Terminologiya məSƏLƏLƏRİ №1




Yüklə 1.51 Mb.
səhifə1/11
tarix22.02.2016
ölçüsü1.51 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI




TERMİNOLOGİYA

MƏSƏLƏLƏRİ
1

Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.Reyestr №3362

BAKI-ELM-2014

BAŞ REDAKTOR: akademik AKIF ƏLIZADƏ

REDAKTOR: professor SAYALI SADIQOVA

REDAKSİYA HEYƏTİ: akademik Arif Mehdiyev, akademik İsa Həbibbəyli, akademik Ağamusa Axundov, akademik Akif Hacıyev, akademik Vasim Məmmədəliyev, akademik Tofiq Nağıyev, akademik Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov, professor Ərtəgin Salamzadə, Anar Rzayev.

Terminologiya məsələləri. Bakı, Elm, 2014. 207 səh.
ISBN 5-8066-1711-4

460200000

655(07)-2014
Ünvan: Bakı şəh., H.Cavid prospekti 31, 5-ci mərtəbə, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnsti­tu­tu,“Ter­mi­no­lo­gi­ya məsələləri”. əlaqə: 510-20-56; http://www.azterm.az//е-mаil:az.term.yahoo.com.sayalisadıgova@ yahoo.com.




© «Elm» nəşriyyatı, 2014
ÖN SÖZ
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi, Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini də şərtləndirmişdir. Bu baxımdan Azərbaycanın dövlət müstəqillyinə, sosial-iqtisadi və milli-mənəvi inkişafına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə yaradılan ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın zənginləşməsinə də təsir göstərmişdir. Bu nəzərə alınaraq, Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir.

Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə müəyyən sahələrə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar sisteminin müxtəlifliyi hər bir elm sahəsinə aid müəyyən terminlər sisteminin yaranmasına səbəb olur. Ayrı-ayrı bilik sahələrinə aid terminlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri onların xüsusi olaraq, yəni müstəqil şəkildə öyrənilməsini tələb edir. Ona görə də terminoloqların tədqiqatında bu məsələlərin kompleks şəkildə araşdırılması zəruridir. Ayrı-ayrı terminoloji məktəblərin təcrübəsinin ümumiləşdirilməsi, onların həll yollarının müəyyənləşdirilməsi terminologi­ya­nın ümumi nəzəri məsələlərini təşkil edir. Bu məsələlərə həm də ayrı-ayrı dillərin müxtəlif sahə terminologiyalarının formalaşması və onların termin yaradıcılıq prosesi də daxildir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektinin düzgün təhlili dil konstruksiyalarının işarə olunma imkanlarını üzə çıxarır. Ümumi terminologiya ayrı-ayrı terminoloji sistemlər üzərində təcrübi iş nəticəsində əldə edilmiş ümumiləşdirmələr əsasında yaranır. Ümumi nəzəri terminologiya mütəxəssislərin fəaliyyəti nəticəsində yaranan universal faktlarla əlaqəli inkişaf edir. Yəni, elmlərin müasir səviyyəsində bir neçə elm sahələri ilə bağlı tədqiqat aparmaq terminologiyanın həmin sahələrlə əlaqədar məfhum və anlayışların məna və mahiyyətini düzgün dərk etməyi tələb edir. Bu baxımdan ümumi terminologiya sahə terminoloji sistemlərin məcmusu kimi yaranır. Ümumi terminologiyanın tədqiqatında aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

-Ümumi nəzəri terminologiya qarşısında duran əsas vəzifələrdən biri elmi və texniki biliklər əsasında formalaşan anlayış və məfhumların xüsusiyyətlərini araşdırmaq;

-Bu dil vahidlərinə məxsus olan səciyyəvi əlamətləri və dil xüsusiyyətlərini müəyyənləşdirmək;

-Dildə yeni yaranan terminlərin unifikasiyasının optimal yollarını sistemləşdirmək;

-Terminoloji leksikada əhatə olunan universal dil faktlarını müəyyənləşdirmək;

-Ayrı-ayrı elm sahələrini əhatə edən terminoloji sistemlərin formalaşmasını və inkişafını tədqiq etmək;

-Dünya terminoloji məktəblərin təcrübəsini dərindən öyrənib ümumiləşdirmək;



Göründüyü kimi, bütün bu vəzifələrin həll edilməsi sürətlə qloballaşan və bütövləşən bəşəri elmi-texniki və mədəni areala qovuşan Azərbaycan elminin və elmi dilinin inkişafının tənzimlənməsində mühüm addımdır. Ona görə də terminologiyanın aktual problemlərini həll etmək, baş verən dəyişiklikləri nizama salmaq qarşıda duran ən vacib problemlərdəndir.


REDAKTORDAN

Sayalı Sadıqova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

filologiya elmləri doktoru , professor.
DİL SİSTEMİNDƏ LEKSİK PARALELLƏRİN

İFADƏ FORMALARI
Açar sözlər: paralelizm, məna paralelliyi, sinonimik paralellik, dublet, semantik.

Kлючевые слова: паралелизм, паралелизм значений, паралелизм синомический, дублет, семантик .

Key words: parallelism, semantic parallelism, synonymical parallelism, dublet, semantics.
Elm və texnikanın inkişafı , bədii ədəbiyyatın başqa dillərdən tərcümə edilməsi , kütləvi dövrü mətbuatın inkişaf etməsi, alınmaların dildə çoxalması kimi amillər leksik paralellərin yaranmasına səbəb olur. Dilçilikdə yanaşı gələn sintaktik vahidlərin eyni və bənzər quruluşa malik olması bəzən paralelizm, bəzən də paralellik kimi izah edilir (1,s.212). Nəzəri ədəbiyyatlarda isə paralellər sinonim cərgələr,dubletlər, leksik paralelizmlər adı altında tədqiq edilir. Maraqlıdır ki, sistemdaxili semantik paralelliyi təcəssüm etdirən dubletlərin sinonimiya hadisəsinə münasibəti bu semasioloji qrupla bağlı olan yeganə nəzəri problem deyil. Belə ki, dilçilikdə dubletlik situasiyasının neqotiv və ya pozitiv planda dəyərləndirilməsi məsələsi ilə bağlı ən fərqli fikirlər səsləndirilməkdədir. Ən maraqlısı isə odur ki, hətta bu məsələdə yekdil olan, yəni, dubletliyi sinonimi­yadan kənar xüsusi növ semantik korrelyasiya hadisəsi kimi nəzərdən keçirən dil­çilər arasında da qeyd edilən problemə nəzərən fikir müxtəlifliyi hökm sürür. Belə ki, N.Məmmədov, M.M.Kaskulova, M.Adilov, Z.Verdiyeva, F.Ağayeva, A.Qurbanov, Z.Əlizadə dubletlik situasiyasını sinonimiya hadisəsindən fərqləndirilirlər və məhz bu mövqedən çıxış edərək, dubletliyin sinonimya hadisəsinə aid olmadığını önə sürürlər. A.Qurbanov xarici dildən lazımsız olan leksik mənimsəmə sayəsində ortaya çıxmış sinonim müvazilik vəziyyətlərini (məsələn: səksən – həş­tad dublet­liyinin) təhlili çərçivəsind qeyd edir ki, “dildə müəyyən anlayışı eynilə bildirən söz ola-ola, bəzən başqa dildən həmin anlayışı eynilə bildirən başqa bir söz alınması” və “ dillərin bu cür bir-birinə qarşılıqlı təsiri mənfi hal hesab edilməlidir”(2,s.219). Bu məsələyə ter­mi­no­loji sistem çərçivəsində yanaşan M.Qasımov isə yazır: “Termi­nolo­giyada sinonim­lərin ol­ması zərərlidir. Əgər ümumi ədəbi dildə sinonimiya təbii bir hal hesab edilirsə, yaxud onun üslubi rəngarəngliyini dəyişirsə, nitqə incə fərdi kalorit verirsə, ter­minologiyada dubletlər belə bir xassəyə malik deyildir”(3.s.54) Sinonimiya və dubletlik problemini araşdıran A.Qarayev sistemdaxili paralellik vəziyyətini neqativ aspektdə dəyərləndirərək yazır: “Paralel dildə ən ağır hadisə sayılır, cünki bu növ sözlər üslub ağırlığı yaradır, terminologiyada isə qarışıqlıq törədir. Alınma sözlərin semantik cəhətdən mənimsənil­məsini­nin əsas şərtlərindən biri kimi onların dildə dubletlik münasibətdə çıxış etməsi göstərilir. Əgər alınma söz dildə dubletlik yaradırsa, həmin sözlərdən biri dildən çıxmalıdır”(6. s. 95 ).

Eyni qaydada digər qrup dilçilik tədqiqatlarında, yəni, mətn linqvistikasını əhatə edən araşdırmalarda hər iki dilçilik anlayışının işarələnməsi məqsədilə həm “leksik paralelizmlər”, həm də “leksik paralellər” terminlərindən müvazi şəkildə istifadə edilir. Lakin o da qeyd olunmalıdır ki, mətn dilçiliyinə dair tədqiqatlarda birmənalı şəkildə üstünlük “leksik paralelizmlər” termininə verilir. Məlumdur ki, sinonim münasibətində olan hər bir söz müstəqil məna çalarlarına malik olur, leksik-semantik cəhətdən spesifik səciyyə daşıyır. Bu da sinonimləri özünəməxsus spesifik rəngarəngliyi ilə başqalarından fərqləndirən xüsusi cəhətdir. Beləliklə, hər bir sinonimik cərgəyə daxil olan sinonim söz dar semantik-konstruktiv kontekst daxilində bir-birindən seçilir, ayrılır. Sinonim cərgəyə daxil olan hər bir sinonim isə bütövlükdə nitq şəraitində - yazılı və şifahi, real və ya təsəvvür olunan situasiyalardan asılı olaraq fərdi xüsusiyyətlərlə çıxış edir, üslubi boyalarla müəyyənləşir. Alınma sözün sinonim olması üçün əlamətlər kəsb etməsi zəruridir, yəni ümumiləşdirici bir əsas məna ilə daxil olduğu cərgədəki digər sinonim sözlərdən müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir və bu xüsusiyyətinə görə üslubi məqamda və frazeoloji baxımdan əvəz edilməz yeri olmalıdır. Bu baxımdan ilk dövrlərdə dilimizə keçən Avropa mənşəli alınmaların Azərbaycan dilinin vahidləri və ya çoxdan dilə keçib vətəndaşlıq hüququ qazanmış ərəb-fars sözləri ilə paralellik yaradır. Əslində sözlərin bir-birinə sinonimlik münasibəti yalnız o zaman olur ki, onların bu və ya digər mənaları tam eyniyyət təşkil edir. Burada üslubi və emosional cəhətlər deyil, semantik eyniyyətlər əsas götürülməlidır. Dilçilikdə tam eyni məna məzmunlu sözlər mütləq sinonim adlanır. Bu və ya digər sözün eyni mənada bir anlayışı ifadə etməsi bizcə, sinonimlikdən daha çox dubletlik yaradır. Dildə eyni məfumu bildirən bir neçə lüğəvi vahidin mövcud olması paralellik yaradır. Paralellikdə sinonim “mənaca yaxın” “üslub və semantik çalarlığı məfhumları” məna məzmunu etibarı ilə eyni məfhum ilə əvəz olunur. Paralellik terminologiyada dolaşıqlıq , bu növ üslub ağırlığı yaradır, yəni terminologiyada dubletlərin olması, işarələrin seçilməsi prosesininin başa çatdmadığını , qaydaya düşmədiyini göstərən amillərdən biridir. Alınma sözlərin semantik cəhətdən mənimsənilməsinin əsas şərtlərindən biri kimi onların dildə dubletlik münasibətində çıxış etməsi göstərilir. Əgər alınma söz dildə dubletlik yaradırsa, həmin sözlərdən biri dildən çıxmalıdır.Məsələn, uyğunlaşma – assimilyasiya ,mübahisə - polemika , lüğətçilik- leksiqoqrafiya , münaqişə - konfilikt və s. Eləcə də, tibbdə yolxucu xəstəliklər – infeksion xəstəliklər, dilçilikdə dilxarici amillər- ekstralinqvistik faktorlar, pedaqogikada pedoqoji təcrübə - pedaqoji praktika və s. işlənir. Bütün bunlar elmi dilə ağırlıq ğətirir.Belə ifadələrin unifikasiyasına cəhdlər göstə­rilməlidir.Bu proses əsasən, kalka zamanı daha cox özünü göstərir .Bütün bunlar dildə paralellərin yaranmasına səbəb olur. Lakin dilçilikdə belə paralellər dublet , sinonim terminlər kimi tədqiq edilir.A.Qarayev yazır:”Avropa mənşəlli sinonim sözlər termin və termin yaradıcılığında ərəb-fars və öz sözlərimizlə sinonim kimi ədəbi dildə işlənir “(6.54). Belə paralelləri sinonim ” hesab etmək olarmı? Ə.Dəmircizadə yazır:” Sinonim sözləri müəyyənləşdirən əlamətlərin birincisi sinonim sözlərdə ümumiləşdirici bir əsas mənanın olmasıdır.”(4, s. 121) Paralellərdə də bu xüsusiyyət - ümumiləşdirici bir əsas mənanın olması özünü aydın şəkildə əks etdirir. Məsələn, hiperbola -mübaliğə, kardiologiya - ürək xəstəlikləri, qnekologiya – qadın xəstəlikləri, ekstralinqvistik -dil xarici, atributiv -təyin, simptom -əlamət, ferrum - dəmir və s. Lakin paralellərdə olan bu əlamət onları sinonimlərə yaxınlaşdırsa da bunlar arasında bərabərlik işarəsi qoymaq olmaz. Belə ki, sinonimlərdə sinonim cərgəni təşkil edən sözlər həm məna çalarları , həm də üslubi boyaları ilə bir – birindən fərqlənir. Odur kı, sinonim sözlər ümumi bir məna bildirsə də , eyni anlayışın müxtəlif tərəflərini adlandırır ,bu və ya digər cəhətini təyin edir. A.A.Reformatskinin qeyd etdiyi kimi onu müxtəlif məfhumlarla bağlayır və beləliklə də ayrı –ayrı xüsusiyyətlərini aydınlaşdırır. Paralelləri təşkil edən sözlərin hər biri isə məfhumun ayrı –ayrı xüsusiyyətlərini deyil ,məfhumun mənasını tam şəkildə ifadə edir.Əksər hallarda isə paralelləri təşkil edən terminlər alınma və ədəbi dildə işlənən sözlərdən ibarət olur. Məsələn, kartoqrafiya -xəritəşünasliq, absorbsiya – udulma,analogiya – bənzərlik, konstruksiya – tərkib və s. . Ə. Dəmirçizadə yazır ki, sinonim sözlər hər şeydən əvvəl dilin öz lüğət ehtiyatı, xüsusən lüğət fondu hesabına yaradılır və artırılır, ... ikinci amil isə ləhcə, dialekt, şivə sözləridir. Lakin müəllif bu sahədə alınan sözlər hesabına yaranan sinonim sözləri misal verərək yazır ki, sinonimlərin artım mənbələrindən bəhs edərkən və belə mənbələrə görə sinonim sözləri qruplaşdırarkən sinonimlər cərgəsində ayrıca yer tutan alınma sözləri də xüsusi qrup halında qeyd etməmək olmaz (4,s.3). Müəllif burada da alınma sözlərdən yaranan sinonim dedikdə, yalnız ərəb, fars sözlərini nəzərdə tutur və təhlil edir. Sinonim sözlərə məxsus əlamətlərdən biri də odur ki, sinonimlər tam mənada bir - birinin əvəzinə işlənə bilmir .Çünki , sinonim cərgəyə daxil olan hər bir sinonim sözün məna çaları və üslubi çalarına görə nitqdə istifadə məqamı vardır , yəni eyni anlayışı bildirən sinonimlər ona müxtəlif tərəfdən qiymət verir .Odur kı, sinonimlər birlikdə bir mətndə işlənsə də , ayrı –ayrılıqda tam mənada bir-birini əvəz edə bilən sözlər hesab etmək qeyri - mümkündür . Sinonim sözlərin əsas xüsusiyyəti eyni məfhumu müxtəlif üslubi boyalar və çalarla ifadə etməsidir. Beləliklə, çoxmənalı sözün müəyyən mənası sinonim kimi çıxış edir. Deməli, çoxmənalı hər bir leksem müstəqil şəkildə müxtəlif sözlərlə sinonim ola bilər. Odur ki, bir çoxmənalı söz müştərək şəkildə leksemə münasib bir necə sözə sinonim ola bilir. Lakin bəzən leksik paralellər elmi-texniki anlayışları ifadə etdiklərinə görə üslubi çalarlardan , emosionallıq­dan, çoxmənalı­lıq­dan uzaqdır. Sinonim leksik münasibətlərdə də çox işləkdir. Bu da həmin sözlərin leksik semantik cəhətdən tam mənimsənilməsi üçün əsas amil­lərdən biri kimi özünü göstərir. Ümumiyyətlə, alınma sözlər vasitəsilə zənginləşən dublet cərgələr dilimizdə az deyildir. Hər bir sinonimdə iki cəhət var; birinci cəhət sinonimin ümumi xarakterli olmasıdır ki, bu da onu başqa sözlərlə paralel sırada qoyur. Bu paralel sırada dayanan sözlərdən biri də Avropa mənşəli alınmalardır. Göstərilən xüsusiyyətlər terminologiyada sinonimlərin deyil, leksik paralellərin mövçudluğunu əks etdirir. Bununla yanaşı dildə bildiriş – elan, məzuniyyət- dincəliş, stabil – sabit, tənəffüs – antrakt, məsafə - distan­si­ya kimi paralellər də işlənir. Hər bir sinonimdə iki cəhət var; birinci cəhət sinonimin ümumi xarakterli olmasıdır ki, bu da onu başqa sözlərlə para­lel sırada qoyur. Alınma sözün işarələdiyi məfhumun nominasiyasına xidmət edən leksik va­hidin mövcudluğu şəraitində yaranan semantik paralellik halları birincinin (alınma sözün) iki məqamında mümükün olur. a) alınma sözün aid olduğu dilin intensiv leksik interferensiya cəhdlə­ri qarşısında loyallığın nəticəsi kimi; b) interleksem kimi ak­tiv işləkliyi səbəbiylə müvazi işləkliyin məqsədəmüvafiqliyinin nəticəsi kimi.

Alın­ma sözün aid olduğu dilin intensiv leksik interferensiya cəhdləri qarşı­sında loyal­lığın nəticəsi kimi meydana çıxan semantik paralellik situasiyası əsasən uzun­müddətli aktiv – proksimal bilinqvizm situasiyasında mümkün olur. Bilinq­vizmi növlərinə görə qruplaşdırmış T.A.Bertaqayevin bölgüsünə əsasən məlumdur ki, aktiv bilinqvizm hər hansı bir cəmiyyətin daşıyıcısı olduğu dildən başqa, ikinci bir dilə normal ünsiyyət qura biləcək səviyyədə normal şəkildə bələd olması ilə səciyyələnir. Proksimal bilinqvizm situasiyası isə onun qarşılığı olan distal bilinqvizmdən fərqli olaraq, ikinci dilin əsas ünsiyyət vasitəsi olan dilə daha dərin təsiri ilə səciyyələnir.( 5, s. 82-88.). Onu da xüsusi olaraq qeyd edək ki, di­gər növ bilinqvistik situasiya (yəni, proksimal bilinqvizm) dilin qram­matik sisteminə daha dərin nüfuz etməsi ilə səciyyələnir ki, bu da daha çox yüksək intensivliyi ilə seçilən ikidillilik şəraiti üçün xarak­te­rikdir.Azərbaycan dilində isə aktiv – distal bilinqvistik ortam təşkil etdiyi ikidillik şəraitinin “iştirakçısı” olan ikinci dillər tam fərqli tipoloji quruluşa malik olduğu üçün dilin qrammatik quruluşuna təsir edə bilmir. Bundan fərqli olaraq, dilimizin leksik sistemi ərəb, fars və rus dilindən alınmalarla və eləcə də həmin dillərin vasitəsilə digər dillərdən alınma­larla zənginləşmişdir. Məsələn, assosiativlik – birləşdirmə, kommunikativlik – yerdəyişmə, distributivlik – paylama, xarakter – xasiyyət; xasiyyətnamə - xarakteristika, dəftərxana – kanselyariya; generativ – törədici, deskriptiv – təsviri, balans – etidal, xəbər – predikat, mübtəda – subyekt və s. Beləliklə, semantik paralellik hadisəsini formalaşma mərhələsinə görə, təxmi­nən iki qrup daxilində fərqləndirmək olar. 1. Alınma sözün işarələdiyi məf­humun nomi­na­si­ya­sına xidmət edən leksik vahidin mövcudluğu şəraitində yaranan seman­tik pa­ralel­lik; 2. Alınma sözün işarələdiyi məfhumun nominasi­yasına xidmət edən lek­sik va­hi­din qeyri – mövcudluğu şəraitində mənimsənilən və zamanla qarşılı­ğı­nın mey­dana gəlməsi sayəsində yaranan semantik paralellik. Bu paralellər terminologiyada dubletlər adı altında tədqiq edilməlidir. D.E.Rozantal və M.A.Telenkovanın linqvistik terminlər lüğətində qeyd edildiyi kimi, dublet (fransızcada doublet sözü double, yəni “ikili” sözündən törəyib) “dil vahidinin ikinövlülüyünü bildirir. V.V.Vinoqradov sözlərin bir-birini əvəz edə bilməsi fikrini qəti sürətdə rədd edərək göstərirdi ki, poetik əsərdə əsərin ümumi məzmununun tələbin­dən asılı olaraq hər bir söz elə işlənməlidir ki, dildə onu əvəz edə biləcək başqa bir söz tapılmasın. Əgər belə bir söz tapılırsa, şübhəsiz ki, belə bir dublet vəziyyəti dil üçün xoşa gəlməz hadisədir. Belə dubletlər də dilçilikdə mütləq sinonim adı altıda tədqiq edilir. A. Qarayev yazır : Məlumdur ki, dilçilikdə ən yaxın və tam oxşar semantik mənaya malik olan sözlər mütləq sinonim­lər adlanır. Avropa sözləri Azərbaycan dilinin öz sözləri və dildə vətəndaşlıq hüququ qazanmış ərəb-fars sözləri ilə məhz belə bir sinonim tipinin yaranması haqqında dilçilik ədəbiyya­tına ətraflı bəhs olunur, bizcə bunlar sinonimdən daha çox dublet xarekterlidir.(6, s.114.)” Doğrudan da alınma ilə dilin öz sözləri müəyyən dövr paralel işlənir. Məsələn , qanuni - qüvvə - konstitutsiya ,ahənrüba – maqnit , məsafə- distansiya, süzgəç - filter , sürücü- şofer, kofta- bluzka, zərf -paket və s. Verilən misallarda eyni bir anlayış müxtəlif sözlərlə ifadə olunaraq bir-birinin işləkliyinə təsir edir. Belə ki, misallarda verilən paralellərdən qanuni - qüvvə, ahənrüba artıq arxaik sözlərdir, konstitutsiya ,maqnit terminləri isə dildə işləklik qazanmışdır.

Onu da qeyd edək ki, semantik və ya leksik paralellizmlər termini dublet­lərdən daha geniş spektrli dil faktlarını əhatə edir. Belə ki, sinonimiya hadisəsi ilə eyni müstəvidə nəzərdən keçirilən dubletlik hadisəsi məfhumun fərqli nominasiyalarda təcəssüm tapması kimi nəzərdən keçirilir. Məsələn: faktor – amil, məlumat – informasiya, element-ünsür, banknot-əskinaz və s. Göründüyü kimi, bu misallarda fərqli nominativ vahidlər eyni anlayışın ıfadəsini , işarələnməsinı əhatə edir.

N.N. Amosova “ümummilli dildə təsadüf edilən dialektal dubletləri, yəni, eyni bir sözün fonetik variantlarını (han­sılar ki, çox vaxt semantik şaxələnməyə məruz qalır)” fərqləndirmiş və müvafiq nümunələri qeyd etmişdir: kent.dial. dentəzik”, mərkəzi-Şərq dial. dintzərbə”; Şimal.dial. raidhücüm”; mərkəzi – Şərq. Road “yol” və s. (7,s 101). Belə ki, variantlılıq situasiyasınaN.N.Amo­sovanın yanaşmasında, demək olar ki, dubletlik hadisəsi ilə (və ya sistemdaxili paralellizm faktları) eyniləşdirilməsi bir qədər qeyri – adekvat təhlil yanaşması hesab edilə bilər. Belə ki, bu növ dubletlik N.N.Amo­sovanın bildirdiyi kimi, çox vaxt semantik şaxələnmə ilə nəticələnən variantlılığı təcəssüm etdirmir. Dubletlik özlüyündə tələffüz fərqliliyinin sərhədlərini aşan bir hadisə olub mütləq şəkildə variantlılıq çərçivəsindən kənarlaşan müstəqil söz yaradıcılığını ehtiva edir. Yəni, “bəzən dubletlərin inkişafı linqvistik və ekstralinqvistik səbəblərin kombinasiyasına görə olmuşdur” [7,s, 260].

Halbuki, müxtəlifsistemlər arasındakı paralelliklər özlüyündə dublet yaratma potensialını əks etdirən interleksemlərlə bərabər, dillərarası müvazilik si­tuasiyasını da ehtiva edir. Yəni, sonuncuda maraqlı olan cəhətlər həmin müvazi­lik hallarındakı daxili və xarici forma fərqliliyi, eləcə də semantik interpretasiya spe­sifiklliyini əks etdirir. Nümunələrdən də görün­düyü kimi, bu kimi hallarda həm sistemdaxili, həm də sistemlərarası leksik pa­ralellizm situasiyalarını təsbit edilməsi mümkündür. Həmin situasi­yalarda konkret bir dil sistemi çərçivəsində gerçəkləşən və dilin daxili inkişaf qanunauy­ğunluqları ilə şərtlənən müvazilik situaisiyaları özünü əks etdirirsə, paralelliyin yaranmasında iki situasiya - milli dilin imkanları əsasında yaranan və alınma variantlar hesabına yaranır və istənilən məqamda tam mənada bir – birinin əvəzinə işlənir. Ter­minologiyada paralel şəkildə işlənən terminlərin olma­sı işarələrin seçil­məsi prose­si­ninin axıra çatdırılmadığını, terminoloji sistemin hələ qaydaya düşmə­diyini gös­tərən amillərdən bir kimi cıxış edir. Yəni, terminologiyada paralellik qüsurlu hal sayılsa da, onun mövcudluq faktını inkar etmək qeyri – mümkündür. Termi­nologiyada paralellik, əslində, terminoloji sistemin formalaşması dövrünün tələbi ilə meydana çıxır və nəticədə müəyyən dövrdə müsbət hadisə kimi qiymətləndiril­məlidir. Demək, əsas problem dil mətn səviyyələrindəki leksik paralel situasiyasının yaranması nəticəsində yaranan dil faktlarının adlan­dı­rıl­masındakı ortaq terminoloji inventar qarışıqlığında əks olunmasıdır. Belə ki, paralellik hər hansı əşyanın paralel, yəni, eyni istiqamətli və oxşar trayektoriyalı statik vəziyyətini və ya hərəkətini ehtiva edən anlayışdır. “Pa­ra­lel” anlayışı yunan dilindəki parallelos “yanaşı gedən” sözündən əmələ gəlib (daha dəqiq desək, mənimsənilib) “müvazilik” anlamını əks etdirir. Belə ki, hər iki halda termin seçiminin təsadüfi olmadığı ortaya çıxır. Yəni, hər iki “lek­sik paralelizm”lər, bu termin altında təqdim edilən iki fərqli dil hadisəsi leksik müvazilik vəziyyətinə istinad edir. Lakin həmin müvaziliyin hansı mahiyyət kəsb etməsi, hansı şəraitdə meydana çıxması və ən əsası hansı dil ma­terial­larına istinad etməsi bu hadisələrin spesifikliyini ortaya qoyan faktorlar kimi meydana çıxır. Bu baxımdan onu qeyd edə bilərik ki, “leksik paralellər” və “leksik paralelizm­lər” terminlərinin hər ikisinin fərqli dil hadisələrinin paralel şəkildə tətbiq edilmə­si terminologiyada düzgün olmayan vəziyyəti əks etdirir. Belə ki, burada müəyyən oxşar proseslərin işarələnməsi hadisəsi müxtəlif terminlərdə əks olunur. Məsələn,müqavilə - kontrakt, münaqışə - konflikt, neqativ –mənfi , nəzarət – kontrol ,özəl –privatus, valyuta resursları – vəsait mənbələri,vauçer – qəbz –özəlləşdirmə ceki və s. Belə ki, ortaq olan müvazilik situasiyasının tam fərqli müvazilik şəraitində reallaşması burada tam məna diffe­ren­sialaşmasının gerçəkləşdiyini düşünməyə əsas verir.



“Leksik paralelizm” və ya “leksik paralellər” terminlərinin mətn dilçiliyi sahəsində interpretasiyasından fərqli olaraq, leksikologiyadakı “leksik paralelizm” fərqli şəkildə nəzərdən keçirilməlidir. Belə ki, bu müstəvidə həm sistemdaxili se­mantik paralellər, həm də sistemlər arası müvazilik halları nəzərə alınır. Birinci­lər (semantik paralellər) bir çox halda dub­let anlayışı ilə eyniyyət şəklində təqdim edilir.Lakin dillərarası leksik parallelizm faktları dubletlərdən daha geniş və daha fərqli hadisəni bildirir. Dubletləri ehtiva etsə də, dubletlərlə leksik paralelizm hadisəsi arasında bərabərlik işarəsi qoymaq olmaz. Lakin mahiyyət etibarilə, leksik səviyyədə cərəyan edən bu proseslərin əlaqəliliyi semantik paralelliklərdə də (yəni, sistemdaxili paralellikləri ehtiva edən dubletlərdə də) özünü əyani şəkildə biruzə verir. Belə ki, interleksemlər bir çox hallarda, sistemdaxili semantik paralelizm situasiyalarını formalaşdırmış olur. Paralellər eyni məfhumun müxtəlif sözlərlə ifadəsinin xüsusi növləridir. Bunlar əsasən milli dilin sözləri və alınma sözlərdən ibarət olur. Bir məqam isə, buradakı paralellizmin eyni sistem daxilində formalaşan, lakin digər tərəfdən sistemlərarası paralellik faktlarının (yəni, interleksemlərin) təsiri ilə formalaşan dil faktlarının əhatə etməsi ilə bağlıdır. Yəni, burada istər daxili, istərsə də dillərarası müvazilik faktlarının əlaqəli mövcudluğu ola bilir. Yəni, Azər­bay­can dilinin eləcə də digər türk dillərinin leksik sis­te­mində yer alan paralel­liklərin müəy­yən­ləş­dirilməsi üçün tətbiq edilən təh­lil standartları üçün müəyyən qruplaşdır­manın aparıl­ması zərurəti yaranır.Bu baxımdan, terminologiyada sistemdaxili və sistemlərarası leksik paralellizmlər fərqləndirilir və onlar da öz növbəsində altqruplara ayrılır. Dil və nitq səviyyəsindəki spesifikləşmədən fərqli olaraq, dil səviyyəsi daxilində müxtəlif dil faktlarına nəzərən işlədilən “leksik paralelizmlər”, “leksik paralellər” termin­ləri haqqında eyni fikri söyləmək olmaz. Yəni, burada artıq terminoloji omonimi­yadan deyil, çoxmənalılıqdan söhbət gedə bilər. Belə ki, bu müstəvidə nəzərdən ke­çirilən leksik paralellər semantik paralelizmləri ehtiva edir. Yəni, onlar eyni və ya oxşar fonetik cildə malik olmasalar da, eyni və ya maksimal səviyyədə yaxın semantik məna tutumuna malik olurlar . Dilçilər isə, sadəcə olaraq, onun (həmin “əsl sino­nimi­ya­nın”) adekvat təyinlən­di­rilməsinə bu və ya digər səviyyədə yaxınlaş­mağa müvəf­fəq olurlar. Əslində isə, dildə müxtəlif se­mantik yaxın­laş­ma növləri mövcuddur və onlar sinonim­lərin fərqli şəkildə qruplaşdırılıb təyinləndirilməsində öz əksini tapırlar. Se­mantik yaxınlaşma növləri sırasında dubletliyi qeyd etməliyik. Əslində, burada semantik yaxınlıqdan deyil, tam semantik eyniy­yət­dən söhbət gedir ki, bu da onları fərqli semasioloji söz qrupları kimi səciyyə­lən­dirməyə imkan verir. Belə ki, terminologiyada müşahidə edilən və mə­naların tam şəkildə üst – üstə düşməsi ilə səciyyələnən mütləq (absolyut) sino­nimi­ya” hadisəsi çərçivəsində nəzərdən keçirilən paralellər, terminologiyada alınmaların leksik – funksional paralelliyi dub­letlik situaisyası kimi nəzərdən keçirilməlidir. Terminin elmi mətnə, işgüzar sənədə və s. bu kimi mətn nümunə­lərinin ümumi mətninə heç bir xələl gətiirlmədən, əlavə yozuma, məna interpreta­siyasına təsir etmədən tam şəkildə əvəzlənə bilməsi hadisəsini semantik para­lellər adlandırmaq olar. Yəni ,si­nonimlər yaxın və eyni mənanı bildirən söz­lər­dirsə, dublet paralellər isə eyni məf­humun müxtəlif sözlərlə ifadəsinin xüsusi növləridir. Bununla yanaşı, leksik məna eynidirsə sinonimlərdən fərqli ola­raq, dubletlər dominantlıqdan məhrumdur, formaca müxtəlif olsalar da, se­man­tik və üslubi cəhətdən fərqlənmirlər, üslubi çalarlığa və ya emo­ssional – ekspressivliyə malik deyildir. Deməli , təqdim edi­lən yanaş­ma dubletliyin bir sistemdaxili semantik paralellik hadisəsi kimi ma­hiy­yə­ti­ni tam dolğun şəkildə açıqlamış olur və onun sinonimiya hadi­səsindən fərqli təbiətə ma­lik olması fikrini birmənalı şəkildə əsaslandırır. Xüsusilə, sinonimlikdən fərqli olaraq terminoloji sistemdəki dubletlik faktları “eyni məfhumun müxtəlif sözlərlə ifadəsinin xüsusi növü olan paralelliyi” təcəssüm etdirir. Belə ki, həmməna terminlər əsas əlamətlərini özündə əks etdirir ,mənaca bir – birinuin eyni olan və formaca müxtəlif olan belə terminlər paralel terminlərdir. Belə terminlər elmin müxtəlif sahələrində öz əksini güstərir.Məsələn, dilçilikdə - linqvistika - dilçilik, semantika - məna, analiz-təhlil; riyaziyyatda –kommutativlik - yerdəyişmə, kommutator - çevirgəç -paylaşdırıçı və s.. Bu mənada, əslində belə müxtəliflik bəlkə də ilk baxışdan müsbət səciyyələndirilə bilməz. Eləcə də jüre –münsüf, kino - sinema sözləri sistemdaxili semantik para­lellik vəziyyətini yaradır. Bu leksik vahidlər eyni bir sözün variantlarının fərqli mərhələlərdə və fərqli mənbələrdən dilimiz tərəfindən mənimsənilmişdir. Kino və münsif sözü Azərbaycan ədəbi dilində həm müstəqil şəkildə, həm də digər mürəkkəb sözlərin komponenti kimi istifadə olunmaqdadır (məsələn: kino­drama­turq, kinoatelye, kinoaktyor və s.) Sinema sözü nisbətən yeni dövr alınmalarından hesab edilir və bu səbəbdən də onun standart izahlı lüğətlərə daxil olduğunu söyləmək olmaz. Buna baxmayaraq, KİV-in dilində sinema sözünün və törəmələrinin geniş şəkildə işləklik nümayiş etdirməsi “təkrar alınma”nın baş verdiyini qeyd etməyə əsas verir. Məsələn: kino – sinema variantlarından törəmiş olan bu dubletlərdən biri ingilis dili ilə tam dublet paralellizmini, digəri isə qismən dəyişkənlik nümayiş etdirən natamam paralelizmi əks etdirir . Deməli , termi­nolo­giyada sinonim­lər deyil ,dubletlər işlənir. Zaman keçdikcə bu dubletlərdən biri o birisıni sıxışdıraraq işləklikdən çıxarır. Ona görə də ədəbi dildə sinonimlərin nitqə incə fərdi kalorit verərək, onun üslubi rəngarəngliyini dəyişərək işlənirsə, ter­minologiyada sinonimlərin deyil, dubletlərin işlənməsi təbii bir hal hesab edilməlidir.


ƏDƏBİYYAT
1.İzahlı dilçilik terminləri lüğəti, Bakı, Maarif ,1989

2. Qurbanov A. Ümumi dilçilik, Bakı, Maarif, 1989

3. Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları. Bakı: Elm, 1973.



4. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı , Bakı, Maarif, 1962 .

5. Бертагаев Т. А. Билингвизм и его разно­вид­ности в системе употребления // Проблемы двуязычия и мно­­го­язычия: Сб. науч. тр. – Москва, 1972. - С. 82-88 .

6. Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar, Bakı, BDU ,1989

7. Amoсова Н.Н. Этимологические основы словарного sostavaанглийского языка М.: Издательство литературы на иностранном языке, 1956, 220 с.

8. Шмелёв Д.Н. Современный русский язык. Лексика. М.: «Просвещение», 1977, с.; 194
Проф.С.Садыгова

Выражение форм лексических параллелизмов

в языковой системе

Р е з ю м е

Статья посвящена формам лексических параллелей в языковой системе на основе богатейшего языкового материала доказывается естественность употребления дублетов в терминологии азербайджанского языка, тогда как в литературном языке имеют место синонимы.



Prof.Sayali Sadigova

The forms of expressions of lexic parallels in

the language system

S u m m a r y
The article deals with the forms of forms of expression of lexic parallels in the language system. On rich examples it is revealed that the lexic parallels are used in literary language as synonyms white they are used as dublets in terminology.
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Terminologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru İ.Qasımov

+

filologiya elmləri doktoru R.Eyvazova

Baxşıyeva Tünzalə

AMEA, Nəsimi adına Dilçilik İnstitutu ,

filologiya elmləri doktoru

NAĞILLARDA MİFONİMLƏR
Açar sözlər: mifonim, nağıl, mifoantroponim, mifotoponim, mifozoonim

Kлючевые слова: мифоним, сказка, мифантропонимы, мифтопонимы, мифзоонимы

Key words: mythotoponyms, mythoantroponyms, mythozoonyms, mythophetonyms
Folklorumuzun janrlarından biri olan nagıllarda çoxlu mifonimlərə rast gəlinir. İnsan mifik təfəkkürünün məhsulu olan mifik obrazların, obyektlərin və s xüsusi adlarını tədqiq edən sahə mifonimiya adlanır. Mifonimlərə mifoantroponimlər, mifotoponimlər, mifozo­o­nim­lər, mifofitonimlər, mifopersonimlər, habelə teonimlər daxildir. (1, s.300)

Dilçilikdə mifik adlar onomastika sahəsində öyrənilir. Azərbaycan onomastikasının son dövrlərdəki nailiyyətlərinə baxmayaraq mifonimlər tədqiqata az cəlb olunmuşdur. Bu mövzuya dilçilikdə ötəri nəzər salınmış, sistemli öyrənilməmişdir. Mifonimlər ilə əlaqədar geniş tədqiqat işi aparılmasa da, ayrı-ayrı məqalələrdə, əsərlərdə bu mövzuya toxunulmuşdur. Azərbaycan nağıllardında təsadüf olunan mifonimlərin öyrənilməsi Azərbaycan onomastikasının qarşısında duran problemlərdəndir. Xalqımızın təfəkkürünün məhsulu olan nağıllarda yaşayan mifik obarazlar, mifik obyektlər əski mədəniyyətimizin, folklorumuzun mühüm amillərindəndir. A.Nəbiyev nağıllar barədə yazır: “Hər bir xalqın sehirli nağılı bu xalqın dünəni, ulu keçmişi, erkən təsəvvürü, adət-ənənəsi, müəyyən tarixi məqamdakı ictimai mövqeyi barədəki faktları sistemli şəkildə özündə yaşadan mədəniyyət vahidləridir.” (2. s.3) Nağıllardakı mifik obrazların adları da bu mədəniyyət vahidlərinin bir hissəsi, parçasıdır. Xalq fantaziyasının məhsulu olan nağıllardakı mifonimlər dilin incəliklərini özündə yaşadır. Mifonimləri tədqiq etmək xalqımızın mənəvi, psixoloji xüsusiyyətlərini öyrənmək, dünyagörüşünü araşdırmaq deməkdir. Əsrlər boyu geniş xalq kütləsi tərəfindən yaddaşlardan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib çatan Azərbaycan nağıllarını mifik obrazlardan, mifologiyadan təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün deyil. Xalqın fantaziyasının rəngarəng olması sehirli-mifoloji nağıllarda özünü daha qabarıq göstərir. Azərbaycan nağıllarındakı mifik adları tədqiq edərkən xalqımıza məxsus fərdiliyi müəyyənləşdirməklə yanaşı onların başqa xalqların nağıllarındakı mifik obrazlarla müqayisə etmək lazımdır. Nağıllarımızdakı mifik obrazların bir çoxunun digər türk xalqlarının folklorunda oxşarlarının olması türk qəbilələrinin bir-birinə qarışması, miqrasiyası, eyni kökdilə bağlı olması, həmçinin ümumidüşüncə tərzi ilə əlaqədardır.

Xalqın fantaziyasının rəngarəng olması sehirli-mifoloji nağıllarda, özünü daha qabarıq göstərir ki, nəticədə mifoantroponimlərə, mifozoonimlərə, mifofitonimlərə, mifotoponimlərə , mifohidronimlərə və s daha çox rast gəlinir. Alimlər belə nəticəyə gəlmişlər ki, ilkin miflər ən çox təbiət hadisələrinə, heyvanlara və səma cisimlərinə aid idi. Müsbət və mənfi obrazları əhatə edən mifonimlərdə kişi və qadın adları ilə bərabər eyni zamanda naməlum varlıqların adlarına da rast gəlinir.

S. Abdullayevanın miflonimlərlə bağlı verdiyi bölgü diqqəti cəlb edir.

1. Peyğəmbər və əfsanəvi şəxsiyyət adları.

2. İlahə və pəri adları.

3. Div adları

4. Div cinsindən olan yarı əfsanəvi pəhlivan adları.

5. Cin, dərviş adları.

6. Qeyri-real məkan, yer adları.

7. Qeyri-real şəraitdə doğulan qəhrəman adları.

8. Əfsanəvi quş və heyvan adları” (3.s.16)

Mifonimlərdə türk poetikasına xas olan alliterasiya ilə rastlaşırıq. Alliterasiya nağıllarda ekspresivlik yaradır, onun bədii gücünü artırır. Mifonimlərdə səslərin təkrarı ilə yanaşı hecaların, sözlərin təkrarına da rast gəlirik. Ritmik quruluş adı daha gözəlləşdirir. Nağıllarda qəhrəmanlara alliterasiyalı ad verərkən qarşıya məqsəd bu qoyulmuşdur. Bu qəbildən olan adlar, yəni alliterasiyalı mifonimlər öz gözəlliyinə görə seçilir. Səslər, hecalar təkarar olduqca müəyyən ahəng, musiqi, ritm yaranır.

Nağıllarda Qahqah Xanım, Kaşkaş Pəhlivan, Əşəş div, Bili-Bilgeyis xanım və s. alletrasiyalı mifik adlara da təsadüf olunur. “Qırx Qönçə xanım” nağılındakı Qırx Qönçə mifonimində “q” səsinin, Nar qızı Nardan xanım mifonimində “n” səsinin alliterasiyası ilə rastlaşırıq. Qırx Qönçə personajının adındakı qırx sözü onun qırx dənə uzun hörüyünün olması ilə əlaqədardır. Bu hörükləri qırx qulluqçu qız gəzdirirdi. Nar qızı Nardan xanım mifik obrazına ad qızın narın içindən çıxmasına görə verilib.

Azərbaycan nağıllarında təsadüf olunan mifik obrazlardan biri də “Oxayla Əhmədin nağılı”ndakı Oxaydır. Oxay mifoantroponimi dilimizdə köməkçi nitq hissəsi nidaya aid olan oxay sözündən yaranmışdır. Oxay “məmnunluq, sevinc, bir şeydən xoşlanma, bir şeyin cana yayıldığını” bildirir. Oxay su başında məmnun qalaraq “oxay” sözünü işlədənlərin səsinə sudan çıxır. Bu mifik obrazın özü ilə adının mənası ziddiyyət təşkil edir.

Azərbaycan nağıllarındakı mifik obrazlardan biri də Axvaydır. Axvay mifik obrazını Oxayla müqayisə etmək olar. Hər iki mifik obrazın adı insanın hisslərini ifadə edən nida əsasında formalaşmışdır. Ax, vay nidaları dilimizdə qorxu, həyacan, dərd, kədər, qəzəb, təəssüf, peşmançılıq bildirir. Axvay çeşmə başında ax-vay edənlərin səsinə sudan çıxır.

Azərbaycan nağıllarında rast gəlinən mifonimlərdən biri də Təpəgöz, Kəlləgözdür. Təpəgözün bir çox dünya xalqları mifologiyası və folklorunda paralelləri (Kikloplar, Homerin “Odisseya”sında Polifem, Orta Asiya xalqları folklorunda Birgözlü, Yelqizgöz (qazax), Yelgızgözdi döö (qırğız), Ekegöz, Təpəgöz, Dəpəgöz (türkmən, qaqauz) surətləri və s var. (4. s.253)

Azərbaycan nağıllarında Küpəgirən qarı obrazına çox təsadüf olunur. Başqa xalqların folklorunda da buna bənzər surətlər də vardır. Məlumdur ki, küp “ərzaq saxlamaq üçün istifadə olunan gövdəsi yumurtavari boğazı gödək, ağzı gen, dibi dar saxsı qab”dır. Küpəgirən qarılar nağıllarda küpə minərək havada gəzdiklərinə görə onlara bir ad verilmişdir.

“Şəmsi Qəmər” nağılında Şəmsi Qəmər mifik obrazına rast gəlinir. Gecələr ilan, gündüzlər oğlan olan bu mifik obrazın adı ərəb mənşəlidir. Şəms ərəb dilində “günəş”, “qəmər” ay deməkdir. Obraz misilsiz gözəlliyinə görə adlanmışdır. Nağıllarımızda belə bir ifadə işlənir: “Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım” . Misilsiz gözəlliyinə görə adlandırılan bu obrazın adında bir növ bu ifadə öz əksini tapmışdır.

“Göy Muncux” nağılında Göy Muncux mifoniminə rast gəlinir. Mifik obraz dünyaya gəldiyi hadisə ilə əlaqədar adlanmışdır. Bir qadın düyünün içində tapdığı göy muncuğu ağzına qoyur və bilmədən udur. Bu hadisədən sonra qadın hamilə qalır. Uşaq anadan olandan sonra ona Göy Muncux adı verilir. Bu uşaq qeyri-adiliyi ilə başqalarından fərqlənirdi. Onun başının tükünü yandıran zaman həmin yerdə hazır olurdu.

Nağıllarımızda pəri və huri mifik obrazları gözəl qızlar kimi təsəvvür olunurlar. Azərbaycan nağıllarında pəri və huri obrazları paralel olaraq işlənir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə pəri sözü belə izah olunur: “pəri- əsatirdə cinlərin çox gözəl və cazibəli şəkildə təsəvvür olunan qismi” (5.s.498) “Kəl Həsənin nağılı”nda Pərizad, “Bəxtiyarın nağılı”nda Hurizad mifoniminə təsadüf olunur . Pəpzad və Hürzad hazırda şəxs adı kimi də işlənməkdədir. Pərzad/ Pərizad –fars mənşəli olub, pəri+zad (ə) sözlərindən ibarətdir. “Pəridən doğulmuş, pəri balası “, məcazi mənada gözəl ananın gözəl balası” deməkdir” ( 6.s.253). Eyni izahı Hurizad barədə də demək olar.

Azərbaycan nağıllarında çoxlu mifik yer adlarına təsadüf olunur. “Şah oğlu Bəhrəmin nağılı”nda Qaf dağı, “Hatəmin nağılı”nda Gülüstani-İrəm, “Reyhanın nağılı”nda Qüzləmi-Qaf, “İbrahimin nağılı”nda Ənbərquh dağ adına, “Bənidaş şəhərinin sirri” nağılında Bənidaş və s mifotoponimlərinə rast gəlinir.

Azərbaycan nağıllarında rast gəlinən onomastik vahidlərin arasında mifohidronimlər də vardır. Mifohidronimlərə mifik su obyektlərinin adları aiddir. “İskəndərin qaranlıq dünyaya getməsi” nağılında Abi-həyat bulaq adına təsadüf olunur. Bu bulağın suyundan içən adam nə qocalır, nə də ölür. İnsan həmişə həyat və ölüm məsələsi barədə düşünmüşdür. Bu da əbədi həyatı əldə etmək mifik ideyalarının yaranmasına səbəb olmuşdur. Ab fars dilində “su” deməkdir. “Sehirli şamdan” nağılında Ağ dərya, “Şah oğlu Bəhrəmin nağılı”nda Ağ çeşmə, “Məlik Düçar” nağılında Qızıl bulaq mifohidronimlərinin adı çəkilir.

Azərbaycan nağıllarında rast gəlinən mifik onomastik vahidlər arasında mifofitonimlərin özünəməxsus yeri vardır. Adətən qədim miflərdə, əsatir və nağıllarda işlənən fitonimlər mifofitonimlər adlanır. “Tapdığın nağılı”nda möcüzəli Xəbər ağacı vardır. O, hər şeyi görür və hər şeydən xəbərdardır. Xəbər ağacı baş vermiş hadisələri Şəms xanıma danışır.

“Yetim İbrahim” nağılında Səməngül mifofitoniminin adı çəkilir. Bu qeyri-adi çiçək torpaqda bitmir. Divin dustaq etdiyi qızın burnundan axan qandan əmələ gəlir. Səmən fars dilində “yasəmən ağacına və gülü”nə deyilir.

Nağıllarda mifik heyvanlara tez-tez rast gəlinir. Mifozoonim – real həyatda mövcud olmayan, əsatiri səciyyəli canlının, varlığın xüsusi adıdır. Məsələn, Div, Ağ div, Qara div, Zümrüd quşu, Simurq, Əjdaha, Səməndər və s.

Nağıllarda səməndər quşu, zümrüd quşu mifozoonimlərinə daha çox rast gəlinir. İstər nağıllarda, istərsə də əfsanələrdə səməndər quşu odla əlaqədar verilir. Əfsanəyə görə, səməndər quşu dərya kənarında yaşarmış. Dimdiyi poladdan, ayaqları daşdanmış. Səməndər hər dəfə ayaqlarını dimdiklədikdə oradan qığılcım qalxar və quşu alov basarmış. Quş alovlanıb yandıqda özünü suya atarmış. Başqa bir əfsanəyə görə, Səməndər nəhəng bir quşdur. Yeddi ildən bir yumurtalayır, özünə yumurtaya sürtüb, oradan qığılcım çıxardardı.

“Moltanı padşahı” nağılında da Səməndər quşunun adı çəkilir. Nağılda göyərçinlər söhbət edərkən deyirlər: “Ay bacılı, gərək o oğlan o qədər gözləyə ki, Səməndər quşu od tutub yana, onun külünün içindən bir qor kimi yumurta çıxa, o külün qırağınnan bir çiçək göyərə, o çiçək Səməndər çiçəyidir. Özü də onu köklü qopartmax olmaz, onda o adam özü də yanıb, kül olar. Gərək çiçəyi elə qoparda ki, kökü yerdə qala”.

“Ərəb və fars sözləri lüğəti”ndə səməndər sözünün fars mənşəli olduğu , 1. İran əsatirində odda yaşayan bir heyvan; 2. su kərtənkələsi mənalarını daşıdığı göstərilir. (7 .s 548)

Azərbaycan nağıllarında təsadüf olunan, tez-tez işlənən mifozoonimlərdən biri də Zümrüd quşudur. Nağıllarımızda qəhrəmanın köməkçisi, fəlakətə düşənlərin xilaskarı, yeni anadan olmuş gələcək mübarizələrin hamisı kimi iştirak edir. Qəhrəmanları yeraltı dünyadan işıqlı dünyaya çıxardır, tükünü yandırdıqda köməyə gəlir. Zümrüd ərəb mənşəli söz olub, “yaşıl rəngli qiymətlil daş” mənasında işlənir. (6 s. 228). Görünür, zümrüd quşunu yaşıl rəngdə təsəvvür etdiklərdindən ona bu adı vermişllər.

Nağıllarımızda Simurq quşu adına da rast gəlirik. Bu, quşun adı nağıllarda Zümrüd quşu ilə əvəz edilir. Çünki quşların hər ikisi eyni işi görürlər. İnsanlara ancaq xeyirxahlıq edirlər. V.Vəliyev Simurq quşu haqqında yazır ki, Simurq quşunun böyüklüyü, qoçaqlığı tədqiqatçıları belə qənaətə gətirmişdir ki, çoxluğun işini gördüyündən ona Simurq, yəni otuz quş adı vermişlər. Bəzi alimlər isə bunu siyah mürğ (qara quş) kimi izah edirlər Bu bir növ ağılabatandır.

Bütün bu izahatlardan əlavə, alimlərin bəzisi Simurğun real mənasından başqa onun əfsanəvi, bir qədər dəqiq deyilsə, fəlsəfi mənasını izah edirlər. Guya bu, kosmik surətdir. Günəşlə, Ayla bağlıdır. Belə ki, “Avesta” da əfsanəvi bir quş vardır. Onun adı “Səinə”dir. Guya Pəhləvi yazılarında bu ifadə Simurq (sin quşu) şəklində işlənmişdir. (8. s 262). Fikrimizcə, Simurq quşunun adı siyah mürğ (qara quş) mənasındadır.

Mifonimləri tədqiq etmək həmin nağılı yaradan türklərin mənəvi aləmini, əski dünyagörüşünü, psixoloji xüsusiyyətlərini öyrənmək araşdırmaq deməkdir.

Ədəbiyyat
1.M.Adilov A.Paşayev. Azərbaycan onomastikası (izahlı terminoloji lüğəti). Bakı: Nurlan, 2005, 487 s.

2. A. Nəbiyev. Sehrdən yaranan qüdrət. Azərbaycan nağılları. Turan . 2001. s. 3

3. Abdullayeva. S. . Mifonimlər. Azərbaycan onomasitkası problemləri. V konfrans. 1995.

4. Azərbaycan Sovet Ensiklopediyası. IX c. ., Bakı: 1987.

5. Azərbaycan dilinin izahlı lüğəti. III c., Bakı: Elm, 1983.

6. Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti . Bakı. I cild. 2007.

7. Ərəb-fars sözləri lüğəti. Bakı: Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966.

8. V.Vəliyev Azərbaycan folkloru. Bakı. Maarif. 1985.



Бахшиева Тунзала

Мифонимы в сказках

Резюме

В статье рассматриваются мифонимы, встречаюшиеся в азербайджанских сказках. Мифонимы подразделяются на следующие группы: мифантропонимы, мифтопонимы, мифзоонимы, мифофитонимы, мифогидронимы. Вместе с ними исследуется явление альтерации в мифонимах. Разбор мифонимов имеет большое значение в свете изучения духовной жизни азербайджанского народа, его прошлого.


Bakhshiyeva Tunzale

Mythonym in the Tales

Summary

Mythonyms faced in Azerbaijani tales are studied in this article. Mythotoponyms, mythoantroponyms, mythozoonyms, mythophetonyms are grouped into mythohydronyms. Their meanings are explained. Some mythonyms with alliteration are out of the research in the article. The study of the mythonyms is of great importance in terms of learning ancient outlook and moral world of Azerbaijan.

Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Nəzəri tətbiqi dilçilik şöbəsi

Rəyçilər: filologiya elmləri doktoru Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru,dos.E.Abışov

Ирада Абдуллаева

Институт Языкознания им. Насими НАНА

доктор философии по филологическим наукам.
ЭПОНИМНЫЕ ТЕРМИНЫ КАК СОСТАВНАЯ ЧАСТЬ

СОВРЕМЕННОГО СЛОВООБРАЗОВАНИЯ
Açar sözlər: metonimiya, eponim, termin yaradıcı, nomenklatura vahidi, formal strukturu, fərdi göstərmə.

Ключевые слова: метонимия, эпоним, терминообразование, номенклатурная единица, формальная структура, индивидуальное обозначение.

Key words: metonymy, eponym, term formation, nomenclature unit, formal structure, individual designation.
Являясь частью общелитературного языка, современная терминология испытывает на себе влияние всех лексико-семантических процессов, которым подвержена лексика общелитературного языка. Одним из самых распространённых способов терминологической номинации является метонимический.

Метонимия является важнейшей способностью человеческого мышления. Как и метафора, она служит целям понимания новых явлений. В то время как метафора представляет собой способ постижения одной вещи в терминах другой, метонимия выполняет референциальную функцию, то есть позволяет одной сущности заменять другую. Согласно мнению когнитивистов, абстрактная лексика рождается не только в результате действия метафоры, но и метонимии. На основе сложной концептуальной структуры создаётся такое имя, которое способно представлять «единую интегральную сущность – новый ментальный концепт, и уже в этом виде участвовать затем в последующих познавательных процессах» [1; 395].

Поскольку в обозначениях эксплицитно прослеживается лишь определённая часть информации об обозначаемом объекте, сами слова рассматриваются как метонимические единицы, представляющие весь объект через часть его значений, так как замещение более полного целостного образа его представлением является замещением целого его частью. Следовательно, символ – это «облегчённый ментальный знак, на место которого можно подставить весь объём знания для целей когнитивных операций более высокого уровня. Значение языкового знака представляется как «верхушка айсберга», подводная часть которого может быть сколь угодно объёмной и соответствовать всей совокупности знаний говорящего» [1; 401].

Одним из способов метонимического терминообразования в таких областях знаний как математика, медицина [2], физика, химия, техника [3], лингвистика, философия, география, биология, геология и др. является эпонимическая номинация. Эпонимические единицы в терминологии происходят от имён выдающихся учёных, изобретателей, исторических личностей, писателей, врачей и т. д. Интерес современной лингвистики к терминологии, а также к терминам, компонентами которых являются имена собственные способствовал образованию смежной филологической дисциплины, находящейся на стыке терминоведения и ономастики – терминологической ономастики, предметом исследования которой являются «происхождение, структура и функции имён собственных, включённых в профессиональную коммуникацию» [3; 12]. Их появление в терминологических системах и применение в процессе профессиональной коммуникации во многом детерминировано их мемориальной функцией, выделенной Н. В. Новинской [4; 10-13]. И. Филатов метафорически называет единицы подобного рода «терминологическими именными памятниками» в одноимённой статье в журнале «Наука и жизнь» [5; 137].

Проблеме эпонимии посвящено множество работ, как лингвистов, так и представителей самых разных областей знания. 

Примерно с 60-80-х годов ХХ века лексическая единица «эпоним» начинает фигурировать в различных языках для специальных целей, в том числе в качестве лингвистического термина. Словом «эпоним» обозначается тот объект, на который перешло личное имя – имя божества, героя или реального лица; название болезни или синдрома, анатомического органа в медицинской терминологии; название структуры, метода в абстрактной науке; изобретения в технике; географического объекта. Иначе говоря, в настоящее время эпоним – это не личное имя, давшее название объекту или процессу, а название самого объекта или процесса. Слово «эпоним», теперь уже как лингвистический термин, входит в ряд «антоним», «синоним», «омоним», «пароним», «топоним».  В то же время лингвистический термин «эпонимия»  означает «образование новых слов на основе имён собственных» [6; 716].

Большая часть эпонимов представляет собой термины, и поэтому проблеме терминов-эпонимов в лингвистике посвящено много диссертаций, книг, статей, докладов, а также словарей специальной лексики. Достаточно назвать работу  М. Г. Блау [7], справочники В. Н. Губина [8], С. Б. Королёва [9] и Р. П. Самусева [10], словарь под редакцией Л. П. Чурилова [11], словари В. Д. Рязанцева [12] и Е. М. Какзановой [13], три книги известного американского популяризатора науки Айзека Азимова, в том числе «Слова в науке» [14].

Однако реальность свидетельствует о том, что эпонимами являются далеко не только термины – имена нарицательные, обозначающие конкретные и абстрактные специальные понятия. Современная теория языков для специальных целей и выделившаяся из лингвистики научная дисциплина – терминоведение оперируют концептами диалектической логики – общими, частными и единичными понятиями, в том числе и специального характера, которые соответственно обозначаются именами нарицательными, в первую очередь, терминами, далее – номенклатурными единицами, которые при ближайшем рассмотрении являются специфическими терминами, обозначающими или выражающими частные понятия [15] и, наконец, именами собственными, отражающими единичные понятия [подробнее: 16; 14-17].

Действительно, наибольшее количество эпонимов представляет собой термины, и неслучайно известный советский писатель и публицист Ю. А. Федосюк называл эти единицы языковыми памятниками выдающимся учёным, изобретателям, врачам, чьё имя запечатлено в их творениях. Можно назвать десятки  тысяч терминов-эпонимов типа никотин от имени французского посла в Португалии (1558 г.), ртутный термометр Фаренгейта от фамилии немецкого физика Габриеля Даниэля Фаренгейта (1714 г.), шкала Цельсия по имени шведского астронома Андерса Цельсия (1742 г.), химический элемент тантал, названный так шведским химиком Йёнсом Берцелиусом в 1814 г. в честь персонажа древнегреческой мифологии царя Лидии (примеры взяты из упомянутой книги А. Азимова «Слова в науке»). Термины-эпонимы в большинстве случаев появляются в результате присвоения этих названий благодарными пользователями как «языковые памятники» выдающимся учёным, изобретателям, врачам. Реже сам автор присваивает объекту или процессу своё имя: например, название автомобильного двигателя дизель было дано при получении патента немецким изобретателем Р. К. К. Дизелем (ср. наименование автомобильной фирмы «Форд» от фамилии её создателя Генри Форда).

В соответствии с договоренностью, единицы измерения физических и математических величин, представляющие собой термины, в последние десятилетия получают наименования в честь великих учёных: джоуль, ампер, сименс. То же касается и названий вновь открытых и синтезированных химических элементов, которые именуют отантропонимическими и оттопонимическими эпонимами: франций, америций, менделеевий.

Лексический класс специальной, да и не только специальной лексики – номенклатура (единицы этого класса нередко называют «номены») включает многие тысячи наименований самой разной формальной структуры. Эпонимы занимают  в этом классе значительное место. Это, прежде всего, переосмысленные имена собственные – названия объектов по месту их производства (холодильники «Апшерон», «Саратов») или по фамилии владельца предприятия (легковой автомобиль «Форд»). Здесь возможны различные варианты, в том числе модификации изделия, названные по именам отдельных лиц: легковой автомобиль «Мерседес-Бенц» – в честь дочери одного из владельцев завода, которую звали Мерседес, легковые автомобили «Шкода-Октавия», «Шкода-Фелиция». По фамилии учёного, разработавшего математическую формулу, появилась номенклатурная единица теорема Бернулли. По наименованию места создания или в честь древней пророчицы (дельфийский оракул) было предложено обозначение экономического понятия метод Дельфи.

Среди более чем двадцати моделей номенклатурных единиц имеется, кроме того,  значительное количество аббревиатур разных типов. Упомянем некоторые из них: пассажирские самолеты конструкции А. Н. Туполева Ту-104, Ту-144Б; реактивные самолеты конструкции А. С. Яковлева Як-40, его же спортивные самолеты Як-18, Як-50; легковой автомобиль ЗИЛ-110 от онима – названия завода «Завод имени Лихачёва», стиральная машина ЗВИ («завод имени Владимира Ильича») [часть примеров см.: 15].

Наибольшее количество номенклатурных единиц – эпонимов относится к научным и техническим областям: биологии (ботанике), физике, химии, математике, языкознанию, шахматам, технике. К примеру, это – номенклатурные наименования, которые С. Д. Шелов относит к объектной антропонимической номенклатуре или антропонимической (фамильной) метаноменклатуре (в последнем случае – когда лексическая единица называет абстрактное понятие какой-либо области знания), а также объектной топонимической номенклатуре:  в физике счётчик Гейгера-Мюллера, уравнение Дирака, в химии жавелева вода, критерий Фишера, в математике декартов лист, интерполяционная формула Лагранжа, в биологии калоплака (лишайник) Томина, калоплака венгерская, полёвка Брандта,  полёвка памирская, в языкознании гипотеза Сепира-Уорфа, Пражская лингвистическая школа [15; 58-75].

Термины-эпонимы представлены и в спортивной терминологии, в частности, в терминосистемах шахмат и шашек: гамбит Эванса, дебют Рафаэля, эндшпиль Леклерка, петля Сонье, защита Каро-Канн, удар Филиппа, часы Фишера и т.д.



В системе образования можно выделить такие эпонимные термины,как: Бамптонские лекции, закон Форстера, Кембриджский университет, Болонская конвенция, университет Херриот и др.

Самые популярные (и поэтому частые) номенклатурные единицы состоят не из сочетания термина, поясняющего их, и собственно номенклатурного маркера, как это обычно принято, а включают только номенклатурный маркер; например: «Мы прилетели на Ту-144», «Мой брат купил «Шкоду-Октавия»».

Очень распространёнными являются онимы-эпонимы, которые являются не именами людей или географических объектов, а вторичными названиями единичных понятий, названных в честь этих людей или объектов; например: город Горький, селеноним Коперник. Характерно, что именно эти онимы чаще всего приводятся в словарях, когда пишут об эпонимах. В частности, эти примеры взяты из словаря русской ономастической терминологии Н. В. Подольской [17; 165-166].

Онимы-эпонимы фигурируют в географии, экономике, физике, астрономии и многих других сферах. Специфическим подклассом этих лексических единиц является религия, в языке которой мы находим сотни обозначений: страсти Христовы, день успения Богородицы, день рождения Иоанна Крестителя, соломоново решение и т. п.

В текстах эпонимы живут разнообразной жизнью. Они могут использоваться самостоятельно, когда их семантика не вызывает сомнений. В других случаях приходится совмещать их с лексическими единицами других классов. Видоизменяя определение, приводимое В. А. Татариновым, который очень широко понимает терминонимы, практически как самые разные виды эпонимов (авторские термины, фамильные термины, персонимы, эпонимные термины и др.), выполняющие темпорально-локальную, персонифицирующую функцию [18; 68, 235], В. М. Лейчик предлагает называть терминонимами устойчивые сочетания термина и онима (термин+оним) типа Саргассово море, черноморский дельфин, закон Ваккернагеля [19; 138].

В содержательном (семантическом) плане самым изученным подклассом эпонимов являются термины-эпонимы медицины и анатомии. Это легко объяснить тем, что для пользователей специальной лексики интересно знать, кто открыл, изучил и начал впервые лечить разные заболевания человека. В его честь (с благодарностью врачу, учёному)  и называют орган человеческого тела, то или иное заболевание: болезнь Альцгеймера, болезнь Паркинсона, синдром Дауна. Поэтому больше всего создано словарей в этой области.



При изучении эпонимов необходимо помнить, что, представляя индивидуальные наименования объектов и процессов в жизни общества, в том числе, научной жизни, эпонимы во многих случаях теряют качества таких индивидуальных обозначений – язык забывает первоначальное имя собственное.

Таким образом, термины-эпонимы имеют характерную структуру, характеризуются краткостью и стилистической нейтральностью. Эпонимические единицы, образуя термин, примыкают к односоставным терминам, которые образованы посредством вторичной номинации (заимствование, специализация значения, метонимизация, метафоризация). Обладая столь выраженным недостатком как непрозрачность формы, которая делает термины-эпонимы понятными только для людей, занятых в данных сферах деятельности, рассмотренные единицы являются «терминологическими именными памятниками» в рамках рассматриваемой системы и выполняют мемориальную функцию. 

ЛИТЕРАТУРА


  1. Кубрякова Е. С. Роль словообразования и производного слова в обработке знания. – Язык и знание. М., Языки славянской культуры, 2004.

  2. Какзанова Е. М. Лингвокогнитивные и культурологические особенности научного дискурса: на материале математических и медицинских терминов-эпонимов: автореферат дис. ... доктора филологических наук. М., 2011, 46 с.

  3. Вахрамеева В. В. Эпонимные термины в английских подъязыках науки и техники: дис. ... канд. филол. наук. Омск, 2003, 144 с.

  4. Новинская Н. В. Роль имён собственных в формировании современной терминологии. – Научно-техническая терминология, вып. 8. М., 1987.

  5. Филатов И. Терминологические именные памятники. – Наука и жизнь, №5, 1980.

  6. Старичёнок В. Д. Большой лингвистический словарь. Ростов-на-Дону, Феникс, 2008, 812 c.

  7. Блау М. Г. Судьба эпонимов: 300 историй происхождения названий. М., ЭНАС, 2010, 270 c.

  8. Губин В. Н. Эпонимы в кардиологии, ангиологии и ревматологии: Справочник.  СПб, Фолиант, 2003, 544 c.

  9. Королёв С. Б. Словарь-справочник терминов, эпонимов, симптомов и синдромов в травматологии и ортопедии. М., НГМА, 2007, 260 c.

  10. Самусев Р. П. Анатомия человека в эпонимах: Справочник: более 2300 эпонимов, используемых в отечественной и зарубежной анатомии. М., Оникс, Мир и образование, 2007, 656 c.
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə