Tenderə DƏVƏT “Azərsu” Açıq Səhmdar Cəmiyyəti




Yüklə 17.32 Kb.
tarix11.04.2016
ölçüsü17.32 Kb.
TENDERƏ DƏVƏT

Azərsu” Açıq Səhmdar Cəmiyyəti
“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamına əsasən “Əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi” məqsədilə Smart-kart tipli su sayğaclarının təchizatı və quraşdırılması işlərinin satın alınması üzrə
AÇIQ TENDER ELAN EDİR
İşlərin təhvil verilmə müddəti: 31 dekabr 2016-cı il tarixinə qədər.

Müqavilənin identifikasiya nömrəsi və adı: 5 lot üzrə 50 000 sayda Smart-kart tipli sayğac quraşdırılması

Lot 1- Y1/STQ/2016/1

Lot 2- Y1/STQ/2016/2

Lot 3- Y1/STQ/2016/3

Lot 4- Y1/STQ/2016/4

Lot 5- Y1/STQ/2016/5

Nəzərdə tutulan işlər:



Lot 1- Y1/STQ/2016/1 –9000 sayda abonentin (7349 həyət evi, 1651 bina evi) suölçən cihazlarla təmin edilməsi

Suraxanı rayonu -5 900 abonent ,

Xəzər rayonu – 1 465 abonent ,

Pirallahı rayonu 1635 abonent .



Lot 2- Y1/STQ/2016/2 –9000 sayda abonentin (5697 həyət evi, 3303 bina evi) suölçən cihazlarla təmin edilməsi

Nizami rayonu -5 997 abonent ,

Xətai rayonu – 3003 abonent .

Lot 3- Y1/STQ/2016/3 –9000 sayda abonentin (6068 həyət evi, 2932 bina evi) suölçən cihazlarla təmin edilməsi

Sabunçu rayonu -4 967 abonent ,

Bağlar – 4033 abonent .

Lot 4- Y1/STQ/2016/4 –9000 sayda abonentin (8500 həyət evi, 500 bina evi) suölçən cihazlarla təmin edilməsi

Abşeron rayonu -3 740 abonent ,

Qaradağ rayonu – 3 400 abonent,

Sumqayıt şəhəri – 1 860 abonent.



Lot 5- Y1/STQ/2016/5 –14 000 sayda abonentin (8438 həyət evi, 5562 bina evi) suölçən cihazlarla təmin edilməsi

Nəsimi rayonu -4 000 abonent ,

Nərimanov rayonu – 1 915 abonent,

Binəqədi rayonu – 3 000 abonent,

Yasamal rayonu – 3 000 abonent,

Səbail rayonu – 2 085 abonent.


Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Həmin təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyətı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu meyarlarına üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və beynəlxalq layihələrin idarəolunması departamentindən (Əlaqələndirici şəxs: Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 431 47 67/87, Fax: + 99 412 4314792 E-mail: i.tagiyev@azersu.az, murad.abişev@azersu.az) əldə edə bilərlər.


Tenderdə iştirak haqqı: hər lot üzrə 300,00 (üç yüz) AZN
Benefisiarın adı: “AZƏRSU” ASC

VÖEN: 9900001751

Benefisiarın bankı: “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Bank VÖENİ: 9900003611

Yerli valyuta hesabı: AZ65AIIB33070019441100216111

Xarici valyuta hesabı: AZ55AIIB33170018401100216111

Kod: 200112

SWIFT Kod: AIIBAZ2X


Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 40 bank günü ərzində qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 70 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- İddiaçının son 5 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri, imza səlahiyyətləri;

-Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, iş həcmləri və bank təminatı istisna olmaqla) 5 may 2016-cı il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 may 2016-cı il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və beynəlxalq layihələrin idarəolunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 17 may 2016-cı il saat 16:00-a açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.




Tender komissiyası

5 aprel 2016-cı il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə