Tenderə DƏVƏt tarix: 31. 07. 2014




Yüklə 13.12 Kb.
tarix22.02.2016
ölçüsü13.12 Kb.
TENDERƏ DƏVƏT
Tarix: 31.07.2014

Maliyyələşdirmə №: AZ0040



TİT No.: A2/CW/01/2013


  1. Azərbaycan Respublikası Hökuməti İslam İnkişaf Bankından (İİB) 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinin icrası üçün maliyyə vəsaiti almışdır. Bu vəsaitin bir hissəsinin Tərtər şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Layihəsinin icrasına yönəldilməsi nəzərdə tutulur.




  1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Tərtər şəhərində suqəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidənqurulması və bununla məhdudlaşmayan aşağıdakılardan ibarət möhürlənmiş tender təklifləri ilə tenderdə iştiraka dəvət edir:



Su təchizatı sistemi

  1. Suqəbuledici qurğu - 9 ədəd yeni artezian quyusu;

  2. Magistral su xətti – 3,6 km;

  3. Su anbarları - 2x5000 m3;

  4. Xlorlama binası;

  5. Su şəbəkəsinin tikintisi – 109,8 km;

  6. Asfalt və çınqıl yolların yenidən qurulması;

  7. Su sayğaclarının təchizatı və quraşdırılması daxil olmaqla, ev qoşulmaları – 2 959 ədəd.


Kanalizasiya sistemi

  1. Kanalizasiya şəbəkəsinin tikintisi – 103,76 km;

  2. Ev qoşulmaları - 3 944 ədəd;

  3. Kanalizasiya quyuları -2672 ədəd;

  4. Kanalizasiya kollektoru – 8,14 km.




  1. Qalibin seçilməsi İİB-nin maliyyələşdirilməsi ilə İİB-nın Satınalma təlimatlarında (may 2009-cu il) müəyyən olunduğu şəkildə sonradan ixtisas uyğunluğu üsulu ilə həyata keçiriləcəkdir. Təlimat www.isdb.org internet səhifəsində əldə oluna bilər və təlimatlarda müəyyən olunduğu kimi, bu tender İİB-ə üzv ölkələrindən olan bütün tender iddiaçılarına açıqdır.




  1. Tenderdə iştirak etmək istəyən uyğun iddiaçılar tender sənədlərini Bakı, Azərbaycan AZ1012, Moskva prospekti 67, ünvanında yerləşən “Azərsu” ASC-nin Tenderlərin idarə olunması şöbəsinin rəisi İlqar Tağıyevə müraciət etməklə əldə edə bilərlər, telefon: +994124314792, faks: +99412 5983814, email: i.tagiyev@azersu.az.



  1. Tender sənədlərinin tam dəsti tenderdə iştirak etmək istəyən iddiaçılar tərəfindən yazılı müraciət təqdim olunmaqla və 300 (üç yüz) AZN və ya 400 (dörd yüz) ABŞ dolları məbləğində geri ödənilməyən iştirak haqqı ödənilməklə əldə oluna bilər.


Alıcının adı: “AZƏRSU” ASC

VÖEN: 9900001751

Alıcının Bankı: Azərbaycan, Kapital Bank, 1 saylı Nəsimi filialı

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi №: AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi №: AZ55AIIB33170018401100216111

Kod: 200112

SWIFT kodu: AIIBAZ2X


  1. Tender təklifləri 2.200.000 ABŞ dollar həcmində bank təminatı ilə birgə 08.10.2014 -cü il, Bakı vaxtilə saat 16:00-a qədər və ya ondan əvvəl yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.




  1. Tender təklifləri tender iştirakçılarının nümayəndələrinin iştirakı ilə 08.10.2014-cü il, Bakı vaxtilə saat 16:00-da Bakı, Azərbaycan AZ1012, Moskva prospekti 67, ünvanında yerləşən “Azərsu” ASC-nin inzibati binasında açılacaqdır.




  1. Uyğun yerli iştirakçılara tender təkliflərinin qiymətləndirilməsində 7,5 faiz həcmində üstünlük həddi tətbiq olunacaqdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə