Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya




Yüklə 1.64 Mb.
səhifə1/17
tarix20.04.2016
ölçüsü1.64 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu


Bölmə 1. Pulmonologiya

1) Ağciyərlərin diffuz xəstəlikləri zamanı hansı rentgenoloji müayinə üsulu daha önəmlidir?
A) Rəqəmli rentgenoqrafiya

B) Alçaq dozalı KT

C) Adi KT

D) Maqnit-rezonaslı tomoqrafiya

E) Yüksək imkanlı kompyuterli tomoqrafiya (KT)
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
2) Pozitron – emission tomoqrafiya ən effektiv müayinə üsulu kimi nə zaman istifadə olunur?
A) Fibroatelektazlarla obturasion atelektazların differensial diaqnostikasında

B) Bronxoektazların diaqnostikasında

C) Tənəffüs sistemi orqanlarının bəd və xoşxassisəli şişlərinin differensial diaqnostikasında

D) Ağ ciyərlərin fibrozlaşdırıcı xəstəliklərində

E) Ağ ciyər arteriyasının tromboemboliyalarında
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
3) Aşağıdakı üsulların hansı xarici tənəffüs funksiyası üsuluna aid deyil?
A) Angiopulmonoqrafiya

B) Spirometriya

C) İmpulslu ossilometriya

D) Qazların durulaşdırılması üsulu

E) Bodipletizmoqrafiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
4) Aşağıdakıların hansı biri spirometriya üsulunun imkan dairəsinə aid deyil?
A) Ağ ciyərlərin oksigeni eritrositlərə nəql etmə qabiliyyətinin ölçülməsi

B) Qazlar mübadiləsinin pozulma səbəblərinin təyini

C) Respirator əlamətlərin səbəblərinin araşdırılması

D) Xəstəliyin proqnozunun qiymətləndirilməsi

E) Ağ ciyərlərin interstisial xəstəlikləri zamanı restriktiv pozuntuların monitorlanması
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
5) Göstərişlərin hansı biri diaqnostik bronxoskopiya üsulunun göstərişlərinə aid deyil?
A) Endotraxeal stentləmə

B) Bronxların drenaj funksiyasının pozulması

C) Retension pnevmoniyaların müayinəsi

D) Şişlərin lokalizasiyasının təyini

E) Braş-biopsiya
Ədəbiyyat: Под ред. А.Г. Чучалина. «Пульмонология: национальное руководство» 2009г.
6) Hava keçirici yolların selikli qişasının tərkib hissəsinə aşağıdaki strukturların hansı biri daxil deyil?
A) Bazal membran

B) Selikaltı təbəqə

C) Xüsusi lövhə

D) Əzələ qatı

E) Fibroz təbəqə
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
7) Rodman-Sterlinq indeksi nədir?
A) Əzələ qatının bronxun bütün divarının qalınlığına nisbəti

B) Fibroz-qığırdaq qişanın bronxun bütün divarının qalınlığına nisbəti

C) Daxili təbəqənin bronxun bütün divarının qalınlığına nisbəti

D) Xarici qişanın bronxun bütün divarının qalınlığına nisbəti

E) Daxili təbəqə ilə əzələ qatının cəminin bronxun bütün divarının qalınlığına nisbəti
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
8) Asinus nədir?
A) Terminal bronxların şaxələnməsi

B) Lambert kanalı

C) 1-ci sıralı respirator bronxiollar

D) Aerohemostatik baryer

E) 3-cü sıralı respirator bronxiollar
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007.
9) Sağ ağ ciyər neçə seqmentdən ibarətdir?
A) 10

B) 12


C) 7

D) 8


E) 9
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007.
10) Bronxların təmizləyici (drenaj) funksiyasını hansı epitelin hüceyrələri təmin edir?
A) Səyrici epitelin klar hüceyrələri

B) Çoxsıralı epitelin hüceyrələri

C) Səyrici epitelin kirpikcikli hüceyrələri

D) Səyrici epitelin qədəhəbənzər hüceyrələri

E) Səyrici epitelin bazal hüceyrələri
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
11) Əlavə inspirator əzələlərə aşağıdakılardan hansı biri aid deyil?
A) Ön pilləli əzələ

B) Arxa pilləli əzələ

C) Döş-körpücük-məməvari əzələ

D) Daxili qabırğaarası əzələ

E) Aorta pilləli əzələ
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
12) Toxuma tənəffüsü nədir?
A) Alveolalardan O2-nin qana keçməsi və qanda olan CO2-nın xaric olunması

B) Hüceyrələrə daxil olan O2 oksidləşmə prosesi

C) Atmosfer havasının tənəffüs yolları ilə alveollara çatdırılması

D) O2 iştiraki ilə keçən maddələr mübadiləsi

E) Qanda olan O2-nin perfuziya ilə toxuma hüceyrələrinə çatdırılması
Ədəbiyyat: M.M.Ağayev. ‘‘Daxili Xəstəliklər‘‘ II-cild. Bakı, 2007, s: 9-14
13) Ağciyərin genetik determinə olunmuş xəstəliklərinə aşağıdakılardan hansı aiddir?
A) Bronxial astma

B) Qamartxondroma

C) Mukovissidoz və α1-antitripsin defisiti

D) Sarkoidoz

E) Ağ ciyər xərçəngi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
14) İrsi meylliliklə xarakterizə olunan xəstəliklərə aşağıdakılardan hansı aid deyil?
A) Ağ ciyər proteinozu

B) Bronxial astma

C) Vərəm

D) Pnevmoniya

E) Ağ ciyərlərin alveolyar mikrolitiazı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
15) Ümumi müalicədə olan xəstələrdə kəskin bronxitin əsas əmələ gəlmə səbəbi aşağıdakılardan hansıdır?
A) Siqaret çəkmək

B) Soyuqdəymə

C) Tənəffüs yollarının selikli qişasını qıcıqlandıran aerozol və qazlar

D) Virus-bakterial infeksiya

E) Yorğunluq
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
16) İri bronxların selikli qişasının zədələnməsi ilə keçən kəskin bronxit adətən traxeitlə (traxeobronxit) müşayiət olunması ilə yanaşı aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Sərt tənəffüs, ağciyərlərdə xırıltıların olmaması

B) İntoksikasiya əlamətlərinin cüzi olması və ya tamamilə olmaması

C) Başlanğıcda quru üzücü, sonra isə az miqdarda bəlğəmli öskürək

D) Çox yüksək intoksikasiya əlamətlərinin olması

E) Döş sümüyü arxasında ağrılar, sinədə göynəmə hissi
Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
17) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə xarakterizə olunan kəskin bronxit aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Sərt tənəffüslə yanaşı quru xırıltının olması

B) Başlanğıcda əsasən quru, sonra isə yaş öskürək

C) Təngnəfəslik

D) Çox yüksək intoksikasiya əlamətlərinin olması

E) Mülayim intoksikasiya əlamətlərinin olması
Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
18) Kəskin bronxitin müalicə sxemi aşağıdakılardan hansını nəzərə almaqla müəyyən olunmur?
A) İltihab prosesinin fazaları, ikincili infeksiyаnın olub-olmaması

B) Xəstəliyin simptomatikası

C) Xəstəliyin etiologiyası və patogenezi

D) Xəstənin yaşı

E) İltihab prosesinin lokalizasiyası
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
19) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə kimi) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Ağrikəsicilər

B) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər, surfaktant sistemi stimulyatorları)

C) İltihab əleyhinə preparatlar

D) Hərarətsalan preparatlar

E) Öskürəyin qarşısını alan preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
20) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Öskürəyin qarşısını alan preparatlar

B) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər)

C) Hayxırmanı stimullaşdıran vasitələr

D) Antibakterial preparatlar və antiseptiklər

E) İltihab əleyhinə preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
21) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə kimi) müalicə zamanı aşağıdakı dərman preparatlarından hansı təyin olunmur?
A) Hərarətsalan preparatlar

B) İltihab əleyhinə preparatlar

C) Bəlğəmi durulaşdıran preparatlar (mukolitiklər, surfaktant sistemi stimulyatorları)

D) Bronx spazmolitikləri

E) Öskürəyin qarşısını alan preparatlar
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
22) Kəskin bronxit zamanı antibakterial terapiyaya göstərişlərə aşağıdakılardan hansı aid deyil?
A) Təngnəfəsliyin əmələ gəlməsi

B) İrinli bəlğəmin əmələ gəlməsi

C) Yüksək intoksikasiya

D) Xəstəliyin ağır kliniki gedişatı

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
23) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin proqnozu aşağıdakılardan hansı ola bilər?
A) Əksər hallarda bronxoektatik xəstəliyə transformasiya mümkündür

B) Əksər hallarda uzun müddətli gedişat ola bilər

C) Əksər hallarda pnevmoniya ilə ağırlaşa bilər

D) Əksər hallarda xroniki bronxitə keçə bilər

E) Yaxşı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
24) Daha çox xırda bronxların selikli qişasının zədələnməsi ilə keçən kəskin bronxitin proqnozu aşağıdakılardan hansı ola bilər?
A) Yaxşı

B) Yaxşı, lakin bəzən pnevmoniya ilə ağırlaşa bilər

C) Bronxoektatik xəstəliyə çevrilmə ehtimalı ola bilər

D) Yaxşı deyil

E) Yaxşı, lakin uzun müddətli gedişat və xroniki bronxitə keçə bilər
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
25) Kəskin bronxitli xəstədə bronxopnevmoniyanı istisna etmək üçün rentgenoloji müayinəyə aşağıdakılardan hansı göstəriş ola bilməz?
A) Fizikal müayinə zamanı ağciyərin məhdud sahəsində perkutor səsin qısalması və yaş xırıltıların olması

B) Xəstəliyin kliniki gedişinin ağırlaşması

C) Fizikal müayinə zamanı ağciyərin məhdud sahəsində perkutor səsin uzanması və quru xırıltıların olması

D) Müalicə fonunda 3 gündən artıq müddətdə titrətmənin qalması

E) Periferik qanda leykositlərin miqdarının və EÇS-nin artması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
26) Cavan şəxslərdə (30-35 yaş) xroniki bronxitin ən çox rast gəlinən səbəbi hansıdır?
A) Tənəffüs yolların mukosiliar aparatının anadangəlmə funksional çatmamazlığı

B) Klimatik faktor

C) Təkrari virus-bakterial infeksiya

D) Məişət qazları və aerozollarının təsiri

E) Siqaret çəkmə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
27) 30-35 yaşdan yuxarı və yaşlı şəxslərdə xroniki bronxitin əmələ gəlmə səbəbləri aşağıdakılardan hansı ola bilər?
A) Tənəffüs yolların mukosiliar aparatının anadangəlmə funksional çatmamazlığı

B) Klimatik faktor

C) Siqaret çəkmə

D) Təkrari bakterial infeksiya

E) Təkrari virus infeksiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
28) Bronxların selikli qişasının kəskin qıcıqlanması aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Çətin ayrılan özüllü bəlğəmlə müşayiət olunan öskürək

B) Ağ ciyərlərdə yayılmış quru xırıltılar

C) Qıcıqlandırıcı ilə kontaktın kəsilməsindən sonra itən qısa müddətli simptomlar

D) Güclü quru öskürək

E) Ağ ciyərlərdə yayılmış yaş xırıltılar
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
29) Xroniki bronxitin əmələ gəlməsinə aşağıdakılardan hansı şərait yaratmır?
A) Dayaq-hərəkət aparatının patologiyası (onurğa sütununun skoliozu, Bexterev xəstəliyi)

B) Atopiya

C) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

D) Siqaret çəkmə, sənaye polyutantları və qeyri-əlverişli hava şəraitinin təsiri

E) Ağciyər xəstəliklərinə irsi meyllilik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
30) Sadə bronxitə aşağıdakılardan hansı aiddir?
A) Tənəffüs yollarının obstruksiyası kəskinləşmə və remissiya dövründə həm kliniki və spiroqrafiyada müəyyən edilir

B) Tənəffüs yollarının obstruksiyası ancaq kəskinləşmə dövründə spiroqrafiyada (pnevmotaxoqrafiya) müəyyən edilir

C) Tənəffüs yollarının keçiriciliyi uzun müddət pozulmur, obstruksiya əsasən ağciyər emfizeması əlamətlərinin artması zamanı müşayiət olunur

D) Tənəffüs yollarının obstruksiyası ancaq kliniki müəyyən edilir

E) Tənəffüs yollarının obstruksiyası həm kəskinləşmə, həm də remissiya dövründə nə kliniki olaraq, nə də spiroqrafiyada (pnevmatoxoqrafiya) müəyyən edilmir
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
31) İri bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Güclü quru öskürək

B) Daimi təngnəfəslik

C) Tutmaşəkilli quru öskürək

D) Tutmaşəkilli təngnəfəslik

E) Bəlğəmli öskürək
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
32) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?
A) Təngnəfəslik

B) Bəlğəmli öskürək

C) Güclü üzücü quru öskürək

D) Dodağın selikli qişasının sianozu

E) Leykositoz və EÇS-nin artması
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
33) Xroniki bronxitdə quru öskürək aşağıdakılardan hansı ilə əlaqədardır?
A) Xırda bronxların selikli qişasının ilithabı

B) Bronxların selikli qişasının atrofiyası

C) Bronxların selikli qişasının hipotrofiyası

D) İri bronxların selikli qişasının refleksogen zonasının həssalığının artması

E) İri bronxların selikli qişasının ilithabı
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
34) Mukosiliar transportun effektivliyi traxeobronxial seliyin hansı xüsusiyyətindən asılı deyil?
A) Özlülüyündən

B) Rəngindən

C) Tərkibindən

D) Miqdarından

E) Elastikliyindən
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
35) Xroniki bronxitdə gel və zərrəciklərin nisbəti necə dəyişilir?
A) Surfaktant sistemin funksiyasından asılıdır

B) Gel qatının artması istiqamətində dəyişilir

C) Zərrəcik qatının artması istiqamətində dəyişilir

D) Zərrəcik qatının azalması istiqamətində dəyişir

E) Dəyişilmir
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
36) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?
A) Qanın tərkibindəki qazların tədqiqi

B) Spiroqrafiya, pnevmotaxoqrafiya

C) Angiopulmonoqrafiya

D) Ağ ciyərlərin rentgenoqrafiyası

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
37) Qeyri-obstruktiv xroniki bronxitdə xəstəliyin kliniki şəklində ön plana hansı simptomlar çıxır?
A) Xırda bronx divarlarının ekspirator kollapsı

B) Bronxların selikli qişasının iltihabı və mukosiliar transportun pozulması

C) Bronxospazm

D) Xırda bronx divarlarının bronxial diskineziyası və ekspirator kollapsı

E) İnfeksion proses
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
38) Xroniki bronxitin ağırlaşmalarına aşağıdakılardan hansı aid deyil?
A) Ocaqlı və diffuz pnevmotoraks

B) Bronxiollar və xırda bronxların genişlənməsi və deformasiyası

C) Plevranın empiyeması

D) Ağ ciyərlərin bullez emfizeması

E) Kiçik qan dövranının xırda damarlarının obliterasiyası və ürəyin sağ mədəciyin divarının hipertrofiyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
39) Xroniki bronxitin ağırlaşmalarına aşağıdakılardan hansı aid deyil?
A) Spontan pnevmotoraks və ağ ciyər artriyasının tromboemboliyası

B) Tənəffüs çatmamazlığı və xroniki ağciyər ürəyi

C) Ağ ciyər qanaxması

D) Ağ ciyər absesi

E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
40) Xroniki bronxitdə antibakterial terapiyaya göstəriş(lər) hansıdır?
A) Güclü öskürək ilə müşayiət olunan xəstəliyin kəskinləşməsi

B) Xəstəliyin infeksion prosesin əlamətlərinin inkişafı ilə müşayiət olunan kəskinləşməsi

C) Öskürəyin güclənməsi və ifraz olunan bəlğəmin miqdarının artması ilə müşayiət olunan xəstəliyin kəskinləşməsi

D) Ağ ciyərlərdə xırıltının yaranması ilə müşayiət olunan xəstəliyin kəskinləşməsi

E) Xəstəliyin bronxospazm simptomları ilə müşayiət olunan kəskinləşməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
41) Xroniki bronxiti olan xəsətəyə antibakterial preparatlar təyin edən zaman onların seçimi və dozalanmasında aşağıdakılardan hansı nəzərə alınmamalıdır?
A) Seçilmiş preparatın bronxial sekretdə toplanmalı olduğu konsentrasiya

B) Traxeobronxial sekretin mikroflorasının xarakteri

C) Qızdırmanın xarakteri

D) Xəstə tərəfindən preparatın necə keçirilməsi

E) Traxeobronxial sekretin mikroflorasının kimyəvi terapevtik preparatlara həssaslığı
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
42) Xroniki bronxitin gedişini çətinləşdirən pnevmoniyaya aşağıdakılardan hansı xarakterik deyil?
A) Qisa müddətli gedişə meyllilik

B) Ağ ciyərin dərinliyində bir neçə seqmentin zədələnməsi

C) Çox vaxt lokal fizikal simptomatikanın olmaması

D) Bronxitin kəskinləşməsinin ardınca yaranması

E) Uzun müddətli gedişə və residivə meyllilik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.
43) Xroniki obstruktiv bronxiti olan xəsətələrdə bronxospazmı aradan götürən preparatlar necə seçilir?
A) 2-3 günlük təcrübi müalicədən sonra xəstənin vəziyyətinin yoxlanması yolu ilə

B) Spirometriya göstəriciləri əsasında

C) Bundan əvvəlki müalicə əsasında

D) Preparatın yeridilməsindən əvvəl və sonra OFV1 göstəricilərini müqayisə etməklə prepartların effektivliyinin tədqiqatı

E) 2-3 günlük təcrübi müalicədən sonra kliniki müayinə və xarici tənəffüs funksiyasının göstəricilərinin müəyyən edilməsi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
44) Ambulator şəraitdə bronxospazmolitik prepartaların ən asan yeridilmə metodu hansıdır?
A) Nebulayzer ilə

B) Parenteral

C) Peroral

D) Rektal

E) İnhalyasion
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
45) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?
A) Atropin

B) Metasin

C) İpratropium bromid

D) Propantelin bromid

E) Aprofen
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
46) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?
A) Teopek

B) Eufillin

C) Ventolin

D) Teofedrin

E) Teofillin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
47) Simpatomimetik aktivliyə malik dərman preparatları nəyin hesabına bəlğəmin gətirilməsinə səbəb olur?
A) Bəlğəm zülalının disulfid əlaqəsinin pozulması

B) Xırda bronxların spazmının aradan götürülməsi, iri bronxların əzələ tonusunun azaldılması

C) Bəlğəmin durulaşdırılması

D) Bronx divarına bəlğəmin yapışmasının azaldılması

E) Bəlğəm zülalının peptid əlaqəsinin pozulması
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
48) Bəlğəmin hidratasiyası ilə əlaqədar onun yaxşı xaric olmasına nə şərait yaradır?
A) İltihab əleyhinə preparatların qəbulu

B) Mukaltinin qəbulu

C) Antibiotikin təyini

D) Qələvi məhlulların inhalyasiyası

E) Öskürək əleyhinə preparatların qəbulu
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
49) Bronxial selik zülallarının peptid əlaqələrini dağıdan mukolitik preparatlara hansı aiddir?
A) Tripsin, ximopsin

B) Tiol törəmələri – asetilsistein (mukosolvin və b.)

C) Ambroksol

D) Bromheksin

E) Selik sekretinin rehidratatorları
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
50) Bəlğəmi sulfid əlaqələrin dağıdılması hesabına durulaşdıran preparatlara hansı aiddir?
A) Bromgeksin (bisolvan), ambroksol (lasolvan)

B) Tiol törəmələri – asetilsistein (mukosolvin), mukodin

C) Purin törəmələri (metilksantinlər)

D) Ribonukleaza

E) Tripsin, ximopsin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
51) Ağciyərlərin surfaktant sistemini stimulyasiyası nəticəsində bəlğəmin axıcılığını artırmaqla (yapışmanı azaldır) bəlğəm ifrazını asanlaşdıran prepratlara hansı(lar) aiddir?
A) Tiol törəmələri – asetilsistein (mukosolvin), mukodin

B) Tripsin, ximopsin

C) Bakterial ferment preparatları

D) Bromgeksin (bisolvan), ambroksol (lasolvan)

E) Ribonukleaza
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
52) Xroniki bronxitli xəstələrin sanator-kurort müalicəsini xəstəlik dövrünü və klimatik amilləri nəzərə almaqla aparmaq lazımdır. Bu nə vaxt göstəriş deyil?
A) Kontinental iqlim şəraitində

B) Quru dəniz şəraitində

C) Yüksək dağlıq şəraitində

D) Xəstəliyin kəskinləşmə dövründə

E) Orta dağlıq və düzənlik şəraitində
Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.
53) Xroniki bronxit zamanı nə göstərişdir?
A) Xəstəliyin formasından asılı olmayaraq fasiləsiz müalicə və xəstəni müşahidə etmək

B) Xəstəliyin bütün formalarında xəstələrin dispanser müşahidəsi, yalnız obstruktiv bronxit zamanı fasiləsiz müalicə

C) Xəstəliyin gedişatı fazasından asılı olmayaraq fasiləsiz müalicə və xəstənin müşahidə etmək

D) Xəstənin dispanser müşahidəsi , yalnız sadə bronxitin müalicəsi

E) Xəstələrin dispanser müşahidəsi, yalnız obstruktiv bronxit zamanı fasiləsiz müalicə
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə