Tenderə DƏVƏT




Yüklə 7.55 Kb.
tarix16.04.2016
ölçüsü7.55 Kb.

TENDERƏ DƏVƏT

Hörmətli xanım / bəy 27 Avqust 2015


“FINCA Azerbaijan” 1998-ci ildən Azərbaycan Respublikasında fəaliyyətdə olan və hal hazırda 150,000 dən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərən qeyri bank kredit təşkilatıdır. “FINCA Azerbaijan” Afrika, Avrasiya və Amerikadakı 22 ölkədə 1 milyondan artıq kiçik və orta sahibkara öz bizneslərini inkişaf etdirmək üçün xidmət göstərən və mikro-maliyyə təşkilatlarının ümumdünya şəbəkəsi olan “FINCA International” təşkilatının bir qoludur.

 

Azərbaycanda kredit fəaliyyəti Bakı şəhərində yerləşən Baş idarə, rayon və şəhərlərdəki 65 filial tərəfindən idarə olunur. “FINCA Azerbaijan” 1200 nəfərdən artıq peşəkar işçi heyəti ilə ölkənin öndə gedən maliyyə qürumlarından biridir.


Təşkilat ashagidaki qeyd olunan sayda bulk SMS üçün tender elan edir.
1,500,000

2,000,000

2,500,000

3,000,000

Qiymət təklifinizi 07 Sentyabr 2015-ci il, saat 11-00 qədər surquclu zərfdə (surquc olmadığı təqdirdə zərfin bağlanan hissəsini möhürləyin) “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında “Məxfi” sözünü qeyd edərək Niyazi Mirizadənin adına təqdim edin (təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir
Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, rayonlara çatdırılmanın və yigilmasi, əlavə maliyyəti (yoxdursa qeyd edin), firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) təqdim olunması tələb olunur.
Tenderdə qalib olan təchizatçı firma 14 Sentyabr 2015 tarixinə qədər “FINCA Azerbaijan”ın tender komissiyası tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.
Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Hörmətlə,


Nazilə Qurbanova
İnzibati şöbənin rəhbəri / FINCA Azerbaijan


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə