в вопрос создания новых слов и терминов, в 1997 году АПЯ и Л утвердила «Принципы и критерии к отбору и определению слов», помогающие представить и прокомментировать требования к выработке новых терминов. Было принято решение разделить иностранные заимствования на нерекомендованные к употреблению и разрешенные, а к нерекомендованным словам найти и подобрать эквиваленты из самого персидского языка, полностью заменяющие их, и в дальнейшем довести до населения.

Все результаты деятельности АПЯ и Л отображены в сборниках – «Словари – слов, утвержденных Академий Персидского языка и литературы». Всего за последние двадцать лет было издано свыше десяти таких сборников.

Помимо этого, следует подчеркнуть лексикографическую и печатную деятельность АПЯ и Л. Сотрудниками Академии были созданы и опубликованы десятки словарей, книг, монографий. Среди них можем отметить такие, как:



  1. Орфографический словарь персидского языка;

  2. Этимологический персидского языка;

  3. Грамматика персидского языка;

  4. Тегеранский диалект;

  5. Современная поэзия Ирана.

Необходимо отметить, что действующая Академия уже сумела выпустить целую серию отраслевых словарей терминов, которые охватывают почти все отрасли науки и знаний.

После отбора, проводимого АПЯ и Л, и издания в сборнике, в течение 6 месяцев изучается мнение общественности, а затем предоставляются президенту страны.

Однако, этот процесс создания новых терминов и замены иностранных слов, выявляет несколько проблем.

Главная из них – это существование и наличие в обиходном и повседневном общении все еще старых иностранных слов, и так называемое «неприятие» носителями языка некоторых слов. Куранбеков так пишет по этому поводу: «Судя по результатам деятельности АПЯ и Л, замена иноязычных заимствований своими терминами пока не дает должного эффекта». (3, с. 17)

Иранская пресса, современные иранские СМИ, особенно по части научно-технической терминологии, изобилуют иностранными заимствованиями. Национальные термины могут использоваться в научных текстах, но при широком употреблении предпочтение отдается заимствованиям».

Следует отметить, что терминотворчество в основном не выходит за рамки языковой нормы, т.е. новые термины подчиняются законам персидского словообразования и создаются по персидским-словообразовательным моделям. При этом чаще всего используются такие способы словообразования персидского языка, как аффиксация, полуаффиксация, словосложение, транспозиция, калькирование и т.д.

За последние несколько лет персидский язык пополнился новыми терминами, отражающими понятия современных технологий. При этом, по нашему мнению, АПЯ и Л. необходимо добиться такого положения, когда большинство новых понятий будет передаваться терминами, созданными из ресурсов персидского языка по своим же словообразовательным моделям. Среди них можно отметить такие, как - payqah - “сайт”, çərxbal – “вертолёт”, rayane – “компьютер”, fəzagərd – “космонавт”, mərdomsalari – “демократия”, telefone-həmrah – “мобильный телефон”, dər-xətt – “онлайн”, məkəlləme – “курсор”. Все эти слова были созданы с целью замены своих эквивалентов, заимствованных из европейских языков.

Однако, говоря о терминотворчестве персидского языка, невозможно не упомянуть пуристическое движение, возникшее еще в 30-х гг. XX века. Пуристическое движение было направлено на насильственное изгнание из персидского языка чужеродных элементов. Примечательно, что языковеды и исследователи персидского языка процессы формирования терминологии совмещали именно с пуристическими идеями. Сторонниками этого движения были приложены большие усилия к тому, чтобы ограничить сферу действий персидского языка с другими языками и поднять статус персидского языка до уровня языка с исконным лексическим составом и «без чужеродных примесей». (1, с. 12)

В последние время в Иране создаются персидские эквиваленты заимствованной терминологической лексики, но процесс все же затруднен ввиду закономерного стремления к интернациональным терминам. Ведь интернациональные слова являются общими для ряда языков с одним и тем же терминологическим значением.

Таким образом, терминология современного персидского языка находится в непрерывном развитии и постоянно пополняется за счет заимствования иноязычной лексики, так и с использованием средств собственного языка.



Вердийева Э.В
Müasir fars dilinin terminologiyasına bir baxış

X ü l a s ə
Bu məqalə müasir fars dilinin terminologiyasının vəziyyətinə həsr olunub. Burada müasir fars dilinin terminlərinin seçilmə prinsipləri nəzərdən keçirilir, həmçinin burada hal-hazırda İranda mövcud olan Fars dili və ədəbiyyatı Akademiyasının fəaliyyəti haqqında məlumat verilir.

Verdiyeva G.V.
A view by terminology of modern persian language

S u m m a r y

This article is dedicated to the position of terminology of modern persian language. The principles of terms’ selection are reviewed here. Besides, in this article is given information about the Academy of Persian language and literature, which is activating in Iran currently.


Литература
1. Акбарипур Алиреза. Терминологическое строительство в Иране. М.. 2006.

2. Гладкова Е. Пути развития общественно-политической лексики современного персидского языка. М., 2013.

3. Куранбеков А. Проблемы формирования научно-технической терминологии в современном персидском языке. (Вопросы филологии. - 2003, №2 (14). с. 16-18.

4. Ожегов С.Н. Словарь русского языка. М., 1988.

5. Сотова О.М. Основные структурно-семантические особенности терминообразования в современном персидском языке. М.. 2008. автореферат.

6. www.persianacademy.ir

7. www.philology.ru


Çapa tövsiyyə edən: AMEA, Z.Bünyadov adına Şərqşünaslıq

İnstitutu, “İran filologiyası” şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor S.Sadıqova

filologiya elmləri doktoru Ş.Əlibəyli

Sevər Orucova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu.
TÜRK DİLLƏRİNİN SÖZ YARADICILIĞINDA

KONVERSİYA HADİSƏSİ
Açar sözlər: konversiya, keçid, nitq hissələri

Ключевые слова: конверсия, переход, части речи

Key words: conversion, transition, parts of speech
Başqa dillərdə olduğu kimi konversiya hadisəsi türk dillərində də geniş yayılmışdır. Konversiyanın türk dillərinin söz yaradıcılığında oynadığı rolu tədqiq edən dilçi alimlərədən F.A.Qəniyev, N.A.Baskakov, B.O.Oruzbayeva, İ.A.Batmanov, A.N.Baskakov, A.N.Kononov, J.M.Quzeev, F.Zeynalov, R.Rüstəmov, R.Abdullayev və s. kimi dilçiləri misal gətirmək olar. Dilçilərdən J.M.Quzeev konversiya hadisəsinin türk dillərində mövcud olması faktının bütün türk leksikoloqları tərəfindən qəbul olunduğunu qeyd edir [10,s.62]. Türk dillərində nitq hissələrinin bir-birinə keçməsi türkoloji dilçiliyin aktual məsələlərindən biri olaraq qalır. Türkoloji dilçilikdə konversiyanın struktur-semantik növlərindən olan substantivləşmə, adyektivləşmə, pronominallaşma, adverbiallaşma, eləcə də köməkçi nitq hissələrinə keçid prosesi işıqlandırılıb. Türk dillərində konversiya əlaqəsi iki, üç, dörd, hətta beş söz arasında ola bilər. Amma iki söz arasında olan konversiya hadisəsinə çox tez-tez, beş üzvlər arasında isə çox az-az rast gəlinir. Başqa dillərdə olduğu kimi türk dilində də müxtəlif nitq hissələri arasında konversiya hadisəsinə rast gəlinir. J.M. Quzeyev türk dillərində istənilən nitq hissəsinin, hətta modal sözlərinin konversiya əlaqəsi ilə birləşməyinin mümkünlüyünü göstərir­di. Amma dilçi alimin fikrincə, başqa nitq hissələri ilə müqayi­sə­də daha çox feil, sifət, zərf və isim daha çox bu sözyaratma vasitəsilə bir-biri ilə əlaqələnirlər [10,s.80]. F.A.Qəniyev tatar dilinin söz yaradıcılığında konversiyanın oynadığı rol haqqında yazır: " Sözsüz ki, tatar dilində həm sifət, həm də zərf müstəqil nitq hissələridir. Amma onlarla eyni sırada həm isim, həm sifət, həm də ki, zərf mənasında olan sözlər də mövcuddur. Ona görə də tatar dilinin söz yaradıcılığı prosesini tədqiq edərkən konversiya hadisəsi nəzərə alınmalıdır. Konversiya tatar dilini zənginləşdirən orijinal sözdüzəltmə vasitələrindən biridir və german dilçiliyində olduğu kimi monoqrafik tədqiqatların obyekti olmalıdır" [ 9, s.28].

Hələ 1936-cı ildə İ.A.Batmanov "Qırğız dilində nitq hissələri" əsərində yazırdı: "Nitq hissələrinin miqdarı dəyişir; bundan başqa dildə bir mərhələdən digərinə keçməsinə görə eyni əsaslar öz sintaktik funksiyalarını dəyişib, bir nitq hissəsi kateqoriyasından digərinə keçə bilir" [8, s.14].

F.Zeynalov türk dillərində substantivləşmə haqqında yazırdı: " Türk sistemli dillərdə isimlər hal, kəmiyyət və mənsubiyyət kateqoriyalarına malikdirlər. Məhz elə bu xüsusiyyətlər də ismi digər nitq hissələrindən fərqləndirən əlamətlərdən sayılmalıdır. Onu da qeyd etmək lazımdır ki, hal, kəmiyyət və mənsubiyyət kateqoriyaları digər nitq hissələri ilə də işlənə bilər. Digər nitq hissələri öz əvvəlki məzmunlarını saxlaya bilmir, sintaktik vəzifəsini dəyişir və substantivləşir. Məsələn, qırmızılar, yaxşıların(Azərb.), kaббфнинг, кизиллар, mоклар(özbək), aклар, йəтендəр(başqırd), кыраллар,диəлəəхтəр, улаханым, кырам(yakut) və s." [4,s77]. Göründüyü kimi sifətlər öz adi hallarında hallanmır, kəmiyyətcə dəyişmir. Onlar ancaq substantivləşdikdə hal və kəmiyyət şəkilçilərini qəbul edir.Tatar dilində də başqa nitq hissələrinin substantivləşməsini ən məhsuldar sözyaratma vasitəsi hesab etmək olar. Bu dildə bütün nitq hissələri, təkcə zərflər istisna olmaqla isimləşmə xüsusiyyətinə malikdir. Məsələn:

Кара "qara"→ кара "mürəkkəb"(isim→sifət)

Ялкау "tənbəl"→ ялкау "tənbəl"(isim→sifət)

Уку "oxumaq"→ уку "oxu" (fel → isim)

Нəрсə"nə" → нəрсə "əşya" (əvəzlik →isim) və s [9,s. 34].

İsimlərin adyektivləşməsi digər dillərdə olduğu kimi türk dillərində də mübahisəli məsələ olaraq qalır. F.Zeynalov bu barədə yazırdı: "Hələ də çox vaxt türkoloji ədəbiyyatda isimlə sifət bir-birinə qarışdırılır. Türk sistemli dillərə aid yazılmış əsərlərin çoxunda belə bir fikir müdafiə olunur ki, guya bu dillərdə isim, sifət və zərflər bir-birindən seçilmir. Bu mövqedə duran dilçilər təyin rolunda işlənən isimləri səhv olaraq sifət kimi səciyyələndirirlər" [4,s.76]. Doğrudan da, N.A. Baska­kov "Noqay dilinin qrammatikası" əsərində leksik-semantik sifətlərə baş­­qa nitq hissələrindən (xüsusilə zərf və isimlərdən) az fərqlənən sifətləri aid edir. Məsələn, яман "pis", яхшы "yaxşı" ,узак "uzunmüddətli", узын "uzun", эрек "uzaq" və s. Dilçi alim bu sözlərin leksik məna və sintaktik funksiya hesabına həm sifət, həm də zərflərə aid olduğunu göstərir. Və onları omonim nitq hissələri hesab edir [5, s 136]. Qırğız dilində , çumurtqa sarьsь —yumurta sarısı, sarь—sarı(rəng). kimi nümunələrə, yəni isimlərin həm sifət mövqeyində işlənməsinə, həm də tarixən isim və sifət kimi işlənən sözlərə nəzər yetirərkən İ.A.Batmanov belə bir sualı ortaya qoyur: "Bu hansı nitq hissəsidir? " və qoyduğu maraqlı suala elə özü belə cavab verir: " Nə isim, nə sifətdir. Elə bir şeydən ayrılmadır ki, nəticəsində həm isim, həm də ki, sifət yaranıb"[ 8, s. 32]. Ümumiyyətlə bu mövqeyə görə dilçiləri iki qrupa bölmək olar. Onlardan bir qrupu (F.R.Zeynalov,B.A.Serebrennikov, A.N.Kononov) sifət mənasında işlənən bəzi isimlərin elə isim olaraq qalmasının tərəfdarı idilər. Amma bəziləri isə (N.A. Baskakov, F. A. Qəniyev və s.) belə isimlərin artıq sifət mövqeyində işlənməsinin tərəfdarı idilər. Türk dillərində bir qrup sözlər vardır ki, onlar həm sifət, həm də zərf mövqeyində işlənirlər. Amma bəzi türk lüğətlərində sifət → zərf konversiyası əks olunmayıb. Bununla belə qırğız, qazax və türkmən leksikoloqları, həmçinin leksikoqrafları bunu qəbul etmirlər. Eyni zamanda onların tərtib etdikləri sifət və zərf kimi işlənən sözlər yalnız sifət kimi xarakterizə edilir. Dilçilərdən J.M.Quzeev bu sözləri həm sifət, həm də ki, zərf kimi göstərilir. Məsələn, tatar dilində жакшы кийим "yaxşı geyim", жакшы жюр "özünü yaxşı aparmaq"; яман ер "pis yer", яман ишле "pis işləmək" [10 ,s. 63].

N.A.Baskakov türk dillərindən biri olan qaraqalpaq dilində konversiyanı leksik yolla sözdüzəltmə vasitəsi adlandırır və bu dildə ən çox substantivləşmənin geniş yayıldığını göstərirdi. Dilçi qeyd edirdi: "Qaraqalpaq dilinin lüğət tərkibində az fərqlənən formalara rast gəlmək olur, məsələn:

a) sifət (zərf) və fel:



къызык "maraqlı, maraqla", къызык "maraqlanmaq"

b) isim, sifət və fel :



къарры "qoca"(isim, sifət), къарры "qocalmaq"

c) isim və sifət :

агъаш "ağac" (isim, sifət)

кюмис "gümüş"(isim, sifət))[6 ,s.205].

Dilçi alim az fərqlənmə deməklə nitq hissələrinin bir-birinə keçməsini nəzərdə tuturdu. Alim təyin funksiyasında işlənib, əlamət mənasını alan, yəni N.A.Baskakovun fikrincə, atributivləşən isimlərə material, forma, hər hansı bitki və ya ağac, yaş, milliyət bildirən adları aid edirdi. Yəni, bu dildə bu və ya başqa buna oxşar sözlərin hansı nitq hissəsinə aid edilməsi çətinlik yaradır. Ümumiyyətlə ,türk dillərinə xarakterik xüsusiyyətlərdən biri də odur ki, sifət və zərflər eyni semantikanı, yəni, əlamətlərin semantikasını ifadə edir: sifət əşyanın əlamətini, zərf isə əlamətin əlamətlərini əks etdirir. Beləliklə, bu nitq hissələri semantik aspektdə deyil, funksional aspektdə fərqli olaraq qalır. Amma başqa türk dillərində olduğu kimi qaraqalpaq dilində də yalnız funksional-formal deyil, həmçinin semantik-formal göstəricilər vardır ki, bunlar da sifət və zərflərə oxşar nitq hissələri kimi baxılmasına imkan verir. Belə göstəricilərdən biri də həm sifət, həm də ki zərflərə xas olan müqayisə dərəcələridir. Həmin göstərici bu iki əsas nitq hissəsinin az fərqləndirilməsinə gətirib çıxarır. Buna görə də, funksional göstəricilərə ehtiyac duyulur. A.N.Kononov özbək dilində adverbiallaşmanı leksik-morfoloji-sintaktik yolla zərflərin yaranması və ya başqa nitq hissələrinin zərfə keçidi adlandırır, leksik-morfoloji-sintaktik yolu iki hissəyə bölürdü: leksik-sintaktik və morfoloji [11, s. 293].

A.N.Kononov leksik-sintaktik adverbiallaşma dedikdə müddət bildirən isimlərin, başqa konteksdə substantiv mənalarını saxlayaraq əsas konteksdə zərf mənasını əldə etməsi kimi izah edirdi. Məsələn, Kеч етасан, эрта турасан.(Axşam yatarsan, səhər durarsan.)

Morfoloji yolla adverbiallaşmanı isə alim müddət bildirən isimlərin, sifətlərin, başqa nitq hissələrinin üçüncü şəxs mənsubiyyət sonluğunun (-(с)и) köməyilə zərf cərgəsinə daxil olması hesab edirdi. A.N.Kononov buna misal olaraq aşağıdakı sözləri göstərmişdir:



Кеча-си ( gecə), бир куни (bir dəfə), охири (axırı ki) və s.

Azərbaycan dilində Ağamusa Axundovunun semantik-sintaktik konversiya adlandırdığı hadisə bildiyimiz kimi dilimizdə düzəltmə isim və sifətlər kimi omonimlərin yaranmasına gətirib çıxarır. Eyniliklə bir qrup sözdüzəltmə şəkilçilərin köməyilə türk dillərində də belə konversiya hadisəsinə rast gəlinir. Şəkilçilərdən -лы/ли noqay dilində həm sifət, həm də isim yaratma xüsusiyyətinə [5,s.137], qırğız dilində -lьq həm isim, həm də sifət yaratma xüsusiyyətinə, -sьz sözdüzəltmə şəkilçisi isə həm sifət, həm də zərf yaratma xüsusiyyətinə malikdir[8, s 34] .B.A.Serebrennikov -çı, -çi şəkilçisi haqqında yazırdı: " Güman ki, -çı,-çi sifətin affiksi olmuş və bir şeyə qarşı həvəs, meyl, vərdiş bildirmişdir: şor. Uruşçı "dalaşqan", terçi "tərli", azərb."inadçı" və s. Sonra bu affiks müvafiq semantik dəyişikliklə isimlərin sahəsinə keçmişdir[3 ,s130]. Qırğız dilində sifət sırasına daxil olmuş çoxlu isimlərə rast gəlmək olar ki, onlar say, hal, kimi ismə məxsus xüsusiyyətlərini itirib, təyin kimi cümlə üzvü funksiyası daşıyıb keyfiyyət mənasını əldə edir. Bu sifətlər bəzi sözdüzəldici şəkilçilər vasitəsilə yaranmışdır. Məsələn, сансыз-сапатсыз (sonsuz sayda), ата-аналы (valideynləri olan), ак шашлы(ağ saçlı) və s.

Türk dillərində çoxlu sayda köməkçi nitq hissələri vardır ki, onlar sözlərin bir nitq hissəsindən digərinə nəinki tam keçidini göstərir, həmçinin çoxlu sayda leksik mənalı vahidlərin qrammatikləşməsini açıq-aydın əks etdirir. Türk dillərində xüsusilə qırğız dilində çoxlu sayda müstəqil mənalı sözlər vardır ki, öz leksik müstəqilliyini itirib, köməkçi nitq hissələri sırasına daxil olub. Belə sözlərə qırğız dilində olan менен(ilə), чейин(qədər), жана(və) kimi sözləri aid etmək olar. Türk dillərində müxtəlif nitq hissələrindən təcrid olunmuş köməkçi nitq hissələrindən biri olan qoşmaların dilçi alimlərdən F.R.Zeynalov həm əsas nitq hissəsi, həm də qoşma kimi işləndiyini yazırdı və onları leksik-qrammatik omonim hesab edirdi [4,s.296]. Doğrudan da, belə sözlər tamamilə eyni olsa da, leksik-qrammatik təbiəti tam mənası ilə uyğun olan sözlər deyil. Dilçilərdən F.R.Zeynalovun müstəqil mənalı sözlərdən yaranan qoşmalar kimi xarakterizə etdiyi sözlər, R.Rüstəmovun fikrincə əsas nitq hissələrinin semantik və qrammatik transformasiyası nəticəsində törənmişdir [2,s.37]. J.M.Quzeev türk dilində konversiya vasitəsilə yaranan qoşmalara aşağıdakıları aid edirdi : [10,s.82-83]

1. Fel → sifət → zərf → isim → qoşma. Məsələn, kabardin-balqar dilində - кьатыш-"qarışmaq, iştirak etmək" — кьатыш "qarışıq"—кьатыш "kiminləsə qarışıq salınmış"—кьызматташ "əməkdaşlıq etmək" və s.

2. Sifət → qoşma : kab-bal. Жууукъ "yaxın" — жууукь" təxminən", qırğız dil. Башка " savayı " — башка "savayı"

3. Say → qoşma : kab- bal. Кьадар " bir neçə, çoxlu"—кьадар " qədər, kimi"

4. Zərf →qoşma : qırğız dil. Мурун "əvvəlcə, qabaqca" — мурун "əvvəl, qabaq" və s.

F.R.Qəniyev tatar dilində törəmə qoşmalarının isim, zərf və fellərdən yarandığını deyirdi. Tatar dilində elə isimlər vardır ki, müəyyən sözdəyişdirici şəkilçilər qəbul etməklə onların zərfə keçidinin şahidi oluruq. Xüsusilə, ismə aid olan sözlər hal şəkilçiləri qəbul etməklə qoşma kimi də çıxış edə bilirlər. Məsələn, астында "altında" , турасына "qabaq" və s. Müasir türk dillərində hətta qoşmaların adyektivləşməsinə də rast gəlinir. N.A.Baskakov tərəfindən bu proses qoşmaların atributivləşməsi adlandırılır.Məsələn, noqay dilində : Як суьеклерининь териси астындакы этлери тыртысып-тыртысып козлагадылар. (Almacıq sümüyünün altındakı əzələlər əsəbi halda hərəkətə gəldi [5,s.282]. Amma burada dilçi alimin atributivləşmə adlandırdığı hadisənin sifətə keçidlə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq qoşmaların təyin funksiyasında işlənməsidir. Bütün bunlardan görmək olar ki, türk dillərində qoşmalara keçidin əsasında müəyyən bir nitq hissəsinə aid sözün semantik və qrammatik baxımdan başqa nitq hissəsi rolunda çıxış etməsi durur. Ümumiyyətlə, məşhur türkoloq A.Baskakovun "Qaraqalpaq dili" kitabında da adyektivləşmə atributivləşmə hadisəsi kimi adlandırılır [6, s.187] .

Türk dillərində fel formalarının substantivləşməsi, adyktiv­ləş­mə­si və adverbiallaşması haqqında dilçi alimlərdən M.B.Əsgərovun apardığı tədqiqatlar da təqdirə layiqdir. Alimin fikrincə, türk dilində bəzi şəkilçilər qəbul etmiş fel formaları digər nitq hissələri sırasına daxil olub, onların xüsusiyyətini qəbul edir. Məsələn, M. Əsgərov belə fel formalarından biri olan substantiv-adyektiv-adverbial fel forması haqqında yazır: " Bu formalar hərəkət məzmununa malik olan sözləri ikinci dəfə okkazional olaraq həm mücərrəd əşya, həm ismi, həm də feli əlamət kimi təqdim edir" [1,s.64]. Başqa dillərdə olduğu kimi türk dilində də feli sifət həm isimləşmə, həm adyektivləşmə xüsusiyyətinə malikdir. Eləcə də feli bağlamalarının da zərfə doğru inkişafı konversiyanın türk dillərində çox yayılmış nümunələrindən biridir.

Dilçilərdən E.R.Tenişevin fikrincə, türk dilləri kimi aqlutinativ dillər üçün bağlayıcıların müstəqil nitq hissəsi funksiyasında iştirak etməməsi hiss olunmur [12,s 200]. Həmçinin bəzi türk dillərində bağlayıcılaşma və ya müxtəlif nitq hissələrinin köməkçi nitq hissəsi olan bağlayıcıya keçidi geniş yayılmışdır. Türk dillərində hələ erkən dövrlərdən müxtəlif nitq hissələrinə məxsus sözlər bağlayıcı funksiyasında işlədilmişdir. N.A.Baskakov, M.Y.Həmzəyeva, B.Çarıyarova türk dillərində bağlayıcıların tarixən real semantikasını itirmiş müstəqil mənalı sözlərdən yaranması fikrinin tərəfdarı idilər [7, s.80] . Məsələn, türkmən dilində себəби- себəн (səbəb) isimdən, болса –болмак(olmaq) şərt formasında olan feldən yaranmışdır. Türk dillərində köməkçi nitq hissələrindən yaranmış bağlayıcılara da rast gəlmək olar. Bəzi türk dillərinədə ədat kimi işlənən sözlər zaman keçdikcə bağlayıcıya konversiya olunmuşdur. Məsələn, Azərbaycan dilində tək ədatının ekvivalenti olan tatar və başqırd dillərində olan tik çuvaş dillərindəki tek ədatı tarixən köməkçi nitq hissəsi olan ədatdan bu dillərə keçib, hal-hazırda –sa2 mənasını verən şərt bağlayıcı kimi də işlənir.

Göründüyü kimi türk dillərinə nitq hissələrinin bir-birinə keçməsi çox geniş yayılmışdır. Bu hadisə sözdüzəltmə vasitəsi olaraq, türk dillərinin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Türk dillərində nəinki əsas nitq hissələrinə, eləcə də köməkçi nitq hissələrinə də keçid baş verir.


Ədəbiyyat
1. Əsgərov M. Zaman formaları, adverbial fel formaları və onlar arasında funksional-semantik əlaqələr. Bakı: "Nurlan", 2002.

2. Rüstəmov R. Müasir Türk dilində köməkçi nitq hissələri (keçid prosesi). Bakı Universiteti nəşriyyatı, 1996.

3. Serebrennikov B.A, Hacıyeva N.Z. Türk dillərinin müqayisəli tarixi qrammatikası. Bakı, 2002.

4. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. Bakı: ADU-nun nəşri, 1975.

5. Баскаков Н.А. Грамматика ногайского языка , часть 1 (Фонетика и морфология). Черкесск: 1973

6. Баскаков Н.А. Каракалпакский язык (Фонетика и морфология ) , часть 1 (Части речи и словообразование). Москва: Издательство Академии Наук СССР, 1952.

7. Баскаков Н.А, Хамзаева М.Я, Чарыярова Б. Грамматика туркменского языка, I часть Фонетика и морфология. Ашхабад: "Ылым", 1970.

8. Батманов И.А.Части речи в киргизском языке. Фрунзе: Киргизгосиздат, 1936.

9. Ганиев Ф.А. Конверсия в татарском языке. Казань: Татарское книжное издательство, 1985.

10. Гузеев Ж.М. Семантическая разработка слова в толковых словорях тюрских языков. Нальчик: "Эльбрус", 1985.

11. Кононов А.Н. Грамматика современного узбекского литературного языка. Ленинград: Издательство Академии Наук СССР, 1960.

12. Тенишев Э.Р. Сравнительно-историческая грамматика тюрских языков (Морфология). Москва: "Наука", 1988.



Оруджова Севар

Конверсия в словообразовании тюркских языков

Резюме
В статье показано, что процесс конверсии играет важнейшую роль в словообразовании тюркских языков. Слова переходя в иную части речи одновременно может выступать как слова относящийся к двум, трем или несколько частям речи. Образование нового слова происходит путем перемещения какой-либо основы в другую парадигму словоизменения. Субстантивация, адъективация, адвербиализация как структурно-семантические типы конверсии широко распространилась во многих тюркских языках.
Oruchova Sevar
Conversion in the word building of Turkish languages

Summary
It is shown in the article that the process of conversion plays an important role in the word-building of Turkish languages. The word converting into another part of speech simultaneously can act as the word relating to two, three or different parts of speech. Formation of a new word takes place by means of replacement of any stem to another word – changing paradigm. As the structural-semantic types of conversion, substantivisation, adjectivization, adverbialization are widely spread in most of Turkish languages.
Çapa tövsiyyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor M.Mahmudov

filologiya elmləri doktoru İ.Tahirov

TERMİNOLOGİYA KOMİSSİYASININ

QƏBUL ETDİYİ TERMİNLƏR

Azərbaycan dilində

İngilis dilində

Tullantılar

Abatement

Cilalanma

Abrasion

Oxboyu

Axial

Mişar

Back saw

Qollu süzgəc

Bag filter

Azimut

Bearing

Kərpic üzlük

Brick facing

Silikat kərpici

Calcium silicate

Mərkəzdənqaçma

Centrifugal

Mərkəzi ox

Centroidal axis

Sentrifuqa

Centrifuge

Bircinslilik əmsalı

Coefficient of uniformity

Qurğu

Construction

İnşaat obyekti

Constructional project

İnşaat modulu

Construction module

Asma tavan

Counter ceiling

Qara döşəmə

Counter floor

Sıxac

Cramp

Kritik sıxlıq

Critical density

Kritik dərinlik

Critical depth

Kritik təzyiq

Critical head

Axın rejimi

Current regime

Axın sürəti

Current velocity

Dövri rejim

Cycling


MÜNDƏRİCAT

ÖN SÖZ 3
Sadıqova Sayalı. Dil sistemində leksik paralellərin ifadə formaları...................................................................................................5
Baxşıyeva Tünzalə. Nağıllarda mifonimlər.............................................16
Ирада Абдуллаева. Эпонимные термины как составная часть современного словообразования…………………..............................23
Sima Quliyeva. Müasir Azərbaycan dilində dilçilik terminləri...............31
Светлана Новрузова. О многозначности в научно-технических терминах.................................................................................................39
Reyhan Həbibli. “Erqonim” konsepti ilə bağlı mülahizələr....................44
Hacıyeva Nərgiz. Azərbaycan dilində təqlidi sözlərin fonetik-üslubi xüsusiyyətləri...........................................................................................54
Hacıyeva Natavan. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında türkçülük konsepti (1918-1920-ci illərin materialları əsasında)..............69
Sevinc Əliyeva. “Kitabi-Dədə Qorqud”da ərəb alınma komponentli arxaik feillər.............................................................................................81
Qətibə Mahmudova. Türk dillərində söz və termin yaratma prosesinə bir nəzər.........................................................................................................89
Mənzurə Musayeva. Elmi-texniki mətnlərdə çoxfunksiyalı sözlərin tərcümə çətinlikləri..................................................................................99
Şəbnəm Həsənli. XI-XII əsr türk dillərində oyun və əyləncə ilə bağlı etnoqrafizmlər........................................................................................105
Sevda Rzaeva. The tasks and the role of the teacher’s personality in teaching English……………………………………………………….118
Elçin İsmayılov, Zamiq Təhməzov. Xalq oyunları və məişətlə bağlı leksika...................................................................................................123
Вафа Гусейнзаде. Концептосфера брачное родство (на материале русского и азербайджанского языков)…..........................................128
Vəfa Məhərrəmova. Azərbaycan və ingilis dilləri arasındakı abreviativ xarakterli leksik paralellər......................................................................144
Gülnar Bəşirova. Dilin lüğət tərkibində dənizçilik leksikasının yeri.........................................................................................................153
Zülfiyyə Əlibəyova. Etnotoponimlərin orfoqrafik və orfofonik xüsusiyyərləri.........................................................................................160
Pəri Əhmədova. Pedaqogika terminologiyasının təşəkkülü..................168
Lianna Axundova. Kütləvi informasiya vasitələrinə (KİV) verilən adların bəzi xarakterik xüsusiyyətləri....................................................177
Ramil Bayramov. Bəkir Çobanzadə və terminologiya məsələləri...............................................................................................182
Вердиева Гюнай. Взгляд на терминологию современного персидского языка……………………………………………………189

Sevər Orucova. Türk dillərinin söz yaradıcılığında konversiya hadisəsi...................................................................................................194
Terminologiya Komissiyasının qəbul etdiyi terminlər.................202

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ
QAYDALAR

1. Jurnalda məqalələr altı (Azərbaycan, türk, rus, ingilis, alman və fransız) dildə çap oluna bilər.

2. Məqalələrin mətnləri Azərbaycan türk, dilində latın əlifbası, rus dilində kiril əlifbası və ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman – 12 şrifti, 1 intervalla yığılmalıdır.

3. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. aydın şəkildə verilməlidir.

4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olunmalıdır. Məqalələrin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, [1] və ya [1. S. 20] işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

5. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə verilməlidir.

6. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasəsi verilməlidir.

7. Məqalələrdə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstərilməlidir.

8. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc edilməyəcək.

К сведению авторов

ПРАВИЛА ПУБЛИКАЦИИ

1. Статьи для публикации в журнале принимаются на шести языках: азербайджанском, турецком, русском, английском, немецком и французском.

2. Тексты статей на азербайджанском, турецком, английском, немецком и французском языках набираются латиницей, а на русском – кириллицей. Шрифт Times New Roman 12, интервал – 1.

3. В конце статьи в доступной форме излагаются её научная новизна и практическая значимость.

4. В статьях необходимо ссылаться на научные источники, соответствующие их теме. В библиографии предпочтение следует отдавать статьям и монографиям, опубликованным в последние 5– 10 лет. Нумерация источников в библиографии должна даваться не в алфавитном порядке, а по мере ссылки на тот или иной из них. Ссылки оформляются следующим образом: [1] или [1. С. 20]. Если один и тот же источник встречается в тексте несколько раз, то он указывается под прежним номером.

5. Каждая статья должна быть снабжена индексами и кодами типа УДК или PACS, а также ключевыми словами.

6. Резюме, кроме как на языке оригинала, должно представляться ещё на двух языках. Резюме должны повторять друг друга и соответствовать содержанию статьи.

7. В статье должны быть указаны место и адрес работы автора (авторов), а также адрес его (их) электронной почты.

8. Статьи, содержащие плагиат, опубликоваться не будут.


TO THE AUTHORS’ ATTENTION

RULES



  1. The articles in the journal can be typed in six languages (Azeri, Turkish, Russian, English, German and French).

  2. The articles in the Azerbaijani, Turkish, English, German and French languages must be typed in the Latin alphabet, but the articles in Russian must be typed in the Cyrillic alphabet. With Times New Roman-12, the articles intervals between lines– 1.

  3. At the end of the article the scientific novelty and practical significance of the work must be demonstrated.

  4. It is necessary to refer to the scientific sources caresponding the subject. The preference must be given to the scientific articles, monographs published for the recent 5-10 years. The literature list given at the end of the article must not be ordered alphabetically; but it must be numbered by order in the text and for instance marked [1] or [1. P. 20]. In case of repetition of the same literature in different places of the text, the same literature must be marked with the previous number.

  5. Codes and key words of the UOT or PACS types must be demonstrated in every article. The key words are to be given in three languages.

  6. Addition to the article language, the summary must be in two other languages. The summaries in different languages of the articles must exactly be the same and correspond to the content of the article.

  7. It is necessary to note the author’s/ authors’ workplace and address also his lor their e-mail address.

  8. In case of plagiarism, no articles will be pnblished


TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ



«Elm və təhsil»

nəşriyyatının direktoru: professor NADİR MƏMMƏDLİ

Dizayn: TURAL ƏHMƏDOV

Texniki redaktor: RÖVŞANƏ NİZAMİQIZI

Yığılmağa verilmiş 11.3.2014.

Çapa imzalanmış 7.5.2014.

Şərti çap vərəqi 9,5. Sifariş № 704.

Kağız formatı 70x100 1/16. Tiraj 300.



Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya

müəssisəsində səhifələnib çap olunmuşdur.

E-mail: elm_ve_tehsil@box.az

Tel: 497-16-32; 050-311-41-89



Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.





1 Azərbaycan və ingilis dilləri arasında abreviatur xarakterli leksemləri şərti olaraq, a) ingilis dilli; b) qeyri – ingilis dilli leksem qısaltmaları çərçivəsində nəzərdən keçirə bilərik. Birincilərə: PR, HR, VİP və s. abreviasiya faktları, ikincilərə P.S., CV, SPA və s. qısaltmalar daxildir.

1 Yunan fəlsəfəsi termini olan ezoterika ilkin anlamında “daxili həyət” mənasını ifadə etsə də, müasir terminoloji anlamı “gizli olan, pünhan olan, sirli olan” mənalarını ifadə edir [4 ].

2 Ktematonimlər “maddi – mədəniyyət, elm – texnika, mənəvi mədəniyyət əsərlərinin, inzibati idarələrin, təşki­latların və s..) adlarını” əhatə edir. [7 ; 265 ], Məs: NASA, UNESKO, BBC, ABC və s.





1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə