Tərcümə edən: Əkrəm Həsənov Mövlana və Mövləvilik




Yüklə 63.13 Kb.
tarix11.03.2016
ölçüsü63.13 Kb.
Tərcümə edən: Əkrəm Həsənov

Mövlana və Mövləvilik

27.04.2002 Tarixli "Cəviz Qabığı" proqramına, mövzuyla əlaqəsinə görə Prof. Dr. Mikail Bayram da qatıldı. Telefon bağlantısı ile yayıma qatılan ve Mövlana ve Mövləvilik barədə fikirlərini deyən Bayram, proqram aparıcısının daha əvvəl heç eşitmədiyi, amma İQTİBAS oxuyanın müdafiə etdiyi fikirlerini deyincə "qızıl qıyamət" qopdu. Bu maraqlı mübahisəni nəzərinizə çatdırmaqda fayda gördük.

HULKİ CEVİZOĞLU- Professor Doktor Mikail Bayram xəttimizdə.

Axşamınız xeyir, hörmətli Bayram.

PROF.DR. MİKAİL BAYRAM- Hər vaxtınız xeyir.

HULKİ CEVİZOĞLU- Buyurun, sizin bir elm adamı olarak fikirlərinizi bildirməyi xahiş edirəm; Konya Səlcuq Universiteti Tarix fakultəsi dekanısız, buyurun.

PROF.DR. MİKAİL BAYRAM- Əvvəlcə orada çıxış edən dostları salamlayır və bildiyimə görə mənə daha çox Mövlana və Mövlana ətrafındakı söhbətlərlə bağlı suallar verilir. Bu münasibətlə adımdan danışıldı, ona görə də mən bu mövzuya yönəlmək məcburiyyətindəyəm. Təbii ki, bu mövzunu işləyərkən, əlbəttə tarixçi olduğuma görə tarixi hadisələrlə paralel olaraq mövzunu izah etməyə çalışacağam. Az əvvəl çıxış edənlər də dedilər ki, 1243-cü ildə Monqollar Kosadağ zəfərini qazandıqdan sonra Anadolunu istila etdilər. Hətta Ərzurumda, Ərzincanda, Tokatda, Sivasda, Qeysəridə böyük qətliamlar etdilər, soyğunçuluq hərəkətləri etdilər və xüsusilə Tokatda Monqol ordusunun Komandiri Baycu Noyan Kayserini mühasirə etdiyi vaxt, Qeysəri ətrafında toplanmış olan Monqol əsgərləri arasında Mövlananın müəllimi Şəmsi Təbrizinin müridləri də var idi. Bunlara Qaləndərilər deyərdilər. Şəmsi Təbrizi bir, Qaləndəri dərvişidir, bir Qaləndəri şeyxidir. Hətta bu Qaləndərilər Monqollarla birlikdə Qayseri sərhədlərindən deşik açıb, şəhərə girməyə çalışırdılar. Şəhərə girdikdən sonra Monqollar burada çox böyük bir qətliam etdilər. Əgər tarixçilər mübaliğə etmirlərsə, onminlərlə ifadə edilən Ahi və Türkmənlər burada qətl edildilər. Bu qətliam vaxtı Mövlananın müəllimi olan Qeysəridəki Seyyid Bürhanəddinin ətəyinə pullar, qızıllar atdılar. Burada bunu demək istəyirəm: Qaləndəri dərvişlər və Mövlananın müəllimləri olan kişilər lap əvvəlcədən Monqollarla əlaqə halındaydılar və xüsusi ilə də Şəmsi Təbrizi və Şəmsi Təbrizi kimi olan bəzi kişiləri də (ajan) kimi istifadə edirdilər. Hadisə sadəcə Mövlanayla bağlı deyildi, Şəmsi Təbrizini də (ajan) olaraq istifadə edirdilər. Şəmsi Təbrizi Monqol ajanı idi və Monqol ordularının içində idi.

HULKİ CEVİZOĞLU- Hörmətli Bayram, siz böyük bir Universitetin Tarix Fakultəsinin dekanısınız.

PROF.DR. MİKAİL BAYRAM- Beli.

HULKİ CEVİZOĞLU- Tarixi bir məlumatı bildirirsiniz, zəhmət olmasa qaynağını da verin.

PROF.DR. MİKAİL BAYRAM- Qaynağını da verim.

Baxın, İbni Bibi, Cavlaki dərvişləri Monqollarla birlikdə Qayseri sərhədlərindən deşik açmağa çalışdıqlarını İbni Bibi deyir. Tarixi vəsiqələri də yeri gəlmişcə deyim. Mövləvi qaynaqlar; Monqollar Qayseri də böyük bir qətliam etdikdən sonra Seyyid Bürhanəddinə pul verdilər, necə ki, Seyyid Bürhanəddinin türbəsini də, bu hadisədən iki il sonra Seyyid Bürhanəddin vəfat etdi, Seyyid Bürhanəddinin türbəsini də Monqollar inşa etdilər.

HULKİ CEVİZOĞLU- Şəmsi Tebrizinin Monqolların ajanı olduğunu dediniz, onun qaynağını soruşmuşdum.

PROF.DR. MİKAİL BAYRAM- İndi ona gələcəm. İndi madam ki, qaynağını soruşursunuz, indi deyim.

Baxın, Şəmsi Təbrizinin “Məqalət” adlı bir əsəri var. Şəmsi Təbrizinin Məqalətini oxusanız, orada bir çox yerdə Monqollarla bağlı olaraq Şəmsi Təbrizi monqollarla müxalif olanlarla mücadilə edir.

HULKİ CEVİZOĞLU- Amma, yəni bu ajan olmasınımı gərəktirir?

PROF.DR. MİKAİL BAYRAM- Bəli, Monqolların əleyhində olanlara şiddətlə həqarət edərək onları susdurmağa çalışmışdır.

HULKİ CEVİZOĞLU- Burada budurmu qaynağınız?

PROF.DR. MİKAİL BAYRAM- Bəli, budur qaynağım, amma qabaqda yenə qaynağımı deyəcəm. Mövlanaya gəldikdə qaynaqları daha ətraflı deyəcəm.

HULKİ CEVİZOĞLU- Amma belə etməyin, yəni bu gündə bax Avropa birliyi mövzusunda elm adamları, qəzetçilər fərqli fikir müdafiə edir, bir-birlərini tənqid edir, günahlandırırlar. Onda bir-birini günahlanıran insanlara ajanmı deyəcəksiniz? Yəni, Tarix Fakultəsi dekanı, bir professor olaraq Şəmsi Təbrizinin Məqalət əsərində Monqollara tərif var və onlara qarşı çıxanlara ağır iddihamlar var deyə siz buradan yola çıxaraq bir elm adamı məsuliyyətiylə Şəmsi Təbrizini ajan olaraqmı dəyərləndirirsiniz, Hörmətli Bayram...

PROF.DR. MİKAİL BAYRAM- ... Monqolların ajanıdır deməkdir. Belə ki, sizə bir qaynaq da deyim... Təşriigülərvah adlı bir əsərimiz var. Bunu yazan Anadolulu bir kadıdır. O kadı bəzi şeyxlərin, bəzi dərvişlərin, xüsusi ilə də Qaləndəri dərvişlərin Monqollara ajanlıq vəzifəsi etdiklərini deyir. Məsələn Barak Atanı adını verərək deyir ki, “Bu Qaləndəri Dərviş Monqolların ajanı idi”, “Mahmud Xanın ajanı idi.”

HULKİ CEVİZOĞLU- Mövlanaya gələk; Şəmsi Təbrizi haqqında danışırsız, onu deyin.

PROF.DR. MİKAİL BAYRAM- Şəmsi Təbrizi haqqında danışaq. Şəmsi Təbrizi Məqalətində bir çox yerdə Monqolların əleyhinə danışanları susdurur. Monqoları müdafiə etməyə çalışır. Anadolu insanını Monqollara itaət etməyə çağırır. Mövlana da bunu edir.

HULKİ CEVİZOĞLU- Yəni buradan nə nəticə çıxır ki?..

PROF.DR. MİKAİL BAYRAM- Beləliklə, "Mövlana Monqol ajanı ola bilməz" çırpınmaları, bu çırpınmalar boşa gedən çırpınmalardır, heç kim bunu inkar ede bilmez. Baxın, Mövlana "Fihi Mâ Fih" adlı əsərində, əgər qarşınızda varsa açıb oxuyun, mən tərcüməsindən deyim, səhifə 100-103; orada Monqolların Rəsisi Çingiz Xan üçün deyir ki, Mövlana; Çingiz Xan Allahdan mesaj aldı və Allahdan aldığı mesajla Cənab Allah Çingiz Xana deyir ki, “Camaatını, qövmünü topla, bu zalım Hərzəmşahlar ölkəsinə get, onları qəhr et”. Baxın bu hadisəni Mövlananın özü deyir, başqaları bunu mövlana haqqında demir. Az əvvəl siz dediniz, Mövlananın Monqollar haqqında dediyi bir söz söyləyin dediniz, bax mən onu söyləyirəm. Bu təkcə bir dənəsidir.

HULKİ CEVİZOĞLU- Yaxşı necə olur Hörmətli Bayram, necə olur, bu dediyinizi bəlkə başqa qaynaqlarla da dəstəkləyəsiniz, əgər qane edici olmasa hörmətli Zeybək də sizdən soruşar, mən də indi soruşuram; yaxşı, bunların doğru olduğunu qəbul etsəniz belə, necə olur ki, bu qədər tutula bilir Mövlana, bu qədər qəlblərdə yer edə bilir, Bunun açıqlaması budurmu... Biz 2002-ci ildə yaşayırıq, bu hadisə 1243-cü ildə ya da nə bilim 13-cü əsrdə olmuşdur, yəni “ ogünə baxaraq bu gün dəyərləndirmə aparmaq yanlışdır” şəklindəmi cavab verirsiniz?

PROF.DR. MİKAİL BAYRAM- Orada gələk. Amma əvvəlcə əlimizə aldığımız bu mövzunu, bu məsələni əvvəlcə həll edək. Çünki çox etirazlar oldu, bu məsələni bir az açıqlayım. İndi, Şəmsi Təbrizi 1244-cü ildə Konyaya gəldi, Mövlana ilə görüşdü.

HULKİ CEVİZOĞLU- Bir şey soruşacağam, pardon. Bu fikirlərimizi, dediklərimizi ve bu anda deyəcəklərinizi elmi platformalarda daha əvvəl müzakirə etdinizmi?

PROF.DR. MİKAİL BAYRAM- Təbii, təbii mən bunları yazdım, mən bunları dəfələrlə yazdım.

HULKİ CEVİZOĞLU- Bunları ilk dəfə demirsiniz yəni.

PROF.DR. MİKAİL BAYRAM- Xeyir, ilk dəfə demirəm, 30 ildir yazdım...

HULKİ CEVİZOĞLU- Necə münasibət aldınız digər elm adamlarından?

PROF.DR. MİKAİL BAYRAM- Hulki Bəy, 30 ildir bunları yazıram, bu günə qədər bir Allahın qulu bir sətir cümləylə mənə etiraz etmədi, etiraz etmələri də mümkün deyildir. İndi baxın, Mövlananın əsərlərindən örnəklər verim, çox önəmli bir örnək verim. Monqol hökmdarı, İlhanlı hökmdarı Hülaki Xan Bağdadı fəth etdikdən sonra, Bağdatda son Xəlifənin oğlu əz-Zahir Billah Misirə qaçdı və Bybarsla birlikdə Misirdə xəlifəliyini elan etdi. İndi Mövlana Məsnəvisində “Misir xəlifəsinin heykayəsi” adlı bir heykayə rəvayət edir və çox tərbiyəsiz bir heykayədir, mən burada ifadə etmirəm. Çünki o qapaq heykayəsindən də betər ədəbsiz heykayədir. Orada məsələn Mövlana Soltan Baybarsı və Misirə qaçan əz-Zahir Billahı təhqir edir, rəzil etməyə çalışır ve beləcə Hülaki Xanı dəstəkləməyə çağırır. Baxın yenə Mövləvi əsərlərdə, Mənaqibul Arifində rəvayət edir, bunu dəstəkləyən başqa bir şeydə var. Mənaqibil Arifində deyir ki, Mövlana ətrafındakılara bu mesajı verirdi: Deyirdi ki, Hülaki Xan Bağdadı mühasirə etdiyi zaman əsgərlərinə əmr verdi, üç gün üç gecə atlarına və əsgərlərə yemək yedirmədilər, atlara su və ot yedirmədilər, yem vermədilər. Atların tutmuş olduğu bu oruc hörmətinə Allah Təala Bağdadın fəthini Hülaki Xana müyəssər etdi”. Bunu Mövlana rəvayət edir. Başqaları bunları yazıb Mövlanaya və Mövlananın ətrafına iftira etmiş və həqarət etmiş deyil, bunları öz əsərlərində yazırlar. Sonra Mövlananın kişiliyi və şəxsiyyəti ilə bağlı bəzi şeylər söyləndi. Mövlana Mənsur Həllac kimi, Bəyazid Bəstami kimi, Əbul Həsən Qaraqani kimi, Şəqiqi Bəlki kimi İranlı, İran mədəniyyətinin yetişdirməsi olan mütəsəvvüflərin yolunda bir mütəsvvifdir və bu mütəsvvüflər Xüluliyə məzhəbindəndir, Mövlana da Xüluliyə məzhəbindəndir. Baxın, Məsnəvisində Bəyazidi Bestami heykayəsi var. Orada Mövlana Xülul fəlsəfəsini izah edir.

HULKİ CEVİZOĞLU- Xülul fəlsəfəsi nə deməkdir?

PROF.DR. MİKAİL BAYRAM- Xülul fəlsəfəsi, yəni Allah insanlara xülul edər. Bu xristianlıqdan gəlmə bir inancdır. Çünki xristianlıqda bilirsiniz, apoklif xristian məzhəblərdə deyirlər ki, xüsusilə Nasurilər deyirlər ki, Həzrəti İsa bir bəşər olaraq dünyaya gəldi, amma sonra Allah Həzrəti İsaya xülul etdi və Həzrəti İsanın şəxsiyyəti ilah oldu, Allah oldu”. Belə bir məzhəb var. Bax bu anlayışın İslam dünyasındakı uzantısı da Xüluliyəçilərdir.

HULKİ CEVİZOĞLU- Mövlananın bir rübayisi var, baxın nə deyir, bəlkə bu günləri görərək demiş, bəlkə də o günlər üçün deyib. Deyir ki, “Mən ancaq yaşadım qul olaraq Qurana, torpaq idim ömrümcə Məhəmməd yoluna...”

PROF.DR. MİKAİL BAYRAM- "Mən dəsteyi Qurana məqta candaram, mən haki payi Muhammədi muhtaram”, bunları mənə oxumayın, bunları mənə oxumayın, mən onların farcasını oxudum Hulki Bəy.

HULKİ CEVİZOĞLU- Hörmətli Bayram, icazə verin türk-dilində oxuyum. Deyir ki, Mövlana; “Mən ancaq yaşadım qul olaraq Qurana, torpaqdım ömrümcə Məhəmməd yoluna. Gerçəklərdən ap-ayrı anlam çıxaran haqsızdır, usanc verir bu sözlərlə mənə” deyir. Yəni həqiqətlərdən fərqli bir mənamı çıxarırsınız?

PROF.DR. MİKAİL BAYRAM- Əvvəlcə bu rübayi, bu dördlük Mövlananın Divani Kəbirindəndir. Baxın, bu Divani Kəbir deyilən əsər Mövlanaya aid bir əsər deyildir. Mən Divani Kəbirin ariqinal başlığıyla deyim; Divani Kəbir Əzani Mövlana Mis başlığıyla. Divani Kəbir Mövlananın əsəri deyildir. İranda bir təbliğ apardım və İranlı elm adamları, elm çevrələri mənim bu çalışmamı qəbul etdilər və sonra özləri, xüsusilə İranda çox tanınan Əbdülkərim Suruş Bəy, mənim bu təlqinlərimdən sonra Divani Kəbirdə Mövlanaya aid olan şerlərin miqdarı 30 və ya 40 faizdir. Beləliklə Divani Kərimdən bəzi şeyləri oxuduqları zaman, Divani Kəbirin Mövlanaya aid olmadığını da bilmələri lazımdır. Bəzi yanlışlıqlar edilir...

HULKİ CEVİZOĞLU- Bayaq oxuduğum sözlər ona aid deyilmi?

PROF.DR. MİKAİL BAYRAM- Xeyir, Divani Kərim ona aid deyil.

HULKİ CEVİZOĞLU- Yaxşı, bu sözlərdəmi ona aid deyil? Baxın, deyir ki, sizin eleştirinizə burada olmadığı üçün sözləriylə, əsəriylə cavab verəcək təbii; deyir ki, “Ölkəm bu mənəm, yerim bu, budur yurdum, gəldim necədir kök saldım məmləkətə. Düşmən kimi görsəniz də düşmən deyiləm, mən hindcə danışsam belə türkəm yenə də” deyir.

PROF.DR. MİKAİL BAYRAM- Əfəndim, hələ o heç, o heç Mövlanaya aid deyil. Çünki Mövlananın o ariginal Divani Kəbir nüsxələrində də bu mövcud deyil.

HULKİ CEVİZOĞLU- Amma baxın, bəs bunu yazan kimdir, onu da sizə deyim. İndi bunu yazan Türkiyənin hörmətli Zeybəkin də köhnə məsləkdaşı, Türkiyənin ilk Mədəniyyət naziri Talat Halmanın Türkiyə İş Bankından çıxan Candan Cana adlı kitabı, bunu Halman yazır.

PROF.DR. MİKAİL BAYRAM- Əfəndim, mən onları bilirəm.

HULKİ CEVİZOĞLU- Yəni Türkiyənin ilk mədəniyyət naziri bu anda Bilkəntdə təhsil işçisi, qocaman İş Bankı veriliş aparır, bunları bilmir, Mövlananın əsəri deyəmi bunları bizə sırıyır.

PROF.DR. MİKAİL BAYRAM- Onlar, bəli təəssüf, təəssüf.

HULKİ CEVİZOĞLU- Etməyin.

PROF.DR. MİKAİL BAYRAM- Çox üzülərək deyirəm, bu günə qədər Mövlana haqqında ancaq yalanlar uyduruldu.

NAMIK KEMAL ZEYBEK- İndi müəllimin yalan uydurmadığını kim bilir.

HULKİ CEVİZOĞLU- Mən də onu soruşacaqdım. Bir dəqiqə, sizinmi doğru dediyinizi, Talat Halmanınmı, İş Bankı yayınlarınınmı, bu günə qədər oxuduğumuz Mövlana kitablarınmı, hansının yanlış, hansının doğru olduğunu necə anlayacağıq?

PROF.DR. MİKAİL BAYRAM- Əfəndim, mən deyirəm ki, baxın Mövlananın Divanının ariqinal nüsxəsi Mövlana dərgahındadır. Divani Kəbirin iki ədəd ariqinal nüsxəsi orada var. Bu rübai ariqinal nüsxələrdə mövcud deyil. Sonradan Mövlanaya uydurulmuş, izafə edilmiş şerlərdir. Divani Kəbir belə meydana gəlib. Divani Kəbir əslində bir antalogiyadır. Mən Divani Kəbirdə 18 ayrı şairin şerlərinin olduğunu təsbit etdim. Bu şairlər arasında Mövlanadan sonra yaşamış olan şairlər də var. Hətta Divani Kəbirdə Mövlanadan sonrakı hadisələrə, Mövlananın ölümündən 7 il, 10 il sonrakı hadisələrə toxunan şerlər var. O şerlər Mövlanaya aid deyildir. Bunları hər bilən danışdığı üçün, təəəssüf ki, ayaqları da yer tutmadığı üçün, bu dəfə Mövlana haqqında uydurma xəbərlər, uydurma məlumatlar yaydılar. Təəssüf ki, Türkiyə o yalan məlumatlarla həyatını sürdürməyə çalışır və ya elm çevrələri o yalanlarla həyatlarını sürdürməyə çalışırlar.

HULKİ CEVİZOĞLU- İndi deyək ki, bunların hamısı yalandır, təkcə siz doğrusunuz, belə bir fərziyyədə olaq. Bunun harası pisdir ki? Deyək ki, Mövlana deyilən biri yoxdur, bunun hamısı metalojik bir heykayədir, bunun belə olduğunu qəbul edək, amma bu gün hamı buna inanır. Həm Mövlanaya inanır, həm də Mövlananın bu sözləri dediyinə inanır. Deyək ki, sizə görə həm Mövlana yoxdur və ya var, amma o dönəmdə 13-cü əsrdə Monqolların ajanı idi. Amma bu gün bizim cəmiyyət olaraq inandığımız Mövlananın yeri uca bir yerdədir. Bunun nə təhlükəsi var, cəmiyyət halında birliyi təmsil edən bir ünsür deyildirmi? Yadlar bizim hər zaman dəyərlərimizi alıblar...

İSMAİL NACAR- Onda belə bir proqram aparmayın Hulki Bəy, yəni həqiqi Mövlananı xalqa tanıtmayın.

HULKİ CEVİZOĞLU- Bir dəqiqə , bir dəqiqə. Dəyərlərimizə həmişə sahib çıxıb əlimizdən alır. Biz bunun ətrafında birləşsək bu yalan da olsa gözəl sözlər deyilmi, yəni bunun nə təhlükəsi var?

PROF.DR. MİKAİL BAYRAM- Əfəndim, mən əsas onu çadırmağa çalışıram. İndi Mövlana zamanında Anadoluda bir qrup insanlar, bir qrup aydınlar Monqolları dəstəkləyirdilər.

HULKİ CEVİZOĞLU- Bu günü soruşuram.

PROF.DR. MİKAİL BAYRAM- Bir qisim insanlar da Monqol imperializminə qarşı üsyan edirlər, əsasən ahilər və türkmənlər Monqol iqtidarına qarşı üsyan vəziyyətindəydilər. Mövlana o dönəmdə Monqolların yanında yer alaraq Türkmənlərlə mücadilə etmişdir. Hacı Bəkdaşa ağır həqarətlər etmişdir, Molla Nəsrəddinə ağır həqarətlər etmişdir, Sədrəddin Konəviyə ağır həqarətlər etmişdir.

NAMIK KEMAL ZEYBEK- Hacı Bekdaşa harada həqarət etmiş, öyrənə bilərikmi, öyrənə bilərikmi, bəli, soruşun onu.

PROF.DR. MİKAİL BAYRAM- Bütün bunları edərkən hədəfi Monqollara xidmət etməkdir. Monqollar da özünə pul verirdilər. Baxın, bir dəfə Monqol vəziri Tacəddin Mövlanaya 700 dinar pul göndərdi və bu göndərdiyi pullar da Türkmənlərin mallarını müsadirə etmişdir ki, Türkmənlərin mallarından müsadirə etdiyi mallardan Mövlanaya 700 dinar göndərmişdir. 700 dinar da 70 dəvə puludur.

HULKİ CEVİZOĞLU- Hörmətli Bayram, bu günü soruşuram, indi 13-cü əsri buraxın, 800-900 il aradan keçmişdir.

PROF.DR. MİKAİL BAYRAM- Monqollar Mövlananı dəstəklədilər, onu demək istəyirdim. Monqollar Mövlananı dəstəklədilər, Mövlananı Anadolunun şeyxi, “Şeyxi Rum” etdilər. Mövlanaya meyl etməyənlərin şeyxliyini qəbul etmədilər, xüsusi bir fərman çıxardılar.

HULKİ CEVİZOĞLU- Hörmətli Bayram, bir daha deyirəm, olmasa sözü sizdən alacağam. Bir daha soruşuram, bu güne gəlin, yəni Monqolları 800 il əvvəl tərk etdik.

PROF.DR. MİKAİL BAYRAM- Bu günə gəlincə, mən bu günü də deyim madəm ki israr edirsiniz. Mövlananı bu gün reklam edən, Mövlananı izah edən bizim yerli alimlər deyildir. Mövlananı Avropalılar reklam edirlər.

HULKİ CEVİZOĞLU- Niyə, Avropalılar Monqol soyundan mı gelirlər?

PROF.DR. MİKAİL BAYRAM- Buna görə: Çünki, Mövlananın fəlsəfəsində imperializmə uyğun insan yetişdirmə Mövlananın hədəfidir. O dönəmdə Monqollar Monqol imperializminə uyğun insan tipi yetişdirirdi, yetişdirməyə çalışırdı, buna görə də Mövlananın fəlsəfəsi bu yöniylə Anadolu insanını Qərb imperializminə yatqın hala gətirməyə çalışmalarıdır.

İSMAİL NACAR- Misyoner fəaliyyətləri də ona görə girir, oradan daxil olur.

PROF.DR. MİKAİL BAYRAM- Bilavasitə, bunu Nikolson çox gözəl bilir, bunu Anna Masalla çox gözəl bilir, Annameri Şimmel çox gözəl bilir, bilavasitə avropalıların Mövlanaya sahib çıxmaları Anadolunu işğal etmə fəlsəfəsinin bir uzantısıdır.

HULKİ CEVİZOĞLU- Belə etməyin, çox təəccüblü sözlər dediniz hörmətli Bayram.

PROF.DR. MİKAİL BAYRAM- Bəli əfəndim.

HULKİ CEVİZOĞLU- Bir dəqiqənizi xahiş edirəm. İndi Avropalı olmayan, türk olan biri var xəttimizdə, bir az əvvəl bizə bağlanmışdı, hörmətli Bayraktar Bayraklı.

Bu fikirlərə zənn edirəm ki, qatılmır, Bayraklı, buyurun, sizdən cavab xahiş edirəm.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- İndi mən, çox insanların üzərində bu gecə duruldu, mən bu səbəbdən narahat oldum. Yəni, Mövlana belə dedi, dedi yox, dedisi yox, Mövlana belə demiş, Əhməd Yasəvi belə demiş, Muhyiddin Ərəbi belə demiş. Heç kim onların fikirlərinə, sistemlərinə, onların ortaya qoyduğu düşüncələrə getmədilər. Baxın orada dostumuz Əsəd bəy, “İnsan, danışan Tanrıdır” dedi, burada şirk var. İnsan Allahı inkar etdiyi vaxt yenə Allahmı danışır, insan qeybət etdiyi vaxt Allahmı danışır? Etməyin bu işi. Bu adamın fikirlərini zəiflətməniz, çürütməyiniz lazımdır. Orada səhv danışır, siz hələ də Mövlana Monqolçu oldu, olmadı deyə danışırsız, məgər məsələ elə budurmu? Orada fəlsəfə ortaya qoymağınız və düşüncə ortaya qoymağınız lazımdır. İnsanlar üzərində durdunuz, təsəvvüfün prinsiplərini, qanunlarını, insanı tərbiyələndirməsindən bəhs etmədiniz, ancaq insanlarla, şəxsiyyətlərlə məşğul oldunuz. Baxın, Mikail Bayram tarixçidir, Mövlananı zəiflətmək üçün, kiçiltmək üçün, Avropalılar Mövlananı bunun üçün danışır, tuturmuş, imperialistmiş. Allah xatirinə Mövlananın kitablarını oxudumu? Necə oxudu bunları, necə anladı bunları ki, fəlsəfələrdən imperializm fəlsəfəsi çıxarır, mən bunu başa düşmürəm. Baxın mən Divani Kəbir haqqında bir dastanlıq iş yazdırdım, Məsnəvi haqqında doktorluq işini müdafiə etdim, Fihi Ma Fih haqqında magistr işi yazdım, Məcalisi Səbası haqqında magist işi yazdırdım. Başdan ayağa Mövlananın kitablarını oxumuş biriyəm mən, etməyin bu işi, Allah eşqinə etməyin. Qurani Kərimi tamamilə danışdırır Mövlana, fərqində deyilsiniz. Tutub durdunuz ki, Mövlana Monqol şeyxiymiş, imperialist olmuş, bununla nə əlaqəsi var Allah eşqinə? Belə bir sistem, bu qədər böyük bir filasofa, bu qədər böyük bir filasofun qarşısına, bir fikir adamı, bir mütəfəkkirin əleyhinə necə danışır bu tarix kürsüsü professoru, mənim ağlım almır. Bu adam tarixçi olduğu üçün onun fəlsəfəsini anlamır. Yəni Mövlananın fəlsəfəsini anlamadığı üçün Fihi Ma Fihi necə müdafiə edir. Fihi Ma Fihin özü nədir? Ne deyilir Fihi Ma Fihdə. İnsan bərabərdir düşüncə. “Düşünməyən adam heyvandır” deyir. Düşüncəni bu qədər önə çıxaran, ağılı bu qədər önə çıxaran Mövlananı necə qalxıb imperialist adlandıra bilirsiniz. Məsnəvisində sevgi, insan sevgisini işləyir, Divani Kəbirində ilahi eşqi işləyir, siz necə belə danışa bilirsiniz. Mövlana haqqında “imperialist fəlsəfə edilmişdir”, mənim ağlıma batmır. Bunlar necə elm adamlarıdır, necə düşünənlərdir bunlar, necə kitab yazırlar mən başa düşmürəm. Bir insanın əleyhinə, bir insanı zəiflətmək üçün, pisləmək üçün, belə danışılarmı?..

İSMAİL NACAR- Elmi hərəkət etdiyin vaxt anlayacaqsan müəllim, elmli və bilikli danışdığın vaxt anlayacaqsan.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Əsəd Bəy, orada bir söz dedi, bax ona görə danışın.

İSMAİL NACAR- Əsəd Bəyin təxribatı dəvədə belə tük deyildir, əsas təxribat oradadır.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- "İnsan danışan bir Tanrıdır" deyir.

PROF.DR. MİKAİL BAYRAM- Hulki Bəy, icazə verin cavab verim.

İSMAİL NACAR- Əsas təxribat oradadır.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Bu mövzu ilə bağlı danışın. Bu fərdləri, insanları bir yana qoyun.

PROF.DR. MİKAİL BAYRAM- Bəylər, Bayraktar Bayraklı dostum özünü təsəvvüvçü kimi qələmə verir, təsəvvüfü bildiyini deyir, amma danışığından belə başa düşürəm ki, heç təsəvvüfdən xəbəri yoxdur.

İSMAİL NACAR- Doğrudur.

PROF.DR. MİKAİL BAYRAM- Mövlana İrançıdır, İranlıdır və irani təsəvvüfün təmsilçisidir. Baxın Əhməd Yəsəvidən danışır, Əhməd Yəsəvi də Türkməndir, türk mütəsəvvüfçüsüdür. Türk mədəniyyətinə uyğun bir təsəvvüfü hərəkətdir. Dolayısı yolla Mövlana İranlıdır. Türkçə bilmir. Özü türkçə bilmədiyi kimi oğlanları da türkçə bilmir. Dəfələrlə burada dedilər.

HULKİ CEVİZOĞLU- Nə təhlükəsi var bunun?

PROF.DR. MİKAİL BAYRAM- Yəni, türk mütəsvvif deyil, iranlıdır, İran təsvvüfünün Anadoludakı təmsilçisidir.

HULKİ CEVİZOĞLU- Hörmətli Bayram, işi bu tərəfdən götürsəniz, Məhəmməd peyğəmbər (s.ə.s) də türk deyildi, o da ərəbcə danışırdı.

PROF.DR. MİKAİL BAYRAM- Ona görə demirəm Hulki bəy, yəni iranlı, İran mədəniyyətinin məhsulu olan təsəvvüfçüdür, bunu demək istəyirəm, başqa yolla...

HULKİ CEVİZOĞLU- Onda Məhəmmədi də ərəbdir deyə qınaya bilərsiniz.

PROF.DR. MİKAİL BAYRAM- Anadoluya gəldiyi vaxt da, Anadoluda və ətrafında irani bir çevrə var idi. O irani çevrələrə xitab edirdi. Daha sonra Monqollara xitab etdi, Monqollara xidmət etdi, həyatı boyunca Monqollara xidmət etdi, həyatı boyu Monqollara xidmət etdi. Təkcə özü yox, oğlanları da xidmət etdi. Çox önəmli bir söz deyim. Mövlana, oğlu Ələddin Çələbini Monqollara qarşı üsyan etdiyi üçün bir müridinə öldürtdü, oğlunun cənazə namazını da qılmadı. Baxın, bunu bilirlərmi? Elə Mövlanaya həvari olurlar. Mövlana oğlunu öldürtmüş, oğlunun cənazə namazını qıldırmamışdır. Mövləvi qaynaqların hamısı bunu yazır.

HULKİ CEVİZOĞLU- Yaxşı, mən indi sualımı soruşum, bu da əsas bir şeydir, bu gün dünyada Monqolların davamı olan bir irq, bir dövlət varmı? Yoxsa bu metolojik bir mübahisədənmi ibarətdir bu danışdığınız?

PROF.DR. MİKAİL BAYRAM- Monqolustan var, bu günkü Monqolustan Monqolların davamıdır.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Hulki Bey...

HULKİ CEVİZOĞLU- Hörmətli Bayraklı, buyurun.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Mən özümü mütəsəvvivçi olaraq demədim, bir dəfə mən mütəsəvvivçiyəm demədim, mən təsəvvüfün bir islam düşüncəsi olduğunu dedim. Mövlananın bir islam filosofu olduğunu dedim, bir mütəsvvüf olduğunu demədim. Bir islam filosofudur bu insan. Bu istər iranlı olsun, istər haralı olursa olsun, bu dostumuz Mövlananın sətirlərindən hansı ayələrə işarə etdiyini axtarıb araşdırıbmı?

İSMAİL NACAR- Hamısını əzbər bilir.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Bunun nə əlaqəsi var, sən hansı ayələrə işarə etdiyini bilirsənmi?

Bu Mikail qardaşımız, görəsən Mövlananın sətirlərindən hansı ayələrə işarə etdiyini heç düşündümü? Mövlananın Quran elminə nə qədər sahib olduğunu bilirmi?

HULKİ CEVİZOĞLU- Yaxşı, cavabını alaq.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Biz İranlı olduğu üçün, iranlı ola bilər, biz onu müdafiə etmirik, biz qərbli bir filosofu da müdafiə edirik, biz Jon Duvini də müdafiə edirik, biz John Loku da müdafiə edirik, Dekartı da müdafiə edirik.

PROF.DR. MİKAİL BAYRAM- Qardaşım, Mövlana Hululiyə məzhəbindəndir.

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Qaldı ki, Mövlana bir islam filosofudur. Nə bilim oğlunu öldürmüş, nə bilim filankəsi öldürmüş, yox onu öldürmüş, yox bunu öldürmüş, qardaşım, Allah xatirinə siz bunları kənara qoyun, biz Mövlananın fəlsəfəsini ortaya qoyaq. Yaxşı tərəflərini, pis tərəflərini, fəlsəfəsinin islama uyğun olanını, olmayanını, insan təbiətinə tərs olanını, olmayanını ortaya çıxaraq, bunu danışaq. Mövlana Monqolçuymuş, deyilmiş, bunlar bizə heç nə qazandırmaz, bu günkü insanlığın problemlərindən heç nəyi həll etməz. əgər biz elm adamı isək Mövlananın düşüncələrini ortaya qoyaq. Mövlana burada haqlıdır, orada haqsızdır deyək, burada xəta etdi, orada islama uyğundur, burada islama uyğun deyil. Nə bilim iranlıymış, nə imiş, nə olursa olsun məni maraqlandırmaz. Mən onun müsəlmanlığını qəbul edirəm, müsəlman filosofdur, islam filosofudur, metafizik fəlsəfədə son nöqtədir, mən bunu deyirəm.

HULKİ CEVİZOĞLU- Yaxşı, hörmətli Bayram bu fikirlə razılaşırsanmı?

PROF.DR. BAYRAKTAR BAYRAKLI- Bu qədər.

Gecəniz xeyirə qalsın.

HULKİ CEVİZOĞLU- Gecəniz xeyirə qalsın, hörmətli Bayraklı.

Hörmətli Bayraklının bu sözlərinə qoşulursunuzmu hörmətli Bayram?

PROF.DR. MİKAİL BAYRAM- Mövlana böyük bir filosofdur, Mövlana böyük bir şairdir, mən bunlara heç ne demirəm. Mövlana son dərəcədə xəyal gücü yüksək olan bir şairdir. Mən Mövlananı 18 yaşından bəri ariqinal əsərlərindən oxuyuram, sen deyən yamaqlı səbət kimi də deyil, tərtibli olaraq, nizamlı olaraq oxumuşam. Dolayısı yolla Mövlananın fəlsəfəsinə gəlincə, Mövlananın fəlsəfəsi, bir az əvvəl dedim, Xululiyə fəlsəfəsinə mənsubdur, birinci xüsusiyyət budur. Təsəvvüf yolunda isə təsəvvüfü məsləyində “Seyri Suluki Ənfusi” yolunu tutan bir təsəvvüvçüdür.

HULKİ CEVİZOĞLU- Bunun türk-dilində mənsaı nədir?

PROF.DR. MİKAİL BAYRAM- Seyri Suluki Ənfusinin mənası budur: İnsanların, müridlərin öz mənliklərini düşünərək ruhlarındakı dərinlikləri təşhis etməyə çalışmaq surətiylə onlara o yöndə zikirlər, virdlər etdirmək surətiylə onlara müəyyən bir istiqamət verməyə çalışan bir təsəvvüfü məktəbdir, təsəvvüfü tərbiyə metodudur.

HULKİ CEVİZOĞLU- Eyni zamanda bir təriqətdir deyə bilərsinizmi?

PROF.DR. MİKAİL BAYRAM- Təriqət deyil, xeyir, Mövlana bir təriqət qurmadı. Mövlana bir filosof olaraq Məvləvi təriqətinin fikir yığımını etmiş bir adamdır. Təkcə özü də deyil, atası da elədir, Şəmsi Təbrizi də elədir...

HULKİ CEVİZOĞLU- Yaxşı, bu indi təriqətdirmi? İndi Mövləvilik nədir?

PROF.DR. MİKAİL BAYRAM- Mövləvilik indi bir təriqətdir, üsulu, tərtibi, nizamı olan bir təriqətdir. Sonra Hulki Bəy, bir xüsusu yaddan çıxarmayaq. Daha sonrakı əsrlərdə, Osmanlılar vaxtında Mövləvi təriqəti bir türk təriqəti halına döndü. Çünki, Mövləvi təriqətinə girən türk mütəfkkirlər, türk filosoflar Mövləvi təriqətinin yolunu, nizamını dəyişdirdilər, hətta Nəqşbəndəliyə yaxınlaşdılar, bu ayrı bir məsələdir. Amma mən Mövlananın fikri üzərində dururam, mən Mövlananın Anadoluya nə verdiyini, nələr təqdim etdiyini bildirməyə çalışıram.

HULKİ CEVİZOĞLU- Amma indi mövlanaçılıq, mövləvilik zərərli bir fəlsəfədirmi?

PROF.DR. MİKAİL BAYRAM- Bəli, zərərli bir fəlsəfədir.

HULKİ CEVİZOĞLU- Bu gün?..

PROF.DR. MİKAİL BAYRAM- Çünki, bir az əvvəl baxın Qazalini tənqit etdilər, haqlı olaraq tənqit etdilər, Mövlana həmin yolun adamıdır. Sezgiçi bir filosofdur, ağıla müxalifdir. Mövlana, “Ağlı Quran qundrahim Mustafa” dediyi vaxt “ağlı Mustafanın yoluna heyran et” dediyi vaxt ağılı alçaltmaqdadır. Məsnəvisindəki kəl papağan heykayəsində ağılçıları tənqid edir. Bunları oxuyanlar başa düşmürlər. Baxın, Bayraklı bax bunu oxumalıdır, bunları oxumalıdır. Mövlana Məsnəvisində adını da verərək Fəxrəddin Raziyə həqarət edir, Fəxrəddin Razini təhqir edir. Nə üçün? Ağılçı olmasına görə. Ona görə də Anadolunun fikrən geri qalmasında, Anadolunun elmən geri qalmasında, Əxiliyin dağılmasında... Mövlananın adamları Əxi Avranı öldürdülər, oğluyla bərabər , oğlu Ələddin Çələbi ilə birlikdə Əxi Əvran Nəsrəddin Mahmudu Mövlana öldürtdü. Baxın, bunları bilmirlər. Yəni, “Mövlana Anadoluya nə vermiş” dediyimiz vaxt bunları göz önünə gətirməyimiz lazımdır. Ayaqlarını yerə qoymadan danışan dostlar, bu məsələdə əvvəl ayaqlarını yerə qoymalıdırlar. Mövlananı Mövlananın əsərlərindən öyrənməlidirlər.

HULKİ CEVİZOĞLU- Yaxşı hörmətli Byram, çox təşəkkür edirəm sizə. Bunu bir başqa vaxt bu gün Mövlananı müdafiə edənlər, Mövlana dərnəkləri ilə ya da vəqfləri ilə, bu günkü müdafiəçiləri ilə birlikdə sizi də bir yerə toplayarıq, onu müzakirə edərsiniz, onu mübahisə edərsiniz, bu yerini.

Çox təşəkkürlər.

PROF.DR. MİKAİL BAYRAM- Demək istədiyim çox şeyləri demədim. .

HULKİ CEVİZOĞLU- İnşallah onu başqa bir gecə edərsiniz, amma çox maraqlı və təsir edici sözlər dediniz. Təbii ki, elə zənn edirəm ki, bir çox insan da nə qədər elmi platformalarda mübahisə etdiyinizi desəniz də sizin bu sözlərinizi ilk dəfə eşidir.

Gecəniz xeyirə qalsın, təşəkkür edirəm.

PROF.DR. MİKAİL BAYRAM- Təşəkkür edirəm.


İqtibas Dərgisi
(P.S. Allaha (Rəbbimə) həmd olsun ki, bu məqaləni türk-dilindən Azərbaycan dilinə tərcümə etməyimdə mənə kömək etdi. Uğur və başarı yalnız Allahdandır. Mən Əkrəm Həsənov Bəhram oğlu. BDU nun İlahiyyat fakultəsinin məzunu, İlahiyyatçı, AMEA M. Füzuli adına Əlyazmalar institunun kiçik elmi işçisi. 18 Aprel 2007/1 Rəbiəl axir, 1428)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə