Təlim Proqramının təsviri




Yüklə 33.24 Kb.
tarix22.02.2016
ölçüsü33.24 Kb.



Ali təhsil müəssisələrinin müəllim heyəti üçün təlim kursu

ADA Universiteti, Təhsilin İdarə olunması fakültəsi sizləri “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibı”üzrə təlimində iştirak etməyə dəvət edir.



Təlim Proqramının təsviri

Təqdim olunan təlim proqramının başlıca məqsədi təlim prosesinin uğurlu təşkili üçün əsas vasitə olan müəllimin fərdi işçi planının hazırlanması və müasir təlim metodları ilə bağlı təlim iştirakçılarının bilik və bacarıqlarının artırılmasıdır. Təlim proqramı müasir metodlarna uyğun olaraq fərdi, cütlüklərlə və kiçik qruplarla, eləcə də plenar müzakirələrdə 2 günlük nəzəri-təcrübi məşğələdir.


Təlim aşağıdakı mövzuları əhatə edəcək:

  • Tələbəyönümlü təlim metodunun başlica xüsusiyyətləri və məqsədləri

  • Tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları

  • Tələbələrin öyrənmə mərhələləri və ona müvafiq olan fəaliyyət növləri

  • Müəllimin fərdi işçi planını tərtib etmə prinsipləri. İşçi planının komponentləri.

  • Fənnin təsvirinin əhəmiyyəti

  • Blumun taksonomiyası və kursun məqsədləri.

  • Kursun məqsədlərinə cavab verən qiymətləndirmə metodları: İmtahanlar, testlər, inşalar, tənqidi yazılar, təqdimatlar. Qiymətləndirmə sistemləri və meyarları.

  • Tələbələrin fənni qiymətləndirməsi. Qiymətləndirmənin mühüm xüsusiyyətləri. Qiymətləndirmənin komponentləri. Qiymətləndirmənin tədris proqramına təsiri

  • Müzakirənin strategiyası. Sinifdə müzakirələrin canlandırılması. Tələbələrin müzakirələrdə fəal iştirakı

  • Böyük qruplarda iş. Seminar dərslərin təşkili. Böyük qruplarda tələbə iştirakının təşkili

  • Tələbələrdə öyrənmə həvəsinin və istəyinin artırılması. Müxtəlif öyrənmə üsulları.

Təlim iştirakçıları sonda aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnəcəklər:

  • tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq münasib təlim metodunu şeçmək;

  • tələbəyönümlü təlim metodlarını tədbiq edərək tələbələri təlim prosesinin fəal və məsuliyyətli iştirakçısına çevirmək;

  • tələbələrin savadlı, daim axtarışda olan və tənqidi təfəkkürə malik bir mütəxəssis, eləcə də vətəndaş kimi formalaşmasını nəzərdə tutan “İşçi plan”ı ( syllabus) hazırlamaq.

Təlim haqqında məlumatlar:

Təlimin müddəti: 2 gün

Təlimin keçirilmə vaxtı: 27-28 fevral 2015-ci il saat 9:30-dan 16:30-a qədər

Təlimin keçirilmə yeri: ADA Universiteti

Təlimin xidmət haqqı: 180 AZN (bank hesabına köçürmə yolu ilə)

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Maraqlananlar qeydiyyat üçün aşağıda verilən müraciət formasını doldurub snabiyeva@ada.edu.az e– ünvana göndərə bilərlər.

Saidə Nəbiyeva, Proqram Meneceri

ADA Universiteti, Təhsilin İdarə Olunması Fakültəsi


(012) 4373532,daxili nömrə 348

Son müraciət tarixi: 10 fevral 2015-ci il.





ADA UNİVERSİTETİ

TƏLİM KURSUNA QƏBUL ÜÇÜN MÜRACİƏT FORMASI

  1. ŞƏXSİ MƏLUMAT


Adı, soyadı və atasının adı







Doğulduğu yer və tarix







Ev ünvanı







Əlaqə telefonu







E-poçtu:










  1. TƏHSİL




Təhsil Müəssisəsinin adı

Fakültə, ixtisas

Dərəcə

Qəbul olma və bitirmə tarixi

Orta təhsil













Ali təhsil















  1. İŞ TƏCRÜBƏSİ




Müəssisənin, təşkilatın adı

Vəzifə

İşə qəbul və çıxma tarixi






























  1. İXTİSASARTIRMA (KURS VƏ TƏLİMLƏR):

Kurs, təlim, seminarin mövzusu

Təşkilatın adı

Keçirildiyi yer

Başlama/Bitirmə







































  1. TƏLİMDƏ ƏHATƏ OLUNAN MÖVZULAR




Mövzunun adı

Siyahıda verilmiş mövzuları seçin və digər maraqlandığınız mövzuları əlavə edin

☐ Tələbəyönümlü təlim metodunun başlica xüsusiyyətləri və məqsədləri

☐ Tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları.

☐ Tələbələrin öyrənmə mərhələləri və ona müvafiq olan fəaliyyət növləri

☐ Müəllimin fərdi işçi planını tərtib etmə prinsipləri. İşçi planının komponentləri.

☐ Fənnin təsvirinin əhəmiyyəti

☐ Tələbənin qiymətləndirilməsi. Qiymətləndirmə metodları və komponentləri

☐ Sinifdə davranış qaydaları

☐ Müzakirənin strategiyası

☐ Tələbələrin öyrənmə həvəsinin və istəyinin artırılması. Müxtəlif öyrənmə üsulları.

☐ Digər ( mövzunu qeyd edin)




Vİ. ƏLAVƏ MƏLUMAT

Özunuz haqqında digər məlumatı əlavə edə bilərsiniz









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə