Tələbə: Həsənova Sevda Muxtar qızı Mövzu: Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin




Yüklə 292.88 Kb.
səhifə2/3
tarix29.02.2016
ölçüsü292.88 Kb.
1   2   3

Verilən məlumatlardan göründüyü kimi müəssisədə mövcud əmək resurslarından tam həcmdə istifadə olunmamış, iş vaxtı itkilərinə yol verilmişdir.Orta hesabla bir nəfər fəhlə tərəfindən işlənmiş günlərin sayı 4 gün, iş gününün uzunluğu isə 0,3 saat az olmuşdur.Bu səbədən iş vaxtı itkiləri 4 x 3084=12336 gün və ya 12336 x 8=98688 saat olur.İstehsalat və əməyin təşkilində olan qurğularla, yəni subyektiv səbəblərlə əlaqədar növbəarası boşdayanmalar da çox olmuşdur.Bu səbəbdən iş vaxtı itkiləri 3084 x 241 x 0,37= 275000 saat təşkil edir.Bütövlükdə müəssisə üzrə iş vaxtı itkilərinin ümumi həcmi 1845-1966 x 3084=-373164 saat olur.Bunu dürüst göstərici kimi qəbul etmək də olmaz.Belə ki, burada iş vaxtından əlavə iş vaxtı hesaba alınmamışdır.Bu göstəricini hesaba alsaq, iş gününün faktiki uzunluğu(5690-25,6): (3084 x 241,8)=7,6 saat olur.Bu halda iş vaxtı itkisinin dəqiq miqdarı 3084 x 241 x 0,4=297297,6 saat olur.

İş vaxtı itkiləri müxtəlif obyektiv kənardan alınan alınan elektrik enerjisinin, su,buxar və s. kəsilməsi və müəssisənin fəaliyyətindən asılı olan, planlaşdırılmayan, müdriyyətin razılığı ilə əlavə məzuniyyətlərin verilməsi, müvəqqəti iş qabiliyyətinin itirilməsinə görə fəhlələrin xəstələnməsi, maşın və avadanlıqların nasaz olmasına görə, xammal və materialların, yanacağın və dəstləşdirici məmulatların, elektrik enerjisinin çatışmazlığına habelə digər subyektiv səbəblərə görə ola bilər.Bu halda hər bir səbəb üzrə,xüsusilə də müəssisənin fəaliyyətindən asılı olan səbəblər üzrə iş vaxtı itkilərini ətraflı təhlil etmək lazımdır.Müəssisənin fəaliyyətindən asılı iş vaxtı itkiləri məhsul istehsalını artırmaq, fəhlələri ixtisar etmək üçün təsərrüfatdaxili ehtiyat hesab olunur.Subyektiv səbəblərdən iş vaxtı itkiləri əlavə vəsait qoyuluşu tələb olunmayan, ancaq təşkilati tədbirlər görməklə daha tez səfərbər etməklə istehsalın effektliyini yüksəltmək müəssisə üçün faydalı olur.

Təhlil zamanı təşkilati tədbirlər görməklə aradan qaldırılması mümkün olan və olmayan iş vaxtı itkilərini ayırd etmək tələb olunur.

Südəmər uşağı əmizdirmək üçün qadınlara verilən tənəffüs, yeniyetmələr üçün iş vaxtının qısaldılması üzrə vaxt itkiləri (və bu qəbildən olan digər itkilər) aradan qaldırılması mümkün olmayan növbədaxili itkilərə əmək intizamının pozulmasına, kiçik bədən xəsarətinə, müdiriyyətin icazəsi ilə işin qabaqcadan dayandırılmasına, ağır və zərərli iş şəraitinə, ali və orta ixtisas məktəblərində oxuyan tələbələrə verilən güzəştlərə görə iş vaxtı itkiləri aradan qaldırmaq mümkün olmayan növbədaxili iş vaxtı itkilərinə daxil edilir,



Aradan qaldırmaq mümkün olan iş vaxtı itkilərinin cəmi miqdarı iş vaxtı fondunun artırılmasında istifadə olunmamış təsərrüfatdaxili ehtiyat hesab olunur.Bizim misalımızda iş vaxtı itkiləri və bu itkilərin məhsul istehsalının həcminə təsiri aşağıdakı cədvəldə və cədvəl məlumatlarına əsasən aparılan hesablamalarda verilir.



Göstəricilər

Plan üzrə

Hesabat üzrə

Kənarlaşma

1.təqvim ilinin sayı

365

365

......

2.qeyri iş günlərinin sayı

111

111

.......

3.nominal iş vaxtı fondu

254

254

......

4.saat hesabı ilə nominal iş vaxtı fondu

2083

2083

........

5.işə çıxmayan günlərin sayı

29.8

31.7

+1.9

5.1.novbəti və bütün növbələrdə məzuniyyət

18.8

18.7

-0.1

5.2.hamiləlik və doğumla əlaqədar məzuniyyət

2.8

2.8

.....

5.3.xəstəliyə görə

6.4

7.6

+1.2

5.4.qanunvericiliklə icazə verilən digər işə çəxmamalar

1.8

1.4

-0.4

5.5.müdiriyyətin icazəsi ilə işə çıxmamalar

.....

0.5

+0.5

5.6.bütün gün ərzində boşdayanmalar

......

0.2

+0.2

5.7.proqul

........

0.3

+0.3

5.8.tədris məzuniyyəti

......

0.2

+0.2

6.faktiki işləmişdir










6.1. 1gün hesabı ilə

224.2

222.3

-1.9

6.2.saat hesabı ilə

1838

1823

-15

7.növbədaxili boşdayanmalar,saat hesabı ilə

52.8

58.9

+7.6

7.1. 1südəmər uşaqlı qadınlar üçün əlavə tənəffüs

3.6

4.8

+1.2

7.2.iş gününün qısaldılması

49.2

51.4

+2.2

8.real iş vaxtı fondu,saat hesabı ilə

1785.2

1764.1

21.2

Bu misalda işçilərin orta illik siyahı sayı 3084 nəfər,məhsul istehsalının plan həcmi 1120 mln. manatdır. Bu halda müəssisə hesabat ilində hər bir fəhlə hesabı ilə 2,7 saat növbədaxili boşdayanmalara yol vermişdir.Bu səbəbdən cəmi iş vaxtı itkisi 2,7 x 3084:8,2=68280 saatdır.Əlavə vəsait xərcləmədən ancaq təşkilati tədbirlər görməklə aradan qaldırmaq mümkün olan iş vaxtı itkiləri,yəni ehtiyat təşkil edən iş vaxtı fondu (2,7 x 3084)+1110=8326,8 gün olur.Müəssisənin rəhbərliyi ehtiyat təşkil edən iş vaxtı fondundan istifadə edə bilmədiyinə görə, il ərzində 8326,8:224,2=37 fəhləni əlavə işə cəlb etmək məcburiyyətində olmuşdur.

İş vaxtı itkilərinin cəmi miqdarı hesabat dövründə təyin olunmuş vaxt ərzində bütün fəhlələr tərəfindən vaxtın miqdarından fəhlələrin faktiki sayına görə təzədən hesablanan məhsul (iş və xidmət) buraxılışına dair olan plan tapşırığını yerinə yetirmək üçün iş vaxtının miqdarını çıxmaqla datəyin edilir.

İdarəetmədə analitik işləri yaxşı qurulmuş müəssisələrdə iş vaxtı itkilərinin hesablanmasını asanlaşdırmaq üçün aşağıdakı formulalardan istifadə edilir.

İC=(F1- İ0) – (FS0 –F0 x F1)

İC=FS1 – (FS0: F0 x F1)

Bu göstərici (İC) faktiki işlənmiş vaxtdan fəhlələrin faktiki sayına görə korrektə edilmiş plan iş vaxtını çıxıb alınan nəticəyə iş vaxtından əlavə işlənmiş saatların miqdarını əlavə etməklə də təyin etmək olar.Bu halda formula belə olur:

İC=FS1 – (FS0 : F0 x F1)+İ1

İş vaxtı itkilərinin cəmini bir fəhləyə düşən faktiki iş vaxtı itkisini fəhlələrin faktiki sayına vurub, alınan nəticəyə iş vaxtından əlavə iş saatlarının miqdarını əlavə etməklə də hesablamaq olar.Bu halda formula aşağıdakı kimi olur.

İC=F1-(F0 : F0 –F1)

Burada:İC-cəmi iş vaxtı itkisi plan və faktiki;

F0, F1-fəhlələrin orta siyahı sayı;

FS0-FS1 – bütün fəhlələr tərəfindən işlənmiş cəmi iş saatlarının planı və faktiki miqdarı;

İ0-iş vaxtından əlavə işlənmiş vaxtın faktiki miqdarı tərəfindən;

F –bir fəhlə tərəfindən işlənmiş vaxt, saat hesabı;

İ1-qeyri-məhsuldar iş vaxtı;



2.İş vaxtından istifadə edilməsinə təsir edən

amillərin təhlili

Tikinti müəssisələrində iş vaxtından istifadə edilməsinə təsir göstərən amillərin təhlili bir sıra göstəricilər üzrə aparılır.Bunlardan vacibləri işlənmiş adam-günləri, adam-saatları, fəhlələrin orta siyahı sayı, bir fəhləyə düşən orta adam günlərin sayı, iş günlərinin orta uzunluğu göstəriciləri hesab olunur.

İş vaxtından səmərəli istifadə edilməsi mühüm əhəmiyyətə malikdir.Burada, birinci növbədə, hər adama düşən işlənmiş adam-günlərinin sayına fikir vermək lazımdır.Belə bir təhlil fəhlələrin il boyu işlə təmin olunması barədə təssəvvür yaratmaqla istehsalın mövsümilik vəziyyətini xarakterizə edir.İş vaxtının səmərəli istifadəsi daha geniş mənada nəzərdən keçirilməlidir.İş vaxtının istifadəsinə xammal və materialın istifadəsi kimi baxılmamalıdır.Xammal və materialları anbarlarda toplayıb saxlaya biliriksə, bunu iş vaxtına tətbiq etmək olmur.Deməli,itən vaxt həmişəlik əldən gedir.İş vaxtından səmərəli istifadə etmək üçün iş vaxtı itkisini müəyyən etməklə hər bir iş prosesinin nə dərəcədə səmərəli yerinə yetirilməsini öyrənmək lazımdır.Təcrübə göstərir ki,eyni iş prosesi müxtəlif fəhlələr tərəfindən müxtəlif vaxt məsarifi dairəsində yerinə yetirilir.Bu o deməkdir ki, iş vaxtının ehtiyyatı bu istiqamətdə də axtarılmalıdır.

İş vaxtının istifadəsi iki istiqamətdə təhlil edilməlidir.Bunlardan birincisi,iş vaxtının itkisi, digəri isə iş vaxtının qeyri-məhsuldar istifadə edilməlidir.İş vaxtının itkisinə boş dayanmalar, iş vaxtının qeyri-məhsuldar istifadəsinə isə zay məhsulun istehsal edilməsi aiddir.İş vaxtının qeyri-məhsuldar istifadəsi üzrə vaxtı müəyyən etmək üçün zay məhsulun dəyərini plan üzrə bir saaata düşən məhsulun dəyərinə bölmək lazım gəlir.İş vaxtından istifadənin təhlilində bilavasitə işlənmiş adam-günlərinin sayı vacib amillərdən biridir.İşlənmiş adam-günlərinə əsas eitibarilə iki amil təsir gostərir.Bunlardan birincisi, işcilərin orta illik sayı, digəri isə hər işçiyə düşən adam-günlərinin miqdarıdır.Amillərin təsir dərəcəsi müəyyən etmək üçün aşağıdakı cədvəlin rəqəmlərinə nəzər salaq.



Ümumi adam-günlərinə təsir edən amillər

Göstəricilər

Ölçü vahidi

Plan

Fakt

Kənarlaşma

1.İşlənmiş adam-günlərin cəmi

min adam-günlə

21.5

22.5

+1.02

2.İşçilərin orta illik sayı

adam

121

124

+3

3.Hər işçiyə düşən adam-günlərinin sayı

adam-gün

177

181

+4

Cədvəldən görünür ki,işlənmiş adam-günlərinin sayı bir min adam-gün çoxalmışdır.

Təsir göstərən amilləri müəyyən edək;

1.İşçilərin orta illik sayının dəyişməsinin təsiri:

+3 x 177 = +531 və yaxud +0.5 min adam-gün,

2.Hər işçiyə düşən adam-günlərinin dəyişməsinin təsiri:

+4 x 124 = +496 və yaxud +0.5 min adam-gün təsir göstərmişdir.

Cəmi min adam-gün (0.5+0.5) təşkil edir.

İşlənmiş adam-günlərini təhlil etdikdə iş gününün uzunluğu, gündəlik normaların yerinə yetirilməsi, iş vaxtından səmərəli istifadə göstəriciləri mühüm əhəmiyyət kəsb edir.

Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır.İş vaxtı itkiləri iki növə―bütün günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır.Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:

-xəstəlik üzündən;

-müdiriyyətin icazəsinə görə;

-bütün günü boşdayanma;

-üzürsüz səbəbdən işdən yayınma.

Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkilərinin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun; ustanın iş naryadının,tapşırığın, iş alətlərinin, qaldırıcı–nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.

Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: növbənin başlanğıcında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq, iş yerində kənar danışıqlara aludəçilik və s.

İş vaxtından istifadə edilməsinin yaxşılaşdırılması əmək məhsuldarlığının səviyyəsinə müsbət təsir edir.Belə ki, əmək məhsuldarlığı iş vaxtının artmasına proporsional olaraq artır.Bu amilin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, iş vaxtı itkilərinin azaldılması və aradan qaldırılması əsas etibarilə əməyin təşkilinin yaxşılaşdırılması hesabına əldə edilir və bu nəzərə çarpacaq dərəcədə investisiya qoyuluşu məsrəfləri tələb etmir.

Növbədaxili itkilərin azaldılması iş vaxtı ehtiyatlarını təşkil edir və bu əməyin düzgün təşkil edilməməsindən irəli gələrək bu sahədə görülən tədbirlər nəticəsində aradan qaldırılır.

İş gününün itkisini aşağıdakı düsturla müəyyən etmək olar.

İ.i= İ.s.n / İ.s

Burada, İ.i – iş gününün itkisi əmsalını,

İ.s.n – iş saat normalarını,

İ.s – iş saatlarını göstərir.

Məsələn, gün ərzində 1600 faktiki iş saatı olduğu halda, 1550 norma-saat yerinə yetirilmişdir.Deməli,

İ.i = 1550 / 1600 =0.97 əmsalı bərabərdir.

Başqa sözlə desək, 3 % , yaxud 50 saat iş vaxtının itkisinə yol verilmişdir.

Normaların yerinə yetirilməsini və bu sahədə ehtiyat mənbələrini meydana çıxarmaq üçün normaları yerinə yetirmə səviyyəsinə görə onları qruplaşdırmaq lazımdır.Məsələn,briqadada 30 nəfər fəhlə işləmişdir.Bunlardan 18 nəfəri “A“ iş prosesi üzrə normanı 125-130 faiz , 2 nəfəri isə 105-110 faiz dairəsində yerinə yetirmişdir. Bu briqadada 12 nəfər “B“ iş prosesi üzrə işləyərək 6 nəfər normanı 100-101 faiz, 4 nəfəri 95-100 faiz, 2 nəfəri isə 80-95 faiz yerinə yetirmişdir.Göründüyü kimi, “A“ iş prosesi üzrə normalar yüksək faizlə yerinə yetirildiyi halda “B“ iş prosesi üzrə isə ehtiyat mənbəyini axtarmaq üçün bu iş prosesi üzrə iş şəraiti, normaların kəsirdə qalma səbəbi öyrənilməlidir.

Məhsul istehsalı dinamikasını iş vaxtı fondunun artırılması və əməktutumunun azaldılması əsasında nəzərdən keçirək.İş gününün uzunluğu 8 saat (480 dəq.) əməliyyatın davamı 10 dəq., zay məhsula görə növbədaxili iş vaxtı itkiləri,boşdayanmalar 40 dəq. Bu şəraitdə növbə ərzində 44 əməliyyat {480-40}/10 yerinə yetirilmişdir.Əgər növbə daxili boşdayanma aradan götürülərsə,onda növbə ərzində 48 əməliyyatın həyata keçirilməsi mümkündür.Bu zaman istehsal 9,1% (48:44·100-100) artacaqdır.Əgər təşkilati-texniki tədbirlər nəticəsində əməliyyatın davamı 8 dəqiqəyə endiriləcəksə onda elə həmin iş vaxtı ərzində 55 əməliyyat (440:8) yerinə yetiriləcəkdir ki,bu da 25%(55:44·100-100)artım deməkdir.İş vaxtı itkiləri aradan qaldırılarsa, bu rəqəm 60 olacaqdır,əmək məhsuldarlığı isə 36,4%(60:44·100-100) artacaq.

Ona görə də əmək məhsuldarlığının təhlili zamanı iş vaxtından istifadə göstəriciləri diqqətlə öyrənilməli, itkilərin səbənləri aydınlaşdırmalı və onların aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır.

İş vaxtından istifadənin təhlili orta saatlıq, orta günlük və orta illik məhsul istehsalı göstəricilərini dinamika üzrə müqayisə etmək lazımdır.

Orta günlük istehsalın orta saatlıq istehsala nisbətən artması növbədaxili iş vaxtından istifadənin yaxşılaşmasını, orta illik hasilatın orta günlük hasilata nisbətən artması isə il ərzində işlənmiş günlərin sayının artmasını göstərir.Bu göstəricilər arasında aşağıdakı asılılıq vardır:

Y illik ist.=Y günlük ist. x Y iş günləri sayı;

Y günlük ist.=Y saat ist. x Y növbə ərz. saat miqd.;

Y illik ist.=Y saat ist. x Y il ərzində saat sayı=Y saat ist. x Y növbə ərz. saat sayı x Y iş günü.

İş vaxtı fondunun formalaşmasına və istifadə edilməsinə təsir edən amillərin təhlilində iş vaxtının orta uzunluğunun, iş vaxtının və fəhlələrin sayının dəyişməsinin müəssisədə iş vaxtı fondunun artırımasına və onlardan səmərəli istifadə edilməsinə nə dərəcədə təsir göstərdiyi aşkar edilməlidir.

Göstərilən amillərin iş vaxtından istifadə edilməsinə təsir dərəcəsini müəyyən etmək üçün müəssisənin uçot və hesabat məlumatlarından istifadə etməklə hesablamaları nəzərdən keçirək.

Göstəricilər



Keçən ildə

Cari ildə

Hesabat ilinin keçən ildəkinə və plana nisbətən kənarlaşması

Plan üzrə

Hesabat üzrə

Keçən ildəkinə nisbətən

Plana nisbətən

Mütləq rəqəmlə

%-lə

Mütləq rəqəmlə

%-lə

1.Cəmi işlənmiş adam-günləri (min adam günü hesabı ilə)

526.9

531.0

534.8

+7.9

+1.5

+3.8

+0.7

2.Cəmi işlənmiş adam-saatları (min adam saatı hesabı ilə)

3668

3672

3704

+36

+1.0

+32

+0.9

3.Fəhlələrin orta siyahı sayı

2175

2190

2210

+35

+1.6

+20

+0.9

4.bir fəhləyə düşən orta adam-günlərin sayı

242.3

242.5

242.0

-0.3

-0.1

-0.5

-0.2

5.İş gününün orta uzunluğu,saat hesabı ilə

6.96

6.91

6.93

-0.03

-0.4

+0.02

+0.3

Hesabat ilində fəhlələrin sayının həm keçən ildəkinə, həm də plana nisbətən artması ilə ümumi iş vaxtının (yəni adam-günü və adam-saatı) faktiki miqdarı da həm keçən ildəkinə, həm də nəzərdə tutulan plana nisbətən xeyli artmışdır.Məsələn, hesabat dövründə keçən ildəkinə nisbətən ümumi adam-günü 7.9 min adam-gün (534.8-526.9) və ya 1.5% (7.9 : 526.0 x 100) və 36 min adam-saat (3704-3668) və ya 1.0% (36 : 3668 x 100), plana nisbətən 3.8 min adam-gün (534.8-531.0) və ya 0.7% (3.8 : 531.0 x 100) və 32 min adam-saat (3704-3672) və ya 0.9% (32 : 3672 x 100) artmışdır. Bir fəhləyə görə orta hesabla işlənilmiş adam-günlərinin sayına gəldikdə isə burada vəziyyət nisbətən pisləşmişdir. Yəni hesabat dövründə keçən ilə nisbətən bir fəhləyə düşən orta adam-günlərinin sayı 0.3 adam-gün (242.3-242.0) və plana nisbətən 0.5 adam-gün (242.5-242.0) azalmışdır.

Hesabat dövründə iş gününün orta uzunluğu keçən ildəkinə nisbətən 0.03 saat (6.96-6.93) qısalmış və nəzərdə tutulan plana nisbətən 0.02 (6.93-6.91) artmışdır.

Deməli, hesabat ilində işçi qüvvəsindən və iş vaxtından bütövlükdə səmərəli istifadə olunmamış və boşdayanma hallarına yol verilmişdir ki, bu da müəssisə üçün mənfi hal kimi qiymətləndirilməlidir.

Təhlil işinin sonrakı mərhələlərində bir işçinin orta iş gününün, o cümlədən iş gününün orta uzunluğunun dəyişməsi səbəbləri öyrənilməlidir.Birinci dəyişikliyin səbəbi fəhlələrin müvəqqəti olaraq başqa işlərə cəlb edilməsi, növbədənkənar məzuniyyətlərin verilməsi, ayrı-ayrı sexlərin işinin müvəqqəti dayandırılması və başqa səbəblərdən işçilərin bütün boş dayanmaları hesabına iş vaxtının itkisi və ikinci dəyişikliyin səbəbi isə sexin materiallarla təminatının pis təşkil edildiyi, elektrik enrjisinin, suyun müvəqqəti olmaması və başqa hallarda fəhlələrin növbədaxili boş dayanmaları hesabına iş vaxtı itkisi hesab olunur. Beləliklə, iş vaxtı itkisinin öyrənilməsi, əməyin təşkili zəif olan sahələrin aşkar edilməsi, bu geriliyin aradan qaldırılması üçün zəruri olan tədbirlərin hazırlanmasından ötrü lazımdır. Bütün göstərilən məsələlər öyrənildikdən sonra iş vaxtından istifadənin təhlili vasitəsi ilə əldə edilən nəticələr ümumiləşdirilməlidir.

Fəaliyyətini təhlil etdiyimiz müəssisədə planda nəzərdə tutulmuş adam-saatlardan faktiki işlənilmiş adam-saatlarının kənarlaşması aşağıdakı amillərin təsiri nəticəsində olmuşdur.

1.Fəhlələrin orta siyahı sayının dəyişməsinin təsiri. Mütləq rəqəmlə nəzərdə tutulan plandan 200 fəhlənin artıq saxlanması hesabına plan üzrə bir fəhlənin iş günü 242.5 adam-gün və orta iş vaxtı fondu 32.5 min (20 x 242.5 x 6.9) adam-saat artmışdır.

2.Bir fəhlənin iş günlərinin plana nisbətən dəyişməsinin təsiri. Bir fəhlənin iş günlərinin planda nəzərdə tutulduğundan 0.5 gün az olması hesabına orta siyahı sayının 2210 və iş gününün orta uzunluğu 6.93 saat olması nəzərə alınmaqla 11.0 min (0.5 x 2210 x 6.93) adam-saat iş vaxtı itkisinin əmələ gəlməsinə səbəb olmuşdur.

3.İş gününün orta uzunluğunun dəyişməsinin təsiri. İş gününün orta uzunluğunun plandan 0.02 (6.91-6.93) saat artması hesabına iş vaxtı 10.7 (0.02 x 534.8) adam-saatı həcmində artmışdır.

Beləliklə, yuxarıdakı amillərin təsiri nəticəsində əldə etdiyimiz nəticəni aşağıdakı kimi ümumiləşdirmək olar:

1.İşlənmiş adam-saatlarının cəmi (min adam-saatı hesabı ilə)

a)plan üzrə 3672

b)hesabat üzrə 3704

c)plandan kənarlaşma (artmağa doğru) +32

2..O cümlədən amillərin təsiri nəticəsində:

a)fəhlələrin siyahı sayının dəyişməsi hesabına +32

b)orta hesabla bir fəhlənin iş gününün dəyişməsi hesabına -11

c)iş günü uzunluğunun dəyişməsi hesabına +11

Bu məlumatlardan görünür ki, müəssisədə fəhlələrin sayının dəyişməsi və iş gününün uzunluğunun artması hesabına işlənmiş adam-saatların sayı 43 min adam-saat (32+11) həcmində artmış və bir fəhlənin iş gününün dəyişməsi hesabına 11.0 min adam-saat iş vaxtı itkisinə yol verilmişdir.Nəticədə üç amildən ikisinin müsbət və birinin mənfi təsiri nəticəsində iş vaxtı 32 min adam-saat (43-11) artmışdır.


1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə