Tender ə d ə V ə t tarix: 18 noyabr 2014-cü IL Tenderə dəvət No: 4/509-1




Yüklə 7.01 Kb.
tarix10.04.2016
ölçüsü7.01 Kb.
T E N D E R Ə D Ə V Ə T

Tarix: 18 noyabr 2014-cü il

Tenderə dəvət No: 4/509-1
Azərbaycan Respublikası Hökuməti “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin maliyyələşdirilməsi üçün Səudiyyə İnkişaf Fondundan (SİF) kredit vəsaiti almışdır. Bu kreditin Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işlərinin həyata keçirilməsi üçün istifadəsi nəzərdə tutulur.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti uyğun tender iştirakçılarını Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə möhürlənmiş tender təklifləri ilə tenderdə iştiraka dəvət edir:

Tenderdə iştirak etmək istəyən uyğun iddiaçılar tender sənədlərini Bakı, Azərbaycan AZ1012, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi İlqar Tağıyevə müraciət etməklə əldə edə bilərlər, telefon: +994 12 431 47 92, faks: +994 12 431 47 92, e-mail: i.tagiyev@azersu.az.

Tender sənədlərinin tam dəsti tenderdə iştirak etmək istəyən iddiaçılar tərəfindən yazılı müraciət təqdim olunmaqla və 350 (üç yüz əlli) AZN və ya 450 (dörd yüz əlli) ABŞ dolları məbləğində geri ödənilməyən iştirak haqqı ödənilməklə əldə oluna bilər.



Alıcının adı: “AZƏRSU” ASC

VÖEN: 9900001751

Alıcının Bankı: Azərbaycan, Kapital Bank, 1 saylı Nəsimi filialı

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi №: AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi №: AZ55AIIB33170018401100216111

Kod: 200112

SWIFT kodu: AIIBAZ2X

Tender təklifləri 1 000 000,00 (bir milyon) ABŞ dollar həcmində bank təminatı ilə birgə 22 yanvar 2015-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər və ya ondan əvvəl yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

Tender təklifləri tender iştirakçılarının nümayəndələrinin iştirakı ilə 22 yanvar 2015-ci il, Bakı vaxtı ilə saat 16:00-da Bakı, Azərbaycan AZ1012, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” ASC-nin inzibati binasında açılacaqdır.

Uyğun yerli iştirakçılara tender təkliflərinin qiymətləndirilməsində 7,5 faiz həcmində üstünlük həddi tətbiq olunacaqdır.



Tender komissiyası.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə