Telefon : (012) 555-19-20 Mob: (070) 255-19-20




Yüklə 7.37 Kb.
tarix26.04.2016
ölçüsü7.37 Kb.





Telefon : (012) 555-19-20

Mob: (070) 255-19-20


www.piramida.az

info@piramida.az





Piramida tədris mərkəzində ALMAN dili kursları.

Alman dili bu gün Avropa ittifaqının ən inkişaf etmiş ölkələrinin-Almaniyanın, Avstriyanın, Lixtenşteynin, Belçikanın, Lüksemburqun dövlət dilidir. Bu ölkələr praktiki olaraq müasir iqtisadiyyatın bütün sektorlarında-ağır və yüngül sənayedə, əczaçılıqda, maliyyədə, elmdə liderdir. Bir qayda olaraq, tək alman şirkətlərində deyil, həmçinin alman dilli dövlətlərin şirkətlərində də işləmək üçün alman dilini bilmək mütləq tələb olunur.

Əgər alman dilini öyrənməyi qarşınıza məqsəd qoymusunuzsa, “Piramida” tədris mərkəzindəki alman dili kursları sizin xidmətinizdədir. Piramida tədris mərkəzi alman dili kurslarında uşaqlar və böyüklər üçün məşğələlər təklif edir.

Sizə “sadədən mürəkkəbə doğru” prinsipi əsasında qurulmuş alman dili kurslarını təklif edirik. Bu dili öyrənməyi qərara alanlar üçün bizim məşğələlərdə alman dili qrammatikasının əzbərlənməsinə deyil, danışıq dilinə, hər bir leksik mövzunun dinləyicilər arasında keçirilən dialoqlarda işlənməsinə, dərslərə situativ yanaşmaya əsas yer verilir. Bizim tədris mərkəzimiz sizə dil maneəsini aradan qaldırmağa və yüksək səviyyədə alman dilində danışıq bacarığı əldə etməyə imkan yaradır.

Alman dili kurslarında biz tədris prosesini daha maraqlı edən əlavə materiallardan: alman dilli filimlərdən, mahnılardan, qəzet və jurnallardan istifadə edirik.

Alman dili kursları hər hansı bir mövzuya yaxud hadisəyə həsr olunan tematik məşğələləri nəzərdə tutur. Biz digər alman dili kurslarının verdiyindən daha mükəmməlini sizə təklif edirik. Biz sizin üçün optimal olan dərs cədvəlini və məşğələlərin intensivliyini seçirik. Təcrübəli müəllim kollektivi tədris prosesinin maraqlı keçməsini təmin edərək alman dilinin hər tərəfli öyrənilməsində sizə kömək edəcəklər.



Yeni dünyaya olan qapını Alman dili kursları ilə açın!

Bizə gəlin!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə