Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə10/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Ədəbiyyat və mənbələr
1.Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri (sorğu lüğəti). Bakı, 1989.

2. Войнова Е.А. Лексикология современного английского языка. М.:1991.

3. Якурова Ш.С. Испанские заимствование в английском языке. AKД, 2012.

4. Сардина Е. Русские заимствование в английском языке. M.: 2003.

5. Словарный состав английского языка. M.: 2009.

6. Шанаева M.A. Словарный состав английского языка делового обшение. Дисс.кан.фил.наук. M.: 2000.

7.Dənizçilik terminləri lüğəti. Bakı, 1942.

8.Pənahi M.A., Osmanova N.L., Bəşirova G.R.İngiliscə-Azərbaycanca dəniz terminləri lüğəti. Bakı, 2012.

9.Azərbaycan dilinin izahlı lüğəti. III cild, Bakı, 1983.

10.Məmmədov İlham. Rusca-ingiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti. Bakı, 2010.


Баширова Гюльнар

Морская лексика в словарном составе языка

Р е з ю м е

В статье определяются своеобразные особенности словарного состава двух разносистемных языков – английского и азербайджанского и уточняется место этой лексики в словарных составах этих языков. Рассматривается влияние морских терминов в этой отрасли на словарный состав в контексте национальной и заимствованной лексики.



Bashirova Gulnar

Marine terminology in the vocabulary of a language

S u m m a r y

The article deals with the characteristic features of the vocabulary of two languages of different system - English and Azerbaijani and the place of these words is defined in the vocabulary of these languages. Influence of marine terminology in this field on the vocabulary is investigated in the context of national and borrowed words.



Çapa tövsiyə edən: Azərbaycan Dövlət Dəniz

Akademiyasının “Dillər” kafedrası

Rəyçilər: filologiya elmləri doktoru İ.Tahirov

filologiya üzrə fəlsəfə doktoru,dos. Q.Heybətov

Zülfiyyə Əlibəyova

AMEA Nəsimi adına Dilçilik İnstitutu
ETNOTOPONİMLƏRİN ORFOQRAFİK VƏ ORFOFONİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: Onomastik vahidlər, orfoqrafiya, toponim, orfofonik

Key words: Onomastic units, orthographic, toponymy, orfofonik

Ключевые слова: Ономастические единицы, орфография, топонимика, орфофонеческие.
Onomastik vahidlərin orfoqrafiyasının özünəməxsus cəhətləri vardır. Mövcud ümumi orfoqrafik prinsiplər burada da tətbiq edilir. Bu belə də olmalıdır və onomastik vahidlərin orfoqrafiyasının dilimizin ümumi orfoqrafiya qaydalarından tamamilə ayrı götürmək düzgün deyildir [14, 472]. Orfoqrafiya qaydaları ədəbi dilin inkişafı ilə bağlı olaraq zaman-zaman dəyişir və yeniləşir. Onomastik vahidlərin orfoqrafik baxımdan tədqiqi xalqımızın tarixinin müəyyənləş­diril­mə­sin­də rol oynayan əsas faktlardan biridir. Bu səbəbdən də bəzi etnonimlərin həm yazılışına, həm də düzgün tələffüz formalarına nəzər yetirək. Onomastik vahidlərin orfoqrafik baxımdan tədqiqi xalqımızın tarixinin, xalqımızın etnogenezinin də düzgün müəyyənləşməsində əsas rol oynayır.

Məlumdur ki, Azərbaycan toponimləri dilimizin leksikasında mövcud olan müxtəlif söz qrupları əsasında yaranmışdır. Belə ki, yer adları, şəxs, qəbilə, tayfa, heyvan, bitki, səma cisimləri, su obyektlərinin adını daşımaqla meydana çıxmışdır. Məsələn, Azərbaycanda görkəmli dövlət xadimi, sərkərdə, əslən qıpçaq olan Şəmsəddin Eldəgəzin adı ilə adlandırılan Eldəgəzlər dövləti sonrakı əsrlərdə müəyyən fonetik dəyişmələrə məruz qalmışdır (Eldəgəz, Eldəgiz, Eldigüz, İldəniz fonetik variantlarda işlənmişdir) [19, 81].

İsa Musayevin fikrinə görə El-geniş anlamlı əski türk sözüdür. El / il-düzənli, nizamlı anlamını verdiyini bildirmişdir [16, 200].

Görkəmli tarixçimiz Z.M. Bünyadov “Azərbaycan Atabəyləri dövləti” adlı kitabın əvvəlində İl-Dəniz yazılış variantından istifadə edir. Kitabın sonrakı bölmələrində isə Eldəniz formasında yazır və kitabın aşağısında bu ad haqqında fikrini belə bildirir: “Mən belə hesab edirəm ki, bu ad iki türk sözündən düzəlibdir: “il” (el) və “dəngiz” (“təngiz”), bəlli olduğu kimi, rus dilində “burun sonoru nun” (nunu-səğir) üçün qarşılıq eynilik yoxdur. Ona görə də “dəngiz” yerinə mən həmişə dəniz yazıram [6 ,43]. Təngiz sözü isim(ad) kimi “Oğuz xaqan dastanı”nda Azərbaycan və türk dillərində bu söz “Dəniz” kimi tələffüz edilir”

Müasir dövrdə çapdan çıxan Azərbaycan tarix kitablarında Eldəniz şəklində yazılır. İndiki orfoqrafiya qaydalarımıza əsasən:

Yazılır Tələffüz edilir

Eldəniz Eldəniz

Fikrimizcə xüsusi adlar əvvəlki dövrdə yazıldığı kimi qalsa daha yaxşı olardı. Çünki onlar tariximizi təmsil edirlər. Düzdür bəzi sözlərin qədim tələffüzü dildə çətinlik törədir. Amma yenə də qədim variantına uyğun yazılıb, tələffüz olunmalıdır.

Əfşar etnotoponimini . Avşar, afşar, ovşar, əfşar kimi deyiliş və yazılış formaları, fonetik variantları mövcuddur. Əfşarlar etnogenezimizin formalaşmasında iştirak etmiş qədim türk tayfasıdır. Ölkəmizdən də kənarda bir çox yerlər Afşar adını daşıyır. Müəyyən tarixi bir zaman dövründə köçmələr və ya məcburi köçürmələr nəticəsində bir ərazidə yaşayan tayfalar başqa əraziyə köçərkən öz obyekt adlarını da orada məskunlaşdıqları yerə qoymuşlar. Bu zaman həmin ərazidə yaşayan kiçik tayfalar və ya tayfa birləşmələri həmin adları düzgün tələffüz edə bilmədiklərindən, həmin adlar (onomastik vahidlər) təhrif olunur, yazılışında isə yanlışlığa yol verilir. Beləliklə, ayrı-ayrı tayfalar və xalqlar tərəfindən coğrafi obyektlərə verilən termin- adlar bir-birinə qarışmışdır. Odur ki, coğrafi adlarla bağlı olan bir sıra qəbilə, tayfa adları təkcə respublikamızın ərazisində deyil, digər dövlətlərin ərazisi və tarixi ilə əlaqəli şəkildə öyrənilməlidir. Bu, hər hansı bir ərazidə tarixən sakin olmuş əhalinin etnik tərkibini öyrənməyə çox kömək edir [15, 3]. Məsələn: “Dairətül-maarif və Əfqanıstan” adlı əfqan ensiklopediyasında Əfqanıstan ərazisindəki azərbaycanlılar haqqında deyilir: “azəri-Azərbaycan türklərinin keçmiş tayfaları –çox hissəsi Nadir şahın hakimiyyəti dövründə Əfqanıstana köçürülmüşlər. Onlar əsasən Kabul ətrafındakı Əfşar təpə və Nənəkçi kəndlərində yaşayırlar. Onlar öz ana dillərində danışırlar [8, 159]. Deməli, Əfqanıstandakı Əfşar Nanəkçi, Əfşarxan toponimləri də avşar etnonimi əsasında formalaşmışdır. Qərbi Azərbaycanda (İrəvan) bu etnonimlə bağlı toponimlər vardır. Avsarlı kəndi orada olan türk mənşəli toponimdir. Avsarlı toponimi qədim türk tayfalarından biri olan avşar etnoniminə Azərbaycan dilində mənsubluq bildirən “lı” şəkilçisinin qoşulması əsasında meydana gəlmişdir və “avşar tayfasının yaşadığı yer” mənasını ifadə edir. Avsarlı toponiminin kökündə dayanan avsar, avşar etnoniminin fonetik variantıdır. Burada ş-s səs əvəzlənməsi baş vermişdir ki, bu da Azərbaycan dili üçün qanunauyğun haldır. Məsələn, Sabran-Şabran əvəzlənməsi kimi [5, 135].

Məşhur təbib və tarixçi Rəşidəddinə əsaslanaraq, həmin etnonimin Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Auşarın soyundan əmələ gəlməsi fikrini irəli sürmək olar. Rəşidəddin Auşar adının cəsur, ov həvəskarı mənasını bildirməsi fikrini qeyd etmişdir [18, 88]. Avşarları oturaq və köçəri zümrələrə bölən ünlü tədqiqatçı Faruq Sümer xüsusi qeydiyyat aparmışdır. O, yazır ki, hazırda İrandakı avşarların çoxu oturaq həyata keçmişlər. Bundan başqa, Qəzvinin cənub-qərbində 97 kəndlik Əfşar adlı bir qəza olduğunu qeyd etmişdir [13, 286].

1930-cu illərdə Sovet hakimiyyətinin apardığı kollektivləşmə zamanı Mil-Qarabağ düzənliyində köçəri elat camaatı, eləcə də Ermənistandan köçürülmüş azərbaycanlılar və orta Asiyadan sürgün edilmiş özbəklər üçün müvəqqəti yaşayış binaları-baraklar inşa edilmiş, əhali zorla kolxozlarda birləşdirilmişdir. Avşar kəndinin yerləşdiyi ərazidə salınan yaşayış məntəqəsi o zamandan rəsmi sənədlərdə 3-cü barak adlandırılmışdır. 1950-ci illərdə böyük Azərbaycan bəstəkarı, dahi Üzeyir Hacıbəyovun anadan olmasının 70 illiyinin qeyd edildiyi günlərdə onun şərəfinə Üzeyirkənd adlandırılmış, 1986-cı ildən isə yerli camaatın adı ilə Avşar adı bərpa edilmişdir [2]. Müəyyən zaman fonetik dəyişmələrə məruz qalsa da, indiki orfoqrafiyamızda əfşar formasında yazılır. [3, 207].

Yazılılr Tələffüz olunur

Əfşar Əfşar

Mahmud Kaşğaridə olan Afşar variantı ilə indiki dövrdə yazılan Əfşar forması arasında təkcə a-ə əvəzlənməsi vardır. Amma mənim fikrimcə Afşar formasında indiki ədəbi dilimizdə yazılsa daha yaxşı olardı. Çünki adlar tariximizin güzgüsüdür.

Qıpçaq-XII-XIII əsrlərdə şimali Qafqazda və Qara dənizin şimal çöllərində köçəri halında yaşayan türk dilli tayfalara verilən addır. Qıpçaq “çölçü”, “çöldə yaşayan” deməkdir. Qax rayonunda kənd adıdır [17, 39]. Qıpçaq adı mənbələrdə ilk dəfə Çin tarixçisi Sima Syan tərəfindən çəkilmişdir. Onun “Tarixi qeydlər” əsərində hunlar tərəfindən fəth edilən “syuyşe, denlin, qequn” xalqlarının adı çəkilir. Heroqliflərin oxunuşundakı fərqlərə baxmayaraq tədqiqatçıların demək olar ki, hamısı bu etnonimi qıpçaqlarla eyniləşdirirlər [12, 26]. Kıfçak türk tayfalarından birinin adı kimi Mahmud Kaşğarinin “Divanü-lüğat-üt-türk” əsərində dəfələrlə xatırlanmışdır. Belə nəticəyə gəlmək olar ki, indiyədək Qıpçaq etnotoponimi müxtəlif fonetik variantlarda yazılmış və tələffüz olunmuşdur .Məs:

Yazılmış Tələffüz edilmiş

Qequn Qequn

Kıfçak Kıfçax, Kıfçağ

Qıpçaq Kıpçak

Dialektlərimizdə Qıfçak formasında tələffüz olunur. Müasir dövrümüzdə isə orfoepiya qaydalarına əsasən söz sonunda “q” samiti “k” bəzən də (x) səsi kimi tələffüz edilir [9, 28]. Ona görə də:

Yazılır Tələffüz edilir

Qıpçaq Qıpça(k)

Məlum olduğu kimi, əsasən yerli coğrafi şəraitin müxtəlif çalarlarını əks etdirən rəngarəng coğrafi adlar bir dövrün deyil, müxtəlif əsrlər və minillərin məhsuludur. Onların yaranma və formalaşmasında yerli və gəlmə qədim türkdilli xalqlar və tayfalar, o cümlədən hunlar, suvarlar, xəzərlər, bulqarlar, avarlar, qıpçaqlar, oğuz-səlcuqlar və s. Eləcə də qanlı, türkeş, tele, qazan, qapan onların törəmələri və s. iştirak etdiyindən, toponimlərdə qədim türk qəbilə və tayfa dillərinə və eləcə də sonrakı dövrlərdə bu dil və dialektlər əsasında formalaşmış Azərbaycan dilinin müxtəlif inkişaf mərhələlərinə aid çoxlu dil vahidlərinə təsadüf olunmaqdadır. Elə buna görə də, həmin elementlərin bir qismi dilimizin yazıyaqədərki dövrünə aiddir. Onlar nə dilimizin qədim yazılı mənbələrində, nə də dialekt və şivələrimizdə işləndiyi qeydə alınmamışdır. Toponimlərin tərkibində indiyə qədər mühafizə olunmuş həmin dövr dilimizin səciyyəvi fonetik xüsusiyyətlərindən biri və ən maraqlısı ç/c~d~z~y~c~ş səsuyğunluğu, daha doğrusu, bu dövr dialekt paralelləridir. Əslində isə bunlar Azərbaycan dilinin yazıyaqədərki dialekt fərqlərinin izləridir. Z-səciyyəli dialekt ünsürünə Hadrut rayonundakı Azıx kənd adının tərkibində də təsadüf edilir. Coğrafi obyekt adı mənbələrdə Azıq və Azuq variantlarında qeydə alınmışdır. İstər müasir və istərsə də əvvəllər qeydə alınmış variantlarında toponimik ad qədim türk dillərinin z-səciyyəli dil birləşmələrinin –qıpçaq dillərin ilkin fonetik variantını mühafizə etmişdir. Bu söz türk dilləri və abidələrində adıq, azıq, ayıq, ayu, eyik, ayı, aba və s. formalarda “ ayı” mənasında işləndiyi isə çoxdan məlumdur. Kənd isə öz adını yaxınlığındakı “Aşağı Paleolit dövrünə aid nadir mağaralardan biri”nin adı olan Azıxdan almışdır [11.37,38]. Deməli, Azıx sözü indiyədək müxtəlif cür yazılmış və təlləffüz olunmuşdur. Lakin indi dilimizdə Azıx şəklində yazılır eyni cür də tələffüz olunur.

Qırıqlı etnonimi. Elmira Əhmədova “Azərbaycan etnonimləri” haqqında kitabında bu etnonim haqqında belə məlumat verir: “Qırıqlı tayfa adı da Azərbaycan və ümumiyyətlə türk antropoetnonimlərindəndir. Belə ki, etnonimin Oğuzun oğlu yulduz xanın ikinci oğlu Kırık/ Qırıqla bağlı olması şübhə doğurmur. Antroponim Mahmud Kaşğaridə Kırık, Əbülqazi xanda və Rəşidəddində Kızık variantlarında verilmişdir. Azərbaycan etnonim və toponim yaradıcılığında geniş istifadə olunmuş bu adda özünü göstərən r- fonetik hadisəsi türk dilləri üçün səciyyəvi hal sayılan rotasizmin izidir. Bu antropoetnonimə Türkiyə toponimiyasında kızık, Azərbaycan coğrafi adlarının tərkibində qırıq variantlarında rast gəlinir” [10, 64]. “Azərbaycan toponimlərinin ensklopedik lüğətində” bu etnonimin Goranboy, Xanlar rayonunda eyniadlı oykoim olduğu qeyd edilmişdir [4, 55]. Tovuz rayonundakı Dönük Qırıqlı və Düz qırıqlı oykonimləri də bu etnonimlə bağlıdır.

Deməli, bu etnonim bu günə qədər bir çox yazılış formasında olmasına baxmayaraq indi dilimizdə Qırıqlı formasında yazılır və [Qırıxlı] kimi də tələffüz olunur. “Azərbaycan dili şivələrinin əksəriyyətində belə bir fonetik əlamət vardır ki, əsasən iki və ikidən artıq hecalı sözlərin sonunda ancaq kar samitlər işlənir. Buna görə də sözlərin sonunda bitişən bir sıra şəkilçilərin də axırında kar samit olur. Bu xüsusiyyət hətta müasir orfoqrafiya qaydalarına görə cingiltili samitin hərfi işarələri ilə yazılan söz və şəkilçilərin karlaşmış halda tələffüzü üçün ədəbi tələffüz norması kimi qəbul olunmuş və ümumiləşdirilmişdir. Buna görə də müasir ədəbi tələffüz normasına əsasən bir sıra sözlərin və şəkilçilərin sonundakı q öz məxrəcində deyil, karlaşmış halda , daha doğrusu x məxrəcində tələffüz olunur.”

Qaramanlı : Əsas etibarı ilə Borçalı bölgəsində yaşamış türkmənşəli tayfalardan biri Qaramanlıdır. Anadoluda Səlcuq sultanlığı dağıldıqdan sonra yaranmış əmirliklərdən (Təkə, Karaisa, Karaman) biri də Karaman idi. Bəzi tədqiqatçılara görə Karaman oğuzların Salor tayfasının bir qolu olmuşdur. Azərbaycanda 19-cu əsrdə Göyçay, Şamaxı, Cavanşir və Cavad qəzalarında Qaramanlı adlı kəndlər vardır [17, 58]. Azərbaycan dilində qrammatik formaların tələffüzünə aid belə bir qayda vardır ki, sifət düzəldən –lı, li, lu, lü şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq-rı, ri, ru, rü; -dı, di, du, -dü; -nı, -ni, -nu, -nü şəklində tələffüz olunur. Məsələn; ətli-ətdi, unlu-unnu, dadlı-daddı, qazlı-qazdı, varlı-varrı, ətirli-ətirri, qüsurlu-qüsurru və s.[1, 137]. Deməli, bu ad Qaramanlı formasında yazılır və [Qaramannı] kimi də tələffüz olunur.

Ümumiyyətlə, müxtəlif hadisələrlə bağlı dəyişikliyə uğramış onomastik vahidlərin öz ilkin variantlarına uyğun bərpa edilməsinə ,düzgün yazılışına, düzgün tələffüz edilməsinə ehtiyac vardır.




Ədəbiyyat siyahısı

1. Abdullayev N. Ə. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı: ADPU-nun mətbəəsi, 2013, 146 səh.

2. Ağcabədi Rayon icra hakimiyyətinin 15 dekabr 2008 -ci il məlumatı.

3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı: Lider, 2004, 728 səh

4. Azərbaycan toponimlərininn ensklopedik lüğəti. 2 cilddə, I c. Bakı: Şərq-Qərb, 2007, 304 səh

5. Bayramov İ. Qərbi Azərbaycanın toponimlər sistemi. Bakı, Elm, 2005, 135 s.

6. Bünyadov Z. M. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı: Elm, 1984, 268 səh.

7. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Gürcüstanda türkmənşəli toponimlərin izahlı lüğəti. Bakı: Nurlan, 2008, 312 səh

8. Eyvazova R. Əfqanıstanda Türk mənşəli toponimlər. Bakı: Elm, 1995, 244səh.

9. Əfəndizadə Ə.R. Orfoqrafiya-orfoepiya lüğəti. Bakı: Azərnəşr, 1989,151 səh.

10. Əhmədova E. Z. Azərbaycan etnonimləri (leksik-semantik və struktur xüsusiyyətləri). Bakı: Nurlan, 2007, 128 səh

11. Əhmədov T. Azərbaycan paleotoponimiyası. Bakı, ADU nəşriyyatı, 1985, 87 səh.

12. Əliyeva L. A. Qıpçaqlar və Azərbaycan. Bakı: BDU, 2006 ,193 səh.

13. Faruq Sümər. Oğuzlar. Bakı :Yazıçı 1992, 432 səh.

14. Qurbanov A. M. Azərbaycan onomalogiyasının əsasları. 2 cilddə, II c. Bakı: Nurlan, 2004, 504 səh.

15. Məşədiyev Q . Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili (Qafqaz ərazi və tayfalar ının təsviri materialları məcmuəsi (SMOMPK) əsasında). Bakı: Elm və təhsil, 2010, 232 səh

16. Musayev İ. Dil, yaddaş, vətən, vətəndaş. “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya birliyi. Bakı: 1995, 384 səh.

17. Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları. Bakı: Maarif, 1972. 100 səh.




Rus dilində

18. Рашид-ад-дин. Сборник летописей. Том 1, книга первая. Москва: АН СССР, 1952, 316 səh



Türk dilində

19. İslam Ansiklopedisi. Türkiye diyanet vakfı. 44 ciltte, XXII c.,İstanbul 2000, 585səh


Alibeyova Zulfiyya

The orthographic and orthophpnic features

of ethnotoponyms

Summary

The investigation of the modern toponymy has reached such a stage that you can’t summarize it just collecting toponyms and saying views on their etymology. Geographical names have been distorted over time due to various reasons. It is useful to learn toponymy in this regard. Unless you find distortion, it is impossible to reveal the meaning of the name. Sometimes, just incorrect phonetic and grammatical spelling of the word may lead to the wrong direction of the future scientific findings. Nowadays, the settlement of the correct spelling of the toponyms as well as their scientific importance is one of the main tasks of science of linguistics. In general, various events have changed in the onomastic units in accordance to the different events and there is a need for scientific research to restore to its original variant, to ensure correct spelling and pronunciation.


Алибекова Зулфия

Орфографические и орфофонические особенности етнотопонимов

Резюме

Исследование современной топонимики достигло такой стадии, что невозможно ограничиться представлениями только лишь о суммировании топонимов и их этимологии. Географические имена были искажены в течение долгого времени из-за различных причин. Полезно изучить топонимику в этом отношении. Если Вы не находите искажение, невозможно показать значение имени. Иногда, просто неправильное фонетическое и грамматическое правописание слова может привести к неправильному направлению будущих научных результатов. В настоящее время урегулирование правильного правописания топонимов важно не только с научной стороны, но и это являеться одно из главных задач в науке о лингвистике. Вообще, ономастические единицы изменились в соответствии с различными событиями и есть потребность в научном исследовании, чтобы востановить их оригинальный вариант, правильное правописание и произношение.




Çapa tövsiyə edəni: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Müasir dil şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru E.Abışov

Pəri Əhmədova

Gəncə Dövlət Universiteti
PEDAQOGİKA TERMINOLOGİYASININ

TƏŞƏKKÜLÜ
Açar sözlər: termin, semiotika, semantik sahə, pedaqogika, anlayışlar sistemi.

Ключевые слова: термин, семиотика, семантическое поле, педагогика, система понятий.

Key words: termin, semiotika, cemantic field, pedaqogika, system of concepts.
Gerçəkliyin mənimsənilməsinin nəzəri forması kimi, pedaqogika öz anlayışlarında ictimai-tarixi təcrübənin müəyyən tərəflərini ümumiləşdirir və bu ümumiləşdirmələri öz terminologiyası ilə ifadə edir. Pedaqogika elmi bilik sahəsi olduğundan onun anlayışlar və terminlər sistemi hər bir elmin terminologiyasına xas olan cəhətlərə malikdir. Pedaqoji terminologiyanın başqa elmlərin terminologiyası ilə oxşar cəhətləri bir sıra səbəblərdən aşkara çıxır. Belə səbəblərdən başlıcası anlayışların elmi dərkin əsasında durmasıdır. Pedaqogika terminlərinin özünə məxsusluğu sahənin özünün spesifik xüsusiyyətləri ilə təyin olunur.

Pedaqoji terminologiya təlim və tərbiyənin nəzəriyyə və praktikasında istifadə olunan dil vasitələrindən təşkil olunmuşdur. Pedaqogika terminologiyasının təşəkkülü, formalaşması və sabitləşməsi həm pedaqoji biliklərin, həm də cəmiyyətin inkişaf qanunauy­ğunluqları ilə şərtlənir. Elmi-pedaqoji ədəbiyyatda pedaqoji elmin tarixi inkişafının təhlilinə bir neçə istiqamətdən yanaşılır. Pedaqogikanın inkişafında iki mərhə­ləni ayırmaq olar. Birinci mərhələdə pedaqogika elminin formalaş­ma­sı və ümumsahəyə çevrilməsidir. Bu mərhələni V.S.Bezrukova dörd dövrə bölür. O, pedaqogika elminin inkişafının ikinci mərhələsini onun obyekt və predmetinin axtarışları ilə bağlı tədqiqatların aparılması ilə əlaqələndirir.(1, 42)

Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidən tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.

Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.

Pedaqogikanı anlayışlar və terminlər sisteminin inkişafı müxtəlif istiqamətlərdə getmişdir. Bu elmin anlayışları arasında induktiv-emprik əlaqələr hökm sürür. Həmin əlaqələr tərbiyə sahəsindəki əlaqələrdən doğur.

Pedaqogikanın inkişafının çox cəhətliliyi onun müxtəlif dövrlərdə ayrı-ayrı istiqamətlərdə irəli getməsini göstərir. Bu da sahə terminologi­ya­sının tədqiq edilməsinə müxtəlif aspektlərdən yanaşmaq zərurətini ortaya atır.

Pedaqogika çox qədim tarixə malikdir. Bu sahə formalaşmamışdan qat-qat əvvəl ona aid sözlər yaranmışdır. Belə bir cəhət təsadüfi səciyyə daşımır. İnsanın şüurlu bir varlıq kimi həyat sürməsi hələ qədimlərdə təbiət qüvvələri ilə mübarizə aparmaq üçün müəyyən bilik və bacarıqlar tələb olunmuşdur. Ona görə də insan hadisə və proseslə həmişə yaradıcı şəkildə yanaşmışdır. Yaşamaq uğrunda mübarizə fiziki güc, cəldlik, azuqə tapmaq, qidanı əldə etmək və nəhayət döyüş bacarığı tələb olunmuşdur. Qədim insanlar özünütərbiyə və özünü təlimlə məşğul olmaq məcburiyyətində qalmışlar. İlkin dövrdə bu kortəbii proses kimi getmişdirsə, əldə olunmuş təcrübənin sonralar ötürülmüş və təkmilləşdirilmişdir. Aydındır ki, bu proses də qismən kortəbii şəkildə olmuşdur. Yaşayış prosesində fərdlərin bir-birinin hərəkət və fəaliyyətindən öyrənməsi aparıcı mövqedə durmuşdur. Tayfa və qəbilələr yarandıqda isə artıq müəyyən təlimlər gerçəkləşməyə başlamışdır. Ona görə də, öyrənmək, öyrətmək, təlim vermək, tərbiyə etmək kimi sözlərin ən qədim dövrlərdə yaranması şübhə doğurmur. Təlim və tərbiyəyə aid sözlər ayrılıqda götürülmüş bir dildə deyil, bütün dillərdə qədimdən yaranmışdır. Bu qəbildən olan sözləri dilin ən qədim leksik qatlarında axtarmaq və tapmaq mümkündür. Qeyd edilən cəhət Azərbaycan dilinin pedaqoji terminologiyasının təşəkkül dövründə yaranan sözləri ən qədim türk yazılı abidələrində axtarmağa əsas verir.

Bu abidələrdə müasir dövrdə pedaqogikada işlənən terminlər və bir zaman terminoloji xüsusiyyəti olmuş, sonralar sahə terminologiyasında müəyyən səbəblərdən yer almamış kifayət qədər leksik vahid tapmaq, şübhəsiz ki, mümkündür.

Azərbaycan pedaqogikası, təbii ki, qədim türk tərbiyə və təlim sisteminin tərkib hissəsi kimi təşəkkül tapmışdır. Bu sistemdə tarixən ilkin tərbiyə olmuşdur.

Türk dilinə aid ən qədim yazılı abidələrdə tərbiyə məsələləri, tərbiyə sistemi ayrılıqda şərhini tapmır. Bununla belə ailənin yaranması ilə ailə tərbiyəsinin də formalaşması faktları ayrı-ayrı fikir və kontekstlərdə üzə çıxır.

Orxon-Yenisey abidələri türk xanlıqlarının döyüş, şücaət, qəhrəmanlıq və dövlətçilik səlnamələridir. Bu qədim yazılı abidələr döyüş və zəfərlərdən, alınmış şərhlərdən, güclü ordulardan, həmin orduların başında duran zəkalı xaqanlardan, sərkələrdən xəbər verir. Belə orduların yaranması, zərflərin qazanılması yüksək nizam-intizam, döyüş hazırlığı tələb etmişdir. Aydındır ki, tərbiyə və təlim olmadan bütün bunlar mümkün olmazdı. Abidələrdə təlim və tərbiyənin müəyyən məqamların açıqlayan bəzi fikirləri nəzərdən keçirək.

Açura abidəsində: «…il ögəsi Inançu bilgə irig ölüg ara…» - -el müdriki (bilicisi, ağsaqqalı) Inançu bilgə müvəqqətilər və ölülər arasında..(1,s.42 )

Tonyukuk abidəsində: «Bilgə Tonyukuk ben özüm Tabğaç ilinə kılıntım. Türk bodun Tabğaçka körür erti». – Müdrik Tonyukuk mən özüm Tabğaç elində tərbiyə aldım. Türk xalqı Tabğaça baxırdı (tabe idi).(1, s.117)

Verilmiş iki nümunədə işlənmiş «bilgə», «kılıntmaq» sözləri öz dövrünün ümumişlək sözləri olsalar da, onlar təlim və tərbiyəyə aid olub, türk dillərində pedaqoji terminologiyanın təşəkkül dövrünə aid vahidlər kimi qəbul edilə bilər. Təbii ki, abidələrdə belə sözlər çoxdur.

«Kitabi-Dədə Qorqud» dastanları Oğuzun bir cəmiyyət kimi formalaşmasını göstərən eposdur. Mədəniyyət, mənəviyyat tariximizin qiymətli ədəbi dəyərlərindən biri, bəlkə də, birincisi olan bu epos təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də Azərbaycan türklərinin mifik tarixi, coğrafi, etnoqrafik, ictimai, əxlaqi görüşlərinin ən mötəbər qaynağı, ana dilimizin ən ulu kitabıdır. İctimai düşüncəmizin də, mədəni ənənələrimizin də, milli xarakterimizin də kökləri «Kitabi-Dədə Qorqud»a bağlıldır.(3, s.3)

«Kitabi-Dədə Qorqud» dastanlarının əhatə etdiyi dövrdə Oğuzda cəmiyyət tayfa və qəbilədən daha irəli getmiş şəkildə formalaşmışdır. Burada tayfa və qəbilələrin birliyi vardır. Onlar xeyirdə və şərdə bir yerdədirlər və vahid mərkəzdən idarə olunurlar. Bu cəmiyyətdə ailə və ailə münasibətləri tam formalaşmışdır. Ata, ana, qardaş və bacının yeri bəllidir. Digər qohumluq əlaqələri və onlardan doğan münasibətlər də bəlirlidir, aydındır. Dostluq, düşmənçilik, qəhrəmanlıq, sədaqət, məhəbbət, mübarizlik, qorxmazlıq və bu kimi keyfiyyətlərin mahiyyəti cəmiyyət üzvlərinə məlumdur. Dastanda təsvir olunan Oğuz cəmiyyətində tərbiyənin əsasında ailə tərbiyəsi durur.

Oğul atadan görməyincə süfrə açmaz (KDQ)

…Ata adını yürütməyən xoryad oğul ata belindən

Enincə-enməsə yey…

KDQ-də Dədə Qorqud Oğuzun əsas adamı, mənəvi və maddi rəhbəridir.

«Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi. Həqtəala onun könlünə ilham edərdi…

…Qorqud ata Oğuz qovmünün mümkünlünü həll edərdi. Hər nə iş olsa, Qorqud Ataya danışmayınca işləməzlərdi. Hər nəki, buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi» (KDQ).

Aydın olur ki, Oğuz cəmiyyətində tərbiyənin aşağı istinad və dayaq nöqtəsi ailədirsə, yuxarı dayaq nöqtəsi Qorqud Atadır.

Qorqud Atanın təlimi abidədə onun nəsihətləri, məsləhətləri, alqış və qarğışları ilə gerçəkləşir. Oğuz cəmiyyətinin bu dövrü müasir elm və təhsil prizmasından götürülə bilməz. Şübhəsiz ki, həmin dövrdə məktəb və məktəb pedaqogikası axtarmaq olmaz. Lakin ailə pedaqogikası, sosial pedaqogika, hərbi pedaqogika təlim və tərbiyənin müxtəlif aspektləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətdə verilən savad, verilən təlim dövrünə görədir.

Bütövlükdə dastanda tərbiyə və təlimin müxtəlif formaları, üsulları var. Lakin bünlar elmi cildini, elmi izahını almamış, anlayışlaşmış və ona görə də terminlə nominasiya edilməmişdir

Tərbiyə və təlimin əsasları qədimdə yaranmış, illərin, əsrlərin sınağından keçmişdir. Belə əsaslar, üsul və formalar zamandan -zamana, nəsildən nəsilə keçərək bu günə qədər gəlib çıxmışdır. Elə bir dövr gəlib çatmışdır ki, belə üsul və vasitələr elmi baxımdan qəbul edilmiş, anlayışa çevrilmiş, definisiyasını qazanmışdır.

Qədim Yunanıstanda yaranan ilk təlim mərkəzlərində fərdi və ya qrup halında öyrədilən biliklər, verilən təlimlər ilk əvvəl ən ümumi məsələləri əhatə etmişdir. Təbiət hadisələri, əşya və predmetlər, davranış tərzi və qaydaları, hərbi təlim, döyüş qabiliyyəti, fiziki hazırlıq, peşə, sənət bacarıqlarının təlimində inteqrativlik aparıcı olmuşdur. Lakin zaman-zamnbu biliklər də artmışdır. Nəticədə inteqrasiyada olan çoxlu müxtəlif sahələr tədricən differensasiyaya uğramışdır. Riyaziyyat ədəbiyyatdan, ədəbiyyat bəlağətdən (ritorika), bir sənət digərindən aralanmışdır. Döyüş vasitələri və silahlar çoxaldıqca burada da differensiallaşma baş vermişdir. Oxatanlar, süvarilərdən, süvarilər piyadalardan, döyüş arabalarında vuruşanlar süvarilərdən ayrılmışlar. Hər istiqamətin öz təlim qaydaları, təlim üsulları yaranmışdır.

Tədricən konkret fəaliyyət sahələri (sənət, peşə), elmlər bir-birindən uzaqlaşmışdır. Bu sahələr inkişaf etdikcə onların yeni-yeni tədqiqat metodları, üsulları tapılmış, anlayışlar sistemi yaranmışdır.

Orta əsrlərdə elmlər ayrı-ayrılıqda inkişaf etməyə başlamışdır. Nəticədə fizika, kimya, astronomiya, biologiya, dilçilik, fəlsəfə, ədəbiyyat və s. elmlər meydana çıxmış, onlar əvvəllər birləşdikləri ümumi fəlsəfədən ayrılmışlar. Bu proses sonralar daha sürətlə davam etmişdir.

Cəmiyyət tarixində sənət və elmlərin differensiasiyası bir sahənin bütün istiqamətlərdə zəruriliyini də təsdiq etdi.

Cəmiyyətin norma və qaydaları insanın həmin cəmiyyətin üzvü kimi yetişməsində tərbiyə problemini həmişə ön planda saxlamışdır. Yuxarıda qeyd etdiyimiz Oğuz cəmiyyətində olan ailə tərbiyəsi, sosial cəmiyyətlərdə də öz yerində olmuşdur.

Ailə tərbiyəsi ailənin formalaşdığı gündən yaranmış, inkişaf edərək bu günə qədər çatmış və öz yolunu davam etdirməkdədir.

Ailə tərbiyəsi ailə daxilində gedən təlim prosesidir. Bu tərbiyə ailə üzvlərindən ibarət kollektivdə gerçəkləşir. Tərbiyə valideynlərin davranışı, onların cəmiyyətə, cəmiyyət üzvlərinə, baş verən hadisələrə, əşya və predmetlərə münasibətləri, bilikləri əsasında həyata keçir.

Cəmiyyətin inkişafı yetişən nəslin başqa sahələrdə bilik və bacarıqlar əldə etməsi zərurətini ortaya atmışdır. Nəticədə təlim və tərbiyə müəssisələri yaranmağa başlamışdır. Məsələn, usta həm işinə kömək, həm də əlavə qazanc məqsədi ilə şagirdlər götürmüş onlara öz sənətini öyrətməyə çalışmışdır. Yaxud cəmiyyətin müdafiəsi üçün ordu yaratmaq tələbi döyüş hazırlığını öyrədən təlim mərkəzlərinin açılmasına səbəb olmuşdur.

B.e.ə. üçüncü minilliyin ortalarında Şumerdə məktəb təhsili, b.e.ə. dördüncü minilliyin sonlarında qədim Misir yazısı vardı. Didaktikanın formalaşmasında Azərbaycan mütəfəkkirlərinin və pedaqoqlarının də əməyi böyükdür. Nizami Gəncəvinin nöqteyi-nəzərincə, təlim almaq hamıya lazımdır. Dahi şair təlimin tərbiyəedici xarakterə malik olduğunu xüsusi vurğulayır, nəzəriyyə ilə təcbübənin vəhdətdə götürülməsinin vacibliyini, təlimin insanı həm maddi, həm də mənəvi baxımdan yüksəltdiyini göstərirdi. Nizaminin düzgün qənaətinə görə, təlimin son həddi yoxdur. Bu fikir hazırda dəbdə və gündəmdə olan fasiləsiz təhsil ideyası ilə səsləşir.

Orta əsrlərdə varlı təbəqə uşaqlarının çoxtərəfli inkişafı üçün onlara müxtəlif sahələr üzrə tərbiyəçilər tutmuşlar. Bəzi cəmiyyətlərdə kollektiv tərbiyə və təlim yerləri açılmışdır. Məsələn, qədim Yunanıstanda belə, təlim müəssisələri fəaliyyət göstərmişdir.

İlk ictimai quruluş olan ibtidai icma quruluşunda hər şey hamıya məxsus olduğu kimi tərbiyə də ümumi xarakter daşıyırdı. İbtidai cəmiyyətdə təbəqələşmə əmələ gəlir. Tayfa və qəbilədə müdriklər (ağsaqqallar), sərkərdələrvə başqaliderlərüzə çıxır. Tədrıcən xüsusi təlim və tərbiyə müəssisələri formalaşmağa başlayır.

Quldarlıq dövründə Şərq ölkələrində elm, mədəniyyət, maarif, incəsənət inkişaf edir. Qədim Çində fəlsəfə, astronomiya, riyaziyyat təşəkkül tapır, müxtəlif səciyyəli məktəblər yaradılır. Bu məktəblərdə oxu-yazı ilə yanaşı, müxtəlif istiqamətlərdə təlim və tədris aparılır. Hindistanda yaranmış icma məktəbləri bir neçə min il yaşamışdır. Hindistanda əsasən iki tip məktəb fəaliyyət göstərmişdir: 1)yüksək imtiyazlı şəxslər üçün olan məktəblər; 2)xırda məmur hazırlayan məktəblər.

Quldarlıq dövründə Yunanıstan ərazisində çoxlu xırda dövlətlər mövcud idi. Bu dövlətlər içərisində Lakoniya və Attika dövlətləri xüsusi yer tuturdu. Həmin ölkələrdə olan maarif sistemləri bu ölkələrin paytaxt şəhərlərinin adı ilə bağlı pedaqogika tarixinə Sparta və Afina tərbiyə sistemi kimi daxil olmuşdur.

Sparta tərbiyə sisteminin əsas məqsədi fiziki cəhətdən sağlam, döyüşkən adamlar yetişdirməkdən ibarət idi. Spartada tərbiyə dövlətin ixtiyarında olmuşdur. Burada 7 yaşa qədər uşaqlar ailədə, 7 yaşdan 18 yaşa qədər dövlət tərbiyə müəssisələrində xüsusi pedanomların (nəzarətçi) rəhbərliyi altında tərbiyə alırdılar. 18-20 yaşlarında xüsusi efeb qruplarında hərbi hazırlıq keçirdilər.

Afina tərbiyə sistemində 7 yaşa qədər uşaqlar ailədə tərbiyə olunur, 7 yaşdan 13-14 yaşa qədər uşaqlar qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar. Bu məktəblərdə uşaqlar oxu, yazı, riyaziyyat və musiqi öyrənirdilər. Təhsil ya ardıcıl və ya paralel şəkildə aparılırdı. Məktəbdə uşaqlara didaskal-müəllim dərs deyirdi. Pedaqogikanın didaktika bölməsinin mənası da buradan götürülmüşdür. Uşaqları məktəbə aparanlar pedaqoq adlanırdı. 13-14 yaşdan sonra uşaqlar iki illik palestra (idman) məktəblərində idmanın beş növü üzrə (qaçmaq, hoppanmaq, güləşməq, ox atmaq, üzmək) hazırlıq keçirdilər. Dövlətli gənclər dövlətin idarə olunmasında iştirak etmək üçün xüsusi gimnaziyalarda təhsil alırdılar. 18-20 yaşlarda gənclər Spartada olduğu kimi Afinada da xüsusi efeb qruplarında hərbi hazırlıq keçirdilər. Göründüyü kimi, ibtida cəmiyyətdə məktəbə xşarmüə ssisələr formalaşmışdırsa, quldarlıq dövründə artıq müxtəlif səciyyəli və təyinatlı məktəblər, təlim müəssisələri fəaliyyət göstərmişdir. Bu müəssisələrin adları, burada çalışanların və xidmət göstərən cəmiyyətlərin adları olmuşdur. Həmin adların bir qismi sonralar pedaqogika terminologi­ya­sı­na daxil edilmişdir. Qeyd edək ki, belə məktəblər artıq pedaqogika elminin formalaşmasında xüsusi rol oynamağa başlamışdır.

Həyat, insan, cəmiyyət haqqında biliklərə hamı eyni səviyyədə yiyələnə bilmir. Orta Qədim dövrlərdən başlayaraq çoxtərəfli biliyə sahib şəxslər, mütəfəkkirlər yetişmişlər. Belə şəxslər tərbiyə və təlimlə bağlı fikirlərini, biliklərini qələmə almışdar.

Şərqdə nəsihətnamələr, ümumi təlim-tərbiyə kitablarının yazılmasına diqqət verilmişdir. «Qobusnamə», «Gülüstan», «Bustan», «Əxlaqi-nasiri», «Siyasətnamə», «Kəlilə və Dimnə» ayrı-ayrı nəsihət­na­mə­lər tərbiyə vasitələri və demək olar ki, ilk dərsliklər funksiyasını yerinə yetirmişlir.

Qeyd edilənlər göstərir ki, pedaqogika üzrə ilk terminlər ümumişlək söz kimi işlənmiş və sonralar pedaqogika elmi yarandıqdan sonra terminə çevrilmişlər. Bu baxımdan «bilici», «nəsihət», «məsləhət», «öyüd», «tərbiyə», «bilik», «bacarıq», «nəsihətnamə» və s. təşəkkül tapmış ilk pedaqoji terminlər sayıla bilər.

Azərbaycanda pedaqogika elmi yaranana qədər təşəkkül tapmış və istifadə olunmuş, müasir dövrdə pedaqoji terminologiyada yer almış sözlər dilin ümumişlək leksik qatından alınmış sözlərdir. Onlar təlim və tərbiyə ilə bağlı sözlərdir. Ailə tərbiyəsi məişət sferasından ayrıldıqdan sonra bu tərbiyə, eləcə də əmək, fiziki, hərbi, dini tərbiyə pedaqogikanın ilk əsaslarının yaranmasına səbəb olmuşdur. Tərbiyə, təlim və tədris prosesində bir sıra üsullar, vasitələr, metodlar meydana gəlmişdir. Məsələn, yamsılama, təkrar, təkrarlama, inandırma, tapşırıq, məsələ, misal, sual, suallaşma, sual-cavab, məşq, yarış, yoxlama, qiymətləndirmə, mükafatlandırma, məcburetmə, cəzalandırma, birgə fəaliyyət, yaş qrupu və s. Daha qədimə getdikcə tərbiyə vasitələri arasında başlıca yeri nitq, məşq oyun, əmək fəaliyyəti əsas yeri tutduğunu müşahidə etmək olur.

Deməli, pedaqogika elmi, onun anlayışları yaranana qədər pedaqoji fakt və hadisələr mövcud olmuşdur.

Pedaqoji termin və anlayışların yaranması və sabitləşməsinin əsasında təlim, tərbiyə və təhsil müəssisələrinin meydana gəlməsi durur. Bu sırada məktəblərin yaranması xüsusi yer tutur. Sözün həqiqi mənasında məktəb pedaqogika elminin təşəkkül və formalaşmasının ən vacib şərti olmuşdur. Məktəblərin açılması ilə bir çox ümumişlək sözlər tədricən pedaqoji məna kəsb edərək terminləşmişdir. Tədris prosesində meydana gələn bəzi pedaqoji terminlər determinləşərək həm də ümumişlək leksik qata keçmişdir. Bəzi terminlər başqa sözlərlə birləşərək yeni pedaqoji termi nlər əmələ gətirmişdir. Məsələn, zehni tərbiyə, əxlaqi tərbiyə və s.

Pedaqogika terminologiyasında bir qisim terminlər daha əvvəllər formalaşmış və sabitləşmişdir. Məsələn, tərbiyə, təlim, təhsil, didaktika, metodika, medaqoji psixologiya, müəllim, dərs, şagird, təhsildə əyanilik, əyani vasitə, təcrübə, sınaq, oxu, qiraət, dərsdənkənar oxu, izahedici oxu, dərslik, dəftər, əlifba, məktəb fənni, fənn, əmək tərbiyəsi, politexnik təlim, peşə hazırlığı, emalatxana, laboratoriya və s.

Peqogika terminləri pedaqogika nəzəriyyəsi və təcrübəsi, milli dillərdə təhsillə sıx bağlıdır.Pedaqoji terminologiya fəlsəfə, biologiya, tarix, hərbi iş və digər bilik sahələri, eləcə də məişət leksikası hesabına təşəkkül tapmış və zənginləşmişdir. Peldaqoji fikir qədim şərqin fəlsəfi sistemində yaranmışdır. Pedaqoji fikirlər sonrakı inkişafı antik dövrün filosoflarının, şərqin dahi mütəfəkkir və şairlərinin yaradıcılığında ifadəsi­ni tapmış, eyni zamanda, açılmış məktəb və mədrəsələrdə getmişdir.

Təhlil və araşdırma göstərir ki, pedaqogikanın əsas inkişafı məktəblə , təhsillə bağlı olmuşdur. Azərbaycanda da pedaqoji fikir, pedaqogika bir elm kimi təhsil sisteminin yaranıb kütləviləşməsi ilə formalaşmışdır.

1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə