Tenderdə iştirak üçün dəvət




Yüklə 15.15 Kb.
tarix22.02.2016
ölçüsü15.15 Kb.
Tenderdə iştirak üçün dəvət
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Almaniya İnkişaf Bankı (KfW) və İsveçrə iqtisadi inkişaf təşkilatı (SECO) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsi üzrə Azərbaycan Hökumətinin pay iştirakı hesabına Maliyyə hesabatlarına dair audit xidmətlərinin satınalınması çərçivəsində aşağıdakı xidmətlərin həyata keçirilməsini nəzərdə tutur:

  1. “Azərsu” ASC “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2013 və 2014-cü illər üzrə;

  2. “Azərsu” ASC “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2013 və 2014-cü illər üzrə;

  3. “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsinin üzrə 2012, 2013 və 2014-cü illər üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanından (Əlaqələndirici şəxs: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 431 47 67/87, Faks: + 99 412 4314792, E-poçt: i.tagiyev@azersu.az və Tender və müqavilələrin idarə olunması şöbəsinin satınalma üzrə mütəxəssisi Novruzov İntizam, E-poçt intizam.novruzov@azersu.az) ala bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat



VÖEN:

9900001751

Bank:

“Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu:

200112

Bank VÖENi:

9900003611

H/h:

AZ65AIIB33070019441100216111

M/h:

AZ37NABZ01350100000000001944

SWIFT

AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:


  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  4. Tender təklifi dəyərinin 2 (iki) % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  9. Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakın girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (bir əsli və iki surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)17 mart 2015-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 07 aprel 2015-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və beynəlxalq layihələrin idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.



İddiaçıların təklifləri olan zərflərin açılışı 07 aprel 2015-ci il yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.



Tender Komissiyası


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə