TƏMİnatinin qisa xülasəSİ personalin (FİZİKİ ŞƏxsləRİN) siğortasi – BƏDBƏxt hadiSƏLƏRDƏN siğorta




Yüklə 14.63 Kb.
tarix26.04.2016
ölçüsü14.63 Kb.
TƏMİNATININ QISA XÜLASƏSİ

PERSONALIN (FİZİKİ ŞƏXSLƏRİN) SIĞORTASI – BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTA




Sığorta riskləri

Təminat

İstisnalar*

1

Bədbəxt hadisə nəticəsində bədbəxt hadisənin baş verdiyi gündən etibarən bir il ərzində sığortalının ölümü

Sığorta ödənişi əvvəl ödənilmiş bütün məbləğlər çıxılmaqla sığorta məbləğinin 100%-i həcmində sığorta müqaviləsində qeyd olunan Sığortalının fayda götürəninə (əgər qeyd olunmayıbsa, onda qanuni varisinə) verilir.

ÜMUMİ İSTİSNALAR.

  • müharibə (elan olunmuş və olunmamış), işğal, düşməncəsinə hərəkətlər, terror aktları, xarici qəsbkarların hərəkətləri,vətəndaş müharibəsi, inqilab, qiyam, üsyan, çevriliş, hərbi əməliyyatlar və digər oxşar hadisələr;

  • nüvə partlayışının, radiasiyanın, radioaktiv və digər növdə yoluxmanın təsiri

  • sığortalı şəxsin intiharı (intihara qəsd etməsi);

  • sığortalının sığorta hadisəsinin baş verməsinə yönəlik bilərəkdən hərəkətləri və ya qəsdən özünə ziyan yetirməsi / kobud;

  • sığortalı şəxsin alkoqollu, narkotik və ya toksiki sərxoşluğu;

  • sığortalı şəxsin alkoqollu, narkotik və ya toksiki sərxoş vəziyyətdə nəqliyyatı idarə etməsi və ya sürücülük hüququ olmayan şəxsə nəqliyyatı idarə etməyi etibar etməsi;

  • mülki aviasiyanın peşəkar pilot tərəfindən idarə olunan təyyarəsində sərnişin qismində uçmaq istisna olmaqla sığortalı şəxsin uçan aparatda uçması, onu idarə etməsi;

  • sığortalı şəxsin

- ovçuluq, balıqçılıq, alpinizm və s.,

- qış idman növləri (xizək sürmə, hokkey və s.),

- akvalanqla sualtı üzmə, adətən qarmaq və kəndir istifadə olunan dağa dırmanma və ya alpinizm, speleologiya, deltaplançılıq, paraşutçuluq, atla ov, idman yarışmalarının bütün növləri, moto-, avto-, veloyarışmalar;

- fəaliyyətin və idmanın digər təhlükəli növləri ilə məşğul olması



2

Bədbəxt hadisənin baş verdiyi gündən etibarən bir il ərzində sığortalının bədbəxt hadisə nəticəsində, ona 1-ci qrup, 2-ci qrup və ya 3-cü qrup əlilliyin təyin olunmasına gətirib çıxaran, orqanlarının və orqanizminin toxumalarının anatomik bütövlüyünün və / və ya fəaliyyətinin pozulması

Sığortalı şəxsə sığorta ödənişi aşağıdakı həcmdə verilir:

Sığorta şirkəti sığorta ödənişini əvvəl ödənilmiş bütün məbləğlər çıxılmaqla iş qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq

1-ci qrupa - sığorta məbləğinin 100%-i həcmində;

2-ci qrupa - sığorta məbləğinin 70%-i həcmində;

3-cü qrupa - sığorta məbləğinin 40%-i həcmində

həyata keçirir



3

Bədbəxt hadisə nəticəsində iş qabiliyyətinin müvəqqəti itirilməsi

Sığortalı şəxsə iki həftəlik gözləmə müddətindən sonra (ilk iki həftə ərzində sığorta ödənişi verilmir) 24 həftə ərzində iş qabiliyyətinin itirildiyi hər həftə üçün aylıq əmək haqqının 20%-i həcmində sığorta ödənişi verilir

4

Bədbəxt hadisə nəticəsində tibbi xərclər

sığorta ödənişi sığorta məbləğinin 5%-indən çox olmayaraq çəkilmiş tibbi xərclər həcmində verilir




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə