TeleviZİya və GƏncliK




Yüklə 176.12 Kb.
tarix20.04.2016
ölçüsü176.12 Kb.
TELEVİZİYA VƏ GƏNCLİK” MÖVZUSUNDA ANONİM RƏY SORĞUSU
Sorğu Sumqayıt şəhərinin ali və orta ixtisas məktəblərində təhsil alan, müxtəlif dövlət idarə, müəssisə və təşkilatlarında işləyən, eləcə də müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərən gənclər arasında keçirilmişdir. Sorğu 305 nəfər gənc arasında keçirilmişdir. Sorğuda iştirak edən şəxslər aşağıdakı yaş qruplarına bölünür:
14-19 yaş qrupu-131 nəfər, yəni respondentlərin 42,96 %

20-24 yaş qrupu-90 nəfər, yəni respondentlərin 29,5 %

25-29 yaş qrupu-64 nəfər, yəni respondentlərin 20,98 %

30 yaş və yuxarı yaş qrupu-20 nəfər, yəni respondentlərin 6,56 %


Respondentlərin 115 nəfəri, yəni 37,7%-i kişi, 190 nəfəri, yəni 62,3%-i qadındır.
Respondentlərin təhsil səviyyəsi aşağıdakı kimidir.
Ali-101 nəfər, yəni respondentlərin 33,11 %-i

Natamam ali-91 nəfər, yəni respondentlərin 29,84 %-i

Orta ixtisas-25 nəfər, yəni respondentlərin 8,2 %-i

Natamam orta ixtisas- 50 nəfər, yəni respondentlərin 16, 39%-i

Orta-9 nəfər, yəni respondentlərin 2,95 %

Natamam orta-20 nəfər, yəni respondentlərin 6,56 %-i

9 respondent, yəni 2,95%-i isə bu suala cavab verməmişdir.
305 Respondentdən 277 respondent öz peşələrini aşağıdakı kimi göstərmişdir:
Tələbə-136 nəfər, yəni respondentlərin 44,59 %-i

Müəllim-53 nəfər, yəni respondentlərin 17,38 %-i

şagird-20 nəfər, yəni respondentlərin 6,56 %-i

dövlət və bələdiyyə qulluqçuları- 16 nəfər, yəni respondentlərin 5, 24 %-i

idmançı-10 nəfər, yəni respondentlərin 3,28 %

22 müxtəlif peşələr üzrə-42 nəfər, yəni respondentlərin 13,78 %-i

28 nəfər, yəni 9,18%-i isə peşələrini göstərməmişdir.
Həftə içi günlərdə neçə saat televiziyaya baxırsınız?” sualında 305 respondentdən 291-i, yəni 95,4%-i aşağıdakı şəkildə cavablamışdır.
0,5-2 saat- 90 nəfər, yəni respondentlərin 29,51 %-i

2-4 saat- 83 nəfər, yəni respondentlərin 27,21 %-i

4-6 saat-55 nəfər, yəni respondentlərin 18,03 %-i

6-8 saat 25 nəfər, yəni respondentlərin 8, 2 %-i

8 saatdan çox- 10 nəfər, yəni respondentlərin 11,15 %

Digərlər-1 nəfər, yəni respondentlərin 0,33 %-i

Ümumiyyətlə baxmıram-3 nəfər, yəni respondentlərin 0,98%-i

Cavablandırmayanlar- 14 nəfər, yəni respondentlərin 4, 59 %-i

Həftəsonu günlərdə neçə saat televiziyaya baxırsınız?” sualını 305 respondentdən 303-i, yəni 95,4%-i aşağıdakı şəkildə cavablamışdır.
0,5-2 saat- 58 nəfər, yəni respondentlərin 19,02 %-i

2-4 saat- 86 nəfər, yəni respondentlərin 28,02 %-i

4-6 saat-73 nəfər, yəni respondentlərin 23,93 %-i

6-8 saat 48 nəfər, yəni respondentlərin 15, 74 %-i

8 saatdan çox- 33 nəfər, yəni respondentlərin 10,82 %

Digərlər-1 nəfər, yəni respondentlərin 0,33 %-i

Ümumiyyətlə baxmıram-4 nəfər, yəni respondentlərin 1,31%-i

Cavablandırmayanlar- 2 nəfər, yəni respondentlərin 0, 66 %-i


Respondentlər “ən çox hansı televiziya kanalına baxırsınız?” sualına ümumilikdə 507 cavab veriblər. Respondentlər burada 31 kanal qeyd ediblər. Bu kanallardan 9-u Azərbaycanın, 5-i Avropa ölkələrinin 5-i Rusiyanın , 12-i isə Türkiyənin kanallarıdır. Kanalların sayı baxımdan Türkiyə kanalları irəlidə olsa da cavabların ümumi sayında Azərbaycan kanalları yüksək çəkiyə malikdir. 507 cavabdan 438-də , yəni 86,39%-də Azərbaycan kanallarını, 48-də, yəni 9, 47%-də Türkiyə kanallarını, 14-də, yəni 2,76 %-də Avropa kanallarını, 7-də, yəni 1,38%-də Rusiya kanalları qeyd edilmişdir. Ayrı –ayrı televiziya kanalları üçün verilən cavablar aşağıdakı cədvəldə göstərilmişdir.





Televiziya kanalının adı

Telezviziya kanalının yayınlandığı ölkə

Televiziya kanallarları üzrə cavabların (Respondentlərin) sayı

Televiziya kanalı üzrə cavabların sayının respondentlərin ümumi sayına nisbəti

Televiziya kanalı üzrə cavabların sayının ümumi cavablar nisbəti




1

2

3

4=3/305*100%

5=3/507*100%



Azad Azərbaycan TV

Azərbaycan

164

53,77%

32,35%



ANS TV

Azərbaycan

87

28,52%

17,16%



Xəzər TV

Azərbaycan

69

22,62%

13,61%



İctimai TV

Azərbaycan

46

15,08%

9,07%



İdman Azərbaycan

Azərbaycan

22

7,21%

4,34%



Lider TV

Azərbaycan

20

6,56%

3,94%



Kanal D

Türkiyə

12

3,93%

2,37%



Show TV

Türkiyə

11

3,61%

2,17%



Dünya TV

Azərbaycan

11

3,61%

2,17%



Az TV

Azərbaycan

10

3,28%

1,97%



Space TV

Azərbaycan

9

2,95%

1,78%



TRT1

Türkiyə

7

2,30%

1,38%



Discovery

Avropa

5

1,64%

0,99%



Star TV

Türkiyə

5

1,64%

0,99%



Kral TV

Türkiyə

4

1,31%

0,79%



National Geografic

Avropa

4

1,31%

0,79%



TNT

Rusiya

2

0,66%

0,39%



Animal Planet

Avropa

2

0,66%

0,39%



Muz TV

Avropa

2

0,66%

0,39%



Qala

Türkiyə

2

0,66%

0,39%



Viva

Türkiyə

2

0,66%

0,39%



Ren TV

Rusiya

2

0,66%

0,39%



Samanyolu TV

Türkiyə

1

0,33%

0,20%



MTV

Rusiya

1

0,33%

0,20%



TV3

Rusiya

1

0,33%

0,20%



NTV

Türkiyə

1

0,33%

0,20%



Turkshow

Türkiyə

1

0,33%

0,20%



NTV Spor

Türkiyə

1

0,33%

0,20%



Akıllı TV

Türkiyə

1

0,33%

0,20%



365 Cabel TV

Avropa

1

0,33%

0,20%



HTB

Rusiya

1

0,33%

0,20%










507







Cədvəldən göründüyü respondəntlər ən çox Azad Azərbaycan TV, ANS TV və Xəzər TV-yə baxırlar. 507 cavabdan 320-nə respondentlər bu ilk üç kanalı qeyd etmişdir ki, bu da ümumi cavabların 63, 12%-ni təşkil edir. Bu cədvəldən göründüyü kimi televiziya kanallarının göstəricilərində kəskin fərq mövcuddur. 5-ci yerdən etibarən bütün televiziya kanallarının göstəricilərin ümumu sayı 141 respondentdir bu da ümumi respondentlərin 27,81 %-ni təşkil edir ki, bu 1-ci yerdə gələn Azad Azərbaycan TV kanalının göstəricisindən aşağıdır.


Ən çox hansı verilişlərə baxırsınız?” sualına respondenlər verdiyi cavablar aşağıdakı nəticələri göstərmişdir.

305 respondent bu sualda ümumilikdə 1004 cavab qeyd etmişdir. Bu 1004 cavab aşağıdakı bölgü üzrə bölünmüşdür.








Verilişin tipi

Cavab verən respondentlərin sayı

Respondentlər cəmi üzrə faizlə nisbəti

Cavabların cəmi üzrə faizlə nisbəti

1

Xəbərlər

147

48,20%

14,64%

2

Maqazin, şou biznes və əyləncə

123

40,33%

12,25%

3

Bədii filmlər və seriallar

105

34,43%

10,46%

4

İntellektual yarışlar və digər istiqamətli müsabiqələr

104

34,10%

10,36%

5

Kriminal

79

25,90%

7,87%

6

Təhsil

79

25,90%

7,87%

7

İdman

76

24,92%

7,57%

8

Maarfiləndirici

61

20,00%

6,08%

9

Mədəniyyət

60

19,67%

5,98%

10

Araşdırma və sənədli filmlər

50

16,39%

4,98%

11

Hərbi-vətənpərvərlik verilişləri

40

13,11%

3,98%

12

İqtisadiyyat

33

10,82%

3,29%

13

Siyasi debatlar və verilişlər

30

9,84%

2,99%

14

Uşaq verilişləri

17

5,57%

1,69%

Bu sualdan belə nəticəyə gəlmək mümkündür ki, respondentlər ən çox xəbərlər və maqazın, şou biznes verilişlərinə daha çox meyl edirlər. İlk üç yerdə Xəbərlər verilişləri- 147 , maqazin və şou-biznes verilişləri 123 , Bədii filmlər və seriallar- 105 respondentlə ilk üç pillədə qərar tutublar. Bu üç yer ümumi cavabların 37,35 %-ni təşkil edir. Bu üçlüyü isə 104 respondentlə intellektual yarışlar və digər istiqamətli müsabiqələrlə 79 respondentlər kriminal verilişlər təşkil edir. Ümumilikdə bu beşlik ümumi cavabların 55,58 %-ni təşkil edir. Respondentlərin sosial təbəqə və yaş həddlərini nəzərə alsaq uşaq verilişlərinin ən aşağı pillədə qərar tutmasını təbii qarşılamaq mümkündür. Ən aşağı pillədə olanlar arasında 30 respondentlə siyasi debatlar və verilişlərin olması diqqəti cəlb edir. Axırıncı dörd pillədə qərar tutan hərbi-vətənpərvərlik, iqtisadiyyat, siyadi debatlar və uşaq verilişlərinə verilən ümumi cavabların 120 respondentdir ki, bu isə ikinci yerdə qərar tutan maqazın və şou biznes verilişlərindən 0,3 %, yəni 3 respondent azdır. Lakin bununla bərabər orta yerlərdə qərar tutan veriliş tipləri arasında fərq o qədər də böyük deyil.

305 respondent “Televiziyada ən çox baxdığınız verilişin adını və televiziya kanalını göstərin” sualına 20 müxtəlif televiziya kanalında yayınlanan 128 verilişi qeyd ediblər. Bu sual üzrə respondentlər ümumilikdə 757 cavab qeyd ediblər. Verilişlər üzrə respondentlərin sayı, verilişlərin xarakteri üzrə bölgüsü, hər bir verilişin ümumi respondentlərə nisbəti və ümumi cavablara olan nisbətinin faizlə ifadəsi əlavə cədvəldə göstərilmişdir. Cədvəldə ilk 10 yeri tutan verilişlər ümumi cavabların 51, 78 %-ni təşkil edir və bu verilişlər aşağıdakılardır.

1-ci yerdə Xəzər TV- “Xəzər-Xəbər”- 58 respondent, 2-ci yerdə ANS TV- “Xəbərçi”- 52 respondent, 3-ci yerdə Azad Azərbaycan TV-“LG Bilik Akademiyası”-48 respondent, 4-cü yerdə Azad Azərbaycan TV- “ATV Maqazin”-45 respondent, 5-ci yerdə İctimai TV- “Virtual Rinq”-42 respondent, 6-cı yerdə Azad Azərbaycan TV-“El İçində”-35 respondent, 7-ci yerdə ANS TV -“Cinayət işi”-34 respondent, 8-ci yerdə Azad Azərbaycan TV “Yağ kimi”-28 respondent, 9-cu yerdə ANS TV-“Bağlama”-26 respondent, 10-cu yerdə isə Xəzər TV-“Ay Zaur”-24 respondentlə ilk onluqda qərar tutublar. Göründüyü kimi ilk onluqda yer alan 4 veriliş Azad Azərbaycan TV, 3 veriliş ANS TV, 2 veriliş Xəzər TV-yə, 1 veriliş isə İctimai TV-yə məxsusdur. Maraqlı nəticələrdən biri isə odur ki ilk onluqda yer alan 5 veriliş şou biznes və əyləncəli veriliş, 2 veriliş xəbərlər veriliş, 2 veriliş intellektual yarış və 1 veriliş isə kriminal verilişdir. Bu sualın cavabı ən çox hansı televiziya kanalına baxırsınız sualının nəticələrinin təsdiq edir. Bu sualda cavabların televiziya kanalları üzrə bölgüsü aşağıdakı kimidir.






Televiziya kanalının adı

Cavablandırılan verilişlərin sayı

Kanalın bütün verilişləri üzrə cavabların sayı

Kanalın bütün verilişləri üzrə cavabların sayının ümumi cavablar nisbəti

Hər bir veriliş üçün verilən cavabların orta sayı

1

2

3

4

5

6=4/3*100%

1

Azad Azərbaycan TV

29

267

35,27%

9,21

2

ANS

19

168

22,19%

8,84

3

Xəzər TV

10

106

14,00%

10,60

4

İctimai TV

16

91

12,02%

5,69

5

Lider TV

13

36

4,76%

2,77

6

AZTV

5

28

3,70%

5,60

7

Space TV

12

23

3,04%

1,92

8

İdman Azərbaycan

2

10

1,32%

5,00

9

Dünya TV

5

8

1,06%

1,60

10

Muz TV

3

3

0,40%

1,00

11

TRT1

2

3

0,40%

1,50

12

DTV (Rusiya)

1

2

0,26%

2,00

13

Kanal D

2

2

0,26%

1,00

14

NTV

1

2

0,26%

2,00

15

ORT

2

2

0,26%

1,00

16

TNT

2

2

0,26%

1,00

17

MTV

1

1

0,13%

1,00

18

Samanyolu TV

1

1

0,13%

1,00

19

SHOW TV

1

1

0,13%

1,00

20

Animal Planet

1

1

0,13%

1,00

21

Cəmi

128

757







Cədvəldən göründüyü kimi ən çox Azad Azərbaycan TV, ANS TV və Xəzər TV-nin proqrmalarına baxırlar. Bu üç kanalın verilişləri üzrə cavabların cəmi ümumi cavabların 71,47%-ni təşkil edir. Analoji göstərici ilk iki kanal üçün isə 57, 46% təşkil edir. Lakin hər bir veriliş verilən cavabların orta sayı baxımdan Xəzər TV irəlidə gedir. Cavablara əsasən Xəzər TV-nin 1 verilişinə orta hesabla 10.6 respondent baxır. Analoji rəqəm üzrə Azad Azərbaycan TV -9.21 respondentlə ikinci yerdə, ANS TV isə 8.84 respondentlə üçüncü yerdə gedir.


Verilişlərin isitiqamətləri üzrə bölgü aşağıdakı şəkildə göstərilib




Verilişin istiqamət adı

Respondentlərin ümumi cavablarının arasında sayı

Verilişin istiqaməti üzrə cavabların sayının ümumi cavablara faizlə nisbəti

1

Şou-biznes və əyləncəli verilişlər

282

37,25%

2

Xəbərlər verilişləri

159

21,00%

3

İntellektual yarış verilişləri

118

15,59%

4

Maarifləndirici verilişlər

54

7,13%

5

Kriminal verilişlər

39

5,15%

6

Müxtəlif istiqamətli verilişlər

36

4,76%

7

İdman verilişləri

28

3,70%

8

Müsabiqə xarakterli verilişlər

20

2,64%

9

Mədəniyyət verilişləri

7

0,92%

10

Uşaq verilişləri

6

0,79%

11

Kino verilişləri

4

0,53%

12

Hərbi-vətənpərvərlik verilişləri

4

0,53%




CƏMİ

757

100%













Cədvəldə göründüyü kimi respondentlər ən çox şou-biznes və əyləncəli verilişlərə (37, 25%) və xəbərlər verilişinə (21%) daha çox baxırlar. Ən az baxılan verilişlər isə hərbi-vətənpərvərlik, uşaq, kino və mədəniyyət verilişləridir. Cədvəldən göründüyü kimi burada verilişlərin istiqamətlərində çox böyük fərqin olduğunu müşahidə etmək mümkündür. 1-ci və 2-ci yer arasında 16,25% fərqin olması, 4-ci yerdən axırıncı yerə qədər gələn veriliş istiqamətlərinin ümumi nəticəsinin (26,16%) 1-ci yerdə olan istiqamətdən 11,09 % geri qalması istiqamətlər üzrə maraqların kəskin fərqlərindən xəbər verir.

İkinci bir məqam ondan ibarətdir ki, ən yüksək reytinqli ilk iki veriliş (Xəzər TV-“Xəzər Xəbər”, ANS TV “Xəbərçi”) xəbərlər istiqaməti üzrə olmasına baxmayaraq verilişlərin istiqamətləri üzrə ümumi göstəricidə şou biznes verilişləri irəlidə gedir. Burada ziddiyətli bir məqam yoxdur. Bunun əsas səbəblərindən biri budur ki, şou-biznes və əyləncəli verilişlərin sayı sorğunun nəticələrinə görə 29 –dur. Lakin xəbərlər verilişlərinin sayı isə 19-dur. Bu baxımdan 29 verilişin cəmi 19 verilişin cəmindən daha yüksək çıxacaq.
Respondentlər 6-cı suala, yəni “televiziya kanallarında yayınlanan seriallara baxırsınızmi?” sualının aşağıdakı şəkildə cavablamışdır.

159 nəfər, yəni respondentlərin 52,13 %-i ümumiyyətlə seriallara baxmadığını qeyd etmişdir. Qalan 146 nəfər, yəni respondentlərin 47,87 %-i seriallar baxdığını qeyd edərək aşağıdakı serialları cavablarında göstərib. 146 nəfər 36 serial üzrə ümumilikdə 191 cavab verib. Ən çox cavablandırılan seriallar –Yaprak Dökümü (Kanal D)-34 respondent, Xəyanət (İctimai TV)-30 respondent, Kurtlar Vadisi (SHOW TV)-22 respondent, Gizli Ehtiras (Azad Azərbaycan TV)-21 respondentlə ilk 4 yeri bölüşdürür. Bu serialların cavablarının cəmi 107 respondent, yəni ümumi cavablarının 56,02%-i təşkil edir. Serialların böyük əksəriyyəti Türkiyə Respublikasının istehsalıdır.


Respondentlər 7-ci suala “televiziya kanallarındakı aparıcılar sizi qane edirmi?” sualına aşağıdakı şəkildə cavablamışdır.
Bəli- 36 nəfər, yəni respondentlərin 11,8%-i

Xeyr- 60 nəfər, yəni respondentlərin 19,67%-i



Qısmən-209 nəfər, yəni respondentlərin 68,53%-i


Respondentlər “televiziyada kanallarında hansı verilişləri daha çox görmək istəyərdiniz?” sualına müxtəlif yanaşmalarla müxtəlif cavablar veriblər. Bu baxımdan respondetnlərin cavablarını tam təsnifatlaşdırmaq demək olar ki mümkün olmadı. Lakin respondentlər televiziya kanallarında əsasən intellektual yarışları, tarixi sənədli filmlər, gənclərlə bağlı və hərbi vətənpərvərlik verilişlərinin görmək istəyir. Bəzi respondentlər verilişlərin keyfiyyətinin dəyişdirilməsini və aparıcıların təkmilləşdirilməsini də təklif ediblər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə