Təqdim edir azərbaycanda ilk dəFƏ!!! Fuad Əliyevin




Yüklə 10.84 Kb.
tarix22.04.2016
ölçüsü10.84 Kb.


təqdim edir
AZƏRBAYCANDA İLK DƏFƏ!!!
Fuad Əliyevin

“Self-Management” – “Özünü idarəetmə” seminarlar seriyası


Özünüzü idarə etməklə səmərəliyinizi artırın!”
Biz hər zaman idarə edirik. Həm işlədiyimiz və ya sahib olduğumuz müəssisəni, tabeçiliyimizdə olanları, həm də özümüzü. Təsəvvür edin ki, qeyri-səmərəli idarə olunan müəssisə, insanlar toplumu iflasa uğrayırsa, insan öz-özünü idarə edə bilmədikdə hansı fəlakətlər həm onu, həm işlədiyi müəssisəni və həm də onun idarə etdiyi insanları gözləyir!?

Vaxtın səmərəsiz istifadə olunması, uzun və mənasız söhbətlər, uzanan fasilələr, işin təşkilində və insanlarla düzgün münasibətlərin qurulmasında problemlər, stress, baş və mədə ağrıları, rəhbərliyin, əməkdaşların və müştərilərin narazılığı və bu kimi problemlərlə tez-tez üzləşirsiniz? Bu, bizim cəmiyyətimizin bəlasıdır. İş orasındadır ki, insanlar arasında “self-menecment” demək olar kir, sıfır dərəcəsindədir.

İş orasındadır ki, biz özümüzdən qaçırıq. Nə daxili problemlərini görmək istəyir, nə də qəlbin içində gizli qalan xəzinəni aşkar etməyə çalışırıq. Məhəmməd Peyğəmbər (s) demişkən “Özünü tanıyan Allahını tanıyar”. Belə ki, özünüzdən qorxmayın, özünüzü tanıyın. Özünüzü idarə etməklə səmərəliyinizi artırın!

Biz self-menecmenti – özünün idarə edilməsini, dürüst menecment və düzgün liderlik alətləri əsasında mənimsəmə bilərik. Bu alətlər yaşamaq və işləməyimiz üçün çox gözəl ehkamlar verir. Özünü idarə edə bilənlər bir yerə yığışsa, bu müəssisənin yalnız bir yolu var - uğura aparan yol!

Seminarda biz aşağıdakıları müzakirə edəcəyik:


  • “Self-Management” nədir?

  • “Self-Management”in 12 qaydası

  • “Self-Management” nəzarət siyahısı (12 alət)

    • Məqsədə çatmağın 9 addımı: özünü aktivləşdirmə (3 addım), icra etmə (3 addım) və sürətin artırılması (3 addım)

Seminarın müddəti: 6 saat. Birinci seminar 3 gün ərzində iyunun 20-22-də saat 18:00–20:00-da keçiriləcəkdir. Seminar iştirakçılarına müvafiq sertifikatlar veriləcəkdir.

Seminarda iştirak haqqı 60 AZN.

Ünvan: A.Məhərrəmov (keçmiş Papanin küçəsi) 4, 3-cü mərtəbə (3-cü mikrorayon dairəsinin yanı, “Ərzurum” restoranı ilə üzbəüz)

Əlaqə üçün məlumat: Tel: 4305757, 4300100; E-poçt: info@marketing.az Web: www.marketing.az
Seminarın moderatoru haqqında məlumat:

Fuad Əliyev – Azərbaycan Marketinq Cəmiyyətinin icraçı direktoru, Qafqaz Universitetinin müəllimidir. Hal-hazırda namizədlik dərəcəsi almaq ərəfəsindədir. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2003-ci illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2001-2002-ci illərdə Mərkəzi Avropa Universitetində (Macarıstan) təhsil almışdır. AR İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzində əyani aspiranturanı bitirmişdir. 2005-2006-cı illərdə ABŞ Dövlət Departamentinin Hamfri Təqaüd Proqramında iştirak etmiş, Şimali Karolina Universitetində və Brukinqs İnstitutunda təlim almış və təcrübə keçmişdir.

F.Əliyev ABŞ-ın Duke Universitetində sertifikatlaşdırılmış qeyri-kommersiya menecmenti (non-profit management) kursunu keçib, layihələrin idarə olunması, vaxtın idarə edilməsi, liderlik, dəyişikliklərin idarə olunması, münaqişələrin həll edilməsi, danışıqların aparılması, fandreyzinq, biznes etika, təhlil və tədqiqat texnikaları və s. mövzularda həm Azərbaycanda, həm də xaricdə təlim almışdır. ABŞ-da keçirilmiş kouçinq üzrə beynəlxalq konfransının iştirakçılarından biri olmuşdur. Azərbaycanda bir sıra treninq kurs və seminar aparmışdır. F.Əliyev Dövlət Siyasətinin Təhlili və Menecmenti Assosiasiyasının, Dünya Gənc Alimlər Akademiyasının, Beynəlxalq İnkişaf Təşkilatının, ABŞ-təhsilli Azərbaycan Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.



Ölkədə və xaricdə dərc olunmuş bir sıra elmi və publisistik məqalələrin müəllifidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə