TD No.: ICB/OPEN/A2/CW/04/2014, Daşkəsən şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və çirkab sutəmizləyici qurğunun layihələndirilməsi və tikintisi
Azərbaycan Respublikası İslam İnkişaf Bankından (İİB) 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinin yerinə yetirilməsi üçün maliyyə vəsaiti almışdır. Bu vəsaitin bir hissəsinin Daşkəsən şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və sutəmizləyici qurğunun layihələndirilməsi və tikintisi üzrə müvafiq ödənişlərdə tətbiqi nəzərdə tutulur.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti uyğun tender iştirakçılarını Daşkəsən şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və çirkab sutəmizləyici qurğunun layihələndirilməsi və tikintisi üzrə aşağıdakılardan ibarət, lakin bununla məhdudlaşdırılmayan möhürlənmiş tender təklifləri ilə tenderdə iştiraka dəvət edir:
Su təchizatı sistemi
Su alma qurğusu - 5 ədəd;
Magistral su xətti – 20.8 km;
Su anbarları 1x2000m3, 2x1000m3, 1x500m3
Xlorlama binası;
Su paylama şəbəkəsinin tikintisi – 18.3 km;
Ev qoşulmaları – 2560 ədəd
Kanalizasiya sistemi
Kanalizasiya şəbəkəsinin tikintisi – 21.1km;
Kanalizasiya kollektorunun tikintisi – 0.078 km (78 m);
3,500 m³/gün tutuma malik ÇSTQ-nın layihələndirilməsi və tikintisi
Qalibin seçilməsi www.isdb.org intenet səhifəsində əldə oluna bilən və təlimatlarda müəyyən olunduğu kimi yalnız üzv ölkələr üçün deyil, həmçinin İİB üzv ölkələrindən olan bütün tender iştirakçılarına açıq olan İİB-nın Maliyyələşdirilməsi ilə İİB-nın Satınalma Qaydalarında müəyyən olunduğu şəkildə postkvalifikasiya prosedurları ilə həyata keçiriləcəkdir.
Tenderdə iştirak etmək istəyən uyğun iştirakçılar tender sənədlərini Moskva prospekti 67, 2-ci mərtəbə, Bakı, AZ1012, Azərbaycan, telefon: +994124314792, faks: +99412 5983814 ünvanında yerləşən "Azərsu" ASC-nin Tenderlərin idarə olunması şöbəsinin rəisi cənab İlqar Tağıyevə müraciət etməklə əldə edə bilərlər.
Tender sənədlərinin tam dəsti tenderdə iştirak etmək istəyən iştirakçılar tərəfindən yuxarıda qeyd olunan ünvana yazılı müraciət təqdim olunmaqla və 300 (üç yüz) AZN və ya 400 (dörd yüz) ABŞ dolları məbləğində geri ödənilməyən iştirak haqqı ödənilməklə əldə oluna bilər.
Alıcının adı: "AZƏRSU" ASC
INTP: 9900001751
Alıcının Bankı: Azərbaycan Respublikası Kapital Bankı, Nəsimi şöbəsi 1
INTP: 9900003611
Yerli valyuta hesab №: AZ65AIIB33070019441100216111
Xarici valyuta hesab №: AZ55AIIB33170018401100216111
Kod: 200112
SWIFT kodu: AIIBAZ2X
Tender təklifləri 800 000 (səkkiz yüz min) ABŞ dolları həcmində bank təminatı ilə birgə 07.11.2014-cü il tarixində Bakı vaxtı ilə saat 16:00-da və ya ondan əvvəl yuxarıda qeyd olunan ünvana təqdim olunmalıdır.
Tender təkliflərinin açılışı tender iştirakçılarının nümayəndələrinin iştirakı ilə 07.11.2014-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən "Azərsu" ASC-nin 2-ci mərtəbəsindəki tenderlərin təşkili və idarə olunması şöbəsində həyata keçiriləcəkdir.
Uyğun yerli iştirakçılara tender təkliflərinin qiymətləndirilməsi zamanı 7.5 faiz həcmində üstünlük həddi tətbiq ediləcəkdir.