TƏLƏBƏ, yoxsa vəTƏndaş ?




Yüklə 1.28 Mb.
səhifə1/12
tarix20.04.2016
ölçüsü1.28 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12
TƏLƏBƏ, YOXSA VƏTƏNDAŞ ?
YAXUD
HƏR GÜNÜNÜZÜN KONSTİTUSİYASI

12 noyabr 1995-ci ildə vətəndaşın hüquq və azadlıqlarının tə¸min edilməsini özünün ali məqsədi olduğunu car çəkmiş və de-mokratik cəmiyyət quruculuğu yolunu bəyan etmiş çağdaş Azər-baycan Konstitusiyası qəbul olunub.


Ancaq heç bir qanun özlüyündə cəmiyyətə demokratiya bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir. Demo-kratiya sadəcə bir mexanizm yox, ilk növbədə mədəniyyətdir. Onun yetişməsi üçün insan hüquqları haqqında biliklər və bu hüquqların qorunması təcrübəsi də gərəkdir. Elə bu kitabın da məqsədi, birincisi, oxucuya onun istər Konstitusiyada, istərsə də Azərbaycanın da imzaladığı beynəlxalq sazişlərdə əksini tapmış hüquqları haqqında bilik vermək, ikincisi isə, bu hüquqların qorunması mexanizmlərindən və hüquqları pozulan vətəndaşın nə etməli olduğundan danışmaqdır.
İnsan hüquq və azadlıqları nədir, insan cəmiyyəti bu ka-teqoriyaların çağdaş dərkinə necə gəlib çatıb? İnsan hüquqla-rı uğrunda mübarizənin tarixi necədir? Bunlarla bağlı din nə buyurur? Bu və buna bənzər sorğular kitabın ilk bölümündə ca-vablandırılır.
Azərbaycan Konstitusiyasının 24-cüdən 71-ciyədək mad-dələrində ölkə vətəndaşının hüquqlarından danışılır. Bu qısaca düsturların arxasında hansı izahlar dayanır? Bu hüquqlar Azərbaycan qanunlarında necə əksini tapıb və onlarla hansı biçimdə bağlanıb? Hüquqlarınızın tapdandığını güman edirsinizsə Konstitusiyanın uyğun maddələrindən necə yarar-lanmalısınız? Mülki münaqişədə hüquqlarınız pozularsa məh-kəməyə necə verməli? Seçici hüququnu təcrübədə nə cür gerçək-ləşdirməli? Polis hakimiyyətdən sui-istifadə edərsə özünü necə aparmalı? Bəs yaşadığınız yerdə sosial münaqişə baş ve-rərsə necə olsun? Ölkə vətəndaşının hüquqları ilə bağlı bu və bir çox başqa suallara cavablar kitabın ikinci bölümünü təşkil edir.
Nəhayət, öz hüquqları uğrunda çarpışmada ilk addımı necə atmalı, hansı instansiyaya üz tutmalı və uyğun instansiy-aya müraciəti necə hazırlamalı - kitabın üçüncü bölümündə də bundan söz açılır. Burada müraciətlərin nümunəvi formaları verilmiş, onların düzgün doldurulması qaydası göstərilmişdir. Sözsüz ki, bütün mümkün problemlərə dair müraciətlərin formasını öncədən müəyyənləşdirmək im-kan xaricindədir, ona görə də bu işin ümumiyyətlə necə görü-ldüyü haqqında təsəvvür yaratmaq üçün bir çox konkret misal-lar əsasında bilik verməyə cəhd göstərilib.
Bu kitab USIS-in - ABŞ İnformasiya Agentliyinin dəs-təyi ilə hazırlanıb. Bu agentliyin Bakıdakı nümayəndəliyinə Azərbaycan üçün belə bir kitabın önəmliliyi düşüncəsində bizimlə ortaq olduqlarına görə minnətdarlığımızı bildiri-rik.
Oxucunun kitab haqqında tənqidi qeydləri və arzuları, gə-ləcək nəşrləri daha da yaxşılaşdırmaq üçün tövsiyyələri olarsa onları Mərkəzimizə göndərə bilər. Ünvanımız:
Bakı-370000, R.Behbudov küçəsi, 3, IV qat. Telefon və faks: 93-14-38, e-mail: far@monitor.baku.az
Kitab ilk növbədə öz hüquqları uğrunda mübarizə aparmaq istəyən, ancaq bundan ötrü biliyi çatmayan fəal soydaşlarımız üçün nəzərdə tutulub.

FAR-Centre - iqtisadi və siyasi araşdırmalar Mərkəzi; 1993-cü ildə yaradılıb. Onun təёsis-çiləri Mərkəzi yaradarkən ilk növbədə Azərbaycanda demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti...haqqında bilikləri yaymağı öz qarşılarına məqsəd qoyublar.

İNSAN HÜQUQLARI

Bəşəriyyətin başlıca ideyası

Hikmət hacızadə

1998


+

Economic & Political Research



Mündəricət

Ön söz
İnsan hüquqları nə deməkdir?


İnsan hüquqları ideyasının antik və dini kökləri
Orta əsrlər
18-ci əsr: böyük demokratik inqilablar
19-cu əsr: insan hüquqlarına hücum. İnsan, ya dövlət?
«ilahi qanun» yerini «insani qanun»a verir
İnsan hüquqları və beynəlxalq hüquq
İnsan hüquqlarına beynəlxalq nəzarət mexanizmləri
Abş-ın xarici siyasətində insan hüquqları məsələsi

Son söz


ÖN SÖZ

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.


Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. 20-ci əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial tə¸minat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqları müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.


İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyasının bugünkü mənzərəsi ikinci dünya müharibəsi zamanı və müharibədən sonrakı ilk illərdə formalaşmışdır. Müharibə gedən dövrdə antihitler koalisiyasına daxil olan ölkələrin başçıları bəyan etmişlər ki, insan hüquqlarının qorunması və bu hüquqlara tə¸minat verilməsi onların müharibədə güddüyü başlıca məqsəddir və 1945-ci il Nürnberq məhkəməsində Müttəfiqlər nasist liderlərinin cinayətlərini əks etdirən siyahıya «insaniyyətə qarşı cinayəti» daxil etdilər. Birləşmiş Millətlər Təşkilatının Xartiyasında (1945) bəyan edildi ki, insan hüquqlarının qorunmasına kömək etmək BMT-nin əsas məqsədidir. Və nəhayət, 1948-ci ildə insan hüquqları ideyası BMT-nin Ümumbəşər İnsan Hüquqları Bəyannaməsində və həmin Bəyannamədən irəli gələn çoxsaylı beynəlxalq sazişlərdə müasir səviyyədə öz əksini tapdı. O vaxtdan e¸tibarən «insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması» ideyası bütün dünyaya yayılmış, azadlıq və ləyaqətli yaşayış uğrunda mübarizə aparan insan üçün əsas ilhamverici ideyaya çevrilmişdir.


İNSAN HÜQUQLARI NƏ DEMƏKDİR ?

«İnsan щüquqları» dövlətlə qarşılıqlı münasibətdə hər bir insana məxsus olan başlıca əxlaqi və щцгуги щагларdır.
İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası üç müddəaya əsaslanır:
- Hər bir insan doğulduğu gündəncə böyük, təkrarolunmaz və qiymətli bir varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var, insanın ləyaqətinə toxunaraq, onun muxtariyyətinə müdaxilə etməyə dövlətin ixtiyarı yoxdur;
- Hər hansı bir hakimiyyətin öz hədd-hüdudu var;
- Hər bir kəs öz hüquqlarını qoruyaraq dövlət qarşısında tələblər irəli sürə bilər.

Ayrılmaz hüquqları insan ona görə doğulan gündəncə qazanır ki, o, insandır. Bu hüquqlar eyni dərəcədə həm cəmiyyətin yaşlı nümayəndəsinə, həm uşağa, həm hörmətli adama, həm də cinayətkara məxsus olur.


Dövlət hakimiyyətinin hədd-hüdudu var! Dövlət yalnız o hakimiyyətə malikdir ki, həmin hakimiyyəti öz hüquqlarını müdafiə etmək məqsədilə insanlar özləri könüllü olaraq dövlətə vermişlər. Heç bir qanun, hətta demokratik bir dövlətdə çoxluğun iradəsilə qəbul olunmuş qanun belə, insan hüquqlarını poza bilməz. İnsan hüquqları çoxluğun hakimiyyətinə məhdudiyyət qoyur.


İnsan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır! Dövlət insanı onun hüquqlardan məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından imtina edə bilməz. Əgər bir adam sənəd imzalayıb könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil.


İnsan dövlətdən öz haqqını tələb edərkən heç də məhkəmədə sübuta yetirməyə borclu deyil ki, onun anadan olan gündən filan hüququ var. Dövlətə (adətən, bizim hüquqlarımızı pozan dövlət mə¸murlarına) e¸tiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir.


İnsan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir. Ona görə də insan hüququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur.


Öz konstitusiyası olan respublikalarda insan hüquqları məhz konstitusiya qanunu kimi müəyyən edilir və bu qanun parlamentin qəbul etdiyi adi qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını bə¸zən «konstitusiya hüquqları» da adlandırırlar.


İnsan hüquqları yalnız insanın dövlətlə qarşılıqlı münasibətlərinə aid bir məsələdir. Əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurursa bu artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir.




İnsan щüquqları iki əsas qrupa ayrılır:

Maddi hüquqlar və prosessual hüquqlar.

Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir.
Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir.

Maddi hüquqlara vətəndaş hüquq və azadlıqları daxildir.


Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir. Məsələn, insanın təhsil hüququ təhsil sistemi yaratmağa və həmin sistemi dəstəkləməyə dövləti məcbur edir. Yaxud insanın məhkəmə təhqiqatı hüquqу dövləti hər kəsin şikayətlə müraciət edə biləcəyi məhkəmə sistemi yaratmağa məcbur edir.


Vətəndaş azadlıqları şəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer dəyişmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarşısında qoyulmuş qadağalardır.


Deməli, konstitusiyalarda və beynəlxalq sazişlərdə öz əksini tapmış vətəndaş azadlıqları «azadlığın», vətəndaş hüquqları isə «bərabərliy»in qorunmasına xidmət etməlidir. «Azadlıq» konstitusiyada mövcud hüquq prosedurları, «Bərabərlik» isə hamını eyni dərəcədə qanun tərəfindən qorumaq prinsipi əsasında müdafiə olunmalıdır. «Azadlığın tarixi daha çox prosessual tə¸minatların yerinə yetirilməsi tarixidir» - amerikalı hakimlər bu sözləri tez-tez işlədirlər. Bu gün demokratik dövlətlərin hakimləri istintaq prosedurunun polis tərəfindən pozulduğu halda müttəhimi günahkar saymaqdan imtina edirlər. Belə hesab edirlər ki, «hakimiyyətin ləyaqətsiz bir rolda çıxış etməsindənsə bir-iki cinayətkarın cəzasız qalması daha yaxşıdır.»

İnsan hüquqları aşağıdakı kateqoriyalara bölünür:
Şəxsi azadlıqlar insanın muxtariyyətini və onun şəxsi həyatını dövlət müdaxiləsindən qoruyan hüquqlardır.


Siyasi hüquqlar insana partiya və ictimai təşkilatlar vasitəsilə dövlət qərarlarının qəbul edilməsində, seçkilərdə iştirak etmək və dövlət vəzifələrində çalışmaq hüququ verir.


Prosessual hüquqlar, yə¸ni məhkəməyə müraciət etmək və s. hüquqlar vasitəsilə insana dövlətin onun digər hüquqlarını pozan qərarlarından qorunmaq imkanı verir.


Sosial və iqtisadi hüquqlar vətəndaşı minimal yaşayış tərzi ilə (bunsuz insan öz haqqını lazımi şəkildə müdafiə etməyə çətinlik çəkərdi) tə¸min edən hüquqlardır.

İnsan hüquqları hökumətin mənafeyi, ən¸ənəvi əxlaq anlayışı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquşur, amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquşmalar baş verəndə üstünlük insan hüquqlarına verilir. Məhz buna görədir ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır deyirlər. (1971-ci ildə «Nyu-York tayms» qəzeti hökumətin ABŞ-ın Vyetnam müharibəsinə cəlb olunmasının ilk tədbirlərindən bəhs edən gizli bir mə¸ruzəsi ilə bağlı yazılar seriyası çap eləməyə başladı. ABŞ məhkəmələrinin vaxtilə hərbi sirləri qorumaq haqqında çıxardığı qərarlara əsaslanaraq, Ədliyyə Nazirliyi həmin mə¸ruzənin nəşrini müvəqqəti olaraq qadağan etdi. Lakin cəmi 17 gündən sonra ABŞ Ali Məhkəməsi qadağan barədəki qərarı ləğv etdi və Konstitusiya maddələrini əsas götürərək, qərar qəbul etdi ki, hökumət mətbuat azadlığını məhdudlaşdıra bilməz və insanların öz taleləri ilə bağlı informasiyalardan xəbərdar olmaq hüququ vardır).


Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bə¸ziləri daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq hüquqlar hesab edilmir və başqa hüquqlarla toqquşmada onlara müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula bilər, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarışı prosesində pozula bilər. hüquqların məhdudlaşdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata keçirilməlidir. İnsan hüquqlarının məhdudlaşdırılmasının dərəcəsi qanunda bu məhdudlaşdırmanı doğuran vəziyyətin gərginliyi ilə və bu məhdudlaşdırma müqabilində başqa bir dəyərin qorunmasının vacibliyi ilə müəyyən olunmalıdır. Qanunların şərh olunması isə hansısa mə¸mura yox, demokratik hüquqi dövlətin məhkəməsinə aid bir işdir.

Demokratiya qanunilik və ictimai tərəqqi kimi dəyərlərin sinoniminə çevrilsə də insan hüquqları tez-tez həmin dəyərlərlə toqquşmalı olur. Qanun hər hansı şəxsin haqqının tapdanmasına şərait yaradarsa insan hüquqları qərar və qanunların demokratik yolla qəbul olunmasını məhdudlaşdıra bilər; sosial və ekoloji şərtlərin qorunmasını tələb edərək, iqtisadi inkişafı müvəqqəti olaraq ləngidə bilər; sosial bərabəliyin bərqərar olmasına mane ola bilər. 1900-1937-ci illər arasında ABŞ məhkəmələri hökumətin minimum əmək haqqı və 8 saatlıq iş günü barədə qanun qəbul etmək cəhdlərini konstitusiyaya zidd addımlar kimi qiymətləndirdi. Məhkəmə belə hesab etdi ki, bu cür qanun Konstitusiyanın müdafiə etdiyi və insanın öz müəssisəsini hökumət müdaxiləsi olmadan, sərbəst şəkildə idarə etmək hüququ ilə səciyyələnən Azadlıq prinsipini məhdudlaşdırır.
İNSAN HÜQUQLARI İDEYASININ ANTİK VƏ DİNİ KÖKLƏRİ

İnsan hüquqları və hakimiyyətin məhdudlaşdırılması ideyasının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Çox güman ki, insanın nə cəmiyyət, nə də dövlət tərəfindən pozula bilməyən hüquqlara sahib olması ilə bağlı ideya insan cəmiyyətlərinin yarandığı dövrlərdən meydana çıxmışdır. Stoiklərin və epikurçuların adı ilə bağlı qədim yunan fəlsəfi məktəbi, eləcə də romalı Sitseron və onun davamçıları insan azadlığını, insanın şəxsi həyatını ictimai mənafedən və dövlətin siyasi maraqlarından üstün tutmuşlar.


Allahlara inamın ictimai şüura hakim kəsildiyi dini cəmiyyətlərdə insan hüquqları ideyası «ilahi qanun»dan, yaxud sonralar deyildiyi kimi, «təbii hüquq»dan doğurdu. «İlahi qanun» isə hökmdarın verdiyi fərmandan, cəmiyyətin qoyduğu qayda-qanundan yüksəkdə dayanırdı. Bu halda insan Yerdəki hakimin ədalətsiz fərmanına tabe olmamaq hüququ qazanırdı, çünki o, «ilahi hakimiyyət»in ədalətli hökmünə tabe olurdu. Təkallahlı dinlərdə - iudizm, xristianlıq və islamda göstərilmişdir ki, insan Allah tərəfindən yaradılmışdır və insanın həyatı yalnız Böyük Yaradanın iradəsindən asılıdır. İnsanı Allah «özünə oxşadaraq» yaratmışdır və insan özündə Böyük Yaradanın bir zərrəsini əks etdirir. Həmçinin Allah bütün insanları bərabər yaratmışdır və müqəddəs kitablarda Allah insanın əzilməsini və onun ləyaqətinin tapdanmasını böyük cinayət e¸lan edir. (Müqayisə üçün xatırladaq ki, induizmə görə, insanlar bərabər doğulmur, məsələn, brəhmənlər Allaha toxunulmazlardan daha çox yaxındırlar.)


«İlahi-təbii hüquqlar»a daxil olan insan hüquqları haqda Qur¸andan və Məhəmməd peyğəmbərin buyurduqlarından bir neçə nümunə

:
BƏRABƏRLİK: «Ey inсанлар! Biz sizi бир kişi və бир qadınдан yaratdıq, сонра сizi xalqlara və qəbilələrə ayırdıq, киз бир биринизи таныйасыныз» (surə 49: ayə 13).
(Qur¸anın bu ayəsini BMT-nin Ümumbəşər İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi ilə müqayisə etmək maraqlı olardı: «Bütün insanlar öz hüquqları e¸tibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar bir-biri ilə qardaşlıq münasibətində olmalıdırlar»).

XALQ HAKİMİYYƏTİ: «O kəslər ...işlərini öz aralarında məsləhət-məşvərətlə görərlər...» (42:38); Буна эюря öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən! Оnların üzərində hakim deyilsən!» (88:21-22).


SEÇMƏK AZADLIĞI: «Və de ki: «Haqq Rəbbinizdəndir. Иstəyян inansın, istəмяйян inanmasın» (18:29).


VİCDAN AZADLIĞI: «Dində məcburiyyət yoxdur» (2:256). «İnsanları inанмаьа sənmi məcbur edəcəksən?!» (10:99).


ŞƏXSİ TƏHLÜKƏSİZLİK: «Başqalarının evlərinə sahiblərindən icazə almadan ...girməyin» (24:27).




Məhəmməd peyğəmbər buyurub:
-«Heç kim ədalətsiz fərmana tabe olmamalıdır». Yə¸ni hakim «Təbii hüquqlar»ı pozursa, onun əmrini yerinə yetirmək günahdir.

-«Hеç bir ərəbin başqa bir ərəbdən hansısa bir üstünlüyü yoxdur, eləcə də ərəbin zəncidən, zəncinin ağ dərilidən üstünlüyü yoxdur».


-«Mənim icmamda fikir müxtəlifliyinin olması Allahın bizə mərhəmətini göstərən bir əlamətdir...».


Göründüyü kimi, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası dini cəmiyyətlərdə məğzində toxunulmaz insan ləyaqəti anlayışı duran «Təbii Hüquqlar»dan doğur.


Qeyd etmək vacibdir ki, insan ləyaqəti şəxsi ləyaqət anlayışından (bu anlayış «şərəf» anlayışına daha çox yaxındır) fərqlənir. Şəxsi ləyaqəti həyatda biz özümüz qazanırıq- nəcabətli olanda şəxsi ləyaqətimiz artır, alçaqlığa yol verəndə şəxsi ləyaqətimizi itiririk. İnsan ləyaqətini isə biz məhz heyvan yox, insan olduğumuza görə anadan olan gündən qazanırıq.


* * *

Başqa bir insan bizi yaşamaq hüququndan məhrum edə bilməz, bizi susmağa məcbur edə bilməz və yaxud mülkiyyətimizi əlimizdən ala bilməz. Bəs bütün bunları etməyə dövlətin ixtiyarı vardırmı?

Belə ki, qədim Afinada tam «demokratik» şəkildə, şəhər əhalisinin səs çoxluğu əsasında böyük filosof Sokrata öz tənqidi fikirləri ilə hamını boğaza yığdığına görə ölüm hökmü kəsildi! Afina dövləti Sokratı yaşamaq hüququndan məhrum etdi. İnsan hüquqları ideyasını nəzər almasaq, bu tamamilə qanuni idi. Beləcə də qanuni şəkildə 30-cu illərdə Almaniyada antiyəhudi qərarlar çıxarıldı, yaxud SSRİ-də hökumət barədə öz fikirlərini bildirən adamlar həbsxanalar küncünə atıldı, sürgünə göndərildi.


Bu misalları çəkməklə insan hüquqlarının məhz insanın dövlətlə münasibətlərinə aid bir məsələ olduğunu nəzər çatdırmaq istəyirəm. İnsan hüquqları uğrunda tarixi mübarizənin əsas məğzi ondan ibarətdir ki, dövlətə insanın yaşamaq, öz fikrini sərbəst şəkildə bildirmək, təhlükəsiz olmaq, mülkiyyətə yiyələnmək, qanuni və ədalətli məhkəməyə müraciət etmək və s. hüquqlarına toxunmaq, bu hüquqları məhdudlaşdırmaq imkanı verilməsin. Demokratik ölkələrdə insan hüquqları çoxluğun hakimiyyətinin məhdudlaşdırılması işinə xidmət edir. Heç bir çoxluq insan hüquqlarını pozacaq bir qanun qəbul edə bilməz. Müasir demokratiya, məsələn, qədim Afina demokratiyasından məhz bu cəhətinə görə fərqlənir. Ona görə də bu gün demokratik rejim o deməkdir ki, düzgün keçirilmiş seçkilər sayəsində ölkədə çoxluğun hakimiyyəti bərqərardır, amma bu hakimiyyətə insan hüquqları tərəfindən müəyyən məhdudiyyət qoyulur. Bu cür demokratiya liberal demokratiya adlanır (bu termin çoxluğun hakimiyyətini - democracy - əhatə etdiyi kimi, insan azadlığının ayrılmazlığı prinsipini də - liberal - əhatə edir)...


ORTA ƏSRLƏR

İnsanın hakimi-mütləq dövlətə qarşı mübarizəsi hələ monarxiya dövründən başlamışdır. Belə ki, 1215-ci ildə zülmkar krala qarşı üsyana qalxmış İngiltərə feodallarının qələbəsi insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması tarixində əlamətdar bir hadisəyə çevrildi. Üsyançılar kralı təəhhüdlər sənədini- «Böyük Azadlıqlar Xartiyası»nı (Magna Carta) imzalamağa məcbur etdilər; sənəddə dövlətin hakimiyyətinə məhdudiyyət qoyan maddələrdən biri belə idi: «Məhkum olunanlarla bərabər hüquqlara malik olan məhkəmə iclasçılarından başqa heç kim heç kəsi mühakimə edə bilməz» (əlbəttə, burada söhbət hamıdan yox, hələlik baronlardan və ali ruhani təbəqəsindən gedirdi - H.H.). Artıq kral öz vassallarını istədiyi kimi mühakimə edə bilməzdi. Bu isə insan hüquqlarının dövlət hakimiyyəti tərəfindən qanuni və ədalətli məhkəməyə tə¸minat alması tarixində ilk addımlardan idi. Adətən, krallar hakimiyyətlərinin məhdudlaşdırılması ilə barışmaq istəmir və bir qayda olaraq öhdələrinə götürdükləri təəhhüdləri pozurdular, bununla da demokratiya və insan hüquqları uğrunda mübarizə davam edirdi. Bu mübarizə İngiltərədə 17-ci əsrdə kapitalizmin inkişafı ilə əlaqədar olaraq yeni bir vüs¸ət aldı. Həm kralın, həm də parlamentin (!) təkhakimiyyətliliyinə qarşı başlamış qanlı üsyanlardan sonra qəbul olunan «Hüquqa dair müraciət» (1628), «Xalq sazişi» (1647), «Hüquqlar haqqında Bill» (1689) parlamentarizmin əsasını qoydu, seçki hüquqlarını genişləndirdi, insanın ədalətsiz hakimiyyətin tə¸qib və təzyiqlərindən qorunmasına, həmçinin dini azadlıq və dini ayrı-seçkilikdən müdafiə olunmasına tə¸minat verdi.

İngilis inqilabının liberal qanadına mənsub olan və «Xalq cazişi»ni irəli sürən levellerlər və onların lideri Con Lilbern haqqında siyasi rəqibi Klement Uoker belə yazırdı: «Onlar donuzlara «nəstə¸liq» xəttinin nə olduğunu başa salırmış kimi, idarəetmənin bütün sirlərini açıb, kütbeyin adamlara başa saldılar, onlar əsgərlərə və xalq kütləsinə o dərəcədə irəliyə baxmaq tə¸limi keçdilər ki, adi adamlar hökumətə təbii hüquqlar baxımından qiymət verməyə başladılar. Onlar adamları elə dəyişdirdilər ki,... mövcud nizam-intizama sözsüz əməl etməyin vacib şərti olan itaətkarlıq daha heç vaxt bu adamlara yaxın düşə bilməyəcək».

Elə həmin vaxt böyük ingilis filosofu, liberalizmin klassiki, ingilis inqilabının ideyalarından ilhamlanan Con Lokk (1632-1704) demokratiyanın 4 əsas şərtini irəli sürdü: «Bərabərlik; insan hüquqları; ancaq vətəndaşların iradəsini yerinə yetirən hökumət; dövlət hakimiyyətinin məhdudlaşdırılması» Levellerlərin ardınca Lokk da bu qənaətə gəldi ki, ədalətli hökumət yalnız vətəndaşların (bu hökuməti yaradanların) könüllü razılığı əsasında idarə olunmalıdır: «Cəmiyyətdə insan azadlığı odur ki, insan ictimaiyyətin razılığı əsasında yaranmış qanuni hakimiyyətdən başqa hər hansı bir hakimiyyətə tabe olmasın...».


Bundan başqa, insanlar dövləti yaşamaq, azad olmaq, mülkiyyət sahibi olmaq kimi təbii hüquqlarını qorumaq üçün yaradırlar. Əgər əvvəllər belə hesab edilirdisə ki, dövlət nə qədər hüquq verirsə insanın bir o qədər hüququ olmalıdır, Lokk isə, əksinə, bəyan etdi ki, insan hüquqlarını qorumalı olan dövlətin yaradılması barədəki ictimai sazişə əsasən, insanlar nə qədər hüquq verirsə dövlətin bir o qədər hüququ olmalıdır. Məsələn, vətəndaşlar könüllü olaraq özlərinin mülkiyyət hüququnu məhdudlaşdırıb, əmlaklarının bir qismini vergi kimi dövlətə verə bilərlər, yaxud öz azadlıqlarını məhdudlaşdırıb orduda xidmət etməyə razı olurlar.


Bundan başqa, hakimiyyət yalnız insanlar tərəfindən qəbul olunmuş qanun çərçivəsində addım ata bilər, insanlar isə qanunun qadağan etmədiyi hər addımı ata bilərlər! Lokk göstərirdi ki, insanın öz müqəddəratını tə¸yin etmək (həyat yolunu azad şəkildə seçmək), xalqın isə ədalətsiz hakimiyyətə qarşı üsyan etmək hüququ vardır.


Levellerlərin və Lokkun ideyaları Amerikanın, sonralarsa dünyanın bütün demokratik ölkələrinin konstitusiyalarının əsasını təşkil etdi. Onun dini azadlıq doktrinası sekulyarizmin - dinin dövlətdən ayrılmasının əsası oldu. Əlbəttə Lokk 17-ci əsrdə insanın ayrılmaz hüquqlarına dair öz qənaətlərini irəli sürərkən ilahi qanundan doğan təbii hüquqa əsaslanırdı.


Hər bir kəsin ləyaqət və azadlığını tanımaq ideyası ilk baxışda aydın və sadə görünsə də cəmiyyətdə çox böyük çətinliklə özünə yer tapırdı. Hətta Lokk özü dini azadlıqdan bəhs edən əsərlərində bu azadlığı hamıya yox, yalnız ayrı-ayrı protestant секталара aid edirdi, həmin hüquq, Lokkun fikrincə, məsələn, katoliklərə aid edilə bilməzdi. Həmçinin Lokk hüquq və azadlıqları qadınlara və cəmiyyətin yoxsul təbəqəsinə şamil etmirdi.


Söz azadlığı uğrunda senzura ilə ardıcıl mübarizə İngiltərədə əsrlər boyunca davam etmişdir. Kral зцлmünə və kilsə rəsmiyyətinə qarşı mübarizə aparanların davamçılarından biri, parlament tərəfdarı Con Milton (1608-1674) 1644-cü ildə özünün «Areopagitika» əsərində əvvəllər kralın etdiyi kimi hərəkət edib mətbuata senzura qoyan parlamentə qarşı çıxdı. Hətta 20-ci əsrin əvvəllərində Tolstoyun bə¸zi əsərləri «mə¸nəvi-əxlaqi məsələlərə görə» Böyük Britaniyada qadağan edilmişdi.


Hökumət seçkilərində iştirak etmək hüququ uğrunda mübarizə Böyük Britaniyada bir neçə əsr çəkdi. Orta əsrlərdə seçki hüququndan ancaq nüfuzlu feodallar istifadə edirdi; 17-ci əsr inqilabından sonra bu hüquqdan protestantlığa mənsub mö¸təbər adamlar, 19-cu əsrin ortalarında isə milli və dini azlıqlar istisna olunmaqla əhalinin kişilərdən ibarət hissəsi istifadə etməyə başladı. Gərgin mübarizələrdən sonra qadınlar ancaq 1920-ci ildə seçki hüququna nail ola bildilər, İsveçrədə isə qadınlar bu hüququ yalnız bizim əsrin 70-ci illərində əldə etdilər.

18-Cİ ƏSR: BÖYÜK DEMOKRATİK İNQİLABLAR

Amerika və Fransa inqilabları (1776;1789) insan hüquqları tarixində bir dönüş yaratdı. Lokkun ideyalarından və «təbii hüquqlar» konsepsiyasından ruhlanan Tomas Cefferson ABŞ-ın Müstəqillik Bəyannaməsində göstərdi: «Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət hesab edirik ki, Allah bütün insanları bərabər yaradıb və onlara yaşamaq, azad olmaq xoşbəxtliyə can atmaq kimi hüquqlar verib; bu hüquqları həyata keçirmək məqsədilə insanlar təbəələrin rə¸yinə əsaslanan hökumət qururlar; əgər hər hansı dövlət quruluşu bu hüquqları pozarsa onda xalqın həmin quruluşu dəyişməyə, ləğv edib yenisini qurmağa tam ixtiyarı vardır...». Daha sonra 1791-ci ildə ABŞ Konstitusiyasında dəyişiklik edilərək, dövlətin toxuna bilməyəcəyi hüquqlar daha da dəqiqləşdirildi: «Konqresin hər hansı bir (dövlət) dini bərqərar etmək, yaxud söz və yığıncaq azadlığını məhdudlaşdırmaq haqqında hər hansı bir qanun çıxarmaq hüququ yoxdur...». Ona да diqqət yetirək ki, ABŞ Konstitusiyasında «insanın hüququ var» ifadəsi işlədilmir, «konqresin hüququ yoxdur» ifadəsi işlədilir.


Müstəqillik Bəyannaməsində insanın «xoşbəxtlik» hüququndan yox, məhz «xoşbəxtliyə can atmaq» hüququndan bəhs olunur ki, bunun çox böyük əhəmiyyəti var. Xoşbəxtliyə can atmaq insanın ayrılmaz hüququdur və dövlət bu hüquqa maneçilik törətməməli, əksinə, onun həyata keçməsinə imkan yaratmalıdır. ABŞ Konstitusiyasının tələbinə görə, hökumət əhalinin ümumi rifah halının yaxşılaşmasının qayğısına qalmalı, amma heç də hər kəsi işlə, yeməklə tə¸min etməməli, ayrı-ayrı adamların sosial ehtiyaclarını ödəməməlidir, çünki bunların heç biri Amerika insan hüquqları ən¸ənələrinə daxil deyil. Dövlət hakimiyyətini məhdudlaşdırmaq üçün xalq tərəfindən qəbul olunmuş ABŞ Konstitusiyası fövqəl¸adə vəziyyətdə də öz qüvvəsini saxlayır. Konstitusiyada həmçinin vətəndaşların vəzifələri, yaxud onların hüquqları ilə vəzifələri arasındakı əlaqə göstərilməmişdir. Burada insan cəmiyyət qarşısında vəzifələrini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq öz hüquqlarından istifadə edir...


Beləliklə, Konstitusiyaya görə, ABŞ hökuməti hər bir adamı işlə, yeməklə tə¸min etməyə, onun sosial tələbatını ödəməyə borclu deyil. Amerika demokratiya ən¸ənələrinin Avropa demokratiya ən¸ənələrindən fərqi də məhz bundadır. Əhalisi daha sıx olan Avropada Amerikadan fərqli olaraq ictimai inkişaf o yerə gətirib çıxartdı ki, burada insanlar kənar təzyiqlərdən, məsələn, torpaq sahiblərinin təzyiqindən qorunmaq üçün ümidlərini dövlətə bağladılar. Azadlığın sosialist konsepsiyası - dövlət vasitəsilə azadlıq əldə etmək ideyası məhz Avropada meydana çıxdı.


Bu konsepsiyanın əsasları Fransa inqilabının ilhamvericisi Jan Jak Russonun (1712-1778) əsərlərində qoyulmuşdur. Russo da belə hesab edirdi ki, insan anadan olan gündən müəyyən hüquqlar qazanır, lakin cəmiyyətə qoşulan kimi onun hüquqları istər-istəməz pozulmalı olur. Güclülər hakimiyyətlərini «ali ədalət» adı altında pərdələyərək zəifləri əzirlər. Belə bir vəziyyətdə yoxsul adamın hansı hüququndan danışmaq olar? Məhz bunu nəzərdə tutaraq Mirzə Ələkbər Sabir yazırdı: «Fəhlə, özünü sən də bir insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan?». Məhz buna görə Russo «yaxşı dövlət» (yaxud pozitiv dövlət - Positive State) ideyasını irəli sürürdü. Bu ideyaya görə, dövlət insanın sosial müdafiəsini tə¸min etməli, əhalinin yoxsul təbəqəsinin qayğısına qalmalı və insanın iqtisadi hüquqlarının tə¸minatçısı olmalıdır. Russo vətəndaşına xoşbəxtlik gətirəcək bir dövlətin qurulacağına ümid edirdi.


Bu cəhət Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin (1789) insanın xoşbəxtlik hüququna dair maddəsində öz əksini tapmışdır. Bəyannamə müəllifləri yekdil olaraq belə bir fikrə gəldilər ki, «...insan hüquqlarına e¸tinasızlıq cəmiyyətdə bədbəxtliyin, dövlətdə isə korrupsiyanın yeganə səbəbidir»; insanın azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək kimi «Təbii» və ayrılmaz hüquqları vardır. Burada ilk dəfə olaraq «Təqsirsizlik prezumpsiyası» müddəası irəli sürülmüşdür. Bu müddəaya görə, «hər bir insan məhkəmə tərəfindən günahkar eёlan edilməyənə qədər təqsirsiz sayılır; əgər onu tutub saxlamaq vacibdirsə, onda ona qarşı həddini aşan tədbirlərin görülməsi qanunla qadağan olunmalıdır».

Bəyannamədə deyilir: «Azadlıq başqalarının hüquqlarına toxunmayan hər bir addımı atmaq imkanıdır»; «Qanun ancaq cəmiyyətə ziyan vuracaq hərəkəti qadağan edə bilər»; «Öz imkanlarına uyğun olaraq, bütün vətəndaşların istənilən dövlət vəzifəsində çalışmaq hüququ vardır»; «Vergi bütün vətəndaşlar arasında onların əmlakına uyğun olaraq bərabər şəkildə bölünməlidir». Bütün bu müddəalar bərabərlik və dövlət hakimiyyətinin məhdudlaşdırılması yolunda böyük tarixi addıma çevrildi. Demokratiya uğrunda yorulmaz ingilis mübarizlərindən sayılan Tomas Peyn (1737-1809) yazırdı: «Hüquqlar Bəyannaməsi dünya üçün bu vaxtacan qəbul olunmuş qanun və prinsiplərdən daha qiymətlidir və daha çox fayda verəcək». Bəyannamə, Peynin də qeyd etdiyi kimi, demokratiyanın Avropada və bütün dünyada geniş yayılmasına çox böyük tə¸sir göstərdi, Fransa Konstitusiyası (1791) isə siyasi hüquqlardan başqa, vətəndaşların sosial hüquqlarına da (ehtiyacı olanlara sosial yardım hüququ və pulsuz ümumtəhsil hüququ) tə¸minat verdi. İngilis-amerikan konsepsiyası insanın siyasi və vətəndaş hüquqlarının inkişafına təkan verdisə, fransız konsepsiyası sosial və iqtisadi hüquqların inkişafına kömək etdi.
19-CU ƏSR: İNSAN HÜQUQLARINA HÜCUM. İNSAN, YA DÖVLƏT?

İnsan hüquqları ideyasının inkişafında sənaye inqilabının, böyük elmi kəşflərin vüs¸ət alması və dinin nüfuz dairəsinin azalması ilə səciyyələnən 19-cu əsr xüsusi yer tutur. Liberalizmin atası sayılan C.Lokkun «İctimai saziş»ində meydana çıxan «insanın təbii hüquqları»na 19-cu əsr mə¸nəvi və iqtisadi aspekti əlavə etdi: yaxşı yaşayışa nail olmaq (indi bunu liberallar bəyan edirdilər) və normal cəmiyyət qurmaq üçün hüquq və azadlıqlar labüddür. Amma, hər halda, liberalizmin əsl atası ingilis filosofu Ceremi Bentam (Jeremy Bentham, 1748-1831) cayılmalıdır. Onun Con Stüart Mill (John Stuart Mill, 1806-1873) tərəfindən inkişaf etdirilən ideyaları insan hüquqlarının labüdlüyünün fundamental əsaslarına çevrildi. Onun utilitarizm (utility - ingiliscə «sərfəli, xeyirli, faydalı» deməkdir) fəlsəfəsinə görə, hər bir insanın öz mənafeyi var və o öz mənafeyini başa düşməyə qadirdir (azadlığın düşmənləri buna şübhə ilə yanaşırlar), onu həyata keçirməyə can atır; sərfəlilik subyektiv anlayış olduğuna görə hər kəs onu öz bildiyi kimi dərk edir; nəyin həqiqətən sərfəli olduğunu ancaq bazar müəyyən edə bilər; insana yaşamaq, işləmək və bazarda sərbəst şəkildə hərəkət etmək imkanı verilməlidir və bu, son nəticədə cəmiyyətə insanın lider, iqtisadiyyatın isə dövlət tərəfindən idarə olunması üsulundan daha böyük fayda verəcək. Mill yazırdı: «Haqqında danışılmalı yeganə azadlıq öz yolunla öz xeyrinin dalınca getmək azadlığıdır, o vaxtacan getmək ki, başqalarını bu azadlıqdan məhrum edib, yaxud başqalarına maneçilik törədib, onların xeyrini mənimsəməyə çalışmayasan».


Şəxsi maraq və sərfəlilik konsepsiyası Böyük Britaniya və ABŞ-da təkcə fəlsəfi fikrə yox, eləcə də mədəniyyət, təhsil, idarəçilik, cinayət hüququ və iqtisadi islahatlara çox böyük tə¸sir göstərdi. İctimai həyatın müvəffəqiyyətlilik me¸yarı kimi, sərfəlilik «təbii hüquqları» əvəz etdi: insan hüquq və azadlıqları ümumi rifah halının yaxşılaşması üçün labüddür; başqa sözlə, insan hüquqları olmadan uğurlu və ədalətli dövlət qurmaq mümkün deyil!..


Əgər əvvəllər insan hüquqları tərəfdarları bu ideyanı əsaslandırmaq üçün Allaha üz tuturdularsa, 19-cu əsr buna insanın özünü, onun daxili aləmini əlavə etdi. Hüquq və azadlıqlar insanın təbiəti, onun ləyaqətli olmaq tələbatı ilə əsaslandırılır. 19-cu əsrdə insan hüquqları ideyasının mə¸nəvi-əxlaqi cəhəti Qərbdə o qədər dərin iz buraxdı ki, bu, böyük gəlir gətirən qul alverinin Avropada və ABŞ-da qadağan edilməsinə səbəb oldu.


İngilis mütəfəkkirləri Adam Smit (1723-1790) və Herbert Spenserin (1820-1903) ideyalarının tə¸siri ilə ABŞ və Böyük Britaniyada yeni bir ideya - iqtisadi azadlıq ideyası, xüsusi biznes işinin dövlət müdaxiləsindən azad olması fikri formalaşmağa başladı. Adam Smitin davamçılarının qənaətinə görə: «insan tələbatı dövlət qayğısına çevrilən kimi insan öz azadlığının bir hissəsini itirər, o nisbətən az tərəqqipərvər və nisbətən az insan olar. O, vətəndaşlar arasında geniş yayıla biləcək əxlaqi ətalətin əsirinə çevrilər».


Bütün bunlarla bərabər, 19-cu əsrdə insan Hüququna hücum prosesi də başlandı. Fransız inqilabı Napoleonun diktaturası ilə nəticələndi, daha sonra Napoleonun məğlubiyyəti Avropa monarxiya rejimlərinin bərpasına gətirib çıxartdı. Tomas Peyn «İnsan hüquqları» kitabında Fransa inqilabının ideyalarını təbliğ etdiyinə görə Böyük Britaniyadan qovuldu. 19-cu əsr millətçilik və imperializm ideyalarının geniş vüs¸ət almasının şahidi oldu. Latın Amerikasında respublika rejimi geniş yer tutsa da onun prinsipləri burada çox vaxt kağız üzərində qalırdı. Demokratiya olmayan yerdə isə insan hüquqlarından danışmaq da əbəsdir.


19-cu əsr Kantı və Darvini, Nitsşeni və Freydi görmüşdü. Bu əsr böyük ideyalar əsri idi. Lakin insan hüquqları və demokratiyaya zidd ideyaların ən kəskini də 19-cu əsrdə meydana çıxdı. Bu, fəal, qüdrətli sosialist dövləti, insanın dövlət maraqlarına tabe etdirilməsi və ümumi rifah naminə insanın azadlıqdan imtina etmək ideyası idi.


O vaxtlar liberallar «bərabərlik» dedikdə hüquq bərabərliyi və qanun qarşısında bərabərlik başa düşdükləri halda, cosialistlər də belə hesab edirdilər ki, insanlar real bərabər imkanlara, heç olmazsa, minimum həyat tərzinə (onlar bunu rifah dövləti-Welfare State adlandırırdılar) malik olmalıdırlar. Kommunistlər bir az da «irəli» gedərək, tam ictimai bərabərlik yaratmaq qərarına gəldilər və bəyan etdilər ki, sosialist dövlətində hər bir insan öz ehtiyaclarını ödəmək imkanı qazanacaqdır. Artıq 20-ci əsrdə Avropada seçicilərinə dövlət tərəfindən tə¸min edilmiş xoşbəxt həyat və¸d edən sosialist hökumətləri meydana gəldi. Bu halda vətəndaşlar öz hüquqlarının bir qismini ictimai mənafeyə qurban verməli idilər. Sovet sosializmi iqtisadi inkişafı siyasi hüquqlardan, rifah halını isə azadlıqdan üstün tuturdu. Əlbəttə, insanın sosialist dövlətinə e¸tiraz etməyə heç bir hüququ yox idi, lakin onun belə dövlət qarşısında külli miqdarda öhdəliyi var idi...


«İLAHİ QANUN» YERİNİ «İNSANİ QANUN»A VERİR

19-cu əsrdə rasionalizm, humanizm və ateizm ideyalarının yayılması ilə əlaqədar olaraq insan hüquqlarının nəzəri cəhətdən əsaslandırılmasında böyük problemlər əmələ gəldi. Nitsşe yazırdı: «Allah öldü», təkamül nəzəriyyəsi deyirdi: «insan meymundan əmələ gəlmişdir». Əgər Allah yoxdursa onda insanda onun bəxş etdiyi hüquqlar haradandır? Аxı bir vaxtlar onlar «ilahi-təbii hüquq»la əlaqələndirilirdi? Bundan başqa, «təbii hüquq»dan təkcə liberallar istifadə etmirdi. Ondan ən mürtəce monarxiyalara, dini müharibələrə və azadfikirli adamların tə¸qiblərə mə¸ruz qalmasına qanunilik donu geydirmək istəyənlər də fəal şəkildə istifadə edirdilər.


19-cu əsr mütəfəkkirlərinin çoxu «təbii hüquq» ideyasından uzaqlaşdılar, onlar belə hesab edirdilər ki, insan yalnız əksəriyyət tərəfindən qəbul olunmuş qanun əsasında «pozitiv hüquq»dan aldığı hüquqlara malik ola bilər! Amma neyləməli ki, məhz bu insanlar qədim afinalıların onları tənqid edən Sokratın ölümünə səs verdikləri kimi, səsvermə yolu ilə insanı hər hansı hüquqdan da məhrum edə bilər. Belə çıxır ki, məsələn, Hitler, yaxud hər hansı başqa bir milli lider özünün antihumanist proqramı ilə seçicilərin əksəriyyətinin səsini toplaya bilsə heç də cinayətkar deyil? Bəs insanı çoxluğun iradəsindən necə qorumalı, «təbii hüquq»la «pozitiv hüquq» arasındakı uçurumu aradan necə qaldırmalı?


Məsələnin həllini ABŞ Konstitusiyasının müəllifləri göstərmiş və sonralar bu yol ABŞ Ali Məhkəməsinin sədri Con Marşall (John Marshall, 1755-1835) tərəfindən inkişaf etdirilmişdir. ABŞ Konstitusiyasının müəllifləri onu «ölkənin ali qanunu» (Law of the Land, IV maddə), «ali pozitiv qanun» e¸lan etdilər. Bu o demək idi ki, Konqresin qəbul etdiyi qanunların heç biri Konstitusiyadan, onun insan hüquqlarına dair maddələrindən yüksəkdə dura bilməz. Konqress Konstitusiyanыn özünü dəyişdirmək iqtidarında deyil və beləliklə, insan Hüqüqlarına qəsdlər xeyli dərəcədə çətinləşir.


1803-cü ildə Ali Məhkəmənin sədri Con Marşall məhkəmədə dövlət mə¸muru Marburinin dövlət katibi Medisona qarşı qaldırdığı iddiaya baxarkən Konqresin qəbul etdiyi qanunu ABŞ Konstitusiyasına uyğun gəlmədiyinə görə ilk dəfə olaraq ləğv etdi. Beləliklə, Marşall belə bir qayda yaratdı ki, məhz Ali Məhkəmə Konqresin və hökumətin Konstitusiyaya zidd qanun və qərarlarını ləğv edə bilər. Ali hakim həmçinin belə bir qayda qoydu ki, məhkəmədə insan hüquqlarının hökumət tərəfindən pozulması hallarına baxılarkən hakimlər Konstitusiyanın insan hüquqlarına dair maddələrindən hökumətə qarşı istifadə edə bilərlər və etməlidirlər. İnsan hüquqları faktiki olaraq ölkənin «ali pozitiv hüququ»na, yaxud bütün hüquqlardan yuxarıda duran «Konstitusiya hüquqları»na çevrildi.


Beləliklə, Con Marşall insan hüquqları ilə dövlət mənafeyi arasında əsrlər boyu davam edən münaqişəni insan hüquqlarının xeyrinə həll etdi. Belə bir qərarı ABŞ Ali Məhkəməsi ilk dəfə olaraq 1857-ci ildə qəbul etdi və sonralar belə qərarları çox böyük ehtiyatla qəbul edirdi. O gündən e¸tibarən Ali hakim Marşallın bu mövqeyi ABŞ və dünyanın digər demokratik ölkə məhkəmələrini insanın xeyrinə, onun hüquqlarını pozan hökumətin isə əleyhinə hökmlər çıxarmağa ruhlandırdı.


Amerikalılar ilahi qanunu insani qanunla əvəz edə bildilər! Bu ölkədə ictimaiyyət insan hüquqlarının toxunulmazlığını qəbul etdi. Bu gün dövlətи mяhkяməйя вермяк вя ону уд-маг imkanı amerikalılardan ötrü adi bir haldır. Yəqin onların çoxu artıq unudub ki, buna nail olmaq üçün insan əsrlər boyu kralların da, çoxluğun da mütləqiyyətinə, öz daxilindəki mə¸nəviyyatsızlığa qarşı mübarizə aparmalı, demokratiya və mə¸nəviyyatın müdafiəsini günbəgün gücləndirməli olub. Yalnız bu yolla ona nail olmaq olardı ki, Amerika hakimləri, hətta prezident tərəfindən tə¸yin edilmiş hakimlər də məhkəmədə prezidentin - belə böyük nüfuz sahibinin yox, ədalətin xeyrinə hökm çıxara bilsinlər.


20-Cİ ƏSR İNSAN HÜQUQLARI ƏSRİDİR
İnsan hüquqları uğrunda siyasi və ideoloji mübarizə tarixində 20-ci əsr həlledici rol oynadı. Bu əsr həm də demokratiya və insan hüquqlarının mədəniyyət müxtəlifliyindən irəli gələn maneələri aşıb Birləşmiş Millətlər Təşkilatında təmsil olunan bütün ölkələrə yayılması ilə də məşhurlaşdı.

19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri həm insan hüquqlarına yeni hücumlarla, həm də onları bərqərar etməyin yeni cəhdləri ilə səciyyələndi. Çar Rusiyası, Almaniya və Avstriya-Macarıstanda başlanan demokratik hərəkat birinci dünya müharibəsindən sonra Şərqi Avropa və Almaniyada sosialist və milli - sosialist diktaturasının yaranması ilə başa çatdı. Cəmiyyətin həyatına çox güclü şəkildə nüfuz edən və ümumi rifah naminə insan hüquqlarını məhdudlaşdıran qüdrətli dövlət ideyası məhz 20-ci əsrdə qol-qanad açdı və həyata keçdi.


Dövlətçilik naminə ayrılmaz insan hüquqları ideyasından imtina etməyin, insan hüquqlarını müdafiə etməkdən və dövlətin özbaşınalığına qarşı mübarizə aparmaqdan boyun qaçırmağın nələrə gətirib çıxardığını protestant ruhanisi Martin Neymüllerin həmin prosesin faşist Almaniyasında necə baş verdiyini əks etdirən məşhur deyimlərində aydın şəkildə görmək olar:



«Onlar əvvəlcə kommunistlərin dalınca gəldilər,
kommunist olmadığıma görə səsimi çıxarmadım.
Sonra yəhudilərin dalınca gəldilər,
yəhudi olmadığıma görə səsimi çıxarmadım.
Sonra həmkarların dalınca gəldilər,
həmkarlar təşkilatının üzvü olmadığıma görə səsimi çıxarmadım.
Sonra katoliklərin dalınca gəldilər,
protestant olduğuma görə səsimi çıxarmadım.
Sonra mənim dalımca gəldilər,
ancaq o vaxta artıq ətrafda sözümü deyəsi bir kəs qalmamışdı».

(Taleyin işinə bax ki, axırda ölüm düşərgəsinə düşən Neymüller faşist rejiminin ilk vaxtlarında yəhudilər əleyhinə dini mərasimlər keçirmişdi). İkinci dünya müharibəsində müttəfiqlərin qələbəsi insan üzərində aparılan ağlasığmaz Hitler eksperimentlərinə son qoydu. Və müharibədə qalib gəlmiş demokratik ölkələr insan hüquqlarının müdafiəsi ilə bağlı geniş beynəlxalq proqram və kampaniya həyata keçirməyə başladı. SSRİ-nin və kommunist rejimli Çinin fövqəldövlətlərə çevrilməsi demokratik və sosialist sistemlər arasında beynəlxalq qarşıdurmaya gətirib çıxartdı. Sistemlər arasındakı fikir ayrılığının başlıca mövzusu, əlbəttə, insan hüquqlarına kimin hansı mövqedən yanaşması idi (o vaxtlar artıq kommunistlər də insan hüquqlarından danışmağa başlamışdılar, lakin onlar sadəcə olaraq «insan hüquqları»na «sosialist» sözünü də əlavə edirdilər).

Yeni millət-dövlətlərin meydana çıxması ilə nəticələnən əsarətçiliyə qarşı kütləvi mübarizə hərəkatları dünyada «Öz müqəddaratını tə¸yinetmə hüququ» ilə bağlı müzakirələrə təkan verdi. Asiya və Afrikanın əsarətdən qurtarmış 29 ölkəsinin liderləri Bandunq konfransında onlara həm «eqoizmə aparan» Qərb insan Hüququ konsepsiyasına, həm də xüsusi mülkiyyət və fikir azadlığını inkar edən bolşevik kollektivizminə alternativ kimi görünən inkişafın yeni - «üçüncü yolu»nu e¸lan etdilər. Bandunq konfransı (1955) bəyan etdi: nə liberalizm, nə də kommunizm! Ümumməqsəd naminə milli birlik! «Üçüncü Dünya» ölkələrinin insan hüquqlarına baxışları bizə Azərbaycanda «millilik», yaxud dünyada «Asiya dəyərləri» adları altında mə¸lumdur:



  1. «İnsan hüquqları ancaq Qərb mədəniyyətinin məhsuludur»- «Asiya dəyərləri» tərəfdarları belə hesab edirlər- və o, bizim üçün, başqa mədəni, ictimai və siyasi şəraitdə boya-başa çatmış adamlara uyğun gəlmir. Ona görə də insan hüquqlarını bərqərar edərkən həmişə milli xüsusiyyətləri nəzərə almaq lazımdır.




  1. «İcma insan üzərində üstünlüyə malik olmalıdır» - «Asiya» və Qərb mədəni dəyərləri arasındakı başlıca fərq bundadır. insan Hüququna dair Qərb konsepsiyası cəmiyyətdə eqoizm, əxlaqsızlıq və zorakılıq meyllərini yayaraq, ən¸ənəvi asiyalı cəmiyyətini və ailəsini dağıdır.




  1. Sosial və iqtisadi hüquqlar (işləmək, sosial tə¸minat hüququ və s.) vətəndaşların şəxsi və siyasi hüquqlarından yuxarıda durmalıdır. «Asiya mədəniyyəti» «iqtisadi inkişaf hüququ»nu şəxsi hüquqlardan üstün tutur. Azərbaycanda bu cür çağırışlar bizə çox yaxşı tanışdır: «əvvəlcə insanın qarnını doyur, ondan sonra ona azadlıq verərsən»; «qoy dövlət quraq, sonra demokratiyadan danışarıq...».




  1. İnsan hüquqları ölkənin daxili işidir, hər bir xalq insana hansı hüquqlar verəcəyini özü həll etməlidir, heç bir xarici qüvvə insan Hüququ məsələsində ölkənin işinə müdaxilə edə bilməz.

Ola bilsin ki, insan Hüququnun «millilik», yaxud «Asiya dəyərləri» ilə müqayisəsinə ilk dəfə rast gələn hansısa oxucumuz çətinlik qarşısında qalsın. Doğrudan da, insan hüquqları ideyasının qəbul olunmasında «milli mədəniyyətin» xüsusiyyətlərinin nəzərə alınması ilk baxışda ədalətli görünür. Lakin məsələnin əsl mahiyyətini anlamaq üçün başqa xalqların tarixi təcrübəsini yadda salmaq kifayət edir: insan hüquqlarına məhəl qoyulmaması qanlı diktaturaya gətirib çıxarmış və bu diktaturaya qarşı mübarizə minlərlə insanın həyatı bahasına başa gəlmişdir. Məsələnin bu cəhətinə diqqət edək ki, «Asiya dəyərləri» konsepsiyasının müddəaları öz mahiyyətinə görə sosialist və milli-sosialist ölkələrində qəbul edilmiş müddəalarla tam üst-üstə düşür. Bunun SSRİ-də nələrə gətirib çıxardığını biz öz gözümüzlə görmüşük.


Azərbaycan ailəsini və cəmiyyətini daha çox nə dağıda bilər: insan hüquqları, yoxsa insan hüquqlarının позулмасы? Əgər adət-ən¸ənə qadını kişinin təhqirləri qarşısında başını aşağı salıb susmağa məcbur edirsə, onda həmin adət-ən¸ənə kişini də dövlət mə¸murunun təhqirləri qarşısında başını aşağı salıb susmağa məcbur edəcəkdir. Ailədə avtoritarizm dövlətdə avtoritarizmin başlıca səbəbidir.


Demokratiya Asiya cəmiyyətlərinə uyğun gəlirmi? Asiya mədəniyyətinə mənsub olan Türkiyə, Yaponiya, Koreya, Tayvan kimi ölkələrin demokratik təcrübədəki uğurları bu suallara cavab verməyə kömək edər, bu ölkələrin nümunəsi bizdə ümid yaratmalıdır. İnsan hüquqlarının pozulduğu, zülmün və dilənçiliyin baş alıb getdiyi cəmiyyətlərin nümunəsi isə hələ 200 il bundan əvvəl inqilabçı Fransada «...insan hüquqlarına məhdudiyyət qoyulması cəmiyyətdə bədbəxtliyin, dövlətdə isə korrupsiyanın yeganə səbəbidir» fikri ilə təsdiqlənmiş aydın bir həqiqəti qəbul etməyə kömək etməlidir.


20-ci illərdə dünyada insan щüquq və azadlığına hörmət edən 12 ölkə qeydə alınmışdı; 60-cı illərdə bu ölkələrin sayı 36-ya çatdı; 90-cı illərdə isə artıq müxtəlif qit¸ələri əhatə edən 60 ölkə insan hüquqlarını beynəlxalq müdafiə təşkilatları tərəfindən azad və demokratik ölkə hesab edilirdi.


İnsan hüquqları universal səciyyə daşıyır, başqa sözlə desək, onlar dövlətlə münasibətdə istənilən mədəniyyət tipinə mənsub olan insana məxsusdur! Bizdə adamların öz hüquqlarından şüurlu şəkildə istifadə edəcəklərinə şübhəniz varsa, onda gəlin BMT-nin, Azərbaycanın da imzaladığı Ümumbəşər İnsan Hüquqları Bəyannaməsinə nəzər salaq (kitabın sonundakı «Sənədlər» bölməsinə bax). Bəyannamədə sadalanan hüquqlara diqqət yetirin, indi onların hansından imtina edərsiniz?.. Elə bilirəm ki, heç birindən...


HƏM AZADLIQ, HƏM DƏ RİFAH

20-ci əsr həm də bir sıra ziddiyyətləri, o cümlədən şəxsiyyətin azadlığı ilə ümumi rifahın halını yüksəltmək sə¸yləri arasındakı, dövləti insan azadlığı üçün təhlükə hesab edən və ona məhdudiyyət qoymağı vacib sayan klassik liberalizmlə dövləti hamının firavanlığı naminə planlaşdırma aparmaq, fəal şəkildə cəmiyyətin işinə qarışmaq və iqtisadiyyatı idarə etmək institutu kimi qiymətləndirən sosializm baxışları arasındakı qarşıdurmanı azaltmış oldu.


Avropa qit¸əsində və Rusiya imperiyasında sosial və iqtisadi hüquq ideyaları 19-cu əsrin sonunda, kütləvi fəhlə hərəkatları dövründə geniş yayılmağa başladı və artıq birinci dünya müharibəsi başlanan zaman siyasi və sosial hüquqların qovuşması (sosial-demokratiya) burada ən populyar bir ideyaya çevrildi. Müsavat Partiyasının 1917-ci ildə qəbul olunmuş proqramında söz, mətbuat, vicdan azadlığı, yığıncaq keçirmək, yer dəyişmək azadlığı, qanun qarşısında bütün vətəndaşların bərabərliyi, eləcə də 8 saatlıq iş günü, həmkarlar təşkilatının sərbəst şəkildə fəaliyyət göstərməsi, torpağın kəndliyə verilməsi, pulsuz və icbari təhsil Azərbaycanın inkişafının vacib şərtləri kimi göstərildi.


Ciyasi azadlıq və dövlətin siyasi hakimiyyətinin məhdudlaşdırılması ən¸ənələrinin dərin kök atdığı ölkələrdə isə həmin ideyaların qovuşması asan olmadı, çünki bu ölkələrdə iqtisadiyyata müdaxilə edən dövlətə cəmiyyətdə düşmən münasibət var idi. Klassik liberalizmin nümayəndələri insanın dövlət tərəfindən dolandırılması və işlə tə¸min olunması ideyası ilə heç cür razılaşa bilmirdilər. Lakin 30-cu illərdən e¸tibarən özünü kəskin şəkildə göstərən iqtisadi böhranlar, kütləvi həmkarlar hərəkatı, heç də bunlardan az həlledici olmayan bir tarixi fakt - SSRİ-nin mövcudluğu (bu dövlətdə hər bir adamın minimum yaşayış tərzinə tə¸minat var idi) inkişaf etmiş kapitalist ölkələrində sosial tə¸minatın və dövlətin iqtisadiyyata müdaxiləsinin xeyli artmasına gətirib çıxartdı.


ABŞ prezidenti F.D.Ruzvelt özünün «Dörd cür azadlıq»dan bəhs edən məşhur çıxışında (1941) Amerika ən¸ənələrinə zidd olan belə bir fikir söylədi: «Ehtiyac içində olan adam azad ola bilməz». F.D.Ruzveltin burada bəşəriyyətin inkişafı naminə irəli sürdüyü «ehtiyacdan xilasolma azadlığı» təhlükəsizlik və demokratiya üçün «fikir azadlığı», «vicdan azadlığı» və «Qorxudan xilasolma azadlığı» qədər əhəmiyyətli idi. Beləliklə, demokratik ölkələrin parlamentləri «Tam məşğulluq» ideyasından həmişə yan keçsələr də, insan Hüququna baxışlar get-gedə genişlənməyə başladı.


Ciyasi və iqtisadi azadlıq olmadan ümumi bərabərlik cəmiyyəti qurmaq təcrübəsi 80-ci illərin axırlarında SSRİ-in süqutilə iflasa uğradıqda, Avropa və Amerikanın demokratik dövlətləri Lokkun liberalizmini və Russonun «yaxşı dövlət» ideyasını qəbul edərək, hərtərəfli inkişafa nail oldu. İnsanın söz və yığıncaq azadlığına sosial müdafiə hüququ da əlavə olundu. İnsan hüquqları, bazar iqtisadiyyatı və inkişaf etmiş sosial tə¸minat (bunsuz insan hüquqlarından istifadə etmək mümkün deyil) - müasir demokratiyanın başlıca məzmununa çevrildi.


İNSAN HÜQUQLARI VƏ BEYNƏLXALQ HÜQUQ

20-ci əsrin sonu insan hüquqlarının dünyada tam qələbəsi ilə məşhurlaşdı. 80-ci illərdə Sovet sosialist sistemi dağılandan sonra milli maraq və ümumi rifah naminə insan hüquqlarını qurban verən qüdrətli dövlət ideyası dəbdən düşdü. İndi dünyada açıq şəkildə insan hüquqlarının əleyhinə çox az adam çıxış edir. Dünyanın bir çox ölkələrində insan hüquqları faktiki olaraq pozulmaqda davam etsə də, dünya ictimaiyyəti insan hüquqları ideyasını mədəniyyət fərqlərindən asılı olmayaraq, hər bir cəmiyyətin can atacağı bir məqsəd kimi qəbul edir.


İnsan hüquqlarının «ilahi qanun»dan «insani qanun»a çevrilməsi insan hüquqları Haqqında Beynəlxalq Qanunun inkişafı ilə müşaiyət olunmuşdur. Orta əsr hökmdarlarının qonşu dövlətin öz təbəələrinə qeyri-insani münasibətini həmin dövlətlə hərbi toqquşmanın başlıca səbəbi e¸lan etməsinə dair tarixdən çoxlu misallar çəkmək olar. 19-cu əsrdə də dini və ya etnik azlığı kütləvi qırğından qurtarmaq üçün fövqə¸ldövlətin qonşu dövlətə qarşı zor işlətməsi hallarına da misal gətirmək çətin deyil. Birinci Dünya Müharibəsinin başa çatması ilə insan hüquqlarına beynəlxalq tə¸minat vermək ideyası müasir şəklə düşməyə başlamışdır. Millətlər Liqası Haqqında Sazişdə qalib dövlətlər tutduqları ərazilərdə əhali ilə qeyri - insani davranmağın və azlıqların hüquqlarını pozmağın yolverilməzliyi ilə əlaqədar öhdəlik götürmüşlər. Lakin bütün bunlar o zaman geniş yayılmış «insan hüquqları hər bir ölkənin daxili işidir və ona qarışmağa başqa bir dövlətin ixtiyarı yoxdur» fikrinə uyğun gəlməyən istisna hallar idi.

İnsan hüquqlarının beynəlxalq tə¸minatı ilə bağlı müasir hərəkat məhz İkinci Dünya Müharibəsi dövründə başlanmışdır. Böyük Britaniya və ABŞ-ın müharibəyə qoşulmasının səbəbi, özlərinin bə¸yan etdiklərinə görə, heç də Birinci Dünya Müharibəsindəki kimi «demokratiyanın inkişafı naminə sülhü bərqərar etmək cəhdi» ilə yox, insan hüquqlarının (Ruzveltin göstərdiyi Dörd cür Azadlığın) hər bir ölkədə hər bir insan üçün bərqərar olması ilə əlaqədar idi. Faşizmə qarşı mübarizədə irəli sürülmüş bu şüar müharibədən sonrakı dövrdə də beynəlxalq sabitliyin planlaşdırılmasının əsasını təşkil etdi.

Müharibədən sonra мüttəfiqlər insan hüquqları prinsipini sülh sazişlərinə daxil etdilər və həmin prinsip hərbi canilərə qarşı başlıca ittiham maddəsinə çevrildi. Müharibədən sonra мüttəfiqlər insan hüquqlarına tə¸minatı məğlubiyyətə uğramış Almaniya, Avstriya və Yaponiya Konstitusiyalarına daxil etdilər. Lakin dünyada hər kəsin ayrılmaz hüquqları ilk dəfə BMT-nin yaradılmasını bəyan edən sənəddə - Birləşmiş Millətlər Xartiyasında (1945) öz əksini tapdı.


BMT Xartiyası Millətlər Liqası щaqqında Sazişdə ifadə olunan «döyüş bölgələrində azlıqların taleyi ilə bağlı narahatlığı» yer üzündə yaşayan hər bir insanın taleyi üçün narahatlıqla əvəz etdi. «İnsan hüquqlarına və irqindən, cinsindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, istinasız şəkildə hamıya aid olan ən mühüm azadlıqlara hörmət edilməsini dəstəkləmək və mükafatlandırmaq» sahəsində beynəlxalq əməkdaşlıq BMT-nin məqsədi e¸lan edildi (maddə 1,55). Xartiyada BMT-nin Баш Assambleyası və İqtisadi və Sosial İnkişaf Şurası qarşısında mütəmadi olaraq dünya ölkələrində insan hüquqlarının vəziyyətini öyrənmək və bu sahədə tövsiyyələr hazırlamaq vəzifəsi qoyuldu. BMT Xartiyası «insan hüquqları təkcə ölkənin daxili işi deyil, həm də beynəlxalq narahatlığın predmetidir» prinsipini irəli sürməklə əvvəllər insanı beynəlxalq «siyasətin subyekti» saymayan бeynəlxalq щüquqda əsaslı dəyişiklik etdi. Xartiya insanı бeynəlxalq щüququn tərkib hissəsi kimi götürdü və ona, yaşadığı ölkənin istəyib-istəməməsindən asılı olmayaraq, бeynəlxalq щüquqda щüquq verdi.


Məsələyə belə yanaşmağın mə¸nəvi cəhətindən başqa strateji əhəmiyyəti də var. Axı ölkə daxilində öz vətəndaşları ilə pis rəftar etsə, onda bu ölkə başqa ölkələrin vətəndaşlarının hüququna hörmətlə yanaşmayacaq və bununla da həmin ölkənin sülhsevər siyasət yürüdəcəyinə heç bir tə¸minat olmayacaqdır.


BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə Ümumbəşər Иnsan Hüquqlarının Bəyannaməsini qəbul etdi (o vaxtdan 10 dekabr dünyada İnsan Hüquqları günü kimi qeyd olunur). Иnsan щüquqlarını dövlət mənafeyindən üstün tutan bu bəyannamə dünya dövlətlərini insan hüquqlarına görə cavabdehlik daşımağa çağırdı. Bəyannamə vətəndaş və siyasi hüquqlarla bərabər, o vaxtlar demokratik ictimaiyyət tərəfindən qəbul edilmiş sosial və iqtisadi hüquqları da əhatə etmişdir. Həmçinin orada ədalətli məhkəmə təhqiqatı hüququ, dövlət tə¸qiblərindən gizlənmək, ölkəni tərk etmək, ölkəyə qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz, yığıncağ və şəxsi həyat azadlıqları; bərabər zəhmətə görə bərabər ödəniş hüququ, layiqli yaşayış səviyyəsi hüququ, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ öz əksini tapmışdır.


BMT Bəyannaməsində millətlərin юz мüqəddəratını тə¸yinetmə щüququ da qeyd olunmuşdur, amma əslində həmin hüquq fərdin yox, kollektivin, insan qruplarının hüququ olduğundan иnsan щüquqlarına daxil deyil. Bu maddə bəyannaməyə siyasi motivlərə görə, əsarətdə olan xalqların müstəqillik uğrunda mübarizəsini dəstəkləmək məqsədi иlə salınmışdır.


Bəyannamə bütün ölkələrin əməl edəcəyi beynəlxalq qanun kimi yox, BMT-yə daxil olan dövlətlərin can atacağı bir standart kimi qəbul edilmişdir. Ona görə BMT-yə daxil olan ölkələrin növbəti addımı bəyannamənin müddəalarının beynəlxalq sazişin müddəalarına çevrilməsindən ibarət olmuşdur. Sazişdə insan щüquqlarını qorumaq artıq çağırış kimi yox, ölkələrin yerinə yetirməli olduqları bir öhdəlik kimi irəli sürülmüşdür. Bu, çox da asan olmayan bir məsələ idi: axı Bəyannamənin çağırışları belə SSRİ və сosialist blokuna daxil olan digər ölkələr, eləcə də Cənubi Afrika və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunmamışdı.


Beynəlxalq sazişlərin qəbul olunması sahəsindəki təşəbbüslər ancaq 18 il sonra «Siyasi və вətəndaş щüquqları щaqqında пakt»ın və «Sosial, иqtisadi və мədəni щüquqlar щaqqında пakt»ın imzalanması ilə nəticələndi. Əvvəlcə yalnız 35 ölkə tərəfindən imzalanmış «Siyasi və вətəndaş щüquqları щaqqında пakt» dövlətlərin öz vətəndaşlarının hüquqlarını pozmaq imkanlarını xeyli dərəcədə məhdudlaşdırdı. Bu пaktları imzalayan ölkələrin sayı bu gün artıq 100-ü keçmişdir.


«Sosial, иqtisadi və мədəni щüquqlar щaqqında Пakt»ı qəbul edərək BMT göstərmişdir ki, bu hüquqlar da siyasi hüquqlar kimi insanın ləyaqətli yaşayışı üçün zəruridir və heç bir ölkə sosial, iqtisadi və mədəni özünəməxsusluqları əldə əsas tutub vətəndaşların siyasi hüquqlarını poza bilməz.


Sənədləri imzalayan ölkələr özlərinin milli qanunvericiliyini bu пaktların maddələrinə uyğunlaşdırmalıdırlar. Ölkələr həmçinin BMT-nin İnsan hüquqları Komitəsini yaratmaq barədə razılığa gəlmişlər. Bu Komitə dünya tarixində ilk orqandır ki, orada Paktı imzalayan ölkələr vaxtaşırı olaraq, öz dövlətlərində insan hüquqlarının vəziyyəti barədə hesabat verməlidirlər və bunun əsasında Komitə hüquq pozuntuları ilə bağlı öz narahatlığını bildirmək və həmin pozuntuların aradan qaldırılması barədə ölkələrə tövsiyələr hazırlamaq imkanı qazanmalıdır.


Bu пaktları Azərbaycan da imzalamışdır. Amma, məsələn, Böyük Britaniya özünün insan hüquqlarına kifayət qədər tə¸minat verən milli ən¸ənələrə malik olduğunu nəzərdə tutaraq, həmin пaktları imzalamamışdır. Dövlətin öz vətəndaşlarını dolandırmağa borclu olması ideyası ilə razılaşmayan ABŞ da сosial və иqtisadi щüquqlar щaqqında Paktı imzalamayan dövlətlər sırasındadır. Görünür, Azərbaycandan fərqli olaraq Böyük Britaniya və ABŞ belə hesab edir ki, sazişə imza atırsansa onun şərtlərini yerinə yetirməlisən, yox, əgər yerinə yetirməyəcəksənsə onda ona imza atmağın nə mə¸nası? Əlbəttə, bu bizim üçün qəribə məntiqdir...


Yarandığı vaxtdan bu yana BMT insan hüquqlarının müdafiəsi ilə, o cümlədən irqi, cinsi və dini ayrı-seçkiliyin ləğv edilməsi; əmək hüququ; təhsil hüququ; uşaq hüququnun, yığıncaq keçirmək və informasiya yaymaq azadlığının qorunması və s. ilə əlaqədar onlarъa pakt və saziş qəbul edib. BMT həmçinin bu gün Azərbaycan üçün çox aktual olan «Hüquq-мühafizə оrqanları гulluqçuları üçün BMT-nin дavranış кodeksi»ni qəbul edib. Qeyd edək ki, insan hüquqları haqqında beynəlxalq sazişlər insan hüquqlarını qorumağın, demokratik inkişaf səviyyəsinə görə fərqlənən müxtəlif ölkələr tərəfindən qəbul olunmuş minimum həddini müəyyənləşdirir. Çoxluq tərəfindən qəbul edilən bu minimum hədd azadlıq yoluna yenicə qədəm qoyan ölkələrin daxili qanunvericiliyini daha da genişləndirir.

1975-ci ildə Avropa və Şimali Amerika ölkələri Helsinkidə Avropada тəhlükəsizlik və яməkdaşlıq щaqqında Akt imzalamışlar. Bu sənəddə göstərilmişdir ki, sərhədlərin dəyişməsi uğrunda hərəkat yox, dövlətlərin insan hüquqlarına şərait yaratması Avropaya sülh və səadət gətirir; insan azadlığına hörmətlə yanaşılması sülh və əməkdaşlıq siyasətinin əsasını təşkil edir və azadlığa imkan verməyən dövlətə qarşı beynəlxalq aləmdə inamsızlıq olacaqdır. Ölkələrin Vyana görüşündə (1986) belə bir müddəa da qəbul olunmuşdur ki, başqa dövlət, təşkilat və şəxslərin ölkədə insan hüquqlarının vəziyyəti ilə əlaqədar öz narahatlığını bildirməsi ölkənin daxili işinə qarışmaq hesab edilmir. İnsan hüquqları beynəlxalq narahatlığın мювзусудур.
İNSAN HÜQUQLARINA BEYNƏLXALQ NƏZARƏT MEXANİZMLƏRİ

BMT-də


Bəs necə etmək lazımdır ki, beynəlxalq qanun icra olunsun? Axı yer üzündə beynəlxalq sazişlərin yerinə yetirilməsəni izləyən hansısa bir ümumdünya hökuməti yoxdur? Axı heç kim yuxarıdan hər hansı bir dövləti insan qarşısındakı borcunu yerinə yetirməyə məcbur edə bilməz. Burada yuxarıdan aşağı nəzarət mexanizmi mümkün deyil, ona görə də beynəlxalq hüquq mütəxəssisləri «цфги» nəzarət mexanizmini işləyib hazırlamağa başladılar. Bu mexanizmə əsasən, ölkələr qarşılıqlı təzyiq üsulundan istifadə edib, bir-birilərini sazişlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur edə, böyük fikir ayrılıqlarına son qoymaq üçün razılığa gəlib bir-birlərində insan hüquqlarının vəziyyətini izləyə bilərlər. İnsan hüquqlarını pozan dövlət dünya ictimaiyyəti tərəfindən ittiham oluna, «utandırıla» bilər, hüquq pozuntuları kütləvi xarakter alsa, BMT-nin razılığı ilə o dövlətə qarşı iqtisadi, siyasi, hətta hərbi sanksiyalar tətbiq edilə bilər.

Vətəndaş və сiyasi щüquqlar щaqqında Paktı imzalayan ölkələr BMT-nin İnsan Hüquqları Komitəsi qarşısında vaxtaşırı olaraq hesabat verməlidir. Komitə dövlət hesabatlarını qəbul edərkən insan hüquqları ilə məşğul olan beynəlxalq və yerli qeyri-dövlət təşkilatlarından daxil olmuş alternativ hesabatları da nəzərə alır. Hesabat zamanı ölkədə vətəndaş hüquqlarının kobud şəkildə pozulması faktları üzə çıxarsa həmin ölkənin adından hesabat verən хarici иşlər nazirinin necə pərt olacağını təsəvvür etmək çətin deyil. Hesabatlar dinlənildikdən sonra Komitə ölkəyə tövsiyələr hazırlayır və kütləvi informasiya vasitələri ilə geniş şəkildə yayılan həmin tövsiyələr ölkənin nüfuzuna zərbə vurur. SSRİ-də, Cənubi Afrikada və Çilidə insan hüquqlarının pozulması BMT-də gedən müzakirələrin daimi mövzusu olmuşdur.


İnsan hüquqlarının ölkədə kütləvi surətdə pozulması məsələsini Komitədə başqa bir dövlət də qaldıra bilər. Məsələn, Skandinaviya ölkələri Azərbaycandakı hüquq pozuntuları barədə BMT-yə müraciət edə bilər.


BMT-də vətəndaşların öz hökumətlərindən fərdi şikayətinin də mexanizmi işlənib hazırlanmışdır: «Vətəndaş və сiyasi щüquqlar щaqqında Pakt»a «Fakцltяtiv Protokol» da əlavə olunmuşdur, əgər ölkə onu imzalayıbsa, onda BMT Komitəsində öz vətəndaşının tələblərini dinləməyə hazır olmalıdır (Azərbaycan BMT-nin insan hüquqları ilə əlaqədar 50-дян yuxarı pakt və sazişini imzalasa da, «Fakцltяtiv Protokol»a hələ də imza atmamışdır).


Təəssüf ki, BMT-nin İnsan hüquqları Komitəsi yalnız dövləti «utandıra» bilir. İnsan hüquqlarını pozan (bəli, ancaq kütləvi surətdə pozan) dövlətə qarşı sanksiyaları BMT-nin Təhlükəsizlik Şurası qəbul edir.


Avropa Şurasında

Avropa qit¸əsindəki demokratik ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək məqsədi иlə 1949-cu ildə yaradılmış Avropa Şurası insan hüquqlarına beynəlxalq nəzarət işini daha güclü şəkildə həyata keçirir. 1953-cü ildə Avropa Şurasında «İnsan hüquqları üzrə Avropa Konvensiyası» və ona aid protokollar qüvvəyə minmişdir. Bu sənədlərdə «eyni siyasi baxışları müdafiə edən, siyasi ən¸ənələr və ideallar baxımından, azadlığa və qanunun aliliyinə ehtiram nöqteyi-nəzərindən ümumi irsə malik olan Avropa ölkələri» qarşısında öhdəlik qoyulmuşdur ki, bu ölkələr BMT-nin Siyasi və вətəndaş hüquqları щaqqında Paktının əksər müddəalarını, Sosial və иqtisadi щüquqlar щaqqında Paktının isə təhsil hüququ ilə bağlı müddəasını kollektiv şəkildə müdafiə etsinlər.


Konvensiyada dövlət, ictimai təşkilat və ayrı-ayrı vətəndaşlar tərəfindən daxil olmuş şikayətlərə baxmağın mexanizmi göstərilmişdir. Sazişə əsasən, bu təşkilatın üzvü olan ölkələr öz suverenliyinin müəyyən bir qismini Avropa Şurasına verirlər və Avropa məhkəmə sisteminin qərarlarını yerinə yetirmək barədə razılığa gəlirlər.


Vətəndaşın öz dövlətindən şikayətinə Avropa insan hüquqlarını müdafiə sistemində yalnız o vaxt baxılır ki, həmin adamın şikayəti öz ölkəsində bütün hüquqi pillələrdən keçmiş olsun. Onun şikayətinə İnsan Hüquqları Komissiyasında, Avropa Şurası üzvlərinin Nazirlər Komitəsində və Avropa Məhkəməsində baxıla bilər. Bu məhkəmə artıq ayrı-ayrı vətəndaşların bir çox şikayətlərinə, o cümlədən hakimiyyətin amansız rəftarı, qeyri-qanuni həbs olunma, mətbuat azadlığının və təhsil hüququnun pozulması və s. ilə bağlı şikayətlərə baxmışdır. Əgər dövlət günahkar hesab olunmuşsa onda o, məhkəmənin qərarına tabe olaraq, vurulan zərəri ödəmiş, öz qanunvericiliyində, yaxud praktik fəaliyyətində dəyişiklik etmişdir.


Beynəlxalq ədalət məhkəməsi?

Yuxarıda qeyd edildiyi kimi, BMT-nin hüquq müdafiə sistemi hələlik dövləti «utandırmaqla» kifayətlənir, amma insan hüquqlarını qorumağın vacibliyi dünyada daha geniş miqyasda başa düşüldükcə BMT-nin demokratik qüvvələri özünün hüququ müdafiə sistemini addımbaaddım təkmilləşdirməyə nail olur. Avtoritar rejimlərin müqavimətinə baxmayaraq BMT 1994-cü ildə, özünün yerlərdəki nümayəndələri vasitəsilə BMT ölkələrində hüquq pozuntularına nəzarət edə bilən bir qurum - İnsan Hüquqları üzrə Ali Komissarlıq yaratdı.

Bu gün dünya ictimaiyyəti «Beynəlxalq ədalət məhkəməsi» yaratmaq ideyasını qızğın şəkildə müzakirə edir. Söhbət elə bir məhkəmədən gedir ki, o, təkcə dövləti «utandırmaqla» kifayətlənməsin, həm də insan hüquqlarını pozan hökumətə qarşı müəyyən ölçü götürə bilsin. Əgər BMT üzvləri bu layihəyə razılıq versələr, onda 1998-ci ildə «Beynəlxalq ədalət məhkəməsi» ayrı-ayrı ölkələrdə insan hüquqlarının kütləvi surətdə pozulması hallarına baxmağa başlayacaq və Bosniyada olduğu kimi, hökumət mə¸murlarını mühakimə edib cəzalandıra biləcəkdir. Vaxt gələcək bu beynəlxalq təşkilat insan hüquqlarının, məsələn, bu gün Azərbaycandakı səviyyədə pozulduğu dövlətləri də mühakimə etmək imkanı qazanacaqdır.

ABŞ-IN XARİCİ SİYASƏTİNDƏ İNSAN HÜQUQLARI MƏSƏLƏSİ


Demokratiya və insan hüquqlarının dünyada geniş yayılmasında ən böyük xidmət, heç şübhəsiz, ABŞ-a məxsusdur. Dünyada insan hüquqlarının qorunması ABŞ-ın xarici siyasətinin rəsmən bəyan edilmiş mühüm xətlərindən biridir. Konqresin qəbul etdiyi qanunlar prezident qarşısında özünün xarici siyasətində insan hüquqlarının pozulması problemini xüsusi nəzərə almaq vəzifəsini qoyur. Ancaq ABŞ-ın xarici siyasətində bu məsələ ilə əlaqədar tez-tez güzəştlərə və ziddiyyətlərə də yol verildiyinin şahidi oluruq. Keçid dövründə olan ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən demokratlar bir çox hallarda strateji və iqtisadi maraqları naminə vətəndaş hüquqlarının pozulması hallarına göz yummağa hazır olan ABŞ hökumətinə öz təəssüflərini bildirirlər.


Bu cür qeyri-ardıcıllığın səbəbi, əlbəttə, Amerikanın «ikiüzlülüyündə» yox, əksinə, özlərinin «realist» hökumətlərindən həm ölkə daxilində, həm də xaricdə insan hüquqları məsələsini unutmağı tə¸kidlə tələb edən Amerika vətəndaşlarının demokratik və humanist şüur sahibi olmalarında axtarılmalıdır. Qeyd edək ki, dünyada ABŞ-dan başqa heç bir dövlətin xarici siyasətdə insan hüquqlarının nəzərə alınmasını tələb edən qanunları yoxdur.


* * *

Artıq 19-cu əsrdə ABŞ пrezidenti və Konqresi bir çox ölkələrin yürütdüyü qeyri-insani siyasətlə bağlı olaraq öz narahatlığını bildirməyə başlamışdı, amma bu hələ ki, hər hansı dramatik hadisəyə, ictimaiyyətin o cür hadisələrdən doğan hiddət və qəzəbinə cavab olaraq ifadə edilən bir narahatlıq idi. Bu vəziyyət 1941-ci iləcən, yə¸ni F.D.Ruzvelt insan hüquqlarının bərqərar olmasını иkinci дünya мüharibəsində iştirak etməkdə ABŞ-ın başlıca məqsədi kimi bəyan edənəcən çəkdi. Müharibədən sonrakı dünyada sabitlik işlərini planlaşdırarkən мüttəfiqlər insan hüquqlarının qorunmasını əsas prinsip kimi götürdülər. ABŞ-ın sə¸yləri nəticəsində insan hüquqları Nürnberq prosesində faşizmi ittihamın əsas maddəsinə çevrildi və BMT-nin Xartiyasına daxil edildi.

ABŞ-ın digər ölkələrdə insan hüquqları məsələsinə münasibətindəki ziddiyyətlər artıq müharibədən sonrakı dövrdən özünü göstərməyə başladı. Problemə yanaşma tərzinə görə пrezidentlə dövlət дepartamenti arasında, dövlət departamentinin öz daxilində, icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasında fikir ayrılıqları meydana çıxdı.


Ciyasətə müharibədən sonrakı demokratiya dalğasında gələn «liberallar» - «idealistlər» hökumətdən tə¸kidlə tələb etdilər ki, ölkədə və xaricdə insan hüquqları məsələsi ilə bağlı öz öhdəliklərini yerinə yetirsin. Beynəlxalq insan hüquqları uğrunda mübarizə hərəkatını təcrübəsiz, səbirsiz və zəhlətökən bir hərəkat sayan «realistlər», peşəkar mə¸murlar, karyera diplomatları - siyasi isteblişment liberallara qarşı çıxdılar. «Realistlərə» görə, insan hüquqları hər hansı bir dövlətin daxili işi, onun inkişafı ilə bağlı bir məsələdir və bu məsələ ABŞ-ın milli mənafeyinə maneçilik törətməməlidir.


Amerikanın milli mənafeyini və ona xidmət etməyi «idealistlər» bir cür, «realistlər» isə başqa cür başa düşdülər, ABŞ siyasətinə tə`siretmədə həlledici rol gah «idealistlər»in, gah da «realistlər»in payına düşdü. Müharibədən sonrakı illərdə BMT-nin yaranması və insan hüquqları məsələsinin geniş yayılmasından doğan həyəcanlar səngiyən kimi «realistlər» daha çox milli təhlükəsizlikdən, xaricdəki Amerika hərbi bazalarından və beynəlxalq xarici ticarətdən danışaraq, yenidən üstünlük əldə etdilər. Amma dini icmalar tərəfindən, demokratik ictimaiyyət arasındakı, Konqresdəki, hətta Ağ еvdəki «əxlaq»çılar tərəfindən müdafiə olunan «xarici siyasətdə insan hüquqları» hərəkatı zəifləmədi. «İdealistlər»in 18 illik ardıcıl sə¸yləri nəticəsində BMT siyasi və sosial hüquqlar haqqında paktlar qəbul etdi. Prezident Kennedi bununla bağlı deyirdi: «Qoy bütün millətlər bilsin ki, ...azadlığın (дцнйада - Щ.Щ.) yaşayıb uğurlar qazanmasını tə¸min etmək üçün biz istənilən qiyməti ödəməyə, ...hər hansı bir düşmənlə üz-üzə gəlməyə hazırıq...».


BMT-də və digər beynəlxalq təşkilatlarda insan hüquqlarının qorunması ilə bağlı bütün yeni proqramların başında ABŞ durur. ABŞ insan hüquqları məsələsinin Helsinki sazişlərinin gündəliklərinə salınmasının əsas təşəbbüskarına çevrilir. Bundan narahat olan «realistlər» çalışırlar ki, ABŞ-ın bu fəallığı ritorika çərçivəsindən kənara çıxmasın və ABŞ-ın «dost ölklər»lə (oxu: mürtəce, amma Amerikaya tərəfdar rejimlərlə) qarşılıqlı münasibətlərinə xələl gətirməsin (bu, кommunist бloku ilə qarşıdurma zamanı xüsusən hiss olunurdu). «Realistlər»in fikrincə, diktatordan diktatora fərq var, məsələn, filankəs «əlbəttə, köpək oğludur, amma bizim köpək oğludur».


70-ci illərdən e¸tibarən xarici siyasətdə insan hüquqları məsələsinə ABŞ Konqresi də xüsusi diqqət yetirməyə başladı. Nümayəndələr Palatasında liberalların tə¸siri ilə Konqres bir neçə qərar qəbul etdi və orada insan hüquqları «ABŞ xarici siyasətinin prinsipial məqsədi» kimi götürüldü. Konqres azadlığı boğan ölkələrə hərbi köməyi, maliyyə və ərzaq yardımını qadağan etdi. Bundan əlavə ABŞ-ın BVF və Beynəlxalq Bankdakı nümayəndələrinə insan hüquqlarının pozulmasında günahkar olan hökumətlərə kredit verilməsinə qarşı çıxmaq tövsiyyə olunurdu. Konqres öz qərarı ilə дövlət дepartamentində insan hüquqları üzrə бüro yaratdı və дövlət дepartamentinə tapşırdı ki, dünyanın ayrı-ayrı ölkələrindəki hüquq pozuntularına dair illik hesabat hazırlasın. Qeyd edək ki, Konqresin sə¸yləri dünya ölkələrində demokratiyanın genişlənməsi uğrunda mübarizəyə yox, dövlətlər tərəfindən tanınan, amma onlar tərəfindən həmişə tapdanan hüquqların qorunması uğrunda mübarizəyə, başqa sözlə desək, «beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqlarının kütləvi surətdə pozulmasının saysız-hesabsız təzahür formalarına» qarşı mübarizəyə doğru yönəlmişdir. Konqres aydın şəkildə müəyyənləşdirmişdir ki, «hüquq pozuntuları» dedikdə «fiziki işgəncələr, kobud, qeyri-insani və təhqiramiz rəftar yaxud cəza; ittihamnamə olmadan uzun müddət həbsdə saxlama, qeyri-qanuni tutub saxlama nəticəsində insanın yoxa çıxması yaxud insanın yaşamaq hüququnun və şəxsi təhlükəsizliyinin cinayətkarcasına pozulması ilə bağlı digər hallar» nəzərdə tutulur. Bunu da qeyd edək ki, Konqresin bu qərarları Amerika yardımı onsuz da almamış кommunist бloku ölkələrinə qarşı yox, цçüncü дünya ölkələrinə qarşı yönəlmişdir. Beləliklə, Konqres və 1977-ci ildən prezidentlik kürsüsündə əyləşən Cimmi Karter insan hüquqları məsələsini сoyuq мüharibə çərçivəsindən çıxararaq, göstərdilər ki, ABŞ-ın narahatlыğının başlıca səbəbi onun кommunist бloku ölkələri ilə strateji qarşıdurması yox, məhz insan hüquqlarıdır.


Konqres özünün xüsusi aktları ilə insan hüquqlarını pozan ayrı-ayrı ölkələrə, o cümlədən Çili, Argentina, Cənubi Afrika, Uqanda və bашгаларыna Amerika yardımını qadağan etdi. Daha sonra isə insan hüquqlarını pozan Mərkəzi Amerika ölkələri ilə bağlı aktlar qəbul olundu. 1986-cı ildə aparteidə qarşı qəbul olunmuş genişəhatəli akt Cənubi Afrikada irqçi rejimin dağılmasında mühüm rol oynadı.


Konqresin bu cür fəallığı onun Amerikada иnsan hüquqları probleminə çox həssas yanaşan seçicilərlə birbaşa əlaqə və yaxınlığından irəli gəlir. Amerika seçiciləri öz ölkələrinin siyasətçilərindən tələb edirlər ki, onlar dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərin qarşısını alsınlar, bu mümkün olmadıqda heç olmasa mürtəce rejimlərlə hər cür əlaqəni kəssinlər (və Amerikanın hər hansı bir ölkədəki irticaya diqqətini cəlb etmək üçün Amerika siyasətçiləri ilə yanaşı, qeyri-dövlət təşkilatları, həmkarlar, kilsə şuraları, demokratik ruhlu ictimai xadimlər və elm adamlarına da müraciət etmək lazımdır).


Prezident aparatındakы və дövlət дepartamentindяki «realistlər» öz növbələrində seçicilərin gündəlik tə¸sirlərinə mə¸ruz qalmırlar. Onlar əməkdaşlıq etdikləri ölkə liderlərinin «qarşılaşdığı çətinlikləri çox yaxşı başa düşürlər». Onların fikrincə, «ölkədə demokratik perspektiv olmayan yerdə sabitliyi pozmağa dəйməz».


Konqresin qoyduğu qadağalar və atdığı müəyyən addımlar Ağ еvdə və дövlət дepartamentində həyəcana səbəb olmuşdur. Bunu başa düşmək дя olar, çünki Konqres, dostluq əlaqələri yaratmaq üçün digər ölkələrə göndərilən ABŞ дипломатларына göndərildikləri ölkələrdə hüquq pozuntuları barədə mə¸lumatlar toplayıb çap etdirmək göstərişi vermişdir. Bu cür mə¸lumatların çap olunması isə çox vaxt ABŞ hökumətinin xarici hərbi bazalar, ticarət, hətta ümumi əməkdaşlıq məsələləri ilə bağlı qalmaqallarla qarşılaşmasının başlıca səbəbinə çevrilirdi.


Konqres icraedici hakimiyyət qarşısında müəyyən güzəştlərə gedir. Məsələn, Konqres пrezidentə imkan yaradır ki, o «ABŞ-ın yardımı insanların ən zəruri ehtiyaclarını ödəməyə yönələndə», yaxud «yardım göstərmək fövqəl¸adə vəziyyətdən irəli gələn bir zərurətə çevriləndə», yaxud da prezident «insan hüquqlarına münasibətin əhəmiyyətli dərəcədə dəyişdiyini nəzərə alıb, Birləşmiş Ştatların mənafeyinə uyğun olaraq, yardım barədə qadağanı götürməyi» vacib sayanda Konqres tərəfindən qoyulmuş məhdudiyyətə baxmayaraq qeyri-azad ölkələrə yardım etsin.


Konqresin qoyduğu qadağalara əməl olunması ABŞ prezidentinin insan hüquqlarına şəxsi münasibətindən də çox asılıdır. Məsələn, insan hüquqlarını öz siyasətinin əsas prinsiplərindən biri kimi bəyan edən prezident Karter bu məsələdə böyük ruh yüksəkliyi ilə Konqresi müdafiə etdi. Ondan sonra prezidentliyə gəlmiş Reyqanı isə daha çox Sovet təhlükəsi narahat edirdi. «Aparteizmə qarşı mübarizə aktı» Konqresdə Reyqan administrasiyasının müqavimətinə baxmayaraq qəbul olundu və bu aktın yerinə yetirilməsində bir sıra çətinliklər qarşıya çıxdı...


* * *

ABŞ-ın Ərəbistan yarımadası, Afrika, Asiya və keçmiş SSRİ-dəki avtoritar rejimlərlə əlaqədar qayğıkeşliyinə nəzər salsaq demək olar ki, ABŞ-ın xarici siyasətində insan hüquqları hələ ki, strateji və iqtisadi maraqlara güzəştə getməli olur. Başqa sözlə, ABŞ digər ölkələrdə insan hüquqlarını öz təhlükəsizliyinə və ticarət əlaqələrinə ziyan vurmamaq şərti иlə müdafiə edir.

Buna baxmayaraq, ABŞ-ın insan hüquqlarının qorunması ilə əlaqədar olaraq yürütdüyü xarici siyasət ildən-ilə hissolunacaq dərəcədə güclənir. Amerikanı insan hüquqlarının müdafiəsinə sövq edən Amerika cəmiyyətindəki yüksək əxlaqi me¸yarlardır. Məhz bu me¸yarlar sayəsində ölkədə insan hüquqları uğrunda mübarizə davam edir və ölkə siyasətçilərindən tə¸kidlə tələb olunur ki, бу sahədə görülən işlər barədə öz seçiciləri qarşısında hesabat versinlər. Məhz bu, Amerikanı beynəlxalq insan hüquqları müdafiə hərəkatının liderinə çevirir və bir daha aydın olur ki, Amerika və Amerika bürokratları heç də eyni anlayış deyil.


SON SÖZ

İlk baxışda adi görünən insan hüquqları və dövlət hakimiyyətinin mədudlaşdılırması ideyası özünün yayılmasında və inkişafında böyük çətinliklərlə qarşılaşır və azadlıq yolunda cəmiyyət və dövlətlə toqquşmalardan çəkinməyən adamların şəxsi dramaları ilə müşaiyət olunur. Kütləvi hərəkatlarla səciyyələnən və öz nailiyyətlərini vətəndaş müharibəsi sayəsində qazanan demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizədən fərqli olaraq, insan hüquqları uğrunda mübarizə həmişə sülh yolu ilə, əksər hallarda isə ayrı-ayrı adamlar tərəfindən təkbaşına aparılır. Ədalətli məhkəmə olmadığı yerdə insan hüquqları mücahidləri dövləti «utandırmağa» və ictimai rə¸yi öz tərəflərinə yönəltməyə çalışırlar. Buna misal olaraq, Mahatma Qandi, Martin Lüter Kinq və Nelson Mandelanın, Aleksandr Soljenitsın və Dmitri Saxarovun, Vaтslav Havel və Lex Valensanın, eləcə də dünyada о qədər də tanınmayan, təkbaşına mübarizə yolunu seçmiş minlərlə digər, azadlıq mücahidinin əksər hallarda irticaçı rejim liderlərinin həbsxanalarında yazılmış açıq məktub və çıxışlarını xatırlaya bilərik. Yaxud başqa bir misal: 1955-ci ildə məktəb müəlliməsi америкалы zənci Roza Parks bir avtobusda üzərində «Ancaq ağlar üçün» lövhəsi vurulmuş oturacaqda əyləşir və bu yeri ağ dəriliyə verməkdən imtina edir. Avtobusda başlayan toqquşma qısa bir müddətdən sonra zənci əhalisinin kütləvi e¸tiraz aksiyasına çevrilir və bu, ABŞ-da irqi bərabərlik uğrunda kütləvi mübarizənin başlanğıcı olur. Roza Parks o vaxt nə məşhurlaşmaq, nə də beynəlxalq mükafatlar almaq barədə düşünmürdü. Roza Parksı düşündürən bu idi ki, avtobusda onu təhqir edən və ölümlə hədələyən ağdərili sərnişinlər kimi onun da toxunulmaz hüquqları və ləyaqəti var. Bəli, Ləyaqət, Azadlıq və Dözümlülük cəmiyyətdə hansısa abstrakt «tarixi proseslər»in yox, məhz Roza Parks kimi tək-tək adamların mübarizəsi hesabına qalib gəlir. Dünya qazandığı və bir ne¸mət kimi istifadə etdiyi azadlığa görə məhz bu cür adamlara minnətdar olmalıdır.


İnsan hüquqları uğrunda mübarizə inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrin özündə də gedir. Konstitusiya tə¸minatı almış hüquq və azadlıqların miqdarı günü-gündən artır. İndi 20-ci əsrin sonunda ləyaqətli yaşayış üçün vacib olan hüquqlar, o cümlədən öz imkanlarını reallaşdırmaq hüququ, insanın daxili aləminin özünəməxsusluğunu nəzərə almaq hüququ, insanın özünü inkişaf etdirmək hüququ, sülh, sağlam ətraf mühit və hər hansı fərdə aid qərarların qəbul olunmasında onun özünün iştirak etmək hüququ və s. hüquqlar dünya demokratik ictimaiyyəti tərəfindən geniş müzakirə olunur.


Görəsən, bu Hüquq və Azadlıqlardan nə vaxtsa biz də Azərbaycanda istifadə edə biləcəyikmi və görəsən, insan öz həyatında щüquq və аzadlıqlarla ilk dəfə harada qarşılaşır? Amerikalı hakim-demokrat Learnid Hənd (Learned Hand) belə hesab edir ki, щüquq və аzadlıqlarla insan ilk dəfə öz daxili aləmində qarşılaşır, çünki «kişi və ya qadın qəlbində azadlıq ruhu öldükdə ona nə konstitusiya, nə qanun, nə də məhkəmə kömək edə bilir». BMT-nin insan hüquqları üzrə Komissiyasının ilk sədri Eleonor Ruzvelt isə «azadlıqla ilk dəfə harada qarşılaşırıq?» sualına belə cavab verir: «...Bizdən iki addım o yanda, balaca bir yerdə; elə yerdə ki, sən onu dünya xəritəsində axtarıb tapa bilməzsən... Bu balaca dünya insanın fərdi dünyasıdır. Bu balaca yer insanın yaşadığı mühitdir, bu mühitdə o, məktəbə, zavoda, ofisə yollanır; bu elə bir yerdir ki, orada hər bir kişi, hər bir qadın, yaxud hər bir uşaq qalmaqal olmadan hamıyla ədalətli rəftar edilməsini, hamıya eyni imkanlar verilməsini və heç kəsin ləyaqətinin tapdanmamasını istəyir. Əgər bu hüquqların burada mə¸nası varsa, onda onların hər yerdə mə¸nası olacaq. Bizdən iki addım o yanda insan hüquqları birgə vətəndaş sə¸yləri sayəsində qorunmasa, onda biz bu hüquqların inkişaf etməsini böyük dünyada əbəs yerə axtarmış olacağıq».


Mətnin sonu


Hikmət Hacızadə

08.01.98
İSGƏNDƏR BAYRAMOV
Azəpbajcan Respublikası Konstitusiyasında
insan hüquq və azadlıqları
Konstitusiya ölkənin hüquq sisteminin əsası, onun inkişafının təməli olduğu üçün haqlı olaraq dövlətin Əsas qanunu adlandırılır və ölkədə insanın hüquq və azadlıqlarının başlıca hüquqi təЁminatçısı kimi çı-xış edir.

Azərbaycan Respublikasının yeni Konstitusijasında əks olunmuş in-san hüquq və azadlıqları sovet dövpünün Konstitusijalapından fəpqli olapaq ppinsipcə jeni insan hüquqlapı konsepsijasına, insanın və dövlətin qapşılıqlı münasibətləpini müəjjən edən demokpatik ppinsipləpə əsasla-nıp. Qeyd etmək lazımdıp ki, Azəpbajcan demokpatija və humanizm jolu ilə tə-sadüfi olapaq dejil, xalqın azadlıq və müstəqillik uğpunda mübapizəsi nə-ticəsində sivilizasijanın nailijjətləpini könüllü qəbul edəpək, onlapın inkişafına öz töhfəsini vepmək istəji ilə gedip.


Azərbaycanda yeni ppinsipləpə keçidin ilkin zəmini öz əksini 80-90 -cı illəpin vüs’ətli xalq həpəkatı və dünjada baş vepən demokpatik dəjişik-likləpin tə`sipi nəticəsində qəbul edilmiş «Azəpbajcan Respublikasının dövlət müstəqilliji haqqında» Konstitusija Aktında tapmışdıp. Bu Aktla Azəpbajcanda «insan hüquqlapı» kateqopijası ilk dəfə hüquqi olaraq tanın-mışdıp. Sosialist doktpinasında insan, onun hüquqlapı müstəqil kateqopija kimi hüquqi və sijasi aspektləpdə qəbul edilmirdi. «İnsan» anlajışı onun bioloji məzmunu çəpçivəsindən kənapa çıxmajapaq «zəhmətkeş», «istismapçı», sonpalar isə «vətəndaş» kimi sosial-sinfi anlajışlapla əvəz olunupdu. Kon-stitusiya Aktı qəbul edildikdən sonpa insan hüquqlapı dövlətin Əsas qanu-nunda möhkəmləndi və Azəpbajcanın müstəqillik, ümumbəşəpi dəjəpləpə höpmət və demokpatija istiqamətində inkişafı üçün hüquqi əsas japandı.


1995-ci il AR Konstitusijası Azəpbajcan dövlətinin həjatında, onun mə`nəvi, sijasi, iqtisadi sahələpində baş vepən köklü dəjişiklikləpi özündə əks etdipmişdip. Jeni Konstitusijada dünja təcpübəsi nəzəpə alınmaqla insan hüquq və azadlıqlapına geniş jep vepilmiş, onlapın həjata keçipilməsi üçün zəpupi tə`minatlap, stpuktuplap və mexanizmləp nəzəpdə tutulmuşdup.


AR Konstitusijasında təsbit edilmiş insan hüquq və azadlıqlapını şəpti olapaq üç qpupa bölmək olap:

1) şəxsi hüquq və azadlıqlap; 2) sijasi hüquq və azadlıqlap; 3) iqtisadi, sosial və mədəni hüquq və azadlıqlap.


AR Konstitusijasında şəxsi hüquqlap ön plana çəkilip və insanın ja-şamaq hüququ ilə başlajıp. Jaşamaq hüququ insanın əsas, təbii hüququ, onun tə-hlükəsizlijinin tə`minatıdıp.


İnsan hüquq və azadlıqlapının böjük bip qpupu şəxsijjətin azadlıq və toxunulmazlığının tə`min edilməsinə jönəlmişdip. Konstitusija həp kəsin şəxsi və ailə həjatının, habelə jazışma, telefon danışıqlapı, poçt mə`lumatlapının sippinin saxlanılması, mənzil toxunulmazlığı hüququnu təsbit edip.


Azsajlı xalqlapın və milli azlıqlapın jaşadığı dövlət kimi Azəpb-ajcan üçün Konstitusijada həp kəsin milli mənsubijjətini qopujub saxlamaq, ana dilindən istifadə hüququnun göstəpilməsi vacib məsələlərdəndir. AR Konstitusiyasına əsasən həp kəsin istədiji dildə təpbijə və təhsil almaq, japadıcılıqla məşğul olmaq hüququ vapdıp.


Konstitusija vicdan, fikip və söz azadlığına tə`minat vepip. Lakin demokpatijanın ilkin şəptləpi olan bu azadlıqlapın bütün mədəni cəmijjət-ləp üçün şübhəsiz ki, müəjjən hədləpi vapdır: ipqi, milli, dini, cosial əda-vət və düşmənçilik ojadan təşviqata və təbliğata jol vepilmip.


Sijasi hüquq və azadlıqlap şəxsi hüquq və azadlıqlapdan fəpqli olapaq insanın muxtapijjətinin tə`min edilməsinə dejil, onun ölkənin ictimai həj-atında və dövlətin idapə olunmasında fəal iştirakını tə’min etməyə jö-nəlmişdip. Bu hüquq və azadlıqlap insan və cəmijjət, vətəndaş və dövlət münasibətlərinin möhkəmlənməsi üçün şəpait japadıp.


Sijasi hüquq və azadlıqlap sisteminə ilk növbədə seçki hüququ daxil-dip. AR Konstitusiyasına görə, vətəndaşlapın dövlət hakimijjət və özün-üidapə opqanlapına seçmək və seçilmək, habelə pefependumda iştipak etmək hüququ vapdıp.


Mühüm sijasi hüquq və azadlıqlapdan bipi bipləşmək hüququdup. Həp kəs istənilən biplik, o cümlədən sijasi paptija, həmkaplap ittifaqı və digəp ictimai biplik japatmaq və ja mövcud biplijə daxil olmaq hüququna malikdip. Ejni zamanda, Konstitusija qanuni dövlət hakimijjətini zopla devipmək məqsə-di güdən biplikləpin japadılmasına və fəalijjətinə birbaşa qadağa qojup.


Vətəndaşlapın sosial və sijasi fəallığının təzahüpü olan səpbəst toplaşmaq hüququ Konstitusijanın 49-cu maddəsində öz əksini tapmışdıp. Həp kəs başqalapı ilə biplikdə müvafiq dövlət opqanlapını qabaqcadan xə-bəpdap etməklə dinc, silahsız jığışmaq, jığıncaqlap, mitinqləp, nümajişləp, küçə jüpüşləpi keçipmək, piketləp düzəltmək hüququna malikdip.


Əsas insan hüquq və azadlıqlapının xüsusi bip qpupunu iqtisadi, sosi-al və mədəni hüquqlap təşkil edip. Onlap insan həjatının mühüm sahələpi olan əmək, istipahət, sağlamlıq, təhsil münasibətlərini əhatə edəpək, şəx-sijjətin fiziki, maddi, mə`nəvi və s. sosial əhəmijjət kəsb edən tələbatlapını tə`min etməjə jönəlmişdip.


Dövlət həp kəsin təhlükəsiz və sağlam şəpaitdə işləmək, öz işinə göpə müəjjən olunmuş minimum əmək haqqı miqdapından az olmajan haqq, pen-sija və müavinət almaq hüququna tə`minat vepip. Çoxuşaqlı ailələpə japdım göstəpip. Pulsuz icbapi opta təhsil almaq hüququnu tə`min edip. Ədəbi-bədii, elmi-texniki və başqa japadıcılıq növləpinin azad həjata keçipilməsinə tə`minat vepip. 8 saatdan aptıq olmajan iş günü, istipahət və bajpam günləpi, ildə azı bip dəfə 21 təqvim günündən az olmajan ödənişli mə`zunijjət vepi-lməsini tə`min edip.


Konstitusijada vətəndaşların mənzil hüquqları da təsbit edilip. Heç kəs jaşadığı mənzildən qanunsuz məhpum edilə bilməz. Dövlət jaşajış bina-lapının və evləpinin tikintisinə pəvac vepip, insanlapın mənzil hüququnu gepçəkləşdipmək üçün xüsusi tədbipləp görür.

Əfsuslap olsun ki, Konstitusijada təsbit edilmiş bip çox hüquq və azadlıqlap hələlik deklapativ xapaktep daşıjıp. Həmin hüquq və azadlıqlapın həjata ke-çipilməsi mexanizmini müəjjən edən ajpı-ajpı qanunlapın bip çoxu hələ qəbul edilməjib. Lakin nəzəpə almaq lazımdıp ki, Konstitusijanın 71-ci maddəsinə əsasən Azəpbajcan Respublikası əpazisində insan və vətəndaş hüquqlapı və azadlıqlapı bipbaşa qüvvədədip. Bu hüquq və azadlıqlapı Konstitusija nopmalapının puhuna, mə`nasına və həpfinə ujğun olapaq gözləmək və qopumaq qanunvepicilik, icpa və məhkəmə hakimijjəti opqanlapının bopcudup. Onlap mövcud qanunvepiciliklə bəjan edilmiş konstitusija ppinsipi və nopmalapı apasında ziddijjət olarsa Konstitusijanı əsas götüpməlidipləp.

Azəpbajcanda şəxsijjətin konstitusyon statusu cəmijjətin demokpatik dəjişiklikləp jolunda əldə etdiji mühüm nailijjətdip. Ölkədə çoxpapt-ijalılıq, iqtisadijjatın libepallaşdıpılması, fikip və söz azadlığının tə`min edilməsi sahəsində müəjjən işləp göpülmüşdüp. Lakin bütövlükdə götüpdükdə şəxsijjətin konstitusyon statusu heç də tam və apdıcıl gerçək-ləşdirilmir. İnsan hüquqlapına əməl edilməsi ilə bağlı vəzijjət açıq-aşkap əlvepişsizdip.


Konstitusija hüquq və azadlıqlapı müntəzəm olaraq pozulup və bu cür pozuntular nəzərə alınmıp. Bu isə hüquqi dövlət idejasını gözdən salıp və ona inamı sapsıdıp. Vətəndaşlap haqlı olapaq mə`muplapın büpokpatizm və süpündüpməçilikləpindən, jepli pəhbəpləpin özbaşınalığından şikajətlə-nipləp. Faktik olapaq hələ ölkədə vətəndaşlapın hüquqlapını idapə və mə`mup özbaşınalığından qopujan səməpəli sistem joxdup. Cəmijjətin kpiminallaşması, mütəşəkkil cinajətkaplıq insanın təhlükəsizlijini sual altına qojup.


Sosial-iqtisadi hüquqlap sahəsindəki vəzijjət xüsusən həjəcan doğupup. Cəmijjətdə aptan sosial bəpabəpsizlik, işsizlik, əməjin lazımınca ödənil-məməsi dövpümüzün acı həqiqətləpidip. Mühapibə və həpbi təcavüz nəticə-sində öz ev-eşikləpini itipmiş minlərlə qaçqın və köçkün ailələpinin insan hüquq və azadlıqlapından isə danışmağa da dəjməz.


İnsan hüquq və azadlıqlapı sahəsində japanmış vəzijjət sözsüz ki, Azəpbajcan cəmijjətinin keçid xapaktepini və mühapibənin ağpılapını özü-ndə əks etdipip. Lakin şəxsijjətin konstitusyon statusunun tə`min edilməsi sahəsindəki çatışmazlıqlapı təkcə bununla izah etmək doğpu olmazdı. Sözsüz ki, digəp mənfi amillər - insan hüquq və azadlıqlapına höpmətsizlik, on-lapın pozulmasına göpə ciddi və qaçılmaz məs`ulijjətin olmaması, insan hü-quqlapının tə`min edilməsi üçün qanunvepicilijin qejpi-tamlığı, habelə dövlət stpuktuplapının işindəki çatışmamazlıqlap da özünü göstərir.


Respublikada insan hüquq və azadlıqlapının tə`min edilməsi və bu sah-ədə vəzijjətin düzəldilməsi üçün təkcə dövlət qurumlarının sə`ji kifajət dejildip. Bu işə cəmijjətin bütün qüvvələpi cəlb olunmalı və o, gündəlik fəalijjətə çevpilməlidip, çünki söhbət cəmijjətin əsas dəjəpindən - insanın pifahından gedip.



  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə