Tender təKLİFİ ÜÇÜn dəVƏT




Yüklə 7.24 Kb.
tarix04.03.2016
ölçüsü7.24 Kb.


TENDER TƏKLİFİ ÜÇÜN DƏVƏT
Norveç Qaçqınlar Şurasının (NQŞ) Azərbaycan nümayəndəliyi Bakı şəhəri Qaradağ rayonunda həyata keçirilən “Şəhər ətrafı məskunlaşma” layihəsi çərçivəsində 2006-cı il ərzində təxminən 20 ədəd 1, 2 və 3 - otaqlı evlərin tikintisi üçün lazım olan tikinti materiallarının təchizatı barədə istənilən şirkət və müəssisələri açıq tenderə dəvət edir.
Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:


  • Vergi Ödəyicisinin Eyniləşdirmə nömrəsinin (VÖEN) surəti

  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

  • Tender təklifi qiymətinin 5%-i həcmində bank zəmanəti

  • İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

  • Əməkdaşlıq etdiyi təşkilatlardan tövsiyə məktubları (əgər varsa)


Bütün tələb olunan sənədlərin tarixi tender prosedurası müddətinə uyğun olmalı və əsilləri təqdim olunmalıdır. Tender iştirakçıları üçün təlimat və tender təklifi formasının çap olunmuş və ya elektron versiyasını NQŞ-nin Bakı ofisindən əldə etmək olar. İddiaçılar Tender təklif formasını NQŞ ofisində əldə etməmişdən qabaq müəssisənin hüquqi sənədlərinin surətini və bank rekvizitlərini təqdim etməlidirlər. Tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədlər və doldurulmuş Tender təklifi forması 17 aprel 2006-cı il, saat 11.00 qədər möhürlənmiş zərfdə təqdim olunmalıdır.
Gecikdirilmiş təkliflər açılmadan geri qaytarılacaqdır.

İşin görülmə yeri: Bakı şəhəri, Qaradağ rayonu
Çatdırılma ünvanı: Norveç Qaçqınlar Şurası

Bakı şəhəri, M.İbrahimov, 14

Tel: 492-67-76

492-68-64
Əlaqələndirici şəxs: Çələbi İsmayılov

Tel: (050) 323-42-91


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə