TƏRCÜmeyi-hal (CV)




Yüklə 52.37 Kb.
tarix11.04.2016
ölçüsü52.37 Kb.



TƏRCÜMEYİ-HAL (CV)







ÜMUMİ MƏLUMAT








Adım, atamın adı, soyadım




Asif Baxış oğlu Cahangirov

Doğum tarixi və yeri




5 iyun 1948-ci il, Xankəndi şəhəri, Azərbaycan Respublikası

Milliyyətim




azərbaycanlı

Ailə vəziyyətim




ailəli

Hazırki iş yerim



Azərbaycan Respublikası Mərkəzi Bankı,İnkişaf departamentinin direktoru

İş yerimin ünvanı



AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 32

Telefon




(994 12) 493 8951

Faks




(994 12) 493 8951

Yaşadığım yer




Bakı şəhəri, Çaykovski küçəsi 2, mənzil 11

Ev telefonum




(994 12) 566 48 06

Mobil telefonum




(994 50) 321 50 90

E-mail ünvanım




ajahangirov@gmail.com


TƏHSİLİM





Ali

1966 – 1971




Azərbaycan (hazırda - Bakı) Dövlət Universiteti

İxtisasım




kimyaçı, kimya müəllimi


TRENİNQ KURSLARI



Yanvar 1998, 4 həftə



“Müasir təlim texnologiyaları”, İsrail, Yerusəlim

Sentyabr 2001, 3 həftə



“Dünya Bankının maliyyələşdirdiyi layihələrin və satınalmaların idarəolunması”, İtaliya, Turin

İyul-Avqust 2002, 4 həftə



“İngilis dili”, İngiltərə, Kenteberri


İyun - İyul 2004, 3 həftə





“Təhsil sistemində keyfiyyətin yüksəldilməsi”, ABŞ, Harvard Universiteti
ƏMƏK FƏALİYYƏTİM

Aprel 2010 – indiyədək








Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi, İnkişaf departamentinin direktoru





Aprel 2005 – aprel 2010




Azərbaycan Beynəlxalq Bankı, İnsan resursları departamenti direktorunun müavini








Fevral 2006 – May 2006

Dekabr 2003 – Aprel 2005



Yanvar 2001 – Dekabr 2003



Azərbaycanda təhsilin maliyyələşdirilməsi mövzusunda Dünya Bankının tədqiqatı üzrə məsləhətçi




Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsi (Dünya Bankı ilə imzalanmış Kredit Sazişi əsasında maliyyələşdirilir), Layihənin Əlaqələndirmə Qrupunun direktoru (Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi vəzifəsi saxlanılmaqla)

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Islahatı Layihəsi (Dünya Bankı ilə imzalanmış Kredit Sazişi əsasında maliyyələşdirilmişdir), Layihənin Əlaqələndirmə Qrupunun direktoru (Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi vəzifəsi saxlanılmaqla)





İyun 1985 - Yanvar 2001




Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi




Aprel 1983 - İyun 1985



Azərbaycan Respublikası Maarif Nazirliyinin Baş məktəblər idarəsinin rəisi




Noyabr 1980 - Aprel 1983



Azərbaycan Respublikası Maarif Nazirliyinin Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri




İyul 1976 - Noyabr 1980




Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri




Sentyabr 1975 - İyul 1976




Sumqayıt şəhər 17 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini




Sentyabr 1972-Avqust 1975




Sumqayıt şəhər 18 və 22 nömrəli məktəblərdə müəllim




Avqust 1971 - Avqust 1972



Xaçmaz rayonu Yergüc kənd orta məktəbinin müəllimi






ƏSAS BACARIQLARIM





  • Menecment sahəsində 37 illik iş təcrübəm vardır. Müasir idarəetmə üzrə mükəmməl bilik və kompetensiyalara malikəm. İdarəetmənin demokratikləşdirilməsi və əksmərkəzləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, əmək fəaliyyətinin qiymətləndirilməsi, xüsusilə, “Hədəfyönlü idarəetmə” və “Nəticəyönlü idarəetmə” üzrə beynəlxalq təcrübəni öyrənmiş və tətbiq edirəm. Rəhbər və pedaqoji kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının artırılması, iş keyfiyyətinin düzgün qiymətləndirilməsi, əməyin rəğbətləndirilməsi və sair məsələləri daim diqqət mərkəzində saxlamışam.




  • Bir çox ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təhlilini aparmış, 1991-2005-ci illərdə təhsil sahəsində Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarının, əsasnamələrin, Dünya Bankının təhsil islahatları layihələrinin və onları müşaiyət edən sənədlərin hazırlanmasında fəal iştirak etmişəm. Praktik işimdə təhsilə, əmək fəaliyyətinə, satınalmalara dair qanunvericilik aktlarından, habelə Dünya Bankının Satınalmalar, Məsləhətçi Xidmətləri üzrə Təlimatlarından geniş istifadə etmişəm.







  • Məqsədli təlim səfərləri zamanı, 17 ölkədə keçirilmiş treninqlər, seminarlar prosesində təhsilin bütün sahələri üzrə beynəlxalq təcrübəni yerində mənimsəmiş, 40-dan çox ölkənin təhsil sistemini ətraflı öyrənmişəm. Ölkə və regional səviyyədə məktəbəqədər, ümumi orta, peşə-ixtisas, əlavə (məktəbdənkənar, ixtisasartırma) təhsilin təşkili və idarəolunması, təhsilin strategiyası, səmərəliliyi və keyfiyyətin idarəolunması, tədris-təlim prosesləri, kurrikulum, dərslik, muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi və infrastrukturu, təhsildə fundamental və tətbiqi araşdırmalar, təhsil sistemində monitorinq, qiymətləndirmə və hesabatvermə sahələri üzrə müasir biliklərə və zəngin təcrübəyə malikəm.




  • Sumqayıt Şəhər Maarif Şöbəsində, Təhsil (Maarif) Nazirliyində, habelə Bakı Şəhər Baş Təhsil İdarəsində işlədiyim dövr ərzində təhsil sistemində bir sıra innovasiyaların yaradıcısı olmuşam. İxtisasları üzrə işləməyən müəllimlərin uzun illər mövcud olmuş növbəliliyi (uçotu) 1987-ci ildə təklifim əsasında ləğv edilmiş və keçmiş SSRİ-də ilk dəfə olaraq müəllimlərin müsabiqə yolu ilə işə qəbuluna başlanılmışdır. Təşəbbüsümlə məktəb psixoloji xidmətin təşkili (1987-1991), Azərbaycanda ilk məktəb psixoloqlarının hazırlanması (1990-1991), şagirdlər tərəfindən fənn müəllimlərinin və sinif rəhbərlərinin seçilməsi (1989), “Ekologiya” fənninin məktəbdə tədrisi (1990), təhsilin humanistləşdirilməsi (1996), differensiallaşdırılması və fərdiləşdirilməsi (1997), uşaq hüquqlarının öyrədilməsi (1997), fəal və interaktiv təlim metodlarının tətbiqi (1998-1999) ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil sistemində tətbiq edilmiş və sonradan bu təcrübə Respublika üzrə yayılmışdır.







  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1999-cu ildə təsdiq olunmuş “Təhsil sahəsində İslahat Proqramı”nın, Dünya Bankı tərəfindən maliyyələşdirilən “Təhsil İslahatı Layihəsi”nin (1999-2003) hazırlanmasında fəal iştirak etmiş, Dünya Bankının maliyyə dəstəyi və texniki yardımı ilə 10 illik Təhsil İslahatı Proqramının (2003-2013), onun birinci mərhələsi olan və beş komponent, on alt-komponentdən ibarət Təhsil Sektorunun İnkişafı Layihəsinin (2003-2007) işlənib hazırlanmasını təmin etmişəm. Layihə umumi təhsildə aşağıdakı prioritet istiqamətlər üzrə köklü islahatların aparılmasını nəzərdə tutmuşdur: ümumi təhsilin keyfiyyəti; kurrikulum; müəllim hazırlığı; dərslik siyasəti; təhsilin maliyyələşdirilməsi və büdcələşdirilməsi; təhsilin idarəolunmasının məlumat sistemləri; təhsil sisteminin idarəolunması, monitorinqi və dəyərləndirilməsi.




  • Yaxından köməyim və iştirakım nəticəsində Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində islahat tədbirlərinə başlanılmışdır. 2003-2004-cü illərdə Təhsil Nazirliyinin tərkibində Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi yaradılmış, ölkədə milli qiymətləndirmə sistemi qurulmuş, bir qrup təhsil işçisi təhsildə monitorinq və qiymətləndirmə üzrə ölkədaxili və ölkədənkənar sertifikatlaşdırılmış treninqlərdən keçərək bu sahədə ixtisaslaşmış, milli məsləhətçi qismində yeni qiymətləndirmə modelinin tətbiqində iştirak etmiş və s. Təşəbbüsümlə 2003-cü idə ilk dəfə olaraq Azərbaycan PİSA Proqramına qoşulmuşdur. Son 2 il ərzində Biləsuvar Liseyi və Avropa Azərbaycan Məktəbində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni modelin tətbiqinə, müəllimlər üçün müvafiq treninqlərin təşkilinə rəhbərlik edirəm.

  • Təlimçi kimi bir çox seminar və treninqlərə rəhbərlik etmiş, təlimçi qismində fəalliyyət göstərmişəm, o cümlədən Bolonya prosesi və tələbələrin təlim fəaliyyətinin kredit sistemi əsasında qiymətləndirilməsi, Əmək fəaliyyətinin qiymətləndirilməsi, Müasir təlim, Komandadaxili fəaliyyət və s. mövzularda.

  • Ali təhsilli pedaqoji kadrların hazırlığı sistemində əsaslı islahatların aparılmasına xüsusi diqqət yetirərək və yaxından iştirakım nəticəsində Azərbaycan üçün innovasiya xarakteri daşıyan bir sıra tədbirlərin planlaşdırılmasına, bu sahədə zəruri işlərin aparılmasına (ibtidai sinif müəllimlərinin hazırlığı üzrə kurrikulumun tərtib edilməsi, tətbiqi pedaqogikanı, psixologiyanı, ümumi metodikanı özündə əks etdirən “Təhsilin əsasları” dərsliyinin yazılması və s.) nail olmuşam. Dünya Bankının etirazlarına baxmayaraq, təkidimlə Təhsil Sektorunun İnkişafı Layihəsinə müvafiq tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmaqla 2004-cü ildə Təhsil Problemləri İnstitutunda “Təhsildə tətbiqi tədqiqatlar Mərkəzi” yaradılmışdır.




  • Ölkə Prezidentinin “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” barədə sərəncamına uyğun olaraq, işçi qrupunun tərkibində həmin strategiyanın hazırlanmasında fəal iştirak etmişəm.




  • Təhsil problemləri ilə əlaqədar qəzet və jurnallarda 150-dən artıq məqalələrim, müsahibələrim, konfranslardakı çıxışlarım dərc edilmişdir.






XARİCİ ÖLKƏLƏRƏ SƏFƏRLƏR

(təhsil problemlərinə həsr olunmuş təlim səfərləri, seminarlar, konfranslar, təcrübə mübadiləsi)





Polşa (1991, 2000), Türkiyə (1991, 2002, 2009), İran (1994), İrak (1996), İsrail (1998), Rusiya (1998, 1999, 2003, 2004, 2006, 2008), Bolqarıstan, Fransa (2000), İtaliya, İsvecrə (2001), ABŞ (2001, 2003, 2004), İngiltərə, Hollandiya (2002), İsveç, Finlandiya (2003), Rumıniya (2004), Almaniya, Gürcüstan (2011), Sinqapur (2012)







ÜZVLÜK




  • Yeni Azərbaycan Partiyasının həmtəsisçisi (1992)

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının üzvü (1995 - 2005)

  • Avropa Ölkələri Paytaxtlarının Beynəlxalq Pedaqoji Klubunun həmtəsisçisi (1999)

  • “Salam-Şalom” Azərbaycan-İsrail Klubunun həmtəsisçisi və sədri (1998-2004)


















































DÖVLƏT TƏLTİFLƏRİ




Azərbaycan Respublikasının əməkdar müəllimi (2000)


KOMPÜTER BACARIQLARIM




Microsoft Office



DİLLƏR




OXU

DANIŞIQ

YAZI

Azərbaycan (ana dili)

Əla

Əla

Əla

İngilis
Ortadan yüksək

Orta

Orta

Rus

Əla

Əla

Əla

Türk


Ortadan yüksək

Orta

Orta




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə