Tenderə dəvət Noadb/azersu/wssip/mff032-T3-icb 01/agcabedi




Yüklə 21.12 Kb.
tarix22.02.2016
ölçüsü21.12 Kb.
Tenderə dəvət
NoADB/AZERSU/WSSIP/MFF032-T3-ICB-1.01/AGCABEDI
Tarix: 10 iyul 2015-ci il

Kreditin nömrəsi və adı: Loan 3079 -AZE, Su təchizatı və kanalizasiya investisiya proqramı–Layihə 3

Müqavilənin nömrəsi və adı: MFF-032-T3-ICB-1.01, Ağcabədi şəhərində suqəbuledici qurğuların tikintisi və su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması (Beynəlxalq Müsabiqəli Tender)

Tender təkliflərinin son təqdim etmə tarixi: 11 sentyabr, 2015-ci il, saat 16.00 (Bakı, yerli vaxt)




  1. Azərbaycan Respublikası Asiya İnkişaf Bankından (AİB) Kredit 3079–AZE, Su təchizatı və kanalizasiya investisiya proqramı–Layihə 3 çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədilə kredit vəsaiti almışdır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-ə üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/Qeyri-məqbul" qiymətləndirmə meyarları tenderin əsas şərtlər toplusunun 3-cü bölməsində (Qiymətləndirmə və kvalifikasiya meyarları) göstərilmişdir.




  1. Azərsu Açıq Səhmdar Cəmiyyəti (“Sifarişçi”), Ağcabədi şəhərində Suqəbuledici qurğuların tikintisi və su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və bunlarla məhdudlaşmayan aşağıdakılardan ibarət (“İşlər”) işlərin satınalması məqsədilə uyğun iddiaçıları qapalı, möhürlü təkliflərini təqdim etməyə dəvət edir:

Su qəbuledici qurğular




          • Xarici hasarlama, abadlaşdırma və boru işləri,

          • Gözətçi evi,

          • Xlorator binasının inşası,

          • 2 ədəd 5000 m3 su anbarlarının inşası,

          • Siyirtmə kamerası,

          • Şambo,

          • Transformator və generator

Su təchizatı sistemi





  • Su paylayıcı şəbəkənin tikintisi–təxminən 214 000 m

  • Asfalt və çınqıllı yolların bərpası–64 000 m

  • 8500 dəst su sayğaclarının qoşulması və təchizatı daxil olmaqla ev bağlantıları

Kanalizasiya sistemi




  • Çirkab su (kanalizasiya) şəbəkəsinin tikintisi–206 000 m

  • Asfalt yolların bərpası–61 500 m.

  • kanalizasiya nasos stansiyalarının tikintisi və 900 m təzyiqli boru xətti (diametri 355mm)

  • Ev bağlantıları–7800 dəst

Layihənin icra müddəti 730 gündür


Yuxarıda qeyd olunmuş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. İddiaçılar tenderin əsas şərtlər toplusunun 6-cı Bölməsində (Sifarişçinin tələbləri) qeyd olunmuş məlumatları nəzərdən keçirməlidir.
3. Beynəlxalq müsabiqəli tender AİB-in bir-mərhələ (bir zərf) proseduruna uyğun olaraq aparılacaqdır və tenderin əsas şərtlər toplusunda qeyd olunmuş AİB-ə üzv ölkələrdən olan bütün İddiaçılar üçün açıq elan edilmişdir.
4. Tenderdə yalnız aşağıdakı əsas kvalifikasiyalara malik uyğun iddiaçılar iştirak etməlidir:


  • Hazırda icra olunan və ya son üç ildə başa çatmış müqavilə üçün təsdiq edilmiş ödənişlərin cəmi kimi hesablanmış yüz on doqquz milyon ABŞ dolları (US$ 119,000,000.00) dəyərində minimum orta illik tikinti dövriyyəsi;

  • İddiaçının maliyyə mənbəyi haqqında tələblərə cavab vermək üçün, iddiaçı müqavilə üzrə on dörd milyon doqquz yüz min ABŞ Dolları (US$ 14.900.000) məbləğində hər hansı avans ödənişdən savayı, likvid aktivlər, girov qoyulmamış daşınmaz əmlak, kredit xətləri və digər maliyyə vəsaitləri kimi maliyyə mənbələrinə çıxış imkanlarını və ya onların əldə edilmə mümkünlüyünü barədə məlumat təqdim etməlidir;

  • İddiaçının podratçı, idarə edən podratçı və ya subpodratçı qismində son beş il ərzində hər biri ən azı yetmiş beş milyon (US$ 75,000,000.00) ABŞ dolları dəyərində olan müvəffəqiyyətlə və ya əhəmiyyətli dərəcədə tamamlanmış, eləcə də təklif olunan işlərə bənzər ən azı bir (1) müqavilədə iştirakı barədə məlumat təqdim edilməlidir;

  • Bütün məhkəmə mübahisələri (mövcud olarsa) İddiaçının əleyhinə həll edilmiş hesab edilərək, ümumilikdə İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır.

5. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:


Cənab İlqar Tağıyev, Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi
Azərsu Açıq Səhmdar Cəmiyyəti

Moskva Prospekti 67

AZ1012 Bakı, Azərbaycan

Tel: +994 12 431 47 92

Faks: +994 12 598 38 14

E-mail: i.tagiyev@azersu.az / mahal.osmanli@azersu.az


6. Tenderin əsas şərtlər toplusunu ingilis dilində əldə etmək üçün iddiaçılar yuxarıda qeyd olunmuş ünvana yazılı şəkildə müraciət etməli və aşağıdakı hesab nömrəsinə üç yüz (300) AZN və yaxud üç yüz (300) ABŞ dolları məbləğində geri qaytarılmayan məbləği ödəməlidirlər:


  • Benefisiarın adı: “Azərsu” ASC

  • VÖEN: 9900001751

  • Benefisiarın bankı: Azərbaycan Kapital Bankı, Nəsimi filialı 1

  • VÖEN: 9900003611

  • Yerli valyuta ilə hesab No: AZ65AIIB33070019441100216111

  • Xarici valyuta ilə hesabı No: AZ55AIIB33170018401100216111

  • Kod: 200112

  • SWIFT kodu: AIIBAZ2X

Tenderin əsas şərtlər toplusunu müvafiq hesaba ödənişi təsdiq edən qəbzi təqdim etməklə əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" ASC tenderin əsas şərtlər toplusunu kuryer vasitəsilə iddaçılara göndərə bilər. Tenderin əsas şərtlər toplusu yalnız elektron formatda (DVD) təqdim olunacaqdır.


7. Təkliflərin təqdim olunması aşağıdakı formada olmalıdır:
Təkliflər tenderin əsas şərtlər toplusunda (1 və 2-ci Bölmələr, paraqraf: ITB 19.1) göstərildiyi kimi Tender zəmanəti ilə birlikdə “Azərsu” ASC, Moskva prospekti 67, 3-cü mərtəbə, Tender və beynəlxalq layihələrin idarə olunması departamenti, AZ1012 Bakı, Azərbaycan ünvanına, Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisinin diqqətinə.


  • 11 sentyabr 2015-ci il saat 16:00 tarixdə və ya bu tarixdən gec olmamaq şərti ilə təqdim edilməlidir.

  • Tenderin əsas şərtlər toplusunda göstərilən Tender zəmanəti məktubu (bölmə 1 və 2, para. İTB 19.1) ilə birlikdə.

8. Tender təklifləri son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.




Tender komissiyası


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə