Terapiya ixtisası üzrə yeni nümunəvi test sualları 21. 02. 13 – cü il tarixində əlavə edilmişdir. Bölmə Pulmonologiya




Yüklə 0.57 Mb.
səhifə1/6
tarix25.04.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6
Terapiya ixtisası üzrə yeni nümunəvi test sualları
21. 02. 13 – cü il tarixində əlavə edilmişdir.

Bölmə 1. Pulmonologiya

1) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Spiroqrafiya, pnevmotaxoqrafiya

B) Angiopulmonoqrafiya

C) Qanın tərkibindəki qazların tədqiqi

D) Ağ ciyərlərin rentgenoqrafiyası

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
2) Bronxial astamanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?
A) β2-aqonistlər

B) Metilksantinlər

C) Membran stabilləşdirici preparatlar

D) Qlükokortikoid hormonlarının inhalyasiyası

E) β2-adrenoreseptor blokatorları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
3) Astmatik statusun birinci mərhələsini bronxial astma tutmasından fərqləndirən əsas kliniki əlamət hansıdır?
A) β2-aqonistlərə qarşı refrakterlik

B) Xəstənin məcburi vəziyyəti

C) Nəzərə çarpan sianoz

D) Ekspirator boğulmanın ağırlığı

E) Eufillin v/d yeridilməsinin qeyri-effektivliyi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
4) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?
A) Seporin

B) Levomisetin

C) Streptomisin

D) Eritromisin

E) Penisillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
5) Vezikulyar tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada

B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

C) Nəfəsvermədə

D) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində

E) Bütün nəfəsalmada və nəfəsvermədə
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
6) Bronxial tənəffüs nə vaxt eşidilir?
A) Nəfəsalmada

B) Bütun nəfəsalmada və nəfəsvermədə

C) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

D) Nəfəsvermədə

E) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
7) Amforik tənəffüs nə zaman müşahidə olunur?
A) Ağciyər absesində

B) Bronxial astmada

C) Ocaqlı pnevmoniyada

D) Bronxitdə

E) Ağciyərin emfizemasında
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.
8) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?
A) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

B) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması

C) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

D) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək

E) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
9) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması ücün simptomların başlanmasından necə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?
A) 14 gün

B) 5 gün


C) 10 gün

D) 7 gün


E) 2 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
10) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum necə gün tövsiyə edilir?
A) 10 gün

B) 5 gün


C) 15 gün

D) 7 gün


E) 2 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
11) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakter deyil?
A) Bronxial tənəffüs

B) Quru xırıltılar

C) Lokal xırıltılar

D) Кrepitasiyalar

E) Zədələnmiş nahiyyədə tənəffüsün zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
12) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) aparılmalıdır?
A) 3-5 gündən sonra

B) 18-20-ci gün

C) 14-16-cı gün

D) 7-10 gündən sonra

E) 1 аydan sonra
Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
13) Aspergillyozun müalicəsində hansı preparat effektlidir?
A) Biseptol

B) Albendazol

C) Levofloksasin

D) İntrakonazol

E) Trixopol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
14) Ağ ciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gələn klinik təzahürləri hansılardır?
A) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması

B) Yüksək hərarət, qanhayxırma, taxikardiya

C) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət

D) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

E) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
15) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?
A) Döş qəfəsində ağri hissinin təkrarlanması

B) Döş qəfəsində sıxılma hissinin təkrarlanması

C) Fışıltılı xırıltıların təkrarlanması

D) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

E) Əsasən gecə vaxtı güclənən öskürək
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
16) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?
A) İmmunoloji müayinə

B) Pikfloumetriya

C) Rentgenoqrafiya

D) Spirometriya

E) Qаnın ümumi analizi
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
17) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?
A) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

B) İnqalyasion kortikosteroidlər

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) Теоfillinlər

E) Кrоmоnlаr
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
18) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?
A) İmmunoloji müayinə

B) Rеntgenoqrafiya

C) Pikfloumetriya

D) Аllerqoloji sınaqlar

E) Spirometriya
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
19) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?
A) Теоfillinlər

B) Кrоmоnlаr

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) İnhalyasion kortikosteroidlər

E) Uzunmüddətli təsirə malik β2 аqоnistlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
20) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?
A) Parenteral preparatlar

B) Həblərə

C) Məlhəmlərə

D) Siroplara

E) İnhalyasion preparatlara
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
21) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyyə olunmur?
A) Теоfillinlər

B) Аntibiotiklər

C) Kortikosteroidlər

D) Кrоmоnlar

E) Аntileykotriyenlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
22) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?
A) Хəstə təcili hospitalizasiya olunmalıdır

B) Dərmanların dozası azaldıla bilər

C) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır

D) β2 аqonistlərin dozası artırılmalıdır

E) Хəstə evə gedə bilər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
23) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə hansı preparatlar istifadə olunmalıdır?
A) Аntibiotiklər

B) İnqalyasion xolinolitiklər

C) İnqalyasion kortikosteroidlər

D) Peroral kortikosteroidlər

E) Uzunmüddətli təsirə malik β2 аqonistlər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
24) Ağ ciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?
A) Furosemid

B) Amilorid

C) Mannitol

D) Veroşpiron

E) Hipotiazid
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
25) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?
A) Qanhayxırma

B) Təngnəfəslik

C) İrinli bəlğəmlə öskürək

D) Döş qəfəsində güclü ağrı

E) İshal
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
26) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?
A) APF ingibitorları

B) Diuretiklər

C) Spazmolitiklər

D) β-blokatorlar

E) Ca-kanallarının blokatorları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
27) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?
A) APF ingibitorları

B) Ca-kanallarının blokatorları

C) Metilksantinlər

D) Diuretiklər

E) Antihistamin preparatları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
28) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress-sindromu ən əsas yaradan preparat hansıdır?
A) Penicillin

B) Metotreksat

C) Amiodaron

D) Azatioprin

E) Aspirin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
29) Antileykotriyen preparatlarına hansı aiddir?
A) Motelukast

B) Ketotifen

C) Telfast

D) Loratadin

E) Aminofillin
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
30) Membranstabilizatorlarına hansı preparat aiddir?
A) Na kromoqlikat

B) Na nedokromil

C) Ca antaqonistləri

D) Sadalananların hamısı

E) Ketotifen
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
31) Qlisiram preparatı hansı bitkidən alınıb?
A) Andız

B) Biyan kökü

C) Dazıotu

D) Çobanyastığı

E) Bağayarpağı
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
32) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti aşağı salmaq məqsədilə hansı qeyri-steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?
A) İbuprofen

B) Aspirin

C) Amidopirin

D) Parasetamol

E) Analgin
Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
33) Bəlğəmli öskürəkdə hansı preparatı təyin etmək tövsiyyə olunmur?
A) Ambroksol

B) Libeksin

C) Asetilsistein

D) Mukaltin

E) Karbosistein
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
34) İnhalyasion kortikosteroid hansıdır?
A) İpratropium

B) Terbutalin

C) Formoterol

D) Ksolar

E) Beklametazon
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
35) Əvvəlcə hansı müayinə olmadan bronxoskopiya aparmaq tövsiyə olunmur?
A) Elektrokardioqrafiya

B) Döş qəfəsinin rentgenqrafiyası

C) Spirometriya

D) Bəlğəmin müayinəsi

E) Qanın müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
36) Surfaktant sekresiyasını tormozlayan preparat hansıdır?
A) Androgenlər

B) Tiroksin

C) Qlükokortikosteroidlər

D) β-adrenomimetiklər

E) Estrogenlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
37) Surfaktant sekresiyasını artıran preparat hansıdır?
A) Surfaktant lipidləri

B) Propranolol

C) Atropin

D) Karnitin

E) İnsulin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
38) İnsanlarda ağciyər vərəmin əsas törədicisi nədir?
A) Mycobacterium avium

B) Mycobacterium africanum

C) Mycobacterium kansasii

D) Mycobacterium tuberculosis

E) Mycobacterium bovis
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
39) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 1 aydan sonra

B) 6 aydan sonra

C) 1 ildən sonra

D) 2 aydan sonra

E) 3 aydan sonra
Ədəbiyyat: Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
40) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Qeyristeroid iltihab əleyhinə preparatların

B) Hipotenziv preparatların

C) Kortokosteroidlərin

D) Antibiotiklərin

E) Vitaminlərin
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
41) Birinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Kanamisin

B) Streptomisin

C) Sikloserin

D) Kapreomisin

E) Amikasin
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
42) İkinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Rifampisin

B) İzoniazid

C) Pirazinamid

D) Levofloksasin

E) Etambutol
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
43) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağ ciyərlərin funksiyaları tütün çəkməyən insanlarda olduğu vəziyyətə gəlir?
A) 2-4 il

B) 10-15 il

C) 5-9 il

D) 5 il


E) 1 il
Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

Bölmə 2. Kardiologiya

44) Miokard infarktı zamanı ən informativ biokimyəvi marker hansıdır?
A) Mioqlobin

B) Kreatininfosfokinaza

C) Troponin I

D) Laktatdehidrogenaza

E) Alanintransferaza
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
45) Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır?
A) Nitratlar

B) Kalsium antaqonistləri

C) β-blokatorlar

D) AGF inhibitorları

E) Molsidomin
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
46) AÇF inhibitorlarının spesifik yanaşı effekti hansıdır?
A) Quru öskürək

B) Üzün qızarması

C) Aşağı ətraflarda ödem

D) Ürək döyüntüləri

E) Dəri səpqisi
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
47) Hansı preparat qrupu hipotenziv preparatların əsas qrupuna aid deyil?
A) Periferik vazodilatatorlar

B) β-blokatorlar

C) Diuretiklər

D) AÇF inhibitorları

E) Kalsium antaqonistləri
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
48) Hansı hipotenziv preparat AÇF inhibitorlara aid deyil?
A) Perindopril

B) Valsartan

C) Ramipril

D) Kaptopril

E) Lizinopril
Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.
49) Arterial hipertenziyanın müalicəsi zamanı hipotenziv preparatların kombinasiyasından hansı səmərəli deyil?
A) AÇF inhibitoru + kalsium antaqonistləri

B) ARB + diuretik

C) α–adrenoblokator + kalsium antaqonisti

D) β-blokator+ dihidropridin qrup kalsium antoqonistləri

E) AÇF inhibitoru + diuretik
Ədəbiyyat: «Arterial hipertenziyanın diaqnosnika və müalicəsi üzrə klinik protokol» 2009 il.

Bölmə 3. Revmatologiya

50) Antistreptolizin – O, antistreptokinaza, antistreptohialuronidaza, antistreptodezo-ksiribonukleaza təyin olunması hansı xəstəliyin diaqonozunu təsdiqləmək üçün daha əhəmiyyətlidir?
A) Sistemli qırmızı qurdeşənəyi

B) Kəskin revmatik qızdırma

C) Depmatomiozit

D) Sistemli sklerodermiya

E) Revmatoidli artrit
Ədəbiyyat: Беневоленская Л.И., Алексеева Л.И. Диагностические критерии остеоартроза// Современные проблемы ревматологии, Оренбург, -- 1993, с.191-192.
51) Kəskin revmatik qızdırmanın törədicisi nədir?
A) Mikoplazma

B) β-hemolitik streptokokk

C) Virus

D) Qızıl stafilokokk

E) Rikketsiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва, 2008, «ГЭОТАР-Медиа», 35-66 стр.
52) Revmatizmin böyük göstəricilərinə nə aiddir?
A) Artralgiyalar

B) Düyünlü eritema

C) Qızdırma

D) Kardit

E) EÇS artması
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
53) Revmatizmin fəallığını hansı laborator göstəriciləri təyin edir?
A) Revmatoidli faktor, α- və γ- qlobilinlərin artması

B) HLA-B27, qələvi fosfotaza

C) Trombositlərin sayı, sidik turşusunun səviyyəsi

D) Leykositlərin sayı, α- və γ- qlobilinlərin artması, ASL-O

E) Kardiolipinə qarşı anticimlərin titri
Ədəbiyyat: С. М. Носков. «Ревматология. Актуальные вопросы» 2007г.
54) Bexçet xəstəliyinin klassik «üçlük» kliniki əlamətləri hansılardır?
A) Hiperlipidemiya, arterial hipertenziya, vaskulit

B) Uveit, dermatit, poliartrit

C) Aftozlu stomatit, cinsi orqanların aftozlu yaraları, uveit

D) Artrit, konyüktivit, uretrit

E) Uveit, uretrit, artrit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 615-625

Bölmə 4. Qastroenterologiya

55) Mədənin çox hissəsi harada yerləşir?
A) Epiqastral nahiyədə

B) Sol qabırğaaltı nahiyədə

C) Qarının sağ yarısında

D) Göbək nahiyəsində

E) Sağ qabırğaaltı nahiyədə
Ədəbiyyat: С.И. Пиманов. «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
56) Mədənin hansı amilləri xora xəstəliyi əmələ gətirir və aqressiv faktor adlanır?
A) Prostaqlandinlər

B) HCl və prostaqlandinlər

C) HCl və pepsin

D) Qastromukoproteidlər

E) Bikarbonatlar
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
57) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) «Taxça» simptomu

B) Atrofiya

C) Divarın deformasiyası

D) Hipersekresiya

E) Hipertonus
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
58) Epiqastral nahiyyədə «acqarnına» gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?
A) Qastroptoz

B) Xoralı kolit

C) Mədənin kiçik əyriliyinin xorası

D) Mədənin kardial hissəsinin xora xəstəliyi

E) 12-barmaq bağırsağın xora xəstəliyi
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
59) Simetidin hansı qrup preparatlara aiddir?
A) Spazmolitik

B) Qeyri - selektiv xolinolitiklər

C) Antasid

D) H2-histamin reseptorlarını blokada edən

E) H1-histamin reseptorlarını blokada edən
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
60) Helicobacter pyloriyə aşağıdakı preparatlardan hansı təsir edir?
A) Sitoprotektorlar

B) Spazmolitiklər

C) Antasidlər

D) Bismutun kolloid preparatları

E) Sintetik peptidlər
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
61) Kəskin pankreatitdə ilk saatlarda diaqnozu təsdiq etmək üçün spesifik marker hansıdır?
A) Ximotripsin

B) Lipaza

C) Elastaza

D) Tripsin

E) Amilaza
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
62) Bağırsağın qıcıqlanma sindromunda əsas simptomlar hansılardır?
A) Ağrı, qızdırma, titrətmə

B) Nəcisin rənginin dəyişməsi

C) Ağrı, çəkinin azalması və iştahasızlıq

D) Ağrı, qəbizlik və ya ishal

E) Qəbizlik və ya qanlı ishal
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
63) Qeyri-spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) Levomisetinlə

B) Neomisinlə

C) Sulfasalazinlə

D) İmuranla

E) Ampisillinlə
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
64) Xroniki pankreatində nəcisin xüsusiyyətləri hansılardır?
A) az miqdarda

B) seliktəhər

C) “qoyun qığı” kimi

D) yağlı, çoxlu nəcis

E) “düyü həlimi” kimi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
65) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) immunomodulyator preparatlar

B) eubiotiklər

C) proteoliz inhibitoru

D) qeyri-steroid iltihaba qarşı

E) prebiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
66) Qida borusunun aşağı sfinkterinin tonusunu artırmaq və onun klirensini normallaşdırmaq məqsədilə istifadə edilən preparatlar qrupunu göstərin
A) Miogen spazmolitiklər

B) Histamin reseptorlarının H2-blokatorlları

C) Proton pompasınının inhibitorları

D) Prokinetiklər

E) III nəsl antasidlər
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
67) Helicobacter pylori-nin (HP) hansı əsas xüsusiyəti onu mədənin turş mühitindən qoruyur?
A) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

B) Turş mühiddə aktivliyinin artması

C) Ureaza aktivliyinə malik olması

D) Selikaltı qişada yerləşməsi

E) Mədənin pilorik şöbəsində yerləşməsi
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
68) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Tetrasiklin

B) Amikasin

C) Tinidazol

D) Amoksisilin

E) Klaritromisin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
69) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Mebeverin

B) Laktuloza

C) Sennade

D) Gənəgerçək yağı

E) Bisakodil
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə